Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,42 Mb.
səhifə14/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   8   9   10   11   12   13   14   15   16

Terminologiya [lat. terminus və yun. logos – məfhum, təlim] Elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu. Dilçilik terminologiyası. Tibb terminologiyası.

Tərifdən göründüyü kimi, bu definisiya Sayalı Sadıqovanın göstərdiyi birinci mənaya uyğun gəlir. Qeyd etmək lazımdır ki, izahlı lüğətdə yalnız terminterminologiya sözlərini tapa bildik.

“Türkçe - Türkçe sözlük terminoloji anlamı” lüğətində də eyni definisiya ilə qarşılaşdıq [14]:

Terminoloji- bir sanat kolunda, bilim dallarında veya teknik alanlarda özel olarak kullanılan terimlerin tümü: tıp terminolojisi.

“Dilçilik terminləri lüğəti”ndə isə izahlı lüğətdə verilmiş məna ilə yanaşı, daha bir anlamı qeyd edilmişdir [14, s. 364]:



Terminologiya 1. Elmin, texnikanın, incəsənətin, istehsalatın, ictimai fəaliyyətin müəyyən bir sahəsinin anlayışları sistemində müvafiq terminlərin məcmusu. Texniki terminologiya. 2. Dilçiliyin terminoloji leksikasını, onun inkişaf qanunauyğunluqlarını öyrənən bölməsi.

İzahlı-tərcümə lüğəti olan “Rusca-azərbaycanca lüğət”də «терминология» termininin tərcüməsi belə verilmişdir [15, s. 317]:



Terminologiya- terminologiya, terminlər, istilahlar.

Bu tərcümədən belə başa düşmək olar ki, “terminologiya” terminlərin məcmusu deməkdir. Ərəb sözü olan “istilah” elə “termin” deməkdir.

Terminşünaslıq (терминоведение) termini isə bu lüğətdə ümumiyyətlə verilməmişdir.

S.İ.Ojeqov və N.Y.Şvedovanın izahlı lüğətində “terminologiya” termini aşağıdakı şəkildə izah edilmişdir [16, s. 795]:

Termin həm (cовокупность) bütün terminlər toplusu, həm də (система терминов) - terminlər sistemi kimi izah olunmuşdur.

Vikipediyada terminşünaslıq termini aşağıdakı şəkildə izah edilmişdir:

Terminologiya— xüsusi leksikanın tipologiya, mənşəyi, quruluşu, mənası, işləkliyi, istifadəsi, nizamlılığı və yaradılması baxımından öyrənən elmdir. [17]

“Azərbaycanca-rusca lüğət”də isə yalnız bir mənada − “müəyyən bir elmi sahədə terminlər sistemi” kimi izahına rast gəldik: “Terminologiya (elmin, incəsənətin, içtimai həyatın hər hansı bir sahəsində işlənən terminlərin məcmusu). Dilçilik terminiologiyası лингвистическая (языковедческая) терминология” [18, s. 440].

“Dilin terminoloji sistemini öyrənən dilçilik bölməsi” və “elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu” anlamlarını ifadə etmək üçün “terminologiya” terminindən istifadə olunması bir terminin birdən artıq məna ifadə etməsi deməkdir. Bu isə Ə.Dəmirçizadənin göstərdiyi “terminlər ancaq müəyyən bir sahə ilə bağlı bir anlayışın ifadəçisi olaraq təkcə bir mənada işlədilə bilir, başqa bir mənada işlədildikdə müəyyən sahədə termin olmaq hüququnu itirir” prinsipi ilə daban-dabana ziddir [7, s. 34]. Məsələ burasındadır ki, dilçilikdə iki yox, Qrinyovun göstərdiyi üç mənanın üçü də işlənir və bunlar ayrı-ayrı adlarla adlandırılarsa, daha düzgün olardı.

Maraqlıdır ki, ingilis dilində «terminology» termini, Azərbaycan dilində olduğu kimi, S.V.Qrinyovun göstərdiyi hər üç mənanı ifadə etmək üçün işlənir [19]. Lakin onu da qeyd etmək lazımdır ki, “terminşünaslıq” termininin ekvivalenti indilis dilində “Terminologiya sahələri” (Terminology Studies) və ya “Terminologiya elmi” (Terminology Science) şəklində işlənmişdir. Belə məlum olur ki, Azərbaycan, rus və ingilis dillərində “terminologiya” termininin realizasiyası zamanı bu dillər arasında terminoloji uyğunluğun − izomorfizmin olmadığı müşahidə olunur.

Aparılan araşdırma nəticəsində “terminologiya” termininin ayrı-ayrı lüğətlərdə və müxtəlif müəlliflər tərəfindən fərqli definisiya ilə təqdim edildiyi və bu terminin terminoloji variativliyə məruz qaldığı məlum oldu. Yuxarıda göstərilmiş substitusiyanın aradan qaldırılması məqsədilə, zənnimizcə, aşağıdakı terminoloji vahidlərin tətbiq olunması məqsədəuyğun olardı:

a) terminlərin tipologizasiyası, onların nizama salınması, yaradılması, formaları, məzmunu, işlənməsi və istifadəsi ilə məşğul olan, leksikologiyanın bazası əsasında qurulmuş nəzəri elm sahəsi və ya ümumiyyətlə, terminləri öyrənən elm “terminşünaslıq” adlandırılmalıdır.

b) elmin, texnikanın, incəsənətin, ictimai həyatın hər hansı bir sahəsində işlədilən terminlərin məcmusu “terminologiya” adlandırılmalıdır.

c) dilin bütün terminlər toplusu “terminoloji leksika” adlandırılmalıdır.


Ədəbiyyat siyahısı


  1. Rey, Alain. Essays on Terminology. London, 1990; 15.

  2. Orucov Ə.Ə. Azərbaycan dili filoloji izahlı lüğətinin nəzəri əsasları. Bakı-1965. 121 səh.

  3. Лотте Д. С. Некоторые принципиальные вопросы отбора и построения научно-технических терминов. М. ; Л., 1941. Он же. Основы построения научно-технической терминологии. М. : АН СССР, 1961; Краткое методическое пособие по разработке и упорядочению научно-технической терминологии. Отв. ред. чл.-кор. АН СССР В. И. Сифоров. М., 1979.

  4. Хижняк С. П. Специфика проявления терминологичности в языке (на материале русской юридической терминологии) // Лингвистические проблемы формирования и развития отраслевой терминологии. Саратов, 1999.

  5. Wills W. Fachsprache und Übersetzung // Terminologie als angewandte Sprachwissenschaft. München ; New York ; London ; Paris, 1979.

  6. Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973.

  7. Ə.Dəmirçizadə, Azərbaycan dilinin üslubiyyatı, Bakı-1962, 270 səh.

  8. Ванников Ю.В. Типы научных и технических текстов и их лингвистические особенности. - М.: 1998.

  9. Татаринов В.А. История отечественного терминоведения. Направления и методы терминологических исследований: очерк и хрестоматия. - М.: 1995.

  10. Sayalı Sadıqova. Azərbaycan dilinin terminologiyası. Bakı, “Elm”, 2011, 380 səh.

  11. Гринев-Гриневич С.В. Терминоведение. М.: Издательский центр «Академия», 2008. 304 стр.

  12. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. Şərq-Qərb, Bakı-2006.

  13. http://www.turkcebilgi.com

  14. Dilçilik terminləri lüğəti. Bakı, Azərb.SSR EA nəşriyyatı, 1957.

  15. Rusca-azərbaycanca lüğət. 4 cildlik. Azərbaycan sovet ensiklopediyasının baş redaksiyası. Bakı – 1991.

  16. Ожегов С.И. и Шведова Н.Ю. “Толковый словарь русского языка”.

  17. ru.wikipedia.org/wiki/

  18. Azərbaycanca-rusca lüğət. Dörd cilddə. Bakı, “Şərq-Qərb”, 2006, 896 səh.

  19. Sager, J. C. A practicalcourseinterminology processing/Juan C. Sager: with a bibliography by BlaiseNkwenti-Azeh. 1990 259 p.


Хадиджа Гейдарова

Исследование термина «терминология» из аспекта терминологической вариативности

Резюме

В статье рассматривается противоречивые концепции разных авторов насчёт теоретических аспектов термина и исследуются причины изоморфизма, синонимии, вариативности, полисемии терминов. Автор, приводя примеры из лингвистических словарей, доказывает, что ярким примером терминологической вариативности является сам термин «терминология». Для того чтобы устранить субституцию в этом вопросе автор предлагает ряд терминологических единиц.


Khadija Heydarova

Term "terminology" research from aspect of

terminological variability

Summary

In article it is considered inconsistent concepts of different authors about theoretical aspects of the term and the reasons of isomorphism, a synonimy, variability, polysemanticism of terms are investigated. The author, giving examples from linguistic dictionaries, proves that a striking example of terminological variability is the term "terminology". To eliminate substitution in this question the author offers a number of terminological units.



Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutu,

Tətbiqi dilçilik şöbəsi
Rəyçilər: filologiya elmləri doktoru, professor İ.Məmmədov

filologiya elmləri doktoru, dosent

T.Baxşıyeva


Aynur Qarayeva

Sumqayıt Dövlət Universiteti.
İNANCLARLA BAĞLI ZOOMİFONİMLƏRİN

YARANMASI

Açar sözlər: linqvistik təhlil, mifologiya, folklor nümunələri, etnoqrafiya, zoonim, xüsusiyyət.

Ключевые слова: лингвистический анализ, мифология, фольклор, этнография, зооним, функция.

Key words: linguistic analysis, mythology, folklore, ethnography, zoonim, feature.
Qədim Azərbaycanda qoyunçuluğun inkişafı və bu təsərrüfat sahəsinin maldar əhali üçün mühüm gəlir mənbəyi sayılması ona xüsusi münasibətin, etiqadın artmasına səbəb olmuşdur. Bur çox əşyaların üzərində xırdabuynuzlu heyvanların rəsmləri, fiqurları söylənilən fikri təsdiqləyir. Qoyuna pərəstişin qoyunçuluqla daha çox məşğul olan xalqlar arasında yayıldığı məlumdur. Arxeoloji materiallar xırdabuynuzlu heyvanların daha çox Cənubi Qafqaz xalqları arasında yayılması barədə dolğun təsəvvür yaradır. Həmin materiallar qoyun inancının bu xalqlar arasında güclü olduğunu sübut edir. Əldə edilən materialları Azərbaycanda göstərilən dövrdə qoyunçuluğun daha geniş yayıldığını, həm də həmin heyvana olan müsbət xüsusi münasibəti göstərən dəyərli mənbələr adlandırmaq mümkündür (1, 41).

Qoyunçuluğun bəzi qədim maldar xalqların təsərrüfatında xüsusi rol oynamasına dair faktlar vardır.

Məhsuldarlıq rəmzi sayılan qoyun da öküz kimi Qədim Şərqdə daha çox pərəstiş edilən heyvanlardan biri olmuşdur. Qoyun müqəddəs sayılmışdır. Ona görə də Allahın məbədlərində saxlanılmışdır.

Erkən tunc dövründə qoç (qoyun) məhsuldarlıq rəmzinə çevrilmiş, sonrakı dövrlərdə bu heyvana bəslənilən inanc və münasibət yeni forma və məzmun qazanmışdır. Müxtəlif mifopoetik sistemlərdə qoç (qoyun) özünün böyük sabitlik, dözümlülük keyfiyyətlərinin daşıyıcısı kimi diqqəti cəlb etmişdir. Mifoloji görüşlərdə qoyun özündə daha çox utancaqlıq, cəsarətsizlik, mülayimlik, yazıqlıq, passivlik, səbirlilik, sadəlik, günahsızlıq, üzüyolalıq, zəriflik, qurbanlıq kimi keyfiyyətləri əks etdirmişdir. Lakin sərsərilik, təşəbbüssüzlük, təqlidçilik, tərslik, axmaqlıq və s. bu kimi cəhətlərin də qoçun (qoyunun) səciyyəvi keyfiyyətlərindən hesab edildiyi göstərilir.

Qoç və qoyun obrazlarının mifoloji şərhində bəzi qeyri-dəqiqliklər vardır. N.Quluzadənin dissertasiyasında qoç obrazında cəsarətsizlik, günahsızlıq motivlərinin, qoyun obrazında isə məhsuldarlıq, günəş və Allahlarla əlaqənin xüsusilə tərənnüm edildiyi göstərilir. Qoyunun həm mifoloji, həm də folklor nümunələrində daha çox yırtıcı heyvanlar tərəfindən yeyilməsi, eyni zamanda daim əzabkeş rolunda çıxış etməsi motivləri də diqqəti çəkir.

Aşağıdakı misralar xalqımızın qoyuna olan inamını, ona müsbət münasibətini ifadə edir:



Qoyunlu evlər gördüm,

Qurulmuş yaya bənzər,

Qoyunsuz evlər gördüm,

Qurumuş çaya bənzər.

Belə etnoqrafik məzmunlu sözlər, frazeoloji vahidlər Azərbaycanın həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınmasına əsas verir.

Azərbaycanın təbii-coğrafi şəraitinin də bu yerdə – bölgədə qoyunçuluğun, maldarlığın yaranmasına, inkişafına səbəb olmasına şübhə yoxdur.

Azərbaycanda Neolit dövrünə aid abidələrdə iri və xırdabuynuzlu heyvan sümüklərinin aşkar edilməsi, onlar içərisində qaramal sümüklərinin daha çox olması bu dövrdə oturaq maldarlıq forması şəraitində qaramalın üstünlük təşkil etməsini, qoyunçuluğun maldarlıq təsərrüfatında ikinci yeri tutmasını göstərir. Qoyunçuluğun Eneolit və Tunc dövrlərində daha çox inkişaf etməsi, e. ə. V-II minilliklər arasında qoyunçuluq təsərrüfatının xeyli genişləndirilməsi və ümumi Azərbaycan miqyasında maldarlıq təsərrüfatında birinci yerə çıxa bilməsi haqqında verilən məlumatlar maraqlıdır (1, 239-238). Bu mifoloji-etnoqrafik deyimlər Azərbaycan xalqının qoyunçuluq təsərrüfatına, qoyuna yüksək qiymət verdiyini əks etdirir:



Qoyunun oldu on,

Gey qırmızı don.

Qoyunun oldu əlli,

Adın oldu bəlli.

Qoyunun oldu yüz,

Gir içində üz.

Qoyunun oldu min

Köhlənini min.

Canlı dil faktları, daha doğrusu, insanlar üçün xeyirli, faydalı xırdabuynuzlu heyvanlara – keçiyə, qoyuna bəslənilən inamı, məhəbbəti dildə gerçəkləşdirən sözlər, ifadələr Azərbaycan dili mifoloji leksikasının zəngin bir layını təşkil edir. Mifoloji deyimlərə diqqət yetirək:

“Keçi kasıbın dirəyidir” (1, 247).

Orta Asiyanın türk xalqlarında qurbanlıq qoyunun dünyasını dəyişən hər hansı bir şəxsin ruhuna axirət körpüsündən keçməsinə yardımçı olacağı kimi təsəvvürlər qorunub saxlanılır. Məsələn, Xarəzm türkmənlərinin mifoloji görüşlərinə görə hüzr düşmüş evdən insan cəsədini çıxaran anda qoyunu qurban kəsirlər. Düşünürlər ki, onların (insanın və qoyunun) ruhları “həmin anda birləşir və birlikdə o dünyaya gedirlər”. Bundan başqa Orta Asiya xalqlarında qəbrin üzərini qoyun və ya keçi buynuzları ilə bəzədilməsi adəti də olmuşdur (3, 112-113).

Azərbaycanın müxtəlif bölgələrində – Qarabağda, Naxçıvanda, Gəncədə, Qazaxda, Kəlbəcərdə, Lerikdə, Laçında, Gədəbəydə və s. yerlərdə, həmçinin Qərbi Azərbaycanın (Ermənistanın) və Gürcüstanın ən qədim çağlardan azərbaycanlıların məskunlaşdığı bölgələrində daş qoç heykəlləri vardır. İndiki Türkiyə Respublikasının Şərq bölgələrindən tapılan daş qoç heykəlləri (məzar daşları) də Azərbaycan tarixində mühüm rolları olmuş Qaraqoyunlu və Ağqoyunlu tayfalarına aid edilir. Türkiyə Respublikasının Qara dəniz sahillərindəki Çamlıhəmşir deyilən yerində tapılmış qoç heykəlli məzarı yerli camaat Kunar (qıpçaq) qəbri adlandırır. Arxeoloji və etnoqrafik baxımdan daha az öyrənilmiş Cənubi Azərbaycanda qoç məzar daşlarının Pirkəndi və Bisnadeh kəndlərinin qəbiristanlıqlarından tapıldığı göstərilmişdir (4, 48).

Qoç fiqurlu nişan daşlarının dağlıq və dağətəyi kəndlərin ərazisində geniş yayılmasına da təsadüfi, ötəri hal kimi baxılmamalıdır. Bunu həmin ərazilərin qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şəraitinin olması ilə izah etmək mümkündür. Bölgələrdə hansı qoyun cinsi daha məşhur olmuşdursa, həmin qoyun cinsinin də heykəli hazırlanmışdır (5, 152).

Xarici görünüşünə görə, qoç fiqurlarının qoyun fiqurlarından fərqlənməsi də böyük maraq doğurur. Qoç fiqurlarında məğrurluq, döyüşkənlik, qoçaqlıq, hərbə hazır olmaq kimi keyfiyyətlər daha parlaq və qabarıq verilmiş, qoyun fiqurları isə bunlara əks keyfiyyətləri sakitliyi, dincliyi, qayğıkeşliyi, qanunçuluğu himayəçiliyi təcəssüm etdirmişdir. Bunu dövrün daş yonan sənətçisinin qabiliyyəti, məharəti ilə əlaqələndirə bilərik (5, 153). Qoç fiqurlarının nişan daşları kimi istifadə edilməsini qoçun igidlik, mərdlik, qoçaqlıq rəmzi sayılması ilə əlaqələndirmək lazımdır. Bundan başqa qoyunun, qoçun müqəddəsləşdirilməsi də səbəbsiz deyildir. Belə münasibəti qoyunun, qoçun təsərrüfatda tutduqları aparıcı, önəmli mövqeləri ilə sıx bağlıdır. Azərbaycanın qədim tayfalarının öz ibadətgah və ziyarətgahlarını qoyunun, qoçun fiqurları ilə bəzəmələrinin səbəbi də budur. Qazax rayonu ərazisində Sarıtəpə qədim yaşayış yerində açılmış binanın divarlarının bəzilərinin müxtəlif fiqurların təsviri diqqəti xüsusi cəlb edir.

15500-dən artıq söz və 3500-dən artıq ifadə olan Azərbaycan dilinin izahlı lüğətinin I cildində (Bakı – 1997) Qoyun və qoç sözlərinin izahı verilmişdir. Həmin sözlər belə izah edilmişdir: Qoyun 1-i. Ət, yun və süd verən sıx qıvrım tüklü kövrək ev heyvanı. Qoyunu qoyun ayağından, keçinin keçi – hər kəsə öz əməlinə, işinə və s.-yə görə yanaşmalı, qiymətləndirməli. Qoyunu qurda tapşırmaq, etibar edilə bilməyən adam haqqında. Qurdla Q. bir yerdə ovlayır – əmin-amanlıq asayiş-dinclik mənasında.

Qoyun II. i. 1. Ağuş, qucaq // obrazlı təsvirlərdə dənizin qoynu. 2. Paltarın döşə qovuşan yeri, döşü; qoltuq”.

“Qoyunboğan i. bot. Rütubətli yerlərdə bitən alaq bitki.

Qoyunqırxan: Q. maşın – qoyunun yununu qırxmaq üçün elektrik maşını; yunqırxan.

Qoyun-quzu. top. Qoyunlar, quzular bir yerdə, davar.

Qoyunkökəltmə: Q. kompleksi (birliyi və s.) – müxtəlif təsərrüfatlardan alınan qoyunları kökəldib ətliyə verməklə məşğul olan təsərrüfat məntəqəsi.

Qoyunçu i. 1. Qoyunçuluq mütəxəssisi // Qoyun saxlamaqla məşğul olan adam, təsərrüfat. 2. köh. Satmaq məqsədi ilə qoyun yetişdirib saxlayan adam; sərkar.

Qoyunçuluq i. k. t. Qoyun yetişdirmə, qoyun saxlama (s. 268-269).

Qoç i. 1. Qoyunun erkəyi, damazlıq erkək qoyun. Qoç döyüşdürmək – keçmişdə: əyləncə üçün xüsusi təlim verilmiş qoçları bir-biri ilə kəllə-kəlləyə vuruşdurmaq adəti. 2 m. İgid, qoçaq. Qoç igidlər.

Qoçaq sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd // zirək, bacarıqlı , dilavər // i. mənasında haydı. Q. // nida yerində. Ay qoçağım.

Qoçaqlanmaq. Bax: qoçaqlaşmaq.

Qoçaqlaşmaq məl. f. Qoçaq olmaq, igidləşmək, cəsurlaşmaq, ürəklənmək // zirəkləşmək.

Qoçaqlıq i. İgidlik, rəşadət, şücaət, mərdlik // zirəklik, hünərlik, hünər.

Qoçaqcasına z. Qoçağa layiq bir surətdə igidliklə, mərdliklə.

Qoçbaz i. Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlayar və bu işlə məşğul olan adam.

Qoçbazlıq i. Köhnə məişətdə: döyüşdürmək üçün qoç saxlama və qoç döyüşdürmə.

Qoçbaşı i. t. Qədim müharibələrdə qalaların divarlarını dəlmək üçün bir tərəfinə qoyun başı kimi dəmir taxılmış tirdən ibarət hərb aləti.

Qoçbuynuzu sif. vəz. Qoçbuynuzu kimi buruq-buruq.

Qoçluq i. d. İgidlik, qoçaqlıq, ürəklilik, diribaşlıq, zirəklik, dilavərlik.

Qoçu i. köh. Keçmişdə xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü.

Qoçubazlıq i. köh. Keçmişdə: varlıların qoçu saxlaması, qoçulara arxalanması // Qoçuluq etmə, qoçuluqla məşğul olma, xalqı tədhiş edib əziyyət vermə, qoçuların başlı-başınalığı // Dəstəbazlıq zorakılıq, qolugüclülük.

Qoçuluq i. köh. Qolçomaqlıq, qolugüclülük, zorakılıq // qoçuların başlı-başınalığı (s. 275).

Keçi i. Süd, ət verən buynuzlu ev heyvanı. Keçi k. kimi – keçinin hərəkətlərinə təşbeh K. kimi tullanmaq.

Keçini bostana buraxmaq – birisini zərər verəcək yerə buraxmaq.

Keçiayaq. sif. D. Ayaqları keçi ayağı kimi nazik K. qız.

Keçiqıran i. d. 1. Martın axırında olan bərk soyuq. // Ümumiyyətlə soyuq. 2. Martın sonu və aprelin birinci yarısı.

Keçiqulağı i. bot. Çiçəklərində xalq təbabətində istifadə olunan ot-bitki.

Keçiotaran i. Keçi çobanı. Keçisaqqal (lı) sif. Şüyrək, uzun saqqalı olan (s. 133). (Azərbaycan dilinin izahlı lüğəti II cild. Bakı – “Çıraq” – 1999, 14000-ə yaxın söz və 3000-ə yaxın ifadə).

Qaynaqlarda qoyun anlayışını bildirən söz və öküz zoonimi kimi məhsuldarlıq rəmzi olar və Qədim Şərqdə də çox pərəstiş edilən heyvanı dildə gerçəkləşdirən və ifadə edən zoomifonimdir. Qoyun zoomifonimi zoonim əsasında əmələ gəlmişdir. Həmin adın – zoonimin adlandırdığı heyvana müqəddəs varlıq kimi baxılması, böyük inam bəslənilməsi haqqında söhbət açdığımız zoonimin mifonimə çevrilməsi ilə nəticələnmişdir. Buna görə də qoyun zoomifonimi yaranmışdır. Zoonimin, eləcə də zoomifonimin yaranma mənbəyi sayılanı yaxud denotatları hesab edilən heyvanlar, yəni qoyunlar bir sıra Allahların məbədlərində saxlanılmışdır. Məsələn, Misirdə qoyunu Xnun Allahın Herakleopolda Herişafa Allahının təcəssümü hesab etmişlər. Mendesdə isə müqəddəs qoyun Banebced (“Ced hakiminin çarı”) adlandırılmışdır.

Keçi zoonimi də eneolit və erkən tunc dövründə Azərbaycanda inanc obyekti olmuş ev heyvanını dildə formalaşdıran və ifadə edən hesab edilmişdir. Keçinin həmin dövrün maldarlıq təsərrüfatında öz faydalılığına, məhsuldarlığına görə digər ev heyvanlarından heç də geri qalmamışdır. Qeyd edildiyi kimi erkən tunc dövründə, adı göstərilən dövrdən əvvəlki və sonrakı minilliklərdə maldarlıq təsərrüfatında keçinin sürüdə say artımına, ondan əldə edilən maldarlıq məhsullarının bolluğuna xüsusi qiymət verilmiş, qədim maldarlar müxtəlif dini mərasimlər, ayinlər zamanı keçi fiqurlarından, rəsmlərindən bir vasitə kimi istifadə etmiş, ona qurban kəsmişlər.

Azərbaycanda eneolit dövründə keçi ilə bağlı yaranan inancların həm də sakral təsəvvürlə bağlı olduğu güman edilir. Kültəpədə aparılan qazıntılar zamanı 17,6 dərinlikdə yerləşən eneolit dövrünə aid edilən 53 nömrəli qəbirdə cəsədin yanında keçi buynuzları üzə çıxarılmışdır (7, 35). Keçi rəsmləri, fiqurları, qoru­yucu vasitəsi kimi istifadə edilən keçi kəlləsi, keçinin bir sıra əski xalqlarda, o cümlədən də Azərbaycanda baharın, yazın zoomorfizmi sayılması (5a, 055-157) keçi adının – zooniminin də mifonimə çevrilməsinə səbəb olmuşdur. Keçi zoomifoniminin yaranması birbaşa həmin ev heyvanına bəslənilən inam, ona pərəstişlə bağlıdır. Dilxarici faktorlar keçmişdə keçiyə bəslənilən müsbət münasibətin və ona edilən pərəstişin parlaq – əyani göstəriciləridir. Qobustanda tunc dövrü yaşayış yerləri və qəbir abidələrindən 34 ədəd keçi rəsmləri təsvir edilmiş daşın tapılması, orada tunc dövrü abidələrinin başqa rəsmlərə nisbətən keçi rəmzlərinin çoxluğu ilə diqqəti cəlb etməsi, bu vəziyyətin yalnız Qobustan abidələrində deyil, Azərbaycanın digər tunc dövrü abidələrində də nəzərə çarpması, keçi rəsmlərinə tunc dövrünə aid maddi mədəniyyət abidələrində də rast gəlinməsi, keçinin də qoyun kimi qurbanlıq obrazında çıxış etməsi, xüsusilə də yeraltı səltənətin ruhlarına və məxluqlarına qurban verilməsi və s.

Qoyun zoomifonimi müxtəlif türk dillərində işləndiyi üçün ümumtürk mənşəli sözdür. Canlı dil faktları üzərində müşahidələrə, qədim yazılı abidələrə, müasir türk dilləri materialları üzərində aparılan linqvistik araşdırmalara söykənib deyə bilərik ki, qoyun anlayışını ifadə etməkdən ötrü bir-birindən mənaca və formaca fərqlənən sözlərdən istifadə edilir. Həmin anlayışın linqvistik göstəriciləri bunlardır: Azərb. Qoyun, qoç; türk. qaq, koyun; türkm. goyun, alt. qaz., q.qalp., noğ., uyğ. koi; tuv. xak. xoй; özb. kuy; koyun (MK, 1,73); kon (MK 1,31). Qoyun anlayışını bildirən türk mənşəli zoomifonimlərin fonetik variantının hansının qədim olmasını dəqiq müəyyənləşdirmək çətindir. Bu barədə qəti hökm vermək olmur. Çünki qədim türk yazılı abidələrində qoyun anlayışını ifadə edən müxtəlif formalar paralel işlənmişdir.

Onu demək lazımdır ki, qədim türk yazılı abidələrində қoy variantının geniş yayıldığı müəyyən edilmişdir. Həmin fonetik varianta Gültəkin abidəsində rast gəlinir. Adı çəkilən abidədə қoy йыл birləşməsi (qoyun ili) işlənmişdir. Кой zooniminin M.Kaşğari lüğətində, Kutadqu Biliqdə və uyğur yazılı abidələrində geniş işləndiyini görürük. Кой йылы (MK, III, 155. Tövə муниб кой ара йаş mas (MK, III, 68); Тонум кой йуни тат йегум арпа аш (КБ – ДТС, 453).

Bizcə, təkhecalılığına görə кой (гоj) daha qədim variant sayılmalıdır, un şəkilçisi göstərilən kökə sonralar artırılmışdır. Bir çox leksik-qrammatik (morfoloji) və sintaktik vahidlər qoyun zooleksemi əsasında yaranmışdır. Məsələn, qoyunçu, qoyunçuluq, qoyun qışlağı, qoyun əti, qoyun pendiri, qoyun südü, qoyun qatığı, qoyun mələşməsi, qoyun sürüsü leksik-qrammatik və sintaktik vahidlər deyilənləri təsdiq edir.

Qoyun zəngin semantikalı sözlərdəndir. Onun semantik quruluşunun mühüm bir komponentini obrazlı metaforik mənaları təşkil edir. Azərbaycan dilində yazıq, çox sakit, fağır, hissiyyatı zəif, lal-dinməz, həlim xasiyyətli adamlara qoyun deyirlər.

Azərbaycan dilində semantik nüvəsi, məna mərkəzi, qoyun zoomifonimi olan bir sıra maraqlı sabit birləşmələr, frazeoloji məzmunlu cümlələr vardır. Hər adama öz fəaliyyətinə, əməlinə, işinə görə qiymət vermək mənasında qoyunu qoyun ayağından, keçini keçi... ifadəsi yaranmışdır.

Xaraktercə, fiziki güclərinə görə bir-birinin əksi olan heyvanlara aid adların şifahi və yazılı nitqdə yanaşı işlədilməsinə ötəri hal kimi baxılmalıdır. Bunun metaforik mənası vardır. Həm də bu obrazlı-metaforik, yaxud məcazi mənanın əsasında, kökündə zoomifonimlərin real, həqiqi mənası dayanır. Söylədiyimiz məsələ ilə bağlı mifoloji deyimlərə diqqət yetirək: “Qoyunu qurda tapşırmaq”, “qurdla qoyun bir yerdə otlayır”... Birinci mifoloji deyim insanların taleyini, həyatını zalım, qəddar, etibar edilməsi məqsədəuyğun sayılmayan adamlara tapşırmamaq mənasını, ikincisi isə əmin-amanlığın, dincliyin hökm sürdüyü mənasını bildirir.

Naxçıvanda geniş yayılmış ən iri, boyca hündür, caydaq qoyunun adı balbasdır. Bizcə bu qoyun iri, böyük olduğundan belə adlandırılmışdır. Balbas iki sözün – bal və bas (isimlə feilin) leksemlərinin birləşməsindən əmələ gəlmişdir. Bala sözündən a saiti düşmüşdür. Əslində ilkin forma balabasan (qoyun) olmuşdur. Dildə qənaət prinsipinə görə basan sözündən – an feili sifət şəkilçisi ixtisar edilmiş və balbas formasında qalmışdır.

Azərbaycanın cənub-şərqində, daha çox Lənkəran zonasında yayılmış qoyun cinsinə caro və ya carov deyirlər. Fikrimizcə, bu söz fars mənşəlidir.

Başqa ev heyvanları kimi, xırdabuynuzlu heyvanların da özlərinə məxsus müxtəlif yaş dövrləri ilə əlaqədar adları vardır.

Ayrı-ayrı elmi ədəbiyyatda xırdabuynuzlu heyvanların yaş dövrləri ilə bağlı yaranmış adları barədə həm uyğun, ümumi, həm də fərqli fikirləri var.

Tarixçi-etnoqraf T.Bünyadovun fikrincə, xırdabuynuzlu heyvanların yeni doğulmuşu (quzu), iki ilinə qədər olanı toğlu, üç ilinə qədər olanı şişək (dişisi), erkək (erkəyi), üç ildən sonra erkəyi qoç, dişisi isə ana qoyun adlanır.

X.D.Xəlilov yazır: “Qoyunun yaşı dişi ilə müəyyənləşdirilir. Bala 6 aylığına kimi quzu, 6 ayından bir yaşına kimi toğlu adlanır. Bir yaşının tamamında ortadakı bir cüt dişi dəyişəndə şişək, ikinci cüt dişi dəyişəndə öyəc, üçüncü cüt dişi dəyişəndə qaradiş, beş yaşında azman, altı yaşında dızman adlanır”.

Həvil Həvilov “Martda mərək” əsərində yazır: “Bütün ev heyvanları kimi xırdabuynuzlu heyvanların da özünəməxsus, müxtəlif yaş dövrlərinə uyğun gələn münasib adları vardır. Belə ki, yeni doğulmuş quzu əmlik, 6-7 aylıq olanda quzu, 6 aydan 1 yaşa qədər şişək və ya erkək toğlu adlanır. Əgər şişək vaxtında qoca gələrdisə, ona bicəyinə deyilərdi, üç-dörd yaşdan sonra doğar qoyunlar anac qoyun, erkəklər isə oyəc adlanırdı. Xayalardan məhrum edilmiş və ya fəaliyyətsizləşdirilmiş erkəklərə burux və ya axta deyirdilər. Beş illik anac qoyun azman, 7-8 yaşında dızman, 8-9 yaşında erkəklər qaradaş adlanırdı”.

Azərbaycan dili şivələrində qoyun anlayışı ifadə edən müxtəlif zooleksemlər işlənir.

Gəncə dialektində böyük gövdəli, iriquyruqlu qoyun cinsi balvaz adlanır. (Azərbaycan dilinin Dialektoloji lüğəti. s. 9). Bizcə, balvaz balbas sözünün fonetik dəyişikliyə uğramış variantıdır. Qazax şivəsində qoyun adının sinonimi ağtühlü zooleksemidir (Az.d.D.L., s. 22). Həmin şivədə arğalı (vəhşi qoç, keçi) (Az.d.D.L., s. 39) qaraçiş (üç-dörd yaşlı qoç (Az.d.D.L., s. 116) deməkdir. Ağbaba, Füzuli, Biləsuvar şivələrində erkək qoyun mənasını verən qaradaş sözünə rast gəlinir. Qaradaş Ağbaba şivəsində üçillik erkək qoyunun, Füzuli şivəsində dördillik erkək qoyunun, Biləsuvar şivəsində beş-altı illik erkək qoyunun adıdır (Az.d.DL., s.114).

Şəmkir şivəsində arıq, döllüyə yaramayan qoyuna aşqal deyilir. (Az.d.D.L., s.46). Dilimizin qoyun anlayışını ifadə edən zooleksemlərini nəzərdən keçirib qənaətə gəldik ki, bu leksik-semantik söz qrupu çox maraqlı, zəngin etnolinqvistik xüsusiyyətləri özündə cəmləşdirən və obyektiv tədqiq olunmasına zəruri ehtiyac duyulan leksem laydır. Yəni eyni heyvan anlayışını ifadə edən qohum və yad dillərə məxsus müxtəlif zooleksemlərin məcazi mənaları müqayisə olunmuşdur. Həmin müqayisə prosesində həm ümumi, oxşar əlamətlər, həm də mühüm fərqlər müəyyənləşdirilmişdir. Məsələn, qoyun sözünün semantik quruluşunu açarkən onun obrazlı – metaforik mənası belə təhlil olunur:

Azərbaycan dilində yazıq, çox sakit, fağır, hissiyyatı zəif, həlim, lal-dinməz adama qoyun deyilir. Dilimizdə küt, heç nə başa düşməyən insanlar da qoyun zooleksemi ilə səciyyələndirilir. İnsanın zahiri görkəminin müəyyən nöqsanlı cəhətini nəzərə çarpdırmaq üçün qoyunun konkret bədən üzvünün – gözünün əlamətindən istifadə olunur.

Bəzi adamlar haqqında qoyungözlü ifadəsi işlədilir. Dilimizdə hər adama əməlinə, işinə, fəaliyyətinə görə yanaşmaq, qiymət vermək məzmunlu “qoyunu qoyun ayağından, keçini keçi” sabit birləşmələri formalaşmışdır.

Xaraktercə bir-birinə zidd heyvanlara məxsus adların yanaşı işlədilməsi ilə insanların taleyini zalım, qəddar, etibar ediləsi olmayan adamdan asılı etmək mənası qoyunu qurda tapşırmaq; əmin-amanlığın, asayişin, dincliyin hökm sürdüyünü bildirməkdən ötrü “qurdla qoyun bir yerdə otlayır” sabit birləşmələri dediyimizə ən yaxşı nümunələrdir.

Başqa dillərdə də qoyun anlayışını bildirən zooleksemlərin obrazlı – metaforik mənalarını izləyərkən maraqlı xüsusiyyətlər müşahidə etdik. Rus, Ukrayna, polyak, Litva dillərində qoyun anlayışını formalaşdıran və ifadə edən zooleksemlərdən dinc, lal-dinməz, hissiyyatsız, çox şeyi anlamayan, dünyadan bir növ xəbərsiz, kütbeyin, tərs, inadkar, kəc adamları səciyyələndirmək üçün istifadə olunur. Ukrayna dilində həmin zooleksem avam, cahil adamlara da aid edilir. Bu dildə qoyun anlamını bildirən söz məcburi zəruri şəraitdə qəddar, hirsli, zalım ola bilən dinc, sakit, günahsız adamları səciyyələndirir. Apardığımız tədqiqat əsasında belə nəticəyə gəlirik ki, dünya dillərində zooleksemlərin məcazi mənaları da müəyyən semantik modellərə uyğun gəlir. Semantik modellərin bəziləri bir neçə dildə müşahidə edildiyinə görə universal xarakter daşıyır.

Keçi sözü də xırdabuynuzlu heyvan adları sırasına daxildir. Bu söz də qoyunçuluq leksikasının tərkibindədir.

Göründüyü kimi, keçi anlayışının ifadə formalarını ayrı-ayrı sözlərlə adlandırmaq doğru deyildir. Onların fonetik tərkibi eynidir. İkinci forma səslərin metatezası – yerdəyişməsi nəticəsində yaranmışdır. Səslərin yerdəyişməsi – metateza hadisəsi dünya dillərinə xas olan ümumi fonetik qanunauyğunluqdur. Keçi forması oğuz qrupu türk dilləri üçün xarakterikdir. Keçi adı əsasında dağ keçisi, keçi balası, keçi südü, keçi əti və s. söz birləşmələri yaranmışdır. Bu zooleksemin bağlı olduğu denotat – keçi xeyirli ev heyvanlarından biridir. Onun südündən və piyindən xalq təbabətindən istifadə edilir. Xalq arasında “Keçi kasıbın inəyidir” deyərlər.

Azərbaycan dilində keçi ilə də bağlı qədim sayaçı sözləri vardır:

Nənəm a xallı keçi,

Məməsi ballı keçi.

Uca qaya başında

Tutubdu yallı keçi.

Bizcə, dilimizdəki keçə sözü keçi zooleksemindən törəmişdir.

Dilimizdə “keçi deyər, qarnımı doydur, qora basdır” ifadəsi keçinin soyuğa davamsızlığını bildirir. Bu heyvanla əlaqəli dilimizdə formalaşan “keçi keçiliyi il yatdığı yeri də dırnağı ilə təmizləyib yatır” məsəli təsadüfi yaranmamışdır. Belə ki, keçi çox təmizkar heyvandır, o heç bir zaman çirkli, natəmiz yerdə yatmır. Buna görə də tənbəl adamlara xitabən həmin məsəl əmələ gəlmişdir.

Keçinin dərisi də qiymətlidir, ondan məişətdə çox istifadə olunur. Nüvəsi keçi zooleksemindən ibarət:



Keçi deyər adım Əddülkərimdir,

Qavala çəkilən mənim dərimdir”.

ifadəsi göstərilən dilxarici amillərlə bağlı formalaşmışdır.

Göründüyü kimi, keçi zoomifonimi ilə bağlı xeyli mifoloji, daha doğrusu, zoomifoloji deyimlər vardır.

Müəyyən mənəvi əxlaqi keyfiyyətlərin, tərbiyəvi fikirlərin dildə gerçəkləşmiş əksi sayılan bir sıra atalar sözlərimizin açarı, daxili özəyi keçi zooleksemidir: Keçi can hayında, qəssab piy axtarır. Keçi şərab içsə, dəvəyə meydan oxuyar. Keçi suyu bağıra-bağıra keçər. Keçi keçim olsun, oturduğum yer samanlıq. Keçidə saqqal var, amma şeyx deyil. Bir sürü qoyundan bir keçi yaxşıdır. Keçiyə qurd dəyməsə, gedib Həccə çıxar. Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı. Keçinin qoturu sərçeşmədən su içər. Keçinin başı gicişəndə, buynuzunu çobanın çomağına sürtər. Keçinin şeytanla qohumluğu var. Keçi şeytandır, quzu heyvan. Qoyun qırxıma qoyulanda keçinin gözü yaşarar. Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa deyərlər.

Keçi sözünün etimologiyası da maraqlıdır. Keçinin otlağa ötürülməsi və çağırılması ilə əlaqədar ayrı-ayrı türk dillərində tələffüz olunan səs birləşmələri keçi zoolekseminin açımını, daxili formasını müəyyənləşdirmək üçün maraqlı faktlardır. Çuv. kaçi! kaçi! Azərb. ço-ço, keç! keç! qaq, keç! Türkm. qeçi! qeçi!

Çox ehtimal ki, həmin müraciət forması ilə keçi zooleksemi arasında daxili bağlılıq vardır.

Keçilər (dıbırlar) qoyun sürüsünün qabağına gedib ona bir növ istiqamət verir. Yəni sürünün qabağında getdiyi üçün hər yerdən birinci keçi keçir. Bəlkə də ikihecalı keçi adı keç feilindən törəmişdir.

Slavyan dillərindəki коза, козел, козля, коча kimi söz formaları türk mənşəlidir. Dilimizdə yaşla əlaqədar keçilərə müəyyən adlar verilmişdir. 6 aylığa qədər keçi balasına oğlaq (Naxçıvanda ovlaq, Şəki-Zaqatala bölgəsində mücür), bir illiyində çəpiş, iki yaşa qədər dişisinə göər, erkəyinə dıbır, 3-4 yaşlı erkək keçiyə təkə və ya seyiz deyirlər. Dilimizdə şiş buynuzlu təkə, gövdəli təkə, yedəkçi təkə adları da var. Bəzi indiki türk dillərində axtalanmış keçi anlayışını bildirmək üçün qədim эpkür sözü işlədilir. Эpkаr (MK, 1, 120); epkac (DTS, 179); эrkec (Poppe, MA, 330), Azərb. erkəc, türk erkeç; Türkm. əркеч, Qaraçay-бал. erker. Bu ad türk dillərinin cənub-qərb arealına aiddir.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin