Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


A3.2.1 Maddə 2.5 və 4, Əlavələr I və II



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   ...   22

A3.2.1 Maddə 2.5 və 4, Əlavələr I və II 
5. Plan və proqramların Protokola uyğun strateji ekoloji qiymətləndirməsinin aparılması üçün 
birinci tələb onların plan və proqramların tərəfinin hər iki yarımbəndinin  şərtlərinə cavab 
verməsidir (maddə 2.5). Başqa sözlə, onlar “dövlət orqanları  tərəfindən hazırlanmalı  və/və ya 
qəbul edilməli, yaxud dövlət orqanı  tərəfindən Parlament və ya hökumət tərəfindən rəsmi 
prosedurlara müvafiq qaydada təsdiq edilmək üçün hazırlanmalı” və “qanunvericilik, inzibati və 
tənzimləyici aktlara əsasən tələb olunmalıdırlar”.  Əlavə  tələblər 2.5-ci maddənin tələblərinə 
cavab verən hansı plan və proqramlar üçün SEQ-in tələb olunduğunu dəqiqləşdirən 4-cü 
maddədə əksini tapır. 4-cü maddəyə nəzər alınmalı olan meyarlar daxildir; plan və ya proqramlar 
bu meyarlara cavab verirsə, SEQ zəruridir. (SEQ Direktivində müvafiq müddəalar 3-cü 
maddənin 1-4 və 8-9-cu maddələridir.)  
6. Bir çox plan və proqramlar strateji ekoloji qiymətləndirmə  tələb etmirlər, bəzi siyasət, 
strategiya, layihə, konsepsiya, qanun və normativ aktlar və s. üçünsə əksinə SEQ zəruridir. Bu 
bölmə sizə Protokolun tətbiq dairəsinə aid plan və ya proqramları və onlar üçün SEQ-in zəruri 
olub-olmadığını müəyyən etməyə kömək edəcək.  
Protokola  əsasən SEQ-in tələn olunub-olunmadığını götür-qoy edərkən aşağıdakıları  nəzərdə 
saxlamaq lazımdır: 

 
“Plan və ya proqram” termini yetərli əsas təşkil etmir.  

 
 
47 
 

 
Bütün plan və proqramlar deyil, yalnız bir sıra şərtlərə cavab verən plan və proqramlar 
SEQ tələb edir.  

 
Protokolda müəyyən edilən tərifə uyğun gələn bəzi siyasət, konsepsiya və strategiyalar 
starteji ekoloji qiymətləndirmə  tələb edirlər. Yenə  də  tələblərə cavab vermək  şərti ilə, 
bəzi qanunvericilik aktlarının və normativ aktlarının Protokolun tətbiq dairəsinə aid 
olması mümkündür. 

 
SEQ-in tələb olunduğu plan və ya proqramların müəyyən edilməsi üçün əhatəli sınaqlara 
ehtiyac ola bilər.  
8. Başqa aşağıdakılar olmaqla, Protokol çərçivəsində SEQ-in tələb olunub-olunmadığının 
müəyyən edilməsi üçün namizəd plan və ya proqram, yaxud plan və ya proqrama ediləcək 
düzəlişlər haqqında bir sıra suallar verilməlidir (bax: para. 23):  

 
Plan və ya proqramın yeganə məqsədi milli müdafiə və ya fövqəladə vəziyyətlərdə mülki 
müdafiəyə xidmət etməkdir, yoxsa söhbət maliyyə  və ya büdcə planı, yaxud 
proqramından gedir? Bu halda SEQ tələb olunmur. 

 
Plan və ya proqram kənd təsərrüfatı, meşə  təsərrüfatı, balıqçılıq, dağ-mədən sənayesi 
daxil olmaqla, enerji sahəsi, nəqliyyat regional inkişaf, tullantıların emalı, sudan səmərəli 
istifadə, telekommunikasiya, turizm, çıhır və  kənd planlaşdırması  və ya torpaqdan 
istifadə üçünmü hazırlanır? Bu halda SEQ avtomatik olaraq tələb olunur, lakin aşağıda 
11-ci bəndə nəzər salın.  
9. Birinci sualın cavabı "hə", ikinci sualın cavabı "yox"dursa, bu halda daha iki sual verilməlidir:  

 
Bu plan və ya proqram Protokola 1 Əlavədə sadalanan layihələrin gələcəkdə həyata 
keçirilməsi üçün icazə zəmini yaradırmı?  

 
Bu plan və ya proqram Protokola II Əlavədə sadalanan layihələrin gələcəkdə həyata 
keçirilməsi üçün icazə zəmini yaradırmı və müvafiq layihələr milli qanunvericiliyə 
əsasən SEQ tələb edirmi?  
10. Bu suallardan hər hansına "bəli" cavabı verilərsə, bu halda bir qayda olaraq, Protokola əsasən 
SEQ tələb olunur. Lakin Plan və ya proqram yerli səviyyədə kiçik bir sahənin istifadəsini 
müəyyən edir, yaxud cüzi bir düzəlişdən ibarətdirsə (maddə 4.4),SEQ yalnız 5-ci maddəyə (İlkin 
qiymətləndirmə) uyğun olaraq, plan və ya proqramın  əhəmiyyətli ekoloji nəticələrə  gətirib 
çıxaraağı ehtimal olunduğu təqdirdə tələb olunur.  
11. Yuxarıda müəyyən edilən, strateji ekoloji qiymətləndirmə tələb edən plan və proqramlardan 
əlavə, Protokolun 40-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq, plan və ya proqram gələcəkdə 
layihələrin həyata keçirilməsi üçün zəmin yaratdıqda və 5-ci maddəyə  əsasən  əhəmiyyətli 
təsirləri olacağı güman edildikdə, strateji ekoloji qiymətləndirmə tələb edə bilər.  
A3.2.2 Maddə 5 və əlavə III 
12. Əhəmiyyətli təsirlərin müəyyən edilməsi 5-ci maddəsi təsvir edilir və aşağıdakılara əsaslanır: 

 
 
48 
 

 
Ayrı-ayrı hadisələrin nəzərdən keçirilməsi.  

 
Plan və proqramların tipinin müəyyən edilməsi. 

 
Yuxarıdakı iki üsulun birgə istifadəsi. 
(SEQ Direktivində əksərən eyni olan müddəalara 3-cü maddənin 5.7-ci bəndlərində rast gəlmək 
olar.)  
13. Bu zaman III Əlavədə müəyyən edilmiş meyarlar (SEQ Direktivinin II Əlavəsinə  bənzər) 
nəzərə alınmalıdır.  
14. Əhəmiyyətli təsirlərin müəyyən edilməsi zamanı müvafiq ətraf mühiti mühafizə və səhiyyə 
orqanları ilə konsultasiya aparılmasıdır (maddə 5.2) və ictimaiyyətə  iştirak imkanı verilməlidir 
(maddə 5.3). Bununla belə, çoxsaylı plan və ya proqramların  əhəmiyyətli təsirinin müəyyən 
edilməsinə ehtiyac qalmayacaq, belə ki, onlar üçün SEQ tələb olunub-olunmadığı artıq aydın 
olacaq. 
15. 5.4-cü maddəyə uyğun olaraq, dövlət orqanları  əhəmiyyətli mənfi təsirlərin müəyyən 
edilməsi prosesinin nəticələrini (başqa sözlə, 5-ci maddənin tələblərinin yerinə yetirilməsini) ya 
plan və proqramların tiplərinin siyahısı hazırlanan zaman (aşağı baxın), ya da ayrı-ayrı plan və 
proqramlat nəzərdən keçirilən zaman ictimaiyyətə açıqlamalıdırlar. Bu zaman təmin edilən 
məlumata daxildir:  

 
Testin nəticələri, başqa sözlə, plan və ya proqram, yaxud plan və ya proqramın tipi üçün 
SEQ tələb olunurmu. 

 
SEQ-in tələb olunmamasının səbəbləri.  
16. SEQ-in tələb olunub-olunmadığını müəyyən edən bu prosesin səmərəsi hər zaman (yaxud bir 
qayda olaraq) SEQ-in yerinə yetirilməsini tələb edən plan və ya proqram növlərinin siyahısına 
istinad edilməklə daha da artırıla bilər. Siyahıların tərtibi aşağıda A3.4-cü bölmədə müzakirə 
olunur. 
 

 
 
49 
 
 
A3.3 TESTLƏRİN ƏTRAFLI TƏSVİRİ 
17. Bu bölməyə Protokolun tətbiq dairəsini (maddə 2.5 və maddə 4) müəyyən edən doqquz şərti 
özündə birləşdirən, plan və proqramlara münasibətdə strateji ekoloji qiymətləndirmənin 
keçirilməsi zərurətinin olub-olmadığının müəyyən edilməsi metodları sxemi daxildir. Onuncu 
şərt (əhəmiyyətli təsirlərin müəyyən edilməsi - maddə  5)  plan  və ya proqramın  ətraf mühitə 
əhəmiyyətli təsir göstərmək ehtimalının müəyyən edilməsi üçün lazım ola bilər. 
18. Şəkil A3.1 müvafiq qanun müddəalarının ayrı-ayrı plan və ya proqramlar üçün SEQ-in zəruri 
olub-olmadığının müəyyən edilməsi üçün tam metodikanın yaradılması  məqsədilə  əsas kimi 
istifadə edilməsi üsullarını nümayiş etdirir. Şəkildə göstərilən şərtlərin hər biri bu bölmədə təsvir 
edilir. 
Plan və ya proqramın tərifi (maddə 2.5)
Şərt 1 
1: Plan və ya proqram (və ya onlara düzəliş) qanunvericilik, tənzimləyici və ya inzibati 
aktlarla tələb olunurmu,(Maddə 2 bənd 5a)
Şərt 2 
2: Plan və ya proqram səlahiyyətli orqan tərəfindən hazırlanır və ya qəbul edilir və ya 
səlahiyyətli orqan tərəfindən parlament və ya hökumət tərəfindən rəsmi prosedurla qəbul 
edilmək üçün hazırlanırmı, (Maddə 2 bənd 5b).
Tətbiq dairəsindən kənarda qalma (maddə 4.5)
Şərt 3 
3: Plan və proqramın yeganə məqsədi milli müdafiə və ya mülki sferada fövqəladə hallarla 
bağlı ehtiyacların ödənilməsidirmi və ya o maliyyə və ya büdcə plan və proqramıdırmı? 
(Maddə 4 bənd 5)
İcbari tətbiq (maddə 4.2)
 
Şərt 4 
4: Plan və ya proqram kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, energetika, dağ-mədən sənayesi 
də daxil olmaqla sənaye, nəqliyyat, regional inkişaf, tullantıların emalı, su təsərrüfatı, 
telekommunikasiya, turizm, şəhər və kənd rayonlarının inkişafının planlaşdırılması və ya 
torpaqdan istifadə üçün hazırlanırmı? (Maddə 4 bənd 2)
Şərt 5 
5: Plan və ya proqram gələcəkdə I əlavədə qeyd edilmiş layihələrin həyata keçirilməsinə 
razılıq üçün çərçivə təşkil edirmi?
Şərt 6 
6: Plan və ya proqram gələcəkdə II əlavədə qeyd edilmiş istənilən digər layihələrin həyata 
keçirilməsinə razılıq üçün çərçivə təşkil edirmi? 
 
Şərt 7 
7: II əlavədə qeyd edilmiş müvafiq layihə milli qanunvericiliyə uyğun olaraq EİA tələb 
edirmi? (Maddə 4 bənd 2) 
 
Qeyri- icbari tətbiq (maddə 4.3 və maddə 4.4)
Şərt 8 
8: Plan və ya proqram gələcəkdə I və ya II əlavədə qeyd edilib edilməməsindən asılı 
olmayaraq layihələrin həyata keçirilməsinə razılıq üçün çərçivə təşkil edirmi? 
 
Şərt 9 
9: Plan və proqram yerli səviyyədə kiçik bir ərazinin istifadəsini müəyyənləşdirirmi, və ya 
plan və proqramda cüzi dəyişiklik edirmi? (Maddə 4 bənd 4) 
Əhəmiyyətli təsirlərin müəyyən edilməsi (maddə 5.1)
Şərt 10
 
10: Plan və proqram əhəmiyyətli ekoloji nəticələrə səbəb ola bilərmi (III əlavədə qeyd edilmiş 
meyarları nəzərə alınmaqla) ? (Maddə 5 bənd 10 
 
 
 
 
 
 
 

 
 
50 
 
Şəkil A3.1: Protokol çərçivəsində konkret bir plan və ya proqram üçün SEQ-in tələb 
olunub-olunmadığının müəyyən edilməsi üçün bələdçi: 
 
1:   Plan və ya proqram (və ya onlara 
düzəliş) qanunvericilik, tənzimləyici və 
ya inzibati aktlarla tələb 
olunurmu,(Maddə 2 bənd 5a) 
 
 
 
2: Plan və ya proqram səlahiyyətli 
orqan tərəfindən hazırlanır və ya qəbul 
edilir və ya səlahiyyətli orqan 
tərəfindən parlament və ya hökumət 
tərəfindən rəsmi prosedur əsasında 
qəbul edilmək üçün hazırlanırmı, 
(Maddə 2 bənd 5b). 
 
 
3:  Plan və proqramın yeganə məqsədi 
milli müdafiə və ya mülki sferada 
fövqəladə hallarla bağlı ehtiyacların 
ödənilməsidirmi və ya o,  maliyyə və ya 
büdcə plan və proqramıdırmı? (Maddə 4 
bənd 5) 
 
 
4:  Plan və ya proqram kənd təsərrüfatı, 
meşəçilik, balıqçılıq, energetika, dağ-
mədən sənayesi daxil olmaqla, sənaye, 
nəqliyyat, regional inkişaf, tullantıların 
emalı, su təsərrüfatı, 
telekommunikasiya, turizm, şəhər və 
kənd rayonlarının inkişafının 
planlaşdırılması və ya torpaqdan istifadə 
üçün hazırlanırmı? (Maddə 4 bənd 2) 
 
 
 
5: Plan və ya 
proqram gələcəkdə 
I əlavədə qeyd 
edilmiş layihələrin 
həyata 
keçirilməsinə 
razılıq üçün zəmin 
yaradırmı?
 
 
 
 
 
6: Plan və ya proqram 
gələcəkdə II əlavədə qeyd 
edilmiş istənilən digər 
layihələrin həyata 
keçirilməsinə razılıq üçün 
zəmin yaradırmı? 
7: II əlavədə qeyd edilmiş 
müvafiq layihə  milli 
qanunvericiliyə uyğun 
olaraq ƏMTQ tələb edirmi? 
(Maddə 4 bənd 2) 
8:  Plan və ya proqram 
gələcəkdə I və ya II 
əlavədə qeyd edilib 
edilməməsindən asılı 
olmayaraq, layihələrin 
həyata keçirilməsinə 
razılıq üçün zəmin 
yaradırmı? 
Yox 
Yox 
Yox 
Yox 
Yox 
Yox 
Hə 
Hə 
Yox 
Hə 
Hə 
SEQ 
Protokoluna 
əsasən tələb 
olunmur 
Hə 

 
 
51 
 
9: Plan və proqram 
yerli səviyyədə 
kiçik bir ərazinin 
istifadəsini əhatə 
edirmi, və ya plan 
və proqramda cüzi 
dəyişiklik edirmi? 
(Maddə 4 bənd 4) 
 
 
SEQ 
Protokoluna 
əsasən tələb 
olunur

 
  
Şərt 1 
 
Plan və ya proqramın hazırlanması (yaxud onların düzəlişi) qanunvericilik, 
normativ, yoxsa inzibati qaydada tələb olunur? 2.5 (a)) 
 
19. Namizəd plan və ya proqram birinci şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir 
SEQ tələb olunmur. Şərt ödənərsə, 2.-ci şərtlə davam edin. 
20. İlk öncə plan və proqramların necə müəyyən edilə biləcəyinə nəzər salmalıyıq. Aydındır ki, 
ad yetərli  əsas təşkil edə bilməz: bütün plan və ya proqram adlandırılanlar Protokolun qəbul 
etdiyi tərifə cavab verməyə bilər, bu halda Protokolun şərtləri tətbiq olunmur.  
21. Bənzər qaydada plan və proqramlar da hər zaman müvafiq adlara malik olmurlar. siyasətlər, 
layihələr, rəhbər sənədlər və stratehiyalar - plan və proqranlara çamil edilən adlardan bir 
neçəsidir. Plan və ya proqramın nə olduğunun qət edilməsi üçün obyektiv yanaşmaya ehtiyac 
var. AK rəhbər sənədindən götürülmüş bəzi göstəricilər: 

 
Protokolun geniş əhatə dairəsinin və məqsədinin qəbul edilməsi. 

 
Ətraf mühit üçün əhəmiyyətli nəticələrin meydana çıxma ehtimalının nəzərə alınması
24
 

 
Gələcək fəaliyyətlərin istiqamətini müəyyən edən hər hansı  rəsmi bəyanatın nəzərə 
alınması  

 
Plan nümunələrinə daxildir: 

 
Sxem və ya siyasətin necə həyata keçirilməsinin təklif edildiyini təsvir edən sənəd 

 
Torpaqdan istifadə planları və inkişaf meyarları  
                                                      
24
 AK rəhbər sənədinin 3.4-cü bəndi. 
 
SEQ 
Protokoluna 
əsasən tələb 
olunmur 
Hə 
10:  Plan və proqram 
əhəmiyyətli  ekoloji nəticələrə 
səbəb ola bilərmi (III əlavədə 
qeyd edilmiş meyarlar nəzərə 
alınmaqla) ? (Maddə 5 bənd 
10 
Yox 
Hə 
Hə 
Hə 
Hə 

 
 
52 
 

 
Tullantıların idarə edilməsi planları  

 
Su resurslarından istifadə planları  

 
Nəqliyyat planları. 

 
Proqram verilən ərazi üçün nəzərdə tutulan bir sıra layihələrdən ibarət ola bilər, məsələn, 
bir sıra ayrı-ayrı tikinti layihələrini özündə birləşdirən şəhər ərazisinin bərpası sxemi 
22. Plan və proqramı bir-birindən fərqləndirmək zəruri deyil: Protokol hər iksini eyni qaydada 
şamil olunur. 
 23. Protokol həmçinin plan və proqramlara edilə düzəlişlərə  şamil olunur. Mövcud torpaq 
istifadəsi planının dövri qaydada (ehtimal ki, hər beş ildən bir) təkrar nəzərdən keçirilməsi buna 
yaxşı nümunə ola bilər. Təkrar nəzərdən keçirilmiş planın hazırlanması, bir qayda olaraq, SEQ-
in yerinə yetirilməsini tələb edəcək. Mümkündür ki, plan və ya proqram üzərində az əhəmiyyətli 
səbəblərdən aparılan düzəliş (məsələn, ayrı-ayrı layihələrdə plan və ya proqramın  ətraf mühit 
üzərində  təsirində  əhəmiyyətli dəyişikliklərə  səbəb olmayacaq dəyişikliklər) SEQ-dən azad ola 
bilər, lakin hər zamankı kimi belə istisnalar da ehtiyatla araşdırılmalıdır. Hər halda başlıca sual 
bundan ibarət olacaq: sözügedən düzəliş ətraf mühit üzərində əhəmiyyətli təsirə malik olacaqmı?  
24. Hər hansı plan və ya proqrama edilən düzəliş  hələ qiymətləndirməmiş  əhəmiyyətli ekoloji 
nəticələrə  gətirib çıxara bilər. Bu nəticələr düzəlişin mahiyyətindən və ya ətraf mühitin 
vəziyyətindəki dəyişiklikdən irəli gələ bilər. 
25. Həmçinin güman etmək olar ki, ilkin plan və ya proqramın hazırlanmasından bu yana yeni 
bilikləri (tədbirlər,  ətraf mühit və  təsirlər haqqında)  əldə edilib və ilkin plan və ya proqramın 
strateji ekoloji qiymətləndirməsi o vaxt SEQ haqqında qanunun qüvvəyə minmədiyi üçün 
aparılmayıb.  
26. Vəsait çərçivəsində plan və ya proqram dedikdə, həmçinin onlara edilən düzəlişlər nəzərdə 
tutulur. 
 27. Plan və ya proqram (yaxud onların düzəlişi) qanunvericilik, normativ və ya inzibati qaydada 
tələb olunmalıdır. Tərəflər belə müddəalara əsasən, məcburi qaydad SEQ tələb etməyən plan və 
ya proqramların strateji ekoloji qiymətləndirməsini aparmamaq qərarını  qəbul edə bilərlər. 
“İnzibati prosedurlar qəbulu adətən yeni qanun hazırlanan zaman tətbiq edilən prosedurların 
istifadəsini nəzərdə tutmayan, qanun qüvvəsinə malik olmaya bilən, fəaliyyətin yerinə 
yetirilməsinin təmin edilməsi məqsədini daşıyan rəsmi tələblərdir”. (AK rəhbər sənədi bənd 
3.16) Beləliklə, inzibati müddəaların öz-özlüklərində icbari səciyyəli olmasalar da, belə 
müddəaya  əsasən hazırlanması  tələb olunan plan və ya proqramlar Protokolun tərifinə uyğun 
gəlirlər. Məsələn, Birləşmiş Krallıqda hazırlanmış SEQ Direktivi üzrə praktiki rəhbər sənədində 
deyilir
25

 Ehtimal ki, “inzibati müddəaların xarakteristikası” bundan ibarətdir ki, onlar ictimaiyyət 
üçün  əlçatandırlar, güman ki, maraqlı  tərəflərlə konsultasiyalardan istifadə olunmaqla 
rəsmi qaydada hazırlanırlar.  İnzibati müddəalar müddəa hesab olunmaq üçün kifayət 
                                                      
25
 Strateji Ekoloji Qiymətləndirmə Direktivi üçün Praktiki Rəhbər sənəd (Birləşmiş Krallıq, Baş Nazir Müavinin Ofisi, 2005), para. 2.6. 
Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.communities.gov.uk/publications/planningandbuilding/practicalguidesea.
 

 
 
53 
 
qədər rəsmi olmalı  və plan, yaxud proqramın hazırlanmasını sadəcə  təşviq edən yox, 
tələb edən dillə yazılmalıdır. 
Şərt 2 
 
Plan və ya proqram dövlət orqanı  tərəfindən hazırlanmalı  və/və ya təsdiq 
olunmalıdırmı, yaxud parlament və ya hökumət tərəfindən təsdiq edilmək üçün 
rəsmi prosedur vasitəsi ilə təsdiq olunmaq üçün hər hansı dövlət orqanı tərəfindən 
hazırlanmışdır? (maddə 2.5 (b)) 
 
28. Namizəd plan və ya proqram ikinci şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir 
SEQ tələb olunmur. Şərt ödənərsə, 3-cü şərtlə davam edin.  
29. Plan və ya proqram dövlət orqanı  tərəfindən hazırlanmalı  və/və ya təsdiq edilməlidir. Bu 
halda AK rəhbər sənədindən (bənd 3.11–3.13) götürülə biləcək göstəricilərə  aşağıdakılar 
daxildir:  

 
Dövlət orqanı tərəfindən hazırlanma və ya təsdiq bu şərtə cavab verir. 

 
Plan və ya proqram bir dövlət orqanı  tərəfindən hazırlana və digəri tərəfindən təsdiq 
edilə, bununla belə şərti ödədə bilər. 

 
Dövlət orqanına aşağıdakı kimi tərif verilə bilər:  
Hüquqi formasından və  səlahiyyət dairəsindən (dövlət, regional və ya yerli) asılı olmayaraq, 
dövlət nəzarəti altında dövlət qulluğu öhdəliyinin yerinə yetirilməsi həvalə edilmiş  və bununla 
əlaqədar olaraq, ayrı-ayrı  şəxslər arasında  əlaqələrə münasibətdə  tətbiq edilən adi qaydalardan 
irəli gələn səlahiyyətlərin sərhədlərini aşan xüsusi səlahiyyətlərə malik orqan” (AK rəhbər 
sənədi, bənd 3.12)
26


 
Rəsmi orqana, məsələn, “özəlləşdirilməmiş rejimlərdə dövlət orqanları tərəfindən” yerinə 
yetirilə bilsə  də, söhbət dövlət orqanı funksiyasına aidiyyəti olmayan kommersiya 
mənfəətindən getdiyi üçün bu məqsədlə plan hazırlaya bilməyən, planın hazırlanması 
mərhələsində özəlləşdirilmiş kommunal xidmət müəssisəsi kimi fəaliyyət göstərən 
təşkilatlar aid ola bilər. 
 30.  Rəsmi orqan tərəfindən hazırlanan və/və ya təsdiq edilən plan və ya proqrama alternativ 
kimi onlar, bəzi ölkələrdə olduğu kimi, “rəsmi orqan tərəfindən parlament, yaxud rəsmi prosedur 
əsasında dövlət tərəfindən təsdiq edilmək" üçün hazırlana bilərlər. Ölkədə müxtəlif səviyyələrdə 
(məsələn, dövlət, regional, əyalət və ya yerli) birdən artıq parlamentin ola biləcəyini nəzərə 
almaqla, Protokol hansı parlament və ya hökumətin nəzərdə tutulduğunu dəqiqləşdirmir. 
(Həmçinin bax: AK rəhbər sənədi, para. 3.14.) 
Şərt 3 
 
Plan və ya proqramın yeganə məqsədi milli müdafiə və ya fövqəladə vəziyyətlərdə 
mülki müdafiəyə xidmət etməkdir, yoxsa söhbət maliyyə və ya büdcə planı, yaxud 
proqramından gedir? (maddə 4.5) 
                                                      
26
 
Həmçinin bax: Foster və digərləri British Gas-a qarşı C-188/89 saylı iş üzrə Avropa Ədalət Məhkəməsinin hökmü Aşağıdakı ünvandan əldə 
edilə bilər: http://eurlex.europa.eu/smartapi/cgi/sga_doc?smartapi!celexplus!prod!CELEXnumdoc&lg=en&numdoc=61989J01 88.
 
 

 
 
54 
 
 
 
31. Namizəd plan və ya proqram üçüncü şərti ödəyə bilmədikdə, Protokol çərçivəsində heç bir 
SEQ tələb olunmur. Şərt ödənərsə, 4-cü şərtlə davam edin. 
32. Bu şərtin AK rəhbər sənədindən götürülmüş əsas göstəricilərinə (bax: 3.62–3.63-cü bəndlər) 
aşağıdakılar daxildir:  

 
İstisna yeganə məqsədi dövlət təhlükəsizliyinə xidmət və ya fövqəladə hallarla mübarizə 
olan plan və proqramlara aiddir. Bu, tərkibində belə məqsədlərə xidmət elementlər olan 
plan və proqramlara aid deyil.  

 
Fövqəladə hadisələrə antropogen və  təbii fəlakətlər daxildir. Plan və ya proqram 
qabaqlayıcı  tədbir (məsələn, meşə yanğınlarının qarşısının alınması planı) kimi deyil, 
artıq baş vermiş konkret fövqəladə vəziyyətə cavab tədbiri kimi hazırlanmalıdır.  

 
Büdcə planlarına müxtəlif dövlət səviyyələrinə aid büdcələr daxil ola bilər. Maliyyə 
planlarına layihələrin maliyyələşdirilməsi və ya maliyyə paylaşdırması aid edilə bilər. 
Şərt 4 
 
Plan və ya proqram kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, dağ-mədən 
sənayesi daxil olmaqla, enerji sahəsi, nəqliyyat regional inkişaf, tullantıların emalı, 
sudan səmərəli istifadə, telekommunikasiya, turizm, şəhər və kənd planlaşdırması 
və ta torpaqdan istifadə üçünmü hazırlanır? (maddə 4.2) 
 
33. Bu mərhələyə çatmış namizəd plan və ya proqram Protokolun 2.5-ci maddəsində göstərilən 
tərifə uyğun gəlir. 4, 5 və 6-cı  şərtlər birlikdə Protokolun 4.2-ci maddəsinin tələblərinə cavab 
verir. 4-cü şərt ödənmədikdə, 8-ci şərtə keçmək lazımdır, belə ki, bu, plan və ya proqram üçün 
SEQ-in tələb olunmadığını göstərmir: 4.3-cü maddə yenə də SEQ-in zəruri olduğunu müəyyən 
edə bilər. 4-cü şərt ödənərsə, 5-ci şərtlə davam edin. 
34. Bu şərt plan və ya proqramın sadalanan sektorlardan birinə aid olub-olmadığını aydınlaşdırır. 
“Şəhər və  kənd planlaşdırması”, “torpaqdan istifadənin planlaşdırılması” terminləri müxtəlif 
dövlətlərdə istifadə olunur və bir-birlərini əvəz edə bilərlər. (Bax: AK rəhbər sənədi, para. 3.31.) 
Şərt 5 
 
Bu plan və ya proqram Protokola 1 Əlavədə sadalanan layihələrin gələcəkdə 
həyata keçirilməsi üçün icazə zəmini yaradırmı? (maddə) 4.2) 
 
 
35.  İndi isə soruşulur: nəzərdən keçirilən plan və ya proqram, I Əlavədə sadalanan gələcək 
layihələr üçün zəmin yaradılmır. Bu şərt ödənmirsə, 6-cı şərtə keçmək və layihənin II Əlavəyə 
daxil olub-olmadığını aydınlaşdırmaq lazımdır. Əgər cavab müsbətdirsə, 9-cu şərtə keçilməlidir.  
36. Plan və ya proqram layihələrin gələcəkdə  təsdiqi üçün zəmin yaratmalıdır. AK rəhbər 
sənədindən götürülmüş müvafiq göstəricilərə (paraqraf 3.23-3.28) daxildir:  

 
"Gələcəkdə layihələrin təsdiqi üçün zəminin yaradılması" ifadəsinin mənası Direktivin 
təfsiri üçün həlledici  əhəmiyyətə malikdir, baxmayaraq ki, Direktivin mətndə bununla 

 
 
55 
 
bağlı tərif verilmir. Adətən belə tərif plan və ya proqramın razılığı verən orqana qərarın 
qəbulu üçün istiqamət göstərən meyar və ya şərtlər ehtiva etdiyini nəzərdə tutur. Belə 
meyarlar verilən ərazi üzrə təsdiq gözləyən fəaliyyət və ya hazırlıqları məhdudlaşdıra və 
ya icazənin veriləcəyi təqdirdə iddiaçı tərəfindən yerinə yetirilməli olan şərtlər ehtiva edə 
bilər; yaxud da onlar sözügedən  ərazinin müəyyən xüsusiyyətlərinin qorunması 
istiqamətində  tərtib oluna bilərlər (məsələn,  ərazinin iqtisadi davamlılığına yardım 
məqsədi ilə torpaqdan istifadə növlərinin birləşdirilməsi)” (bənd 3.23).  

 
Eyni ifadə  çərçivəsinin yaradılması yollarını sadalayan III Əlavədə (2-ci bənd) istifadə 
olunur: yerləşmə yerinə, ölçüyə və istismar şərtlərinə, yaxud ayrılan vəsait əsasında. AK 
rəhbər sənədinə görə, Direktivib müvafiq siyahısı "müfəssəl deyil, nümunə səciyyəli"dir. 
“Resurslar” təbii, insan və ya maliyyə resursları ola bilər, lakin maliyyə və büdcə plan və 
ya proqramlarının istisna təşkil etdiyini unutmaq olmaz (maddə 4.5). AK rəhbər 
sənədində  həmçinin qeyd edilir ki, "maliyyə resurslarının ümumiləşdirilmiş 
paylaşdırılması  çərçivənin yaradılması üçün yetərli olmayacaq". 3.25). Ehtimal ki, 
resursların paylaşdırılması icazənin necə veriləcəyini  şərtləndirəcək, məsələn, fəaliyyət 
kursunun müəyyyən edilməsi, yaxud həll yollarının məhdudlaşdırılması ilə. 

 
AK rəhbər sənədindən qeyd edildiyi kimi, “ ümumiyyətlə torpaqdan istifadə planları 
müəyyən  ərazilərdə mümkün olan müəyyən inkişaf növlərini təyin edən meyarları 
özündə birləşdirir və  gələcək inkişaf layihələri üçün zəmin yaradan planların səciyyəvi 
nümunəsidir” (bənd 3.6) 3.26). Belə plan gələcək inkişaf layihələri ilə əlaqədar bir və ya 
daha artıq konkret, yaxud ənənəvi olmayan şərtlər müəyyən etməlidir.  

 
Plan və ya proqramlar ya bu yolla, ya da təsdiq edildikdən sonra layihələrin həyata 
keçirilməsinə icazə verməklə  şərtləri müəyyən edə bilərlər. Məsələn,  şəhərin bərpası 
proqramı proqramın şərtlərinə cavab verən bir sıra tikinti layihələrindən ibarət ola bilər.  

 
Sektor planları  və ya proqramları  gələcək layihələrin yerləşmə, yaxud texnologiya ilə 
bağlı  şərtlərini müəyyən edə bilərlər, məsələn, nəqliyyat infrastrukturunun təxminən 
harada inkişaf etdirilməli olduğunu və hansı  nəqliyyat növlərinin istifadə ediləcəyini 
göstərməklə. 
37. Protokola I Əlavədə əksini tapan siyahı əsasən SEQ Direktivinin ( 3 mart 1997-ci il tarixli, 
№ 97/11/EС saylı Avropa Şurası Direktivi – ƏMTQ Direktivi ilə düzəliş edilmiş Müəyyən 
dövlət və özəl sektor layihələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi üzrə 27 iyun 1985-ci 
il tarixli, СЕ  № 85/337/EEC saylı Direktivə I Əlavə) müvafiq siyahısı ilə eynidir. (Aİ-yə üzv 
dövlətlər həmçinin AK rəhbər sənədinin 3.32-ci bəndində müzakirə edilən "Təbii yaşayış 
mühitinin qurunması" Direktivnin meyarlarını tətbiq etməlidirlər
27
.)  
Şərt 6 
Bu plan və ya proqram Protokola II Əlavədə sadalanan hər hansı digər 
layihənin gələcəkdə həyata keçirilməsi üçün icazə zəmini yaradırmı? (maddə 
4.2) 
                                                      
27
 Vəhşi təbiətin, yabanı floranın və təbii yaşayış mühitin qorunması haqqında 92/43/EEC saylı, 21 May 1992-ci il tarixli Şura Direktivi

 

 
 
56 
 
 
Şərt 7 
Milli qanunvericiliyə əsasən, müvafiq Əlavə II layihəsi ƏMTQ tələb edirmi? 
(maddə 4.2) 
 
 
38. Bu iki şərt birlikdə  nəzərdən keçirilə bilər. Bu iki şərtdən heç biri ödənməzsə, 8-ci şərtlə 
davam edin. Hər iki şərt ödənirsə, 9-cu şərtlə davam edin  
39. 6-ci və 5 -ci şərtlər və Protokola II Əlavə oxşar olsalar da, SEQ Direktivinin müvafiq siyahısı 
ilə identik deyillər. Lakin 7-ci şərt Protokol və Direktiv arasında vacib bir fərqi təcəssüm etdirir: 
Protokolun II Əlavəsində sadalanan və qanunvericilik qaydasında  ətraf mühitə  təsirin 
qiymətləndirilməsini tələb etməyən layihələr üçün strateji ekoloji qiymətləndirmə aparılmaya 
bilər,  Əksinə, SEQ Direktivinin müvafiq siyahısında sadalanan bütün layihələr, mill 
qanunvericiliyə  əsasən layihə  səviyyəsində  ətraf mühitə  təsirin qiymətləndirməsinin tələb 
olunub-olunmamağından asılı olmayaraq strateji ekoloji qiymətləndirmədən keçirilirlər. 
Şərt 8 
 
Plan və ya proqram I və ya II Əlavədə sadalanıb-sadalanmadıqlarından asılı 
olmayaraq gələcəkdə layihələrin həyata keçirilməsi üçün zəmin yaradırmı? (maddə 
4.3) 
 
40. Nəzərdən keçirilən plan və ya proqram 4, 6, yaxud 7-ci şərti ödəməsə belə 8-ci şərti, eləcə 
də,  əhəmiyyətli ekoloji nəticələr üzrə (10-cu) şərti ödədikdə, SEQ tələb edir. 8-ci şərt 
ödənmədikdə, Protokola əsasən heç bir SEQ tələb olunmur. 
41. 4.3-cü maddə  gələcək layihələrin həyata keçirilməsinə icazənin verilməsinə  zəmin yaradan 
və  ətraf mühit üçün əhəmiyyətli nəticələri olan plan və proqramları daxil etməklə, Protokolun 
əhatə dairəsini genişləndirir. Bu müddəaya 4.2-ci maddəyə daxil olmayan sektorlar üzrə layihələr 
(Şərt 4), eləcə də verilən sektorlarda hazırlanan, lakin əlavədə sadalanmayan layihələr (5, 6 və7-
ci şərtlər) aiddir. 
Şərt 9 
 
Plan və ya proqram yerli səviyyədə kiçik bir sahənin istifadəsini müəyyən edir, yoxsa 
bu plan və ya proqrama cüzi bir düzəlişdirmi? (maddə 4.4) 
 
 
42. Bu şərt ödənirsə, Protokola əsasən SEQ tələb olunur. Hətta bu şərt ödənsə belə, plan və ya 
proqram avtomatik olaraq istisna təşkil etmir, belə ki, hələ  də  əhəmiyyətli təsirlərin müəyyən 
edilməsinə (10-cu Şərt) ehtiyac var 
 43. Bu şərtin AK rəhbər sənədindən götürülmüş əsas göstəricilərinə (bax: 3.33–3.36-cı bəndlər) 
aşağıdakılar daxildir:  

 
"Kiçik" anlayışı  "ətraflı götür-qoy" tələb edir və müxtəlif ölkələrdə, hətta eyni ölkənin 
müxtəlif hissələrində fərqli mənalara malik ola bilər. Məsələn, "kiçik" sözü bərpa edilmiş 
kənd təsərrüfatı sahəsi ilə müqayisədə tarixi bir şəhərdə daha fərqli başa düşülə bilər. AK 
rəhbər sənədində  məhdud  ərazidə tikinti üçün konkret çərçivələr müəyyən edən "inşaat 
planı" nümunə göstərilir. 

 
 
57 
 

 
Sadəcə "yerli" əvəzinə "yerli səviyyə" sözü yerli hakimiyyət orqanlarının səviyyəsini 
bildirə bilər. "Yerli səviyyədə kiçik ərazi" yerli hakimiyyət orqanının tabeliyində olan 
bütöv  ərazinin istisna (yəni, 9-cu şərtə  əsasən) hesab olunmasının qarşısının alınması 
kimi başa düşülə bilər.  

 
«Kiçik düzəlişlər» dedikdə, plan və ya proqramın dəyişmə  dərəcəsi deyil, belə 
dəyişikliklərin ətraf mühit üçün ehtimal olunan nəticələri başa düşülməlidir. 

 
Təsirlərin əhəmiyyəti 8 və 9-cu şərtlər üçün başlıca amildir. 
Şərt 10 
 
Plan və ya proqramın  əsaslı ekoloji təsirinin olması gözlənilirmi (III Əlavədə 
müəyyən edilən meyarlar nəzərə alındıqda)? (maddə 5.1) 
 
 
44. Yalnız Protokolun tərifinə (maddə 2.5 – 1 və 2-ci şərtlər) uyğun gələn, aşağıdakı şərtlərdən 
birinə cavab verən və plan və proqramların siyahısına  əsasən strateji ekoloji qiymətləndirmə 
tələb etdiyi hələ müəyyən edilməmiş plan və ya proqramların  ətraf mühitə  əhəmiyyətli 
təsirlərinin yoxlanması zəruridir:  

 
Adıçəkilən sektorlardan birinə aid olan və I yaxud II Əlavələrdə sadalanan (və milli 
qanunvericiliyə  əsasən tələn olunan) (maddə 4.2 – 4-7-ci şərtlər), lakin yerli miqyasda 
kiçik bir ərazidən istifadə yollarını müəyyən edən yaxud cüzi düzəlişdən ibarət olanlar 
(maddə 4.4, şərt 9),  

 
yaxud I və ya II Əlavədə sadalanıb-sadalanmadıqlarından asılı olmayaraq gələcəkdə 
layihələrin həyata keçirilməsi üçün zəmin yaradanlar (maddə 4.3, şərt 8)  
45. Bu şərtin əsas xüsusiyyətləri (maddə 5) aşağıdakılardır:  

 
Əhəmiyyət meyarlarından (SEQ direktivin II Əlavəsi ilə bənzər olan III Əlavədə) istifadə 
edilməklə təhlil  

 
Dövlət orqanları ilə məcburi konsultasiya  

 
İctimaiyyətin iştirakı (ixtiyari). 

 
Nəticələrin ictimaiyyətə açıqlanması.  
46. Əvvəlki şərtlər (1-9 – tətbiq dairəsi) vahid bir orqan daxilində tətbiq edilə bilsə də, 10-cu şərt 
(əhəmiyyətli təsirlərin müəyyən edilməsi) ən azı ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə 
konsultasiyaların aparılmasını tələb edir. 10-cu şərt həmçinin açıq şəkildə ictimaiyyətin iştirakını 
xatırladır, lakin bu müddəanın icrası icbari səciyyəli deyildir (və SEQ Direktivinin tələblərinə 
daxil deyil). İctimaiyyətin iştirakı və dövlət orqanları ilə konsultasiyanın ətraflı təsvirinə müvafiq 
olaraq A4 fəslinin A4.3 və A4.4 bölmələrində yer verilir. 
 47.  Yenə  də  əvvəlki  şərtlərdən fərli olaraq, Protokola əsasən  əhəmiyyətli təsirlərin müəyyən 
edilməsinin nəticələrinin ictimaiyyətə açıqlanması tələb olunur. Bu yuxarıda 15-ci və aşağıda 55-
ci bənddə müzakirə olunur. 

 
 
58 
 
 48. Bu şər III Əlavədə göstərilən plan və ya proqramların xarakteristikaları və onların təsirləri 
(əhəmiyyətlilik meyarları) ilə əlaqədar meyarları nəzərə alınmalıdır:  

 
Davamlı inkişafa yardım. 

 
Gələcək layihələr üçün zəminin yaradılması dərəcəsi  

 
Digər plan və proqramlara təsir.  

 
Müvafiq ekoloji problemlər. 

 
Təsirlərin mahiyyəti, o cümlədən transsərhəd səciyyəli olub-olmamağı 

 
Risklər.  

 
Qiymətli və həssas ərazilərə təsir.  
49. Bütün meyarlar birlikdə  nəzərdən keçirilməlidir, bundan sonra hansı meyarın uyğun 
gəldiyinin müəyyən edilməsi məqsədi ilə ekspert rəyinə müraciət etmək olar. Əgər plan və ya 
proqramın əhəmiyyətli nəticəsinin olub-olmayacağını müəyyən etmək mümkün deyilsə, ehtiyat 
tədbiri kimi SEQ-in yerinə yetirilməsi tövsiyə olunur.  
50. AK rəhbər sənədi müvafiq əhəmiyyətlilik meyarlarına  əsasən, plan və proqram növlərinə 
kəmiyyət meyarlarının və yol verilən hədd qiymətlərinin tətbiqi zamanı SEQ Direktivinə 
ekvivalent müddəa kimi “ yalnız layihələrin ölçüsü və ya maliyyə hədləri, yaxud hazırlanan plan 
və ay proqramın aid olduğu fiziki əraziyə  əsasında ... [əhəmiyyətliliyi yoxlayan sistemlərdən] 
yayınmağı” tövsiyə edir. 3.47). 
 51. AK rəhbər sənədində  həmçinin belə yanaşmanın nə üçün tövsiyə edilmədiyini izah edən 
misal çəkilir
28
: “Hətta miqyasca kiçik bir layihə ekoloji amillərin... ən kiçik dəyişikliklərə belə 
həssas olduğu  əraziyə aid olduğu təqdirdə,  ətraf mühit üçün əhəmiyyətli nəticələrə  səbəb ola 
bilər. Analoji olaraq, miqyasından asılı olmayaraq, mahiyyəti etibarı ilə bu amillərdə əhəmiyyətli 
və  ləğvi mümkün olmayan dəyişiklik yaratmaq riski daşıyan layihələrin  əhəmiyyətli nəticələrə 
səbəb olmaq ehtimalı yüksəkdir. (bənd 3.60). 
 52.  III  Əlavədə  əksini tapan əhəmiyyətlilik meyarları  Cədvəl A3.1-də müzakirə olunur. 
Təsirlərin  əhəmiyyətinin müəyyən edilməsi üçün başqa meyarlardan da istifadə edilə bilər. Bu 
baxımdan, məsələn, təsirlərin kumulyativ, yoxsa daimi olacağının müəyyən edilməsi üçün 2.7-ci 
maddədə müəyyən edilən "ekoloji reseptorlar" və IV Əlavədə istinad edilən məlumatlar faydalı 
ola bilər. Bundan başqa, SEQ Direktivinə Protokolda qeyd edilməyən, lakin təsirlərin 
əhəmiyyətinin müəyyən edilməsi üçün yararlı ola biləcək iki əlavə meyar daxildir:  

 
Təsirlərin kumulyativ mahiyyəti.  
                                                      
28
 Avropa Ədalət Məhəkəməsinin ƏMTQ üzrə müvafiq işlə bağlı hökmü (C-392/96, 21 sentyabr 1999 Komissiya İrlandiyaya qarşı) Qərarı 
aşağıdakı ünvandan əldə etmək olar: 
http://eurlex.europa.eu/smartapi/cgi/sga_doc?smartapi!celexplus!prod!CELEXnumdoc&lg=en&numdoc=61996J03 92. 
 

 
 
59 
 

 
Mənfi təsirlərə  məruz qalacağı ehtimal edilən  ərazinin aşağıdakılardan irəli gələn 
əhəmiyyəti və həssaslığı: 

 
Xüsusi təbii keyfiyyətlər və ya mədəni irs  

 
Ekoloji keyfiyyət standartlarının, yaxud tullantı hədlərinin pozulması 

 
Torpaqdan intensiv istifadə. 
53. Təsirlərin III Əlavədə sadalanan əhəmiyyət meyarları  əhəmiyyətinə görə ardıcıl 
sıralanmasalar da, qruplaşdırıla bilərlər: ümumiyyətlə, 1-4-cü bəndlər plan və ya proqramın 
xüsusiyyətlərinə, 5-8-ci bəndlər isə onların nəticələrinə aiddir. 
 54.  Nəzərdən keçirilən hər hansı  meyar,  plan  və ya proqramın böyük ehtimalla əhəmiyyətli 
nəticələrinin olacağını müəyyən edərsə,  əhəmiyyətin müəyyən edilməsi prosesinin davam 
etdirilməsinə ehtiyac qalmır: SEQ prosesinin başladılması üçün bu meyar kifayətdir. Lakin bir 
çox plan və ya proqramların  ətraf mühitə  əhəmiyyətli təsir etmək ehtimalının dəqiq müəyyən 
edilməsi çətin ola bilər. “Ehtimal” ifadəsi belə  vəziyyəti nəzərdə tutur, belə ki, nəticələrin 
məntiqi baxımdan məqbul baş vermə ehtimalı  çərçivəsində gözlənilən olduğunun nümayiş 
etdirilməsi tələb olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
60 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin