Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

A4.5.2 Mümkün praktiki tədbirlər 
106. Transsərhəd təsirlər  ən gec ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması 
zamanı müəyyən edilə bilər, lakin daha əvvəl müəyyən edilərsə, bildirişin də daha erkən - əhatə 
dairəsinin müəyyən edilməsi zamanı verilməsi daha yaxşı olardı, bu, qərarın qəbulu ilə bağlı 
ləngimələri azalda bilər. Lakin belə erkən bildiriş qeyri-rəsmi olmalıdır, belə ki, rəsmi bildirişə 
həm də  ətraf mühitin mühafizəsi haqqında hesabat daxil olmalıdır. AK rəhbər sənədindən 
adaptasiya olunmuş  aşağıdakı  bəndlərdə transsərhəd konsultasiyalarla bağlı  əlavə tövsiyələr 
əksini tapır (bənd 7.26–7.29).  
107. Protokol transsərhəd konsultasiyalar üçün məqbul vaxt çərçivəsinin təmin edilməsini tələb 
edir. Ölkə daxili konsultasiya üçün müəyyən edilən vaxt müddətlərindən fərqli ola biləcək bu 
vaxt çərçivələri maraqlı  Tərəflər arasında  əlaqənin yaradılması, təsirə  məruz qalan Tərəfin 
aidiyyəti olan ictimaiyyət nümayəndələrinin,  ətraf mühiti mühafizə  və  səhiyyə orqanlarının 
müəyyən edilməsi, onlarla konsultasiyaların aparılması, eləcə də alınmış rəylərin mənşə ölkənin 
müvafiq orqanları  tərəfindən nəzərdən keçirilməsi üçün yetərli olmalıdır. Tərcümənin 
hazırlanması kimi praktiki məsələlər də bu prosesi uzada bilər.  
108. Transsərhəd konsultasiya mexanizminə start verildikdən sonra, maraqlı  Tərəflər təsirə 
məruz qalan tərəfin ictimaiyyət nümayəndələri,  ətraf mühiti mühafizə  və  səhiyyə orqanları ilə 
konsultasiyaların təmin edilməsi üçün konkret tədbirləri ətraflı şəkildə razılaşdırmalıdırlar.  
109. Hər bir hal üçün konkret transsərhəd konsultasiya (və bildiriş) proseduru ayrıca hazırlana 
bilər. Lakin layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi təcrübəsi (Espo Konvensiyası 
çərçivəsində) göstərir ki, konsultasiya prosesi, transsərhəd konsultasiyaların təşkilati çərçivəsini 
müəyyən edən ikitərəfli və çoxtərəfli razılaşmaların köməyi ilə asanlaşdırıla və sadələşdirilə 
bilər. Belə razılaşmalarda əlaqə məntəqələri, birgə işçi qruplar, dillə bağlı məsələlər, o cümlədən 
tərcümə ehtiyacı  və qaydası, xərclərin ödənməsi prinsipləri, təsirlərin qiymətləndirilməsinin 
razılaşdırılmış meyarları, ictimaiyyətin iştirakı üçün tədbirlər və fikir-ayrılıqlarının 
tənzimlənməsi proseduru müəyyən edilə bilər. Espo Konvensiyasının "İkitərəfli və çoxtərəfli 
sazişlər üzrə qabaqcıl təcrübə haqqında rəhbər sənədi" bu məsələlərlə bağlı tövsiyələr ehtiva edir 
34
. Nümunə kimi həmçinin Espo Konvensiyası  çərçivəsində bağlanan ikitərəfli və çoxtərəfli 
sazişlərdən plan və proqramların spesifik xüsusiyyətlərinə uyğunlaşdırmaq üçün düzəlişlər 
edilməklə istifadə edilə bilər. 
                                                      
34
 Bax: Konvensiya iştirakçılarının İclasının qərarı III/4 (ECE/MP.EIA/2004/5, əlavə).
 

 
 
103 
 
110. Bu baxımdan Espo Konvensiyasının üçün İctimaiyyətin transsərhəd kontekstində  ətraf 
mühitə təsirlərin qiymətləndirilməsində iştirakına dair rəhbər sənədi də yararlı ola bilər
35

 
A4.6 QƏRAR 
111. Bu bölmədə protokola müvafiq SEQ çərçivəsində qərarın qəbulu prosesi araşdırılır (maddə 
11). 
A4.6.1Hüquqi öhdəliklər 
112. Qərarı  qəbul edən orqan plan və ya proqramın alternativ variantlarından hansının, yaxud 
plan və ya proqram daxilindəki hansı alternativ elementlərin təsdiq olunmalı olduğunu 
müəyyənləşirdi, yaxud da variantlardan heç birinin təsdiq edilməli olmadığı barədə qərar qəbul 
edir (maddə 11; SEQ Direktivində müvafiq müddəalar 8 və 9-cu maddələrdə əksini tapır). Plan 
və ya proqramın təsdiqi haqqında qərar qəbul edilən zaman ətraf mühitin mühafizəsi haqqında 
hesabatın qənaətləri, o cümlədən plan və ya proqramın müxtəlif alternativ variantlarının icrasının 
mənfi nəticələrinin qarşısının alınması, azaldılması, yaxud nəticələrinin yüngülləşdirilməsi 
tədbirləri nəzərə alınmalıdır. Qərar qəbul edən orqan aşağıdakıların irəli sürdüyü fikirləri nəzərə 
almalıdır (maddə 11.1):  
o
 
Müvafiq ətraf mühiti mühafizə və səhiyyə orqanları.  
o
 
Aidiyyəti olan ictimaiyyət nümayəndələri. 
o
 
Təsirə məruz qalan hər hansı Tərəf.  
113. Plan və ya proqramın təsdiqindən sonra qəbul edilmiş qərar haqqında müvafiq ətraf mühiti 
mühafizə və səhiyyə orqanlarına, eləcə də ictimaiyyətə (yalnız aidiyyəti olan ictimaiyyətə deyil
geniş ictimaiyyətə), təsirə  məruz qalan Tərəflərə  məlumat verilməlidir (maddə 11.2). Onlar 
təsdiq edilmiş plan və ya proqramla birlikdə, aşağıdakı  məlumatların daxil olduğu bəyanatla 
təmin edilməlidirlər: 

 
(Ətraf mühitin mühafizəsi haqqında hesabatda əksini tapan) Ekoloji məsələlərin təsdiq 
edilmiş plan və ya proqrama necə inteqrasiya edildiyi barədə qısa icmal.  

 
Onların rəylərinin necə  nəzərə alındığı haqqında qısa icmal (ictimaiyyətdən söhbət 
getdikdə "maraqlı ictimaiyyət nümayəndələrinin" rəyi)  

 
Nəzərdən keçirilmiş rasional alternativlər arasından təsdiq edilmiş plan və ya proqramın 
seçilməsinin səbəblərinin icmalı. 

 
Aİ-yə üzv dövlətlər üçün qəbul edilmiş monitorinq tədbirlərinin təsviri (SEQ Direktivinin 
9.1 (c) maddəsi). 
                                                      
35
 ECE/MP.EIA/7; aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/publications.html 
 

 
 
104 
 
A4.6.2Mümkün praktiki mülahizələr 
114. Plan və ya proqramın təsdiqi zamanı  qərar qəbul edən orqan xüsusən aşağıdakılar nəzərə 
almaq istəyə bilər: 

 
Plan və ya proqramın məqsədlərinin ekoloji məqsədlərə uyğunluğu 

 
Ətraf mühit üçün qalıq təsirlər.  
115. İctimaiyyətin məlumatlandırılması və bəyanata daxil edilən məlumatlarla bağlı tələb Orxus 
Konvensiyasına uyğundur. Məlumatın məxfiliyi barədə müddəa mövcud deyil. AK rəhbər 
sənədinə uyğun olaraq, "məsul orqanlar ekoloji məlumatların necə əldə oluna biləcəyi haqqında 
yetərli məlumat təmin etməlidirlər". Bunun üçün məsələn informativ nəşrlərdən istifadə oluna, 
rəsmi nəsrlərdə  və ya rəsmi veb-saytlarda, televiziya və ya radioda elan verilə bilər; bundan 
başqa mövcud ekoloji məlumatları və onların necə əldə edilə biləcəyini təsvir edən kataloqlara 
belə məlumat daxil edilə bilər (§ 7.31). 
116.  Əvvəllər də qeyd edildiyi kimi, SEQ prosesinin bəzi elementləri plan və ya proqramın 
hazırlanması prosesinə daxil edilə bilər. Beləliklə, ideal hallarda SEQ daxilində yerinə yetirilən 
təhlillər bütövlükdə plan və ya proqramın hazırlanması prosesi üçün məlumat təmin etməlidir. 
Buna görə də plan və ya proqramın layihəsi SEQ-in plan və ya proqramın hazırlanmasına necə 
təsir etdiyini izah etməlidir. 
 
 
 

 
 
105 
 
A4.7 MONİTORİNQ 
117. Sonuncu bölmədə Protokol çərçivəsində yerinə yetirilə strateji ekoloji qiymətləndirməsnin 
monitorinqi araşdırılır (maddə 12). 
A4.7.1Hüquqi öhdəliklər 
118. 12-ci maddə  təsdiq edilmiş plan və ya proqramın icrasının mühüm ekoloji təsirlərinin 
monitorinqini nəzərdə tutur. (SEQ direktivində müvafiq müddəa 10-cu maddədə öz əksini tapır.) 
Protokol monitorinq nəticələrinin müvafiq ətraf mühiti mühafizə, səhiyyə orqanları, eləcə  də 
ictimaiyyət üçün əlçatan olmasını  tələb edir (maddə 12.2). Monitorinqin aparılması üçü açıq 
şəkildə ifadə olunan yeganə  səbəb gözlənilməz mənfi nəticələrin müəyyən edilməsi və aradan 
qaldırılması üçün tədbirlərin görülməsinin təmin edilməsidir (maddə 12.1).  
A4.7.2 Mümkün praktiki mülahizələr 
119. Monitorinqin yuxarıda qeyd edilənlərdən  əlavə faydaları mövcuddur. Buna görə  də 
monitorinqdən aşağıdakı məqsədlərlə istifadə olunmalıdır:  

 
Gözlənilən və faktiki nəticələrin müqayisəsi, beləliklə, plan və ya proqramın icrası 
haqqında məlumatın təmin edilməsi  

 
Gələcək strateji ekoloji qiymətləndirmələrin (keyfiyyətə  zəmanət vasitəsi kimi) 
təkmilləşdirilməsi üçün təcrübənin təmin edilməsi  

 
Müvafiq orqanlar tərəfindən müəyyən edilmiş ətraf mühit şərtlərinə riayətin yoxlanması. 

 
Mənfi təsirlərin qarşısının alınması, azaldılması  və ya nəticələrinin yüngülləşdirilməsi 
üçün nəzərdə tutulmuş tədbirlər daxil olmaqla plan və ya proqramın təsvir edildiyi kimi 
icra edilib -edilmədiyinin yoxlanması.  
120. Protokola monitorinqin kimin tərəfindən, harada nə vaxt və ya necə  həyata keçirilməli 
olduğunda, nəticələrin əlçatan olmasının kim tərəfindən təmin edilməli olduğuna, monitorinqin 
predmetinə, hansı məlumatın ictimaiyyət açıqlanmalı olduğuna (birbaşa nəticələr, yoxsa onların 
təhlilinin nəticələri), monitorinqin harada, hansı müddətdən bir və hansı vaxt çərçivəsində 
keçirilməli olduğuna həyata keçirilməli olduğuna, məlumatların ictimaiyyətə  nə zaman 
açıqlanmalı olduğuna, monitorinq və  məlumatın yayılması üçün hansı  məlumatların istifadə 
edilməli olduğuna dair göstərişlər ( plan və ya proqramın icrasının  ətraf mühitə  əhəmiyyəti 
təsirləri ilə bağlı ümumi təkliflər istisna olmaqla) yoxdur. Tərəflər mövcud monitorinq və ya 
informasiyanın əlsə edilməsi sistemlərindən istifadə edə, yaxud məxsusi olaraq SEQ məqsədləri 
üçün onları daha da möhkəmləndirə bilərlər. 
 121.  Monitorinqin  mahiyyəti plan və ya proqramların növlərindən asılı olaraq dəyişə bilər. 
Torpaqdan istifadə planını dövri qaydada təkrar baxışdan keçirilməsi zamanı proqnozlaşdırılan 
nəticələrin həyata keçib-keçmədiyini bu məlumatları planın yeni variantını hazırlanması  və 
qiymətləndirməsi zamanı istifadə etmək üçün izləmək tələb oluna bilər. Lakin çox vaxt plan və 
proqram səviyyəsində  səbəb-nəticə  əlaqəsinin müəyyən edilməsi çətin olur. Belə monitorinqin 
nəticələri plana növbəti baxış dövründə açıqlana bilər. Nəqliyyat infrastrukturunun inkişafı 
proqramının monitorinqi zamanı əsas diqqət gözlənilməz mənfi nəticələrin aşkara çıxarılmasına 

 
 
106 
 
yönəldilə bilər, burada məqsəd proqrama, yaxud proqram çərçivəsində ayrı-ayrı layihələrə 
düzəliş etməklə, bu vəziyyəti dərhal aradan qaldırmaqdır. Belə hallarda monitorinq müddəti 
əvvəlkinə nisbətən çox daha uzun ola bilər, monitorinq nəticələrinin ictimaiyyətə açıqlanması 
isə, məsələn, məlumatların müntəzəm və operativ qaydada proqramın internetdəki saytında dərc 
edilməsi ilə həyata keçirilə bilər.  
122. AK rəhbər sənədinə  əsasən, (§ 8.4) müşahidə olunan ekoloji nəticələrin ekoloji 
qiymətləndirmə zamanı  aşkara çıxarılan ehtimal və mülahizələrə uyğun olub olmadığının 
yoxlanılması  məqsədinə uyğunlaşdırılmış monitorinq metodlarından istifadə etmək tövsiyə 
olunur. Metodların seçimi üçün vacib meyarlardan biri də plan və ya proqramın icrasının nəticəsi 
olan gözlənilməz mənfi nəticələrin erkən müəyyən edilməsi, beləliklə, düzəliş  tədbirlərin 
vaxtında görülməsi imkanıdır. Bundan əlavə, qeyd edilir ki, monitorinq nəticəsində əldə edilməli 
olan məlumatın mahiyyəti (başqa sözlə, kəmiyyət və ya keyfiyyət haqda olması, təfərrüat 
dərəcəsi) plan və ya proqramın xarakter və xüsusiyyətlərindən, eləcə  də  ətraf mühit üçün 
proqnozlaşdırılan təsirlərdən asılıdır.  
123. Tələb proqnozlaşıdırılmamış  mənfi təsirlərin müəyyən edilməsindən ibarət olsa da, 
monitorinq ətraf mühitin mühafizəsi haqqında hesabatda müəyyən edilmiş müvafiq əhəmiyyətli 
ekoloji təsirlərə əsaslana bilər. "Proqnozlaşdırılmamış" sözü gözlənilən bir təsirin gözlənilməyən 
miqyas və ya intensivliyinə  şamil edilə bilər, məsələn enerji sektorunun inkişafı planın icrası 
nəticəsində kükürd dioksid emissiyasının gözləniləndən artıq olması. Lakin monitorinq 
proqramına  əvvəlcədən nəzərdə tutulmamış  nəticələrin aşkar edilməsi məqsədini daşıyan 
elementlər də daxil edilə bilər. Məsələn, çoxsaylı ekoloji parametrlər arasından təsadüfi seçmə 
yolu ilə aparılan yoxlama plan və ya proqramın təsirinə məruz qalacağı gözlənilməyən hər hansı 
parametrdə dəyişiklik olduğunu aşkara çıxara bilər.  
124. AK rəhbər sənədində qeyd edilir ki, "icra, yalnız plan və ya proqramlar çərçivəsində 
nəzərdə tutulmuş layihələri (tikinti və istismar daxil olmaqla) deyil, həmçinin plan və ya 
proqramın (və ya onların icrasının) bir hissəsini təşkil edən digər fəaliyyətləri (məsələn, davranış 
statistikaları və ya idarəetmə sistemlərinin formalaşdırılması) əhatə edir" (§ 8.9).  
125. Protokolda əvvəlcədən nəzərdə tutulmamış  nəticələrin aşkar olunması halında hansı 
tədbirlərin görülə biləcəyinə yer verilmir. Nəticədə plan və ya proqrama düzəliş etmək qərarı 
qəbul edilərsə, 2 və 4-cü maddələrin tələbləri ödəndiyi təqdirdə,  əlavə strateji ekoloji 
qiymətləndirmənin aparılması tələb oluna bilər.  
126. Nəhayət, izlənməli olan mühüm təsirlərə transsərhəd təsirlər də daxil ola bilər. Espo 
Konvensiyasının layihə sonrası  təhlil haqqında müddəalarından (maddə 7) belə  təsirlərin 
monitorinqi ilə əlaqədar bir neçə ideya əxz oluna bilər. Hər hansı monitorinq nəticələrinin təsirə 
məruz qalmış  Tərəflə bölüşdürülməsinə dair hər hansı  tələb mövcud deyil, lakin bu məlumat 
asanlıqla əldə edilə bilməlidir, ərazisində monitorinqin təşkil edilməsi üçün təsirə məruz qalmış 
Tərəfin yardımı tələb oluna bilər. 
127. Əsas SEQ vasitələri haqqında A5 Fəsli monitorinqli bağlı praktiki tövsiyələr təmin edir. AK 
rəhbər sənədinin 8-ci bölməsi və I Əlavəsinə monitorinq haqqında tövsiyələr daxildir. Həmçinin 
bax: Avropa İttifaqı  Şəbəkəsi üçün Ətraf Mühitin Mühafizəsi haqqında Qanunun Tətbiqi və 
İcrası (IMPEL), yekun hesabat IMPEL LAYİHƏSİ: 2001/42/EC saylı SEQ Direktivinin 10-cu 

 
 
107 
 
maddəsinin icrası, aşağıdakı ünvandan əldə edilə bilər: 
http://ec.europa.eu/environment/eia/pdf/impel_final_report.pdf. 
 

 
 
108 
 
Fəsil A5 
ƏSAS SEQ VASİTƏLƏRİNİN İCMALI 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
109 
 
A5.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1. 
 1. Bu fəsildə SEQ Protokolunun prosedur və prinsiplərinin (A2 və A4 Fəsillərində təsvir edilən) 
həyata keçirilməsi və beynəlxalq səviyyədə tanınmış qabaqcıl təcrübə standartlarına uyğunluq 
üçün qiymətləndirmənin necə aparılmalı olduğu təsvir olunur.  
2. Fəsil aşağıdakı məsələlərə işıq salan üç bölmədən ibarətdir: 

 
SEQ və plan və ya proqramın hazırlanması prosesi arasında qarşılıqlı  əlaqə, xüsusən 
onların əsas yanaşmaları və metodoloji çərçivələri (Bölmə A5.2) 

 
Plan və proqramın hazırlanması prosesinin effektivliyinin artırılması üçün SEQ zamanı 
istifadə oluna biləcək analitik yanaşma və alətlər (Bölmə A5.3)  

 
Plan və proqramın hazırlanması prosesinin effektivliyinin artırılması üçün SEQ zamanı 
istifadə oluna biləcək ictimaiyyətin iştirakı yanaşması və alətləri (Bölmə A5.4) 
 
 
 

 
 
110 
 
A5.2 ANALİTİK VƏ MARAQLI TƏRƏFLƏRİN SEQ PROSESİNƏ CƏLB EDİLMƏSİ 
ALƏTLƏRİ 
A5.2.1. Giriş 
3. Protokol təhlil və ya konsultasiyaların necə aparılmalı olduğunu müəyyən etməyən prosedur 
çərçivə  sənədidir. Bununla belə, Protokolda metodoloji mətnaltı fikirlərə  və ya məzmuna rast 
gəlmək olar.  
4.Bu baxımdan qeyd edilməlidir ki, SEQ-in yerinə yetirilməsi üçün vahid ən yaxşı metodologiya 
yoxdur və SEQ zamanı istifadə oluna bilən çoxsaylı analitik və konsultasiya alətləri mövcuddur. 
Bu alətlər üç əsas mənbədən qaynaqlanırlar: 

 
Ətraf mühitə  təsirin qiymətləndirilməsi zamanı istifadə olunan SEQ çərçivəsində  tələb 
olunan əhatəlilik dərəcəsi və miqyasa uyğunlaşdırılmış alətlər.  

 
Siyasətlərin təhlili, plan qiymətləndirməsi, plan və ya proqramların hazırlanması üçün 
istifadə olunan, Protokol tələblərinə uyğun təhlilin aparılması üçün adaptasiya olunmuş 
alətlər.  

 
Protokolun tələblərinə uyğun olaraq, insan sağlamlığına əsaslı təsirlərin nəzərə alınması 
məqsədi ilə  İnsan Sağlamlığına Təsirlərin Qiymətləndirilməsi (HIA) zamanı istifadə 
olunan alətlər. 
5. Hər halda SEQ metodları  və yanaşmaları konkret plan və ya proqram çərçivəsində  həll 
ediləcək problemlərə müvafiq olmalıdır. Yanaşma işlərin miqyasının müəyyən edilməsi 
mərhələsində seçilir.  
6. A3 fəslində  təsvir edildiyi kimi, Protokol gələcək inkişaf layihələri üçün zəmin yaradan 
müəyyən olan və proqramlara şamil edilir. Bu kontekstdə layihələrin  ətraf mühitə  təsirlərinin 
qiymətləndirilməsi zamanı istifadə olunan metodlar müəyyən növ torpaqdan istifadə növlərini və 
ya layihələri  şərtləndirən plan və proqramların strateji ekoloji qiymətləndirməsi üçün, başqa 
sözlə, səbəb-nəticə  əlaqəsinin asanlıqla müəyyən edilə bildiyi hallarda adaptasiya oluna və 
istifadə edilə bilərlər. Belə hallarda aşağıdakı alətlər müvafiq hesab edilə bilər: 

 
Rəsmi və qeyri-rəsmi yaddaş siyahıları. 

 
Təsir matrisləri.  

 
Təsir sxemləri. 

 
Presedentlərin müqayisəsi və kollektiv ekspert qiymətləndirmələri 

 
Layların üst-üstə yerləşdirilməsi və Coğrafi Məlumat Sistemləri. 

 
Proqnoz modelləşdirməsi  

 
İstismar dövrünün qiymətləndirilməsi 

 
Çoxmeyarlı təhlil 

 
 
111 
 
7. Plan və proqramların, yaxud onların ayrı-ayrı komponentlərinin ətraf mühitə təsiri dolayı və 
ya ümumiləşdirilmişdirsə, strateji təşəbbüslərin və ya planların qiymətləndirilməsi üçün istifadə 
olunan alətlər daha münasib hesab oluna bilər. Strateji təşəbbüslərin və ya planların 
qiymətləndirilməsinə aşağıdakılar nümunə ola bilər:  

 
Siyasət və ya hüquqi normaların gözdən keçirilməsi.  

 
SWOT- təhlil (ingilis dilində güclü tərəflər, zəifliklər, fürsətlər və  təhlükələr mənasını 
verən sözlərinin baş  hərflərinin birləşməsi) və  məhdudiyyət və fürsətlərin sxematik 
təsvirinə digər yanaşmalar 

 
Ssenarilərin hazırlanması.  

 
Təzad və sinergizm matrisləri.  

 
Qərar ağacları. 

 
Tendensiyaların təhlili və ekstrapolyasiya  

 
Təqlidi modelləşdirmə  

 
Alternativlərin qiymətləndirilməsi. Müqayisəli risk qiymətləndirməsi  
8. Xatırlatmaq vacibdir ki, bir çox hallarda eyni qiymətləndirmə metodu bütün ekoloji 
təsirlərə uyğun gələ bilir.  
9. Lakin plan, proqram və ya onların ayrı-ayrı komponentlərinin sağlamlığa təsiri 
əhəmiyyətli olduqda, əhalinin sağlamlığına təsirlərin qiymətləndirilməsi zamanı istifadə 
olunan alətlər daha uyğun hesab oluna bilər. Sağlamlığa təsirlərin qiymətləndirilməsi 
metodlarına aşağıdakılar nümunə ola bilər: 

 
 Sağlamlığa zərərli maddələrin yaddaş siyahısı (çeklist)  

 
Riskin kəmiyyət və keyfiyyət qiymətləndirməsi.  

 
Sağlamlıq riskinin qavranılmasının araşdırılması  

 
Riskin xarakteristikası və risk haqqında məlumatların çatdırılması metodları və alətləri 

 
İnsan sağımlığın və  ətraf mühitə qarşı risklərin, eləcə  də insan sağlamlığına təsirlərin 
ekoloji determinantlarının sürətli qiymətləndirilməsi metodologiyaları.  
10.  İstisna hallarda qərar qəbulu kontekstində sağlamlıq göstəriciləri sisteminin 
modelləşdirilməsi zamanı DPSEEA (təkanverici qüvvələr – Təzyiq – Vəziyyət – Təsirə 
məruz qalma – Təsir – Fəaliyyət) modelinin tətbiqi faydalı ola bilər. Lakin DPSEEA 
modelinin məhdudiyyətlərini, xüsusən də onun mürəkkəbliyini və kifayət qədər dəqiq 
olmamasını qeyd etmək vacibdir. 
A5.2.2 SEQ və plan və proqramların metodoloji nöqteyi-nəzərdən hazırlanma prosesi 
 

 
 
112 
 
11. A2 fəslində qeyd edildiyi kimi, SEQ və plan yaxud proqramının hazırlanması prosesi 
qarşılıqlı  əlaqəli funksiyaları vasitəsi ilə bir-birlərini tamamlayırlar. Onların sıx qarşılıqlı 
əlaqəsini nəzərə almaqla, plan yaxud proqramın hazırlanması zamanı istifadə olunan təhlil və 
konsultasiya alətləri SEQ zamanı istifadə üçün adaptasiya edilə bilər. 
 12.  Kiçik  düzəlişlərlə  ətraf mühitə müvafiq təsirlərin təhlili üçün adaptasiya oluna biləcək 
alətlərə aşağıdakılar nümunə ola bilər: 

 
Kontekst və başlıca problemlərin müəyyən edilməsi alətləri (yaddaş siyahıları\, SWOT- 
təhlillər, matrislər) 

 
Alternativlərin hazırlanması alətləri (ssenarilərin hazırlanması  və ya nəticələr  əsasında 
planlaşdırma) 

 
Təsirlərin qiymətləndirilməsi alətləri (modelləşdirmə, GIS və s.), yaxud alternativləri 
müqayisə etmək və qənaətləri təqdim etmək imkanı verən alətlər (çoxmeyarlı təhlil, xərc-
gəlir təhlili və s.) 
 13. Buna görə də ilk növbədə plan və ya proqramların hazırlanması zamanı istifadə olunan hansı 
metodların  ətraf mühitə  təsirlərin qiymətləndirilməsi məqsədi ilə  tətbiq oluna biləcəyi 
qiymətləndirilməli, beləliklə Protokola əsasən tələb olunan məlumat əldə edilməlidir. 
14. Bu və ya digər yanaşma və ya metodun istifadəsi haqqında qərar hər bir hal üçün fərdi 
qaydada, plan yaxud proqramın mahiyyəti, məlumatlar və miqyas nəzərə alınmaqla, qərar qəbulu 
prosesinə yardım amili, plan və proqramın hazırlanması prosesinin təkmilləşdirilməsi hesaba 
qatılmaqla qəbul edilməlidir. Məsələn, torpağın istifadəsi planların strateji ekoloji 
qiymətləndirməsində bir qayda olaraq, müəyyən bir ərazidə mövcud resurs potensialı, ekoloji 
potensial və  məhdudiyyətlə  əsas götürülür. Əsas SEQ vasitələrinin icmalı Bu zaman GIS 
(Coğrafi Məlumat sistemi), yaşayış mühitinin analizi, yaxud həssas yerlərin xəritələşdirilməsi 
kimi alətlərin köməyi ilə yerli səviyyədə ilkin vəziyyətin, eləcə  də  təklif edilən dəyişikliklərin 
ekoloji nəticələrinin diqqətlə öyrənilməsi tələb olunur. Əksinə, sektor plan və ya proqramlarının 
strateji ekoloji qiymətləndirməsi zamanı birləşmiş  təsirlərə daha çox diqqət yetirilir, məsələn, 
Kyoto protokolunda müəyyən edilmiş məqsədlər nəzərə alınmaqla, havanın keyfiyyətində və ya 
karbon emissiyalarında artış
36
.  
15. Bu nümunələr SEQ-in planlaşdırma prosesinin kontekstinə  və xarakteristikasına 
uyğunlaşdırılması haqqında yuxarıda verilən tövsiyəyə aydınlıq gətirir. Plan və ya proqramın 
hazırlanması zamanı istifadə olunan alətlərin SEQ ilə inteqrasiyasına optimal yanaşmanın 
seçilməsinə istiqamətin verilməsi üçün aşağıdakı qaydalar faydalı ola bilər: 

 
Müəyyən plan, yaxud proqramın hazırlanmasının  əsasında dayanan məntiqi, analitik 
metodları, maraqlı tərəflərin cəlb edilməsi alətlərini təhlil edin. 
                                                      
36
 Bax: http://unfccc.int/kyoto_protocol/items/3145.php. 
 

 
 
113 
 

 
Plan və ya proqramın hazırlanmasında istifadə olan metod və alətlərdən hansıların 
Protokolun tələblərinə cavab verən məlumatların toplanmasını təmin edəcəyini müəyyən 
edin. 

 
Bu metod və alətlərin hansı yolla adaptasiya oluna biləcəyini qiymətləndirin. SEQ 
çərçivəsində  əlavə  təhlil və konsultasiya zərurətini qiymətləndirin və adekvat alətləri 
seçin. 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin