Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası



Yüklə 35,89 Kb.
səhifə1/3
tarix16.10.2023
ölçüsü35,89 Kb.
#156143
növüMühazirə
  1   2   3
İT Muhazire 2


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Mingəçevir Dövlət Universiteti
Mühəndislik fakültəsi
İnformasiya texnologiyaları kafedrası


Fənnin adı: İnformasiya texnologiyaları
Mövzu 2: İnformasiya texnologiyalarının təkamülü
Məruzəçi: m. D.Ş.İslamova


Mühazirənin planı
2.1. İnformasiya texnologiyalarına tarixi ekskurs
2.2. Texniki təminat əlamətinə görə İT-lərin inkişaf mərhələləri
2.3. Kompüter İT-lərin inkişaf mərhələləri

2.1. İnformasiya texnologiyalarına tarixi ekskurs
İT-lərin rolu və perspektiv inkişafının başa düşülməsi üçün onların təkamül yoluna nəzər salaq. İnformasiya texnologiyalarının inkişafına müxtəlif baxışlar mövcuddur. Adətən bu məqsədlə İT-nin təkamülündə müxtəlif əlamətlərə görə mərhələlərin ayrılması baş verir: informasiyanın emalı məsələləri və proseslərinin növü, texnologiyanın alətlərinin növləri, informasiyanın saxlanması, emalı və ötürülməsi prosesləri və s.
İnformasiya texnologiyaları Yer kürəsində bir neçə milyon il əvvəl ilk ünsiyyət vasitələri ilə (uzaq əcdadlarımızın aydın olmayan səsləri, mimikaları, jestləri, toxunmaları və digər siqnalları) birgə yaranmışdır. Bu zaman informasiya mübadiləsi ancaq fərdlər arasında təmin olunurdu. Təxminən 100 min il əvvəl nitqin yaranması ilə yanaşı, fərdi şəkildə insanın yaddaşında olsa belə, informasiyanın toplanması imkanı da yarandı. 5-6 min il əvvəl yazının yaranması nəticəsində insanlar kollektiv, ictimai yaddaşa malik oldular. Yazının yaranması informasiyanın emalı və dövr edilməsi proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və xaric edilməsi) həyata keçirilməsini mümkün etdi.
Maddi daşıyıcılarda informasiyanın qeyd edilməsi imkanlarına görə aşağıdakı mərhələləri ayırırlar:

  • kağıza qədər olan mərhələ (daşda yazı, bizim eradan əvvəl üçüncü minillikdə papirusun, perqamentin yaranması);

  • X əsrdən, yəni Avropa ölkələrində kağızın sənaye istehsal obyektinə çevrilməsi dövründən informasiya texnologiyalarının kağız mərhələsi.

Kitab çap etmə (XV əsrin ortaları) İT-lərə güclü təkan verdi, belə ki, informasiya nüsxələnmə imkanını əldə etdi.
Ticarət və sənətkarlığın genişlənməsi şəhər poçtlarının yaranmasına gətirdi. Bu cür stabil kommunikasiyalar hesabına informasiya fəaliyyətinə çox sayda insan cəlb edilir və bu fəaliyyət iri regionları əhatə etməyə başlayır.
İnformasiyanın saxlanması və ötürülməsi mərkəzləri kimi İtaliyanın, sonralar Fransa, Almaniya, İngiltərənin universitetləri çıxış edir.
Əslində bu təbiətşünaslıqda yeni elmi-texniki mərhələnin başlanğıcı oldu. İT-lərin əsas keyfiyyət məzmununu biliklərin əsas sahələrində elmi-texniki terminologiya sistemlərinin yaranması təşkil etdi. Kəmiyyət məzmununu isə kitabların, jurnalların, qəzetlərin, coğrafi xəritələrin, texniki çertyojların, həmçinin ensiklopediyaların (ensiklopediya – müəyyən mənada əlifba əsasında stasionar informasiya-axtarış sistemləri) yaranması təşkil etdi.
XIX əsrin sonunda texniki inqilab ilə əlaqəli olan İT-lərin növbəti mərhələsi stabil beynəlxalq kommunikasiya forması kimi poçt rabitəsinin (1874-cü ildən Ümumi poçt ittifaqı və 1878-ci ildən Ümumdünya poçt konvensiyası) yaradılması, fotoşəkilin (1839), teleqrafın (1832), telefonun (1876), radionun (1895), kinema­toqrafın (1895), sonralar təsvirin xətsiz ötürülməsi (1911) və sənaye televiziyasının (keçən əsrin 20-ci illərinin sonlarından) ixtirası ilə xarakterizə olunur.
EHM-lərin (1949), rəqəmsal rabitə sistemlərinin və hesablama şəbəkələrinin ixtirası, 1978-ci ildə ilk fərdi kompüterin yaradılması və onun məhz informasiyanın toplanması, çevrilməsi və ötürülməsinin alət vasitəsi kimi yayılması, yeni avtomatlaşdırılmış informasiya texnologiyalarının insan fəaliyyəti­nin bütün sahələrinə daxil olmasına imkan verdi.
İnformasiya kommunikasiyalarının inkişafında istifadəçi üçün rahat olan formada informasiyanın bir yerdə toplanması, saxlanması və cəld ötürülməsinin ümumdünya sisteminin yaradılması mərhələsi başlandı. Bu, informasiyanı texniki, sosial və iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevirdi, ona texnoloji inqilabın müasir mərhələsində aparıcı rolu təyin etdi və bu rol informasiya texnologiyalarına intellektual sənayesinin formasını verdi. İnformasiya məzmununa görə ən qiymətli və formasına görə ən kütləvi sivilizasiya məhsuluna çevrilir və bu məhsulun istifadəçisi kimi bütün bəşəriyyət çıxış edir.
XX əsrin ikinci yarısının informasiya inqilabı mərhələsi informasiya texnologiyalarının kağızsız mərhələsinin başlanğıcına keçdi. Ekspert sistemləri şəklində maşın intuisiyası istehsaledici qüvvəyə çevrilir, süni intellekt isə texniki tərəqqinin keyfiyyətcə yeni məsələlərini həll etməyə imkan verir.
İnsanlar arasında (hazırda isə insan və maşınlar arasında) informasiya qarşılıqlı əlaqələndirmə mexanizminin inkişafı tarixi İT-də biliklərin bütün sahələrinin inkişafının vahid inteqrasiya sistemi kimi başa düşülməsinə əsas verir.



Yüklə 35,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin