Terminologiya məSƏLƏLƏRİ №2



Yüklə 1,42 Mb.
səhifə13/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   8   9   10   11   12   13   14   15   16

Ədəbiyyat siyahısı
1. “Советская тюркология” № 7, Баку.; 1987 (93 s.).

2. M. Füzuli. Əsərləri. I cild. Bakı.; 1958; II cild. Bakı; 1958.

3. Nəsimi. Seçilmiş əsərləri. Bakı.; 1979.

4. M. Füzuli. Əsərləri. II cild. Bakı.; 1958.

5. Kişvəri. Əsərləri. Bakı.; 1982.

6. Ş. İ. Xətai. Əsərləri. II cild. Bakı.; 1976.

7. M. P. Vaqif. Əsərləri. Bakı.; 1957.

Ибрагимова Шахла
Вопросы терминологии в исследованиях

Б.В.Будагова

Резюме
Основным источником создания новых терминов, обогащения терминологического фонда и усовершенствования отдельных терминологических систем любого национального языка является собственный словарный состав языка. В.Б. Будагов коснулся этого вопроса в своей статье. Он в своем статье написал ряд слов которые были использованы в древних письменных источников Азербайджанского языка.
Ibrahimova Shahla

Issues of terminology researches V. B. Budagov

Summary
Until the level of development of the Azerbaijani language terminology, various stages in the past, benefited from a variety of sources. Location in terms of obtaining a literary language and words were always a source of debate. V. B. Budagov in his article literary language of Azerbaijan last words a certain portion brought clarified.

Çapa tövsiyə edən: Gəncə Dövlət Universiteti

Rəyçilər: filologiya elmləri doktoru,professor T.Quliyev

filologiya elmləri doktoru, professor M.Yusifov

Vəfa İbişova

AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı.

MƏTNİN KOMPONENTLƏRİ ARASINDA

MƏNTİQİ-SEMANTİK RABİTƏ YARADAN TERMİNOLOJİ KATEQORİYALAR
Açar sözlər: məntiqi-semantik rabitə, zəncirvari rabitə, paralel rabitə, xatırlama, əlavə-qabaqlayıcı informasiya.

Ключевые слова: логико-семантическая связь, ценная связь, параллельная связь, упоминание, дополнительно-операжающая информация.

Key words: logical-semantic relations, chain connection, parallel connection, allusion, extra-advance information.
Mətni quran cümlələr müxtəlif rabitə formaları ilə bir-birinə qapanır. Bu formalardan biri məntiqi-semantik rabitədir. Ümumiyyətlə, «mətnin məntiqi-semantik bütövlüyü, tamlığı hələ tam öyrənilməsə də, o, metodoloji baxımdan çox mühüm məsələdir» (1, s. 352).

Mətn linqvistikasından bəhs olunan əsərlərdə mətni rabitənin zəncirvarı, paralel, zəncirvarı-paralel və s. tipləri fərqləndirilir. Bu rabitə mətnə formal yanaşmada meydana çıxır.

Hələ keçən əsrin 70-ci illərində Q.Solqanik mətnin komponetləri arasında 2 əlaqə tipindən- zəncirvari və paralel əlaqələrdən həsr etmişdir. Bu əlaqə formaları mətndaxili xüsusiyyətdən irəli gəlmişdir (2, s.88).

Tatar dilçisi M.Zəkiyev həmin rabitə tiplərinin məntiqi-sintaktik, məntiqi-semantik mühitdə formalaşdığını göstərir, «bunların qarşılıqlı şəkildə intensional olaraq bir-birini tələb etməsi» qənaətinə gəlir (3, s. 76).

Azərbaycan dilçisi Q.Kazımov zəncirvari rabitənin başlıca əlamətini belə izah edir; əvvəlki cümlənin reması sonrakının teması kimi çıxış edir və bu proses sintaktik bütöv boyu davam edir, cümlələr bir zəncirin həlqələri kimi bir-birinə bağlanır. Bu prosesdə həllediji rol təkrarların üzərinə düşür. Hətta bəzən əvvəlki cümlənin reması sonrakında tema şəklində olduğu kimi saxlanılır (4, s. 457). Misal üçün: Bəyin sözünü şarpaşarp alqışladılar. Alqışladılar ona görə ki, bəy mənsəb sahibi idi (Mir Cəlal); Üzümlər gül tökəndə iyun ayının axırlarında yorğan-döşəyini götürüb, bağda, dərədə yatardı. Niyə də yatmasın? Qoruya bilsə, tənəkdə bir pud üzümü vardı (Mir Cəlal).

Mətnləşmədə digər bir rabitə paralellikdir. «Sintaktik paralellik hadisəsi hər hansı bir dil-danışıq ortamında fərqli və yaxın anlamların eyni qrammatik meyarlarla müəyyənləşdirilə bilən cümlə komponentləri və cümlələrdə anlatılması deməkdir. Bu «nisbi xarakterli sintaktik inversiya»dır (5, s.281, 282).

Q.Kazımov mətnləşmədə paralellik rabitəsindən məntiqi-semantik əlaqə növü kimi bəhs edir və yazır ki, paralel əlaqələr əsasında qurulan mətnlərdə əvvəlcə ümumiləşdirici bir cümlə verilir, sonra həmin cümlələrdəki subyekt ideyası paralel cümlələrdə müxtəlif cəhətdən şərh edilir, ümumi fikir konkret məna ifadə edən cümlələrə paylanır. Açıq sıralı olduğundan cümlələrin sayı müəllif istəyindən asılı olur. Bu cür mətnlərdə bir cümlənin reması o birinin temasına çevrilmir, ümumiləşdirici cümlədəki fikir əsasən eyni quruluşlu (və ya əksər üzvləri paralel olan), eyni tipli, eyni söz sırasına malik olan cümlələrlə hərtərəfli izah edilir, anafora və epiforadan geniş istifadə edilir (4, s.459 )

Misal üçün: Xankişi stullara əl gəzdirməyə başladı. Hamını növbə ilə: bir arvad, bir kişi düzdülər. Elə arvad var idi ki, ərsiz, elə kişi var idi ki, arvadsız gəlmişdi. Bunlar nəzərə alındı (Mir Cəlal).

Bəzən mətnlərdə həm zəncirvari, həm də paralel əlaqələr birlikdə çıxış edir. Bunu «qarışıq tip» (Q.Kazımov) də adlandırırlar. Misal üçün: Qadın mücrünü etibarlı yerdə gizlətmişdi. Həmin mücrünü ailə quran gündən saxlayırdı. Mücrü anasından yadigar qaldığı üçün saxlayırdı (İ.Hüseynov)

Mətnin sistemli, «dərin» rabitəsi kateqoriyalar şəklində gerçəkləşir. Koqeziya, prospeksiya, retrospeksiya, inteqrasiya, predikasiya kimi kateqoriyalar mətnin məntiqi-semantik əlaqələrini təşkil edir.



Koqeziya. Mətnin məntiqi-semantik bütövlüyünü koqeziya kateqoriyası təmin edir. «Koqeziya» ilişmə, yanaşma mənasındadır, bu anlayışla mətnin bağlılığı, əlaqəsi başa düşülür. Koqeziya ən çox məntiqi əlaqə və bağlılıqdır. Mətnin məntiqi-semantik bütövlüyü ilə yanaşı, koqeziya nitqi ahəngdar şəklə salır. «Mətnin bağlılığı- koqeziya mətn daxilində cümlələr arasında formal-qrammatik bağlılığı, məzmun-semantik əlaqəni və məntiqi ardıjıllığı əhatə edir» (4, s.10).

Koqeziyanın psixoloji tipi mətnin məntiqi-semantik nüvəsinə güclü təsir göstərir. İ.R.Qalperin yazır ki, psixoloji koqeziyada məntiqi-semantik bütövlük, eyni zamanda əlaqə qrammatik və lirik təkrarlar vasitəsi ilə formalaşır. Məntiqi koqeziya mətnin semantik-məntiqi ardıcıllığını məzmunun tədrici olaraq açılmasını təmin edir» (6, s. 31).



Prospeksiya. Prospeksiya əlaqəlilikdir, lakin mətndəki informasiyanın gələcəkdə veriləcək informasiya ilə əlaqəsini nəzərdə tutan bağlılıqdır. Məntiqi-semantik bütövlüyün əldə edilməsində bu əlaqə tipinin də rolu böyükdür. Bu cür əlaqə tipində mətnin əvvəlinci informasiya yükü sonra baş verəcək hadisə və proseslərlə bağlanılır. Mətndə həmin əlaqənin formalaşmasında bəzi ifadə-semiotiklər fəallığı ilə seçilir.

Prospeksiya «girişdən», «proloqdan», «müəllifdən», «redaktordan» və s. hissələrdən ibarətdir.



«Proloq». Mir Cəlalın «Bir gəncin manifesi» povestindəki proloqu misal göstərmək olar.

«Müəllifdən». «Bu satirik yazılarımda nə qədər haqlı olsam da, bir və ya iki fərdin qəlbimə toxunmağıma təəssüflənmişəm. Lakin milyonların mənafeyinə xidmət etməyim mənə təsəlli olub. Müəllif. (Bax: Əli İldırımoğlu. Telepat (Satirik hekayələr və felyetonlar). Bakı, «Nurlan», 2011, s. 3).

«Redaktordan». Bu kitab-doğulmaqda olan hələ ayağı yer görməmiş körpə həyatın acı nəfəsini çiyinlərinə çəkən kimi, bu zəhərin əzabından çığırır, sanki haray çəkir, yanındanca ötməkdə olan karvanı əyələməyə çağırır,-murad olmayan «atın» üstündə ədəbiyyatımıza gələn müəllifin ədəbi-fəlsəfi düşüncələri, publisistik qeydləridir (S.Abdullayevin «At murad deyilmiş» adlı kitabına «redaktordan» olan hissədən kəsilmiş mətn parçası)

«Son söz əvəzi». S.Abdullayevin kitabından götürülmüş bir hissə: «Bu da ağrılı-acılı bir ömürdə yaşadıqlarımın, gördüklərimin, duyduqlarımın cüzi bir qismini dərib-döşürüb boxçasına yığdığım kitabın son sətirləri. Görəsən, oxucu bu kitaba sərf etdiyi vaxta görə təəssüflənməyəcək ki...(ardı var)

Daha ətraflı bir qədər sonra». Biləndə ki, o ağır xəstəni Qədir həkim sağaldıb. Bu zaman Homerin aşağıdakı kəlamı yada düşür: «Bir həkimin məharəti yüzlərlə döyüşçünün hünərindən üstündür»

Biləndə ki, o-Tofiq Abdullayev Azərbaycan tibb elmində öz sözünü deyə bilib çox sevindim. Amma söhbət edə bilmədim. Çətin cərrahiyyə əməliyyatından çıxmış Tofiq həkimin vaxtını almaq istəmədim (S.Abdullayev. At murad deyilmiş, s. 178).

Hadisələrin gedişi sübut etdi ki, istintaq davam edərsə, sürücü həbs ediləcək. Sürücü belə olacağına şübhə etmirdi («Təzadlar» qəzeti, 22 noyabr 2013, s. 4)

Bu çoxsaylı misallarda mətni əlaqəlilik öz parlaq ifadəsini tapa bilmişdir. «...bu mətnlərdəki informasiyanı sonra baş verəjək hadisələr əlaqələndirir» (7, s.59).



Retrospeksiya. Prospeksiya mətnə məxsus informasiyanı sonra baş vermiş hadisə və proseslərlə əlaqələndirirsə, retrospeksiya keçmişdə olmuş hadisələri indiki hadisələrlə məntiqi-semantik cəhətdən əlaqələndirir. Hazırda olacaq hadisənin məğzini, məzmununu bütöv şəkildə başa düşülməsi üçün hazırlıq işləri görülür. Şərh edilir ki, hadisələrin bu məcrada inkişafına təsadüfi hal kimi baxmaq olmaz. Nə zamansa bu cür bir hadisə olmuş və sonda buna bənzər bir hadisə meydana çıxmışdır. İndi olan hadisələr nə zamansa keçmişdə olmuş hadisə və əhvalatların məntiqi davamı və nəticəsidir.

«Xatırlama» mənasını kəsb edən bu anlayış-terminin məğzini N.Novruzova belə göstərir: «Məhz bu kateqoriyanın köməyi ilə oxucu bütövlükdə əsərdə (mətndə) zamanların bağlılığını başa düşür. Retrospksiya yaddaşımızda keçmiş hadisələrin saxlanılması və onların hazırkı hadisələrlə əlaqəsini təmin edir (7, s.60).

İ.R.Qalperin mətnlərin məntiqi-semantik bütövlüyündən bəhs edərkən retrospeksiyanın iki növü üzərində dayanır:

1) əlavə-qabaqlayıcı informasiya artıq mətndə verilmişdir; 2) hadisələri bağlamaq üçün lazım olan informasiya hələ verilməmişdir. Hadisələrin şərhi prosesində müəyyən fasilələrə yol verilir, keçmişlə əlaqədar hadisələr təsvir edilir, sonra isə həmin hadisə ilə bağlanan məlumat davam etdirilir (7, s.106).

Məntiqi-semantik bütövlük belə mətnlərdə əsasən keçmişlə bağlı hadisələri ifadə edən leksik vasitələrin, birləşmələrin iştirakı ilə yaranır: Vaxtı yetişəndə, xatırlayıram, xatirimdədir, axır vaxtlar, yadımdadır, neçə il bundan əvvəl, qabaqlar, əvvəlki zamanlar, bir zaman və s.

Misal üçün:...vaxtı yetişəndə, Əlincə ətrafında Miranşaha qarşı müharibənin təşkilində işirak etməyə və Arazın o tayında qiyam qaldırıb, Təbriz təxtini Miranşahdan alıb İbrahimə verməyə boyun oldular (Hüseynov İ. Seçilmiş əsərləri. 1-cild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1988, s.67).



Xatırlayıram...onun uşaqlıq illərini. Çılın-çılpaq o ağajdan bu ağaja qalxar, bəzən də yıxılardı; yıxılmağın fərqinə varmazdı... (danışıq mətni).

Axır vaxtlar o, xəlvətiyyədə ədib və nədimlərinin, şair Katibi ilə onun xərabati dostlarının məclislərində və əyan-əşrəf arasında din və etiqad haqqında çox tez-tez söhbət edirdi Bu söhbətlər vaxtı Şeyx Əzimin də adı çəkilirdi (Hüseynov İ. Seçilmiş əsərləri, s. 205).



Yeddi il bundan əvvəl, xirqə almaq mərasimindən sonra o, «Ərənlər donu» adlandırdığı xirqəni vəsf edən bir qəzəl yazmışdı. (Hüseynov İ. Seçilmiş əsərləri, s. 209).

Bir zaman Naxçıvanda, Əlincə yaxınlığındakı Xanəgah kəndində Fəzl bütün ziyarətgahlara canişin göndərmək və lailahəilləllahın inkarını lailahəilləllahın öz içindən başlamaq məramında olduğunu dedikdə, Mövlana Mahmuddan başqa hamı «məramın qeyri-mümkündür»- deməmişdimi? Cəmisi üç il sonra, Nicat yurduna hicrət yəqinləşən vaxt Fəzl canişinləri Təbrizin məscidlərində «Kim Yaripünhanla gedirsə, ayağa qalxsın» dedikdə isə onlarla məscid əhli ayağa qalxmamışdımı? (Hüseynov İ. Seçilmiş əsərləri, s 214).

Xatirimdədir, kəndimizə aşıqlar gələr. Hüseyn dayımın evinə düşərdilər. Gecə səhərə kimi çalıb-oynayardılar; kənd camaatının aşıqsevərləri də bura toplaşardılar (danışıq mətni).

Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qonşu qəzaya gedir. Şəhərin meydanına varid olub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqları qabaqlarına salıb meydanda o başa bu başa gəzdirir. O saat bu adamın dəli olduğunu görür və fövrən yadına düşür ki, öz şəhərində bu saat dəli yoxdur. Camaat məşğuliyyətsiz qalıblar» (Nağıllardan)

Bu hissədə retrospeksiya «neçə il bundan əqdəm» ifadəsinin iştirakı ilə əmələ gəlmişdir.



İnteqrasiya. İnteqrasiya- əlahiddə hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslərdir (7, s. 559).

Mətn linqvistikasında bu termin-anlayış mətnin ayrı-ayrı hissələrinin birləşərək bütöv yaratması kimi başa düşülür. İnteqrasiya ayrılıqda müstəqil olan hissələri birləşdirərək ümumi məlumata tabe edir, vahid bir məna ətrafında tamamlanmış fikir formalaşmasına şərait yaradır. Elə bağlılıq da, qapalılıq da (mətnə məxsus) tam fikirin formalaşması nətijəsində üzə çıxır. Amma bu bağlılıq koqeziyaya aid bağlılıqdan fərqlənir.

N.Novruzovanın aşağıdakı fikri dediyimizi tamamlaya bilir: «Mətnin hissələrinin birləşməsi fasiləsiz prosesdir. Bu proses mətn bütövləşənə qədər davam edir. Mətnin bütövlüyü dedikdə, onun həm qrammatik, həm də semantik bütövlüyü əsasdır və inteqrasiya məhz mətnin məntiqi-semantik cəhətdən birliyini təmin edir (7, s.63).

Müəllifin bu fikrini çox düzgün saymaqla yanaşı, aşağıdakı bitmə, qurtarma və tamamlanma termin-anlayışlarını da fərqləndirməsini mətnin bütövlüyü məsələsinə aydınlıq gətirmə nöqteyi-nəzərindən faydalı hesab edirik. Çünki N.Novruzova doğru olaraq (müşahidələrinə əsasən) mətnin bitməsini inteqrasiyada ilkin mərhələ sayır. Həmin səviyyədə inteqrasiya (bütövün, tamın rekonstruksiyası-bərpası) zəifdir. Bitmə məntiqi semantik bütövlüyün ilkin həlqəsidir və ona görə də burda informasiya tam sayıla bilməz. Bitkinlik məntiqi-semantik bütövlüyün başlıca əlamətlərindəndir. Qurtarma da isə inteqrasiyanın ikinci pilləsi əks olunub. Qurtarmada bitməyə nisbətən daha geniş informasiya ötürülür (7, s. 63).

İnteqrasiyaya misal üçün aşağıdakı mətni də göstərə bilərik: «Molla dərs verdiyi kitabın 42 səhifəsi var, hər səhifəni uşaq iki ay oxuyur. Nə müddətdə uşaq bu kitabı oxuyub qurtara bilər?»

- “Molla bir uşağın ayağını fələqqəyə qoyanda on bir çubuq sındırır. Bu hesabla yeddi uşağa nə qədər çubuq gərək hazır edə?”

- “Təbriz bazarında satılan çörəyin bir hissəsi un, üç hissəsi torpaqdır. Bu hesabla Azərbaycan vilayətinin çölləri və dağları neçə ildən sonra fövt ola bilər”

- “Yeri buynuzları üzərində saxlayan öküzün bir buynuzu Şamaxı zəlzələsində dibindən qırıldı. İndi həmin öküzün neçə buynuzu qalır» (Məmmədquluzadə C. Əsərləri. Bakı, Azərnəşr, III cild, 1984, s.33)”. Təzə təlim kitabı» adlanan bu felyetonda ayrı-ayrı məsələlərin inteqrasiyası C.Məmmədquluzadənin məqsəd və ideyasını məntiqi-semantik cəhətdən bütövləşdirir. Məntiqi-semantik cəhətdən mətn parçalarında dövrün təhsil sistemindəki gerilik, ətalət, xalqın ümumi inkişafdan ləngiməsi və s. məsələlər qaldırılır.



Presuppozisya. Mətnin məntiqi-semantik bütövlüyü təkcə kontekstdəki açıq-aşkar mənalarla əlaqədar deyil, bu mövqedə «gizli mənalar» da maraqlı görünür. Bu məna kontekstdən kənarda təsəvvür olunur. Burada implisit ifadə tərzinin də «az iş görmədiyi» qeyd olunur (4, s. 447).

«Cümlə bitmiş bir fikri ifadə edir» ifadəsi cümlə üçün tərif olaraq seçilməsinə baxmayaraq, o, heç də çox zaman bitmiş bir fikri ifadə etmir. Bu onunla izah olunur ki, şərti olaraq bir fikrin bitməsi yeni bir fikrin yaranmasına və yaxud düşünülməsinə səbəb olur, bununla yanaşı bitmiş bir fikir özündə özü ilə əlaqədar əlavə məlumatlar daşıyır. Bildiyimiz kimi, müəyyən bir fikrin başa düşülməsi müəyyən mərhələlərdən keçir. Sözün predmetlə eyniləşdirilməsi əsasında fikri həlqə barədə qərar qəbul olunur və bu həlqələrarası əlaqələr əsasında fikri formalaşma həyata keçir. Bu o deməkdir ki, dinləyici tərəfindən ümumiləşmələr əsasında fikir bölünməz vahid anlama çevrilir. Bu isə fikrin qavranılmasıdır.

«Danışıq aktı deyimlərdən, söyləmlərdən, cümlələrdən ibarətdir. Danışıq aktında güman edilən, qavranılan, ancaq deyilməyən, obyektiv gerçəkliyi əks etdirən əlavə məlumatlar presuppozisiya adlandırılır. Bir cümlənin daşıdığı fikir və ya fikirlər həmin cümlənin presppozisiyasıdır».(9, s. 49-52)

Misal üçün: Nəsiminin fikri uzağa getdi (İ.Hüseynov. Seçilmiş əsərləri. I cild, s. 215) Fikrin uzağa getməsi gizlin qalır. Məlum olur ki, yazıçı «uzağa» deyərkən Səmərqəndi nəzərdə tutmuşdur. Bizim kolxoza bircəciyini vermişdilər, onun da nəyi isə çatışmırdı (İ.Hüseynov. Seçilmiş əsərləri. I cild, (s.290). Bu cümlənin presuppozisiyası «traktor»dur.



Predikasiya. Bu yolla da informasiya verilir. Daha doğrusu, predikasiya- xəbəri ifadə edir. İfadə olunan düşüncə obyektiv aləmlə əlaqədə olur. Məntiqi subyekt məntiqi predikat vasitəsi ilə interpretasiya olunur, araşdırılır, nəticə isə təsdiq və inkar gerçəkləşir. Hər bir mətndə şəxslə, zamanla, məkanla və modallıqla bağlı xəbərlər verilir. Misal üçün: 1) şəxs haqqında xəbərvermə: Şöşü adəti üzrə, yerin içində sakitcə oturub yemək gözləyirdi. Anam çörək sandığının qapağını qaldırıb küncdə qurdalanırdı. (İ.Hüseynov. Seçilmiş əsərələri, I cild, s. 291). 2) məkan haqqında xəbərvermə: Baş kanaldan, Qaracalar, Qurbanlı və malakan kəndləri tərəfdən bizim əkinlərə bir balaca arx gəlirdi ki, onun da suyu pambığı suvarmağa ancaq çatırdı (İ.Hüseynov. Seçilmiş əsərləri, I, s.290). 3) zaman haqqında xəbərvermə: Lakin bu əhvalat ertəsi gün də, o birisi gün də təkrar olundu.

Tapdığın haradasa, kimdənsə eşitdiyi bu mahnı, əlbəttə, bizim hamımızın ürəyindən idi. Amma mənim heç xoşuma gəlmirdi ki, bu mahnı ilə Tapdıq elə bil öz anasına da sataşırdı.



İlk günlər nə mahnıya, nə də qapı-pəncərəyə atılan daşa, kəsəyə cavab gəlirdi. Ev susurdu (İ.Hüseynov. Seçilmiş əsərləri, I cild, s. 321).

Mətndə modal keyfiyyət yaratmaq yolu ilə xəbərvermə baş verir: Mətnin modallığı konseptual və mətnaltı informasiyanın açılmasına xidmət edir. Mətn vahidlərinin modallıq yükü onların sayının çoxalması ilə həmahəng şəkildə artır. Mətn modallığı informativlik, mətndaxili rabitə, məntiqi-semantik bağlılıq, implikativlik və eksplikativlik məsələləri kimi, bədii mətnin ümumi məzmunun açılmasında xüsusi önəm kəsb edir. Misal üçün: Kənd dərin yuxuya gedəndə, yollarda, çəpərlərin ara-bərəsində yalnız yava itlər gəzişəndə, nəhayət, Söylü arvad qoltuğunda iri bir bağlama, bizim çəpərin kölgəsi ilə «Şah sarayı»na tələsirdi (İ.Hüseynov. Seçilmiş əsərləri, I cild, s. 328).

Beləliklə, mətn komponentlərinin əlaqələnməsində qeyd edilən əlaqə növlərinin mühüm rolu vardır. Bu rabitəni zəncirvari, paralel və zəncirvari-paralel terminoloji vahidləri adı altında öyrənirlər. Mətnin sistemli rabitəsi özünü kateqoriyalar şəklində göstərir. Bunlardan koqeziya, prospeksiya, retrospeksiya, inteqrasiya, predikasiya mətn komponetlərinin məntiqi-semantik bütövlüyünü təmin edir. Məntiqi kateqoriyalar mətnin semantik-məntiqi ardıcıllığının məzmununun tədrici açılmasına şərait yaradır. Məhz bu kateqoriyaların işirakı ilə oxucular bütövlükdə mətndəki zaman bağlılığını, məkan ardıcıllığını, yaddaşlarda keçmiş hadisələrin bir-biri rabitəsini və s. qoruyub saxlaya bilir.
Ədəbiyyat siyahısı
1. F.Y. Veysəlli. Dilçiliyin əsasları. Bakı, Mütərсim, 2013

2. Г.Я. Солганик. Синтаксическая стилистика. M., 1973

3. М.З. Закиев. Синтаксический строй татарского языка. Казань, 1963.

4. Q.Ş.Kazımov. Seçilmiş əsərləri, V cild

5. M. Musayev. Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi. Bakı, 2011.

6. И.Р.Гельперин. Текст как объект лингвистического исследования. Москва, «Наука», 1981.

7. N.Novruzova. Mətn sintaksisi. Bakı, «Təhsil» nəşriyyatı, 2002.

8.Azərbaycan dilinin izahlı lüğəti. II cild, Bakı, «Elm», 1980.

9. M.Muradov. Presuppozisiya və əlavə məlumat.-Azərbaycanda Xarici dillər, № 1 (21) ,2013.

Вафа Ибишова

Терминологические категории логико-семантической

связи между компонентами

текста

Р е з ю м е

Систематическая, «глубинная» связь текста реализуется в виде категории, как когезия, проспекция, ретроспекция, интеграция, предикация формируют логико-семантические отношения текста. В целом, хотя логико-семантическая целостность и полнота текста еще не совсем до конца изучены, это очень важная с методологической точки зрения проблема. В статье также изучаются методы логико-семантических отношений между компонентами текста. Главным признаком цепной связи является то, что в качестве ремы предыдущего предложения служить тема последующего, и этот процесс прослеживается на протяжении всего текста, конструкции связываются друг с другом как звенья одной цепи. В текстах же, созданных на основе параллельных связей, даётся обобщающее предложение, идея субъекта того же предложения объясняется параллельными предложениями с разных точек зрения, общий смысл распространяется посредством предложений с конкретным значением.


Vafa İbishova

Terninological categories making logical-semantical contact

among text components

Summary

Systematic, «deep» connection of the text is realized in the form of categories. Such categories as cohesion, prospection, retrospection, integration, and predication form the logical-semantic relations of the text. In general, although the logical-semantic integrity and completeness of the text is not yet fully studied, it is very important problem from a methodological point of view. The article also examines the methods of logical-semantic relations between the components of the text. The main sign of a chain connection becomes apparent in the following: the rhyme of the preceding sentence is the theme of the following one, and this process is traced throughout the text, constructions get connected with each other as links of a chain. In the texts, created via the parallel connection, generalizing sentence is given; the idea of the subject of the same sentence is explained from different points of view, the general sense is distributed by means of sentences with a concrete meaning.



Çapa tövsiyə edən: AMEA, Nəsimi adına Dilçilik İnstitutunun

dissertantı

Rəyçilər: filologiya elmləri doktoru,Q.Kazımov

fil.üz.fəl. dok. M.Əsədova

Xədicə Heydərova

AMEA Nəsimi adına Dilçilik İnstitutu.
TERMİNOLOGİYA” TERMİNİNİN TERMİNOLOJİ

VARİATİVLİK ASPEKTİNDƏN ARAŞDIRILMASI
Açar sözlər: termin, terminologiya, variativlik, terminşünaslıq, terminoloji leksika, lüğət.

Ключевые слова: термин, терминология, вариативность, терминоведение, терминологическая лексика, словарь.

Key words: term, terminology, variability, terminology science, terminological lexicon, dictionary.
Müasir dövrdə xüsusi leksikanın nizama salınması və müxtəlif növ lüğətlərdə adekvat şəkildə əks olunması elmin inkişafı və mütəxəssislərin bir-birini qarşılıqlı şəkildə anlaya bilməsi baxımından böyük əhəmiyyət daşıyır. Lakin təəssüf ki, apardığımız araşdırma zamanı terminlərin definisiyalarının çox zaman lüğətlərdə eyni şəkildə verilmə­di­yi müşahidə olundu. Bu baxımdan “terminologiya” termininin özü buna bariz nümunədir.

Qərbi Avropada “termin” və “terminologiya” anlayışlarının yaran­ması XVIII əsrin ikinci yarısına təsadüf edir. Məhz həmin dövrdə (1788-ci ildə) yaşamış professor Kristian Hotfrid Şuts öz elmi əsərlərində "terminologie” və ilk dəfə sifət olaraq işlətdiyi “terminologisch” terminlərini istifadə etməsi ilə tarixə düşmüşdür [1,s.15].

XIX əsrə qədər fransız lüğətləri («terminologie») “terminologiya” terminini çətin başa düşülən, lazımsız sözlər yığını (“vaine terminologie” (fr.) − faydasız terminologiya) kimi izah edirdi. Lakin zaman bu “faydasız söz yığınının” əslində həyati əhəmiyyətli, XX-XXI əsrlərdə beynəlxalq səviyyədə bütün dünya dillərinin zənginləşməsinin birinci və ən mühim faktoru olduğunu sübuta yetirdi. Ə.Orucov haqlı olaraq, dilin həm keyfiyyət, həm də kəmiyyətcə dəyişməsi və zənginləşməsi prosesinin ən çox terminoloji leksika sahəsində özünü göstərdiyini bildirir [2,s.41].

Terminin ənənəvi nəzəri aspektlərinə dair çoxillik diskussiyalara rəğmən, müasir dil nəzəriyyəsində, xüsusilə xüsusi işarələrin sistemli və ya qeyri-sistemli münasibətləri və variativliyi məsələlərinə dair müxtəlif fikirlər müşahidə olunmaqdadır.

Elmin daim inkişafda olması dil qarşısında insanın həyat və fəaliyyətinin bütün tərəflərini yeni adlarla adlandırmağı təmin etmək tələbi qoyur. Bu qarşısıalınmaz termin axını bəzən xaotik hal aldığından terminlərin izomorfizminin olmamasına (bir məfhumun müxtəlif dillərdə eyni bir terminlə adlandırılması), polisemiyaya (çoxmənalılığa), variativliyə (bir məfhumun bir neçə adla adlandırılması), termin dubletlərinin, sinonimlərinin yaranması hallarına gətirib çıxarır.

Terminin dil işarəsi kimi mahiyyəti məsələsi əks konsepsiyalar doğurmuşdur. Postsovet məkanında ilk konsepsiyalar D.S.Lotte və onun məktəbinin keçmiş ardıcılları olan S.İ.Korşunov, Q.Q.Samburovanın adı ilə bağlıdır [3]. Müasir nəşrlərdə bu nöqteyi-nəzər S.P.Hicnakın araşdırmalarında öz əksini tapmışdır. Alimin qeydlərinə görə, terminologiyanın linqvistik xasiyyətnaməsinin öyrənilməsi göstərir ki, terminologiyanın sistemliliyinin müəyyən bir spesifik xüsusiyyəti vardır. Bu ümumterminoloji ənənələrə dayanan dil işarəsi assimmetriyası qanununun zəifləməsi və bəzi sistemli müxalifətin olmaması ilə bağlıdır [4, s. 5].

Qərb terminşünaslığında da bu mövqeyin tərəfdarları mövcuddur. Məsələn, termin sisteminin izamorf quruluşa malik olması ideyası ilə çıxış edən Qərbi-alman məktəbinin nümayəndəsi V.Vills elm və texnikanın terminologiyasının xüsusiyyətlərini analiz edərək qeyd edir ki, professional dil öz işləklik relevantlığını məfhum və dil realizasiyası arasında mövcud olan birmənalı nisbilikdən götürür. Professional dil dəqiq ifadə olunmaq üçün prinsip etibarilə sinonimlərə malik olmur. Terminoloji dubletlər arzuolunan deyil, çünki onlar məfhum və adlandırma arasında olan bir-birinə uyğunluq postulatına ziddir. Professional dil bu baxımdan ideal dil statusuna daha yaxındır [5].

Milli terminşünaslığın banilərindən M.Ş.Qasımov terminlərin sistemli-semantik planda başqa sözlərdən fərqini verərkən aşağıdakı beynəlxalq prinsipləri göstərir:

1. Termin təkmənalılığa (monosemiyaya) daha çox meyli ilə fərqlənir. 2. Termin dəqiqdir, nominativ funksiya daşıyır; emosionallığa və ekspressivliyə malik deyildir. 3. Termin üslubi cəhətdən neytraldır.4. Termin terminologiyanın müəyyən sahəsində bir neçə dildə, hətta beynəlxalq miqyasda vahid şəkildə işlənə bilir. 5. Termin sistemləşdirici xassəyə malikdir. [6, s.10]

Ə.Dəmirçizadə miqdarca ümumişlək sözlərin terminlərdən qat-qat az olduğunu bildirərək yazır ki, işləklik nisbətinə gəldikdə, əks halla rastlaşırıq. O, terminləri ümumişlək sözlərdən fərqləndirən aşağıdakı əlamətləri qeyd edir: a) terminlər ancaq müəyyən bir sahə ilə bağlı bir anlayışın ifadəçisi olaraq təkcə bir mənada işlədilə bilir, başqa bir mənada işlədildikdə müəyyən sahədə termin olmaq hüququnu itirir; b) terminlərin aid olduqları sahəyə məxsus dəqiq mənada işlədilməsi, bir qayda olaraq, emosionallıq və ekspressivlik kimi xüsusi rəngləri ifadə etməməsi ilə bağlıdır; c) terminlərin hansı əsildən olması da onların üslubi məqsədlə istifadə edilməsinə müəyyən dərəcədə təsir göstərir. Bu, hər şeydən əvvəl alınma terminlərin məhdud, dilin öz lüğət ehtiyatından olan terminlərin isə geniş dairədə istifadə edilməsində özünü göstərir [7, s.80-82].

Halbuki zaman keçdikcə bu cür ilk baxışdan sərt, daşlaşmış kimi görünən qanunlar özünü doğrultmamağa başladı.

Hələ keçən əsrin 70-ci illərində Ə.Dəmirçizadə yazırdı ki, terminləri ümumiyyətlə, terminlər silsiləsində çoxmənalı (polisemantik) və hətta omonim terminlər hesab etmək olar; məs., səs ümumişlək bir söz olduğu kimi, müxtəlif sahələrə məxsus (fizikanın akustika bəhsində, dilçiliyin fonetika bəhsundə və eləcə də musiqidə) spesifik məfhumları ifadə edən bir termindir [7, s. 81]. Bununla belə, polisemiyaya olan meylin termində potensial şəkildə qalaraq, şərait olduqda aşkara çıxdığını qeyd edən M.Ş.Qasımov bunun nöqsan sayılmadığını yazır [6, s.105].

M.İ.Zadorojnıy belə hesab edir ki, ümumsemiotik nöqteyi-nəzərə görə, insan düşüncəsinin təsnifedici və ümumiləşdirici fəaliyyətinin məhsulu dildir. Məhz ona məxsus qənaətlilik prinsipi polisemiya məsələsini ortaya çıxarır. Həqiqət hüdudsuzdur, yaddaşın imkanları isə məhduddur. Əgər dilin kod quruluşunda gerçəkliyin hər məfhumuna bir inventar vahid uyğun gəlsəydi, o, heç bir yaddaş qurğusunun tuta bilməyəcəyi, sonu bilinməyən sistemsiz etiketlər dəstinə çevrilərdi. Məhz insan yaddaşının həcminin məhdudluğu və insan təfəkkürünün təsnifedici fəaliyyəti dil işarəsinin polifunksionallığına (polifunksional–yunan sözü olub “çoxfunksiyalı” deməkdir) səbəb olur [8,s.36].

B.N.Qolovinə görə, “dil haqqında elm hələ də terminlər haqqında tam əsaslandırılmış, ziddiyyətsiz nəzəriyyəyə malik deyildir, buna görə də o, terminlərin leksikoqrafik tərtibatının ciddi metodikasını, informasiyalı analizini və eyni zamanda terminlərin yaradılması və istifadəsinə dair inandırıcı dəqiq tövsiyələri praktikaya təklif edə bilmir” [9, s.188].

S.Sadıqova yazır: “... eyni sahə terminologiyasına daxil olan müəyyən bir anlayış əksər hallarda müxtəlif sahələrdə bəzən eyni terminlərlə, bəzən də müxtəlif dillərdə fərqli terminlərlə işarələnir. Məsələn, dislokasiya geologiyada − süxurların ilk yatım formalarının pozulması; hərbdə − dinc şəraitdə quru qoşunlarının hissə, birləşmə və hərbi idarələrin ölkənin müəyyən ərazisində yerləşdirilməsi mənasındə işlənir.” [10, s.349].

Bu baxımdan aparılan araşdırmalar göstərir ki, terminlər “fiksasiya sferası”nda (sistemdə) − çoxmənalı, “işlənmə sferası”nda (kontektsdə) isə − birmənalıdır.

Terminologiya sahəsində variativliyin öyrənilməsi böyük metodoloji və praktiki əhəmiyyət daşıyır. Çünki o, xüsusi nitqin işlənmə sahəsində substitusiya hadisəsi yaradır. Substitusiya (substitutio) termini latın sözü olub substituo − yerinə təyin edirəm, əvəzinə qoyuram sözündən yaranmışdır.

Terminoloji variativlik xüsusi işarələr sisteminin obyektiv vəziyyətidir. Maraqlı burasıdır ki, variativliyin bariz nümunələrindən biri elə “terminologiya” termininin özüdür.

Professor S.V.Qrinyov-Qrineviç terminologiya elmində üç anlayışı fərqləndirir: “müəyyən elm sahəsinin terminlər sistemi”, “dilin bütün terminlər toplusu”, ümumiyyətlə “terminləri öyrənən elm” [11,s.8]. Bu terminin birinci mənasını ifadə etmək üçün “terminologiya”, ikinci üçün “terminoloji leksika” və ya “terminoleksika”, axırıncı məna üçün isə 1969-cu ildə rus dilində «терминоведение», Azərbaycan dilinə tərcümə etsək, “terminşünaslıq” terminləri qəbul olundu. Təəssüflə qeyd etmək lazımdır ki, rus dilində «терминоведение» termininin dilimizdə kalkası olan “terminşünaslıq” əvəzinə “terminologiya” termini qəbul edilmişdir.

M.Qasımov dilin bütün terminoloji leksikası və onun qanunauyğunluqlarını öyrənən “terminologiya” ilə, elm və texnikanın ayrı-ayrı sahələrinə məxsus terminlərin məcmusu mənasında işlənən “terminologiya”nı bir-birindən fərqləndirməyi lazım bilir [6, s. 27].

S.A.Sadıqova dilçilikdə terminologiya termininin iki mənada işləndiyini göstərir: “1) elmin, texnikanın, incəsənətin, istehsalatın, ictimai həyatın müəyyən sahəsinin anlayışlarını əhatə edən terminlər sistemi; 2) dilçiliyin terminoloji leksikasını, onun inkişaf qanunauyğunluqlarını öyrənən bölməsi.” [10,s.13] Burada S.V.Qrinyovun göstərdiyi kimi, birinci bənd “terminologiya” termininə, ikinci məna isə “terminşünaslıq” (терминоведение) termininə uyğun gəlir.

Maraqlıdır ki, dissertasiyamızın tədqiqat obyekti olan filoloji lüğətlərdə “terminologiya” termininə verilmiş izahlar müqayisəli şəkildə araşdırıldıqda, bu terminin variativliyə məruz qalması faktı ilə qarşılaşmalı olduq.

“Azərbaycan dilinin izahlı lüğəti”ndə “terminologiya” termininin izahı aşağıdakı şəkildə verilmişdir [12]:


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin