Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə20/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

Metod Xərc-Gəlir təhlili
66
 
Təsvir Xərc-gəlir təhlili xərc və  gəlirləri pulla ifadə etməklə müqayisə edir. Gəlir 
ictimai rifahı artıran, xərc isə azaldan amil kimi müəyyən edilə bilər. Öz 
növbəsində ictimai rifah insanların nəyə üstünlük verməsi ilə müəyyən edilir. 
                                                      
66
 Bu təsvir mənbələr siyahısında göstərilən Birləşmiş Krallıqda hazırlanmış hesabatdan götürülmüşdür. 
 

 
 
196 
 
Nələrə üstünlük verildiyi ya seçimlər və bazar davranışı, ya da anket (bazar 
araşdırması) prosedurları ilə  aşkar olunur. Üstünlüyün nəyə verildiyi fərdin 
imtiyaza, yaxud xərclərdən yayınmaq, ya da çəkilmiş xərclərə və ya itirilmiş 
mənfəətə görə kompensasiya qəbul etmək arzusu ilə ölçülür. Bu WTP 
(Ekoloji mənfəətə görə ödəniş etmək istəyi)  и WTA (Ekoloji ziyana görə 
kompensasiya qəbul etmək istəyi) konsepsiyaları "istehlakçı qazancı"nı 
hesablamağa kömək edir. Xərclər çıxılmaqla, mənfəətin artırılması  məqsədi 
və ya mənfəətin xərcləri ötməsi məqsədi iqtisadi səmərəlilik konsepsiyasının 
kökündə dayanan amildir. Bu konsepsiyanın ümumi məqsədi isə verilən 
iqtisadiyyat daxilində ictimai rifahın maksimum dərəcədə artırılmasıdır.  
 
Bir çox hallarda WTP bazar davranşından aşkar edilə bilər, zərərlər isə 
birbaşa hesablana bilər. Havanın çirklənməsinin taxılın bolluğuna təsiri buna 
misal ola bilər. Onlar arasındakı qarşılıqlı  əlaqəyə eksperimental və sahə 
müşahidələri ilə  zəmanət verilir və bu əlaqə funksional "doza- cavab 
reaksiyası" asılılığı kimi tanınır. Bəhərin azalması məhsulun bazar qiyməti ilə 
ölçülə bilər. "Doza- cavab reaksiyası" funksiyası  və bazar qiymətinin bu 
kombinasiyası istehsalat funksiyası yanaşmasının bir nümunəsidir.  
 
Digər hallarda istinad edilə biləcək bazar mövcud deyil. Müəyyən edilmiş 
seçimlərin təhlili "surroqat bazarlarda", bəzi  ətraf mühit elementlərini  əhatə 
edən məhsul və xidmət bazarlarında yoxlanılır. Buna misal mənzil, bazar isə 
mənzil bazarı ola bilər. Hər bir mənzilə qiymətinə  təsir edən  əlamət və 
xüsusiyyətlərin boğçası kimi baxılır. Atributlar sırasına sakitlik və dinclik, 
yaxud hava çirklənməsi daxil ola bilər. Mənzil qiymətlərinin  əlamətlərinə 
əsasən reqressiyası statistikası vasitəsi ilə "gedonist qiymət əmsalı" müəyyən 
edilə bilər. Beləliklə, bir çox araşdırmalar hava çirkliliyi, xoşagəlməz mühit, 
səs-küy və ev qiymətləri arasında  əhəmiyyətli  əlaqəlilik aşkar etmişdir. 
Məlumatların gedonist qiymətlərin gəlirə müvafiq qaydada necə  dəyişdiyini 
və s. əks etdirən  əlavə manipulyasiyası küyün azaldılması üçün WTP ölçü 
meyarlarını müəyyən edir və s. Adıçəkilən üstünlüyün müəyyən edilməsi 
metodları surroqat bazarlar tərəfindən müəyyən edilə bilməyən seçimləri 
aşkar etmək üçün anketlərdən istifadə edirlər. Prinsip etibari ilə anketlər yeni 
və ya dəyişdirilmiş  məhsullar üçün ənənəvi bazar araşdırlması ilə  bənzərdir. 
Ehtimal qiymətləndirməsi metodu birbaşa hansı insanların ödəməyə hazır 
olduqları, yəni WTP ‘X’ olduqlarına dair sual verir, burada X – müəyyən bir 
ilkin məbləği bildirir. Ehtimal qiymətləndirməsi metodu (və ya birgə  təhlil) 
əsasında sıralama alternativləri müvafiq qaydada yerləşdirir və onlardan 
birinin pul dəyərini müəyyən edir. 
Seçilmiş analitik alətlərin təsviri Bu üsul fərdin ödəmək istəyini bu haqda 
verilən cavablardan daha yaxşı əks etdirir. 
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 
 

 
Təsirlərin qiymətləndirilməsi.  

 
Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 
Üstünlüklər 

 
Xərc-gəlir təhlili geniş istifadə edilən və tanınan metoddur. 

 
qərarın qəbuluna görə cavabdeh şəxslər üçün asan başa düşülən (pulla 
ifadə edilmiş) məlumat təmin edir.  

 
Başqa yolla müqayisəsi çətin olan təsirlərin müqayisə edilməsinə 

 
 
197 
 
imkan verir, məsələn, landşaftla bağlı dəyər itkisinin avtomobil 
sürücüləri üçün vaxt qənaəti ilə müqayisəsi.  
 
Mənfi cəhətlər 

 
Gəlir-xərc təhlilində çoxsaylı mübahisəli məsələlər mövcuddur, o 
cümlədən müvafiq endirim dərəcələri, gələcək xərclərin 
azaldılması, cari netto dəyər üzrə imtiyazlar, sağlamlığın, ekoloji 
məhsul və xidmətlərin qiymətləndirilməsi.  

 
Xərc-gəlir təhlilində istifadə olunan şərti qiymətləndirmə kimi 
metodlarla  əlaqədar çoxsaylı texniki çətinliklər və mübahisələr 
mövcuddur. 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 

 
Birləşmiş Krallığın  Ətraf Mühit, Nəqliyyat və Regionlar üzrə 
Nazirliyi, Ekoloji qiymətləndirmə üzrə texniki təlimatın icmalı: 
EFTEC (Ətraf mühit sahəsinin konsultantları üçün iqtisadiyyat) 
tərəfindən hazırlanmış hesabat (1998).  

 
Anthony Boardman, David Greenberg, Aidan Vining, David Weimer, 
Xərc mənfəət təhlili: Konsepsiyalar və Praktika, 3-cü nəşr (Upper 
Saddle River, Nyu-Cersi, Prentice Hall, 2006). 

 
J. Dixon, L. Fallon Scura, R. Carpenter və P. Sherman, Ətraf mühitə 
təsirlərin iqtisadi təhlili (London, Earthscan, 1994).  

 
N. Hanley və C. Spash, Xərc-gəlir təhlili və  ətraf mühit (Çeltenhem, 
Birləşmiş Krallıq, Edward Elgar, 1993).  

 
E. Mishan, Xərc-gəlir təhlili (London, "Allen and Unwin", 1988). 

 
D. W. Pearce, D. Whittington, S. Georgiou və D. James, Layihə  və 
siyasətlərin qiymətləndirilməsi:  İqtisadiyyat və Ekologiyanın 
inteqrasiyası (Paris, İƏİT, 1994). 

 
“Risk and Policy Analysts Ltd”, Ekoloji xərc və  mənfəətlərə dair 
tövsiyə  sənədi,  Ətraf Mühitin Mühafizəsi Agentliyi üçün hesabat, 
yanvar 1998. 

 
J. Winpenny, Ətraf mühit layihələrinin və siyasətlərin iqtisadi 
qiymətləndirməsi (Paris, İƏİT, 1995). 
 
 
Metod Çoxmeyarlı təhlil (MCA) 
Təsvir Çoxmeyarlı  təhlil (MCA) alternativ variantları bir neçə meyara əsasən 
qiymətləndirilməsinə  və bu ayrı-ayrı qiymətləndirmələrin bir ümumi 
qiymətləndirmədə birləşdirildməsinə imkan verən planlaşdırma metodudur. 
Təhlilin nəticələri üstünlük verilən, yaxud əksinə qeyri-məqbul alternativlərin 
seçilməsi, eləcə də ətraflı təhlil edilməli olan alternativlərin siyahısı qısaltmaq 
üçün istifadə edilə bilər  
 
Çoxmeyarlı  təhlil qiymətləndirməni ballara çevirməklə bu mürəkkəbliyi 
aradan qaldırmağa kömək edir. Bütün çoxmeyarlı  təhlil yanaşmaları 
meyarların nisbi çəkiləri və  səmərəlilik qiymətləndirmələri ilə ifadə edilmiş 
mülahizələri özlərinə birləşdirilər. Çoxmeyarlı təhlil çərçivəsində atılmalı olan 
ənənəvi addımlar aşağıdakılardır:  
 
1. Qiymətləndirmə meyarlarını müəyyən edin. Onlar müvafiq məqsədlər və ya 
onların ehtimal edilən təsirlərinə  əsasən təklif edilən alternativ variantların 
əsas nəticələrini müəyyən edə bilərlər. Aşağıdakıların təmin edilməsi məqsədi 
ilə təklif edilən meyarları diqqətlə nəzərdən keçirin: 

 
 
198 
 

 
Meyarların siyahısı tamdır (çatışmayan əhəmiyyətli meyar yoxdur).  

 
Artıq meyar yoxdur (bura əhəmiyyətsiz meyarlar və ya bütün 
variantlar bərabər nisbətdə cavab verdiyi meyarlar daxil ola bilər).  

 
Meyarların ölçülə bilməsi (meyarlar heç olmasa keyfiyyət 
qiymətləndirməsi aparmağa imkan verməlidirlər - hər bir variant 
sözügedən meyarla bağlı hansı göstəriciyə malikdir). 

 
Meyarlar bir-birlərindən asılı deyil (bu, eyni təsirin iki dəfə 
hesablanmasının qarşısını alınır)  
2. Meyarların nisbi əhəmiyyətini (nisbi çəkisini) təhlil edin. Əksər çoxmeyarlı 
təhlil metodları qərar qəbulu zamanı hər bir meyarın nisbi çəkisinin müəyyən 
edilməsinə imkan verir. Nisbi çəkilərin müəyyən edilməsi metodları sadə 
(nisbi çəkinin müəyyən edilməsi üçün meyarların bir-birləri ilə müqayisəsi) 
və mürəkkəb (təsirə  məruz qalmış icma daxilində  hər bir meyarın 
əhəmiyyətinin müəyyən edilməsi üçün sosioloji sorğuların keçirilməsi) 
olmaqla bir-birlərindən fərlqənirlər.  
 
3. Səmərəlilik göstəricilərinin təhlili (balların hesablanması). Səmərəlilik 
göstəricilərinə görə ballar müəyyən edilməmişdən  əvvəl, verilən kontekst 
daxilində ən yüksək və ən aşağı səmərəliliyin nə olduğu dəqiqləşdirilməlidir. 
Ballar üç əsas üsulla müəyyən edilə bilər:  
 

 
Hər bir variant üçün balların verilməsi ilə (məsələn, 0-100 bal şkalası 
üzrə) Ekspert rəyləri vasitəsi ilə birbaşa sıralanma.  

 
Meyar üçün səciyyəvi funksiyaya əsasən  ən pisdən ən yaxşıya doğru 
təcridi irəliləyişi müəyyən edən səmərəlilik göstəricisinin müəyyən 
edilməsi.  

 
Variantların göstəricilərinin bir-birləri ilə müqayisəsi Sadə - 
variantların səmərəliliklərinə görə sadə  sıralamanması (məsələn, 1-ci 
meyar üzrə A variantının balı daha çoxdur, B ikinci C, üçüncüdür) - və 
mürəkkəb hesablamaların daxil olduğu metodlar müxtəlifdir. 
 
 4.  Hər bir variantın nisbi çəkisinin bala vurulması  və ümumi qiymətin 
alınması. Hər bir variantın müəyyən meyar üzrə göstəricisi müvafiq müyarın 
nisbi çəkisini vurulur — bu bütün meyarlar üçün tətbiq olunur. 
Alınan nəticə verilən variantın ümumi nisbi balını müəyyən edir. Bütün 
variantların nəticələri müqayisə və müzakirə olunur.  
 
5. Meyarların nisbi çəkisinin və ya balların dəyişməsinə  həssaslığın təhlili. 
Həssaslı bal və  çəkilərdəki dəyişikliklərin çoxmeyarlı  təhlilin nəticələrinə 
necə  təsir etdiyini göstərir. Belə  təhlillər aşağıdakı hallarda əhəmiyyətli ola 
bilər:  

 
Bəzi variantların seçilmiş meyarlar üzrə  səmərəlilik göstəriciləri ilə 
bağlı ciddi qeyri-müəyyənliklər mövcuddur,  

 
yaxud qərar qəbuluna görə cavabdeh şəxslər və ya maraqlı  tərəflər 
çoxmeyarlı  təhlildə istifadə olunan meyarların nisbi çəkiləri barədə 
mübahisə etdikdə. 
 
SEQ-in 
üstünlükləri 
çərçivəsində 
ənənəvi tətbiq 

 
Təsirlərin qiymətləndirilməsi. 

 
 Alternativlərin hazırlanmasına və müqayisəsinə töhfə. 

 
 
199 
 
 
Üstünlüklər 

 
Çoxmeyarlı təhlil eyni vaxtda müxtəlif meyarları nəzərə alır ki, bu, 
vahid bir meyara əsaslanan ənənəvi qərar qəbulu prosesi çərçivəsində 
qeyri-mümkündür.  

 
Çoxmeyarlı təhlil qiymətləndirmə çərçivəsində müxtəlif maraqlı 
tərəflərin fikirlərinin bir araya gətirilməsi üçün istifadə edilə bilər. 

 
Çoxmeyarlı təhlil şəffaf və dəqiqdir (ballar və nisbi çəkilər qeyd 
edilir), auditi asandır.  

 
Çoxmeyarlı təhlil qərarın qəbuluna görə məsul şəxs(lər) və bəzən daha 
geniş ictimaiyyətlə ünsiyyətə kömək edə bilər 
 
Mənfi cəhətlər 

 
Çoxmeyarlı təhlil təklif edilən alternativ variantların mənfi və müsbət 
cəhətləri haqqında rasional mübahisəni mücərrəd rəqəmlərin (bal və 
çəkilər) müzakirəsinə çevirir.  

 
Çoxmeyarlı  təhlil metodu ilə çox təzadlı  qərarlarla bağlı konsensus 
əldə edilməsinə imkan vermir. 

 
Kəmiyyət məlumatı (ümumi ballar) təqdim etməklə, çoxmeyarlı təhlil 
dəqiqlik barədə yanlış  təəssürat oyada bilər, baxmayaraq ki, 
çoxmeyarlı  təhlilin tətbiqi subyektiv qiymətləndirmələrdən çox 
asılıdır;  

 
Çoxmeyarlı  təhlilə yaxşı  bələd olanlar nəticələri manipulyasiya edə 
bilərlər (məsələn, adətən çoxmeyarlı  təhlildə istifadə edilən adi 
həssaslıq təhlili nəticələrə daha çox təsir edən amilləri göstərir; bu 
bilgi başqa ümumi qiymətin alınması üçün istifadə oluna bilər). 
 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
 Birləşmiş Krallıq, İcma və yerli hakimiyyət departamenti, Çoxmeyarlı təhlil: 
Tədris vəsaiti (London, 2009), aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.communities.gov.uk/publications/corporate/multicriteriaanalysism anual
 
 
Çoxmeyarlı  qərarların təhlili jurnalı ("John Wiley & Sons"), elektron jurnal 
yalnız abunə yolu ilə  əldə edilə bilər. Daha ətraflı  məlumat aşağıdakı 
ünvandan 
əldə edilə bilər: 
http://onlinelibrary.wiley.com/journal/10.1002/(ISSN)1099-1360

 
 Birləşmiş Krallığın  Ətraf Mühit, Nəqliyyat və Regionlar üzrə Nazirliyi, 
Ekoloji qiymətləndirmə üzrə texniki təlimatın icmalı: EFTEC (Ətraf mühit 
sahəsinin konsultantları üçün iqtisadiyyat) tərəfindən hazırlanmış hesabat 
(1998). 
 
 

 
 
200 
 
  
Əlavə A5.2 
 
SEÇİLMİŞ İCTİMAİYƏTİN CƏLB EDİLMƏSİ 
ALƏTLƏRİNİN TƏSVİRİ 
 

 
 
201 
 
 Bu əlavə aşağıdakı metodları təqdim edir:  

 
Rəylərin bildirilməsinə dəvət üçün çap materialları  

 
Təqdimat və sərgilər.  

 
Məlumat xidməti üçün qaynar xətt/ Əməkdaşların cəlb olunduğu telefon xətləri 

 
İnternet vasitəsi ilə konsultasiyalar  

 
Anketlər və rəy vərəqələri. Sorğular. İctimai dinləmələr.  

 
Seminarlar. 

 
Məsləhətçi komitələr 
Metod Rəylərin bildirilməsinə dəvət üçün çap materialları 
Təsvir Çap 
materialları - SEQ, plan və ya proqramın layihəsi haqqında məlumatın 
təmin edilməsi və ictimaiyyətə açıqlanması, yaxud ictimaiyyətin iştirak 
prosesi haqqında məlumatlandırılması üçün ən asan yoldur. Çap 
materiallarının  ən çox istifadə edilən növlərinə informasiya bülletenləri, 
reklam vərəqələri, broşurlar, problemlər barədə hesabatlar, məruzələr, 
araşdırmalar və s. daxildir. Onlar bir dəfə istifadə üçün nəzərdə tutula və ya 
seriya  şəklində  nəşr edilə bilərlər (məsələn, xəbər bülletenləri). Çap 
materialları paylaşdırıla, xüsusi poçt siyahısına  əsasən göndərilə, yaxud 
kommunal haqlar üçün qaimə, tariflər haqqında məlumat, yaxud digər daimi 
göndərilən poçt hesablarına "hesab əlavələri" kimi qoşula bilərlər.  
 
Çap materiallarının məqsədi maraqlı  tərəflərin geniş dairəsini plan və ya 
proqramın hazırlanması, eləcə  də qiymətləndirmə prosesi və ya sənədlər 
haqqında asan başa düşülən mətn və qrafik formada məlumatlandırmaqdır.  
 
Paylaşdırılan, poçt qutusuna atılan, poçt vasitəsi ilə yayılan, yaxud başqa 
materiallarla birlikdə göndərilən çap materialları məlumatlılığn artırılmasının 
və hər hansı sual və ya təkliflə bağlı rəylərin alınmasının ən geniş yayılmış və 
məşhur üsuludur. Mövcud büdcə, digər alətlərdən və açıqlama metodlarından 
istifadə hansı növ çap materiallarının ehtiyacınıza daha çox cavab verdiyini 
müəyyən edir. 
 
Üstünlüklər 

 
Çap materialı poçt göndərişləri və ya ödənişsiz sərgilər vasitəsi ilə 
geniş kütlələrə çatdırıla bilər. 

 
Belə materiallara daxil edilmiş  rəy vərəqələri və ya anketlər 
münasibətin öyrənilməsinə imkan verə bilər.  

 
İctimaiyyətin iştirakı prosesinə yardım edə bilər.  

 
Paylamaq və daşımaq asan olduğundan çap materialları  qənaətcil 
ictimai açıqlama vasitəsi ola bilər  

 
Mövcud poçt siyahılarına əlavələrin edilməsi ilə kiçik xərclər hesabına 
paylaşdırıla bilər  

 
Geniş auditoriyanı  əhatə etmək və ya xüsusi qruplara ünvanlanmaq 
potensialına malikdir.  

 
Daimi əlaqə, məlumatlar yenilənə bilər.  
 

 
 
202 
 
Mənfi cəhətlər 

 
Əksər çap materialları ilə bağlı problem bundan ibarətdir ki, mürəkkəb 
konsepsiyaların izah edilməsi üçün kifayət qədər yer olmur.  

 
Dizayn, mətnlərin,  şəkillərin hazırlanması, redaktəsi, çap edilməsi və 
broşur halına salınması üçün vaxt tələb olunur.  

 
Materialların oxunacağına zəmanət verilmir - makulatura hesab oluna 
bilər.  

 
Poçt göndərişləri halında çap materialların oxunacağına dair zəmanət 
poçt ünvanlarının siyahısından asılıdır: siyahı vaxt, enerji və kağız 
itkisinin qarşısının alınması  məqsədi ilə müntəzəm olaraq 
yenilənməlidir 

 
Seçilmiş ictimaiyyətin cəlb edilməsi alətlərinin təsviri  

 
Materialın zahiri görünüşü maraqlı ola bilər, lakin gözü narahat 
etməlidir. Digər çoxsaylı reklam vərəqələri və hesab əlavələri arasında 
gözdən qaça bilər (hesab əlavəsi kimi göndəriş halında, materialın 
oxunmadan atılmamasını  təmin etmək üçün rəngli kağızdan, iri 
başlıqlardan istifadə edə bilərsiniz)  

 
Vizual elementlərin istifadə olunmadıqda, çətin başa düşən insanlar 
üçün anlaşılmaz ola bilər.  

 
Məlumat anlaşılmaya və ya düzgün yozumlanmaya bilər.  
 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Beynəlxalq İctimai İştirak Assosiasiyası IAP2 İctimai İştirak Alətləri 
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.iap2.org/

 
 
 
 
Metod Təqdimatlar və sərgilər 
Təsvir Bu 
alətlər və ya tədbirlər layihə haqqında məlumatın təqdim edilməsi və ya 
xüsusi məsələlər barədə  məlumatlılıq dərəcəsini artırmaq üçün nəzərdə 
tutulur. Təqdimatlar interaktiv ola və forum, seminar, sərgi, konfrans və ya 
başqa tədbirlərin bir hissəsi kimi istifadə edilə bilər. Təqdimatlar və sərgilər 
məsələn, qısa sualların daxil olduğu blanklar vasitəsi ilə qarşı  tərəfin 
münasibətini öyrənmək üçün imkanlar yarada və  aşağıdakıları özündə 
birləşdirə bilər: rəsmlər, modellər, xəritələr, afişalar, hər hansı bir hadisəni, 
təklifi və ya sualı təsvir edən digər vizual və audio informasiya təqdimatları. 
İnteraktiv təqdimatlar ideyaların yazıla biləcəyi xüsusi lövhələrlə
iştirakçıların öz qeydlərini və suallarını yaza biləcəyi kartlarla və plakatlarla 
təchiz edilə bilər. 
 
 Təqdimatlar və sərgilər təklif və ya layihə haqqında daha dəqiq təsəvvürlərin 
yaranmasında kömək edir. Bu metodlarla ictimaiyyətlə qarşılıqlı ünsiyyət 
imkanı yaradır, plan yaxud proqramın hazırlanması, eləcə də qiymətləndirmə 
zaman istifadə edilə biləcək ictimai rəylərin toplanmasını təmin edir.  
 
Əvvəlcədən nəzərə alınmalı olan başlıca məsələlərə, metodların hazırlanması 
və yerinə yetirilməsi üçün atılmalı olan addımlara daxildir:  
 

 
İştirakçıların sayının çox olmasını  təşviq edilməsi üçün tarix və 

 
 
203 
 
məkanın seçilməsi (adətən istirahət günləri, rəsmi bayramlar/ticarət 
mərkəzləri/ictimai yerlər)  

 
Tədbir/məsələ barədə  ətraflı  məlumatın verilməsi üçün bir sıra 
sərgilərin/təqdimatların təşkil edilməsi. 

 
Məsələnin/ hadisənin mənfi təsir göstərəcəyi güman edilən əhalinin ən 
sıx məskunlaşdığı ictimai yerlərdə sərginin/təqdimatın keçirilməsi. 

 
Nəzərdən keçirilən məsələnin önə çəkilməsi ilə tədbir haqqında elanın 
verilməsi, ictimaiyyətə bu barədə məlumatın açıqlanması 

 
Təqdimatın/sərginin açıq olduğu saatların elan edilməsi. 

 
Quraşdırılma işləri üçün adekvat vaxt müddətinin ayrılması 

 
.  İşçi heyətinin düzgün komplektləşdirilməsinin təmin edilməsi, 
konüllülərin işə  cəlb edilməsi variantının, sığorta və  təhlükəsizlik 
məsələlərinin nəzərə alınması  

 
İştirakın asanlaşdırılması  və sualların cavablandırılması üçün 
koordinatorların təmin edilməsi. 

 
Rəylərin tutuşdurulması və nəticələrin dərc olunması. 
 
Üstünlüklər 

 
Alət ictimaiyyətin diqqətini hər hansı məsələyə yönəldir. 

 
 KİV-in marağına səbəb ola və beləliklə auditoriyanı genişləndirə 
bilər.  

 
Müxtəlif səviyyələrdə məlumat mübadiləsinin aparılmasına imkan 
verir.  

 
Alınan rəylər əsasında mövqelərin və icma məsələlərinin mənzərəsini 
yaradır.  

 
İnsanlar bu sərgilərə özləri üçün münasib zamanlarda, asudə 
vaxtlarında baş çəkə bilərlər. 

 
 İstifadə olunacağı təqdirdə qrafik təsvirlər insanlara təklifi əyani 
surətdə təsəvvür etməyə kömək edə bilər. 
 
Mənfi cəhətlər 

 
Alət iştirakın və yazılı  rəylərin təşviq edilməsi üçün kuratorun 
mövcudluğunu tələb edir.  

 
Suallara cavab vermək və ya rəyləri toplamaq üçün əməkdaş 
ayrılmayacağı təqdirdə, məlumat tam anlaşılmaya yaxud yanlış yozula 
bilər. 

 
 İctimaiyyət iştirak üçün ruhlandırılmalıdır 

 
. Qeyri-peşəkarlıqla həyata keçirildiyi təqdirdə, təklifin nüfuzuna xələl 
gətirə bilər. 
 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Beynəlxalq  İctimai  İştirak Assosiasiyası IAP2 İctimai  İştirak Alətləri 
Komplekti (2000), aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.iap2.org/

 
 Birləşmiş Ştatlar Nəqliyyat Departamenti, Federal Avtomobil Yolları İdarəsi 
“İctimaiyyətin Nəqliyyat sahəsində  Qərar qəbulu Prosesinə  Cəlb edilməsi 
Texnologiyaları: Nəqliyyat yarmarkaları” (1997), 
http://www.fhwa.dot.gov/reports/pittd/tranfair.htm.
 ünvanından əldə edilə bilər.  
 
Nick Wates, İctimai Planlaşdırma üzrə  Rəhbər Sənəd (London, Earthscan, 
2000). Yalnız ingilis dilində  aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.communityplanning.net/toolkits/UrbanGovToolkitsCPH.pdf
.  
 

 
 
204 
 
 
 
 
Metod Məlumat xidməti üçün qaynar xətt/ Əməkdaşların cəlb olunduğu telefon 
xətləri 
Təsvir Məlumat xidmətinin qaynar xətti telefon vasitəsi ilə planlaşdırma sənədi və ya 
hər hansı  məlumat haqqında  əvvəlcədən lentə yazılmış  məlumat və/və ya 
suallara cavab və ya əlavə  məlumat verə biləcək SEQ komandası üzvləri, 
yaxud plan və ya proqramı hazırlayan şəxslərlə əlaqə saxlamaq imkanı yaradır 
Məqsəd məsələ ilə bağlı  məlumat almaq istəyənlər və ya əlavə bilgi təqdim 
edə biləcək şəxslər üçün dəqiq və mütəmadi məlumatların çatdırılmasıdır.  
 
Əməkdaşların cəlb olunduğu telefon xətti xidməti konkret plan və ya 
proqramın hazırlanması və qiymətləndirilməsi müddətində ictimaiyyət və plan 
və ya proqramı hazırlayanlar arasında körpü rolu oynaya, beləliklə 
ictimaiyyətə prosesin fəal iştirakçısı olduğunu hiss etdirə bilər. Tətbiq üçün 
əsas addımlar:  

 
Qeyd edilməli olan məlumatın və məlumatların yenilənməsi qrafikinin 
müəyyən edilməsi.  

 
Məsələn, müxtəlif dəftərxana materialları afişa və ya yapışqanlı 
etiketllər vasitəsi ilə telefon nömrəsi haqqında məlumatın verilməsi. 
KİV vasitəsi ilə  əlaqə nömrəsi haqqında məlumatın verilməsi. 
Nömrənin mətbuatda reklam edilməsi və bütün təbliğat materiallarında 
əks olunmasının təmin edilməsi. 

 
Məlumatın lentə yazılması, yaxud telefon xəttinə birləşdirilmə vasitəsi 
ilə abunəçilər üçün qaynar xətt nömrəsinin istifadəyə verilməsi.  Ən 
çox verilən suallar cavab ola biləcək məlumatların lentə yazılması.  

 
Əməkdaşın cəlb edildiyi telefon xətti xidmətindən istifadə edilirsə, 
zənglərə cavab verəcək  şəxsin təyin edilməsi. Məlumatın təmin 
edilməsi üçün təyin olunan şəxs təlimatlandırılmalı  və  təlim 
keçməlidir, hətta "çətin" abonentlərlə belə xoşrəftar telefon danışığı 
mədəniyyətinə malik olmalıdır.  

 
Yerli sakin olmayan abonentlər üçün ödənişsiz telefon nömrəsinin 
çəkilməsi.  

 
Lent yazısından istifadə edildiyi halda, daha təfərrüatlı məlumat üçün 
operatorla canlı ünsiyyətin təklif edilməsi.  

 
Zəngləri/ümumi şikayətləri/problemləri telefon jurnalında qeyd etmək 
və onları iştirak/konsultasiya prosesinə daxil etmək. 
 
Üstünlüklər 

 
Məlumat xidməti üçün qaynar xətt məlumatın sürətli sadə və effektiv 
şəkildə yayılmasına zəmanət verən sadə və ucuz üsul təklif edir.  

 
Planlaşdırma fəaliyyəti haqqında məlumat  əldə etmək üçün 
ictimaiyyətə universal xidmət təqdim edir. İctimaiyyətin məlumat əldə 
etməsi və rəy bildirməsi üçün üsulları təsvir edə bilər.  

 
Qurulma və yenilənmələr üçün məqbul qiymət təklif edir.  

 
Təşkilatın, plan və ya proqramın hazırlanması və SEQ komandasının 
ictimaiyyətə yaxın olduğu imicini yaradır. 

 
Maraqlı tərəflərdən rəylərin alınması üçün rahat üsul. Qorxuducu 

 
 
205 
 
deyil, iştirak etmək və rəy bildirmək asandır. Əlçatanlıq hissiyyatı 
yaradır. 
Mənfi cəhətlər 

 
Uğur əldə edə bilmək üçün adekvat şəkildə reklam edilməlidir.  

 
Ştatlıdırsa, çox vaxt apara və əməkdaşları digər vəzifələrin icrasından 
ayıra bilər.  

 
Təyin edilmiş  əlaqəyə görə  məsul  şəxs verilən sahədə yetərli biliyə 
malik olmalı, suallara dəqiq və peşəkarlıqla cavab verə bilməlidir. 
 
Praktiki tətbiq 
nümunələri və 
ya  əsas  əlavə 
məlumat 
mənbələri 
Səhiyyə Departamenti (Flinders Universitieti) və  Cənubi Afrika İcması 
Səhiyyə Araşdırmaları  Şöbəsi (2000) Səhiyyənin istehlakçıların iştirakı ilə 
təkmiləşdirilməsi – Təşkilatlar üçün təlimat vəsaiti. (Kanberra, Birliyin 
Səhiyyə  və Yaşlılara Qayğı Departamenti) Aşağıdakı ünvandan əldə edilə 
bilər: 
http://www.healthissuescentre.org.au/documents/ 
detail.chtml?filename_num=226533.
  
 
ABŞ-ın  Ətraf Mühitin Mühafizəsi Agentliyi, RCRA
67
,  İctimaiyyətin iştirakı 
haqqında vəsait (1996) fəsil 5 (İctimai iştirak tədbirləri); aşağıdakı ünvandan 
əldə edilə bilər: 
http://www.epa.gov/epawaste/hazard/tsd/permit/pubpart/chp_5.pdf
.  
 
Birləşmiş  Ştatların  Ətraf Mühitin Mühafizəsi Agentliyi, Çirkləndirici maddə 
tullantılarının azaldılması sistemi (NPDES) İctimaiyyətin iştirakı (2002), 
aşağıdakı ünvandan əldə edilə bilər: 
http://cfpub.epa.gov/npdes/stormwater/menuofbmps/ 
index.cfm?action=min_measure&min_measure_id=2. 
 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin