Strateji Ekoloji Qiymətləndirmə Protokolunun Tətbiqinə Dəstək üçün


A1.4 SEQ-İN TƏTBİQİNİN BAŞLICA PRİNSİPLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/22
tarix07.03.2017
ölçüsü4,8 Kb.
#10614
1   2   3   4   5   6   7   8   9   ...   22

A1.4 SEQ-İN TƏTBİQİNİN BAŞLICA PRİNSİPLƏRİ 
19. Bu vəsaitdə SEQ Protokolunun tətbiqinin konkret tələblərinə  və nisbətən az da olsa, SEQ 
Direktivinə  nəzər salınır. Bununla belə, faydalı ola biləcək bir sıra ümumi prinsiplər də 
mövcuddur. Bura mövzu üzrə milli rəhbər sənədlərdə və nəşrlərdə əksini tapan müxtəlif fikirlər 
aid edilə bilər. Bundan əlavə, burada SEQ prosesinin keyfiyyətinin qiymətləndirilməsi üçün 
Təsirlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən hazırlanmış effektivlik 
meyarları qeyd edilə bilər (bax: Əlavə A1.2).  
20. Bəzi fərqliliklərə baxmayaraq, effektiv icra üçün tələb olunan başlıca SEQ prinsipləri və 
fəaliyyətləri ilə bağlı müəyyən həmrəylik mövcuddur: Bura aşağıdakılar daxildir:  

 
SEQ plan və ya proqramlara görə  məsul səlahiyyətli orqan tərəfindən yerinə 
yetirilməlidir.  İdeal halda, SEQ plan və proqramların hazırlanması prosesinin tərkin 
hissəsi olmalı və bu prosesin əsaslandığı məntiqə uyğunlaşdırılmalıdır.  

 
SEQ qərarın qəbulu prosesində mümkün qədər tez, bütün alternativ və variantların 
nəzərdən keçirilməsinin mümkün olduğu vaxtda tətbiq edilməlidir. Plan və ya proqramın 
hazırlanması prosesinin müvafiq mərhələlərində, strateji ekoloji qiymətləndirmə aparılan 
zaman  əsas diqqət başlıca mühüm məsələlər üzərində  cəmlənməlidir. Bu prosesin 
vaxtında, ən az xərclər və etibarlı şəkildə yerinə yetirilməsinə kömək edəcək.  

 
SEQ prosesində bir sıra məntiqi baxımdan məqbul alternativlər qiymətləndirilməlidir. Bu 
zaman alternativlərin miqyasının qərar qəbulu səviyyəsindən asılı olaraq dəyişə biləcəyi 
qəbul edilməlidir. Mümkün və  zəruri olduqda, SEQ ətraf mühitin mühafizəsi üçün ən 
optimal və əlverişli variantı müəyyən etməlidir.  

 
SEQ prosesin erkən mərhələlərindən etibarən, dəqiq prosedurlardan istifadə etməklə əsas 
maraqlı  tərəflərin, eləcə  də ictimaiyyətin iştirakı üçün adekvat imkanlar yaratmalıdır. 
İdeal hallarda tətbiqi adan olan və  hədəf qrupları üçün münasib konsultasiya 
metodlarından istifadə olunmalıdır.  

 
SEQ münasib və iqtisadi cəhətdən səmərəli metod və analiz texnikasından istifadə 
edilməklə yerinə yerinə yetirilməlidir. SEQ məqsədlərinə mövcud məlumat, vaxt və 
resurslar çərçivəsində nail olmalıdır. Məlumatlar yalnız  əsaslandırılmış  qərarın qəbulu 
üçün tələb olunan həcmdə və əhatəlilikdə toplanmalıdır.  
21. SEQ məqsədlərinə nail olmaq və yuxarıda qeyd edilən mənfəətlərin əldə edilməsi üçün bu 
rəhbər prinsiplərə birlikdə  əməl edilməlidir. Belə olan halda, bu prinsiplər Protokoluna ruhuna 
uyğun olan və tələblərinə cavab verən keyfiyyətli prosesin təşkilinə kömək edə bilər. Sözsüz ki, 
bu hüquqi müddəalar SEQ prosesinin planlaşdırılması  və  tətbiqi zamanı ilk növbədə  nəzərə 
alınmalıdır. 
 
 

 
 
15 
 
 
  
A1.5 BƏZİ ÜMUMİ ANLAYIŞLAR 
22. Sonda qeyd edilməlidir ki, SEQ protokolundan kənar rol və miqyas yozumları mövcuddur, 
lakin onları heç vəchlə hamı tərəfindən qəbul edilmiş hesab etmək olmaz. Bunlar haqda vəsaitdə 
qısa məlumat verilir, belə ki, onlar hələ də davam edən mübahisə mövzularıdır və bəzi ölkələrdə 
və beynəlxalq təşkilatlarda tətbiq olunmaq üzrədirlər və ya tətbiq edilmək üçün təklif 
olunmuşlar. 
A1.5.1 SEQ davamlı inkişaf vasitəsi kimi 
23. Vacib və mübahisəli məsələlərdən biri də budur ki, SEQ plan və proqramların (və ya başqa 
strateji təşəbbüslərin) davamlı inkişafa təsirlərini birbaşa  əhatə etməlidir, yaxud yalnız  ətraf 
mühit məsələlərini diqqətdə saxlamağa davam etməlidir.  İlk mövqeyə  gəldikdə isə, bu 
yanaşmanın necə  həyata keçiriləcəyinə dair çoxsaylı suallar meydana gəlir. Hal-hazırda bu 
məsələlərlə bağlı iki elmi düşüncə istiqaməti (və orta mövqedə dayanan çoxsaylı yozumlar) 
mövcuddur: 
 (1) SEQ yalnız və birinci növbədə ekoloji təsirlərlə  məşğul olmalıdır. SEQ zamanı 
qanunvericiliyin müəyyən etdiyi və ya strateji qiymətləndirmə sahəsində qabaqcıl təcrübə kimi 
geniş şəkildə qəbul edilmiş prinsiplərə riayət edilməlidir. Beləliklə, bu proses davamlı inkişafa 
yardım edə bilər. Bu yanaşma  əksəriyyətin mövqeyi adlandırıla bilər. Bu mövqeni çoxsaylı 
idarəçilər və SEQ-i tətbiq edən mütəxəssislər bölüşürlər. Daha bir variant müəyyən sosial 
aspektlər həm də  ətraf mühitə  təsir kontekstində  nəzərdən keçirilməsidir. Ayrı-ayrı sosial 
aspektlər artıq ətraf mühitin bir hissəsi kimi nəzərdən keçirilirlər, məsələn, insanların sağlamlığı 
və mal-material qiymətliləri (mənzil).  
(2) SEQ ekoloji nəticələrin təhlilindən  əlavə, davamlı inkişafla bağlı  nəticələrin də 
qiymətləndirilməsi üçün müfəssəl "mümkün olan ən yaxşı" cəhdləri  əhatə etməlidir. Eyni 
zamanda bu yanaşmanın məhdudiyyətləri də etiraf edilir. Bu kontekstdə SEQ-in iki əsas 
istiqamətdə təkrar yönləndirilməsi üçün arqumentlər irəli sürülmüşdür, daha dəqiqi:  

 
Təklif edilən plan, proqram və digər strateji təşəbbüslərin ekoloji cəhətdən davamlılığının 
təmin edilməsi, məsələn, zərərin (qalıq təsirin) kompensasiyası və ya aradan qaldırılması 
daxil olmaqla, ehtiyatlılıq prinsipi çərçivəsində bir tərəfdən təsirlərin, digər tərəfdən 
təhlükəsiz minimum və ya yol verilən həddin əhəmiyyətinin qiymətləndirilməsi yolu ilə. 
Ekoloji qiymətləndirmənin effektivliyi üzrə beynəlxalq araşdırma çərçivəsində 
yaradılmış bu yanaşma bəzi ölkələrdə və beynəlxalq səviyyədə qismən tətbiq edilməsinə 
baxmayaraq, hələ də azlığın mövqeyini əks etdirir.  

 
Təklif olunmuş plan, proqram və ya digər strateji təşəbbüslərinin ekoloji, iqtisadi cə 
sosial nəticələrin təhlili və ya davamlılıq qiymətləndirməsi, məsələn, Böyük Britaniyada 
torpaq istifadəsinin yerli və regional səviyyədə planlaşdırılması çərçivəsində və ya siyasi 
və ya qanunvericilik təşəbbüslərinin təsirlərinin Aİ  səviyyəsində qiymətləndirilməsi 

 
 
16 
 
prosedurunda olduğu kimi
6
. Böyük Britaniyada qəbul edilmiş yanaşma həmçinin SEQ 
Direktivinin müddəalarını icra edən, əsaslı planlaşdırma islahatının bir hissəsi kimi irəli 
sürülmüşdü. Bu halda bu istiqamət SEQ və davamlılıq qiymətləndirməsinin qarşılıqlı 
əlaqəsinin praktiki nəticələrinin sınaqdan keçirilməsi kimi böyük diqqət çəkə bilərdi. 
 
A1.5.2 SEQ və digər qiymətləndirmə alətləri arasında məntiqi əlaqə 
24. Son nailiyyətlərə baxmayaraq, plan və proqramların davamlılıq qiymətləndirməsi böyük 
dərəcədə bu vəsaitin çərçivəsindən kənarda qalan bir sıra institutsional və metodoloji çətinliklər 
yaradır. Bununla belə, SEQ Protokolu hər ki istiqamətin qiymətləndirmənin mahiyyəti ilə 
əlaqədar fərqliliklərə baxmayaraq oxşar məntiqdən yararlandığını qəbul etməklə, sosial iqtisadi 
qiymətləndirmə ilə bir sıra potensial uyğunluqlara istinad edir. Birləşmiş Millətlər Təşkilatının 
Ətraf Mühit Proqramı (UNEP)
7
  tərəfindən hazırlanmış yanaşmaya uyğun olaraq, Protokol 
həmçinin inteqrasiyalı qiymətləndirmə  və davamlı inkişaf planlaşdırmasının  əsas prinsipləri ilə 
uyğunluq təşkil edir. Bu yanaşmanın sınağına yönəlmiş bir sıra pilot layihələr müxtəlif 
qiymətləndirmə alətlərinin əlaqələndirilməsi imkanını aşkara çıxarmışdır. Bu imkanlar aşağıdakı, 
SEQ ilə sosial iqtisadi qiymətləndirmə  və davamlılıq qiymətləndirməsi arasındakı mümkün 
əlaqəliliyi izah edən Cədvəl  А1.1-də göstərilir.  Əlbəttə, bu kontekstdə, belə yanaşmanın bir 
hissəsi kimi yerinə yetirilmiş SEQ mütləq surətdə SEQ protokolunun təməl məqsəd və 
tələblərinə uyğun olmalıdır. 
 
A1.5.3 Qərar qəbulu prosesinin daha yüksək səviyyəsində SEQ 
 
25. SEQ-in qərar qəbulu prosesinin daha yüksək strateji səviyyəsində istifadəsi zəruridirmi və 
necə  həyata keçirilməlidir? Bu sual açıq qalır. SEQ üzrə  ədəbiyyatda xüsusən plan və 
proqramların hazırlanmasının təməl prinsiplərini və kontekstini müəyyən etdiyi hallarda, SEQ-in 
ən yüksək - siyasətin formalaşdırılması  səviyyəsindən başlayaraq tətbiq edilməsi lehinə güclü 
arqumentlər irəli sürülür. Lakin bununla bağlı konsensus əldə edilməmişdir. SEQ-i praktiki 
olaraq həyata keçirən bir çox mütəxəssislər ümumilikdə  və ayrı-ayrı ölkələrdə bu yanaşmanın 
həyata keçirilməsi yolunda mövcud praktiki və institutsional baryerlərə diqqət çəkirlər. 
Həmçinin SEQ-in siyasi qərarların qəbulu zamanı  tətbiqi ilə bağlı müxtəlif rəylər mövcuddur, 
                                                      
6
 
Birləşmiş Krallıq, Regional ərazi planlaşdırması strategiyası və yerli inkişaf sənədlərinin davamlılıq qiymətləndirməsi (London, Baş Nazir 
Müavininin ofisi, 2005) Aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.communities.gov.uk/documents/planningandbuilding/pdf/practicalguidesea.pdf. 
 
7
 
BMT-nin Ətraf Mühit Proqramı (2004) Davamlı İnkişaf üçün İnteqrasiyalı Qiymətləndirmə və Planlaşdırma: Pilot layihələr üçün rəhbər 
sənəd,BMT-nin Ətraf Mühit Proqramı, aşağıdakı ünvandan əldə edilə bilər: 
http://www.unep.ch/etb/events/Events2005/midTermReview/IAPGuidePilPro.pdf
 
 

 
 
17 
 
lakin eyni zamanda bu prosesin plan və proqramların hazırlanması ilə müqayisədə daha dövri, 
tez uyğunlaşdırıla bilən xüsusiyyətə malik olduğu da etiraf edilir. 
 26.  Protokol  Tərəfləri ekoloji amillərin siyasət və ya qanunvericilik aktlarının hazırlanması 
prosesinə adekvat şəkildə inteqrasiyasını , eləcə də prosesin icrası zamanı Protokol prinsiplərinin 
və elementlərinin nəzərə alınmasını təmin etməyə təşviq edir, lakin məcburi tələb irəli sürmür. 
(Daha  ətraflı  məlumat üçün bax: Fəsil A6). BMT Avropa İqtisadi Komissiyasına üzv olan bir 
neçə ölkə, eləcə də Aİ artıq siyasət və qanunvericilik aktlarına şamil edilən SEQ sistemindən və 
ya demək olar ekvivalent qiymətləndirmə proseslərindən istifadə edirlər. Bu səviyyədə  əldə 
edilmiş təcrübə plan və proqramların strateji ekoloji qiymətləndirilməsi ilə müqayisədə daha az 
olsa da, diqqətə layiqdir. Bəzi ölkələrdə siyasətin formalaşdırılması səviyyəsində SEQ-in tətbiqi 
praktikası Çexiyanın Ekologiya Nazirliyinin sifarişi ilə bu vəsait üzrə  əlavə  məlumat kimi 
hazırlanmış  nəşrdə  təsvir edilmişdir
8
. Bu nəşrə  həmçinin SEQ protokolunun başlıca 
elementlərinin siyasət və qanunvericiliyə necə  tətbiq edilə biləcəyinin, eləcə  də digər mümkün 
yanaşmaların qısa nəzəri icmalı daxildir. Bu material, xüsusən də yeddi AİK-ə üzv dövlətin milli 
təcrübəsinin təhlili SEQ Protokolunun tələblərini daha geniş kontekstə daşımaq istəyənlər üçün 
maraqlı ola bilər. 
 
 
 
 
 
                                                      
8
 
B. Sadler, red., Siyasət Səviyyəsində Strateji Ekoloji Qiymətləndirmə — Son irəliləyişlər, cari vəziyəti və gələcək perspektivlər (Praqa, Çexiya 
Ekologiya Nazirliyi, 2005). Aşağıdakı ünvandan əldə edilə bilər: http://www.unece.org/env/eia/documents/PolicySEA/SEA of Policies 
volume.pdf
.
 

 
 
18 
 
  
Cədvəl A1.1: SEQ çərçivəsində yerinə yetirilməli olan ənənəvi vəzifələr, sosial və iqtisadi 
qiymətləndirmələr, eləcə də davamlılıq qiymətləndirmələri arasında məntiqi əlaqəlilik
9
 
SEQ 
Sosial və iqtisadi 
qiymətləndirmə 
Davamlılığın 
qiymətləndirilməsi 
Ətraf mühitin ilkin vəziyyəti 
İlkin iqtisadi və sosial 
vəziyyət 
 
Cari inkişaf tendensiyaları  və 
qanunauyğunluqlarının 
davamlılıq qiymətləndirməsi 
Müvafiq ekoloji məqsədlərin 
müəyyən edilməsi və onların 
plan və ya proqramın 
hazırlanması prosesində necə 
nəzərə alındığının 
qiymətləndirilməsi 
Müvafiq iqtisadi və sosial 
məqsədlərin müəyyən 
edilməsi və onların plan və ya 
proqramın hazırlanması 
prosesində necə 
nəzərə 
alındığının qiymətləndirilməsi 
Müvafiq davanlılıq 
məqsədlərinin və 
prinsiplərinin müəyyən 
edilməsi və onların plan və ya 
proqramın hazırlanması 
prosesində necə 
nəzərə 
alındığının qiymətləndirilməsi 
Təklif edilən variantların ətraf 
mühitə 
təsirlərinin 
qiymətləndirilməsi və onların 
optimallaşdırılmasına töhfə 
 
Təklif edilən variantların 
iqtisadi və sosial təsirlərinin 
qiymətləndirilməsi və onların 
optimallaşdırılmasına töhfə 
 
Davamlılıq məqsədləri 
(istəklər) və davamlı inkişaf 
məhdudiyyətləri (aşağı hədlər) 
nəzərə alınmaqla, təklif edilən 
variantların iqtisadi, sosial və 
ekoloji nəticələrinin 
qiymətləndirilməsi və 
qarşılıqlı səmərəli variantların, 
yaxud müxtəlif inkişaf 
elementlərinin  ən effektiv 
şəkildə birləşdirilməsindən 
ibarət variantların təklif 
edilməsi 
Əhəmiyyətli mənfi təsirlərin 
mənfi nəticələrinin 
yüngülləşdirilməsi 
tədbirlərinin, eləcə də plan və 
ya proqramın icrası zamanı 
onların monitorinqinin təsviri 
 
Əhəmiyyətli mənfi təsirlərin 
mənfi nəticələrinin 
yüngülləşdirilməsi 
tədbirlərinin, eləcə də plan və 
ya proqramın icrası zamanı 
onların monitorinqinin təsviri 
 
Əhəmiyyətli mənfi təsirlərin 
mənfi nəticələrinin 
yüngülləşdirilməsi 
tədbirlərinin, eləcə də plan və 
ya proqramın icrası zamanı 
onların monitorinqinin təsviri 
 
 
 
 
 
 
                                                      
9
 
Belə əlaqələrin geniş müzakirəsi üçün bax:İƏİT nəşri "Strateji Ekoloji Qiymətləndirmənin Tətbiqi". Qeyd 3 
 

 
 
19 
 
 
 
 
Fəsil A2 
 
SEQ-IN PLAN VƏ PROQRAMLARIN 
HAZIRLANMASI PROSESINƏ INTEQRASIYASI 
 
 
 

 
 
20 
 
 
A2.1 FƏSLƏ GİRİŞ 
Protokolda "əhalinin sağlamlığı daxil olmaqla ətraf mühit" termini istifadə edilir. 
Vəsaitdə təkrara yol verməmək üçün yalnız "ətraf mühit" termini istifadə edilir, lakin bu 
hər zaman həm də  "əhalinin sağlamlığı" kimi başa düşülməlidir. Sağlamlıq məsələləri 
haqqında daha ətraflı məlumat üçün bax: Əlavə A1.1.  
1. Bu fəsildə plan və ya proqramların strateji ekoloji qiymətləndirməsinin plan və ya 
proqramların hazırlanması prosesinə inteqrasiyası  və ya əlaqələndirilməsi imkanlarına nəzərə 
salır.  
2. Buna görə də cari fəsil protokolun tətbiqi üzrə başlıca məsələləri konkret plan və ya proqramın 
hazırlanması kontekstində öyrənir. və üç hissədən ibarətdir:  

 
A2.2 bölməsi səciyyəvi plan və ya proqram hazırlama prosesinin ümumi təsvirini təmin 
eidr. Sonra Protokola uyğun olaraq, Protokolun effektiv tətbiqi üçün SEQ prosesinin plan 
və ya proqramın hazırlanması prosesinə inteqrasiyasının nə üçün zəruri olduğu daxil 
olmaqla, strateji ekoloji qiymətləndirmənin əsas elementlərinə keçir. Belə inteqrasiyanın 
faydaları daha sonra siyasətlər və qanunvericilik haqqında A6 fəslində müzakirə edilir) 
Sonda bu bölmədə plan və ya proqramın hazırlanması prosesləri və SEQ arasında məntiqi 
əlaqəliklər ayırd edilir. Bu əlaqələrə iki prosesin koordinasiyası və nəhayət, SEQ-in plan 
və proqrmların hazırlanması prosesinə inteqrasiyası fürsəti kimi baxılır.  

 
A2.3 bölməsi bu əlaqələrin nəzəri deyil, praktiki plan və proqram hazırlama prosesində 
necə müəyyən edilə biləcəyinə nəzər salır. Bölmə həmçinin SEQ-in plan və proqramların 
hazırlanması prosesinə inteqrasiya yollarının axtarılması lehinə  bəzi praktiki səbəbləri 
araşdırır. 

 
Nəhayət, A2.4 bölməsində  aşağıdakı inteqrasiya variantları müzakirə edilir: heç bir 
inteqrasiyanın olmamalı, nisbi inteqrasiya və tam inteqrasiya. 
 
 
 
 
 
 
 
 
 

 
 
21 
 
  
A2.2 PLAN VƏ PROQRAMIN HAZIRLANMASI, SEQ VƏ ONLAR ARASINDA 
ƏLAQƏLİLİKLƏR 
3. Bu bölmədə ilk növbədə plan və proqramların hazırlanması prosesinin ənənəvi vəzifələrinə, 
daha sonra isə plan və proqramların strateji ekoloji qiymətləndirməsinin əsas elementlərinə nəzər 
salır. Bölmə bir tərəfdən plan və proqramların hazırlanmasına aid vəzifələr, digər tərəfdən isə 
SEQ elementləri arasındakı  məntiqi  əlaqələrin araşdırılması ilə yekunlaşır. A2.3 və A2.4 
bölmələrində bu əlaqələr daha dərindən öyrənilir və SEQ-in plan və proqramların hazırlanması 
prosesinə inteqrasiyası imkanlarına nəzər salınır. 
A2.2.1 Plan və proqramların hazırlanmasına aid ənənəvi vəzifələr 
4. Plan və proqram adətən aşağıdakı vəzifələri ehtiva edən təkrarlanan (dövri) prosesdən ibarət 
olur (bax: aşağıda şəkil A2.1): 

 
Bir qayda olaraq plan və proqramların  əhatə dairəsi hazırlanması prosesi ilkin təşəbbüs 
mərhələsində - müvafiq plan və ya proqramın mahiyyəti, ümumi məqsədləri, eləcə  də 
həll edilməli olan məsələlər müəyyən edilən zaman dəqiqləşdirilir.  

 
Kontekst və ilkin məlumatların təhlilinə adətən diqqətə alınmalı olan cari tendensiyaların 
icmalı, gələcək inkişafın məhdudiyyətləri və imkanları, eləcə  də plan və ya proqramın 
həll etməli olduğu digər spesifik məsələlər daxil olur.  

 
Plan və ya proqramın alternativlərinin hazırlanması və müqayisəli təhlili çox vaxt plan və 
ya proqramın təklif etdiyi əlavə  məqsədlərin, prioritetlərin, bu məqsədlər çərçivəsində 
həyata keçirilməsi təklif edilən fəaliyyət növü variantlarının, yaxud realizasiya 
mexanizmlərinin (başqa sözlə, münasib fəaliyyətlərin seçilməsi, meyarlarının, sonrakı 
qiymətləndirmələr üçün texniki tapşırıqların və s.) nəzərə alınması vasitəsi ilə yerinə 
yetirir.  

 
Plan və ya proqramın icrası  və monitorinq proqramının tərtibi üçün rol və 
cavabdehliklərin müəyyən edə biləcək sənədləşdirmə. 

 
Müvafiq səlahiyyətli orqanlar və ictimaiyyətlə konsultasiya. 

 
Daha sonra layihə planı qərarın qəbulu üçün təqdim edilməsi üçün yekunlaşdırılır. 
5. Göstərilən vəzifələr yalnız misallarla izah üçündür və ayrıca tədbir kimi həyata keçirilməyə 
bilər. Əslində, onlar ayrı-ayrı plan və ya proqramları hazırlanması prosesinin və onların formal 
prosedur mərhələsinin  əsaslandığı  məntiqdən asılı olaraq, birləşdirilə  və ya hissələrə bölünə 
bilərlər. Plan və proqramların hazırlanması prosesinin xüsusi məntiqi, vəzifələri və formal 
mərhələləri A2.3.1-cü mərhələdə göstərildiyi kimi plan və ya proqramın hazırlanması prosesinin 
təhlili vasitəsi ilə müəyyən edilə bilər. 
 

 
 
22 
 
 Şəkil A2.1: Plan və proqramların hazırlanmasına aid ənənəvi vəzifələr 
 
 
 
 
 
 
 
 
 
 
 
A2.2.2 Plan və proqramların strateji ekoloji qiymətləndirməsinin elementləri  
6. Protokol 6-12-ci maddələrində plan və proqramların strateji ekoloji qiymətləndirməsinin 
aparılması prosesini müəyyən edir: 

 
Ətraf mühitin mühafizəsi haqqında hesabatın məzmunun dəqiqləşdirilməsi üçün əhatə 
dairəsinin müəyyən edilməsi (Maddə 6)  

 
Ətraf mühitin mühafizəsi haqqında hesabat (maddə 7). 

 
İctimaiyyətin iştirakı (maddə 8).  

 
Təbiətin mühafizəsi və səhiyyə orqanları ilə konsultasiya (maddə 9). 

 
Transsərhəd konsultasiyalar (maddə 10). 

 
Plan və ya proqramın təsdiqi haqqında qərar (maddə 11).  

 
Nəticələrin monitorinqi (maddə 12). 
 
7. Bu vəsait strateji ekoloji qiymətləndirməni prosesi kimi təsvir etsə də, praktikada isə yuxarıda 
göstərilən addımlar özlərini ayrıca, paralel inkişaf edən proses kimi deyil, plan və ya proqramın 
hazırlanması prosesinə (daha sonra bu fəsildə izah ediləcəyi kimi) inteqrasiya edilmiş göstərirlər.  
8. Belə inteqrasiya SEQ-in Protokolun tələbin uyğun olaraq, plan və ya proqramın 
hazırlanmasına təsir edən qabaqlayıcı vasitə ola bilməsi üçün zəruridir.  

 
Protokolun preambulasına  əsasən "strateji ekoloji qiymətləndirmə plan və proqramların 
hazırlanmasına və müvafiq olduqda siyasətlərin və qanunvericiliyin qəbulu və 
hazırlanması zamanı mühüm rol oynamalıdır..." 

 
1-ci maddədə Protokolun məqsədi bəyan edilir: "insanların sağlamlığı daxil olmaqla ətraf 
mühitin yüksək səviyyədə mühafizəsinin təmin edilməsi ... ekoloji, o cümlədən əhalinin 
Plan və ya proqramın miqyasının 
müəyyən edilməsi 
Kontekst və ilkin məlumatların 
təhlili 
Alternativlərin hazırlanması və 
müqayisəsi 
Sənədləşdirmə 
Müvafiq səlahiyyətli orqanlarla və 
ictimaiyyətlə məsləhətləşmə
Qərarın qəbulu 
Dövlət orqanları 
ilə mümkün 
məsləhətləşmələr 
İctimaiyyətin 
məlumat almaq və 
iştirak imkanı 
 
 
Təkrarlanan proses 

 
 
23 
 
sağlamlığı ilə bağlı amillərin plan və proqramların hazırlanması zamanı ehtoyatla nəzərə 
alınmasının təmin edilməsi; ...» 

 
2.6-cı
10
 maddə SEQ-i mümkün ekoloji nəticələrin qiymətləndirilməsi çərçivəsini aşan bir 
proses kimi müəyyən edir: «...plan və ya proqramda ətraf mühitin mühafizəsi haqqında 
hesabatın, eləcə  də ictimaiyyətin iştirakının və konsultasiyalarının nəticələrinin nəzərə 
alınması». 

 
11-ci maddə  hər bir Tərəfdən plan və ya proqram qəbul edilən zaman ətraf mühitin 
mühafizəsi haqqında hesabata daxil edilmiş  qənaətlərin lazımınca nəzərə alınmasının 
təmin edilməsini tələb edir. Lakin, “ətraf mühitin mühafizəsi haqqında hesabata daxil 
edilmiş  qənaətlər”in tərifi müəyyən edilməmişdir. Ehtimal ki, ətraf mühitin mühafizəsi 
haqqında hesabata bir sıra qənaətlər daxil edilə bilər, məsələn, plan və ya porqama 
aidiyyəti olan əhalinin sağlamlığının mühafizəsi  şərtləri və ilkin ekoloji vəziyyət 
haqqında; plan və ya proqramın  ətraf mühiti mühafizə ilə  əlaqədar məqsədləri; mənfi 
təsirlərin qarşısının alınması, azaldılması və ya nəticələrin yüngülləşdirilməsi tədbirləri; 
plan və ya proqramın alternativlərinin seçilməsi səbəbləri və monitorinq haqqında. Bu 
müxtəlif qənaətlərin plan və proqramın hazırlanması prosesinin sonunda, yəni plan və ya 
proqramın hazırlanması prosesini yekunlaşdıran vahid qərarla necə  nəzərə alına 
biləcəyini təsəvvür etmək çətindir. Buna görə  də  ətraf mühitin mühafizəsi haqqında 
hesabat üzrə  qənaətlərin plan və ya proqramın hazırlanması prosesi ərzində ortaya 
çıxdıqca, eləcə də plan və ya proqram təsdiq edilən zaman nəzərə alınması təklif olunur. 
Bu baxımdan SEQ Direktivinin müddəaları daha dəqiqdir, belə ki, direktivin 8-ci 
maddəsi ətraf mühitin mühafizəsi haqqında hesabatın və konsultasiya nəticələrinin "plan 
və ya proqramın hazırlanması zamanı, qəbulundan və ya qanunvericilik prosesuru üçün 
təqdim edilməzdən əvvəl" diqqətə alınmasını tələb edir. 
9. SEQ elementlərinin icmalı  aşağıda Cədvəl A2.1-də  və  Şəkil A2.2.-də verilir. Bu elementlər 
plan və proqramların strateji ekoloji qiymətləndirməsinin nəzərdən keçirildiyi A4 fəslində daha 
ətraflı təsvir edilir. Fəsil həmçinin bu elementlərin plan və proqramların hazırlanması prosesinə 
inteqrasiyası imkanlarına nəzər salır. 
 
 
 
 
 
 
 
                                                      
10
 
Bu vəsaitdə «maddə X.Y» dedikdə X maddəsinin Y bəndinə istinad edilir.
 
 

 
 
24 
 
 
  
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin