Terminologiya məSƏLƏLƏRİ №2


Həsənov H.Ə.Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Univer­siteti­nin nəşriyyatı, 2001, 399 s



Yüklə 1,42 Mb.
səhifə4/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   2   3   4   5   6   7   8   9   ...   16

Həsənov H.Ə.Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Univer­siteti­nin nəşriyyatı, 2001, 399 s.

  • Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 95 s.

  • Qasımov M. Azərbaycan dilinin terminologiyasının əsasları, Bakı: Elm, 1973, 186 s.


  • Qurbanov A.M.Müasir Azərbaycan ədəbi dili, Bakı: “Maarif”, 1985, 408 s.
  • Sadıqova S. Azərbaycan dilinin terminologiyası, Bakı: Elm, 2011, 380 s.



    С.Кулиева

    Унификация дипломатических терминов

    Резюме
    Статья посвящена унификации дипломатических терминов в азербайджанском языке. Поскольку в настоящее время Азербайджан как независимое государство участвует в международных отношениях, проводить независимое государство участвует в международных отношениях, проводит независимую политику, возникает необходимость в уточнении, унификации, стандартизации терминов связанных с этой деятельностью.

    В исследовании привлекаются богатые факты унификации терминов дипломатии и международных отношений в теорети­чес­ком аспекте.


    S.Kulieva

    The unification of diplomatic terms

    Summary
    The article has dedicated to the unification of diplomatic terms in Azerbaijani language. Nowdays the partication of Azerbaijan in the system of invernational relations as an independent stabe, has been actual issne standarbization, unification, to plase in order, invenboray terms connestion with the diplomatic and invernational relations as well as the use official and business styles.

    The unification terms connection with diplavacy and international realitions havebeen investigated rich fact materials in theoretical aspects.




    Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

    Terminologiya şöbəsi
    Rəyçilər: filologiya ü.fəl.dok.S.Novruzova

    filologiya ü.fəl.dok İ.Abdullayeva

    Kəmalə Əhmədova

    Bakı Dövlət Universiteti ,dosent.

    kemale.ahmedova.71@ mail.ru

    PARALEL TABELİLİK ƏSASINDA QURULMUŞ

    CÜMLƏLƏR
    Açar sözlər: Paralel tabelilik, yaruslu budaq cümlələr, həmcins budaq cümlələr, sintaktik əlaqə vasitəsi.

    Ключевые слова: параллельное подчинение, ярусные придаточные предложения, однородные придаточные предложения, средство синтаксической связи.

    Key words: paralel subordinations, the tiers of subordinate clause, hierarchical (subordinativ) connections, homogeneous subordinate clauses, syntactic relations.

    Bu konstruksiyaların özünəməxsusluğu ondadır ki, a) onlar yalnız iki yarus təşkil edir: baş cümlənin və iki (və daha artıq) budaq cümlələrin yarusu; b) budaq cümlələrin hamısı baş cümlə ilə fərdi konkret əlaqədə olurlar; c) budaq cümlələr arasında ierarxik (subordinativ) əlaqə və münasibətlər deyil, konstellyativ münasibətlər mövcuddur; ç) bu münasibətlər fonunda baş cümləni ya həmcins budaq cümlələr genişləndirir, ya da qeyri-həmcins budaq cümlələr; d)budaq cümlələrin həmcinsliyi sintaktik əlaqə vasitəsi ilə də ifadə oluna bilər (və, ancaq, amma, hətta, isə və s. bağlayıcıları ilə), bağlayıcısızlıq əlaqəsi ilə də; e) bu mənada paralel budaq cümlələr ikili sintaktik əlaqə sisteminə girirlər: baş cümlə ilə yalnız tabelilik əlaqəsində, öz aralarında isə tabesizlik və ya bağlayıcısızlıq əlaqəsində olurlar.

    Pпрямоугольник 286прямоугольник 285aralel tabelilik əsasında formalaşan konstruksiyaların əsas modelləri aşağıdakı­lardır:


    1. прямоугольник 289блок-схема: узел 292блок-схема: узел 291 2) 3)


    прямая соединительная линия 290прямая соединительная линия 288


    прямоугольник 276прямая соединительная линия 282прямоугольник 279прямоугольник 287прямоугольник 278прямая соединительная линия 283прямая соединительная линия 284прямая соединительная линия 281прямоугольник 277

    прямоугольник 280

    Model-sxemlərdən göründüyü kimi bu konstruksiyaların əsas modellərinin quruluş, formalaşma prinsipi üç şəkildə olur: 1-ci halda baş cümləni iki budaq cümlə – bir prepozitiv, bir də postpozitiv budaq cümlə genişləndirir. Budaq cümlələr bu halda həmcins olmurlar, onların paralelliyi ancaq eyni baş cümləyə aid olduqları ilə ölçülür və izah olunur:

    a) – İnsan nə qədər çox bilsə, yenə yoldaşın, dostun məsləhətinə möh­tacdır, çünki, necə deyərlər, ağıl ağıldan ötgün olar (M.İbrahimov. Pərvanə. I hissə. Vfəsil).

    b) – Əgər məktəbə getməsən, səni həmişə pambığın ən ağır yerində işlədə­cə­yəm, çünki mənim bir də cərimə verməyə imkanım və həvəsim yoxdur (1,?).

    c) Xanım hadisəni təfsilatı ilə bilməsə də, ərinin dediklərindən duydu ki, Məm­məd Əfəndi ilə komissarın münasibəti nə yerdədir (S.Rəhimov. Ana abidəsi. I hissə, IVfəsil).

    Paralel budaq cümlələr hər üç konstruksiyada baş cümlə ilə birtərəfli sintaktik əlaqədə olub, öz aralarında həmcinslik münasibətlərinə girə bilmirlər, birincisi, ona görə ki, budaq cümlələr müxtəlif tipli vahidlərlə təmsil olunmuşdur (güzəşt + sə­bəb(a); şərt+səbəb (b); güzəşt-şərt + tamamlıq (c)), ikincisi, onlar müxtəlif qütblərə daxil olurlar, müxtəlif qüblərdə çıxış edən baş cümlələrə «qulluq» edirlər.

    Birinci cümlədə qütblərin sərhəddi çünki bağlayıcısı ilə olan səbəb budaq cüm­ləsindən əvvəl, ikinci cümlədə də həmcins səbəb budaq cümləsindən əvvəl, üçüncü cümlədə isə birinci komponentdən sonra keçir (xanım… bilməsə də/). Beləliklə qeyri-həmcins paralel budaq cümlələr yalnız ümumi konstruksiyanın tərkibində nisbi münasibətlərdə ola bilirlər. Əsaslısı isə budur ki, qeyri-həmcins paralel budaq cüm­lələrdən ibarət olan konstruksiyalarda eynimənalı budaq cümlələrin, yəni mənaca eynitipli budaq cümlələrin baş cümləni həm prepozisiyada, həm də postpozisiyada genişləndirməsi istisnadır.

    İkinci halda ÇKMC quruluşunda əsaslı motiv kimi çıxış edən digər əlamət yer tutur: budaq cümlələr (sayından asılı olmayaraq) baş cümlə ilə eyni sintaktik əlaqədə olub, eyni məna münasibətlərinə girir, eyni sintaktik pozisiyanı tutduqlarına görə eyni «suallara cavab» verirlər. Bu halda konstruksiyanı paralel-həmcins budaq cüm­ləli ÇKMC adlandırmaq daha doğru olardı. Göstərilən əlamət bu konst­ruk­siyaları irəlidə sözü gedən konstruksiyalara (paralel, amma qeyri-həmcins) qarşı qoyur.

    Bunu nəzərə alaraq, qeyd etmək lazımdır ki, paralel tabelilik və həmcins paralel tabelilik anlayışları heç də eyniləşdirilə bilməz: «həmcins budaqlı» ÇKMC-lər anla­yı­şı adı çəkilən hər iki qrupu xarakterizə etmir. E.C.Həsənova «həmcins budaqlı tabeli mürəkkəb cümlələr» adı altında hər iki qrupu birləşdirir , çünki məlum olmayan səbəblərdən paralel, amma həmcins olmayan budaq cümləli konstruksiyaların bir qismini ardıcıl tabelilik müstəvisində , bir qismini isə paralel konstruksiyalar içində təqdim edir.(1)

    Hesab edirik ki, paralel tabelilik üzərində qurulmuş konstruksiyaları yuxarıda qeyd etdiyimiz üç model əsasında təsnifləndirmək daha doğru olardı.

    Odur ki, paralel-həmcins (ikinci hal cümlələri) budaq cümləli konstruksiyaların konstitutiv əlaməti məhz budaq cümlələrin baş cümləyə münasibətdə həm paralel, həm də həmcins olmaqlarıdır. Sözü gedən kateqorial əlamətlərin göstəriciləri aşağıdakılardır (ümumən budaq cümlələrin həmcinsliyinin prinsiplərini yuxarıda şərh etmişik):


    1. Budaq cümlələr eynimənalı, eynifunksionaldır, yəni onlar həmcins tamamlıq, həmcins xəbər, həmcins şərt və s. tipli budaq cümlələr olur:

    - Fərhad bütün varlığı ilə çalışmışdı ki, Bakı darülmüəllimində nümunəvi tələ­bə olsun, onun necə olduğunu eşidəndə Lalənin ürəyi açılsın, el-oba içində oğlunun adı çəkiləndə öyünsün (S.Rəhimov. Ana abidəsi. I hissə, IV fəsil).

    - Ona elə gəldi ki, oturanların hər ikisi acıqlıdır və onu qəsdən saya salmırlar (M.Süleymanov. Fırtına. IV fəsil).

    - Əvvəllərdə olduğu kimi, indi də inanırdım ki, mənə heç nə olmaz, heç kəs bizə heç nə edə bilməz (İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı. 15-ci nağıl).

    - Əgər o, saqqalını qırxdırsa, saçını vurdurub, bığlarını sahmana salsa, lap cavan görünərdi. (İ.Şıxlı. Dəli Kür. II hissə).

    2. Budaq cümlələri baş cümləyə birləşdirən bəzi bağlayıcılar və bağlayıcı sözlər hər budaq cümlənin əvvəlində təkrar olunur:

    - Nə qədər ki buludlara qalxan alova tamaşa edirdi, nə qədər ki kənarda durub mübahisə edənlərə baxırdı, çox sakit idi, heç bir əndişəsi yox idi (M.İbrahimov. Pərvanə. II hissə, V fəsil).

    - Və gecənin belə bir vədəsində gözdən könüldən uzaq bir pivə köşkünün qabağında… qorxusuz-hürküsüz dayanmaq Samur hər şeydən çox ləzzət verirdi, çünki belə şey heç bir Buzbulaqlının işi deyildi, çünki burda çoxdan bəri alver eləyən Ələkbərin özü də gecə vaxtı qaldığı məhəllədən bir addım oyana keçə bilmirdi (Ə.Vəliyev. Ötən günlər, VI fəsil).

    Bağlayıcıların və bağlayıcı sözlərin budaq cümlələrin əvvəlində təkrar olun­ma­sı heç də həmişə sözügedən ÇKMC-lərin strukturunda vacib-mütləq deyil, onların təkrar olunması, misallardan göründüyü kimi, adətən üslubi-xarakterioloji mahiyyət kəsb edir, konstruksiyanın konnotativ (əlavə məna və ekspressivlik çalarları) gücünü artırır, onun perseptiv yaddaş baxımından «dayazlaşmasını» təmin edir. Odur ki, göstərilən faktor paralel konstruksiyalarda budaq cümlələrin həmcinsliyini təsbit edən həlledici faktor olmayıb, çox vaxt köməkçi rol oynayır.

    Həmcinsliyin həlledici göstəriciləri sırasında və, ancaq, amma bağlayıcılarının paralel-həmcins budaq cümlələri arasında işlənməsi daha maraqlıdır, çünki bu bağ­layıcı vasitələr iki əsaslı funksiya yerinə yetirir: a) budaq cümlələrin baş cümlə ilə mü­nasibət və əlaqələrinin həmcinsliyini bir daha önə çəkir; b) budaq cümlələrin öz aralarında sintaktik tabesizliyini, onların konkret sintaktik əlaqədə olmasını və bu­nun­la da vahid baş cümləyə münasibətdə homogen olmasını, birgəlik münasi­bət­lə­rində olmasını ifadə edir:

    - Cahan xanımın ağlına da gəlmirdi ki, dünyada pulun da dindirə bilmədiyi adamlar var və bu adamlar çox zaman zəhmətdə böyüyənlərin içindən çıxır (M.İbrahimov. Pərvanə. I hissə, 4-cü fəsil)

    - O gördü ki, ağanın təzə arvadı kişinin ayağını qucaqlayıb irəli buraxmır, Şamxal isə namusa boğulub atasının qabağından qaçmaq istəmir (İ.Şıxlı. Dəli Kür. I his­sə).

    - Nə etməli ki, biz, yəni Sarıköynəklə mən heyran ola bilmirdik, ancaq bizim belə söhbətlərə… biganə qulaq asmağımız heç də Balaəlini ilhamdan sal­mırdı (İ.Əfəndiyev. Sarıköynəklə Valehin nağılı. 13-cü nağıl).

    -Aydın idi ki, onun günahından məhkəmə, prokuror, milis bəlkə də keçər, am­ma Mehnətoğlu Şahalı özü keçməz (B.Bayramov. Yazılmamış kitab.1-ci he­ka­yət).

    Beləliklə, paralel tabelilik durumunda olan ÇKMC-lərin budaq cümlələrinin funksional təyinatı iki növ sintaktik əlaqə və iki növ məna münasibətləri əsasında (tabelilik və tabesizlik əlaqələri, subordinativ və konstellyativ məna münasibətləri) reallaşır. Yuxarıda qeyd etdiyimiz kimi, bu əlamət sözü gedən konstruksiyaları ardıcıl tabelilik əsasında formalaşan konstruksiyalarla qarşı qarşıya qoyur, bu iki qrup konstruksiyaların sistem münasibətlərində olmasını təsbit edir.

    Bununla belə, budaq cümlələrin həmcinslik faktoru haqqında danışdığımız paralel tabelilik durumunda olan konstruksiyalarda daha bir amillə tənzimlənir. Bu amil budaq cümlələrin həmcinsliyini leksik-qrammatik vahidlərin (sözlərin, söz birləşmələrinin və s.) budaq cümlələr tərkibində təkrar olunması ilə üzə çıxır.(2)

    Təkrarlıq elementləri budaq cümlələrin biri-birinə diffuziya etmək səviyyəsini, budaq cümlələrdə təmsil olunmuş informasiya tiplərinin homogen-həmcins olduğuna işarə mövqeyindən çıxış edirlər:

    - Hiss elədim ki, [Rəşid] bir yandan ağlamaq, bununla da özünü yüngülləşdirmək istəyir, bir yandan da «düşmən müqabilində» ləyaqətini qoruyub saxlamağa can atır… (B.Bayramov. Yazılmamış kitab. 1-ci hekayət).

    - … Katibə zərgərliyə izahat verdi ki, komissarlıqda qəbul işləri necə olur, maarif komissarlığını görmək istəyənləri necə siyahıya alır, nə barədə müraciət etmək istəyənlərin ərz-hallarını şəxsən komissara necə təqdim edir (S.Rəhimov. Ana abidəsi. I hissə, III fəsil).

    - Bəli, biz bir neçə adam, bu qərara gəldik ki, sən gözü kor Fərhad Murad oğ­lunun gözlərini açaq, sən qulağı kar Fərhad Murad oğlu Fərhadzadənin qulaq­larının pərdəsini yırtaq, kilidlənən ürək qapılarını taybatay… açaq və sənə deyək ki, ay kişi, sən öz ailənin daxilinə bax…! (S.Rəhimov. Ana abidəsi. II hissə, IX fəsil).

    - Yox, Ziyad kişinin belə əməli olmamışdı və nə yaxşı ki, tam öz bircə gəlməsi ilə bunu Ziyad kişiyə demişdi və bu bircə kəlmə indicə açılan səhərin özü idi… (S.Rəhimov. Ana abidəsi. II hissə, XXI fəsil).

    - Məni narahat edən odur ki, kim bunlara bələdçilik eləyib, bizim evimizin içində daldan xəncəri kürəyimizə kim batırıb?! (M.İbrahimov. Pərvanə. I hissə, 13-cü fəsil).

    Misallardan göründüyü kimi, təkrarlanan elementlər heç də məhz sintaktik təkrar deyilən kateqoriyanı açıqlamır, onlar oppozitiv məna kəsb edən təkrarlardır ki, həmcins budaq cümlələrin baş cümləyə münasibətini gücləndirir, üslubi-konnotativ, üslubi-sintaktik funksiya daşıyır, ÇKMC-nin bütöv bir konstruksiya olmasını, onun vahid nitq-informatik bir quruluş olmasını bir daha vurğulayır.

    Bu məqamda belə bir faktı diqqət mərkəzinə çəkməyi vacib bilirik: paralel-həmcins budaq cümlələr fonunda formalaşan ÇKMC-lər budaq cümlələrin sayı qə­dər minimal tabeli mürəkkəb cümlələri birləşdirən çoxkomponentli konstruksiyaları sıxılmış, preslənmiş formalardır, modelləridir. Digər sözlərlə desək, paralel-həmcins budaq cümlələrin tabeliyi əsasında qurulmuş və indiki halda diqqətimizin obyekti olan konstruksiyalar «ibtidai-etimon» vəziyyətlərində budaq cümlə sayı qədər tabeli mürəkkəb cümlələrin məcmusudur, onların kompleksidir. Fikrimizi açıqlamaq məqsədi ilə iki ÇKMC-ni müqayisə edək:


    1. Fərhad diləyirdi ki, onun anası heç də dünyadan tez getməsin, o azı-azı yüz il ömür sürsün, Fərhad da səksən yaşında belə öz başını yüz yaşlı anasının sümüklü dizlərinin üstünə qoysun, bəlkə də gözü anasının gözlərində dünyadan getsin… (S.Rə­himov. Ana abidəsi. I hissə, VI fəsil) = Fərhad diləyirdi ki, anası heç də dün­ya­dan tez getməsin. Diləyirdi ki, anası azı-azı yüz il ömür sürsün. Diləyirdi ki, o, səksən yaşında belə öz başını anasının sümüklü dizlərinin üstünə qoysun. Diləyirdi ki, bəlkə də onun gözləri anasının gözlərində dünyadan getsin.

    Sintaktik parselyasiya (parçalanmış) formada təqdim etdiyimiz mürəkkəb cüm­lə­lər sırası üslubi-normativ cəhətdən heç də xətalı deyil, yazıçı dilindən götürülmüş konstruktiv formanın üslubi sinonimi kimi, heç şübhəsiz ki, təqdim oluna bilər. Ancaq o da qeyd olunmalıdır ki, konstruksiyanın roman variantı sintaktik üslubiyyatı cəhətdən daha kompakt, dil vasitələrinin qənaəti baxımından daha optimaldır.

    Buna baxmayaraq bizim yaratdığımız parselyativ transforma­si­ya­nın da yaşamaq hüququ sintaktik-emfatik normalar daxilindədir. Və belə formalara ədəbi dil məka­nın­da az da olsa hələ ki rast gəlinir:



    1. Belə vaxtlarda o bircə şeyi hiss eləyirdi: hiss eləyirdi ki, oxuyur, hiss eləyirdi ki, dünya genişdir, hiss eləyirdi ki, yaşamaq gözəldir… (Ə.Məmmədxanlı. Bakı gecələri);

    2. Qaçaq Nəbi bunları qanıb… istəmirdi ki, yer əkən əkinçinin, zəmi biçən biçinçinin əlində qabardan savayı heç zad qalmamış olsun. Qaçaq Nəbi istəmirdi ki, əkinçinin, biçinçinin uşağı ac qalsın… Qaçaq Nəbi əsla istəmirdi ki, imperator üsul-idarəsi hər yanda insafsızcasına ağalıq etsin… Qaçaq Nəbi istəmirdi ki, öz vətəninin gözəl güşələri divan-düşmənin amansız əli ilə dözülməz cəhənnəmə çevrilsin (S.Rəhimov. Qafqaz qartalı. 8-ci fəsil).

    Parselyativ-separativ formalarla vahid. Bütöv konstruksiyaların fərqi, birinci növbədə, ondadır ki, parselyativləri ciddi mənada vahid cümlə kimi qələmə vermək nəzəri baxımdan bir o qədər də asan deyil, çünki onlar artıq üslubi-bədii fiqurlar meydanına çıxır, bu fiqurların xarakterik xüsusiyyətlərini özlərində cəmləşdirirlər. Sanki bütöv konstruksiyada müəyyən dərəcədə pozulmuş poetik simmetriyanı yenidən bərpa edirlər, ayrı-ayrı tabeli mürəkkəb cümlələri bir sırada qarşılaşdırırlar.

    Amma, 2-ci cümlənin strukturu göstərir ki, bu üslubi-bədii fiqur vahid konstruk­siya şəklində də təzahür edə bilər. Və beləliklə, nəticədə üçetaplı bir sintaktik prosesin şahidi oluruq:

    a) Eyniməzmunlu (identik) baş cümləli ayrı-ayrı tabeli mürəkkəb cümlələrin sırası; b) həmin tabeli mürəkkəb cümlələrin bir konstruksiyada qrafik qoşulması, birləşməsi, c) həmin tabeli mürəkkəb cümlələrin implisit (gizli) olaraq bir paralel tabelilik qurumunda təmsil olunması.

    Bu cümlələrin model-sxemini təklif edirik:


    прямоугольник 275


    1. прямоугольник 272прямоугольник 274прямоугольник 273прямоугольник 271прямоугольник 270 2) :

    прямая соединительная линия 268


    прямоугольник 260прямая соединительная линия 262прямоугольник 265прямая соединительная линия 264прямоугольник 248прямоугольник 250прямая соединительная линия 244прямоугольник 252прямая соединительная линия 246прямоугольник 254прямоугольник 251прямая соединительная линия 247прямоугольник 249прямоугольник 253прямая соединительная линия 245прямая соединительная линия 266прямая соединительная линия 267прямая соединительная линия 269прямоугольник 261прямая соединительная линия 263


    прямоугольник 256прямоугольник 257прямоугольник 259прямоугольник 258

    прямоугольник 255

    3прямоугольник 243прямоугольник 242прямоугольник 241прямоугольник 240)

    Bu ifadə formaları göstərir ki, məzmunca eyni olan həyat reallığı və situasiyalar sistem münasibətində olan müxtəlif konstruksiyalar və ya onların derivativ modelləri ilə ifadə olunur ki, bu ifadə vasitələri bu və ya digər səviyyədə sintaktik sinonimiya faktorunun arsenalını təşkil edir, dilin sintaktik sinonimlərinin mexanizmini qanunauyğunluq səviyyəsində işə salır; müq. edək: - Bəs onda necə olmuşdu ki, Gündüz qıza, (Şəlaləyə) bu qədər inanmışdı, Şəlalə bunca məharətlə onu aldatmışdı və üstüörtülü gəzəyənliyində qalmaqla Gündüzə əzəlkilər kimi mələk donunda görünmüşdü? (S.Rəhimov. Ana abidəsi. II hissə, VII fəsil).

    Bir məqamı da diqqətə çəkək. Təsvir etdiyimiz proses həmcins-paralel budaq cümləli ÇKMC-lərin strukturunda baş verir. Qeyri-həmcins, homogen olmayan paralel budaq cümlələr sistemində müşahidə olunmur. Həmcins-paralel budaq cümlələrin yaratdığı ÇKMC, beləliklə, eyni baş cümləli budaq cümlələr komplek­sinin preslənmiş formasıdırsa (buna yuxarıda dediklərimiz müəyyən dərəcədə zəmanət verir), tabeli mürəkkəb cümlələr sırası, kompleksi sözü gedən ÇKMC-lərin təkrir-parçalanmış, separasiya formalarıdırlar; daha bir müqayisəyə müraciət edək:

    - Bilmirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir. Bilirəm ki, heç bir vasitə o hörmətə xələl gətirə bilməz. Lakin bir şeyi də bilirəm ki, əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz (M.S.Ordubadi. Dumanlı Təbriz. I kitab, I hissə) = Bilirəm ki, sizin yanınızda olan hörmətimin dərəcəsi çox yüksəkdir və heç bir vasitə o hörmətə xələl gətirə bilməz, amma onu da bilirəm ki, əqidə birliyi olmayan yerdə sevgi birliyi də ola bilməz.

    Separasiya-təkrir üstündə qurulmuş «mətn»lə ÇKMC-nin əsas fərqini yenə də üslubi-sintaktik effektdə görürük: ÇKMC-nin təsviri gücü yüksəkdir, separativ formaların isə konnotativ-üslubi təsiri daha qüvvəlidir. Buna görə də müqayisə olunan konstruksiyalar heç də bütün parametrləri miqyasında eynilik təşkil etmirlər. Belə ki, axırıncı konstruksiyada amma bağlayıcısından sonra «Onu da bilirəm ki» komponenti irəlidəki «Bilirəm ki» komponentləri ilə formaca identik olmasına baxmayaraq, məzmun baxımından əkslik, antonimlik təşkil edir və buna görə də o «təxirə salına» (eliminasiya oluna) bilməz; ikincisi də, məhz o mənanın daşıyıcısı olduğu üçün ÇKMC kompleksinin qütblərini müəyyənləşdirir. Bir qədər əvvəl analiz etdiyimiz «ÇKMC-mətn» kompleksində isə ÇKMC-nin «Necə olmuşdu ki» baş cümlə komponentinin axırıncı etapda təkrarı vacib deyil: qütb sərhəddi vahid baş cümlə ilə təkrarlanan, paralel budaq cümlə kompleksi arasından keçir, və budaq cümlələrin hamısı biri-biri ilə funksional-sintaktik sinonimlər nisbətindədirlər, çünki baş cümlə «Necə olmuşdu ki» bütün budaq cümlələrlə ayrı-ayrılıqda normativ-sintaktik bir birləşmə təşkil edə bilir (3).

    Burada digər bir məqam da diqqəti çəkir. Təsvir etdiyimiz hadisə əsasən baş cümlə deyilən elementin «qurucu», «təşkilatçı» olması ilə bağlı olsa da, digər hallarda paralel-həmcins budaq cümlələrin tərkibində də bəzi leksik elementlər təkrar olunur, sanki baş cümlələrin bütövlükdə təkrarını neytrallaşdırmaq istəyi ilə budaq cümlələrin hamısı üçün ümumi olan hər hansı bir cümlə üzvü hər dəfə üzə çıxarılır, və artıq belə bir (ikinci) üsulla ÇKMC-nin, yuxarıda dediyimiz kimi, məna dərinliyi dayazlaşdırılır, oxucunun perseptiv yaddaşının həcminə uyğunlaşdırılır:

    - Və mənə elə gəlirdi ki, on il, ya iyirmi il bundan sonra da eynən belə bir dekabr günü olacaq, bu küçədə adamlar onda da eynən beləcə yeriyəcək, binalar eynən beləcə dayanacaq və o binaların üstündəki yazılar da eynən indiki məzmunda qalacaqdır… (M.Süleymanov. Fırtına, VII fəsil).

    Bir məqamı da xüsusi ilə qeyd etmək istərdik. Analiz etdiyimiz ÇKMC-lərdə ümumi konstruksiyanın məna dərinliyini dayazlaşdırmaq zəminində işlənən təkrarlar sistemi təkcə budaq cümlələrin funksional imkanlarını deyil, bir çox hallarda baş cümlələrin də identik imkanlarını əhatə edir. Bu hallarda təkrarlanan baş cümlə mürəkkəb sintaktik bütöv deyilən üslubi fiqurun konstruktiv əlamətinə çevrilir, (4) mürəkkəb sintaktik bütövün başlanğıc mərhələsinin məna və aktuallaşma gücünü artırır:

    - Baxşı: O doğrudur ki, kəndlilər soyulur, o doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq üçün bir həyat idealı olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdır, varlılar daha yaxşı dolanırlar, lakin qan, insan qanı…, mən adına insan qanı tökülə biləcək bir ideal tanımıram (C.Cabbarlı. 1905-ci ildə. I şəkil).

    Bu tipdən olan ÇKMC-lər çoxkomponentli konstruksiyalarla mürəkkəb sintaktik bütöv arasında sistemli münasibətlərin reallığından, bu münasibətlərin sinkretik xarakter daşımasından xəbər verir.


    Yüklə 1,42 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   16




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin