Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   ...   22

Сədvəl A2.1: SEQ elementləri 
Element
 
İzah 
 
Əhatə dairəsinin 
müəyyən edilməsi
 
Plan və ya proqramın SEQ tələb etdiyi müəyyən edildikdən sonra qiymətləndirmənin 
birinci elementi ətraf mühitin mühafizəsi haqqında hesabatın  əhatə dairəsinin müəyyən 
edilməsi olur. Ətraf mühitin mühafizəsi haqqında hesabatın  əhatə dairəsinin müəyyən 
edilməsi həmçinin hesabatın hazırlanması üçün zəruri olan təhlillərin miqyasının müəyyən 
edilməsini nəzərdə tutur. Əhatə dairəsinin müəyyən edilməsi, hesabatda diqqətin 
ictimaiyyətin, dövlət orqanlarının və  qərarların qəbuluna görə  məsul orqanların 
hesabatdan maksimum fayda götürməsini təmin edəcək mühüm məsələlər üzərinə 
cəmlənməsinə imkan verir. Sonrakı mərhələdə zəruri olduğu aşkar olarsa, hesabatın əhatə 
dairəsinin dəyişdirilə biləcəyi istisna olunmur. Ətraf mühitin mühafizəsi və  səhiyyə 
orqanları  əhatə dairəsinin müəyyən edilməsi prosesində danışıqlara cəlb edilməlidirlər, 
ictimaiyyətə də iştirak imkanı verilə bilər.
 
Ətraf mühitin 
mühafizəsi haqqında 
hesabat  
 
İkinci element ətraf mühitin mühafizəsi haqqında hesabatın (əhatə dairəsinə müvafiq 
qaydada) hazırlanmasından ibarətdir. Hesabat konsultasiyaların aparıldığı dövlət 
orqanlarına və ictimaiyyətə plan və ya proqramın ekoloji nəticələri haqqında məlumat 
təmin edəcək.
 
İctimaiyyətin iştirakı
 
Üçüncü element ictimaiyyətin iştirakıdır. Bu prosesə  hətta  əhatə dairəsinin müəyyən 
edilməsi zamanı və ya Protokola əsasən plan və ya proqram üçün SEQ-in tələb olunub-
olunmadığı müəyyən edilən zaman start verilə bilər (bax: Fəsil A3). Plan və ya proqramın 
layihəsi,  ətraf mühitin mühafizəsi haqqında hesabat ictimaiyyət tərəfindən  əldə edilə 
bilməlidir, aidiyyəti olan ictimaiyyət nümayəndələrinə isə plan və ya proqramın layihəsi, 
eləcə  də  ətraf mühitin mühafizəsi hesabatı haqqında fikirlərini bildirmək imkanı 
verilməlidir.
 
 
Konsultasiya 
 
Dördüncü element ətraf mühitin mühafizəsi və  səhiyyə orqanları ilə konsultasiyadan 
ibarətdir. Onlara plan və ya proqramın layihəsi, eləcə də ətraf mühitin mühafizəsi hesabatı 
haqqında fikirlərini bildirmək imkanı verilməlidir. Konsultasiya və ictimaiyyətin iştirakı 
eyni vaxtda təmin edilə bilər. (SEQ direktivinin 6-cı maddəsinə uyğun olaraq, ictimaiyyət 
və dövlət orqanları ilə birgə konsultasiyalar aparılır).
 
Transsərhəd 
konsultasiyalar 
 
Plan və ya proqram mühüm transsərhəd nəticələrə (Protokolun hər hansı digər Tərəfi 
üçün) malik olduqda, yaxud potensial təsirə  məruz qala biləcək Tərəfdən sorğu daxil 
olduqda, təsirə  məruz qalan Tərəfə  və ya Tərəflərə bildiriş verilməlidir, yaxud onlar 
konsultasiyalara dəvət olunmalıdırlar. İctimaiyyətin iştirakı ilə, dövlət orqanları, aidiyyəti 
olan ictimaiyyət nümayəndələri,  ətraf mühiti mühafizə  və  səhiyyə orqanları ilə 
konsultasiyalarla eyni vaxtda keçirilə biləcək bu transsərhəd konsultasiyalar zamanı , 
təsirə məruz qalan Tərəfə plan və ya proqramın layihəsi, ətraf mühitin mühafizəsi hesabatı 
haqqında öz fikrini bildirmək imkanı verilməlidir.
 
Qərarın qəbulu 
 
Altıncı element plan və ya proqramın təsdiqi haqqında qərarın qəbuludur. Bu qərar qəbul 
edilən zaman həm ölkənin, həm də  hər hansı  təsirə  məruz qalan Tərəfin, aidiyyəti olan 
ictimaiyyət nümayəndələrinin rəyləri, eləcə də ətraf mühitin mühafizəsi haqqında hesabata 
daxil olan qənaətlər nəzərə alınmalıdır. Qərarı  qəbul edən orqan məlumatların nəzərə 
alınması prosesinin icmalını ehtiva edən, eləcə  də  təklif edilmiş rasional alternativlər 
kontekstində konkret plan və ya proqramın nə üçün qəbul olunduğunu təsvir edən bəyanat 
verməlidir. Təsdiq edilmiş plan və ya proqram, qərar və qərarın qəbul edilməsinin əsasları 
ictimaiyyət tərəfindən əldə edilə bilməlidir.
 
Monitorinq 
 
Son element monitorinqdir. SEQ plan və ya proqramın qəbul edilməsi qərarı ilə 
yekunlaşmır.  Ətraf mühitə  əhəmiyyətli təsirlər plan və ya proqramın icrası müddətində 
proqnozlaşdırılmamış mənfi təsirlərin aşkara çıxarılması və müvafiq düzəliş tədbirlərinin 
görülməsi məqsədi ilə izlənməlidir. Monitorinqin nəticələri dövlət orqanları və ictimaiyyət 
üçün əlçatan olmalıdır. 
 
 

 
 
25 
 
 
 Şəkil A2.2: Plan və proqramların strateji ekoloji qiymətləndirməsinin elementləri  
 
 
 
 
 
 
 
 
 
 
 
A2.2.3 Plan və proqramların hazırlanması ilə Protokolun tələbləri arasında məntiqi 
əlaqəlilik 
10. Aşağıdakı sadələşdirilmiş  və ideallaşdırılmış sxem SEQ və plan və proqramların 
hazırlanması zamanı tez-tez yerinə yetirilən vəzifələr arasında potensial məntiqi  əlaqəlilikləri 
nümayiş etdirir. Lakin bu sxem yalnız izahat məqsədi daşıyır, belə ki, plan və proqramların 
hazırlanması prosesində  dəqiq vəzifə ardıcıllığından istifadə olunmur: reallıqda bəzi vəzifələr 
buraxıla, yaxud sxemin əhatə etmədiyi yeni vəzifələr  əlavə edilə bilər. Bundan əlavə, sxemə 
ictimaiyyətin iştirakı  və konsultasiyalar daxil deyil, belə ki, onlar plan və ya proqramın 
hazırlanması prosesinin ayrılmaz hissəsi, yaxud SEQ prosesi daxilində ayrıca prosedur mərhələsi 
ola bilərlər.  
11. Plan və proqramların hazırlanması və SEQ məqsədlərinə görə bir-birlərindən fərqlənsələr də, 
(yəni plan və proqramın hazırlanmasının məqsədi plan və ya proqramın hazırlanmasıdırsa, SEQ-
in məqsədi plan və ya proqramların təhlili və onların təkmilləşdirilməsi üçün tövsiyələrin 
verilməsidir) çox vaxt hər iki proses bənzər analitik düşüncə tələb edir. Mahiyyət etibarilə həm 
plan və ya proqramın hazırlanması həm də SEQ-lər: 

 
Plan və ya proqramın hazırlanması zamanı nəzərə alınması olan əsas məsələləri müəyyən 
etməlidirlər.  

 
Plan və ya proqramın kontekstini, plan və ya proqram icra edilməyəcəyi halda ehtimal 
olunan gələcək tendensiyaları təhlil etməlidirlər. 

 
Optimal alternativ variantlar təklif etməlidirlər.  

 
Optimal monitorinq və idarəetmə sistemləri təklif etməlidirlər. 
 
 
Protokola əsasən SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsi (bax 
fəsil A3) 
Ətraf mühitin mühafizəsi haqqında 
hesabatın əhatə dairəsinin müəyyən 
ediləməsi (və beləliklə 
qiymətləndirilməsi) maddə
Ətraf mühitin mühafizəsi haqqında 
hesabat maddə 7 və Əlavə IV 
Qərarın qəbulu: maddə 11 (amillərin 
nəzərə alınması) 
Müvafiq səlahiyyətli orqanlarla və 
ictimaiyyətlə məsləhətləşmə
Monitorinq: maddə 12 
Səlahiyyətli 
orqanlarla 
konsultasiyalar: 
dd 9
İctimaiyyətin 
iştirakı: maddə 8 
 
 
Təkrarlanan proses 
Transsərhəd 
konsultasiyalar: 
maddə 10 

 
 
26 
 

 
Müvafiq dövlət orqanlarına, ictimaiyyətə  və  qərarların qəbuluna görə  məsul orqanlara 
plan və ya proqram, eləcə  də onun ehtimal olunan nəticələri haqqında məlumat 
verməlidirlər.  
 
Şəkil A2.3: Plan və proqramın hazırlanması prosesinə aid vəzifələr və SEQ elementləri 
arasında məntiqi 
əlaqəlilik
 
12. Aşağıda Cədvəl A2.2 plan və ya proqramların hazırlanması  və SEQ arasında mövcud ola 
biləcək əsas məntiqi əlaqəlilikləri təsvir edir. 
 
13. Plan və proqramların hazırlanması  və qiymətləndirmə sistemləri,  Şərqi Avropa, Qafqaz və 
Mərkəzi Asiyada fərqli şəkildə inkişaf etmişdir. Bir tərəfdən Protokolun tələblərinə uyğun həyata 
keçirilən SEQ, digər tərəfdən bu regionda plan və ya proqramların hazırlanması  və 
qiymətləndirmə sistemləri arasında  əlaqələrin təhlili BMTİP-in Regional Ekoloji Mərkəz və 
Plan və ya proqramın hazırlanması 
SEQ 
Plan və ya proqramın əhatə dairəsinin 
müəyyən edilməsi 
Kontekst və ilkin məlumatların təhlili
Sənədləşdirmə 
Müvafiq dövlət orqanları və 
ictimaiyyətlə konsultasiya 
Qərarın qəbulu 
Realizasiya zamanı ümumi monitorinq
Protokola əsasən SEQ-in tələb olunub-
olunmadığının müəyyən edilməsi 
Ətraf mühitin mühafizəsi haqqında 
hesabatın əhatə dairəsinin müəyyən 
edilməsi (və beləliklə 
qiymətləndirilməsi) 
Ətraf mühitin mühafizəsi haqqında 
hesabat 

Kontekst və ilkin 
məlumatların təhlili 

Alternativlərin 
hazırlanması və 
müqayisəsinə töhfə 

Ətraf mühitin mühafizəsi 
haqqında hesabatın 
Müvafiq dövlət orqanları və 
ictimaiyyətlə konsultasiya 
Qərar qəbulu prosesinə töhfə 
Realizasiya zamanı ekoloji monitorinq
Qeyd: İctimaiyyətin iştirakı, dövlət orqanları ilə məsləhətləşmə və transsərhəd konsultasiyalar bu sadələşdirilmiş diaqrama 
tam daxil edilməmişdir. 

 
 
27 
 
BMT AİK ilə birgə hazırlanmış  nəşrində  əks olunur
11
. (Qərbi Avropada plan və proqramların 
hazırlanması prosesləri olduqca müxtəlifdir).
                                                      
11
 
J. Dusik, A. Cherp, A. Jurkeviciute, H. Martonakova və N. Bonvoisin, SEQ Protokolu: Seçilmiş keçmiş Sovet İttifaqı ölkələrində ilkin 
potensial gücləndirilməsi (REC, 2006). Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/documents/SEA_CBNA/UNDP-REC-
UNECE_SEAbulletin_no.2_en.pdf. 
 

 
 
28 
 
Cədvəl A2.2: Plan və proqramların hazırlanması, SEQ, dövlət orqanları ilə konsultasiyalar və ictimaiyyətin iştirakı arasında məntiqi 
 
                                                      
12
 SEQ Protokolu, əlavə IV, bənd 1
 
13
 SEQ Protokolu, əlavə IV, bənd. 4
 
14
 SEQ Protokolu, əlavə IV, bənd. 5.
 
15
 SEQ Protokolu, əlavə IV, bənd. 8
 
16
 SEQ Protokolu, əlavə IV, bənd. 6
 
Addım 
 
Plan və proqramların hazırlanmasına aid 
ənənəvi vəzifələr 
Məntiqi baxımdan uyğun SEQ vəzifələri 
SEQ çərçivəsində dövlət orqanları ilə 
konsultasiyalar, ictimaiyyətin məlumat 
əldə etmək imkanı və ictimaiyyətin 
iştirakı 
 
 
 
Strateji ekoloji qiymətləndirmənin 
aparılması  zərurəti hüquqi öhdəliklərə 
istinad (məsələn, hər zaman SEQ-in 
tətbiqini tələb edən plan və proqramların 
siyahısı), yaxud konkret plan və ya 
proqramın Protokol şərtlərinə  əsasən SEQ 
tələb edib-etmədiyinin ayrıca təhlil edilməsi 
vasitəsi ilə müəyyən edilən bilər (bax: fəsil 
A3)  
Müvafiq  ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanları ilə konsultasiya və ictimaiyyətin 
məlumatlandırılması
 
 
 
Tətbiq dairəsinin müəyyən edilməsi Aşağıdakıların müəyyən edilməsi məqsədi 
ilə plan və ya proqramın (çox vaxt ilkin 
təşəbbüs mərhələsində müəyyən edilən) 
əhatə dairəsi qanuna və s. əsasən, xüsusi 
göstəriş  və ya konsultasiyalar vasitəsi ilə 
müəyyən edilə bilər: 

 
Plan və ya proqramın ümumi 
məqsədləri 

 
Plan və ya proqram ilə digər 
plan və proqramlar arasında 
əlaqə 

 
Plan və ya proqram 
çərçivəsində  həll edilməli olan 
ümumi məsələlər. 
 
SEQ-in 
əhatə dairəsi aşağıdakıların 
aydınlaşdırılması ilə müəyyən edilən bilər:  

 
Plan və ya proqramın ehtimal 
edilən məzmunu və ya əsas 
məqsədləri, digər plan və ya 
proqramlarla (və ehtimalən 
siyasətlərlə) əlaqəsi.
12
  

 
Plan və ya proqramla əlaqəli 
ekoloji problemlər
13
 

 
Plan və ya proqrama müvafiq 
olaraq beynəlxalq, milli və ya 
digər səviyyələrdə müəyyən 
edilmiş ekoloji məqsədlər
14
  

 
Alternativlər və onların 
seçilməsinin səbəbləri
15
  

 
Qiymətləndirilməli olan ekoloji 
təsirlərin ilkin siyahısı
16

Məsləhətləşmələrin aparılmalı olduğu 
dövlət orqanlarının və  iştirak etməli olan 
ictimaiyyət nümayəndələrin müəyyən 
edilməsi 
 
Müvafiq  ətraf mühiti mühafizə  və  səhiyyə 
orqanları ilə konsultasiya. 
 
İxtiyari:  İctimaiyyət nümayəndələri ilə 
konsultasiya. 

 
 
29 
 
 
 
 
 
 
 
                                                      
17
 SEQ Protokolu, əlavə IV, bənd. 3
 
18
 SEQ Protokolu, əlavə IV, bənd. 2.
 
19
 SEQ Protokolu, əlavə IV, bənd. 6 və 10.
 
20
 SEQ Protokolu, əlavə IV, bənd. 7.
 
Addım 
 
Plan və proqramların hazırlanmasına aid ənənəvi 
vəzifələr 
Məntiqi baxımdan uyğun SEQ vəzifələri 
SEQ çərçivəsində dövlət orqanları ilə 
konsultasiyalar, ictimaiyyətin məlumat əldə etmək 
imkanı və ictimaiyyətin iştirakı  
 
Kontekst və ilkin məlumatların təhlili 
 
Müvafiq plan və proqramların, ilkin məlumatların 
təkrar nəzərdən keçirilməsi (müvafiq inkişaf 
tendensiyalarının xüsusiyyətləri). 
 
Gələcək inkişafla  əlaqədar məhdudiyyət və fürsətlərin 
müəyyən edilməsi. 
 
İlkin vəziyyət təhlillərində diqqəti  əhatə dairəsinin 
müəyyən edilməsi prosesində  aşkara çıxarılan 
məsələlər üzərində  cəmləşdirilməsi və  aşağıdakıların 
təhlili:  

 
Əsaslı  təsiri məruz qalacağı ehtimal edilən 
sahələrdə ətraf mühit xüsusiyyətləri.
17
 

 
Ətraf mühitin cari vəziyyəti və plan yaxud 
proqramın icra edilməyəcəyi halda ətraf 
mühitdə gözlənilən dəyişikliklər
18

 
İxtiyari: 
 
Qiymətləndirmənin  əhatə dairəsini daha da inkişaf 
etdirilməsi 
İxtiyari: 
Dövlət orqanları və ictimaiyyətlə kontekst və müvafiq 
məsələlər barədə konsultasiya, rəylərin qeyd edilməsi. 
 
 
Alternativlərin hazırlanmasına və müqayisəsi. 
 
Alternativlərin hazırlanmasına və müqayisəsi zamanı 
adətən aşağıdakılar nəzərə alınır: 

 
Plan və ya proqramların konkret 
məqsədləri. 

 
Bu məqsədlərə nail olmaq üçün yerinə 
yetiriləcək fəaliyyətlər.  

 
Seçilmiş 
fəaliyyətin icrasının 
optimallaşdırılmasına yönəlmiş tədbirlər. 
 
Alternativ variantlarda ekoloji məqsədlərin və digər 
ətraf mühitin məsələlərinin necə  nəzərə alındığının 
təsviri. 
. Ehtimal olunan əhəmiyyətli transsərhəd təsirlər daxil 
olmaqla gözlənilən ekoloji nəticələtrin (müxtəlif 
metodlarla, bax: fəsil A5) qiymətləndirilməsi
19
. SEQ 
plan və ya proqramın müvafiq alternativ variantlarını 
ehtimal olunan əhəmiyyətli ekoloji nəticələrinə əsasən 
qiymətləndirə  və beləliklə variantların hazırlanmasına 
və müqayisəsinə kömək edə bilər.  
Belə qiymətləndirmə optimal variantları müəyyən edə 
və  hər hansı  əhəmiyyətli mənfi təsirin qarşısının 
alınması, məhdudlaşdırılması  və ya nəticələrinin 
yüngülləşdirilməsi tədbirlərini təsvir edə bilər.
20
  
O həmçinin nəzərə alınanlar arasında üstünlük 
verilməli olan alternativi də təklif edə bilər. 
 
Məsləhətləşmələrin aparılmalı olduğu dövlət 
orqanlarının və  iştirak etməli olan ictimaiyyət 
nümayəndələrin müəyyən edilməsi 
 
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə 
konsultasiya. 
 
İxtiyari: İctimaiyyət nümayəndələri ilə konsultasiya. 
Addım 
 
Plan və proqramların hazırlanmasına aid ənənəvi 
vəzifələr 
Məntiqi baxımdan uyğun SEQ vəzifələri 
SEQ çərçivəsində dövlət orqanları ilə 
konsultasiyalar, ictimaiyyətin məlumat əldə etmək 
imkanı və ictimaiyyətin iştirakı  
 

 
 
30 
 

 
 
                                                      
21
 SEQ Protokolu, əlavə IV, bənd 9.
 
22
 SEQ Protokolu, əlavə IV, bənd 11
 
Sənədləşdirmə 
 
Aşağıdakılar daxil olmaqla plan və ya proqramın 
layihəsinin hazırlanması:  
Təklif edilən icra və monitorinq tədbirləri  
Plan və ya proqramın layihəsinin qısa təsviri.  
Plan və ya proqram layihəsinin sənədləşdirilməsi. 
 
Plan və ya proqram layihəsini müşayiət edən  ətraf 
mühitin mühafizəsi haqqında hesabatın hazırlanması:  

 
Alternativlərin necə hazırlandığının qeydə 
alınması.  

 
Qarşıya çıxan çətinliklər daxil olmaqla, 
qiymətləndirmənin necə aparıldığının qeydə 
alınması 

 
. Planın icrasının ekoloji nəticələrinin 
monitorinqi üçün tədbirlərin müəyyən 
edilməsi
21
.  
Qeyri-texniki icmalda məlumatların qısa xülasəsi
22
 
 
Müvafiq səlahiyyətli orqanlar və ictimaiyyətlə 
məsləhətləşmə 
 
Konsultasiya 
 
İctimaiyyətin iştirakı, müvafiq dövlət orqanları ilə 
məsləhətləşmə və transsərhəd konsultasiyalar. 
İctimaiyyətin və dövlət orqanlarının plan və ya 
proqramın layihəsi, eləcə  də  ətraf mühitin mühafizəsi 
haqqında hesabat ilə təmin edilməsi. 
Dövlət orqanları və ictimaiyyətlə plan və ya proqramın 
layihəsinə  və  ətraf mühitin mühafizəsi haqqında 
hesabata dair məsləhətləşmə. 
Zəruri olduqda, mənfi təsirə  məruz qalmış  Tərəflərin 
məlumatlandırılması və onlarla konsultasiya. 
Qərarın qəbulu zamanı  nəzərə alınmalı olan rəylərin 
toplanması. 
 
 

 
 
31 
 
 
 
 
Addım 
 
Plan və proqramların hazırlanmasına aid 
ənənəvi vəzifələr 
Məntiqi baxımdan uyğun SEQ vəzifələri 
SEQ çərçivəsində dövlət orqanları ilə 
konsultasiyalar, ictimaiyyətin məlumat 
əldə etmək imkanı və ictimaiyyətin 
iştirakı  
 
Qərarın qəbulu 
 
Plan və ya proqram barədə  rəsmi qərarın qəbulu zamanı  səlahiyyətli orqanlardan və 
ictimaiyyətdən alınmış  rəylərin, eləcə  də  ətraf mühitin mühafizəsi haqqında hesabatın 
nəzərə alınması. 
 
 
 Müvafiq  səlahiyyətli orqanların (ətraf 
mühitin mühafizəsi və  səhiyyə orqanları 
daxil olmaqla) və ictimaiyyətin 
məlumatlandırılması  
Monitorinq 
 
 
Plan və ya proqramın icrasının monitorinqi. 
 
Ekoloji monitorinq. 
 
İctimaiyyətin və dövlət orqanlarının 
monitorinqin nəticələri ilə təmin edilməsi. 
 

 
 
32 
 
A2.3 SEQ-İN PLAN VƏ PROQRAMLARIN HAZIRLANMASI PROSESİNƏ 
İNTEQRASİYASINA PRAKTİKİ YANAŞMA 
14. A2.2 bölməsində  nəzəri vəziyyətlər gözdən keçirilir. Bu bölmədə real plan və proqram 
hazırlama prosesləri və  SEQ-in  plan  və proqramların hazırlanması prosesinə inteqrasiya 
yollarının axtarılması lehinə bəzi praktiki səbəblər müzakirə edilir. 
A2.3.1 SEQ və plan yaxud proqramın hazırlanması arasında effektiv əlaqəliliklərin 
müəyyən edilməsi 
Plan və ya proqramın hazırlanması prosesinin təkrar nəzərdən keçirilməsi 
15. A2.2 bölməsində qeyd edildiyi kimi, plan və proqramların hazırlanması prosesləri bir-
birlərindən fərqlənirlər - onlardan bəziləri dəqiq müəyyən edilmiş prosedurlar (məsələn,  ərazi 
planlaşdırması, çay hövzələrinin və sahilyanı  ərazilərin idarə olunması), digərləri isə (məsələn, 
tullantıların idarə edilməsi, enerji sahəsinin planlaşdırılması) strukturu dəqiq müəyyən edilməmiş 
yanaşmalar əsasında həyata keçirilir.  
16. Buna görə  də SEQ-in daxil olmalı olduğu plan və ya proqramların hazırlanması sistemi 
haqqında  ətraflı spesifik biliklərə malik olmadan SEQ-in plan və proqramların hazırlanması 
prosesinə daxil edilməsi üçün optimal nöqtələrin müəyyən edilməsi mümkün deyil. Bu bilikləri 
plan və proqramların hazırlanması proseslərinin öyrənilməsi vasitəsilə əldə etmək olar, bu isə iki 
səviyyədə həyata keçirilə bilər: 

 
Prosedurların nəzərdən keçirilməsi (məsələn, plan və ya proqramın hazırlanması 
sahəsinin prosedur və metodoloji tələbləri) ayrı-ayrı plan və proqram hazırlama 
rejimlərinin səviyyələrinin başa düşülməsinə kömək edə bikər. Bu, məsələn, müəyyən 
plan və ya proqram hazırlanma proseduru üçün SEQ üzrə xüsusi rəhbər sənədin 
hazırlanması zamanı faydalı ola bilər.  

 
Ayrı-ayrı plan və ya proqramların (məsələn, meşə təsərrüfatının inkişaf etdirilməsi planı) 
hazırlanması zamanı istifadə edilən prosesin nəzərdən keçirilməsi bir sıra digər plan və 
proqramların hazırlanmasında xüsusi SEQ yanaşmalarının strukturu haqqında faydalı 
təsəvvürlərin əldə edilməsini təmin edə bilər. 
Təkrar baxış üçün təklif olunan əsas məqam 
17. SEQ-in konkret proqram və ya planın hazırlanması prosesinə daxil edilməsi nöqtələrinin 
müəyyən edilməsi üçün aşağıdakıların nəzərdən keçirilməsi faydalı ola bilər:  

 
Plan və ya proqramın hazırlanmasının rəsmi, yaxud qeyri-rəsmi məntiqi, yaxud plan və 
ya proqramın hazırlanması üzrə əsas vəzifələrin ardıcıllığı  

 
Bir qayda olaraq, ayrı-ayrı plan və ya proqram hazırlama prosesləri çərçivəsində yerinə 
yetirilən ətraf mühitlə bağlı vəzifələr.  

 
Plan və ya proqramın hazırlanması  çərçivəsində  ətraf mühitin mühafizəsi və  səhiyyə 
orqanları ilə konsultasiya. 

 
 
33 
 

 
İctimaiyyətin plan və ya proqramın hazırlanmasında iştirakı ilə  əlaqədar hər hansı 
müddəaya və ya məlumata çıxış imkanı  
18. Belə təhlil plan və ya proqramın hazırlanması üçün yerinə yetirilməli olan işlərdən effektiv 
istifadə edən (onları  əvəzləməyən, yaxud təkrarlamayan) ehtiyaclara uyğunlaşdırılmış SEQ 
prosesinin hazırlanması üçün faydalı məlumat təmin edə bilər. 
 
A2.3.2 SEQ-in plan və ya proqramların hazırlanması prosesinə inteqrasiyasının praktiki 
səbəbləri 
 
19. Strateji ekoloji qiymətləndirmənin plan və proqramların hazırlanması prosesinə daxil 
edilməsinin, A4 Fəslində təsvir edildiyi ki, SEQ-in plan və proqramların hazırlanması prosesinin 
erkən mərhələsində və effektiv istifadəsi ilə bağlı qanunvericilik tələblərin sərhədlərindən kənara 
çıxan praktiki səbəbləri mövcuddur.  
20. Qərar qəbulu prosesinin mürəkkəbliyi plan və proqramların hazırlanmasını 
mürəkkəbləşdirəcək deyil, bu prosesə yardım edəcək effektiv alətlərin istifadəsini tələb edir:  

 
Ümumiyyətlə, SEQ prosesləri aşağıdakı hallarda effektiv və səmərəli hesab olunmalıdır: 
Plan və proqramların hazırlanması zamanı  ətraf mühitin məsələlərinin effektiv qaydada 
nəzərə alınmasına imkanın yaradılması. SEQ-in ətraf mühiti mühafizə məsələlərini plan 
və ya proqramın hazırlanması prosesinə inteqrasiya etmək potensialı böyük dərəcədə 
SEQ-in plan və proqramların hazırlanması prosesinə hansı formada və zaman 
çərçivəsində töhfə verdiyindən asılıdır. Təbii ki, plan və ya proqramın hazırlanmasının 
müvafiq mərhələsində erkən və operativ yardım təmin edən SEQ daha effektiv olmalıdır, 
nəinki retrospektiv 
23
 və ayrı-ayrılıqda aparılan qiymətləndirmələr.  

 
Fikir ayrılıqlarının və maraq toqquşmalarının müəyyən edilməsinə yardım edir, beləliklə, 
qərar qəbulu prosesinin etibarlılığını artırır. Bu, rasional müzakirələrin aparılmasına və 
problemlərin həll edilməsinə, eləcə  də maraqlı  tərəflər arasında etimadın yaradılmasına 
kömək edir. 

 
Gərəksiz olmadığı halda plan və ya proqramın hazırlanması prosesinin müddətini 
uzatmır. Protokol tələblərinin tətbiqi plan və ya proqramın hazırlanması prosesində SEQ-
in ehtiyatla təşkil edilməsi yolu ilə ixtisar edilə biləcək müəyyən vaxt məhdudiyyətləri 
yaradır.  

 
İqtisadi cəhətdən  əsaslandırılmamış  xərclərə  səbəb olmur. Ətraf mühitin mühafizəsi 
haqqında hesabatın hazırlanması, dövlət orqanları və ictimaiyyətlə Protokolun müəyyən 
                                                      
23
 
“Retrospektiv” (ex-post) "faktiki nəticələrə əsaslanan və ya gözlənilənlərlə deyil faktiki nəticələrlə müəyyən edilən" deməkdir. Bu "ilkin" 
(exa-ante) terminin əksidir. "Ex-ante" "proqnozlara və ya gözlənilən nəticələrə əsasıanan, gözlənlən" deməkdir. Mənbə: Oksford ingilis dili lüğəti 
(Birləşmiş Krallıq, Oksford Universitetinin mətbəəsi, 2011).
 
 

 
 
34 
 
etdiyi konsultasiyaların keçirilməsi  əlavə  xərclər nəzərdə tutur. SEQ plan və ya 
proqramın hazırlanması birgə  həyata keçirildikdə  və SEQ artıq olan və proqramın 
hazırlanması prosesində aparılan konsultasiyalara, təhlillərə  və toplanmış  məlumatlara 
əsaslandıqda əlavə xərclər məhdudlaşdırıla bilər.  
21. Yuxarıdakı icmal SEQ ilə plan və proqramların hazırlanması prosesinin düzgün 
koordinasiyasının  əhəmiyyətini vurğulayır. Bunun məqsədi SEQ-in plan və proqramların 
hazırlanması prosesinə effektiv və erkən töhfəsinin, eləcə də plan və proqramların hazırlanması 
zamanı ekoloji aspektlərin ehtiyatla nəzərə alınmasının təmin edilməsidir (bax: Protokolun 1(a) 
maddəsi).  
22. Reallıqda SEQ mütəxəssisləri effektiv koordinasiyanın  əldə edilməsi və  nəhayət, SEQ-in 
plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyası ilə bağlı çoxsaylı  çətinliklərlə 
qarşılaşa bilərlər. 
 
A2.3.3 Nəzərə alınmalı olan məsələlər 
 
23. Bir tərəfdən plan və proqramların hazırlanmasına aid vəzifələr, digər tərəfindən SEQ-ə aid 
vəzifələr arasında məntiqi  əlaqəliliklərdən düzgün istifadə Protokol məqsədlərindən birinin 
həyata keçirilməsinə daha dəqiq desək "əhalinin sağlamlığı daxil olmaqla ekoloji amillərin plan 
və proqramların hazırlanmasında ətraflı şəkildə nəzərə alınmasının təmin edilməsinə" (maddə 1 
(a)) kömək edə bilər. 
24. Yalnız praktikada aşağıdakı səviyyələrdə əlaqəlilik mövcud olduğu təqdirdə SEQ ilə plan və 
ya proqramın hazırlanması prosesi arasında açıq məntiqi əlaqəliliklər aşkar edilə bilər:  

 
Plan və ya proqramın, ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması.  

 
Dövlət orqanları ilə konsultasiya.  

 
İctimaiyyətin iştirakı  
25. Plan və ya proqramın hazırlanması ilə  ətraf mühitin mühafizəsi haqqında hesabatın tərtib 
olunması arasında əlaqəlilik praktikada aşağıdakılarla nəticələnə bilər:  

 
Məlumatlardan birgə istifadə.  

 
Məqsədəuyğun alternativlərin hazırlanmasına birgə yardım  

 
Alternativlərin müqayisəsi zamanı plan və proqramların hazırlanması ilə əlaqədar və ya 
ekoloji problemlərin (istifadə edildiyi təqdirdə) modelləşdirmə və s. yolu ilə həlli.  
 26.  Dövlət orqanları ilə konsultasiyalar arasında  əlaqəlilik praktikada aşağıdakı  nəticələri verə 
bilər:  

 
Dövlət orqanları ilə birgə konsultasiya prosesləri  

 
 
35 
 

 
Alınmış rəylərin birgə qiymətləndirilməsi və s. 
27. İctimaiyyətin iştirakı səviyyəsində əlaqəliliklər praktika aşağıdakılarla nəticələnə bilər:  

 
İctimaiyyətin sənədlərə çıxışını asanlaşdırmaq üçün vahid sistem. 

 
İctimaiyyətlə konsultasiyalar üçün vahid sistem. 

 
Alınmış rəylərin qiymətləndirilməsi və s. üçün vahid sistem. 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin