Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

A5.2.3 Müvafiq alətin seçilməsi 
16. SEQ alət və metodlarının seçilməsi daha sonra plan və ya proqramın hazırlanması və qərar 
qəbulu zamanı istifadə edilə biləcək məlumatın keyfiyyəti baxımından birinci dərəcəli 
əhəmiyyətə malikdir.  
17. Bu bölmənin giriş hissəsində qeyd edildiyi kimi, sistemli və ətraflı təhlilin aparılması üçün 
vahid ən yaxşı metodologiya mövcud deyil. Lakin əslinə baxanda SEQ-in yerinə yetirilməsi üçün 
SEQ tapşırıqlarına cavab verən ən sadə alətlərdən istifadə edilməlidir. Əlbəttə, bir çox hallarda 
məlumatın  əldə olunması,  ətraf mühitə  təsirlərin proqnozlaşdırılması üçün daha mürəkkəb 
metodlardan istifadə etmək lazım gəlir (məsələn, yol tikintisi proqramlarının hazırlanması üçün 
nəqliyyat simulyasiya modelləri). Lakin "mümkün qədər sadə" qaydası yenə  də keçərli və 
həddən artıq mürəkkəb təhlillərdən yayınmaq baxımından vacibdir. 
18. Həmçinin yadda saxlamaq vacibdir ki, seçilmiş metodlar potensial təsirlərin zaman və məkan 
xüsusiyyətlərinin adekvat şəkildə nəzərə alınması məqsədi ilə mövcud məlumatlara və miqyasa 
uyğunlaşdırılmalıdır. Metodların səbəb-nəticə əlaqələri haqqında məlumatların çatışmazlığından 
irəli gələn qeyri-müəyyənliklərin, çatışmayan məlumatların, yaxud konkret sahə və ya ərazinin 
inkişafına əhəmiyyətli təsir göstərə biləcək, naməlum inkişaf tendensiyalarının nəzərə alınmasına 
imkan verməlidir.  
19. Müxtəlif metodların istifadəsi ilə  əldə olunmuş  məlumatın nəzərdə tutulan qərara aidiyyəti 
olmalıdır, məlumat güzəştli qərarların müqayisəsinə yardım etməlidir. Alınmış  məlumat 
həmçinin  ətraf mühitə  təsirlərin azaldılmasından və müsbət təsirlərin maksimum dərəcədə 
artırılmasından ibarət daha optimal nəticənin  əldə edilməsinə kömək edəcək praktikada həyata 
keçirilə biləcək inkişaf alternativləri təklif etməlidir. 
A5.3 ƏSAS ANALİTİK ALƏTLƏRİN İCMALI 
20. Bu bölmədə SEQ çərçivəsində istifadə edilən biləcək analitik metodlar və alətlər haqqında 
daha  ətraflı xülasəyə yer verilir. Bu metodologiya layihələrin  ətraf mühitə  təsirlərinin 
qiymətləndirilməsi, siyasətlərin qiymətləndirilməsi və sağlamlığa təsirlərin qiymətləndirilməsi 
metodlarına  əsaslanır  İstifadənin asanlaşdırılması üçün bu xülasə A4.2 Bölməsində  nəzərdən 
keçirilən, ətraf mühitin mühafizəsi haqqında hesabatın əsas mərhələləri və tapşırıqlarına müvafiq 
alt bölmələrə ayrılmışdır. Bu alətlər menyusu müfəssəl deyildir və, plan yaxud proqramın 
hazırlanması, məntiqi, eləcə də nəzərdən keçirilən təsirlərin xarakteri nəzərə alınmaqla, konkret 
layihənin konteksti daxilində adaptasiya oluna bilər. 
Tətbiq dairəsinin müəyyən edilməsi 

 
 
114 
 
21. Əhatə dairəsinin müəyyən edilməsi qiymətləndirilməli olan mühüm məsələləri müəyyən edir. 
Bir qayda olaraq, əhatə dairəsinin müəyyən edilməsi prosesində uzun problem və narahatlıqlar 
siyahısı potensial əhəmiyyətli məsələlərin qısa siyahısı ilə əvəz olunur.  
22. Konkret plan və ya proqramın ətraf mühitə təsir dərəcəsinin, eləcə diqqət tələb edən, yaxud 
təklif edilən fəaliyyətin icrası zamanı meydana çıxa biləcək məsələlərin müəyyən edilməsi üçün 
aşağıdakı metodlardan istifadə edilə bilər:  

 
Plan və ya proqrama müvafiq ekoloji məqsədlərin və  vəzifələrin müəyyən edilməsinə 
kömək etmək məqsədilə siyasətlərin nəzərdən keçirilməsi və hüquqi ekspertiza.  

 
Şəxsi təcrübə  və presedentlərin müqayisəsi  əsasında SEQ çərçivəsində  nəzərə alınmalı 
olan mümkün təsirləri müəyyən edə bilən kollektiv ekspert qiymətləndirmələri.  

 
Müəyyən problemlərin plan və ya proqrama aidiyyəti olub-olmadığının müəyyən 
edilməsi üçün sadə bir üsul olan çek-listlər (yaddaş siyahıları). Çeklistlər potensial 
təsirlərin diqqətdən kənarda qalmamasına yardım edir.  

 
SEQ çərçivəsində  əsas məsələlərin müəyyən edilməsinə yaddaş siyahılarından daha 
sistemli qaydada yardım edən təsir, təzad və ya sinergizm matrisləri. 

 
Ətraf mühitə qarşı SEQ çərçivəsində ələ alına biləcək müvafiq təhdidləri, eləcə də ətraf 
mühitlə bağlı fürsətləri aşkara çıxara biləcək SWOT təhlili  

 
Məkanla bağlı əsas problemləri və qiymətləndirmənin coğrafi sərhədlərini müəyyən edə 
bilə GIS və layların üst-üstə yerləşdirilməsi sxemi  

 
Əsas birbaşa və dolayı  təsirləri, eləcə  də qiymətləndirmənin sistemlə bağlı  sərhədlərini 
müəyyən edə bilən qərar ağacları və təsir sxemləri. 

 
“Beşikdən qəbirəcən” yanaşması əsasında bütün faydalı və ziyanlı fəaliyyətləri, eləcə də 
ekoloji nəticələrin qiymətləndirilməsi məqsədilə sistem sərhədlərinin düzgün müəyyən 
edilib-edilmədiyini təsbit edə bilən istismar dövrü qiymətləndirməsi. 
 23. Çox vaxt SEQ çərçivəsində  ətraf mühitə plan və ya proqramla əlaqədar təsirlərin bütün 
növlərinin nzəərdən keçirilməsi, ya gərəkli, ya mümkün olmur, ya da tələb olunmur, bununla 
belə, bəzi təsirlərin nə üçün nəzərə alınmadığı  hər zaman aydınlaşdırılmalıdır.  Əvəzində SEQ 
məqsədlərinin həyata keçirilməsi üçün göstəricilərdən və ya yolgöstərici suallardan istifadə 
etməklə, qiymətləndirmənin aparılması yetərli ola bilər (Bax: Haşiyə A4.2). 
Kontekst və ilkin məlumatların təhlili 
24.  İlkin vəziyyətin təhlilinin məqsədi planın və ya proqramın icrasının nəticələrinin 
qiymətləndirilməsi üçün istinad nöqtəsinin müəyyən edilməsidir. Adətən belə təhlil ətraf mühitin 
cari vəziyyətinin, eləcə  də plan və ya proqramın icrası baş tutmayacağı halda bu vəziyyətdə 
ehtimal olunan dəyişikliyin təsvirini nəzərdə tutur. Bu baxımdan qarşıda duran başlıca məsələ 
hazırlanan plan və ya proqramın, eləcə də strateji ekoloji qiymətləndirmənin aid olduğu sektor və 
ya  ərazi daxilində  ətraf mühitin vəziyyətindəki dəyişiklik tendensiyalarının təhlili və 
ekstrapolyasyasıdır.  Əsas SEQ alətlərinin icmalı Başlıca cari problemlərin, uzunmüddətli 

 
 
115 
 
tendensiyaların  əks etdirilməsi zərurəti, eləcə  də plan yaxud proqramın hazırlanması  və SEQ 
prosesi üçün ənənəvi zaman və resurs məhdudiyyətləri nəzərə alınmaqla, ilkin vəziyyətin təhlili 
adətən artıq mövcud məlumatlar əsasında aparılır. 
 25. Məlumatların əldə edilməsi üçün çoxsaylı vasitələr mövcuddur məsələn:  

 
Yerli səviyyədə  ətraf mühitin keyfiyyətinin araşdırılması. Bu alətdən çox vaxt layihə 
səviyyəsində  ətraf mühitə  təsirlərin qiymətləndirilməsi üçün müvəffəqiyyətlə istifadə 
olunur və onun yalnız yerli, spesifik plan və proqramların strateji ekoloji 
qiymətləndirməsi üçün tətbiqi praktiki baxımdan tamamilə mümkündür. Belə 
araşdırmalar yalnız cari vəziyyət haqqında təsəvvür yaradır və uzun müddətli 
tendensiyaların qiymətləndirilməsinə imkan vermirlər, bunun özü də onların SEQ 
çərçivəsində istifadəsini məhdudlaşdırır.  

 
Ekoloji məqsəd və standartların həyata keçirilməsi işinin gedişatı haqqında hesabatlar 
artıq mövcud ekoloji məqsəd və  vəzifələrin icrası ilə  əlaqədar nailiyyətlər və maneələr 
haqqında faydalı  təsəvvür yarada bilər. (Çox vaxt ətraf mühitin vəziyyəti haqqında 
hesabatın və ya ətraf mühitin monitorinqi sisteminin bir hissəsi olan) belə hesabatlar 
adətən ölkədə  qəbul edilmiş müəyyən öhdəliklərə müvafiq konkret daxili göstəricilərə 
əsaslanır. 

 
Ətraf mühitin ilkin vəziyyət göstəricilərinin dəyişmə tendensiyası adətən toplu 
göstəricilərə  əsaslanır və  əsas hərəkətverici amilləri, təzyiqləri, vəziyyətləri, təsir 
növlərini və cavab tədbirlərinin səciyyəvi xüsusiyyətlərini ölçməyə kömək edir. Avropa 
Ətraf Mühitin Mühafizəsi Agentliyi və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 
kimi təşkilatların bənzər ilkin göstəricilərin istifadə edildiyi beynəlxalq müqayisəli 
araşdırılmalarından müəyyən faydalı göstəricilər əxz oluna bilər.  

 
Əhalini sağlamlıq vəziyyəti ilə bağlı araşdırmalar hazırlanan olan və ya proqramın aid 
olduğu sektor və ərazilərdə mövcud problemləri müəyyən etməyə kömək edir. Məsələn, 
nəqliyyat sisteminin inkişafı planın strateji ekoloji qiymətləndirilməsi çərçivəsində 
havanın çirklənməsi, səs-küy yollarda baş verən qəza hallarının və s. həddən artıq 
olmasının əhaliyə təsir tendensiyası təhlil edilə bilər; adətən hesab olunur ki, bu məsələlər 
nəqliyyatın mövcudluğu ilə birbaşa əlaqəlidir. Lakin nəqliyyat sisteminin inkişaf planının 
strateji ekoloji qiymətləndirməsi ürək-qan-damar sistemi xəstəlikləri, psixo-sosial 
sağlamlıq vəziyyəti, yaxud artıq çəki kimi daha geniş  və dolayı sağlamlıq təsirlərini 
ortaya çıxara və onların nəqliyyatla əlaqədar problem (məsələn, yetərsiz fikziki aktivlik, 
yeni zamanda piyada və ya velosipedlə gəzintilərin azlığı və s.) olub-olmadığını araşdıra 
bilər. Mürəkkəb səbəb-nəticə  əlaqələrin mövcudluğu ilə  əlaqədar olaraq, belə dolayı 
təsirlərin qiymətləndirməsi ehtimallara əsaslanır. Belə hallarda qiymətləndirmə  əldə 
edilmiş qənaətlərin bütün məhdudiyyət və qeyri-müəyyənliklərini etiraf etməlidir. 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
26.  Ətraf mühitin mühafizəsi haqqında hesabat plan və ya proqramın və onların rasional 
alternativlərinin icrasının ehtimal olunan mühüm ekoloji nəticələrini müəyyənləşdirməli, təsvir 
etməli və qiymətləndirməlidir (maddə 7). SEQ proses əhatə dairəsinin müəyyən edilməsi 

 
 
116 
 
mərhələsində icra edilməyə başlayan, məqsədəuyğun alternativlərin hazırlanmasında və 
müəyyən edilməsində potensial əhəmiyyətli rol oynayan prosesdir. Əsas alternativlərin 
nəticələrinin müqayisəsi həlledici  əhəmiyyətə malikdir, bu müqayisə vasitəsi ilə SEQ ətraf 
mühitin mühafizəsi və davamlı inkişaf məsələlərinə daha çox diqqət çəkməklə plan və ya 
proqramların hazırlanması prosesinin keyfiyyətinə  təsir edə bilər. Alternativlərin hazırlanması 
məqsədini daşıyan əsas alətlərə aşağıdakılar daxildir: 

 
Əsas alternativləri müəyyənləşdirə  və ya hazırlaya bilən kollektiv ekspert 
qiymətləndirmələri, məsələn, seminarlar və ya konfranslar vasitəsi ilə.  

 
Dəqiq coğrafi sərhədləri olan alternativlərin hazırlanmasına və optimallaşdırılmasına 
yardım edə biləcək GIS və layların üst-üstə yerləşdirilməsi  

 
Gələcək inkişafa təsir edən  ən qeyri-müəyyən və vacib hərəkətverici qüvvələri  əks 
etdirən versiyaları təsvir edən ssenarilərin hazırlanması . 

 
Təklif olunan variantların (ekstremal ssenarilərdən başlamaq mümkündür) əsas 
xüsusiyyətlərinin illüstrasiya edilməsinə, həyata keçirilə bilməyəcək təkliflərin istisna 
edilməsinə imkan verən, seçilmiş variantları birləşdirməyə ya optimalalşdırmağa kömək 
edən simulyasiya  

 
Fərqli materiallara və enerji axınlarına (məsələn, tullantıların idarə edilməsi və ya 
enerjidən istifadənin tənzimlənməsi sahələrində)  əsaslanan alternativlərin müəyyən 
edilməsinə kömək edən istismar dövrü qiymətləndirməsi  
27. Alternativlərin formalaşdırılması SEQ çərçivəsində ekoloji amillərin plan və ya proqramların 
hazırlanması prosesinə inteqrasiyasında həlledici məqamdır. Birinci addım təklifin məqsədlərinə 
cavab verən bir sıra rasional alternativlərin müəyyən edilməsi və onların ekoloji aspektlərinin 
icmalının hazırlanmasından ibarətdir. Alternativlərə heç bir fəaliyyətin yerinə yetirilməməsi 
variantı da daxil olmalıdır. Məcburi olmasa da, praktikada həyata keçirilə bilən ən yaxşı ekoloji 
variantın da daxil edilməsi faydalı olardı. Praktikada həyata keçirilə bilən  ən yaxşı ekoloji 
variant ətraf mühitə təsir edən güzəştli qərarların dəqiqləşdirilməsinə, eləcə də seçim üçün əsasın 
müəyyən edilməsinə kömək edir.  
28. A4.2 bölməsində qeyd edildiyi kimi, bütün alternativlər öz xüsusi təsirlərinə və plan yaxud 
proqramın müvafiq məqsədlərinin həyata keçirilməsində göstərdikləri töhfəyə əsasən təhlil edilə 
və qarşılıqlı surətdə müqayisə oluna bilərlər. Beləliklə, alternativlərin hazırlanması adətən 
onların nəticələrinin qiymtələndirilməsi ilə  sıx bağlı olur (müvafiq olaraq, bu iki iş eyni 
mərhələdə yerinə yetirilir və A4.2-ci bölmədə nəzərdən keçirilirlər), eyni zamanda alternativlərin 
hazırlanması üçün istifadə olunan bəzi analitik metodlar həmçinin nəticələrin 
proqnozlaşdırılması üçün istifadə oluna bilərlər (və  aşağıda sadalanan alətlərdən bəziləri 
yuxarıdakı siyahıda sıralanan alətlərlə üst-üstə düşür).  Ən çox istifadə olunan alətlər sırasına 
aşağıdakılar daxildir:  

 
Gözlənilən təsirlərin miqyasını  və xarakteristikasını  təhlil edə bilən kollektiv ekspert 
qiymətləndirməsi.  

 
 
117 
 

 
Təklif edilən variantların  ətraf mühitə  və insanların sağlamlığına təsirlərinin  əsas 
növlərini, eləcə  də onların birləşmələrini və müvafiq ətraf mühitin və  əhalinin 
sağlamlığının qorunması  məqsədləri ilə ziddiyyətlərini təsvir etməyə kömək edən təsir, 
təzad və sinergizm matrisləri.  

 
Ətraf mühitin vəziyyətində ehtimal olunan dəyişiklikləri, başqa sözlə,  ətraf mühitin 
vəziyyətində yaranmış  təzyiq nəticəsində ortaya çıxan tendensiyaları  təsvir edə bilən 
tendensiya təhlilləri və ekstrapolyasiya. 

 
Təşəbbüslərin həyata keçirilməsinin müəyyən bir əraziyə təsirlərini, eləcə də kumulyativ 
və sinergik təsirləri müəyyən etməyə kömək edən GIS və layların üst-üstə yerləşdirilməsi  

 
Təklif edilən variantlar çərçivəsində daxil olan və  məxaric olunan resurs axınlarını 
hesablamağa kömək eədn istismar dövrü qiymətləndirmələri. 
 29.  Qərarın qəbulu üçün əsas alternativlərin müqayisəsinin n sadə üsulu onların müsbət 
təsirlərinin (mənfəətlərini) və mənfi təsirlərinin (problem və ya risklər) təsviri və onlar haqqında 
aydın təsəvvürün  əldə edilməsidir. Belə müqayisə  hər bir halda qısa-qeyri-texniki icmalın bir 
hissəsi kimi tələb olunur. Variantların müqayisəsini asanlaşdıran digər texnikalar aşağıdakılardır:  

 
Təklif edilən alternativlərin və ya onların müvafiq ekoloji məqsədlərinin təsirlərini təsvir 
edən matrislər  

 
Təklif edilən alternativləri və ya onların təsirlərinin təsəvvür edilməsinə imkan yaradan 
GIS və layların üst-üstə yerləşdirilməsi  

 
Alternativ variantları bir neçə meyara əsasən qiymətləndirə  və bu ayrı-ayrı 
qiymətləndirmələri bir ümumi qiyətmətləndirmədə birləşdirə bilən çoxmeyarlı təhlil. 

 
Təklif edilən strategiyanın icrasından irəli gələn mənfəət və onun müəyyən müddət 
ərzində  həyata keçirilməsi üçün tələb olunan xərclər arasında nisbəti öyrənməyə imkan 
verən xərc-gəlir təhlili  

 
Təklif olunan alternativlərin material və enerji axınlarına təsirini təsvir edə bilən istismar 
dövrü qiymətləndirməsi. 

 
Ətraf mühit şərtlərinin simulyasiyası ilə  təsirlənin həcmini müəyyən edə bilən proqnoz 
modelləşdirməsi 
 30. Strateji səviyyədə  həyata keçirilən bütün təhlillərdə qaçılmaz surətdə ortaya çıxan qeyri-
müəyyənliklər nəzərə alınmaqla, hər zaman həssaslı təhlilinin aparılması tələb olunur. Belə təhlil 
ehtimalların dəyişməsinin səbəb olduğu təsirləri sınaqdan keçirməyə  və beləliklə, 
qiymətlədirmənin düzgünlüyünü dəyərləndirməyə imkan verir. 
 31.  A5.1  Əlavəsində seçilmiş metodlar haqqında daha ətraflı  məlumat verilir. Aşağıda  А5.1 
cədvəlində bu metodların spesifik xüsusiyyətləri əks olunur. 
 
 

 
 
118 
 
Cədvəl A5.1: Əsas analitik vasitələrin icmalı SEQ prosesi çərçivəsində tətbiqi  
 
SEQ prosesi çərçivəsində 
tətbiq 
Əsas xüsusiyyətlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Analitik alətlər 
 
Prob
le
ml
ərin
 v
ə t
əsi
rl
ərin mü
əyy
ən
 edilm
əsi
 
Ko
nte
ks
t v
ə i
lkin 
m
əl
um
atlar
ın t
əhlili
 
Alternativ

rin
 ha

rla
nma

na y
ard
ım 
T
əsirl
ərin
 qiym
ətl
əndirilm
əsi 
 
Q
ərar
 q
əbu
lu
 m
əqs
ədi il
ə va
ri
an
tla


müqayis
əsi 
M
əlum
ata olan
 tə

bat
 
V
əsait v
ə vax
tla 
ba
ğl
ı t
əl
əbl
ər 
İctim
ai
yy
ət üç
ün
 şə
ffa
fl
ıq 
Qe
yr
i-
m
üə
yy
ənl
ik

ri
n ö
hd
əsin

n g
əl
ə bilm
ək 
 
Sa
ğla
ml
ıq prob
le
ml
ərini
n h
əll edil
ə bil
m
əsi
 
Ekoloji, hüquqi və siyasi 
ekspertiza 
 
 
 
 
 

$
 
 
 XX 
SWOT təhlili 
 
 
 
 
 

$
 
 
 
XX 
Yaddaş siyahıları 
 
 
 
 
 

$
 
 
 

Matrislər 
 
 
 
 
 

$
 
 
 

Qərar ağacları, təsir sxemləri 
 
 
 
 
 

$
 
 
 XX 
Layların üst-üstə yerləşdirilməsi 
və GIS 
 
 
 
 
 
00 
$$
 
 
 X 
Tendensiyaların təhlili və ya 
ekstrapolyasiya 
 
 
 
 
 

$
 
 
 

Kollektiv ekspert 
qiymətləndirməsi 
 
 
 
 
 

$
 
 
 
XX 
Modelləşdirmə 
 
 
 
 
 
00 
$$
 
 
 

Ssenarilərin hazırlanması 
 
 
 
 
 
00 
$$
 
 
 
XX 
İstismar dövrü qiymətləndirilməsi   
 
 
 
 
00 
$$
 
 
 
 
Xərc-gəlir təhlili  
 
 
 
 
00 
$$
 
 
 
 
Çoxmeyarlı təhlil  
 
 
 
 
00 
$$
 
 
 

 
Açar: 
Tətbiq 
 
Tətbiq edilə bilər 
Məlumata olan tələbat 0 
Daha 
az 
 00 
Daha 
çox 
Vəsait və vaxt tələbi $ 
Daha 
aşağı 
 $$ 
Daha 
yuxarı 
İctimaiyyət üçün şəffaflıq 
 
Aşağı 
 
 
Orta 
 
 
Yüksək 
Qeyri-müəyyənliklərin öhdəsindən gələ 
bilmək  
 
 
Qabil 
Sağlamlıq problemlərinin həll edilə bilməsi 
 
X Aşağı 
 XX 
Yüksək 

 
 
119 
 
A5.4 ƏSAS İCTİMAİ İŞTİRAK ALƏTLƏRİNİN İCMALI 
32. Protokolda ictimaiyyətin məlumat və konsultasiyalarda iştirak imkanının təmin edilməsi 
üçün ən vacib tələblər müəyyən edilir (bax: Bölmə A4.3). Bu müddəalar ətraf mühitə təsirlərin 
qiymətləndirilməsi üçün irəli sürülən tələbləri xatırlada bilər. Lakin qeyd etmək vacibdir ki, bəzi 
strateji ekoloji qiymətləndirmələrin miqyası,  əhatə dairəsi və  səviyyəsi SEQ çərçivəsində 
praktiki ictimai iştirak tədbirlərini ƏMTQ-dən əsaslı surətdə fərqləndirə bilər.  
33. Böyük ehtimalla SEQ çərçivəsində ictimaiyyətin iştirakı müxtəlif  əhali təbəqələrinin cəlb 
edilməsini nəzərdə tutacaq. Bəzi SEQ-lərin mürəkkəb mahiyyəti sadəcə problemlərin aşkara 
çıxarılmasına deyil, problemin həllinə yönəlmiş debatların təşkili metodlarından istifadəni tələb 
edir. SEQ-in bu aspektinin inkişaf etdirilməsi yaxın bir neçə il üçün çətin vəzifə təşkil edəcək.  
34. Həddən artıq inkişaf imkanı yaratmaqla ictimaiyyəti çaşdırmamaq üçün seçilmiş metodlar 
imkan dairəsində ictimaiyyətin eyni vaxtda həm SEQ, həm də plan, yaxud proqramın 
hazırlanması prosesi çərçivəsində  iştiraka cəlb edilməsinə imkan verməlidir. Bu alətlər 
aşağıdakılardan ibarət ola bilər:  

 
Məlumatın təmin edilməsi.  

 
Rəylərin toplanması.  

 
Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin birgə problem həlli prosesinə cəlb edilməsi.  
35. İctimai iştirakın təmin edilməsi üçün çoxsaylı alətlər mövcuddur və bu müxtəlif metodlar çox 
vaxt cüzi dərəcədə adaptasiya olunduqlarına görə bir-birlərindən fərqlənirlər.  Ən çox istifadə 
olunan alətlər A5.2 cədvəlində ümumi cizgilərlə təsvir olunur və A5.2 Əlavəsində ətraflı surətdə 
müzakirə olunur. 
 36.  Həssas qrupların və  fərdlərin qeyri-adekvat resursları  və potensialı onların iştirakını 
məhdudlaşdıra bilər, buna görə bütün ictimaiyyətin iştirakını asanlaşdırmaq məqsədi ilə 
ictimaiyyətin cəlb edilməsi üçün münasib metodun seçilməsinə diqqət yetirilməlidir. Həssas 
qrupların seçilmiş alətdən istifadəsi çətin olarsa, SEQ-də yalnız daha çox resurslara malik 
qrupların və  fərdlərin iştirak riski ilə yanaşı onların mövqelərinin bütövlükdə ictimaiyyətin 
problemlərini əks etdirməməsi təhlükəsi də yaranır. 
 
 
 
 
 
 
 
 

 
 
120 
 
Cədvəl A5.2: Əsas ictimai iştirak alətlərinin icmalı 
 
İmkan verir... 
Əsas xüsusiyyətlər 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İctimai iştirak alətləri 
 
 
M
əlumat
ın t
əmin
 ed
il
m
əsi
 
 
R
əyl
ərin t
opl
an
mas
ı 
 

şt
ər
ək pr
ob
le
m
 h
əlli 
 
 
Ad
ət
ən t
ət
bi
q üç
ün
 tə

b ol
un
an x
ərc 
 
Pro
bl
eml
əri h
əll etm
ək b
acar
ığ
ı 
 
R
əy
in bi
ld
ir
il
m
əsi
ni
n asanl
ığ
ı 
 
Rəylərin bildirilməsinə dəvət 
üçün bir sıra çap materialları 
 
 
 
 $ 
  
Təqdimatlar və sərgilər 
 
 
 
 
 

 
 
 
Əməkdaşların iştirakı ilə təqdimat 
və sərgilər 
 
 
 
 
 
$$ 
 
 

Məlumat xidməti üçün qaynar 
xətt 
 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin