Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Metodoloji tapşırıqlar
 
Prosedur vəzifələr 
(yoxdur)
 
Əlavə, ixtiyari vəzifələr
 

 
Ekoloji, o cümlədən  əhalinin 
sağlamlığı ilə bağlı amillərin 
plan və ya proqramın, eləcə 
də alternativ variantların 
hazırlanması zamanı necə 
nəzərə alındığını  təsvir edin 
(Əlavə IV, bənd 5) 

 
Ehtimal olunan əhəmiyyətli 
ekoloji təsirləri, o cümlədən 
əhalinin sağlamlığı ilə bağlı 
təsirləri müəyyənləşdirməklə, 
təsvir etmək və 
dəyərləndirməklə (metodlar 
üçün bax: Fəsil A5) 
alternativləri qiymətləndirin 
(maddə 7.2 və  Əlavə IV, 
bənd 6 və 10) 

 
Qiymətləndirmə 
metodologiyalarının təsviri 
(Əlavə IV, bənd 8) 

 
Əhalinin sağlamlığı daxil 
olmaqla,  ətraf mühitə  mənfi 
təsirlərin qarşısının alınması, 
azaldılması  və ya nəticələrin 
yüngülləşdirilməsi 
tədbirlərinin təklif olunması 
(Əlavə IV, bənd 7) 
 

 
Ətraf mühitlə  əlaqədar 
müsbət nəticələrin 
artırılması üçün 
tədbirlərin təklif edilməsi  

 
Alternativlərin ekoloji 
məqsədlərin həyata 
keçirilməsinə 
təsirini 
artırmaq və  mənfi ekoloji 
təsirlər daxil olmaqla, 
digər ekoloji 
mülahizələrin nəzərə 
alınması üçün 
alternativlərin 
hazırlanmasında iştirak. 

 
Alternativlərin necə 
hazırlandığının qeydə 
alınması.  

 
Zəruri olduqda, dövlət 
orqanları ilə alternativlər 
barədə konsultasiya, 
ictimaiyyətin iştirakının 
təmin edilməsi.  

 
Zəruri oduqda, mənfi 
təsirə 
məruz qalmış 
Tərəflərlə konsultasiya 
(bax: bölmə A4.5)  

 
Seçilmiş 
metodologiyaların nə 
üçün seçildiyinin 
əsaslandırılması 
və 
onların 
məhdudiyyətlərinin 
təsviri. 
 
 
44. Hesabatın hazırlanmasının bu üçüncü addımında plan və ya proqramın alternativ variantları 
formalaşmağa başlayır. Bu vaxta qədər  ətraf mühitin ilkin vəziyyətinin və kontekstin təhlil 
edildiyi və müvafiq olduğu təqdirdə, maraqlı  tərəflərlə müzakirə edildiyi ehtimal edilir. 
Alternativlərin necə hazırlandığı hesabatda təsvir edilməli olacaq, buna görə prosesə dair 
qeydlərin aparılması vacibdir. Alternativlər yetərli səviyyədə hazırlanana, qiymətləndirilənə  və 
ətraf mühitin mühafizəsi haqqında hesabatda tam əskini tapana qədər bu mərhələnin tapşırıqları 
bir neçə dəfə təkrarlana bilər.  

 
 
84 
 
45. Bu mərhələdə plan və ya proqramın (və ya onların elementlərinin) alternativ variantlarının 
hazırlanmasına mümkün yanaşmalardan biri də  məqsədlərin təhlilindən və alternativlərin 
məqsədlərə müvafiqliyini əks etdirən cədvəlin hazırlanmasıdır. Bu yanaşma barədə daha ətraflı 
məlumata SEQ alətləri haqqında A5 fəslində yer verilir. Alternativlər hazırlanar, dəqiqləşdirilər 
və sayı azaldılarsa, qiymətləndirmə prosesi daha əhatəli ola və  nəhayət, geriyə qalan 
məqsədəuyğun alternativlərin ehtimal olunan əhəmiyyətli təsirlərin müəyyələşdirilməsini, 
təsvirini və dəyərləndirilməsini ehtiva edə bilər. Alternativlərin hazırlanması üçün başqa üsullar 
da mövcuddur.  
46. Təsirlərin proqnozlaşdırılması və qiymətləndirməsi ilə bağlı qarşıya çıxan problemlər qeydə 
alınmalıdır.  
47.  Əslində, mənfi təsirlərin qarşısının alınması  məhdudlaşdırılması, yaxud nəticələrinin 
yüngülləşdirilməsi tədbirləri yalnız seçilmiş plan və ya proqram üçün təklif edilə bilər, lakin 
məqsədə müvafiq hesab olunan alternativlər üçün belə tədbirlərin seçilməsi qalıq təsirləri (başqa 
sözlə, göstərilən tədbirlərin tətbiqindən sonrakı təsirləri) qiymətləndirməyə imkan verir, bununla 
da alternativlərin müqayisəsi üçün əlavə məlumat təmin edir.  
48. Müvafiq olduqda, nəzərdən keçirilməkdə olan alternativlərin təkmilləşdirilməsi üçün bu 
addımda ictimaiyyətin iştirakının və konsultasiyaların baş tutması təklif olunur. 
 Addım 4. Ətraf mühitin mühafizəsi haqqında hesabatın hazırlanması 
Metodoloji tapşırıqlar
 
Prosedur vəzifələr 
 
Əlavə, ixtiyari vəzifələr
 

 
Monitorinq tədbirlərinin 
təklif edilməsi (Əlavə IV, 
bənd 9) 

 
Alternativlərin 
qiymətləndirilməsi ilə 
əlaqədar çətinlikləri, 
məhdudiyyətləri, qeyri-
müəyyənlikləri və riskləri, 
o cemlədən məlumat 
çatışmazlıqlarını göstərin 
və  təsvir edin (Əlavə IV, 
bənd 8)  

 
Geniş ictimaiyyət üçün 
qeyri-texniki icmal 
hazırlayın (Əlavə IV, bənd 
11) 
 
Ətraf mühitin 
mühafizəsi haqqında 
hesabatın 
hazırlanması (maddə 
7.1)  
 

 
Monitorinq tədbirlərinin 
təklif olunması zamanı 
məlumatlarla bağlı 
çatışmazlıqların məlumatın 
keyfiyyəti və  kəmiyyəti 
məsələlərinin nəzərə 
alınması  

 
Zəruri olduqda, seçilmiş 
alternativlərin və 
ətraf 
mühitin mühafizəsi 
haqqında hesabatın təkrar 
nəzərdən keçirilməsi.  

 
SEQ-in plan, ayxud 
proqramın cə 
alternativlərin 
hazırlanmasına necə  təsir 
etdiyinin qeydə alınması.  

 
Planlaşdırma və SEQ 
komandaları arasında 
qarşılıqlı  fəaliyyətə dair 
qeydlərin aparılması. 

 
 Nəticələrin izlənməsi üçün 
tədbirlərin görülməsini, o 
cümlədən başqa, plan, 
proqram və ya layihələr 
üçün tövsiyələrin 
verilməsini təklif edin. 
 

 
 
85 
 
49. İndi ətraf mühitin mühafizəsi haqqında hesabatın formalaşması üçün hər şey hazır olmalıdır. 
Xüsusən bu addımda geniş auditoriya üçün hesabatın icmalı hazırlanmalıdır, lakin bu icmalın 
ilkin versiyalarından SEQ-in daha erkən mərhələlərində konsultasiyaları  və ictimaiyyətin 
iştirakını asanlaşdırmaq üçün istifadə oluna bilər. 
 50.  AK  rəhbər sənədi  ətraf mühitin mühafizəsi haqqında hesabatın "məntiqi cəhətdən 
uzlaşdırılmış  mətn və ya mətnlərdən" ibarət olmasını,  Əlavədə istifadə olan başlıqlara uyğun 
tərtib olunmasını təklif edir. Ətraf mühitin mühafizəsi haqqında hesablar plan və ya proqramın 
tərkibinə daxil edilə bilər, lakin bu halda hesabat "plan və ya proqramın ayrıca bir hissəsi kimi 
aydın nəzərə çapırtdırılmalı, ictimaiyyət və dövlət orqanlarının nümayəndələri tərəfindən 
asanlıqla tapıla və anlaşıla bilməlidir » (AK rəhbər sənədi, § 5.4). AK rəhbər sənədi həmçinin 
hesabatın "davamlılığın qiymətləndirilməsi materiallarının tərkibinə daxil edilə biləciyini də 
istisna etmir. Davamlılığın qiymətləndirilməsi materialları isə öz növbəsində plan və ya 
proqramın mətninə daxil edilə bilər (§ 5.5). 
Hesabatın keyfiyyəti 
51. Bu bölmənin qalan hissəsində  ətraf mühitin mühafizəsi haqqında hesabatın Protokol 
məqsədlərinə cavab verməli olan keyfiyyətindən bəhs olunur (maddə 7.3 və Direktivin 12.2-ci 
maddəsi). Mümkün praktiki mülahizələr üçün bax: aşağıda Haşiyə A4.4.  
52. Hesabatın keyfiyyətinin təmin edilməsinə görə məsuliyyət hər hansı bir ölkədə institutsional 
strukturdan asılıdır.  Ətraf mühitin mühafizəsi haqqında hesabatı hazırlayan orqan da onun 
keyfiyyət təminatında görə cavabdeh ola bilər. Milli tövsiyə  sənədlərinin hazırlanmasına görə 
məsul orqan keyfiyyətə  nəzarəti öz üzərinə götürə bilər, yaxud bu rolu xüsusi yaradılmış 
müstəqil komissiya və ya müvafiq səlahiyyətlərə malik, artıq mövcud olan bir komissiya yerinə 
yetirə bilər.  
53.  Ətraf mühitin mühafizəsi haqqında hesabatın keyfiyyəti nəzərdən keçirilərkın aşağıdakı 
məsələləri yadda saxlamaq lazımdır:  

 
"Yetərli keyfiyyət" dedikdə, məzmun və prosedur baxımından müddəaların düzgün 
tətbiqi, Protokolun tətbiqi üçün adekvat tam və etibarlı  məlumatın təmin olunduğu 
nəzərdə tutulur.  

 
Hesabatın keyfiyyətinin yetərli olub-olmamağı ilə bağlı  qərar konkret bir orqan 
tərəfindən xüsusən Protokolun IV Əlavəsinin 7-ci maddəsinin tələblərinə  əsasən qəbul 
olunur. 

 
Yetərli keyfiyyətə malik olmadıqda, milli SEQ sistemlərindən asılı olaraq, hesabata 
düzəliş və ya əlavələr edilə, yaxud SEQ prosesinin bir hissəsi təkrar edilə bilər.  

 
Hesabat yetərli keyfiyyətə malik deyilsə, bu SEQ nəticəsində  qəbul edilmiş  hər hansı 
qərarın legitimliyini şübhə altında qoya bilər.  

 
Protokol minimum keyfiyyət standartını müəyyən edir. Bu minimum standart müxtəlif 
alətlər, o cümlədən müstəqil ekspertizalar, məzmun və prosedur tələblərin ödənməsi üçün 

 
 
86 
 
tövsiyələr, müstəqil təşkilatların qiymətləndirmə prosesində  iştirakı, eləcə  də inzibati 
şikayətlər və məhkəmə iddiaları vasitəsi ilə yaxşılaşdırıla bilər.  

 
Keyfiyyətin təmin edilməsinin çoxsaylı metodları var, məsələn, prosesin addımları üçün 
yaddaş siyahısı. Cədvəl A4.4-də Birləşmiş Krallıqda istifadə olunan yaddaş siyahısı əks 
olunur ( yalnız  ətraf mühitin mühafizəsi haqqında hesabat üçün deyil, bütövlükdə SEQ 
prosesinin keyfiyyət qiymətləndirilməsi üçün hazırlanmış alət). 
Haşiyə A4.4: Keyfiyyət — Mümkün praktiki mülahizələr 
 
Ətraf mühitin mühafizəsi haqqında hesabata Protokol məqsədləri üçün adekvat olan əhatəli və 
ətraflı məlumat daxil olmalıdır. Protokol yetərli keyfiyyətin nə olduğunu dəqiq izah etmir, lakin 
həm SEQ, həm də  ətraf mühitin mühafizəsi haqqında hesabatın Protokol tələblərinə  əsasən 
müəyyən olunduğunu nəzərə alsaq, hesab etmək olar ki, Protokol müddəalarıının həm məzmun, 
həm də prosedur baxımından düzgün tətbiqi alınmış hesabatın yetərli keyfiyyətdə olmasını təmin 
etməlidir.  
 
Əksər hallarda ətraf mühitin mühafizəsi haqqında hesabatın keyfiyyətinin yetərli olub-olmadığı 
və mövcud olduqları təqdirdə, çatışmazlıqların necə aradan qaldırılmalı olduğu barədə qərar plan 
və ya proqram tam təsdiq edilməmişdən əvvəl plan və ya proqramın təsdiqinə görə məsul orqan 
tərəfindən qəbul edilir. Bura ətraf mühitin mühafizəsi haqqında hesabata düzəliş  və  əlavələrin 
edilməsi və  hətta SEQ-in bütövlükdə  və ya qismən təkrar edilməsi daxil ola bilər. Yetərli 
keyfiyyətin nə olduğunu müəyyən etmək üçün plan və ya proqrama görə  məsul orqanları 7-ci 
maddə  və IV Əlavədə irəli sürülən Protokol tələblərinə yaxından diqqət yetirməlidirlər. Onlar 
həmçinin dövlət orqanları ilə konsultasiyaların və ictimaiyyətin iştirakının nəticələrinə diqqət 
yetirməli olacaqlar. Onlar yadda saxlamalıdırlar ki, nöqsanlı hesabat ona uyğun olaraq qəbul 
edilmiş hər hansı qərarın və ya tədbirin legitimliyini sual altında qoya bilər. 
 
 Düzgün tətbiq və icra edildikdə, Protokolun prosedur və məzmunla bağlı tələbləri ətraf mühitin 
mühafizəsi haqqında hesabatın keyfiyyətinin minimum standartı hesab edilə bilərlər. Tərəflər 
əlavə  tədbirlərin görülüb-görülməməsi və bu tədbirlərin nə olacağı barədə  qərar qəbul edə 
bilərlər.  Ətraf mühitə  təsirlərin qiymətləndirilməsi zamanı istifadə olunan bir çox tədbirlər 
Protkolun məqsədlərinin yerinə yetirilməsi üçün tətbiq oluna bilər, məsələn, müstəqil ekspertiza 
(ekspertlər qrupu və ya dövlət komissiyasının hesabatda əksini tapan məlumatların keyfiyyətini 
qiymətləndirməsi); hesabatın hazırlanması üçün prosedur və  məzmun tələblərini dəqiqləşdirən 
tövsiyə sənədləri; (ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsini cə təfərrüatlarını 
müəyyən edən) müstəqil təşkilat; yaxud sadəcə məhkəmə iddialarına arxalanmaq.  
 
SEQ prosesinin ətraf mühitin mühafizəsi haqqında hesabatın formalaşmasını aparan hər bir 
prosedur addımının yetərli keyfiyyətdə olmasının təmin edilməsi ilə yanaşı, bütövlükdə SEQ 
prosesinin keyfiyyətinin təmin edilməsinə yönəlmiş digər tədbirlərdən də istifadə oluna bilər. 
Məsələn, bütün zəruri fəaliyyətlərin yerinə yetirilib yetirilmədiyini və düzgün keyfiyyətdə həyata 
keçirilib-keçirilmədiyini şəffaf şəkildə nümayiş etdirən yaddaş siyahılarından istifadə etmək olar. 
 
(Mənbə: AK rəhbər sənədindən adaptasiya, bənd 6.2–6.6) 
 
 
 
 

 
 
87 
 
 
 
Cədvəl A4.4: Keyfiyyət təminatı üçün yaddaş siyahısı
32
 
Məqsədlər və kontekst 

 
Plan və ya proqramın məqsədi aydınlaşdırılmışdır.  

 
Ekoloji problemlər və məhdudiyyətlər, o cümlədən beynəlxalq və Aİ səviyyəsində ətraf 
mühitin mühafizəsi məqsədləri məqsəd və  hədəflərin hazırlanması zamanı  nəzərə 
alınmışdır.  

 
SEQ məqsədləri (istifadə olunduqları  təqdirdə) aydın müəyyən edilmiş  və müvafiq 
hallarda göstəricilər və hədəflərlə əlaqələndirilmişlər. 

 
Digər plan, proqram və siyasətlərlə əlaqəlilik müəyyən edilmiş və izah olunmuşdur. 

 
SEQ məqsədləri, SEQ və planın məqsədləri, SEQ məqsədləri və digər planların 
məqsədləri arasında təzadlar müəyyən edilmiş və təsvir olunmuşdur. 
Əhatə dairəsinin müəyyən edilməsi 

 
Ətraf mühitin mühafizəsi və səhiyyə sahəsində səlahiyyətlərə malik müvafiqn orqanlarla 
ətraf mühitin mühafizəsi haqqında hesabatın əhatə dairəsi və məzmunu ilə bağlı aparılan 
konsultasiyalar düzgün və vaxtında həyta keçirilmişdir.  

 
Qiymətləndirmədə əsas diqqət vacib məsələlərə yönəldilir. 

 
Qarşıya çıxan texniki, prosedur və digər çətinliklər müzakirə edilmişdir; ehtimallar və 
qeyri-müəyyənliklər açıq şəkildə ifadə olunmuşdur.  

 
Problemlərin nəzərə alınacaq məsələlər arasından çıxarılmasının səbəbləri göstərilmişdir. 
Alternativlər 

 
Əsas qərarların qəbulu üçün reallığa uyğun alternativlər nəzərdən keçirilmişdir; onların 
seçilməsinin səbəbləri sənədləşdirilmişdir. 

 
Müvafiq olduqda, alternativlərə "minimum fəaliyyət" və "işin  ənənəvi qaydada 
aparılması" ssenariləri daxil edilir.  

 
Hər bir alternativin icrasının ekoloji (həm mənfi, həm müsbət) nəticələri 
müəyyənləşdirilmiş və müqayisə edilmişdir.  

 
Alternativlər və digər müvafiq planlar, proqramlar, yaxud siyasətlər arasında 
uyğunsuzluqlar müəyyən olunmuş və izah edilmişdir.  

 
Alternativlərin seçilməsi və ya ləğvi üçün səbəblər göstərilmişdir. 
 
İlkin məlumat 

 
Əhalinin sağlamlığı daxil olmaqla, ətraf mühitin cari vəziyyətinin müvafiq aspektləri və 
plan və ya proqramın həyata keçirilməməsi halında bu vəziyyətdə ehtimal olunan 
dəyişiklik təsvir olunmuşdur.  

 
Əhəmiyyətli təsirə  məruz qalacağı ehtimal edilən  ərazilərin, o cümlədən planın icra 
edildiyi məkanın fiziki sərhədləri daxilində olmayan, lakin təsirə  məruz qala biləcək 
ərazilərin xarakteristikası verilmişdir.  

 
Məlumat və metodlarda çatışmazlıqların mövcudluğu kimi çətinliklər izah olunmuşdur. 
Ehtimal olan mühüm ekoloji təsirlərin proqnozlaşdırılması və qiymətləndirilməsi 

 
Müvafiq olduqda, müəyyən edilmiş  təsirlərə Protokolda sadalanan növlər (insan 
sağlamlığı, flora, fauna, biomüxtəliflik, torpaq, iqlim, hava, su, landşaft, təbiət obyektləri, 
maddi aktivlər və  mədəni irs) daxil ola bilər;  ətraf mühitə digər mümkün təsirlər də 
nəzərdən keçirilmişdir.  
                                                      
32
 
SEQ Direktivi üçün praktiki tövsiyə sənədininin 9-cu Əlavəsindən adaptasiya (Birləşmiş Krallıq, 2005)
 
 

 
 
88 
 

 
Həm müsbət, həm mənfi təsirlər, həm də onların davam etmə müddətləri (qısa, orta və ya 
uzun) nəzərə alınmışdır.  

 
Praktiki baxımdan mümkün olduqca, ehtimal edilən ikinci dərəcəli, kumulyativ və birgə 
təsirlər də nəzərdən keçirilmişdir.  

 
Mümkün olduqca, təsirlər arasında qarşılıqlı əlaqəlilik nəzərə alınmışdır.  

 
Təsirlərin proqnozlaşdırılması  və qiymətləndirilməsi zamanı  qəbul edilmiş 
standartlardan, normativ sənədlərdən və hədlərdən istifadə olunmuşdur. 

 
Qiymətləndirmədə istifadə olunan metodlar təsvir edilmişdir 
Nəticələrin yüngülləşdirilməsi tədbirləri 

 
Plan və ya proqramın icrasının mühüm mənfi təsirlərinin qarşısının alınması, azaldılması 
və kompensasiyası üçün nəzərdə tutulan tədbirlər göstərilmişdir.  

 
Layihələrin həyata keçirilməsinə icazə verilən zaman nəzərə alınmalı olan məsələlər 
müəyyən edilmişdir. 
Ətraf mühitin mühafizəsi haqqında hesabat  

 
Struktur və məlumatların təqdim olunması baxımından aydın və dəqiqdir.  

 
Sadə, aydın dildə yazılmışdır, texniki terminin istifadəsindən yayınəlmışdır, yaxud belə 
terminlər izah edilmişdir.  

 
Zəruri olduqda xəritələrdən və digər illüstrasiyalardan istifadə edir.  

 
İstifadə edilmiş metodologiyanı izah edir.  

 
Konsultasiyaların kiminlə aparıldığını və istifadə olunmuş konsultasiya metodlarını izah 
edir.  

 
Mütəxəssis rəyləri və mübahisəli məsələlər haqqında fikirlər daxil olmaqla, məlumat 
mənbələrini müəyyən edir. 

 
SEQ-ə ümumi yanaşmanı, planın məqsədlərini, nəzərdən keçirilmiş əsas variantları, eləcə 
də SEQ nəticəsində plana edilmiş  dəyişiklikləri  əhatə edən qeyri-texniki icmalı ehtiva 
edir. 
Konsultasiya 

 
SEQ məsələləri üzrə konsultasiya planın hazırlanması prosesinə ayrılmaz bir hissə kimi 
daxil edilmişdir.  

 
Ətraf mühiti mühafizə  və  əhalinin sağlamlığı sahəsində  səlahiyyətlərə malik müvafiq 
dövlət orqanları, eləcə  də plan və ya proqramın icrası  nəticəsində  təsirə  məruz qala 
biləcək, yaxud bu prosesdə maraqlı olan ictimaiyyət nümayəndələri ilə konsultasiyalar 
onlara müvafiq vaxt çərçivəsində planın və ya ətraf mühitin mühafizəsi haqqında 
hesabatın layihəsi haqqında fikirlərini ifadə etmək üçün vaxtlı-vaxtında və efefktic fürsət 
verəcək şəkildə və vaxtda təşkil edilməlidir 
Qərarın qəbulu və qərar haqqında məlumat 

 
Konsultasiya iştirakçılarının rəyləri və ətraf mühitin mühafizəsi haqqında hesabat 
plan və ya proqramın yekunlaşdırılması və təsdiqi zamanı nəzərə alınır. 

 
Onların necə nəzərə alındığı haqqında izahat verilir 

 
Nə üçün nəzərdən keçirilmiş rasional alternativlər arasından təsdiq edilmş yekun 
variantın seçildiyi əsaslandırılır. 
 Monitorinq tədbirləri 

 
Təklif edilmiş meyarlar, aydın tətbiqi real və SEQ zamanı istifadə olunan göstərici və 
məqsədlərlə əlaqəlidir. 

 
Zəruri olduqda, plan və ya proqramın icrası zamanı,  ətraf mühitin vəziyyəti haqqında 
SEQ tərəfindən aşkara çıxarılmış  məlumat çatışmazlıqlarının tamamlanması üçün 
monitorinqdən istifadə oluna bilər.  

 
Monitorinq gözlənilməyən mənfi təsirlərin daha erkən mərhələlərdə müəyyən edilməsinə 
imkan verir. (Bu təsirlərə yanlış olduğu ortaya çıxan proqnozlar da daxil ola bilər.) 

 
 
89 
 

 
Mühüm mənfi təsirlərə qarşı görüləcək tədbirlər təklif edilmişdir. 
 
 
Addım 5: Konsultasiya. 
 
Metodoloji tapşırıqlar 
(yoxdur)
 
Prosedur vəzifələr 
 
Əlavə, ixtiyari vəzifələr
 
 

 
Müvafiq qeyri-hökumət 
təşkilatları (QHT-lər) 
daxil olmaqla, iştirak 
etməli olan aidiyyəti 
ictimaiyyət 
nümayəndələrinin 
müəyyən edilməsi (1-ci 
addımda yerinə 
yetirilməmişdirsə) 
(maddə 8.3, bax: bölmə 
A4.3)  

 
Ətraf mühitin mühafizəsi 
haqqında hesabatın dövlət 
orqanları  və ictimaiyyət 
üçün təmin edilməsi 
(maddə 8.2, bax: bölmə 
A4.3; və maddə 9.2, bax 
bölmə A4.4). 

 
Zəruri olduqda, mənfi 
təsirə 
məruz qalmış 
Tərəflərin rəsmi qaydada 
məlumatlandırılması 
(maddə 10, bax bölmə 
A4.5). 

 
Ətraf mühitin mühafizəsi 
haqqında hesabat və 
seçilmiş alternativlərlə 
əlaqədar olaraq 
konsultasiyaların və 
ictimaiyyətin iştirakının 
təmin edilməsi  

 
Zəruri olduqda, mənfi 
təsirə 
məruz qalmış 
Tərəflərlə konsultasiya. 

 
Qərarın qəbulu zamanı 
nəzərə alınmalı olan 
rəylərin alınması. Qərar 
qəbulu üçün rəsmi 
qaydada təqdim edilmə 
(maddə 11, bax: bölmə 
A4.6).
 

 
Konsultasiya və 
ictimaiyyətin iştirakının 
təsviri.  

 
"İctimaiyyət" və "aidiyyəti 
olan ictimaiyyət 
nümayəndələri" nin 
kimlərdən ibarət olduğunun 
qeyd edilməsi. 
 
 
54. Konsultasiya (bölmə A4.4) və ictimaiyyətin iştirakı (bölmə A4.3) bu mərhələdə baş tutmalı, 
aidiyyəti olan ictimaiyyət nümayəndələri və dövlət orqanları hesabat, plan və ya proqramın 

 
 
90 
 
alternativlərinin layihələri haqqında rəy bildirməlidirlər. Onların rəyləri plan və ya proqamın 
qəbulu zamanı nəzərə alınmalı və qeydə alınmalıdır. 
 55.  Transsərhəd təsirlərin ehtimal olunduğu müəyyən edilərsə, transsərhəd konsultasiyalar bu 
mərhələdə başladılmalıdır. Təsirə məruz qalan hər hansı Tərəf də konsultasiyaların keçirilməsini 
tələb edə bilər. Bax: aşağıda bölmə A4.5. 
 56. Nəhayət, zəruri olduqda, qərarın qəbuluna görə məsul orqanlara təqdim olunmazdan əvvəl, 
rəylərin nəzərə alınması  məqsədi ilə hesabata, yaxud plan və ya proqram alternativlərinə 
düzəlişlər edilə bilər. Bu sənədlərin qərarın qəbulu prosesinə necə  təsir etdityi A2 səflində 
müzakirə olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
91 
 
A4.3 İCTİMAİYYƏTİN İŞTİRAKI 
57. Bu bölmədə protokol çərçivəsində SEQ prosesində ictimaiyyətin iştirakı araşdırılır (əsasən 
maddə 8). 
 
A4.3.1 Hüquqi öhdəliklər 
58. 8-ci maddə  hələ  hər bir variantın mümkün olduğu vaxtda, plan və proqramların starteji 
ekoloji qiymətləndirməsində ictimaiyyətin erkən, vaxtlı-vaxtında və effektiv iştirakı üçün 
imkanın yaradılmasını  tələb edir. 8.1). Plan, yaxud proqramın layihəsinin və  ətraf mühitin 
mühafizəsi haqqında hesabatın vaxtında ictimaiyyətə açıqlanması tələb olunur (maddə 8.2). 
59. Müvafiq QHT-lər daxil olmaqla aidiyyəti olan ictimaiyyət nümayəndələri müəyyən 
edilməlidir (maddə 8.3). Plan, yaxud proqramın,  ətraf mühitin mühafizəsi haqqında hesabatın 
layihəsi haqqında fikir bildirmək fürsəti geniş ictimaiyyət üçün deyil aidiyyəti olan ictimaiyyət 
nümayəndələri (bax: bölmə A4.2, addım 4) üçün məqbul vaxt çərçivəsində  təmin edilməlidir 
(maddə 8.4).  
60. Bundan başqa, Protokol ictimaiyyətin daha erkən mərhələdə iştirakını ixtiyari əsaslarla təmin 
edir:  

 
SEQ-in tələb olub-olunmadığı müəyyən edilən zaman, əsaslı təsirlərin müəyyən edilməsi 
(maddə 5) (bax bölmə A3.2).  

 
Əhatə dairəsinin müəyyən edilməsi (maddə 6) (bax: bölmə A4.2, addım 1).  
61.  İctimaiyyətin məlumatlandırılması  və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə 
konsultasiyalar üzrə konkret tədbirlər müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır (maddə 
8.5). Bu tədbirlərə münasibətdə V Əlavənin bəndləri nəzərə alınmalıdır (aşağı bax). SEQ 
Direktivində V Əlavənin heç bir alternativi yoxdur.  
62. Preambula və aşağıdakı maddələrdə ictimaiyyətin iştirakı ilə əlaqədar əlavə müddəalar əksini 
tapır: 1 (c) (məqsədlər); 2.6, 2.8 (təriflər); 3.2, 3.3, 3.6 və 3.7 (ümumi müddəalar); 5.3 və 5.4 
(ilkin qiymətləndirmə); 6.3 (əhatə dairəsinin müəyyən edilməsi); 7.2 (a) (ətraf mühitin 
mühafizəsi haqqında hesabat); 10.4 (transsərhəd konsultasiyalar); 11 (qərar) və 12.2 
(monitorinq). SEQ Direktivində Protokolun 8-ci maddəsinə alternativ əsas müddəalar 6.1, 6.2, 
6.4 və 6.5-ci maddələrdə öz əksini tapır.  İctimaiyyətin iştirakı ilə bağlı  əlavə müddəalara 
preambulada, eləcə də 2 (b) və (d), 3.7, 7.2, 8 və 9.1-ci maddələrdə rast gəlinir. 
 63. Protokol çərçivəsində ictimaiyyətin hüquqları aşağıdakı başlıqlar altında daha ətraflı 
araşdırılır:  

 
Ümumi hüquqlar. 

 
Məlumat azadlığı. 

 
İştirak hüququ. 

 
 
92 
 
Ümumi ictimai hüquqlar 
64. Müəyyən məlumatın  əldə edilmədi və plan yaxud proqramın,  ətraf mühitin mühafizəsi 
haqqında hesabatla əlaqədar konsultasiyalarda iştirak hüququ ilə yanaşı, Protokol ictimaiyyət 
üçün bir sıra ümumi səciyyəli hüquqlar da müəyyən edir. Bu hüquqlar 3-cü maddədə müəyyən 
edilirlər və Orxus konvensiyasında ifadə olunan hüquqlarla oxşardırlar: 

 
Rəsmi şəxslərdən və orqanlarından müvafiq yardım və tövsiyələr.  

 
Müvafiq assosiasiyalar, təşkilatlar və ya qruplar (məsələn, QHT) tərəfindən tanınma və 
dəstək;  

 
Protokol çərçivəsindəki hüquqların icrası: 
o
 
Cəza, təqib, yaxud təzyiqə məruz qalma riski olmadan  
o
 
Vətəndaşlıq, milli mənsubiyyət, yaxud yaşayış yeri əlamətlərinə görə ayrı-seçkiliyə 
məruz qalmadan. 
65. SEQ Direktivindən fərqli olaraq, Avropa İttifaqı qanunvericiliyi yuxarıda sadalanan 
hüquqların əksəriyyətini əhatə edir.  
66. 3-cü maddəyə həmçinin Tərəflərin Protokol tələblərini milli qanunvericiliyə necə inteqrasiya 
etməli olduqlarına dair müddəalar daxildir. 
İctimaiyyətin məlumat almaq hüququ 
67. Aşağıdakı  məlumatların  əldə edilməsi hüququ Protokolun müxtəlif müddəalarında ifadə 
olunur və cari vəsaitin müvafiq hissələrində müzakirə olunur: 
o
 
Əhəmiyyətli təsirlərin müəyyən edilməsi prosesi nəticəsində əldə edilən qənaətlər (maddə 
5.4) (bax bölmə A3) 
o
 
.Plan, yaxud proqram və ətraf mühitin mühafizəsi haqqında hesabatın layihəsi (vaxtında 
təmin edilmə) (maddə 8.2 və maddə 10.4) (bax bölmə A4.2).  
o
 
İctimaiyyətin məlumatlandırılması  və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə 
konsultasiyalar üzrə konkret tədbirlər (maddə 8.5) (bu bölmədə). 
o
 
Plan və ya proqramın təsdiqi və s. (maddə 11.2) (bölmə A4.6). 
o
 
Monitorinq nəticələri (maddə 12.2) (bölmə A4.7).  
68.  İctimaiyyətin məlumatlandırılması  və aidiyyəti olan ictimaiyyət nümayəndələri ilə 
konsultasiyalar üzrə konkret tədbirlər müəyyən edilməli və ictimaiyyətə açıqlanmalıdır Bu 
tədbirlərin nələri əhatə etməli olduğu Protokolun V Əlavəsində ətraflı şəkildə müəyyən edilir. 
İctimaiyyətin iştirak hüququ 
69. Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin məlumat almaq hüququndan başqa, plan yaxud 
proqramın və ətraf mühitin mühafizəsi haqqında hesabatın layihələri haqqında fikir söyləməklə 

 
 
93 
 
qərarın qəbulu prosesinə töhfə vermək və  rəylərinin plan yaxud proqramlar haqqında qərarın 
qəbulu zamanı nəzərə alınması hüquqları vardır: 

 
Hələ variantlardan hər birinin seçilmək ehtimalı varkən, ictimaiyyətin erkən, vaxtında və 
effektiv şəkildə iştirakı üçün imkan yaradılmalıdır (maddə 8.1). 

 
Əhatə dairəsinin və əhəmiyyətli təsirlərin müəyyən edilməsi zamanı ictimaiyyətin iştirakı 
mümkündür, lakin bu məcburi tələb deyil (maddə 5.3 və maddə 6.3) ( müvafiq olaraq, 
fəsil A3 və bölmə A4.2).  

 
Aidiyyəti olan ictimaiyyət nümayəndələri məqbul vaxt çərçivəsində plan yaxud 
proqramın, ətraf mühitin mühafizəsi haqqında hesabatın layihəsi haqqında fikirlərini 
ifadə edə bilərlər (maddə 8.4 və maddə 10.4) ( müvafiq olaraq bölmə A4.2 və A4.5 
(Təsirə məruz qalmış hər hansı Tərəfin aidiyyəti olan ictimaiyyət nümayəndələri üçün)). 

 
Aidiyyəti olan ictimaiyyət nümayəndələrinin rəyləri qərarın qəbulu zamanı nəzərə 
alınmalıdır (maddə 11.1) (bölmə A4.6). 

 
 
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin