Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


Haşiyə A4.2: Problemlər, narahatlıqlar və ya problemlər; məqsədlər; hədəflər; göstəricilər



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Haşiyə A4.2: Problemlər, narahatlıqlar və ya problemlər; məqsədlər; hədəflər; göstəricilər 
və ya istiqamətləndirici suallar 
 
Ekoloji məqsədlər davamlı inkişaf strategiyaları, siyasətlər və qanunvericilik aktları daxil 
olmaqla müxtəlif mənbələrdən, o cümlədən plan və proqramlardan götürülməklə formalaşdırıla 
bilər. Məqsədlər həmçinin yerli ekoloji məsələlər, narahatlıqlar və məsələlər nöqteyi-nəzərindən 
təklif olunan plan və ya proqramın kontekstindən aydın ola bilər. 
 
 İnkişaf məqsədləri və ekoloji məqsədlər öz növbələrində keyfiyyət göstəriciləri və keyfiyyətlə 
əlaqədar istiqamətləndirici suallarla tamamlana biləcək konkret tapşırıqlara konkretləşdirilə bilər. 
(mühakimə etmək məqsədi daşımayan, müəyyən problemin araşdırılmasına, tərəflər arasında 
qarşılıqlı anlayış axtarışına istiqamət verən, sonsuz sayda cavabların verilməsinə imkan verən, 
lakin yönləndirici olmayan suallar) Məsələn, məqsədlərdən biri istixana effekti yaradan qazların 
məhdudlaşdırılması, hədəf elektrik enerjisi hasilatı zamanı atmosferə daha az karbon dioksidin 
buraxılması, göstəricilərdən biri isə bir il ərzində ev təsərrüfatlarında istifadə olunan kilovatt/saat 
ola bilər. SEQ Direktivinin tətbiqi üzrə Birləşmiş Krallıqda hazırlanmış  rəhbər sənədə ekoloji 
məqsəd və göstəricilərə aid nümunələr göstərilir.  İrlandiyanın Direktiv üzrə  rəhbər sənədinə 
göstəricilərin və ölkə, Avropa İttifaqı  və beynəlxalq səviyyədə  əhəmiyyətli mümkün ekoloji 
məqsədlərin siyahısı daxildir ( bu məqsədlər digər ölkələr üçün də aktual ola bilər). Mənbələrə 
Cədvəl A4.1-də göstərilənlər daxil ola bilər.  Əlavə örnəklər Protokolun veb-saytında 
göstərilməlidir
29

 
 Narahatlıq doğuran bütün ekoloji məsələlər üçün məqsədlərin müəyyən edilməsi vacibdir. 
Sonrakı  mərhələdə bu göstəricilərdən hesabatın hazırlanması zamanı (maddə 7) ilkin 
məlumatların toplanmasına istiqamət vermək və  məqsədlərin həyata keçirilməsi baxımından 
alternativlərin nəticələrini qiymətləndirmək üçün istifadə edilə bilər. Daha sonra planın 
effektivliyinin qiymətləndirilməsi və proqnozlaşdırılmamış təsirlərin müəyyən edilməsi üçün bu 
göstəricilərin monitorinqi aparıla bilər (maddə 12). 
 
 Buna  görə  də alternativlərin məqsədlərin həyata keçirilməsi baxımından dəyərləndirilməsi 
zamanı maksimal faydanın təmin edilməsi və eyni zamanda bütövlükdə SEQ prosesinin 
xərclərinin minimuma endirilməsi üçün göstəricilər ehtiyatla seçilməlidir.  
 
 
 
Haşiyə A4.3: Sıralanma 
 
Protokoldan fərqli olaraq, SEQ Direktivində plan və ya proqramın qərar iyerarxiyasının bir 
hissəsini təşkil edə biləcəyi göstərilir, bu isə  qərarlarla  əlaqədar proseslər arasında məlumat 
mübadiləsi vasitəsi ilə  təkrarlanan səylərdən müəyyən dərəcədə yayınmağa imkan verir – bu 
«sıralanma». (Daha ətraflı məlumat üçün bax: AK rəhbər sənədinin 4.5– 4.7-ci bəndləri.) Lakin 
iyerarxiya daxilində qərar qəbulu prosesləri arasında məlumat mübadiləsinin keçərliliyi tənqidi 
gözlə araşdırılmalıdır, belə ki iyerarxiya daxilindəki qərarlar adətən müxtəlif vaxtlarda və 
müxtəlif şərtlər daxilində qəbul olunur.  
 
III  Əlavədə (bənd 3) iyerarxiyaya istinad istisna olmaqla, Protokolda sıralanma yanaşması 
                                                      
29
 Avropa Ətraf Mühitin Mühafizəsi Agentliyi bor sıra göstəricilər haqqında ətraflı məlumat təmin edir. Bax: http://www.eea.europa.eu/data-and-
maps/indicators/. 
 

 
 
75 
 
nəzərdə tutulmur. Bununla belə, alternativ variantları hazırlanması zamanı plan və ya proqramın 
qərar qəbulu iyerarxiyasında tutduğu mövqenin nəzərə alınması faydalı olardı. Bəzi plan və ya 
proqramlara strateji planlaşdırmanın bütün elementləri daxil ola bilər, digərləri isə mühüm 
dərəcədə digər plan və proqramlar tərəfindən məhdudlaşdırılırlar. 
 
 
 

 
 
76 
 
  
Cədvəl A4.1: Bəzi mümkün mənbələr və ekoloji məqsədlərə dair örnəklər 
 
Beynəlxalq Milli  Digər (submilli) 
səviyyələr
 
Qanunvericilik Aşağıdakılar daxil olmaqla 
Birləşmiş Millətlər 
Təşkilatının qlobal ekoloji 
sazişləri:  

 
Birləşmiş Millətlər 
Təşkilatının 
İqlim 
Dəyişmələri haqqında 
Çərçivə 
Konvensiyasına dair 
Kioto Protokolu 

 
Ozon qatını dağıdan 
maddələr üzrə 
Monreal Protokolu  

 
Bioloji Müxtəliflik 
haqqında Konvensiya  

 
Səhralaşma ilə 
Mübarizə 
Konvensiyası  
Avropa 
İqtisadi 
Komissiyasının  ətraf mühitin 
mühafizəsi haqqında sazişləri 
Avropa 
İttifaqının 
ətraf 
mühitin mühafizəsi haqqında 
direktivləri
 

 
Tullantıların 
idarə 
olunmasına dair 
qanunverilcik  

 
Suyun 
keyfiyyəti 
haqqında 
qanunvericilik  

 
Hava keyfiyyəti 
haqqında 
qanunvericilik
 
Tullantıların diarə 
edilməsi hava və su 
haqqında yerli 
qanunların məqsədləri 
 
Siyasət 
 
Davamlı 
İnkişaf üzrə 
Ümumdünya Sammitinin İcra 
Planı (Yohannesburq İcra 
Planı)  
21-ci əsrin gündəliyi 
 2000-ci  ilə  qədər hamı üçün 
sağlamlıq 
İyirmi birinci əsrin hamı üçün 
sağlamlıq siyasəti (Sağlamlıq 
21)  
Ətraf Mühit və Sağlamlıq 
haqqında London 
Bəyannaməsi 
 
Milli davamlı inkişaf 
strategiyası  
Milli inkişaf planı 
 Milli ərazi strategiyası  
Milli iqlim dəyişikliyi 
strategiyası 
 Milli 
biomüxtəliflik 
planı 
 Tullantılara dair milli 
strategiya 
 
Milli mineral ehtiyat 
strategiyası 
 Milli enerji strategiyası 
 
Regional tullantıların 
idarə edilməsi planı  
Regional mineral 
ehtiyat planı 
 
 
 
 
 

 
 
77 
 
Cədvəl A4.2: Protokolun IV Əlavəsinə uyğun olaraq, hesabatın məzmunu 
IV Əlavənin bəndi Tövsiyə (AK rəhbər sənədindən adaptasiya)  
1. Plan və ya proqramın 
məzmunu və ya əsas 
məqsədləri, digər plan və ya 
proqramlarla əlaqəsi. 
2.  Əhalinin sağlamlığı daxil 
olmaqla,  ətraf mühitin cari 
vəziyyətinin müvafiq 
aspektləri və plan və ya 
proqramın həyata 
keçirilməməsi halında bu 
vəziyyətdə ehtimal olunan 
dəyişiklik 
3.  Əsaslı  təsiri məruz qalacağı 
ehtimal edilən sahələrdə  ətraf 
mühit xüsusiyyətləri. 
4. Plan və ya proqrama 
müvafiq ekoloji, o cümlədən 
sağlamlıq problemləri. 
Digər müvafiq plan və proqramlarla əlaqəlilik haqqında 
məlumat plan və ya proqramı daha geniş kontekstə daşıyır. 
Belə plan və proqramlar eyni qərar qəbulu iyerarxiyasına aid 
olmalı (məsələn, müxtəlif inzibati səviyyələrdə torpaqdan 
istifadə planları), ya da müxtəlif sektorları təmsil etməli, lakin 
eyni, yaxud qonşu ərazilərə təsir etməlidir. (bənd 5.20) 
 
Bu üç tələb (2–4-cü bəndlər) üst-üstə düşə bilərlər, lakin 
qarşılıqlı surətdə  əlaqəlidirlər və plan və ya proqramın  əhatə 
etdiyi və  əhəmiyyətli təsirə  məruz qoyacağı ehtimal edilən 
ekoloji şərtlərin müxtəlif aspektlərini hədəfə götürürlər. 3 və 4-
cü bəndlər 2-ci bənddə göstərilən məlumatları tamamlayır. 2 və 
3-cü bəndlər  ətraf mühitlə  əlaqədar problemləri, dəyərləri və 
komponentləri  əhatə edir, 4-cü bənddə isə yalnız problemlərə 
diqqət yetirilir. 3 və 4-cü bəndlərdə tələb olunan məlumatların 
birləşdirilməsi rahat ola bilər. "Müvafiq" sözü (2 və 4-cü 
bəndlər) plan və ya proqramın ehtimal olunan əhəmiyyətli 
ekoloji təsirlərinə müvafiq deməkdir. (bənd 5.21) 
 
2-ci bənddə, müvafiq aspektlər həm müsbət, həm də  mənfi 
səciyyəli ola bilərdi. Məlumat mümkün qədər yeni olmalıdır. 
Müvafiq aspektlərin ehtimal edilən dəyişmələrinin təsviri (plan 
və ya proqram olmadıqda) qiymətlənidrmənin sitinad nöqtəsi 
kimi vacib əhəmiyyət daşıyır; bu, ƏMTQ zamanı tətbiq edilən 
"sıfır alternativi" anlayışına uyğun gəlir.  Ətraf mühit 
dəyişikliklərinin təsviri təqribən plan və ya porqamın icrası 
üçün nəzərdə tutulan vaxt çərçivəsini  əhatə etməlidir. Əraziyə 
təsir edə biləcək digər digər təsdiq edilmiş plan və ya 
proqramların, eləcə  də  qərarların nəticələri mümkün olduqca 
nəzərdə alınmalıdır. (§ 5.22) 
 
3-cü bənddə ekoloji qiymətləndirmə üçün xüsusi maraq kəsb 
edən,  ərazilərə, daa dəqiq desək, plan və ya proqramın 
əhəmiyyətli təsir göstərə biləcəyi  ərazilərə diqqət yetirilir. Bu 
ərazilərin xarakteristikalarının təsvir edilməsi tələb olunur. 
Xarakteristikaların yuxarıda sadalanan ekoloji məsələlərə 
sitinad vasitəsi ilə  təsvir edilməsi daha məqsədəuyğun olardı. 
Ərazilərin xarakteristika nümunələrinə  aşağdakılar daxildir: 
xüsusən həssas, asitləşməyə qarşı  həssas, yüksək botanik 
dəyərə malik, əhalinin sıx məskunlaşdığı. Belə ərazilər plan və 
ya proqramın birbaşa  əhatə etdiyi sahədən kənarda yerləşə 
bilər. Planın həyata keçirildiyi ərazi, başqa bir Tərəfin ərazisinə 
yaxındırsa, yaxud mümkün təsirlər geniş  əraziyə yaryıla 
bilərsə, digər Tərəflərin  ərazisində yerləşə rayonlar təsirə 
məruz qala bilərsə, bu halda transərhəd konsultasiyalar 
zəruridir. (bənd 5.23) 
 
4-cü bənd plan və ya proqrama aidiyyəti olan hər hansı mövcud 
problem haqqında məlumatın təmin edilməsini tələb edir; 

 
 
78 
 
məqsəd bu problemlərin plan və ya proqramın icrasına necə 
təsir edə biləcəyinin, eləcə  də  də plan və ya proqramın bu 
problemlərə (onları  dərinləşdirməklə, məhdudlaşdrmaq, yaxud 
başqa üsulla həllinə yol açmaqla) necə  təsir edəcəyinin 
qiymətləndirilməsidir. Problemlərin  əhəmiyyəti həm də bunda 
özünü büruizə verə bilər ki, plan və ya proqramın cüzi təsirləri 
bu problemlərlə birləşərək əhəmiyyətli nəticələrə gətirib çıxara 
bilər. Hətta plan və ya proqramda toxunulan, ətraf mühit təsiri 
olmayaq məsələlər hesabata daxil edilə bilər. Problemlərin öz 
mahiyyətləri etibari ilə əhəmiyyətli olması, yaxud müəyyən bir 
ərazini əhatə etməsi mütləq deyil. Xüsusi ekoloji dəyərə malik, 
o cümlədən dəyəri qanunvericiliklə  təsdiq eidlmiş  ərazilər 
xüsusi ekoloji əhəmiyyətə malik ərazi hesab oluna bilər. (§ 
5.24) 
 
5. Onun hazırlanması zamanı 
plan və ya proqrama müvafiq, 
beynəlxalq, milli və ya digər 
səviyyələrdə müəyyən edilmiş 
ətraf mühiti mühafizə 
məqsədləri, eləcə  də bu 
məqsədlərin həyata keçirilməsi 
üsulları, habelə digər ekoloji, o 
cümlədən  əhalinin sağlamlığı 
amilləri nəzərə alınmışdır. 
Bu bəndin aid olduğu ətraf mühiti mühafizə məasədləri ən azı 
ekoloji təsirlərin qlymətləndirilməsi zamanı sadalanmış 
müvafiq məsələləri  əhatə etməlidir:"ətraf mühotə, o cümlədən 
əhalinin sağlamlığına, floraya, faunaya, biomüxtəlifliy, 
torpağa, iqlimə, havaya, suya, landşafta, təbii obyektlərə, 
maddi akitvlərə, mədəni irsə  və bu amillər arasında qarşılıqlı 
münasibətlərə  hər hansı  təsir" (maddə 2.7). Beynəlxalq və 
regional (AİK) məqsədlər çox vaxt milli, regional və yerli 
səviyyəli məqsədlərlə birləşdirilirlər və çox bu, adekvat 
məsələlərin nəzərə alınması üçün kifayət edir. Burada söhbət 
plan və ya proqramın ehtimal edilə əhəmiyyətli təsirlərə və ya 
onların səbəb olduğu problemlərə müvafiq məqsədlərdən gedir. 
Səlahiyyətli orqanlarla konsultaisyalar bu məlumatın təmin 
edilməsinə kömək edə bilər. (bənd 5.25) 
 
6. 2-ci maddənin 7-ci bəndinə 
uyğun olaraq*/, ehtimal edilən 
əhəmiyyətli ekoloji, o 
cümlədən sağlamlığa təsirlər*/. 
* Belə  təsirlərə ikincidərəcəli, 
kumulyativ, birgə, qısa, orta və 
uzun müddətli, daimi, 
müvəqətti, müsbət və  mənfi 
təsirlər daxil olmalıdır. 
Təsirlərin tərəfində (yuxarı bax) göstərilən problemlər siyashısı 
müfəssəl deyil və başqa məsələlər də müvafiq hesb oluna bilər. 
Əhatə dairəsinə uyğun olaraq ən azı insan sağlamlığı anlayışı 
siyahıda sadalanan digər məsələlərin kontekstində  nəzərə 
alınmalıdır və  nəqliyyatın səs-küyünə, havanı çirkləndirici 
maddələrin təsirinə  məruz qalma kimi əlaqədar sağlamlıq 
məsələlər araşdırılma zərurəti aşkar olan aspektlərdir. (bənd 
5.26) 
 
Siyahıdsa sadalanan amillər arasındakı  əlaqənin təsviri 
vacibdir, belə ki, bu, hər bir amilin ayrı-ayrılıqda araşdırılması 
zamanı müəyyən edilənlərdən əlavə və daha ağır nəticələr verə 
biləcək əhəmiyyətli təsirləri aşkara çıxara bilər. Beləliklə, hava, 
iqlim amillərinə  əhamiyyətli təsirlər flora, fauna və 
biomextəlifliyin  əhəmiyyətli mənfi təsirə  məruz qalmasına 
gətirib çıxara bilər. Amillər və onların qarşılıqlı  əlaqəsi 
haqqında geniş  və  əhatəli məlumata ehtiyac var. Mübət 
təsirlərin təsviri plan və ya proqramın ətraf mühitin mühafizəsi 
və davamlı inkişaf üçün verdiyi töhfənin nümayiş etdirilməsi 
üçün vacibdir. (bənd 5.26)  
 

 
 
79 
 
 
7. Sağlamlıq daxil olmaqla, 
ətraf mühitə qarşı plan və ya 
proqramın icrasındanitəli gələ 
biləcək hər hansı  əhəmiyyətli 
mənfi təsirin qarşısının 
alınmasına, azaldılmasına və 
ya nəticələrinin 
yüngülləşdirilməsinə yönəlmiş 
tədbirlər. 
 
Bu, hesabatda hansı  əhəmiyyətli mənfi təsirlərin nəticələrinin 
yüngülləşdirilməli olduğunun müzakirə edilməsinin təmin 
edilməsi üçündür. Nəzərdə tutulan tədbirlər daha sonra 
dəqiqləşdirilmir və onlar plan və ya proqramda nəzərdə tutulan, 
yaxud müəyyən edilən və hesbaatda müzakirə edilən tədbirlər 
ola bilər. Yadda saxlamaq lazımdır ki, nəticələrin 
yüngülləşdirilməsinə yönəlmiş  tədbirlər özləri  ətraf mühitə 
mənfit  əsirə edə bilərlər.  ƏMTQ ilə  əlaqədar yünglləşdirmə 
metodları mövcuddur ki, onlar da plan və proqramların 
qiymətləndirilməsi üçün faydalı ola bilərlər. (bənd 5.27) 
 
 8.  Alternativlərin seçilmə 
səbəblərinin, eləcə 
də 
məlumatın təmin edilməsi ilə 
əlaqədar üzə  çıxan, texniki 
çatışmazlıq, bilyin olmması 
kimi çərtinliklər daxil olmaqla, 
qiymətləndirmənin necə 
aparıdlığının təsviri. 
 Nə üçün müəyyən alternativlərinin qiymətləndirildiyinin və 
onların plan və ya proqramın layihəsi ilə  əlaqəsinin başa 
düşülməsi üçün alternativlərin seçimi haqqında məlumatın 
verilməsi vacibdir. Qiymətləndirmədə istifadə olunan 
metodların təsviri məlumatların keyfiyyəti, aşkara çıxarılan 
faktlar və onlara etibar etməyin nə  dərəcədə mümkün olduğu 
barədə mühakimə yürüdərkən faydalı ola bilər. Qarşıya çıxan 
çətinliklərin təsviri də bu aspektə aydınlıq gətirə bilər. Müvafiq 
olduqda, bu çətinliklərin necə arxada qoyulduğunun qeyd 
edilməsi faydalı ola bilər. (bənd 5.28) 
 
9. Plan və ya proqramın 
icrasının ətraf mühitə, eləcə də 
əhalinin sağlamlığına 
təsirlərinin minoitorinqi üçün 
nəzərdə tutulmuş tədbirlər 
Protokolun 12-ci maddəsinə uyğun olaraq, plan və ya 
proqramın icrasının  əhəmiyyətli ekoloji nəticələri izlənməlidir 
və bi nəticələr 6-ci bənddə müəyyən edildiyindən, hesabata bu 
monitorinqin necə həayata keçirildiyi haqqında məlumat daxil 
edilməlidir. Təsvirə istifadə ediləcəyi təqdirdə mövcud 
monitorinq tədbirlərinə istinad daxil olmalıdır. 12-ci maddəyə 
uyğun olaraq, monitorinq nəticələrinin necə açıqlandığının 
təsvir edilməsi də faydalı ola bilər. Bu mərhlədə monitorinq 
tədbirlərinin  şərti olması qaçılmazdır, lakin hesabat yekun 
tədbirlərlə bağlı yaxşı göstəricilər təmin etməlidir. (bənd 5.29) 
10. Ehtimal olunan 
əhəmiyyətli transsərhəd 
ekoloji, o cümlədən sağlamlıq 
təsirləri.  
 
SEQ Direktivində (AK rəhbər sənədində) olduğu kimi ayrıca 
element kimi deyil, nəzərə çarpıdırılmadan. 
 
 Yuxarıdakı 6-cı  bənd təkrarlansa da, bu məlumatın ayrıca 
ayrıca bölmə kimi təmin edilməsi faydalıdır. Bu digər Tərəflər 
üçün tərcüməni və onlarla müzakirəni asanlaşdıracaq. 
11. Təmin edilmiş  məlumatın 
qeyri-texniki icmalı. 
Qeyri-texniki icmalın məqsədi hesabatın əsas məsələlərinin və 
qənətlərinin əl çatan olması, geniş ictimaiyyət tərəfindən, eləcə 
də  qərarı  qəbul edənlər tərəfindən asan başa düşülməsidir. 
İcmal hesabatın bir hissəsini təşkil edə bilər (adətən başlanğıc 
hissədə yerləşdirilir), lkain geniş yayıla bilməsi üçün onun 
ayrıca nəşr halında dərc edilməsi də faydalı ola bilər. SEQ 
nəticələrinin təqdim olunması üçün ən rahat üsullarınan biri də 
qənaətlərin qısa icmalından obarət cədvəl ola bilər. (§ 5.30) 
 
 
 
 

 
 
80 
 
Cədvəl A4.3: Ətraf mühitin mühafizəsi haqqında hesabatın məzmunu müəyyən edilən 
zaman nəzərə alınmalı olan amillər (maddə 7.2) 
Meyar Qeydlər 
Cari biliklər və qiymətləndirmə metodları 
Ətraf mühit, eləcə də fəaliyyətlərimizin ətraf 
mühitə təsiri haqqında mövcud bilik səviyyəsi 
qiymələtndirmənin imkanlarını məhdudlaşdıra 
bilər. 
Plan və ya proqramın mahiyyəti (plan və yə 
proqramın məzmunu, əhatəlilik dərəcəsi, 
qərarın qəbulu prosesi) 
Ümumi səciyyəli, strateji səviyyəli qərarıların 
həddən artıq təfərrüatlı təhlili mümkün və ya 
arzuolunan olmaya bilər. Beləliklə, "ölkə 
əhəmiyyətli plan üçün ətraf mühitin mühafizəsi 
haqqında hesabatın planın icrasının ətraf 
mühitə, məsələn, hər bir çaya təsirini 
qiymətləndirməsinə ehtiyac olmaya bilər; lakin 
heç şübhəsiz, şəhərin inkişaf planı üçün 
hazırlanan ətraf mühitin mühafizəsi haqqında 
hesabatdan şəhər və onun ətrafında yerləşən 
çay və digər su obyeklərinə təsiri nəzərə 
alıması gözlənilməlidir" (AK rəhbər sənədi, § 
5.16). 
İctimaiyyətin maraqları 
 
 İctimaiyyət özü üçün vacib olan, perspektiv və 
maraqlarına cavab verən müəyyən aspektlərin 
adekvat və anlaşılan şəkildə təqdim edilməsini 
gözləyə bilər. 
Qərarın qəbul edilməsinə görə məsul 
orqanların məlumat ehtiyacları. 
Qərarın qəbuluna görə cavabdeh orqan 
qiymətləndirməni yoxlamalıdır, çünki o da 
müəyyən məsələlərin, olsun ki xüsusi bir 
qaydada nəzərdən keçirilməsini tələb edə bilər. 
 
37. Protokola qiymətləndirmənin  əhatə dairəsinin müəyyən edilməsinə dair xüsusi hesabatın 
hazırlanması tələbi daxil deyil. Lakin, əhatə dairəsinin müəyyən edilməsinin nəticələrinin gərək 
ki, ayrıca sənəd çərçivəsində qeydə alınması faydalı ola bilər; beləliklə, ətraf mühitin mühafizəsi 
haqqında hesabatın hazırlanması prosesində görülməli olan işləri təsviri təmin edilə bilər. Dövlət 
orqanları qabaqcıl təcrübə prinsipləriniə uyğun olaraq, əhatə dairəsinin müəyyən edilməsinin 
nəticələrinə diar hesabatı ictimaiyyətə açıqlamaq qərarına gələ bilərlər; bundan başqa belə 
hesabatın ictimaiyyət üçün əlçatan olması Orxus Konvensiyasından (və ya 2003/4/EC saylı 
Avropa Şurası Direkrivindən) irəli gələn bir tələb ola bilər. 
 38. Əhatə dairəsinin müəyyən edilməsi prosesinin ətraf mühitin mühafizəsi haqqında hesabatın 
hazırlamasından kənar ayrıca qiymətləndirmə  mərhələsi kimi təşkil ediləməsinə dair məcburi 
tələb mövcud deyil;həmçinin əhatə dairəsinin müəyyən edilməsi prosesinin nəticələri haqqında 
inzribati qərarın qəbuluna, yaxud bu barədə xüsusi hesabatın hazırlanmasına dair tələb irəli 
sürülmür. Lakin, dövlət orqanları ilə ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsi 
haqqında konsultasiya hər zaman tələb olunur. Əhatə dairəsinin müəyyən edilməsi və  ətraf 
mühitin mühafizəsi haqqında hesabatın hazırlanması mərhəələrini birləşdirmək və yalnız hesabat 
hazırlandıqdan sonra dğvlət orqanları ilə konsultasiyaya başlamaq yetərli olmayacaq. 

 
 
81 
 
 39.  Məsul dövlət orqanı SEQ-in müəyyən elementlərinin yerinə yetirilməsi üçün kənar 
təşkilatları (özəl və ya dövlət) işə cəlb edə bilər, lakin bu elementlərə qərarın qəbulu daxil deyil. 
Bu halda əhatə dairəsinin müəyyən edilməsi haqqında hesabat ixraçı  təşkilatla bağlanan 
müqavilə üzrə texniki tapşırıq rolunu oynaya bilər. Eyni zamanda əhatə dairəsinin müəyyən 
edilməsi də  kənar təşkilatlara həvalə edilə bilər. Tekniki tapşırıq nümunələrini Aİ inkişaf 
əməkdaşlığı qanadının Ekoloji İnteqrasiya haqqında rəhbər sənədində tapmaq olar
30
.  
40. Qiymətləndirmə işlərinin subpodratçılara həvalə edilməsi SEQ-in planlaşdırma prosesindən 
ayrılması ilə  nəticələnməsi mütləq deyil, lakin SEQ icraçılarının plan və ya proqramları 
hazırlayanlarla sıx əməkdaşlıq etməsi şərti ilə (bax: Fəsil A2).  
41. Layihənin idarə edilməsinə dair əlavə tövsiyələr üçün, zəhmət olmasa, BMT Ətraf Mühit 
Proqramı  tərəfindən hazırlanmış  sənəd müraciət edin - "Ətraf mühitə  təsirlərin 
qiymətləndirilməsi, Tədris Vəsaiti" (2-ci nəşr), Mövzu 12 (ƏMTQ layihəsinin idarə edilməsi)
31

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                      
30
 Aşağıdakı ünvandan əldə edilə bilər: http://ec.europa.eu/europeaid/infopoint/publications/europeaid/4a_en.htm.
 
31
 BMT Ətraf Mühiti Proqramı, İyun 2002. Aşağıdakı ünvandan əldə edilə bilər http://www.unep.ch/etu/publications/EIAMan_2edition_toc.htm. 
 

 
 
82 
 
  
Addım 2: Kontekst və ilkin məlumatların təhlili 
Metodoloji tapşırıqlar
 
Prosedur vəzifələr 
(yoxdur)
 
Əlavə, ixtiyari vəzifələr
 

 
Əhalinin sağlamlığı daxil 
olmaqla,  ətraf mühitin cari 
vəziyyəti və plan və ya 
proqramın həyata 
keçirilməməsi halında bu 
vəziyyətdə ethimal olunan 
dəyişiklik haqqında 
məlumatın toplanması (Əlavə 
IV, bənd 2)  

 
Əsaslı  təsirə  məruz qalacağı 
ehtimal edilən sahələrdə 
əhalinin sağlamlığı daxil 
olmaqla 
ətraf mühitin 
xüsusiyyətləri haqqında 
məlumatın toplanması (Əlavə 
IV, bənd 3) 
 

 
Zəruri olduqda, dövlət 
orqanları ilə konsultasiya, 
kontekst məsədlər və ilkin 
məlumatlarla əlaqədar 
olaraq ictimaiyyətin 
iştirakının təmin edilməsi. 

 
Mənfi təsirə məruz qalmış 
Tərəflərin qeyri-rəsmi 
məlumatlandırılması və 
onlarla konsultasiya (bax: 
bölmə A4.5)
 

 
Aidiyyəti olan orqanların 
və ictimaiyyət 
nümayəndələrinin müəyən 
edilməsi 
metodologiyasının təsviri.  

 
Toplanmış məlumatın 
keyfiyyətinin və necə 
yeniləndiyinin 
dəqirləşdirilməsi 
 
 
42. Hesabatın hazırlanmasında ikinci addım məlumatın toplanması tapşırığıdır. Müxtəlif 
məlumat növləri haqqında tövsiyələrə yuxarıda hesabatın məzmunundan bəhs edən A4.2 
cədvəlində yer verilir (Əlavə IV). Məlumatların toplanması zamanı qarşıya çıxan çətinliklərin və 
məlumatların məhduluğunun qeydə alınması faydalı ola bilər, belə ki, bunlar daha sonra ətraf 
mühitin mühafizəsi haqqında hesabatda təsvir edilməlidir.  
43. Protokolda konsultasiyaların və ictimaiyyətin iştirakının bu erkən mərhələdə baş tutmalı 
olduğunda diar tələb mövcud deyil. İctimaiyyət və dövlət orqanları SEQ-in aparılmasına görə 
məsul orqana artıq toplanmış  məlumatın qiymətləndirilməsində, zəruri olduqda, 
qiymətləndirmənin  əhatə dairəsinin təkrar nəzərdən keçirilməsinə, eləcə  də qiymətləndirmənin 
vəzifələrinin dəqiqləşdirilməsinə kömək edə bilərlər, lakin konsultasiya və ictimaiyyətin 
iştirakının hesabatın ahzrıanması prosesinin bütün mərhələlərində  tələb olunub-olunmayacağı 
konkret  şəriatdən asılıdır. Protokol yalnız  ətraf mühitin mühafizəsi haqqında hesabat 
hazırlandıqdan sonra konsultasiya və ictimaiyyətin iştirakı tələbini irəli sürür (yəni 5-ci addımda) 
və prosesin bütün addəmların konsultasiyaların və ictimaiyyətin iştirakının təmin edilməsi 
gərəksiz və qeyri-effektiv ola bilər. 
 
 

 
 
83 
 
 
Addım 3: Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin