Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


B1.3 POTENSİALIN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

B1.3 POTENSİALIN QİYMƏTLƏNDİRİLMƏSİ 
B1.3.1 Potensialın qiymətləndirilməsi – məqsəd və vasitələr 
22. Yaxşı planlaşdırılmadığı təqdirdə, Protokolun icrasında yönəlmiş heç bir potensialın inkişaf 
etdirilməsi cəhdi effektiv olmayacaq. Problemlər üçün optimal həll yollarının seçilməsi üçün 
potensial çatışmazlıqlarının əlamətləri, eləcə də onların səbəbləri yaxşı başa düşülməlidir
46
.  
23. Potensialın inkişaf etdirilməsi üçün hər hansı effektiv müdaxilənin planlaşdırılmasına 
mövcud potensialın təhlili ilə başlamaq lazımdır. Bu təhlil aşağıdakıları aşkara çıxara bilər:  

 
Aparıcı maraqlı tərəflərin SEQ-lə bağlı ehtiyacları  

 
Əsas çatışmazlıqlar və potensialın inkişafına yardım göstərilərkən diqqətin əsasən hansı 
məqamda cəmlənməsi arzuolunandır.  

 
Potensialın inkişaf etdirilməsi təşəbbüslərini icra edə biləcək və ya onlara nəzarət edə 
biləcək tərəflər. 

 
Potensialın inkişaf etdirilməsi proqramları çərçivəsində risklər və təxminlər.  
24. Potensialın qiymətləndirilməsi hər zaman maraqlı tərəflərlə- ətraf mühiti mühafizə orqanları, 
planlaşdırma orqanları, SEQ-də  cəlb olunacağı gözlənilən konsultantlar və QHT-lərlə 
konsultasiyalar vasitəsi ilə yerinə yetirilməlidir. 
 25.  Potensialın qiymətləndirilməsi müxtəlif metodlardan istifadə edilməklə, mövcud vaxt və 
resurslar, eləcə  də potensialın inkişafı strategiyasının miqyası diqqətə alınmaqla yerinə yetirilə 
bilər.  
26. Adətən seminarlar daha az maliyyə və vaxt sərfi tələb edirlər - onlar iştirakçılar qrupundan 
asılı olaraq iki saat, iki gün yaxud daha artıq davam edə bilərlər. 
 27. Müsahibələr və sorğular isə daha çox vaxt tələb etsələr də, adi seminarla müqayisədə daha 
geniş  və  dərin təsəvvür yaradırlar. B1.1 Əlavəsində  təsvir edildiyi ki, Protokolun tətbiqi üçün 
potensialın qiymətləndirilməsi məqsədi ilə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyada beş ölkədə 
müsahibə və sorğular keçirilmişdir. 
 
B1.3.2 SEQ potensialının qiymətləndirilməsi üçün əsas suallar 
28. Potensialın qiymətləndirilməsi sistemin əsas zəif tərəflərini, aparıcı iştirakçıları, eləcə də 
potensial inkişaf etdirilməsi üzrə ən qabaqcıl mümkün təcrübələri müəyyən etməlidir 
. 29. Sistem və problemlərin təhlili aşağıdakıları əhatə etməlidir: 
                                                      
46
 
Peter Morgan, "Potensial və potensialın inkişafı – bəzi strategiyalar". Kanada Beynəlxalq İnkişaf Agentliyinin Siyasət Şöbəsinin Dövlət və 
Sosial Siyasət Bölməsi üçün hazırlanmış qeydlər, Kvebek. Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.impactalliance.org/ev_en.php?ID=4051_201&ID2=DO_TOPIC
 

 
 
138 
 

 
Planlaşdırmanın kökündə dayanan sistemin nəzərdən keçirilməsi 

 
. SEQ-in tətbiq olunacağı olan və proqramların müəyyən edilməsi.  

 
Mövcud ekoloji qiymətləndirmə növlərinin plan və proqramlara tətbiqi təcrübəsinin 
nəzərdən keçirilməsi.  

 
Protokolun təcrübədə tətbiqinin ən çətin aspektləri. 
 30. Maraqlı tərəflərin təhlili aşağıdakıları əhatə etməlidir: 

 
SEQ islahatlarının keçirilməsində maraqlı olan əsas tərəflər və onların şəbəkələri  

 
SEQ potensialının inkişaf etdirilməsi xidmətinin  əsas təminatçıları  və onların, 
tamamlanmış, davam etməkdə olan və planlaşdırılan potensialın inkişafı təşəbbüsləri ilə 
əlaqədar mövcud resurslar. 
31 Belə prinsiplərə söykənən potensialın qiymətləndirilməsi sistemi Protokolun Şərqi, Avropa, 
Qafqaz və  Mərkəzi Asiyada beş ölkədə  tətbiqi potensialının qiymətləndirilməsi məqsədi ilə 
BMTİP və REM tərəfindən istifadə edilmişdir. Potensialın qiymətləndirilməsi B1.1.51 
Əlavəsində  əksini yapan anketdən istifadə olunmaqla müsahibələrin və sorğuların köməyi ilə 
aparılmışdır. 
 
 
 

 
 
139 
 
 
B1.4 SEQ POTENSİALININ İNKİŞAF ETDİRİLMƏSİ STARTEGİYASININ 
HAZIRLANMASI ÜÇÜN TÖVSİYƏLƏR 
32. Potensialın inkişaf etdirilməsi strategiyası  və ya proqramı özündə SEQ potensialının 
qiymətləndirilməsi zamanı müəyyən edilmiş konkret sahələrdə potensialın yüksəldilməsi 
məqsədi ilə uzunmüddətli strategiya (məqsəd və prioritetlər), eləcə  də  qısa müddətli plan 
(təxirəsalınmaz prioritet fəaliyyətlər) ehtiva etməlidir. Potensialın inkişaf etdirilməsi 
strategiyaları hazırlanan zaman nəzərə alınmalı olan bəzi məsələlər B1.2. Əlavəsində  təsvir 
edilir.  
33.  İdeal hallarda potensialın inkişafı strategiyasının hazırlanması  səlahiyyətli orqanları, 
mütəxəssislər, potensialın inkişafı xidmətlərinin təminatçıları (dövlət qulluqçularını hazırlayan 
universitetlər, milli institutlar və s.) və SEQ islahatlarının keçirilməsində maraqlı digər tərəflər 
(məsələn, QHT-lər) arasında konsultasiyaların keçirilməsinə yardım etməlidir. Bu halda həmin 
strategiya hər hansı bir qrupun ehtiyac və ya planlarına qarşı  qərəzli yanaşmadan prioritet 
məsələlər üzrə ümumi rəyi əks etdirə bilər.  
34. Adətən strategiyada müxtəlif prioritet fəaliyyətlərin icrasına görə hansı təşkilatların cavabdeh 
olduğunun müəyyən edilməsi, eləcə də qısa müddətli fəaliyyət planının yekununda strategiyaya 
yenidən baxışın nəzərdə tutulması faydalı olur. Belə  təkrar baxış planın icrasının 
qiymətləndirilməsi, çıxarılmış  dərslərin müəyyən edilməsi, məqsədlərin təkrar nəzərdən 
keçirilməsi və növbəti dövr üçün planın hazırlanması məqsədi ilə aparıcı maraqlı tərəflər və ya 
onların nümayəndələri arasında keçirilən iclasla birləşdirilə bilər.  
35. Potensialın inkişaf etdirilməsi strategiyasının hazırlanması nadir hallarda düz xətt üzrə 
inkişaf edən prosesdən ibarət olur – strategiya bir neçə  dəfə  təkrar baxışdan keçirilə  və yeni 
məlumatlar ortaya çıxdıqca, dəyişikliklərə məruz qala bilər. 
 36. Protokolun icrası potensialının inkişaf etdirilməsi prosesi hər hansı digər institusional və ya 
struktur potensialının yüksəldilməsi ilə oxşar olduğundan, həmçinin potensialın inkişafı üçün 
hazırlanmış digər resursları gözdən keçirmək tövsiyə olunur, məsələn, BMT-nin Ətraf Mühit 
Proqramının  ətraf mühitə  təsirlərin qiymətləndirmənin tədrisi üzrə  təlim vəsaiti
47
, BMTİP-in 
potensialın inkişaf etdirilməsi alətləri və resursları
48
 
 
 
                                                      
47
BMT-nin Ətraf Mühit Proqramı, İqtisadiyyat və Ticarət Şöbəsi (2002), 2-ci nəşr, aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.unep.ch/etu/publications/EIAMan_2edition_toc.htm. 
 
48
 BMTİP, Potensialın Qiymətləndirilməsi Təcrübəsi haqqında Qeyd (2008) və digərləri, aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.beta.undp.org/content/undp/en/home/librarypage/capacity-building.html

 

 
 
140 
 
 
B1.5 YEKUN QEYDLƏR 
37. Protokolun icrasına görə  məsul dövlət orqanları, məlumatlılığın artırılması, SEQ sahəsində 
milli qanunvericiliyin icrasına nəzarət vasitəsi ilə mühüm rol oynaya bilərlər. Müəyyən 
sadələşdirmələrlə bu qənaətə  gəlmək olar ki, potensialın inkişafı prosesinin keyfiyyəti hər bir 
ölkədə effektiv SEQ sisteminin yaradılmasına real marağın göstəricisidir. 
 38. SEQ üzrə  məsul aparıcı  təşkilatlar SEQ potensialının inkişaf etdirilməsi zərurətini etiraf 
etmədən potensialın sistemli inkişafı mümkün deyil. Bu siyasi vəziyyətdən asılı ola bilər, belə ki, 
bəzi ölkələr potensial çatışmazlığını etiraf etmək istəməyə bilərlər. Lakin, bu etiraf hər hansı 
sistem potensialının inkişafı üçün vacib ilkin şərtdir.  
39. Halbuki belə etiraf hər hansı potensialın sistemli inkişafı üçün ilkin şərtdir. Təşəbbüsün 
göstərilməsi vaxt və səylərin düzgün koordinasiyasına imkan yarada bilər. Lakin real addımların 
atılması icra üçün yetərli resursun ayrılmasını tələb edəcək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
141 
 
Fəsil B2 
 
PROTOKOLLA ƏLAQƏDAR TƏLİM KURSLARINDA İSTİFADƏ ÜÇÜN NƏZƏRDƏ 
TUTULAN PRAKTİKİ TAPŞIRIQLARIN NÜMUNƏVİ STRUKTURU 
 
 
 

 
 
142 
 
 
B2.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 
B2.1.1 Praktiki tapşırığın məqsədi 
1. Effektiv təlim adətən nəzəri bilgilərlə tanışlığın, real və ya uydurulmuş nümunələr  əsasında 
praktiki işlə birləşdirilməsindən ibarət olur. 
 2. Vəsait daxilində nəzəri məlumat A1-A6 fəsillərində təmin edilir. Cari fəsildə isə bu fəsillərdə 
təmin edilən başlıca məlumatlar  əsas diqqətin seçilmiş plan və ya proqramın hazırlanmasına 
ümumi yanaşmanın formalaşdırılmasına yönəldiyi praktiki tapşırıqlara tətbiq edilir  
3. Təklif olunan tapşırıqlar və müzakirə elementləri vahid struktur kimi formalaşdırılmışdır. 
Təlimçi bu çərçivə suallarını potensialın yaradılması tapşırığına və  təlim kursu iştirakçılarının 
mövcud biliklərinə uyğunlaşdırmalıdır. 
B2.1.2 Mümkün nəticələr 
Bu praktiki tapşırıq iştirakçıların SEQ və onun plan və proqramın hazırlanması prosesi ilə 
əlaqəsini daha yaxşı başa düşməsinə kömək etməlidir. Tapşırıq səciyyəvi olaraq aşağıdakılar 
barədə müzakirə üçün istifadə oluna bilər:  

 
Plan və ya proqramın hazırlanması prosesinə xüsusi yanaşma üçün münasib SEQ 
proseduru; sözügedən prosedur bu plan və ya proqram hazırlama rejimi üçün SEQ üzrə 
rəhbər sənədin hazırlanmasına yardım üçün istifadə oluna bilər. 

 
Konkret plan və ya proqramın hazırlanması üçün ətraflı SEQ yanaşması, bu, belə bir SEQ 
üçün texniki tapşırıqların hazırlanmasının asanlaşdırılması  məqsədi ilə  də  tətbiq oluna 
bilər.  
B2.1.3 Praktiki tapşırıq çərçivəsində vəzifələr 
Bu fəsil belə bir praktiki tapşırığın aşağıdakı ardıcıllıqla yerinə yetirilməsini təklif edir:  

 
1-ci vəzifə: Plan və ya proqramın hazırlanması prosesinin təhlil edin. 

 
2-ci vəzifə: SEQ-in plan və ya proqram üçün zəruri olub olmadığının nə vaxt və necə 
müəyyənləşdirilməli olduğunun müzakirə edin 

 
3-cü vəzifə: Əhatə dairəsinin müəyyən edilməsi üçün praktiki tədbirləri müzakirə edin 

 
. 4-cü vəzifə:  Ətraf mühitin mühafizəsi haqqında hesabatda təmin edilməli olan 
məlumatları və onun plan və ya proqramın hazırlanması prosesi ilə məntiqi əlaqəliliyini 
müzakirə edin. 

 
 
143 
 

 
5-ci vəzifə: Müvafiq ətraf mühiti mühafizə  və  səhiyyə orqanları ilə konsultasiya üçün 
nəzərdə tutulan praktiki tədbirləri müzakirə edin. 

 
6-cı vəzifə: İctimaiyyətin iştirakı üçün nəzərdə tutulmuş praktiki tədbirləri müzakirə edin.  

 
7-ci vəzifə: SEQ çərçivəsində  əlavə edilmiş  məlumatların plan və ya proqramın 
hazırlanması prosesində  nəzərə alınması üçün müəyyən edilmiş praktiki tədbirləri 
müzakirə edin. 

 
8-ci vəzifə: SEQ-in plan və ya proqramın hazırlanması prosesi ilə koordinasiyası üçün 
praktiki tədbirləri müzakirə edin.  

 
9-cu vəzifə: Monitorinq hazırlığı  və SEQ-in sonrakı ekoloji qiymətləndirmələrlə 
əlaqələndirilməsi üzrə praktiki məsələləri müzakirə edin  

 
10-cu vəzifə: Verilən plan və ya proqrama üçün təklif edilən SEQ yanaşmasını  təqdim 
edin. 
 
B2.1.4 Tapşırığın mürəkkəbliyi  
 
6. Hədəf auditoriyanın ehtiyaclarından, plan və ya proqramın hazırlanması prosesi ilə tanışlıq 
dərəcəsindən, praktiki iş üçün sərf etmək üçün mövcud vaxtından asılı olaraq, praktiki müzakirə 
aşağıdakıları əhatə edə bilər:  

 
Verilən plan və ya proqramın hazırlanması prosesi daxilində strateji ekoloji 
qiymətləndirmənin aparılmasına ümumi yanaşma. Bu ən bəsit müzakirə auditoriyadan 
Protokolun tələbləri ilə tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin 
addımları və ya prosedurları haqqında ümumi bilik tələb edir, auditoriya həmçinin SEQ-
in plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən müxtəlif 
variantlardan xəbərdar olmalıdır. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir 
qayda olaraq iki- beş saat vaxt tələb edə bilər. 

 
Konkret plan və ya proqramın strateji ekoloji qiymətləndirməsi çərçivəsində izlənməli 
olan əhatəli prosedurlar. Daha mürəkkəb səciyyəli bu müzakirə auditoriyadan Protokolun 
tələbləri ilə  ətraflı tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin 
addımları və ya prosedurları haqqında əhatəli bilik tələb edir, auditoriya həmçinin SEQ-
in plan və ya proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən müxtəlif 
variantlardan xəbərdar olmalıdır. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir 
qayda olaraq altı- səkkiz saat vaxt tələb edə bilər. 

 
Plan və ya proqramın hazırlanmasına sözügedən yanaşma üçün müvafiq SEQ metodları 
və alətləri. Daha mürəkkəb səciyyəli bu müzakirə auditoriyadan Protokolun tələbləri ilə 
ətraflı tanışlıq, müvafiq plan və ya proqramın hazırlanması prosesinin addımları  və ya 
prosedurları haqqında əhatəli bilik tələb edir, auditoriya (a) həmçinin SEQ-in plan və ya 
proqramın hazırlanması prosesinə inteqrasiyasına imkan verən variantlardan, (b) ətraf 

 
 
144 
 
mühitin mühafizəsi haqqında hesabatda, eləcə  də konsultasiyaların aparılması  və 
ictimaiyyətin iştirakı  məqsədi ilə istifadə oluna biləcək analitik və maraqlı  tərəflərin 
prosesə cəlb edilməsi alətlərindən xəbərdar olmalıdır. Plan və ya proqramın hazırlanması 
prosesinin mürəkkəbliyindən asılı olaraq, bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi 
bir qayda olaraq 9- 15 saat vaxt tələb edə bilər.  

 
Verilən plan və ya proqramın strateji ekoloji qiymətləndirməsi üçün ətraflı texniki 
tapşırıq. Bu ən mürəkkəb müzakirə auditoriyadan aşağıdakılara bələd olmağı tələb edir: 
 
o
 
Protokolun tələblərinə təfərrüatları  
o
 
Plan və ya proqramın hazırlanması prosesinə təfərrüatları ilə 
o
 
SEQ ilə plan və ya proqramların hazırlanması prosesi arasında məntiqi əlaqəliliklərə 
təfərrüatları ilə 
o
 
Ətraf mühitin mühafizəsi haqqında hesabatda; (b) konsultasiyaların aparılması 
və ictimaiyyətin iştirakı üçün istifadə olunan metodlar 
o
 
SEQ-in plan və ya proqramın hazırlanması prosesinə mümkün inteqrasiya dərəcələri 
o
 
Plan və ya proqramın hazırlanması prosesinin mürəkkəbliyindən asılı olaraq, bu 
tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi bir qayda olaraq 15- 30 saat arası vaxt 
tələb edə bilər. 
B2.1.5 Tapşırıqdan əvvəl toplanmalı olan məlumatlar  
Praktiki tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi plan və ya proqramın hazırlanması 
prosesinin, yaxud konkret plan və ya proqramın xüsusiyyətləri haqqında aşağıdakı məlumatların 
təmin olunmasını tələb edir:  
o
 
Plan və ya proqramın hazırlanması prosesində əsas diqqət nəyə yönəldilir? Plan və ya 
proqramı kim hazırlayır və kim təsdiq etməlidir? 
o
 
Plan və ya proqramın hazırlanması prosesi üçün prosedur addımları və ya prosesin 
nəticələrini müəyyən etməyə kömək edə biləcək hər hansı tələb və ya təlimat 
mövcuddurmu? 
o
 
Plan və ya proqramın hazırlanması prosesi çərçivəsində ekoloji amillərin nəzərə alınması 
və ya ekoloji təhlilə dair tələb mövcuddurmu? 
o
 
Plan və ya proqramın hazırlanması prosesi çərçivəsində dövlət orqanları ilə konsultasiya 
prosesi nədən ibarətdir? Kiminlə? Nə vaxt?  
o
 
Plan və ya proqramın hazırlanması çərçivəsində ictimaiyyətin iştirakına dair hər hansı 
tələb mövcuddurmu? Kiminlə? Nə vaxt? 
 

 
 
145 
 
B2.2 NÜMUNƏLƏR ƏSASINDA İŞ TAPŞIRIQLARI 
1-ci vəzifə: Plan və ya proqramın hazırlanması prosesinin təhlil edin. 
8. Bu giriş tapşırığı iştirakçılara SEQ-in tətbiqi üçün seçilmiş plan və ya proqramın hazırlanması 
prosesi ilə tanış olmağa kömək etməlidir. Bu məlumat verilən konkret kontekstdə effektiv, 
adaptasiya olunmuş SEQ yanaşmasının təklif edilməsi üçün zəruridir.  Əlbəttə, abstrakt SEQ 
prosedurunun hazırlanmasına başlamamışdan əvvəl, verilən plan və ya proqramın hazırlanması 
prosesinin faktiki olaraq necə baş verdiyini və SEQ-lə  əlaqədar çatışmazlığın nə olduğunu 
bilmək faydalı olardı. Bu məlumat SEQ-in verilən plan və ya proqramın hazırlanması prosesinə 
necə daxil edilməli olduğu barədə daha sonrakı müzakirələr üçün baza rolunu oynayacaq. 
9.Plan və ya proqramın hazırlanması prosesinin təhlili plan və ya proqramın xarakteristikası 
haqqında başlıca məlumatların toplanması ilə başlamalıdır.  İştirakçılar plan və ya proqramın 
mənşəyi, onun hazırlanmasına görə  məsul orqan və  qərarı  qəbul edən  şəxsin rolu barədə 
məlumat əldə etməlidirlər. Plan və ya proqramın necə icra ediləcəyini bilmək də faydalı ola bilər 
(məsələn, plan və ya proqramda konkret layihələr nəzərdə tutulacaqmı, yoxsa ondan sonra daha 
əhatəli plan və ya proqramın hazırlanması gözlənilir və s.). 
10.Ümumi kontekst aydınlaşdırıldıqdan sonra plan və ya proqramın hazırlanması prosesinin 
aşağıdakı məqamları müzakirə edilməlidir:  
Plan və ya proqramın hazırlanmasına yönəlmiş konkret vəzifələr hansılardır? Plan və ya 
proqramın hazırlanması ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması prosesi ilə 
əlaqələndirilməli olan hər hansı ekoloji təhlil nəzərdə tuturmu? 
o
 
Bu ekoloji təhlillər plan və ya proqramın hazırlanmasının hansı mərhələrində yerinə 
yetirilir?  
o
 
Səlahiyyətli ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiyalar artıq plan və 
ya proqramın hazırlanması prosesinə daxildirmi?  
o
 
Konsultasiyalar hansı orqanlarla və plan və ya proqramların hazırlanmasının hansı 
mərhələsində aparılır? Plan və ya proqramın hazırlanması prosesi ictimaiyyətin 
məlumatlara çıxışının təmin edilməsini və ictimai iştirakı nəzərdə tuturmu?  
o
 
İctimaiyyətin hansı hissəsi məlumata çıxış əldə edə və bilir və iştirak imkanı plan və ya 
proqramın hazırlanmasının hansı mərhələsində təmin edilir?  
11. Plan və ya proqramın hazırlanması prosesinin bu daha ətraflı  təhlili aşağıdakı B2.1 
Cədvəlinin köməyi ilə asanlaşdırıla bilər.  
12. Plan və ya proqramın hazırlanması prosesinin ətraflı  təhlilinə yolgöstərici kimi aşağıdakı 
qeydlərdən istifadə etmək olar:  

 
Plan və ya proqramın hazırlanması üzrə tapşırıqlara məlumatların toplanması və təhlili ilə 
əlaqədar fəaliyyətlər, digər maraqlı  tərəflərlə ünsiyyət, planın mərhələ  və dövrlərinin 
planlarının hazırlanması  və s. daxil ola bilər. Bu tapşırıqlar müvafiq qanunvericilik 

 
 
146 
 
aktlarında müvafiq plan və ya proqramların hazırlanması üçün rəhbər sənədlərdə  və ya 
keçmiş oxşar plan və ya proqramların nümunələri əsasında müəyyən edilə bilər. 

 
Plan və ya proqramın hazırlanması üzrə vəzifələr müəyyən edildikdən sonra, iştirakçılar 
plan və ya proqramın hazırlanmasının bir hissəsini təşkil edəcək, ehtimal olunan ekoloji 
təhlilləri müəyyən etməyə başlamalıdırlar.  İştirakçılar bilməlidirlər ki, bəzi başlıca 
ekoloji təhlillər plan və ya proqramın hazırlanması prosesində dövri qaydada təkrarlana 
bilər. Belə təhlillərin əhatə dairəsindən xəbərdar olmaq onların ətraf mühitin mühafizəsi 
haqqında hesabatın hazırlanması prosesi ilə əlaqələndirilməsi üçün faydalı ola bilər.  

 
Dövlət orqanları ilə konsultasiyalar adətən hər bir plan və ay proqramın hazırlanması 
prosesinin tərkib hissəsini təşkil etdiyindən, plan və ya proqramın hazırlanması 
çərçivəsində  ətraf mühiti mühafizə  və  səhiyyə orqanları ilə  hər hansı konsultasiyanın 
artıq nəzərdə tutulub-tutulmadığını  və nə vaxta planlaşdırıldığını müəyyən etmək yaralı 
ola bilər.  

 
Plan və ya proqramın təhlili plan və ya proqram üzərində  işin davametmə müddəti 
ərzində ictimaiyyətin məlumatlara çıxışının və ictimai iştirak tədbirlərinin təhlili ilə 
yekunlaşa bilər. 
Cədvəl B2.1: Plan və ya proqramın hazırlanması prosesinin təkrar nəzərdən keçirilməsinin 
mümkün strukturu 
Plan və ya 
proqramın 
hazırlanması prosesi 
çərçivəsində yerinə 
yetirilməli olan 
vəzifələr 
Mövcud ekoloji 
təhlillər 
Dövlət orqanları ilə 
konsultasiya. 
İctimaiyyətin 
məlumatlara çıxışı 
və aidiyyəti olan 
ictimaiyyət 
nümayəndələri ilə 
konsultasiyalar 
 
 
 
 
 
 
2-ci vəzifə: SEQ-in plan və ya proqram üçün zəruri olub olmadığının nə vaxt və necə 
müəyyənləşdirilməli olduğunun müzakirə edin. 
13. Bu tapşırıq iştriakçılara SEQ-in plan və ya proqram üçün zəruri olub-olmadığının nə vaxt və 
necə müəyyənləşdirilməli olduğunu müzakirə etməyə kömək etməlidir. İştirakçılar bilməlidirlər 
ki bu zərurətin müəyyənləşdirilmə vaxtı təklif olunan SEQ prosesinin effektivliyinə əsaslı təsir 
edəcək. Bu zərurətin gec müəyyənləşdirilməsi strateji ekoloji qiymətləndirmənin daha az effektiv 
olmasına və ləngimələrə səbəb ola bilər.  
14. Müzakirə edilməli olan ilkin məsələlərə aşağıdakılar daxildir:  

 
Verilən plan və ya proqramın hazırlanması proses üçün SEQ-in tələb olunub-
olunmadığının müəyyənləşdirilməsi üçün hansı məlumat zəruridir? 

 
SEQ verilən plan və ya proqramın hazırlanması prosesinə avtomatik tətbiq edilməlidir, 
yoxsa bu qərarın qəbulu konkret haldan asılıdır?  

 
 
147 
 

 
Belə qərarın qəbulu nə vaxt daha effektiv ola bilər?  
15.  İştirakçılar qərarın konkret haldan asılı olaraq qəbul edilməli olduğunu qət edərlərsə, 
aşağıdakı məqamlar müzakirə olunmalıdır:  

 
"Əhəmiyyətlilik dərəcəsi" meyarlarının müəyyən edilməsi üçün hansı yanaşmalardan 
istifadə olunmalıdır?  

 
Müvafiq orqanlarla (və ehtimal ki, aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə) 
konsultasiyalar necə aparıla bilər?  

 
Qərarın qəbulunun nəticələri haqqında məlumat ictimaiyyətə necə çatdırıla bilər?  
16. Bu tapşırığın müvəffəqiyyətlə yerinə yetirilməsi iştirakçılardan bu vəsaitdə  əksini tapan 
Protokola  əsasən strateji ekoloji qiymətləndirmənin tələb olunub-olunmadığının müəyyən 
edilməsi haqqında məlumat, o cümlədən ödənməli olan şərtlərin  ətraflı  təsviri ilə tanışlıq tələb 
edir (bax: fəsil A3). 
17. Bu tapşırığın sonunda iştirakçılar bilməlidirlər ki, plan və ya proqramın strateji ekoloji 
qiymətləndirməsinin keçirilməsi tələbi plan və ya proqramın hazırlanması prosesi çərçivəsində 
mümkün qədər tez müəyyən edilməlidir. SEQ zərurətinin erkən müəyyən edilməsi üçün praktiki 
tədbirlər dəqiqləşdirilməlidir. 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin