Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   14   15   16   17   18   19   20   21   22

 
 
 
Hansı yolla effektiv şəkildə: 
Zəhmət olmasa, 
qiymətləndirin: 
2 – Yüksək 
prioritet 1 –vacib 
0 – aidiyyəti 
yoxdur 
. Yardımın tələb 
edə biləcəyi 
konkret məsələlər 
hansılardır? 
 
SEQ plan və ya proqramın hazırlanaması prosesi çərçivəsində 
Protokolun 2.6-cı maddəsinə müvafiq qaydada yerinə yetirilə 
bilər (məsələn, SEQ qərarın qəbulu prosesi ilə necə 
əlaqələndirilə bilər və s.) 
 
 
4- və 5-ci maddələrə uyğun olmaq şərti ilə, SEQ-in həyata 
keçirilmə zərurəti müəyyən edilə bilər (məsələn, öhdəliklər və 
istisnalar siyahısını necə birləşdirmək olar və  fərdi qaydada 
təhlil nə vaxt tətbiq edilməlidir və s.) 6-cı maddənin 
tələblərinin ödənməsi şərti ilə, 
 
 
SEQ-in  əhatə dairəsinin müəyyən edilməsi təşkil edilə bilər 
(məsələn,  əhatə dairəsi nə vaxt müəyyən edilməlidir, ictimai 
və  səlahiyyətli orqanlarla konsultasiyaların aparılması üçün 
münasib metod neçə seçilməlidir, SEQ üçün texniki 
tapşırıqları necə yazmalı və s.)  
 
 
 

 
 
215 
 
SEQ çərçivəsində  ətraf mühitin ilkin vəziyyəti haqqında 
araşdırma hazırlana bilər (IV Əlavə – 2, 3 və 4-cü bəndlərə 
müvafiq qaydada) 
 
 
SEQ çərçivəsində ekoloji məqsədlərdən istifadə etmək olar ( 
IV Əlavə, 5-ci bəndə uyğun).  
 
 
Ətraf mühitin, o cümlədən  əhalinin sağlamlığının məruz 
qalacağı ehtimal olunan əhəmiyyətli təsirlərin təhlili 
aparılmalıdır ( IV Əlavə, 6-cı bəndə uyğun olaraq).  
 
 
Plan və ya proqramların alternativləri müqayisə edilə bilər ( IV 
Əlavə, 8-ci bəndinə müvafiq qaydada).  
 
 
5-ci maddənin və IV Əlavənin 5-cu bəndinin tələblərinin 
ödənməsi üçün SEQ sonrası monitorinq planları hazırlamaq 
olar 
 
 
Transsərhəd təsirləri təhlil etmək olar ( IV Əlavə, 10-cu bəndə 
əsasən).  
 
 
8-ci maddənin tələblərinin ödənməsi şərti ilə SEQ hesabatının 
ictimai ekspertizası  təşkil edilə bilər (məsələn,  əhalinin 
maraqlı  təbəqələrini necə müəyyən etməli, ictimaiyyəti necə 
məlumatlandırmalı  və  rəyləri necə toplamalı, ictimaiyyətin 
rəylərini necə təhlil etməli və s.) 
 
 
Ətraf mühiti mühafizə və səhiyyə orqanları ilə konsultasiyaları 
9-cu maddəyə müvafiq qaydada təşkil etmək olar (məsələn, 
müvafiq səlahiyyətli orqanları necə müəyyən etməli, SEQ 
çərçivəsində onlarla effektiv şəkildə necə  məsləhətləşməli və 
s.) 
 
 
Transsərhəd konsultasiyalar 10-cu maddəyə müvafiq qaydada 
həyata keçirilə bilər (məsələn, bildiriş  nə vaxt verilməlidir, 
sənəd mübadiləsi hansı  səviyyədə baş tutmalıdır, effektiv 
transsərhəd konsultasiyalar necə təşkil edilməlidir)  
 
 
Qərar qəbul edən şəxslərə SEQ-lə əlaqədar xərc və mənfəətləri 
izah etmək olar 
 
 
SEQ siyasətlərə  və qanunvericilik aktlarına 13-cü maddəyə 
müvafiq qaydada tətbiq edilə bilər. 
 
 
Protokolun icrası üçün qanun və ya normativ sənədlər 
hazırlamaq olar 
 
 
 
IV. SEQ islahatlarında maraqlı olan əsas tərəflər 
IV.1. SEQ prosesinə görə cavabdeh əsas institutları göstərin (əlaqə məlumatları, aparıcı vəzifəli 
şəxslərin adları).  
IV.2. Ölkədə SEQ/ƏMTQ islahatlarını təbliğ edən  əsas maraqlı  tərəfləri və şəbəkələri göstərin 
(QHT-lər, ƏMTQ mərkəzləri, peşəkar qəzet və jurnallar və s.). 
V. Ölkədə SEQ potensialının yaradılması üçün keçmiş, davam etməkdə olan və planlaşdırılan 
təşəbbüslər 
 
V.1. Dövlətin Protokolun icrası  və  təsdiqi məqsədi ilə planlaşdırdığı  əsas tədbirləri təsvir edin 
(pilot tədiqatlar, yeni qanun, qaydalar və s.).  

 
 
216 
 
V.2. Ölkədə SEQ sahəsində keçmiş və davam etməkdə olan bütün donor yardımı proqramlarını 
təsvir edin.  
V.3. Ölkədə hansı SEQ/ƏMTQ kursları (universitetlərdə, dövlət qulluqçularının hazırlanması 
üçün tədris proqramları) mövcuddur və ya planlaşdırılır?  
V.4. Hər hansı digər QHT, konsultasiya və ya tədris proqramlarını təsvir edin. 
VI. BMTİP və REM layihəsinin ən effektiv aparıcı istiqaməti haqqında tövsiyələr 
Zəhmət olmasa, müəyyən ölkələrdə SEQ üzrə pilot layihələrin hazırlanması daxil olmaqla, 
müdaxilələrin və ya fəaliyyətlərin növlərini aydınlaşdırın, Protokolun icrası potensialının inkişaf 
etdirilməsi baxımından effektivlik ehtimalını  nəzərə almaqla əhəmiyyət sırasını müəyyən edin. 
Başlıca istiqamətləri müəyyən edən zaman siz potensialın inkişaf etdirilməsinə yönəlmiş 
aşağıdakı tədbirləri nəzərdən keçirə bilərsiniz: 

 
Pilot layihələr: konkret plan və ya proqramın strateji ekoloji qiymətləndirməsinə dəstək ( 
yüksək prioritet hesab olunursa, hansı planlaşdırma növü üçün yardım göstərilə biləcəyini 
göstərin)  

 
Qanunvericilik islahatlarına yardım (Protokolun icrası  məqsədi ilə yeni qanun və ya 
qaydaların hazırlanması). 

 
Milli rəhbər sənədlərin hazırlanması (SEQ yanaşmasının, tətbiq edilə biləcək metodların 
müəyyən edilməsi və s.). 

 
Təlim materiallarının hazırlanması və təlimçilərin təlimi.  

 
Qərar qəbuluna, siyasətlərin hazırlanmasına görə məsul aparıcı şəxslərin, rəhbər vəzifəli 
şəxslərin strateji ekoloji qiymətləndirmə ilə tanışlığının təmin edilməsi üçün təbliğat 
kampaniyası (broşurların, reklam vərəqələrinin hazırlanması, internet saytın yaradılması 
və s.)  
 

 
 
217 
 
Əlavə B1.2 
 
SEÇİLMİŞ ŞƏRQİ AVROPA, QAFQAZ VƏ 
MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNDƏ PROTOKOLUN 
İCRASI ÜÇÜN MILLI POTENSİALIN INKIŞAF 
ETDİRİLMƏSİ STRATEGİYALARI ÜÇÜN SADƏ 
TEXNİKİ TAPŞIRIQ NÜMUNƏLƏRİ 
 

 
 
218 
 
Giriş 
Bu  əlavə  Şərqi Avropa, Qafqaz və  Mərkəzi Asiyada seçilmiş dörd ölkədə SEQ protokolunun 
icrası məqsədi ilə milli strategiyaların hazırlanması çərçivəsini təqdim edir. Bu milli strategiyalar 
sözügedən ölkələr qrupunda Protokolun gələcək icrası üçün potensialın inkişaf etdirilməsi 
tələbatını aşkara çıxarmağa kömək etmişlər. 
 
Strategiyanın hazırlanması prosesi 
Hər bir strategiya aşağıdakılarla konsultasiyalar vasitəsi ilə hazırlanmışdır: 

 
Protokolun milli strategiyanın bir hissəsini təşkil etməsinin təmin olunması  məqsədi ilə 
Protokol üzrə milli koordinasiya mərkəzləri  

 
Ölkənin aparıcı ekoloji qiymətləndirmə mütəxəssisləri və QHT-lər.  

 
Ölkədə SEQ sisteminin inkişafına dəstək verə biləcək əsas beynəlxalq təşkilatlar. 
 
Strategiyanın təklif edilən strukturu 
İlkin məlumat  
Aydın və dəqiq ilkin məlumat aşağıdakılar haqqında idi: 

 
Protokolun milli qanunvericilik sisteminə köçürülməsi üçün planlaşdırılan qrafik.  

 
Dövlətin Protokolun köçürülməsi üçün izləyəcəyi yolun təsviri, məsələn,  ətraf mühitə 
təsirlərin qiymətləndirilməsi üzrə mövcud müddəaların Protokolu tələblərinə uyğun 
olaraq, plan və proqramları  əhatə edəcək  şəkildə genişləndirilməsi və yenilənməsi; 
planlaşdırma prosesinə yeni SEQ tələblərinin daxil edilməsi; yaxud tamamilə yeni 
qiymətləndirmə alətləri ilə. Verilən yolun nə üçün digər alternativlərin üstün 
tutulduğunun qısa izahı verilirdi. 

 
Protokolun milli qanunvericiliyə köçürürlməsi üçün nəzərdə tutulmuş normativ sənədlər 
(məsələn, yeni qnaun və ya sərəncam, yaxud mövcud qanun və ya sərəncamlrda 
dəyişiklikləri, tövsiyə sənədləri və s.)  
II. Ölkənin ehtiyaclarının qiymətləndirilməsi  
Ölkənin ehtiyaclarının qiymətləndirilməsi üzrə əvvəlki qiymətləndirmələr səlahiyyətli orqanlar, 
SEQ Protokolunun icrasına görə məsul şəxslər və SEQ mütəxəssislərin ilə əhatəli konsultasiyalar 
əsasında yenilənmişdir. Ölkə üzrə qiyməytləndirmələrdə göstərilən məlumatlar tamamlanmış və 
Protokol üzrə koordinasiya mərkəzləri tərəfindən rəsmi qaydada təsdiq edilmişdir.  
III. Orta müddətli strategiya 

 
 
219 
 
 Milli komanda ekoloji qiymətləndirmə sahəsində islahatların aparılmasında maraqlı olan başlıca 
tərəflərlə (səlahiyyətli orqanlar, Protokolun icrasına görə  məsul  şəxslər,  ətraf mühitə  təsirlərin 
qiymətləndirilməsi sahəsinin aparıcı mütəxəssisləri və QHT-lər) əhatəli konsultasiyalar əsasında 
ölkədə SEQ potensialının inkişafı etdirilməsi üçün uzunmüddətli ümumi strategiya 
hazırlanmışdır. B1 fəslinin ilkin layihəsində  təqdim olunan çərçivəyə uyğun olaraq, strategiya 
bütün potensial növlərini - sistem potensialını, institusional potensialı və insan potensialını əhatə 
edirdi. Strategiya gələcək beş il üçün hazırlanmışdı  və  hər bir potensial növünün inkişaf 
etdirilməsi üçün real hədəflər, və yalnız milli resursların və ya məhdud beynəlxalq yardımın 
köməyi ilə istifadə oluna biləcək real alətlər təklif edirdi.  
IV. Qısa müddətli prioritetlər  
Ümumi strategiya hazırlandıqdan sonra 2008-ci ilə  qədər üç ən vacib qısa müddətli tədbirlər 
müəyyən edildi. Bu prioritet tədbirlər aşağıdakıları dəqiq müəyyən edən başlıca layihə ideyaları 
formasında hazırlanmışdı:  

 
Hədəf qruplar, maraqlı tərəflər və benefisiarlar. 

 
Texniki tapşırıq nümunəsi  

 
Tədbirin həyata keçirilməsi üçün təklif olunan fəaliyyət ardıcıllığı 

 
Ölkədəki digər donor və potensialın inkişaf etdirilməsi fəaliyyətləri ilə əlaqəlilik.  

 
Büdcə.  
V. İcra tədbirləri 

 
İcra tədbirləri müəyyən edir:  

 
Strategiyanın icrasına nəzarətə görə cavabdeh təşkilat.  

 
Strategiyanın rəsmi statusu və onun təsdiqi (məsələn, ekologiya nazirliyi və ya davamlı 
inkişaf üzrə milli şura kimi digər müvafiq orqanlar tərəfindən)  

 
Ölkə səviyyəsində icra məqsədi ilə resursların təmin edilməsi üçün gələcək işçi tədbirlər 
(məsələn, ekologiya nazirliyinin büdcəsi, əsas donor- təşkilatlarından toplanan vəsait) 
 
 
 

 
 
220 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Birləşmiş Millətlər Təşkilatının nəşri, 
 Cenevrə GE.11-25822–Dekabr 2011  
 
ECE/MP-EIA/17 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin