Terminologiya məSƏLƏLƏRİ №2


Azərbaycan dilinin sinonimlər lüğəti, (tərtib edəni: Seyidəliyev N.) Bakı: “Şərq – Qərb”, 2007, 424 s



Yüklə 1,42 Mb.
səhifə3/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   2   3   4   5   6   7   8   9   ...   16

Azərbaycan dilinin sinonimlər lüğəti, (tərtib edəni: Seyidəliyev N.) Bakı: “Şərq – Qərb”, 2007, 424 s.


  • Cəfərov S.Ə. Müasir Azərbaycan dili. Leksika. II hissə. Bakı:Maarif, 1982, 216 s.

  • Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı: Azərbaycan Dövlət Tədris – Pedaqoji Ədəbiyyatı Nəşriyyatı, 1962, 272 s.
  • Hacıyeva A.Y. Linqvistik tipologiyada tipoloji modifikasiya problemi. Bakı, 2008, 282 s. http://www.anl.az/el/h/ha_lttmp.pdf

  • Həsənov H.Ə.  Müasir Azərbaycan dilinin leksikası Bakı:Maarif, 1988.306 s

  • Həsənov H.Ə.Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Univer­siteti­nin nəşriyyatı, 2001, 399 s.

  • Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar, Bakı: Azərbaycan Universiteti nəşriyyatı, 1989, 95 s.

  • Qasımov M. Azərbaycan dilinin terminologiyasının əsasları, Bakı: Elm, 1973, 186 s.


  • Qurbanov A.M.Müasir Azərbaycan ədəbi dili, Bakı: “Maarif”, 1985, 408 s.
  • Sadıqova S. Azərbaycan dilinin terminologiyası, Bakı: Elm, 2011, 380 s.




    MƏNBƏLƏR:




    1. Kərimzadə F. Xudafərin körpüsü, 2002, 208 s.


    http://kitabxana.net/files/books/file/1265027966.pdf
    1. Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, 216 s.

    2. Nəbati S.Ə. Seçilmiş əsərləri. “Şərq-Qərb”, Bakı, 2004,216 s.

    3. Rza R.Seçilmiş əsərləri.Beş cilddə.II cild.Bakı,"Öndər nəşriyyat",2005,320s.

    4. Vurğun S. Seçilmiş əsərləri.Beş cilddə.I cild. Bakı,"Şərq-Qərb", 2005, 264 s.

    5. Vurğun S. Seçilmiş əsərləri. II cild. Bakı, "Şərq-Qərb", 2005, 248 s.

    6. http://muallim.edu.az/arxiv/2013/14/33.htm

    7. http://www.literature.az/userfiles/file/Hesabat%20-%201-yar.pdf

    8. http://www.uludil.gen.az/2_fesil_002.html




    Sevinc Bagirova

    The problem of dublet and absolute synonymy in

    Azerbaijani linguistics

    Summary

    Here is analyzed the level of development of the problem of dublet and absolute synonymy in Azerbaijani linguistics. The author clarifies the problem of belonging to foreign lexicology. Also the author attitudes predictions with being ballast of dublet event. It is analyzed the problem of commitment of dubletlic event with terminology parallels.

    Севиндж Багирова

    Проблема дублетности и абсолютной синонимии в азербайджанской лингвистике


    Резюме

    В статье рассматривается степень разработки проблемы абсолютной синонимии в азербайджанской лингвистике. Автор отстаивает свое отношение дублетности как балласту в языке. В статье исследуется проблема взаимосвязанности терминологии­чес­кой паралельности с дублетностью.




    Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti
    Rəyçilər: filologiya elmləri doktoru,professor T.Quliyev

    filologiya üzrə fəlsəfə doktoru S.Novruzova

    Sima Quliyeva

    AMEA Nəsimi adına Dilçilik İnstitutu,

    aparıcı elmi işçi.
    AZƏRBAYCAN DİLİNDƏ DİPLOMATİYA

    TERMİNLƏRİNİN UNİFİKASİYASI
    Açar sözlər: diplomatiya, termin, unifikasiya

    Ключевые слова: дипломатия, термин, унификация

    Key words: diplomacy, term, unification.
    Hazırda Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində iştirak etməsi, müstəqil siyasətin aparılması Azərbaycanda diplomatiya və beynəlxalq münasibətlərlə bağlı terminlərin, eləcə də rəsmi və işgüzar üslublarda terminlərdən istifadə məsələləri, qeyd edilmiş sahələrə aid terminlərin inventarlaşdırıması, unifikasiyası, nizama salınması və standartlaşdırılması məsələlərinin həllini aktuallaşdırmışdır. Diplomatiya və beynəlxalq münasibət­lərlə bağlı terminlərin unifikasiyası məsələsini konkret nümunələr üzrə nəzərdən keçirməyə çalışaq.

    Beynəlxalq münasibətlər və diplomatiya terminologiyasına AGENDA termini işlədilir. Bu termin Azərbaycan dilində «gündəlik» kimi istifadə olunur. AGENDA termini müxtəlif terminoloci birləşmələrin tərkib komponenti kimi çıxış edir. Məsələn, tentative AGENDA, provisional AGENDA, temporary AGENDA, expanded AGENDA, crowded AGENDA, intensive AGENDA, heavy AGENDA və s. Qeyd olunan terminlərin Azərbaycan dilində qarşılıqlarını müəyyənləşdirmək lazım gəlir, Bu terminlərin bir qismi sovet dövründə formalaşmış terminləridir. Məsələn, gündəlik, gündəlik məsələ, ilkin ündəlik, qabaqcadan hazırlanmış gündəlik və s. Təbii ki, qabaqcadan hazırlanmış gündəlik termin kimi məqbul olunan variant deyildir. Oxşar formalar rus və ingilis dillərində də vardır. Məsələn, the agenda as it stands -povestka dnə kak estğ; the agenda as is – povestka dnə bez izmeneniy – gündəlik olduğu kimi; dəyişikliksiz gündəlik və s. Gündəlikdə müəyyən maddələr olduğundan onun tərkib hissələri ilə bağlı terminlərdən də istifadə olunur. Məsələn, an item on agenda –gündəliyin bəndi; deletion of items from the agenda –gündəlikdən bəndlərin çıxarılması və s. Gündəliklə bağlı bəzi məsələlrin həlli üçün də müəyyən terminlərdən istifadə oluünur. Məsələn, to draw up agenda–gündəliyi hazırlamaq; to place an item on agenda, to include in, inscribe in agenda, to adhere to agenda, to stick to agenda və s.

    Müasir dövrdə terminologiya sahəsində mühüm elmi-nəzəri və praktik əhəmiyyəti olan məsələlərdən biri diplomatiyaya aid terminoloji lüğətlərin işlənib hazırlanması və nəşr etdirilməsidir. Şübhəsiz ki, ictimai-siyasi həyatda gedən proseslər diplomatiya ilə bağlı termi­noloji lüğətlərin hazırlanmasına da yeni istiqamətdə yanaşma tələbini ortaya atır. İndi hər cür lüğətin, eləcə də terminoloji lüğətlərin elektron variantlarının hazırlanması və onların internetdə yerləşdirilməsi artıq olduqca aktual və təxirəsalınmaz bir iş kimi diqqət mərkəzinə çəkilməlidir. Bu baxımdan müxtəlif tipli (ikidilli, çoxdilli, izahlı və s.) terminoloji lüğətlərin hazırlanmasının nəzəri, praktik və metodik məsələlərinin yeni tələblər prizmasından işlənməsinə kəskin ehtiyac duyulurdu. S.Sadıqova terminoloji lüğətlərin tərtib prinsiplərinin həm elmi-nəzəri, həm praktik, həm də metodik cəhətlərinin şərhini və elmi prinsiplərini müəyyənləşdirmişdir. Onun tədqiqatlarında terminoloji lüğətlər haqqında verilmiş geniş məlumatda terminoloji lüğət qarşısında qoyulan tələblər, indiyə qədər tərtib olunmuş lüğətlərdəki səciyyəvi nöqsanlar şərhini tapmışdır. Müəllif terminoloji lüğətlərin tərtibinin aşağıdakı prinsiplərini müəyyənləşdirmişdir: 1) lüğətə elmdə istifadə edilən ən yeni terminlərin daxil edilməsi; 2) variantları olan terminlərdən anlayışı ən dəqiq ifadə edəni və termin qarşısında qoyulan tələblərə cavab verən variantın lüğətə daxil edilməsi; 3) alınma termin üçün Azərbaycan dilində qarşılıq varsa ondan istifadə olunması; 4) Azərbaycan dilində qarşılığı olmayan terminin lüğətdə olduğu kimi verilməsi; 5) beynəlxalq terminlərin olduğu kimi verilməsi; 6) ayrı-ayrı terminlərdə beynəlmiləl element varsa həmin elementin olduğu kimi saxlanması; 7) beynəlmiləl terminoloji birləşmələrin Azərbaycan dilinin normalarına uyğunlaş­dırıl­ması; 8) izahlı terminoloji lüğətlərə təsadüfi terminlərin deyil, dildə artıq sabitləşmiş terminlərin daxil edilməsi.(5,211)

    Standartlaşdırma üçün terminlərin izahlı lüğətləri də çox əhəmiyyətli vasitələrdən biridir. İzahlı lüğətlərdə terminlərin tərifləri verilir. Lakin bütün izahlı lüğətlərdə təriflər sahədə qəbul edilmiş formada olmur. Ən zəruri olan izahlı lüğət tərifin sahədə qəbul edilmiş şəkildə ifadəsini tapdığı izahlı lüğətdir.



    Məsələn: Посланник -elçi (ikinci dərəcəli nümayəndəliyin başçısı. Elçi başçısının yanında akkreditə olunur).

    Откомондирование посланника - elçinin ezam olunması

    Полмочие посланника - elçinin səlahiyyətləri

    Посланник, аккредитованный при государства - dövlət başçısının yanında akkreditə edilmiş elçi.

    Черезвычайный и Полномочный посланник – Fövqəladə və Səlahiyyətli elçi.

    Посолsəfir –bir dövlətin digər dövlətdə olan ən yüksək dərəcəli diplomatik nümayəndəsi, elçisi və s. ölkələrə qısamüddətli səfərlər edən səfir).

    Qeyd olunan terminologiya diplomatiya və beynəlxalq münasibətlərə aiddir. Bu terminologiya rus dilində işlənsə də, Azərbaycan dilində kifayət qədər ətraflı işlənməmişdir. Doğrudur, Azərbaycan dilində beynəlxalq terminlər lüğəti hazırlanmışdır. Lakin həmin lüğətə daxil edilən terminlər rus dilindən kalka yolu ilə götürürülmüşdür və onların unifikasiyası vacib şərtdir.

    Terminlərin unifikasiyası və nizama salınması prosesində belə paralellik aradan qaldırılmır. Terminlərin standartlaşdırılması zamanı isə standart kimi bir termin qəbul edilir. Həmin terminin paralel variantı isə qeyri-standart termin kimi qeydə alınır. Normativ sənədlərdə terminin standart variantının istifadə edilməsi zəruri tələbdir. Qeyri-standart termin isə məqalə və monoqrafiyalarda, dissertasiyalarda istifadə oluna bilər. Paralel terminlərin və ya termin dubletlərin işlənməsi səbəbləri üslubla bağlıdır. Bir sıra hallarda müəllif tavtologiyanı aradan qaldırmaq üçün terminin variantlarından, onun substitutlarından istifadə edilir. Müxtəlif terminlərin eyni mənada işlədilməsi də üslubi səciyyə daşıyır. Məsələn, diskussiya, mübahisə, disput, debat, müzakirə; rayon, bölgə, ərazi; arqument, dəlil, sübut, fakt; inkişaf, tərəqqi, proqress və s.

    Terminlər leksik-semantik, morfoloji, sintaktik və fonetik səviyyə­lərdə müqayisə obyekti olur. Terminlərin orfoqrafiya və orfoepiya normaları da təyin olunur. Bu normalar dilin leksikasına verilən normalarla eyniyyət təşkil edir. Termino­logiya elmi dilin daha çox məlumat daşıyan, in­for­mativ səciyyəyə malik olan leksik qrupudur. Terminolo­giya elm və texnikanın inkişafı ilə bilavasitə əlaqəli olmaqla yanaşı, ictimai-siyasi həyatda baş verən dəyişik­liklərin təsirinə də tez məruz qalır. Bu isə dil əlaqə­lərinin ümumi vəziyyəti ilə bağlı məsələdir. Çoxmillətli dövlətdə milli dillərdəki terminlərlə ifadə olunmuş elmin və texniki anlayışların vahid definitiv prinsiplər əsasında formalaş­dırıl­ma­sı mahiyyəti daşıyan uni­fi­kasiya işləri böyük əhəmiyyət kəsb edir.

    Azərbaycan dilinə keçmiş və ya dilin aldığı söz və terminlərdə zaman-zaman müəyyən dəyişmələr aparılır. Bu dəyişmələr alınmaların dilin normalarına uyğunlaşdırılması məqsədini daşyır. Terminologiyada bu iş nizama salma prosesində getməklə yanaşı, ayrı-ayrı müəlliflərin terminlərin, eləcə sözlərin işlədilməsinə münasibətindən də bəhrələnir.

    Əgər dillərarası unifikasiya nəzərdə tutulursa, onda hansı dillərin əhatə olunması məsələsi həll edi­lir. Təyin edilmiş dillərin hər birinin müvafiq sahəyə aid terminləri seçilir. Belə bir ardıcıllıq vahid ter­mi­noloji fondun yaradılmasını tələb edir. Adətən, vahid terminoloji fondun yaradılması üçün müvafiq lüğətlərdən istifadə olunur. Bəzi tədqiqatçılar unifikasiya üçün yalnız lüğət materialına istinad edilməsini düzgün saymırlar. Onların fikrinə görə unifikasiya zamanı elmi mətnlər xüsusi əhəmiyyət kəsb edir.

    Ayrı-ayrı sahələr üzrə, o cümlədən definitiv terminlərin unifikasiyası, standartlaşdırılması ilə əlaqədar araşdırmaların çoxal­ma­sı­na da ehtiyac yaranır ki, bu da terminlərin definitiv tipinin hərtərəfli öyrənilməsinə şərait yaradır.
    ƏDƏBİYYAT


    1. Yüklə 1,42 Mb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   16




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin