Mühəndislik fakültəsi İnformasiya texnologiyaları kafedrası


Texniki təminat əlamətinə görə İT-lərin inkişaf mərhələləri



Yüklə 35,89 Kb.
səhifə2/3
tarix16.10.2023
ölçüsü35,89 Kb.
#156143
növüMühazirə
1   2   3
İT Muhazire 2

2.2. Texniki təminat əlamətinə görə İT-lərin inkişaf mərhələləri
Texniki təminat əlamətinə görə informasiya texnologiyalarının beş mərhələsini qeyd etmək olar.

  1. Əl informasiyası texnologiyası” (XIX əsrin ortalarına kimi). Texnologiyanın alətlərini pero, mürəkkəbqabı, kitab təşkil edirdi. Kommunikasiya poçt vasitəsi ilə yerinə yetirilirdi. Texnologiyanın əsas məqsədi informasiyanın tələb olunan formada təqdim edilməsidir.

  2. Mexaniki texnologiya” (XIX əsrin sonundan). Texnologiyanın alətləri kimi çap makinası, telefon, diktofon, daha mükəmməl çatdırma vasitələr ilə təmin olunmuş poçt çıxış edirdi. Texnologiyanın əsas məqsədi daha rahat vasitələrlə informasiyanın tələb olunan formada verilməsidir.

  3. Elektrik texnologiya” (XX əsrin 40 – 60-cı illəri). Texnologiyanın alətləri böyük EHM-lər və uyğun proqram təminatı, elektrik çap makinaları, kserokslar, portativ (portativ – kiçikölçülü, yığcam, daşınması rahat olan) diktofonlardan iba­rət idi. İnformasiya texnologiyasında əsas diqqət informasiyanın təsviri formala­rından informasiyanın məzmununun formalaşdırılmasına yönəlməyə başlayır.

  4. Elektron texnologiya” (XX əsrin 70-ci illərinin əvvəlindən). Texnolo­giyanın əsas alətlərini böyük EHM-lər və onlar əsasında yaradılmış, baza və geniş çeşidli ixtisaslaşmış proqram kompleksləri ilə təchiz olunmuş avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya-axtarış sistemləri təşkil edirdi. Texnologiyanın ağırlıq mərkəzi ictimai həyatda və analitik (analitik – problem və proseslər haqqında məlumat verməkdən çox, onların təhlili, fakt və hadisələr arasında əlaqələrin izahı) işin təşkilində, idarəedici mühitin müxtəlif sahələri üçün informasiyanın məzmununun formalaşdırılması istiqamətində dəyişir.

  5. Kompüter (yeni) texnologiyaları” (XX əsrin 80-ci illərinin ortalarından). Texnologiyanın əsasını müxtəlif təyinatlı geniş miqyaslı standart proqram məhsullarına malik olan fərdi kompüterlər təşkil edir. Mikroprosessorlu bazaya keçid ilə əlaqədar olaraq məişət, mədəni və digər təyinatlı texniki vasitələr də əhəmiyyətli dəyişikliyə məruz qalır. Lokal və qlobal kompüter şəbəkələri müxtəlif sahələrdə geniş istifadə olunmağa başlayır.


Yüklə 35,89 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin