Terminologiya məSƏLƏLƏRİ №2


İstifadə olunmuş ədəbiyyat



Yüklə 1,42 Mb.
səhifə8/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

İstifadə olunmuş ədəbiyyat


  1. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I cild. Bakı- “Nurlan”- 2003.

  2. Arnold I. V. The English Word. Moscow-“Vysshaya shkola”-1986.

  3. http://az.wikipedia.org/wiki/Paronim (1).

  4. http://www.soz6.com/nedir/13173/paronim (2).

  5. http://www.linguisticsgirl.com/types-of-words-paronyms-homophones-homographs-homonyms-heteronyms-capitonyms-and-oronyms/ (3).

  6. Abdulrahimova K. A Guide to English Word-Study. Baku-“Science and Education”-2013.

  7. http://grammar.about.com/od/pq/g/paronymterm.htm (4).

  8. Cəfərov S. A. Müasir Azərbaycan dili. Leksika. Bakı- “Maarif”- 1982.

  9. Hajiyeva A., Najafli E. Contrastive lexicology. Baku-“Science and Education”-2010.

  10. Əsədova M. N. İngilis dilini öyrənmə kursu. Bakı-“Elm və təhsil”-2012.

  11. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı-“Elm və təhsil”- 2011.

  12. Арбекова Т. И. Лексикология английского языка. Москва- «Высшая школа»- 1977.


National Aviation Academy

Teacher Iskenderova A.I.
Paronyms in the English and Azerbaijani Languages

Summary

This article deals with the paronyms in the English and Azerbaijani languages. The author analyses various concepts concerning with this lexical group of words and on the basis of the materials of the English and Azerbaijani languages compares various definitions of the paronyms. Here is differentiated paronyms from the homonyms, homophones, homographs and lexico-semantical homonyms. The types of paronyms are distinguished in this article as well.


Национальная Академия Авиации

Преподаватель Искендерова А.И.
Паронимы в английском и азербайджанском языках

Резюме

В этой статье говорится о паронимами в английском и азербайджанском языках. Автор анализирует различные понятия относительно с этой лексической группой слов и на основе материалов английского и азербайджанского языков сравнивает различные дефиниции о паронимии. Здесь дифференцируются паронимы от омонимов, омофонов, омографов и лексико-семантических омонимов. Также в этой статье отличаются типы паронимов.




Çapa tövsiyə edən: Milli Aviasiya Akademiyası
Rəyçilər: filologiya elmləri doktoru B.Cəfərova

filologiya elmləri doktoru İ.Tahirov


Adilə Nəzərova

AMEA Nəsimi adına Dilçilik İnstitutu.

AZƏRBAYCAN DİLİNDƏ FƏLSƏFƏ TERMİNLƏRİNİN YARANMA YOLLARI

Açar sözlər: kalka üsulu, lüğət tərkibi, şəkilçi, motivləşmə, abreviaturlar, terminoloji sistem

Ключевые слова: метод кальки, состав словаря, аффикс, мотивация, аббревиатуры, терминологическая система.

Key words: loan translation method, content of the vocabulary, affix, motivation, abbreviation, terminological system.

Fəlsəfə terminlərində gedən proseslərdən biri də semantik motivləşmədir.

Əsas məsələlərdən biri də də fəlsəfə terminlərinin dildaxili və dildənkənar motivləşməsini təyin etməkdir. Çünki motivləşmə də terminin semantik tərəfini əks etdirir. Dilimizdə söz kimi terminlər də motivləşir. «Motivləşən terminlərin böyük hissəsi rus dilinə məxsus terminlərdən ibarətdir» (5, с. 63-64).

Motivləşmiş terminlər başqa terminlərlə assosiativ əlaqədə olur. Bu əlaqə nəticəsində terminlərin daxili formalarında metaforikləşmə hadisəsi baş verir. Bu zaman metaforik, metonimik terminlər yaranır. Metaforikləşmə prosesi, ümumən metaforiklik dildə gərgin situasiyaların yaranmasına, gərgin fikir və düşüncənin əmələ gəlməsinə şərait yaradır. Metafora - obraz fikrin aktiv forması kimi çıxış edir. Anlayışlararası əlaqədə çox zaman metaforalar gizli formada özünü göstərir. Bu baxımdan «metaforanı təkcə poeziya nümunələrində deyil, elmi tədqiqatlarda, elmi əsərlərdə müxtəlif elmi hadisələr, qanunlar, qanunauyğunluqlar arasında da tapmaq olar» (8, с. 203).

Dilimizin fəlsəfə terminlərində leksik-funksional paralellik özünü göstərir. Leksik-funksional paralelliyi beynəlmiləl terminlə başqa mənşəli termin yaradır. Məs.:Ateizm- allahsızlıq leksik-funksional paralelliyi. Hər iki formanın mənası dini, möcüzələrə, axirət dünyasına və i.a. inanmağı elmi surətdə əsaslandırılmış inkar etməkdir.(7, s. 23).

Animizm - ruh leksik-funksional paralelliyi. Hər iki formanın mənası təbii hadisələrə ruh vermək deməkdir, yəni guya, təbiətin hər bir predmetinin arxasında, həmin predmeti idarə edən, görünməz, maddi olmayan ruh vardır (7, s. 15).

Qnoseologiya- idrak nəzəriyyəsi leksik-funksional paralelliyi. İnsanın həyatı dərk etmək və həqiqətə çatmaq bacarığı haqqında fəlsəfi nəzəriyyədir, idrakın (hisslər, kamal) mənbələri və idrakın əmələ gəlməkdə olduğu formalar (qavrayış, təsəvvür, anlayış, mühakimə yeritmək, nəticə çıxarmaq və i.a.) haqqında nəzəriyyədir (7, s. 38).

Fikrimizcə, metafora-obraz fikrin mühüm formasıdır, daima dildə gerçəkləşir. Obraz - hərəkətin semantik pilləsidir. Motivləşmiş əlamət elmi terminoloji anlayışları ifadə edir. Ümumiyyətlə, motivləşmiş terminlər Azərbaycan fəlsəfə terminologiyasının məişətinin, milli xarakterinin, mədəniyyətinin qorunub saxlanmasını təmin edə bilir.

Terminin daxili forması onun motivləşmiş əlamətidir. Motivləşmiş əlamət idiomatik sözün gücü ilə təyin olunur və nisbi xarakter daşıyır.

Metaforikləşmiş ifadələr: «küləklər hökmdarı» (Şumer allahı Enlil), padşah (böyük adam), Mif- «Misir mifologiyası»

Dilimizin fəlsəfə terminlərində leksik-funksional paralellik özünü göstərir. Leksik-funksional paralelliyi beynəlmiləl terminlə başqa mənşəli termin yaradır.

Fəlsəfə terminlərində sözyaradıcılığı aktivliyi geniş müşahidə edilməkdədir. Bu aktivlik düzəltmə və mürəkkəb quruluşlu terminlərdə öz əksini tapır. Dilimizdə söz kimi terminlərin də ənənəvi üsulları mövcuddur: morfoloji üsul, semantik üsul, sintaktik üsul, kalka üsulu, abreviatur üsul.

Məqalədə bu üsullardan ikisinin - kalka üsulu və abreviatur üsulun vasitəsilə dilimizdəki terminlərin formalaşmasından bəhs edəcəyik.

Fəlsəfə terminlərin yaradılması sahəsində bir sıra nöqsanlara yol verilmişdir. Bu nöqsanlar aşkara çıxarılmalıdır. Lakin bu, işin bir cəhətidir. “Əsas məsələ terminologiyada olan nöqsanların aradan qaldırılması yollarını müəyyən-ləşdirməkdir” (4, s.186).

Terminlər dilin leksik sisteminin tərkib hissəsidir. Kalka üsulu ilə sözyaratmada dilin öz terminləri iştirak edir. Həmin dilin materialları başqa bir dilin qrammatik quruluşu əsasında formalaşır. Digər dilə məxsus olan quruluş və məna həmin dilə köçürülür. Kalka digər dilin sözünün səs cildini yox, struktur və semantikasını özündə birləşdirir. Məsələn, «само» - mürəkkəb sözlərin birinci hissəsi olub, özünü, öz-özünü, öz-özünə, öz və s. mənaları ifadə edir. Bu sözlə bağlı rus dilində dilimizə xeyli fəlsəfə terminləri də kalka olunmuşdur: самосознанание - özünü düşünmə; cəmiyyətdə mövqeyini, öz rolunu düşünmə, şüur, anlaq; самопознание - özünü dərketmə; самооправдание - özünə haqq qazandırma; самоопределиться - müqədəratını təyin etmək; самосовер - шенствование - özünütəkmilləşdirmə və s. (6, s.118- 119).

Kalkalar ədəbi dilin zənginləşməsinin mühüm istiqamətlərindən biridir. Kalka üsulu ilə sözyaratma dedikdə, adətən, yeni yaranan anlayışları ifadə etmək və mövcud anlayışları bir-birindən dəqiq fərqləndirmək üçün başqa dillərin lüğət tərkibinə müraciət edilməsi, bir dilin digər dildən ayrı-ayrı elementləri alıb işlətməsi prosesi nəzərdə tutulur.

Fəlsəfə termini kalka yolu ilə yarandıqda, həm şəkilçi, həm də sözün kökü uyğun Azərbaycan dilinə məxsus sözlə əvəzlənir: Антирелигиозная пропаганда- дин – əleyhinə təbliğat, антивоенный - müharibə əleyhinə, антигосударственный dövlətə zidd, антистроический – tarixə zidd, антинародный - xalqa zidd, антинаучный - qeyri-elmi, антиобщественнный- cəmiyyətə zidd və s.

Противо - ön şəkilçili fəlsəfə terminləri dilimizdə müxtəlif morfoloji göstəricilərlə əks olunur. Məs.: противоположность - əkslik, противоречивость - ziddiyyətlilik, противоворочие - ziddiyyət və s.

Rus dilinə məxsus terminin sonu - ость şəkilçisi ilə qurtarırsa, dilimzdə terminin sonu ona müvafiq - sız-lıq, -maz-lıq konstruksiyası ilə öz əksini tapır. Məs.: несправедливость - ədalətsizlik, непротиворечивость - ziddiyyətsizlik və s.

Ərəb dili şəkilçiləri də fəlsəfə terminlərinin tərkibində işlədilir. Onlardan biri - iyyət şəkilçisidir. A.Axundovun müşahidələrinə görə, hazırda Azərbaycan dilində – iyyət şəkilçili yüzdən yuxarı söz vardır. Müəllif həmin tipli sözləri ədəbi dilimizdəki vəziyyətinə və işlənmə sahələrinə görə dörd yerə ayırır ki, bunların üçüncüsü Azərbaycan ədəbi dilində daha çox termin kimi işlənənləridir: qanuniyyət, islamiyyət, mərkəziyyət, məhkumiyyət, nisbiyyət, səbəbiyyət və s.

Nisbiyyət, səbəbiyyət, zəruriyyət, insaniyyət fəlsəfə terminləri kimi işlənməkdədir. Həmin morfoloji göstərici ilə əsasən ictimai məfhum, elm, nəzəriyyə, proses ifadə edən terminlər yaradılır. Məzmun etibarilə bu morfoloji göstəricinin semantik əlamətləri çoxdur.

A.Axundovun fikrincə, bu gün həmin sözlərin üzərində müxtəlif dilçilik əməliyyatı aparmaq lazımdır. Məsələnin optimal həlli üçün həmin əməliyyatları ən müxtəlif dilçilik səviyyələrində - leksik, qramatik, fonetik səviyyələrdə aparmaq lazım gəlir. Bunu fəlsəfə terminlərinə də aid etmək olar. Məsələn, fəlsəfədə işlənən «bəşəriyyət» yerinə «insanlıq», «ictimaiyyət» yerinə kütlə, «əbədiyyət» yerinə «ölümsüzlük» işlətmək səmərəli nəticə verə bilər. Çox yaxşı haldır ki, həmin əməliyyatlar leksik səviyyədə mətbuatda, fəlsəfə əsərlərində getməkdədir. Qrammatik səviyyədə iyyət şəkilçisinin imkan olduqca, Azərbaycan dilinə mənsub şəkilçilərlə əvəz edilməsini nəzərdə tutmaq lazımdır. Ərəb dilində mücərrəd mənalı isimlər əmələ gətirməyə xidmət edən iyyət şəkilçisinin Azərbaycan dilində izomorfu, məlum olduğu üzrə, - lik şəkilçisidir. Artıq fəlsəfə terminologiyasında da bir qrup terminlər - iyyət şəkilçili terminləryin yerinə - ik şəkilçisinin işlənməsi artıq başlanmış prosesdir. Məs.: zəruriyyət-zərurilik, insaniyyət-insanlıq, nisbiyyət-nisbilik və s. sinonim cütləri dilimizdə geniş yayılmışdır. Bu cütlərin ikinci tərəflərinə üstünlük verməklə bərabər, - iyyət şəkilçili digər sözləri də bu morfoloji əməliyyata çəkmək lazımdır. Məs.: ziddiyyət – ziddilik, ümumiyyət - ümumilik və s. Bir sözlə, kök morfemi aydın leksik məna bildirən iyyət şəkilçili bütün sözlərdə lik şəkilçisinə üstünlük vermək dilimizin qrammatik quruluşunun özümlüyü baxımından xeyirlidir» (1, 333-335 s).

Fəlsəfə terminlərində sintaktik kalkalarla da rastlaşmaq olur. Məsələn, adlıq halında işlənən bir isim (sadə və düzəltmə) III şəxsin təkinin nisbət şəkilçisini qəbul etmiş digər bir isimlə birləşərək yeni söz və termin yaradır: dünyabaxışı (мировоззрение), dünyagörüşü (мировоззрение) və s.

Ayrı-ayrı nitq hissələri müxtəlif formada birləşərək yeni fəlsəfə termini əmələ gətirir: qanunauyğun (закономерный), qanunauyğunluq (закономерность) və s.

Fəlsəfəyə dair söz birləşmələri də kalkalaşır: Fəlsəfi anlayışların bütün keyfiyyətini ifadə etmək üçün söz birləşmələrindən də istifadə olunur. Məs.: xalq demokratiyası (народная демократия), ictimai həyat (общественное явления), ictimai fikir (общественное мнение), elmi fikir (научная мысль), sovet cəmiyyəti (советское общество) və s.

Söz birləşməsinin ikinci tərəfi ikinci növ təyini söz birləşməsi ilə öz ifadəsini tapır. Məs.: xalqın həyat səviyyəsi (жизненный уровень народа).

Kalkalaşmış fəlsəfə terminlərinə aşağıdakıları da misal göstərə bilərik: комплементарност - komplimentlik; ментальност - mentallıq, бесконечность- sonsuzluq; природа и сущност человека - insanın təbiəti və şəxsiyyəti və s.

Sözlərdə semantik cəhətdən dəyişmələr baş verməsi dilin daxili qanunauyğunluqlarının təbiətindən irəli gəlir. Bununla yanaşı, sözlərdə daxili anlayış tamamilə itmir. Sözlərin məna dəyişmələri, həmçinin, bəzi variantların bir-birindən fərqləndirən zahiri əlamət yoxdursa, söz xaricində həmin variantların bir-biri ilə bağlılığına dəlalət edən dilxarici amillərlə yanaşı, məna birliyinin paradiqmatik sistem və sintaktik struktur meyarları müəyyənləşdirilirsə, o zaman yenə də sözün eyniyyəti mühafizə olunur (3, s.58).

Cəmiyyətin inkişafı, dilxarici amillərin təsiri nəticəsində fəlsəfə terminlərində dəyişmələr baş verir.

Fəlsəfə terminologiyası - bu spesifik xüsusiyyətlərinə görə xüsusi leksik lay təşkil edir. Birincisi, fəlsəfə terminləri paradiqmatik xarakter daşıyır və fəlsəfə terminosisteminin alt hissəsini yaradır. İkincisi, fəlsəfə terminologiyası sintaqmatik xarakter daşıyır və onun funksional tərəfləri ilə bağlıdır.



Abreviaturlar dilin lüğət tərkibinin və terminoloji sisteminin zənginləşdirilməsində olduqca əhəmiyyətli vahidlərdir. Abreviasiya sisteminin zənginləşdirilməsi, abreviaturların şifahi nitq üçün təbliği kütlələrin nitq mədəniyyətinin yüksəldilməsi məsələsi üçün vacibdir.

Fəlsəfi anlayışların bəziləri öz bütöv formasını saxlamaqla yanaşı, ixtisar formasından da bir çox hallarda istifadə olunur. Məsələn, fəlsəfənin bir qolu olan «dialektik materializm», «tarixi materializm» çox zaman həm şifahi, həm də yazılı nitdə «diamat», «tarmat» şəklində işlədilir.

Bu tip ixtisarı tam ixtisarlar adlandırırlar. «Tam ixtisarlar heca abreviaturlarının elə bir növüdür ki, burada söz birləşməsinin bütün komponentləri abreviasiyaya uğrayır» (2, s.319).

Müşahidələr göstərir ki, fəlsəfəyə aid mətnlərdə abreviaturların müəyyən formalarından istifadə edilir. Məs.:

EHM (Elektron hesablama maşınları) - Məşhur İsveçrə alimi Jan Jak Babel EHM-dən istifadə edərək hesablamışdır ki, son 600 ildə dünyada 14513 müharibə olmuşdur (9, s. 367).

ETİ bəzi problemləri, məsələn, bir sıra yolxucu xəstəlikləri aradan qaldırmış, uşaq ölümü hallarını azaltmış, insanların ömrünü uzatmışdır. (9, s. 367).

Fəlsəfədə bəzi terminlərin qısa formalarından da istifadə olunur. Məs.: «Biosfer»- biosfer haqqında təlim. «Biosfer» terminini ilk dəfə olaraq J.B.Lamark işlətmişdir. Avstraliya alimi E.Zyuse XIX əsrin son rübündə həmin terminə geoloji məna vermişdir. Biosfer- canlı orqanizm məskunlaşdığı yer mənasındadır.

Azərbaycan dilində fəlsəfə terminlərinin tarixi inkişafı ölkədə ictimai-siyasi və elmi-fəsəfi fikrin formalaşması, bu məcrəda ictimai-siyasi ədəbiyyatın, fəlsəfi əsərlərin və s. yaranması ilə şərtlənir.

Tədqiqat göstərir ki, fəlsəfə terminləri «dünya-insan» sistemini tam halda özündə birləşdirən anlayışların ifadəsinə çevrilir, varlıq, şüur, idrak, elm, sosial sfera, əxlaq, din, mədəniyyət, sivilizasiya və s. çoxkomponentli anlayışlarla əlaqədar vahidlərin məna imkanlarını üzə çıxarır. Bu mənaların fəlsəfi-məntiqi və linqvistik aspektdə aşkar edilməsinin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Həmin mənaların dərki, fikrimizcə, yeni insanın, qlobal dünyaya baxışın formalaşması üçün başlıca stimuldur.

Fəlsəfə terminlərinin potensial imkanları bu elmə məxsus anlayışları dəqiqləşdirir, anlayışlarla terminlər arasında münasibət qurulur, informasiya təmin olunur. Fəlsəfi kateqoriyaların mahiyyəti və digər spesifikası dil vasitələri ilə terminoloji sistemdə təyin olunur.

Müasir dövrümüzdə informasiya ötürücüsü kimi terminlər daha fəal iştirak edir. Terminoloji informasiya anlayış (semantik) informasiyadır, onun işarəvilik, semiotiklik təbiəti mövcuddur. Bu yolla dildə xüsusi anlayışlar ifadə olunur. Buraya terminin definisiyası da daxildir. Yeni informasiya yeni terminləri doğurur. Fəlsəfə tarixində belə informasiyalar nəticəsində meydana çıxan yeni-yeni terminlər bu elmin inkişafını təmin edə bilmişdir.Beləliklə, fəlsəfə terminləri dilin öz milli terminləri və alınma terminlər hesabına yaranır.
Ədəbiyyat siyahısı


  1. Axundov A. – iyyət şəkilçili alınma sözlər.\\Seçilmiş əsərəri. 2 cilddə, II cild, Bakı, «Elm və təhsil», 2012.

  2. Xudiyev N. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, «Maarif», 1989.

  3. Quliyeva X. Rus dilindən Azərbaycan dilinə kalkaetmə yolları. Bakı, «Nafta-Press», 2007.

  4. Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973.

  5. Лосев А.Ф. Знак. Символ. Миф. Труды по зяыкознания. М., 1982.

  6. Rusca-Azərbaycanca lüğət. III cild, Bakı, «Elm» nəşriyyatı, Bakı, 1978.

  7. Müxtəsər fəlsəfə lüğəti. Bakı, 1941.

  8. Парандовский Я. Алхимия слова. М., 1972.

  9. Şükürov A. Fəlsəfə, Elm, 1997.


А.Г.Назарова
Метод кальки и аббревиатуры

в философских терминах

Резюме
В статье говорится о процессах, идущих в философских терминах и о традиционных методах терминов. Лексико-функциональные параллельности проявляют себя в философских терминах. Философские термины в целом калькируются, как аффикс, так и корень слова заменяются соответствующим в Азербайджанском языке словом. Аббревиатуры весьма значимые единицы в обогащении словарного запаса и терминологической системы.

A.H.Nazarova

Motivation, loan translation and abbreviation

in philosophical terms

Summary

The article deals with the processes in philosophical terms and about traditional methods of terms. Lexical and functional parallelism reveals itself in philosophical terms. Philosophical terms are being a loan translation, as the affix and the root of the word are replaced with appropriate word in the Azerbaijanian language. Abbreviations are important units in enrichment of vocabulary and terminological system.



Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Terminologiya şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru,professor S.Sadıqova

filologiya elmləri doktoru İ.Kazımov
Günel Paşayeva

Sumqayıt Dövlət Universiteti.
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ AVROPA

MƏNŞƏLİ ALINMALAR
Açar sözlər: dilçilik, Azərbaycan dilçiliyi, söz yaradıcılığı, sözalma, alınma söz,Avropa mənşəli

Ключевые слова: языкознания, азербайджанское языкознание, творческое выражение, заимствованная,европеизмов

Key words:linguistics, Azerbaijani linguistcs, creative expression, borrowed word, European languangeinto
Dil və onun daxili inkişaf qanunlarına cəmiyyətdə baş verən siyasi, ictimai dəyişiklik, elmi texniki tərəqqi, iqtisadi mədəni həyatda baş verən yeniləşmələr ciddi təsir göstərir. Bu yeniliklər dünyada, o cümlədən dilimizin lüğət tərkibində müxtəlif istiqamətlərdə də dəyişikliklər yaradır. S.Cəfərov yazır: “Dil ictimai bir hadisədir o,cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir. İctimai – iqtisadi, siyasi əıaqələrin dəyişməsi, elm, texnika və mədəniyyət sahəsində arası kəsilməyən yeniliklərin yaranması ilə əlaqədar olaraq dildə yeni – yeni sözlər meydana gəlir. Dilin lüğətində daimi bir dəyişmə, artma və zənginləşmə prosesi gedir” (1,63).

Dilin lüğət tərkibinə daxil olan sözlər istifadə imkanlarına ,yaranma mənbəyinə görə müxtəlif şəkildə qruplaşdırılır. B.Xəlilov dilin lüğət tərkibini iki hissəyə; əsas və əlavə hissələrə ayıraraq yazır: “Dildə sistematik şəkildə istifadə olunan sözlər əsas hissə, sistematik şəkildə istifadə olunmayan sözlər isə əlavə hissə adlanır.” (2,65).

Dildə istifadəsinə görə lüğət tərkibi aktiv və passiv sözlər olmaqla iki hissəyə ayrılır. Alimlərin fikrinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, dilin lüğət tərkibinin özəyini dilin əsas lüğət fondu və ya lüğət tərkibinin əsas hissəsi təşkil edir. Passiv sözlərə isə diqqət yetirsək görərik ki, bu fondda əsasən köhnəlmiş və yeni sözlərə təsadüf edilir. Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibindəki sözlər yaranma mənbəyinə görə iki qrupa ayırmaq olar; Azərbaycan dilinin daxili imkanları əsasında yaranan sözləri və alınma sözlər.

Gündən-günə inkişaf edən Azərbaycan təbii ki, ictimai – siyasi əlaqələrin inkişafı ilə bağlı və istənilən sahədə baş vermiş tərəqqini, yeni yaradılmış bütün vasitələri qəbul etdiyindən onların adlarının da dilimizə daxil olmağı zəruriləşir. Azərbaycan dilindən söz alınmasının tarixi hələ orta əsrlərə gedib çıxır. Belə ki, dilxarici səbəb olaraq, Azərbaycanın coğrafi cəhətdən ticarət mərkəzi olması, Qərbi Avropa tacirlərinin inkişaf etməkdə olan dulusçuluq, ədviyyat, döymə sənəti üçün Azərbaycana gəlməsi ilə bağlı olaraq dilə yeni Avropa mənşəli sözlərin daxil olmasına şərait yaratdı. Alınma sözlər dilimizə vasitəli və vasitəsiz olmaqla iki yolla daxil olur. Avropa mənşəli alınma sözlər dilin lüğət tərkibinə Azərbaycan Rusiyanın tərkibinə keçdikdən sonra daxil olmağa başlamışdır. Hələ 1875 – ci ildə nəşr olunan “Əkinçi” qəzetində 100 -ə yaxın Avropa mənşəli sözlərə rast gəlmək olur. A.H.Qarayev bu sözləri aşağıdakı kimi xarakterizə etmişdir. “Rus və Avropa mənşəli sözlərin semantik cəhətdən asan başa düşülməsi üçün onlar qəzetdə ana dili sözləri ilə müştərək verilirdi. Rus və Avropa mənşəli sözlərin əsasən qraffik xüsusuiyyətləri saxlanılırdı.” (3,11).

Avropa dillərindən sözlərin əksəriyyəti rus dili vasitəsilə keçmişdir. Bəzi sözləri öz orijinallığını, fonetik, qrammatik xüsusiyyətlərini qoruyub saxlaya bildiyi halda bəziləri bir çox dəyişikliyə məruz qalmışdır. S.Sadıqova bu dəyişikliyi aşağıdakı kimi qruplaşdırmışdır: 1) Mənbə dildəki formasında heç bir dəyişiklik aparılmadan alınmış terminlər. 2) Yalnız qrafik dəyişməyə məruz qalmış terminlər. 3) Yalnız fonetik dəyişməyə məruz qalmış terminlər. 4) Həm qrafik,həm də fonetik dəyişməyə məruz qalmış terminlər (4,228-229). Hazırda dilimizdə alınmalar işlənmə məqamlarına ğörə müxtəlifdir. Məsələn: Vapor – latınca vapor, buxar maşınlarının silindri üçün sürtkü yağı, vakuum – latınca vakuum, boşluq, qabda olan qazın seyrəklənmiş vəziyyəti, delta – yunanca delta, çayın dənizə töküldüyü yerdə əmələ gətirdiyi qollar . 2. əşyanın hər hansı vəziyyətinin qeydə alınması

1. Abreviatura – italyanca abbreviatura, ixtisar etmə mənasındadır, latın mənşəlidir, viza – latınca visa, icazənamə mənasındadır

2.Emulsin – latınca emulsus,sağılmış, badamda olan zülal maddə, epiqan – epiganos, özünün yaradıcılıq sistemi olmayıb, hər hansı bir bədii, ədəbi elmi cərəyanı təqlid edən adam,

3.Avizo – italyanca avviso, xəbərdarlıq məktubu. Formasiya – latınca formatio, əmələ gəlmə, görünüş, cəmiyyətin inkişafında müəyyən pillə, dövr və həmin dövrə xas olan quruliş. Flektiv – latınca flexio əymək,keçid söz formaları, yalnız şəkilçilər vasitəsilə deyil, həmçinin fleksiyalar vasitəsilə də düzələn dillər.

Ümumiyyətlə, Azərbaycan dilinə müxtəlif Avropa dillərindən leksik vahidlər daxil olmuşdur. A.Qarayev öz əsərində Avropa mənşəli sözlərin alınmasını aşağıdakı formulada vermişdir. “A→B→C. A – etimon dil, B – vasitəçi və ya ara dil, C – Azərbaycan dilidir.” Əgər alınma söz bilvasitə dilimizə daxil olmuşsa onda formul A→C kimi dəyişəcəkdir. Verilən formulda A – kimi latın, yunan, fransız, ingilis , italyan, ispan və s. dillər çıxış edir. B kimi isə ərəb, fars, türk və əsas rus dili nəzərdə tutulur. Bu formula uyğun olaraq hazırda da Azərbaycan dilinə bir çox alınmalar daxil olmuşdur. Məsələn,

A(yunan.)pelos → B(rus.)пелиты → C(azərb.)pelit – birtipli çöküntüdən olan 0,001 mm 1qlınlığında torpaq qatı.

A(alm.)rolle → B(rus.)ролик → C(azərb.)rolik – ağır şeylərin hərəkət etdirilməsi üçün onların ayaq hissələrinə bağlanmış kiçik çarx.

A(alm.)nargisos → B(fars.)nərəgəs→ C(azərb.)nərgiz – bitki

A(lat.)bursa → B1(alm.)borse →B2(rus.) биржа→C(azərb.)birja –

Avropa mənşəli alınmaları alınma yollarına görə də iki qrupa ayırmaq olar: a) birbaşa alınmalar , b) vasitəli alınmalar .Müstəqillik illərində dilimizə daxil olan alınmalar əsasən Avropa dillərindən birbaşa alınmalardır.Bunlar özünü ən cox telekommunikasiya, informasiya elmlərinin sürətli inkişafı ilə əlaqədar göstərir ki, bu terminlər artıq beynəlxalq terminlər hesab oluna bilər. Məs. deskopt – misrosoft vindovsda iş masası, sahə,stol, həmçinin eyni adlı qovluq. E – mail – elektron poçt, online – real zaman rejimi, xəttədir rejimi, ok. – təsdiqetmə, sazolmanı təsdiq etmə siqnalı, link – fayla və sənədə istinad, həmçinin birləşdirmə, adapter – sistemə qoşulan qurğu,A4 – ölşüsü 210x297 mm olan standart kağız vərəq.(İngiliscə - Azərbaycanca izahlı kompüter terminləri lüğəti. Bakı - 2014) Bu gün bu tip bir çox terminlər vardır ki, bütün dünya dillərində eyni mənada başa düşülür. Bu cür sözlər beynəlmiləl sözlər hesab edilir. Beynəlmiləl sözlər içərisində terminlər daha çox üstünlük təşkil edir. Bu gün bir çox terminlər vardır ki, onların Azərbayca dilində qarşılığı var və hər iki söz dildə işlənir. Məs; boksyor – boksçu, traktorist – traktorçu, yumorist – yumorçu.

Dildə bu cür ikiləşmə söz artıqlığına gətirib çıxarır. Belə ki, bəzən beynəlmiləl olduğu üçün dilə süni yolla gətirilən və yaxud purizm nöqteyi nəzərdən ciddi cəhdlə süni şəkildə öz milli sözlərimizə müraciət və yeni sözlərin yaradılması dildə müəyyən çaşqınlıq və qarışıqlıq yaradır. Bunun aradan qalxması üçün əsas olan, alınmış, və yaxud dilin daxili imkanları vasitəsilə yaradılmış sözlərin leksik – semantik mənasına, adlandırdığı məfhumu tam təsvir etməyinə, dilin mövcud qanunauyğunluğuna riayət olunmasına və eyni zamanda dildə mənimsənilməsi və qəbul edilməsinə diqqət etməkdir.

Avropa mənşəli alınmaları tədqiq edərkən bəzi məsələlər diqqəti cəlb edir. Belə ki, müstəqillik illərinə qədər alınmış terminlərin böyük qismini rus dili vasitəsilə alındığından bu gün bir çox tədqiqat işlərində rus və Avropa mənşəli alınmalar qarışıq olaraq verilmişdir. S.Cəfərov tədqiqatlarında Avropa mənşəli alınmalara ümumiyyətlə yer verməmişdir. Əvəzində bir çox sözləri rus və Avropa mənşəli qrup altında vermişdır.

Qarayev isə “Müasir Azərbaycan dilinin leksik strukturunda Avropa mənşəli sözlərə üç cür yanaşılır; 1. Avropa mənşəli sözlər rus sözləri iə eyniləşdirilir . 2. Avropa mənşəli sözlər dilin lüğət tərkibində müstəqil bir təbəqə kimi götürülür. 3. Rus – Avropa sözləri kimi qarışıq qrup yaradılır.” Müstəqilliyimizi şərtləndirən amil kimi beynəlxalq əlaqələrin inkişafı olmağı və yeni yaradılmış hər bir məvhumun qəbulu, onları mənbə dildəki kimi adlandırılması vasitəsiz həyata keçməkdədir. Eyni zamanda elmi texniki tərəqqinin dayanmadan irəliləməsi yeni texniki avadanlıqların, innovativ vasitələrin yaranmasına gətirib çıxarır. Əlbəttə, bütün bu yenilikləri adlandırmaq yaradıcı ölkənin üzərinə düşür. Bu prosses o qədər sürətlə baş verir ki, reseptor dil bütün bu yenilikləri öz dilində adlandırmağı bacarmaq iqtidarında olmur. Buna görə də etimon dildən sözü eynilə və yaxud qrafik, fonetik və ya hər iki dəyişikliklə almağa məcbur olur. Müstəqillik illərindən etibarən alınan çoxsaylı Avropa mənşəli sözləri dilin lüğət tərkibində artıq müstəqil bir təbəqə kimi götürməyin vaxtıdır. Avropa mənşəli alınmaları tədqiqatçılar müxtəlif qruplarla bölmək olar. Məişətə aid sözlər; qalife, manjet, komfort, konserv, bifşteks, kvartal, fut, kilosikl, seketilyon, muskat, brezent, melanj, abajur, forşnaq, milyard.

2. Elm və onun müxtəlif sahələrinə aid olan sözlər; diplomant, endoskop, inteqral, konqruyensiya, koordinant, inversiya, predikat, intervokal, dialektologiya, aysberq, geosfer, korroziya, kompensator və s.

3. Incəsənət və mədəniyyətə aid olan sözlər; pantilim, proloq, multlipkasiya, radioteatr, truppa, debüt,ampula və s.

4. İctimai – siyasi məzmunlu sözlər; sabotaj, kayerist, eksterilizm, parlament, internasional, proletar, kommunist, konstutisiya, konfedrasiya, suveren, aktual, sosial, kapitalizm və s.

5. Texnikaya aid sözlər; pressing, internet, akkumlyator, izolyasiya, kollektor, amortizasiya, ventil, ventilyator, karbürator, kamera və videomaqnitafon və s.

6. Dəniz, nəqliyyat və rabitəyə aid sözlər; tonnaj, şalanda, buxta, odoqraf, martiroloq, odometr, pirat, oksan, farvater, kilektor, krinolin, plaskart, velosiped, kabriolet, stüradessa, teleqram, avariya, marşrut, ekipaj, aviasiya və s.

7. Dinə aid sözlər; vatikan, ateizm, buddizm, buddist, vadizm, sanskrit, doqmat, asketizm, katolik, monastr, asketizm, protestant, eros və s.

Bu gün Azərbaycan dilinin lüğət tərkibinə dövrün tələbinə uyğun olaraq, çoxlu sayda Avropa mənşəli leksemlər daxil olur. Əvvəlki dövrlərdə ərəb və fars, rus mənşəli sözlərin dilə məcburi şəkildə qeyd edilirdisə gətirilməsini Avropa mənşəli sözlər haqqında bu cür düşünə bilmərik. Çünki hal - hazırda dilə Avropa ölkələri tərəfindən heç bir təsir yoxdur. Buna görə də müstəqillik illərindən bu dövrə kimi olan bu alınmaları zəruri alınmalar adlandırmaq düzgün hesab edilə bilər. Lakin bu alınmaların dildə mənimsənilməsi, dilin qanunlarına riayət olunması nəzarətdə olunmalı məsələlərdəndir. Bəzən müxtəlif ədəbiyyatlarda yeni alınmış terminlərin yazılışında fərqlərin olması böyük çaşqınlıq yaradır. 2012 – ci ildə nəşr olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətində Avropa mənşəli computer sözü kompyuter kimi verilmişdir.(6,346) Lakin bu gün bir çox ədəbiyyatda bu söz müxtəlif formalarda, komputer, kompüter kimi verilməkdədir (6, 249).

Menyu sözü də “yeni nəşr olunmuş” İngiliscə - Azərbaycanca izahlı kompüter terminləri lüğətində menü olaraq verilmişdir. (6,249) Lüğətlərdə olan bu fərqliliyin dildə qarışıqlıq yaratdığı məlumdur. Bu cür faktların qarşısının vaxtında alınması dili artıq sözlərlə yüklənməsindən qoruyar. Buna görə də dilə daxil olan alınmalar dilin fonetik, qrammatik, leksik və semantik qanunlarına tabe olmalıdır. Sözalan dil alınmaları qəbul edərkən uzun müddətli prosesdən keçərək sözü öz qayda və qanunlarına uyğun olaraq mənimsəyir. Əlbəttə ki, sözlərin mənimsənilməsində alınmaların dildə uzunömürlülüyü, dillərin qohumluğu, strukturu əsas rol oynayır. Dilə daxil olan alınmalar o zaman uzun ömürlü olur ki, onlar qrafik cəhətdən etimon dilin sözlərinə uyğunlaşaraq müstəqil mənaya sahib olurlar.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin