Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


Strateji ekoloji qiymətləndirmədə sağlamlıq: plan və proqramların  əhalinin sağlamlığına



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

Strateji ekoloji qiymətləndirmədə sağlamlıq: plan və proqramların  əhalinin sağlamlığına 
mümkün təsirləri 
Plan və proqramların əhalinin sağlamlığına mümkün təsirlərinin müəyyən edilməsinə kömək edə 
biləcək suallara nümunələr və bu məsələlərlə sağlamlıq arasında bilinən bağlılıqların əsaslandığı 
dəlillər haqqında qeydlər. (Suallar nümunə üçündür və müvafiq qaydada istifadə edilə  və ya 
uyğunlaşdırıla bilər.) 
                                                      
59
 
Göstərilənlərin xaricindəki dəlillər əsaslanır: Ben Cave, Peter Molyneux və Adam Coutts,
 
Sağlam davamlı icmalar: Nə nəticə verir? 
(Vellinqboro, Birləşmiş Krallıq, Milton Keyns və CənubiMidlend Səhiyyə və sosial qayğı qrupu, 2004). Aşağıdakı ünvandan əldə edilə bilər: 
www.apho.org.uk/resource/view.aspx?RID=93661.
 
Sağlamlıq 
determinantlarında 
mümkün dəyişiklilərlə 
bağlı suallar  
Əlaqədar SEQ 
mövzuları 
Dövlət 
siyasətləri 
Sağlamlığa mümkün təsirlər və dəlil 
bazası  (ədəbiyyat və/və ya internet 
linklərə istinad oluna bilər)
59
 
Plan və ya proqram tibbi 
müəssisələrin təmin 
edilməsini  əhatə edirmi, 
məsələn, ümumi profilli 
cərrah kabinetləri, 
sağlamlıq mərkəzləri və 
ya hospitallar?  
Əhali 
 
Ümumi profilli həkim 
konsultasiyasının daha yüksək 
göstəricisi daha böyük sosial və 
iqtisadi məhrumiyyətlə bağlıdır, lakin 
sağlamlığın itirilməsi riskinə daha çox 
məruz qalan icmalar profilaktik 
tədbirlərdən istifadə imkanı az 
olanlardır 
 
Plan və ya proqram 
istirahət komplekslərini, 
məsələn, idman 
mərkəzlərini 
əhatə 
edirmi? 
Əhali 
 
İdman etməməyin artan ürək-damar 
xəstəliyi riski ilə bağlılığı mövcuddur. 
Plan və ya proqram 
sağlamlıq və ya istirahət 
komplekslərinə 
təsir 
edirmi? 
Əhali 
 
Xidmətlərdən istifadə imkanının 
olmasından (məsələn, piyada və ya 
münasib qiymətli nəqliyyat vasitəsi ilə 
ünvana çatmaq) qeyri-proporsional 
şəkildə qadınlar, məktəblilər, yaşlılar 
və əlilliyi olan şəxslər əziyyət çəkirlər. 
 
Xidmətlərdən istifadə imkanının aşağı 
olması sosial təcrid olunma ilə bağlı 
mühüm amildir və sağlamlıq 
problemlərinə aidiyyəti mövcuddur. 
Plan və ya proqram su 
və aya havaya 
emissiyaları 
nəzərdə 
tutulan fəaliyyətləri 
əhatə edirmi? 
Torpaq, su, hava 
 
 
Havanın çirklənməsinin həm qısa, 
həm də uzun müddətli zərərverici 
təsirləri vardır, ağ ciyər və ürək 
xəstələrinin vəziyyətini daha da 
pisləşdirə uzun ömürlülük səviyyəsini 
azalda bilər. 

 
 
169 
 
                                                      
60
 
Göstərilənlərin xaricindəki dəlillər əsaslanır: Ben Cave, Peter Molyneux və Adam Coutts,
 
Sağlam davamlı icmalar: Nə nəticə verir? 
(Vellinqboro, Birləşmiş Krallıq, Milton Keyns və CənubiMidlend Səhiyyə və sosial qayğı qrupu, 2004). Aşağıdakı ünvandan əldə edilə bilər: 
www.apho.org.uk/resource/view.aspx?RID=93661.
 
61
 
Ekoloji Sağlamlıq İnstitutu, Küyün eşitmə xaricində təsirləri haqqında hesabat (Lester, Birləşmiş Krallıq, 1997), səh. 90
 
Sağlamlıq 
determinantlarında 
mümkün 
dəyişiklilərlə bağlı 
suallar  
Əlaqədar SEQ 
mövzuları 
Dövlət 
siyasətləri 
Sağlamlığa mümkün təsirlər və 
dəlil bazası  (ədəbiyyat və/vəya 
internet linklərə istinad oluna 
bilər)
60
 
Plan və ya proqramın 
çirkləndirilmiş 
torpaqlar, yaxud 
tullantıların idarə 
edilməsi və ya 
yerləşdirilməsi ilə 
əlaqəsi varmı? 
 
Torpaq, su, hava 
 
 
Ağır metal, neft, asbest, bioqaz 
kimi çirkləndirici maddələr 
sağlamlığa zərərlidir. 
 Tullantıların yerləşdirilməsi 
təhlükəsizliyi və hava keyfiyyətinə 
potensial mənfi təsirlər daxil 
olmaqla, yol nəqliyyatının, səs və 
tozun əsas mənbəyi ola bilər 
Plan və ya proqram 
əhalinin başqa növ 
təsirlərə 
məruz 
qalmasına gətirib 
çıxara bilərmi? 
 
Əhali 
 
 
Ətraf mühitdə  səs-küy bir çox 
insanlar üçün narahatlıq yarada, 
yatmağa mane ola bilər. 
 
 Səs-küy, yüksək təzyiq və ürək 
xəstəlikləri arasında səbəb-nəticə 
əlaqəsinə dair dəlillər 
mövcuddur
61
. 
Plan və ya proqram 
daşqın riski əmələ 
gətirə bilərmi? 
Su, torpaq 
 
Daşqından irəli gələn sağlamlıq 
təsirlərinə aydın hiss edilənlərlə 
yanaşı qastoentrit, aşağı  nəfəs 
yollarının infeksiyaları, astma, 
oynaqların bərkiməsi və stressdən 
irəli gələn psixoloji problemlər 
daxil ola bilər 
Plan və ya proqram 
iqlim dəyişikliklərinə 
gətirib çıxaracaqmı? 
İqlim amilləri, 
hava 
 
 
 
İqlimin qeyri-stabilliyi və  dəniz 
səviyyəsinin yüksəlməsini 
sağlamlığa ciddi uzun müddətli 
təsirləri olur. Mənfi təsirlərdən 
yayınma və 
nəticələrin 
yüngülləşdirilməsi fərq yarada 
bilər. 
Plan və ya proqram 
fərdi avtomobillərdən 
deyil, ictimai 
nəqliyyatdan və ay 
alternativ nəqliyyat 
vasitələrindən 
istifadəni təşviq 
edirmi? 
 
Hava, iqlim 
amilləri 
 
 
.. Avtomobillərdən daha az istifadə 
edilməsi işlənmiş qaz tullantılarının 
birbaşa təsirinə  məruz qalma 
səviyyəsini aşağı salır.  
 
Nəqliyyatın daha az yüklənməsi və 
səs-küyün azalması 
həyat 
keyfiyyətini və rifah halını 
yaxşılaşdıra bilər. 
 
 Karbon  emissiyasının hər hansı 

 
 
170 
 
mədudlaşdırılması, nə  qədər az da 
olsa, iqlim dəyişiklikləri 
məqsədlərinin həyata keçirilməsinə 
kpmək edir 
Plan piyada və ya 
velosipedlə  gəzintini 
təşviq edirmi? 
 
 
Hava, əhali 
 
 
Fiziki fəaliyyət ümumi səhhətin 
yaxşılaşdırılması  və artıq çəkinin 
azaldılması üçün ən yaxşı 
üsullardandır.  
 
Qonşuluqda torpaqdan müxtəlif 
məqsədlərlə istifadə olunması, 
əhalinin və  iş  təminatının yüksək 
olması, digər küçələrə  çıxışın 
mövcudluğu, piyadalar üçün 
əlverişli infrastruktur və 
təhlükəsizlik daha çox fiziki 
aktivliyi təşviq edir və artıq çəki 
göstəricisini azaldır. 
 
 Bu  xüsusiyyətlər  ən çox yaşlı 
insanların sosial təcrid olunma 
hallarının azaldılması üçün 
faydalıdır 
Plan və ya proqram 
kənd və sahilyanı 
ərazilərə daha yaxşı 
gediş-gəlişin təmin 
edilməsini 
əhatə 
edirmi? 
Əhali, landşaft, 
biomüxtəliflik  
 
 
Gəzinti və velosiped gəzintisi üçün 
daha çox fürsətlərin olması fiziki 
sağlamlıq üçün faydalıdır.  
 
Təbiətlə daha çox ünsiyyət zehni 
sağlamlıq üçün faydalıdır, 
Məişət təminatı üzrə 
plan və ay proqramlar 
enerjidən səmərəli 
istifadə, istilik, 
ventilyasiya, 
ehtiyaclara 
uyğunlaşdırıla bilmə 
kimi amilləri nəzərə 
alacaqmı? 
 
Əhali, iqlim 
amilləri 
 
 
rütubətli evlərin qan-damar və qab 
dövranı 
xəstəliklərlə 
əlaqəsi 
məlumdur.  
 
Yanacaq yoxsulluğu zehni 
sağlamlığa təsir edir və sağlamlıqla 
bağlı qeyri-bərabərliklərin 
artmasına yardım edir. 
 
 Mənzil şəraiti əlilliyi olan insanlar, 
ailələr və yaşlı insanlar üçün 
münasib olmalıdır. 
Plan və ya proqram iş 
yeri, mağaza, məktəb, 
tibbi xidmət 
müəssisələri və sosial 
fəaliyyət məkanlarına 
asanlıqla getmək üçün 
davamlı imkan 
yaradırmı? 
 
Əhali 
 
Zəif nəqliyyat sistemi iş, təhsil, 
tibbi xidmət,  ərzaq bazarlığı kimi 
insan həyatını 
zənginləşdirən 
fürsətlərdən yararlanmaq 
imkanlarını 
məhdudlaşdıraraq 
sosial təcrid olunmaya gətirib 
çıxara bilir.  
 
Fiziki baryerlər (məsələn, nəqliyyat 
infrastrukturu) və psixoloji 

 
 
171 
 
baryerlər (məsələn, yolun 
təhlükəsizliyi ilə bağlı qorxu) 
səbəbindən icma daxili parçalanma 
səyahət imkanlarını məhdudlaşdırır 
və  işlə  təminat, təhsil, tibbi 
xidmətlə  əlaqədar gediş-gəlişə 
mənfi təsir göstərə bilər.  
 
Xidmətlərdən istifadə imkanının 
olmasından (məsələn, piyada və ya 
münasib qiymətli nəqliyyat vasitəsi 
ilə ünvana çatmaq) qeyri-
proporsional 
şəkildə qadınlar, 
məktəblilər, yaşlılar və əlilliyi olan 
şəxslər əziyyət çəkirlər.  
 
Xidmətlərdən istifadə imkanının 
aşağı olması sosial təcrid olunma 
ilə bağlı mühüm amildir və 
sağlamlıq problemlərinə aidiyyəti 
mövcuddur. 
Plan və ya proqram 
kollektiv 
təhlükəsizlik, kimlik 
və sosial birlik hissini 
təşviq edirmi? 
 
Əhali, mədəni 
irs, landşaft, 
biomüxtəliflik 
 
 
Yüksək səviyyəli 
şəhərsalma 
icmanın  ətraf mühitə daha çox 
sahib çıxmasını 
təşviq edir, 
vandalizmi və imkanlardan 
natamam istifadəni məhdudlaşdırır. 
Kollektiv kimlik və kollektivə 
mənsubiyyət duyğusunun 
sağlamlığı  bəslədiyi və rifah hissi 
oyatdığı məlumdur. 
 
 Cinayət qorxusu sosial həmrəyliyi 
məhdudlaşdırır və  mənfi fiziki 
təsirə  məlikdir. Evi tərk etmək 
qorxusu yaşlı insanları daha çox 
təcrid olunmağa vadar edir və daha 
da həssaslaşdırır. Yüksək səviyyəli 
şəhərsalma cinayəti istisna etməyə, 
icma təhlükəsizliyini artırmağa 
kömək edə bilər 
Plan və ya proqram 
yaşıllıq 
ərazilərinə 
yerli səviyyədə gediş-
gəlişi təmin 
edəcəkmi? 
 
 
Əhali, 
biomüxtəliflik, 
fauna və flora, 
mədəni irs, 
landşaft 
 
 
. Təhlükəsiz yaşıllıq əraziləri sosial 
ünsiyyəti, idmanı  təşviq edir və 
aşağı cinayət səviyyəsi ilə 
assosiasiya olunur.  
 
Evlərindən ağacları  və ya yaşıl 
sahələri görən insanlar daha yüksək 
sağlamlıq və rifah halı haqqında 
məlumat vermişlər. 
 
Plan və ya proqramın 
aidiyyəti olan sosial 
Əhali 
 
Ayrıca qapalı dairədə  həyata 
keçirilən fəaliyyətlər həssas 

 
 
172 
 
 
SEQ və Sağlamlığa təsirlərin qiymətləndirilməsi: oxşarlıqlar və fərqlər 
 
Sağlamlığa təsirlərin qiymətləndirilməsi heç bir beynəlxalq hüquqi alətdə müəyyən edilmir, lakin 
Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya bu qiymətləndirməyə belə tərif verir: 
“hər hansı siyasət, plan, proqram və ya layihənin əhalinin sağlamlığına potensial və bəzən qeyri-
ixtiyari təsirlərini və bu təsirlərin  əhali arasında paylanmasını sistemli qaydada qiymətləndirən 
prosedur, metod və alətlərin birləşməsi. Sağlamlığa təsirlərin qiymətləndirməsi bu təsirlərin idarə 
edilməsi üçün müvafiq tədbirlər müəyyən edir
62
”  
 
 SEQ  və Sağlamlığa Təsirlərin Qiymətləndirilməsi arasında oxşarlıqlar çoxdur. Hər ikisinin 
məqsədi qərar qəbulu prosesi üçün məlumat təmin etmək və bu prosesə təsir etməkdir. Hər ikisi 
ilkin qiymətləndirmə,  əhatə dairəsinin müəyyən edilməsi, hesabat kimi elementləri özündə 
birləşdirən prosedurlardan istifadə edir və konsultasiyaya böyük əhəmiyyət verirlər.  
 
Lakin bir sıra vacib fərqlər də mövcuddur:  
 

 
Sağlamlığa təsirlərin qiymətləndirilməsi çox vaxt adi strateji ekoloji qiymətləndirmənin 
plan və proqram kimi strateji təkliflərin təsirlərinin "ex ante" proqnozlaşdırılması 
konteksti xaricində  tətbiq olunur, məsələn, konkret xidmət, fəaliyyət və ya davranışın 
təsirlərinin müəyyən edilməsi üçün.  
 

 
Bir çox kontekstdə sağlamlığa təsirlərin qiymətləndirilməsi sosial elmlər, epidemiologiya 
və toksikologiya kimi sahələrdə aparılan tədqiqatların müəyyən etdiyi biliklərə əsaslana 
bilər; bu strateji ekoloji qiymətləndirmə üçün müvafiq olandan daha ətraflı  və da 
kəmiyyət səciyyəli ola bilər, baxmayaraq ki, sağlamlığa təsirlərin qiymətləndirilməsi 
zəruri olduqda strateji və keyfiyyət yanaşmasına riayət edə bilər.  
 

 
Bundan  əlavə, qeyd edilməlidir ki, bəzən səhiyyə sektorunda plan və ya proqram kimi 
terminlər bir qayda olaraq SEQ çərçivəsində başa düşülən mənadan fərqli anlayışları 
ifadə etmək üçün istifadə edilir (məsələn, sağlamlıqla bağlı qeyri-bərabərlikləri 
azaldılması planı, yaxud peyvənd planı).  
                                                      
62
 
Sağlamlığa təsirlərin qiymətləndirilməsi: Beynəlxalq qabaqcıl təcrübə prinsipləri, qeyd 56
 
qruplar üçün işsizliklə 
bağlı 
nəticələri 
olacaqmı? 
qrupların təcrid olunmasına gətirib 
çıxara bilər. 
 Yaşayış yerlərinə yaxın  ərazilərdə 
iş fürsətlərinin olması piyada və 
velosipedlə gəzinti imkanı yaradır.  
 
İşsiz insanlar zəif fiziki və  əqli 
sağlamlıq və daha qısa ömürlülük 
riskinə daha çox məruz qalırlar.  
 
Aşağı 
gəlirli təhlükələrdən 
sığortalanmamış  iş  təminatı daha 
yüksək qəza, infeksiya, ürək 
xəstəliyi riski yaradır və siqaretin 
çəkilməsi kimi sağlamlığa ziyan 
gətirən davranışları artırır. 
 

 
 
173 
 
 
Sağlamlığa təsirlərin qiymətləndirilməsində istifadə edilən bəzi metodlar və onların əsaslandığı 
bilik bazası hazır  şəkildə plan və proqramların insan sağlamlığına, sağlamlıqla bağlı qeyri-
bərabərliklərə, potensial təsirlərinin müəyyən edilməsi və  mənfi təsirlərin kompensasiya 
edilməsi, müsbət təsirlərin artırılması ilə bağlı  təkliflərin verilməsi məqsədi ilə strateji ekoloji 
qiymətləndirməyə  tətbiq edilə bilər. Lakin digər ekoloji təsirlərdə olduğu kimi, strateji ekoloji 
qiymətləndirmənin proqnozlaşdırma xüsusiyyəti və plan və proqramların sağlamlığa təsirlərinin 
bir çoxunun qeyri-müəyyən və dolayı təsirləri dəqiq və ətraflı proqnoz səylərini qeyri-mümkün 
və ya hətta arzuolunmaz edə bilər. 
 
 
 
 
 

 
 
174 
 
3.4 ƏTRAF MÜHITIN MÜHAFIZƏSI HAQQINDA HESABATIN ƏHATƏ DAIRƏSININ 
MÜƏYYƏN EDILMƏSI VƏ HAZIRLANMASI 
Vəsaitin A4.2.3 bölməsi  ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması  və  əhatə 
dairəsinin müəyyən edilməsi addımlarını  təsvir edir. Bu bölmədə bu addımlar çərçivəsində 
sağlamlıq məsələlərinin  əhatə edilməsi üçün bəzi praktiki tövsiyələr verilir, eləcə  də hesabatın 
məzmunu haqqında  əlavə  təlimata yer verilir (A4.2 cədvəlindən  əlavə). Aşağıdakı  cədvəldə 
əksini tapan təkliflər tam və mütləq çərçivə kimi qəbul edilməməlidir. Ətraf mühitin mühafizəsi 
haqqında hesabatda sağlamlıq məsələlərini  ələ alan şəxslər yanaşmalarını verilən plan və ya 
proqramın məxsusi mahiyyət və kontekstinə, eləcə də əhatə dairəsinin müəyyən edilməsi zamanı 
səhiyyə orqanlarından alınmış rəylərə uyğunlaşdıra bilərlər. 
Ətraf mühitin mühafizəsi haqqında hesabatda sağlamlığın ələ alınmasına mümkün 
yanaşmalar 
Ətraf mühitin mühafizəsi haqqında hesabatın 
elementləri (Protokol, Əlavə IV)
 
1. Plan və ya proqramın məzmunu və ya əsas 
məqsədləri, digər plan və ya proqramlarla əlaqəsi.
 
Sağlamlıq məsələlərinin nəzərə alınmasına 
mümkün yanaşmalarla əlaqədar tövsiyələr Vəsaitdə 
A4.2 -ci Cədvəl bu məsələni tam əhatə edir.
 
2. Əhalinin sağlamlığı daxil olmaqla, ətraf mühitin 
cari vəziyyətinin müvafiq aspektləri və plan və ya 
proqramın həyata keçirilməməsi halında bu 
vəziyyətdə ehtimal olunan dəyişiklik. 
 
 3.  Əsaslı  təsiri məruz qalacağı ehtimal edilən 
sahələrdə ətraf mühit xüsusiyyətləri. 
 
 4.  Plan  və ya proqrama müvafiq ekoloji, o 
cümlədən sağlamlıq problemləri.  
 
Bu üç element (2–4) üst-üstə düşə bilərlər, lakin 
plan və ya proqramın  əhatə etdiyi və  təsirə  məruz 
qoyacağı ehtimal edilən  ərazilərin sağlamlıq 
şəraitinin müxtəlif aspektləri ilə əlaqəlidirlər. 
 
 2-ci  bənddə, müvafiq aspektlər  ərazidə  əhalinin 
sağlamlıq vəziyyəti ilə 
əlaqədar ümumi 
tendensiyanı təsvir edə bilər. 
 
 3-cü  bənddə sağlamlıqla bağlı müvafiq ümumi 
tendensiyalar sağlamlıq göstəricilərin yüksək 
olduğu (ictimai yerlər, idman üçüm ayrılmış 
məkanlar və s.) və lokal sağlamlıq problemlərinin, 
yaxud sağlamlıqla  əlaqədar qeyri-bərabərliklərin 
olduğu, eləcə  də  əhalinin sıx məskunlaşdığı 
ərazilərə xüsusi istinadlar edilməklə  təsvir edilə 
bilər. 
 
 4-cü 
bənddə sağlamlıq problemləri 
xəritləşdirilməlidir. Strateji ekoloji 
qiymətləndirmədə sağlamlıq məsələlərinin nəzərə 
alınması üçün daha ətraflı bir yanaşma müəyyən 
edildikdə, sağlamlıq determinantları müəyyən 
edilməli və  həyat tərzi, sosial, kommunal təsirlər, 
yaşayış  və  iş  şəraiti kimi amilləri yaxud ümumi 
sosial-iqtisadi, mədəni və ekoloji amilləri  əhatə 
etməlidir.
 
5. Onun hazırlanması zamanı plan və ya proqrama 
müvafiq, beynəlxalq, milli və ya digər səviyyələrdə 
müəyyən edilmiş ətraf mühiti mühafizə məqsədləri, 
eləcə də bu məqsədlərin həyata keçirilməsi üsulları, 
habelə digər ekoloji, o cümlədən  əhalinin 
sağlamlığı amilləri nəzərə alınmışdır. 
 
Sağlamlıq məqsədlərinə plan və ya proqramların 
ehtimal olunan əhəmiyyətli təsirlərinə, yaxud səbəb 
olduqları problemlərə müvafiq beynəlxalq, yaxud 
regional (məsələn ÜST və ya ÜST-ün Avropa 
Regional Ofisi), milli və daha lokal məqsədlər 
daxil ola bilər. 

 
 
175 
 
6. 2-ci maddənin 7-ci bəndinə uyğun olaraq*/, 
ehtimal edilən  əhəmiyyətli ekoloji, o cümlədən 
sağlamlığa təsirlər 
 
*/ Belə təsirlərə ikinci dərəcəli, kumulyativ, birgə, 
qısa, orta və uzun müddətli, daimi, müvəqqəti, 
müsbət və mənfi təsirlər daxil olmalıdır. 
 
2-ci maddənin 7-ci bəndində sadalanan, nəqliyyatın 
səs-küyünə, yaxud havanı çirkləndirən maddələrin 
təsirinə  məruz qalmaq kimi digər komponentlərin 
kontekstində  nəzərə alınmalıdır. Bu komponentlər 
arasında  əlaqənin təsviri vacib ola bilər, belə ki 
bununla komponentlərin ayrı-ayrı araşdırılması ilə 
müəyyən ediləndən  əlavə  və daha əhəmiyyətli 
təsirlər aşkar edilə bilər. 
 
2-ci maddənin 7-ci bəndində sadalanan, nəqliyyatın 
səs-küyünə, yaxud havanı çirkləndirən maddələrin 
təsirinə  məruz qalmaq kimi digər komponentlərin 
kontekstində  nəzərə alınmalıdır. Bu komponentlər 
arasında  əlaqənin təsviri vacib ola bilər, belə ki 
bununla komponentlərin ayrı-ayrı araşdırılması ilə 
müəyyən ediləndən  əlavə  və daha əhəmiyyətli 
təsirlər aşkar edilə bilər. Sağlamlığın, sadəcə 
xəstəliyin olmaması kimi qəbul edilməməsi, rifah 
halını da əhatə etməsi  şərti ilə, sağlamlığın nəzərə 
alınmasına daha müfəssəl yanaşmalarda plan və ya 
proqramın müvafiq sağlamlıq determinantlarına 
müsbət və  mənfi təsirlərini qiymətləndirə, plan və 
ya proqramın  əhalinin sağlamlığı üçün əlverişli 
şərait yaradıb-yaratmayacağı ilə bağlı  qənaətlərə 
vara bilər. 
7. Sağlamlıq daxil olmaqla, ətraf mühitə qarşı plan 
və ya proqramın icrasından irəli gələ biləcək hər 
hansı  əhəmiyyətli mənfi təsirin qarşısının 
alınmasına, azaldılmasına və ya nəticələrinin 
yüngülləşdirilməsinə yönəlmiş tədbirlər 
Ətraf mühitin mühafizəsi haqqında hesabatda təklif 
edilən nəticələrinin yüngülləşdirilməsi tədbirlərinin 
özləri sağlamlığa mənfi təsir edə bilərlər və ya 
əksinə. Hər hansı belə təsir nəzərə alınmalıdır. 
 
8. Alternativlərin seçilmə  səbəblərinin, eləcə  də 
məlumatın təmin edilməsi ilə  əlaqədar üzə  çıxan, 
texniki çatışmazlıq, biliyin olmaması kimi 
çətinliklər daxil olmaqla, qiymətləndirmənin necə 
aparıldığının təsviri. 
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə 
edir 
9. Plan və ya proqramın icrasının  ətraf mühitə, 
eləcə  də  əhalinin sağlamlığına təsirlərinin 
monitorinqi üçün nəzərdə tutulmuş tədbirlər. 
 
Əhalinin sağlamlığına aid monitorinq məsələlərinə 
aşağıdakılar daxil ola bilər: 
 

 
Qısa və uzun müddətli təsirlərin 
monitorinqi. Fiziki mühitdə  dəyişikliklər 
qısa müddətli nəticələrə gətirib çıxara bilər, 
məsələn nəqliyyat və torpaqdan istifadə ilə 
bağlı  dəyişiklik qəza göstəricilərinə  dərhal 
təsir edə bilər. Havanın keyfiyyəti və iqlim 
dəyişikliyi kimi digər ekosistem 
dəyişiklikləri daha uzun müddətli təsirlərə 
səbəb ola bilərlər.  
 

 
Sağlamlıqla bağlı qeyri-bərabərliklərə 
təsirlərin (sağlamlıq vəziyyətindəki 
fərqlərin) monitorinqi. Əhatə dairəsinin 
müəyyən edilməsi və  ətraf mühitin 
mühafizəsi haqqında hesabatın 
hazırlanması  mərhələsində sağlamlıqla 
bağlı qeyri-bərabərliklər nəzərə 
alınmışdırsa, bu göstəricilərin monitorinq 

 
 
176 
 
mərhələsinə daxil edilməsi faydalı ola 
bilər. Bu, ətraf mühit və  səhiyyə 
mütəxəssisləri üçün faydalı olacaq və 
aidiyyəti olan ictimaiyyətin məlumatla 
təmin edilməsinə dəstək verəcək.  
 
Sağlamlıq təsirlərin monitorinqinin mümkünlüyünə 
aşağıdakı yollarla məlumatların  əldə edilə 
bilməsindən asılı olacaq: 
 
Mövcud milli, regional və ya yerli məlumatlardan 
istifadə. Ehtimal ki, ətraf mühiti mühafizə  və 
səhiyyə orqanları özlərinin artıq mövcud ətraf 
mühitin və  əhalinin sağlamlığının monitorinqi 
proqramlarına malik olacaqlar.  
 
Sağlamlıq göstəricilərindən istifadə. Bəzən  əhatə 
dairəsinin müəyyən edilməsi və  ətraf mühitin 
mühafizəsi haqqında hesabatın hazırlanması 
mərhələlərində seçilmiş sağlamlıq göstəricilərindən 
istifadənin plan və ya proqramın sağlamlığa 
təsirlərinin monitorinqi zamanı da davam 
etdirilməsi yararlı ola bilər. Bu, SEQ çərçivəsində 
təhlillərin məntiqi ardıcıllığının təmin edilməsinə 
imkan verir. Lakin, yeni sağlamlıq göstəricilərinin 
daxil edilməsi üçün mövcud monitorinq 
sistemlərində 
tənzimləmələrin aparılması 
həddindən artıq səy tələb edə bilər. Buna görə  də, 
yeni monitorinq sisteminin yaradılmasının 
mümkünlüyü təsdiq edilməmişdən  əvvəl diqqətlə 
təhlil edilməlidir.  
 
10. Ehtimal olunan əhəmiyyətli transsərhəd ekoloji, 
o cümlədən sağlamlıq təsirləri. 
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə 
edir. 
 
11. Təmin edilmiş məlumatın qeyri-texniki icmalı. 
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə 
edir. 
 
Vəsaitdə A4.2 -ci Cədvəl bu məsələni tam əhatə 
edir. 
 
 

 
 
177 
 
  
Əlavə A1.2 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin