Soyqirimi: tarixin qanlı salnaməsi


Nizamlama  prosesində  yeni  mərhələ



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Nizamlama  prosesində  yeni  mərhələ

Azərbaycanın  müharibədə  dönüş  yaratmaq,  işğal  olunmuş 

vətən  torpaqlarını  azad  etmək  sahəsində  əldə  etdiyi  uğurlar 

nəinki  Ermənistanı,  həmçinin  onu  müdafiə  edən  qüvvələri  də 

ciddi  təşvişə  saldı.  Azərbaycan  Respublikası  belə  bir  şəraitdə 

1994-cü  il  mayın  8-də  Bişkek  Protokolunu  imzaladı.  Müna­

qişənin  dinc  vasitələrlə  nizamlanması  məqsədi  ilə  ulu  öndər 

Heydər  Əliyevin  uzaqgörən  siyasəti  nəticəsində  1994-cü  il 

mayın  12-də  cəbhə  bölgəsində  atəşkəsə  nail  olundu.  Bundan 

sonra  ATƏM-in  Minsk  qrupu  çərçivəsində  müntəzəm  olaraq 

danışıqlar  aparılmağa  başlandı  və  münaqişəni  nizamlama  pro­

sesi  yeni  mərhələyə  qədəm  qoydu.

248


1994-cü  ilin  dekabrında  ATƏM-in  Budapeşt  Zirvə  toplantı­

sında  beynəlxalq  sülhməramlı  qüvvələrin  yaradılması  və  on­

ların  münaqişə  bölgəsinə  göndərilməsi  qərara  alındı.  Bundan 

başqa,  Rusiya  və  Finlandiya  nümayəndələrindən  ibarət  həm­

sədrlik  institutu  təsis  edildi.  1996-cı  ilin  dekabrında  ATƏT-in 

Lissabonda  keçirilən  Zirvə  toplantısında  isə  Ermənistan-Azər­

baycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli  həlli  yolunda 

ilk  mühüm  siyasi  nailiyyət  əldə  edildi.  Münaqişənin  nizama 

salınmasının  beynəlxalq  hüquqi  bazasını  təşkil  edən  sənəddən 

əlavə,  ulu  öndər  Heydər  Əliyevin  misilsiz  diplomatik  məha­

rəti  sayəsində  problemin  həllinin  siyasi-hüquqi  çərçivələrini 

müəyyənləşdirən  xüsusi  bəyanat  qəbul  edildi.  Bu  bəyanat, 

Ermənistan  istisna  olunmaqla,  ATƏT-ə  üzv  olan  53  dövlət  tə­

rəfindən  müdafiə  edildi.  Bu  müddətdən  etibarən  isə  Minsk 

qrupunda  üçlü  həmsədrlik  (Rusiya,  ABŞ  və  Fransa)  yaradıldı.

1997-ci  ilin  ikinci  yarısından  başlayaraq  Minsk  qrupunun 

həmsədrləri  Lissabon  prinsiplərinə  əsaslanaraq  iki  hissədən 

ibarət  -   Dağlıq  Qarabağın  hüdudlarından  kənarda  yerləşən  7 

rayonun  azad  edilməsi  və  Dağlıq  Qarabağın  statusunun  müəy- 

yənləşdirilməsinə dair müxtəlif təkliflər paketi  ilə çıxış etmişlər. 

1997-ci  ilin  iyununda  təqdim  edilən  ilk  təklifdə  münaqişənin 

«paket»  (bu  variantda  Dağlıq  Qarabağın  statusu  da  daxil  ol­

maqla  bütün  məsələlərə  eyni  vaxtda  razılıq  verilməsi  nəzərdə 

tutulurdu)  həlli,  1997-ci  ilin  sentyabrında  irəli  sürülən  ikinci 

təklifdə  isə  münaqişənin  «mərhələli»  (bu  variantda  isə  müna­

qişənin  mərhələlərlə  nizama  salınması  nəzərdə  tutulurdu) 

həlli  nəzərdə  tutulurdu.  Rəsmi  Bakı  həmin  planları  müəyyən 

düzəlişlərlə  qəbul  etsə  də,  Ermənistan  qeyri-konstruktiv  möv­

qeyini  davam  etdirərək  həmin  təkliflərlə  razılaşmadı.  1998-ci 

ilin  noyabrında  həmsədrlərin  irəli  sürdükləri  üçüncü  təklif  -  

«ümumi  dövlət»  ideyası  beynəlxalq  hüquq  normalarına  zidd 

olmaqla  bərabər,  hələ  dünya  praktikasında  mövcud  olmamış 

variant  idi.  Şübhəsiz  ki,  Azərbaycan  bu  təklifi  qətiyyətlə  rədd 

etdi.


249

Danışıqlar  prosesinə  intensivlik  gətirmək  məqsədi  ilə  1999- 

cu  ilin  aprelindən  başlayaraq  Ermənistan-Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsinin  həlli  istiqamətində  yeni  formatda  ad­

dımlar  atıldı.  Bu  addımlar  Azərbaycan  və  Ermənistan  prezi­

dentlərinin  birbaşa  dialoqunun  aparılması  idi.  Prezidentlərlə 

yanaşı,  iki  ölkənin  xarici  işlər  nazirlərinin  birbaşa  təmasları  da 

dinamik  hal  aldı.  2004-cü  ilin  avqust  ayında  Praqa  görüşündə 

nazirlər  danışıqları  «mərhələli  həll»  variantı  üzrə  aparmaq 

haqqında  razılığa  gəldilər.  Bu  variant  siyasi  leksikona  «Praqa 

prosesi»  termini  ilə  daxil  oldu.

Beynəlxalq  təşkilatlar  çərçivəsində  ötən  müddət  ərzində 

Azərbaycanın  məlum  məsələ  ilə  bağlı  fəaliyyəti  də  məhsuldar 

olmuşdur.  Avropa  Şurası  Parlament  Assambleyasında  (AŞ  PA) 

qəbul  edilən  sənədlər  bu  sırada  xüsusilə  seçilir.  Cənab  İlham 

Əliyevin  rəhbərlik  etdiyi  Azərbaycan  nümayəndə  heyətinin 

prinsipial  və  ardıcıl  fəaliyyəti  nəticəsində  AŞ  PA-nın  2002-ci 

ilin  payız  sessiyasında  Ermənistan  silahlı  qüvvələri  tərəfindən 

Dağlıq  Qarabağın  işğalı  faktı  ilk  dəfə  olaraq  bu  beynəlxalq  qu­

rumun  sənədlərində  rəsmi  şəkildə  öz  əksini  tapdı.  AŞ  PA-nın 

2005-ci  il  yanvar  sessiyasında  qəbul  edilən  1416  saylı  Qətna­

məsində  isə  Azərbaycan  ərazilərinin  böyük  bir  hissəsinin  hələ 

də  Ermənistan  qoşunlarının  işğalı  altında  olduğu  və  separatçı 

qüvvələrin  Dağlıq  Qarabağ  regionuna  nəzarət  etdiyi  göstərilir­

di.  Qətnamədə  Ermənistanın  həyata  keçirdiyi  etnik  təmizləmə 

siyasəti  pislənilir,  bu  hərbi  əməliyyatların  monoetnik  ərazilərin 

yaranmasına  gətirib  çıxarması  narahatlıqla  bildirilirdi.  Sənəddə 

həmçinin  qeyd  olunurdu  ki,  Avropa  Şurasının  üzvü  olan  bir öl­

kənin  başqa  dövlətin  ərazilərini  işğal  altında  saxlaması  həmin 

ölkənin  öz  üzərinə  götürdüyü  öhdəliklərə  ziddir.

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin 

ədalətli  həlli  ilə  bağlı  Avropa  Parlamenti  də  son  illərdə  obyek­

tiv  mövqe  nümayiş  etdirib.  2004-cü  ildə  təşkilatın  sessiyasında

250


«Avropa  İttifaqının  Cənubi  Qafqaz siyasəti»  mövzusunda qəbul 

edilmiş qətnamədə erməni  separatçılarının  işğal  etdikləri  ərazi­

lərdə  azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasəti  apardıq­

ları  öz  əksini  tapmışdır.  Avropa  Parlamenti  Cənubi  Qafqazda 

təhlükəsizliyin  bərqərar  edilməsinə  mane  olan  münaqişənin 

nizama  salınması  üçün  işğal  olunmuş  Azərbaycan  ərazilərinin 

(Kəlbəcər,  Laçın,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilan) 

azad  edilməsi  təklifi  ilə  çıxış  etmiş  və  bununla  da  bu  münaqi­

şənin  «mərhələli  həll»  variantına  öz  dəstəyini  ifadə  etmişdir.

Prezident  İlham  Əliyev:  «Mən  nə  qədər  Prezidentəm, 

Dağlıq  Qarabağın  Azərbaycandan  ayrılacağına 

yol  verməyəcəyəm»

Son  illər  ərzində  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  Er­

mənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh 

yolu  ilə  həlli  istiqamətində  yeritdiyi  ardıcıl  və  milli  mənafelərə 

əsaslanan  prinsipial  siyasət,  həmçinin  ölkənin  iqtisadi  cəhət­

dən  qüdrətlənməsi  respublikamızın  diplomatik  mövqelərinin 

daha  da  güclənməsi  ilə  müşayiət  olunur.  Dövlət  rəhbərinin 

uğurla  apardığı  danışıqlar,  nümayiş  etdirdiyi  qətiyyətli  mövqe, 

verdiyi  kəskin  bəyanatlar  təbliğat  savaşında  səmərəli  olmaqla 

yanaşı,  münaqişənin  həlli  ilə  bağlı  aparılan  danışıqlarda  rəsmi 

Bakının  siyasi  üstünlüyünü  də  təmin  etmişdir.  Azərbaycanın 

iqtisadi  potensialının  güclənməsi,  hərbi  büdcəsinin  ildən-ilə 

artması  fonunda  danışıqlar  prosesi  də  keyfiyyətcə  yeni  mərhə­

ləyə  qədəm  qoyub.

ATƏT-in  Minsk  qrupunun  son  illərdə  öz  fəaliyyətini  xey­

li  dərəcədə  gücləndirməsi,  dünyanın  ən  aparıcı  beynəlxalq 

təşkilatlarının  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  müna­

qişəsinə  daha  çox  diqqət  ayırması  faktı  göz  önündədir.  Av­

ropa  Şurası,  Avropa  Birliyi,  İKT,  GUAM  kimi  nüfuzlu  beynəl­

251


xalq  qurumlar,  habelə  münaqişə  ilə  bağlı  4  qətnamə  qəbul 

etmiş  BMT  problemin  həllində  ərazi  toxunulmazlığı  prinsipini 

önə  çəkmişdir.  Dağlıq  Qarabağ  məsələsi  BMT  Baş  Məclisinin 

müzakirəsinə  də  çıxarılmışdır.  Cənab  İlham  Əliyevin  Avropa 

Şurasında  Azərbaycan  parlamenti  nümayəndə  heyətinin  rəh­

bəri  kimi  başladığı  səmərəli  fəaliyyət  son  illərdə  də  uğurla 

davam  etdirilir.  Azərbaycan  Prezidenti  2004-cii  ilin  aprelində 

Strasburqdakı  çıxışında  Ermənistanın  işğalçılıq  siyasətini  bey­

nəlxalq  aləmdə  bir  daha  ifşa  etmişdir.  Bütün  bunlar  Avropa 

Şurasının  2005-ci  ilin  yanvarında  Ermənistanı  işğalçı  dövlət, 

Dağlıq  Qarabağı  isə  separatçı  rejim  kimi  tanıyan  qətnamə­

nin  qəbuluna  mühüm  təsir  göstərdi.  Ermənistanın  münaqişə­

nin  «Praqa  prosesi»,  yəni  «mərhələli  həll»  modeli  ilə  razılaş­

maq  məcburiyyətində  qalması  da  rəsmi  Bakının  son  illərdəki 

mühüm  diplomatik  nailiyyətlərindən  biri  kimi  vurğulanmalıdır.

Cənab  İlham  Əliyev  hələ  Prezident  kimi  səlahiyyətləri­

nin  icrasına  başlayarkən  andiçmə  mərasimində  etdiyi  çıxışda 

münaqişənin  həlli  ilə  bağlı  fəaliyyət  platformasını  belə  açıqla­

mışdı:  «Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi 

ölkəmiz  üçün  ən  ağır  problemdir.  Bu  məsələ  öz  həllini 

tapmalıdır.  Bu  problem  yalnız  bir  neçə  prinsiplər,  beynəl­

xalq  hüquq  normaları  əsasında  həll  oluna  bilər:  Azərbay­

canın  torpaqları  işğaldan  azad  olunmalıdır,  1  milyon  qaçqın 

və  köçkün  öz  doğma  yurdlarına  qayıtmalıdır,  ölkəmizin 

ərazi  bütövlüyü  bərpa  edilməlidir.  Azərbaycan  heç  vaxt  bu 

vəziyyətlə,  torpaqlarının  işğal  altında  qalması  ilə  barışmaya­

caqdır.  Azərbaycan  öz  doğma  torpaqlarını  nəyin  bahası­

na  olursa-olsun  azad  edəcəkdir».  Bu  prinsiplər  ötən  müddət 

ərzində  Azərbaycan  diplomatiyasının  ən  başlıca  prioritetinə 

çevrilmişdir.

Azərbaycanın  bütün  strateji  əhəmiyyətli  sahələrdə  yüksə­

lişə  nail  olması,  həmçinin  iqtisadi  inkişaf  dinamikasına  görə

252


dünyada  lider  dövlət  olması  ordu  quruculuğunda  müsbət  irə­

liləyişlərə  səbəb  olmuşdur.  M illi  Ordunun  müdafiə  qüdrətinin 

və  döyüş  qabiliyyətinin  artırılması,  maddi-texniki  təchizatının 

yaxşılaşdırılması,  o  cümlədən  hərbi  qulluqçuların  sosial  müda­

fiəsi  tədbirlərinin  gücləndirilməsi  vacib  inkişaf  istiqamətləri 

kimi  diqqəti  çəkir.  Ermənistanın  təcavüzü  ilə  üzləşmiş  Azər­

baycanda  yüksək  döyüş  qabiliyyətli,  hərtərəfli  təchiz  olunmuş 

ordunun  formalaşdırılması  istiqamətində  atılan  addımlar  son 

illərdə  daha  da  intensivləşmişdir.  Həyata  keçirilən  uğurlu  isla­

hatlar  nəticəsində  respublikamızın  iqtisadi  qüdrətinin  ildən-ilə 

güclənməsi  Prezident  İlham  Əliyevə  bu  sahədə  ardıcıl  təd­

birlər  həyata  keçirməyə,  hərbi  xərcləri  durmadan  artırmağa 

imkan  vermişdir.  Dövlət  başçısı  ölkəmizdə  hərbi  potensialın 

daha  da  gücləndirilməsi,  bu  prosesdə  qabaqcıl  dövlətlərin 

təcrübəsinə  istinad  olunması  kimi  mühüm  məsələləri  diqqət 

mərkəzində  saxlamışdır.  M illi  Orduya  dövlət  büdcəsindən  ay­

rılan  vəsaitlərin  həcmi  ildən-ilə  artırılır və  bu  da  paralel  olaraq 

maddi-texniki  təminatın,  döyüş  əhvali-ruhiyyəsinin,  nizam- 

intizamın  güclənməsinə  səbəb  olur.  Azərbaycan  Ordusunun 

hərbi  büdcəsinin  Ermənistanın  bütövlükdə  dövlət  büdcəsi  sə­

viyyəsinə  qaldırılması  barədə  bir  neçə  il  öncə  Prezident  İlham 

Əliyevin  elan  etdiyi  məqsədə  artıq  nail  olunmuşdur.

«Nə  5  ildən  sonra,  nə  10  ildən  sonra,  nə  15  ildən  son­

ra,  nə  də  100  ildən  sonra  Dağlıq  Qarabağ  Azərbaycandan 

ayrılmayacaqdır.  Mən  nə  qədər  Prezidentəm,  buna  yol  ver­

məyəcəyəm»,  -deyən  dövlət başçısı  Ermənistan-Azərbaycan, 

Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həllinin  mümkün 

olmayacağı  təqdirdə  torpaqların  hərbi  vasitələrlə  azad  edilə­

cəyini  birmənalı  söyləyir və  Silahlı  Qüvvələrin  buna  tam  qadir 

olduğunu  bəyan  edir.  Ali  Baş  Komandan  İlham  Əliyev  böl­

gələrə  səfərləri  zamanı  müntəzəm  olaraq  hərbi  hissələrə  baş 

çəkir,  cəbhə  bölgəsində,  səngərdə  vətənin  keşiyində  dayanan 

əsgər və  zabitlərimizlə  görüşür,  onların  hərbi  xidmət şəraiti  ilə

253


maraqlanır,  cihazlar  vasitəsilə  düşmənin  üzbəüz  mövqelərini 

müşahidə  edir.  Bu,  əslində,  Azərbaycanın  heç  zaman  ərazi 

itkisi  ilə  barışmayacağı  ilə  bağlı  bütün  dünyaya  verilən  növbəti 

mesajlarıdır.

Ən  mühüm  nailiyyətlərdən  biri  də  Prezident  səlahiyyətləri­

nə  başlayarkən  «Azərbaycanda  bir  çadır  şəhərciyi  belə  qal­



mayacaq»  deyən  cənab  İlham  Əliyevin  ötən  müddət  ərzində 

vədini  tam  gerçəkləşdirməsidir.  İndi  qaçqın  və  məcburi  köç­

künlərin  hamısı  normal  şəraiti  olan  qəsəbələrdə  məskunlaşıb.

Bugünkü  Azərbaycan  artıq  1988-1993-cü  illərin  böhranlı, 

məğlub,  qətiyyətsiz  Azərbaycanı  deyil.  Bugünkü  Azərbaycan 

iqtisadi,  siyasi,  ideoloji  və  xarici  siyasət  sahələrində  böyük 

güc,  qüdrət  sahibidir.  Ən  əsası,  «forpost»  Ermənistan  artıq  tam 

müstəqil  Azərbaycan  qarşısında  hər  mənada  acizdir.  Prezi­

dent  İlham  Əliyev  bütün  beynəlxalq  ictimaiyyətə,  həmçinin 

təcavüzkar ölkəyə  birmənalı  bəyan  edib  ki,  Azərbaycanın  əra­

zi  bütövlüyünün  tanınması  bu  gün  Ermənistanın  qarşısına  şərt 

kimi  qoyulub  və  o  bu  şərti  qəbul  etməyə  məhkumdur.  Çünki 

Azərbaycan  öz  haqqını  diplomatik  yönümdən  əlavə,  hərbi 

cəbhədə  də  tam  təmin  etmək  iqtidarındadır.

254


QARABAĞ  MÜNAQİŞƏSİNİN 

QARA  SALNAMƏSİ

Azərbaycanın  Ermənistan  tərəfindən 

işğal  olunmuş  əraziləri

Dağlıq  Qarabağ

Ərazisi


-  4388  km2

Əhalisi


-   189085

Ermənilər

-   145450  (76,9%)

Azərbaycanlılar

-  40688  (21,5%)

Ruslar


-   1922  (1,0%)

Digərləri

-   1025  (0,6%)

Şuşa

Ərazisi


-   289  km2

Əhalisi  (1989)

-   20579

Azərbaycanlılar

-   19036  (92,5%)

Ermənilər

-   1377  (6,7%)

İşğal  tarixi

-   1992,  8  may

Ə traf  rayonlar

İşğal  tarixi

Əhalisi

Laçın


1992,  1 8  may

-   66646

Kəlbəcər

1993,  2  aprel

-   61947

Ağdam


1993,  23  iyul

-   145359

Füzuli

1993,  23  avqust



-   106543

Cəbrayıl


1993,  23  avqust

-   62519

Qubadlı

1993,  31  avqust



-   31619

Zəngilan


1993,  29  oktyabr

-   36335

255


TƏ C A VÜ ZÜ N   QURBANLARI

Həlak  olanlar

-   20000

Əlil  olanlar

-   50000

İtkin  düşənlər

-   4866

DAĞINTILAR  V Ə   ZİYANLAR

Yaşayış  məntəqələri

- 9 0 0

Evlər


-   130939

İctimai  binalar

-   7000

Məktəblər

-   1025

Uşaq  bağçaları

-   855

Səhiyyə  ocaqları



-   798

Kitabxanalar

-   927

Məscidlər  və  məbədlər



-   53

Tarixi  abidələr,  muzeylər  və  yerlər

- 4 7 3

Muzey  eksponatları



-   40000

Sənaye  və  kənd  təsərrüfatı  obyektləri -   2389

Avtomobil  yolları

-   5198  km

Körpülər

-   348


Su  xətləri

-   7568  km

Qaz  xətləri

-   2000  km

Elektrik  xətləri

-   76940  km

Meşələr

-   280000  ha



Məhsuldar  torpaqlar

-   1000000  ha

İrriqasiya  sistemləri 

0

-   1200  km



AZƏRBAYCANA  M Ü H A R İB Ə   ZAM ANI  DƏYMİŞ  ZİYA­

N IN   Ü M U M İ  M ƏBLƏĞİ  60  MİLYARD  ABŞ  DOLLARIN-

DAN  ÇOXDUR.

256


Azərbaycanın  işğal  olunmuş  ərazilərində 

Ermənistanın  qanunsuz  fəaliyyəti

Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazir­

liyinin  məlumatına  görə,  Ermənistan  Respublikası  və 

separatçıların  işğal  olunmuş  ərazilərdə  qeyri-qanuni 

fəaliyyəti  əsasən  aşağıdakı  istiqamətlərdə  təzahür  et­

mişdir:

/.  Separatçı-terrorçu  qurumun  müstəqil  dövlət  kimi  tanı­



dılması  cəhdləri

Dağlıq  Qarabağdakı  separatçı-terrorçu  qurum  atəşkəs  re­

jimindən  istifadə  edərək  beynəlxalq  aləmdə  müstəqil  dövlət 

kimi tanınmaq  məqsədi  ilə son  illər ərzində zəruri  «dövlət insti­

tutları»  («parlament»,  «nazirliklər»,  «ordu»,  «komitə»  və  «ida­

rələr»)  təsis  etmiş,  bir  neçə  ölkədə  öz  «nümayəndəlik»lərini 

açmışdır.

2001-ci  ilin  mart ayından  bu  ərazilərdə  yaşayan  vətəndaşla­

ra  onların  qondarma  qurumun  və  Ermənistan  Respublikasının 

vətəndaşı  olduqlarını  təsdiq  edən  yeni  «pasportlar»ın  verilmə­

sinə  başlanmışdır.

II.  Dövlət  terrorizmi  və  təcavüzkar  separatizm

1989-1994-cü  illərdə  erməni  separatçıları  və  terrorçuları 

tərəfindən  Azərbaycan  ərazisində  373  terror  aktı  törədilmiş, 

nəticədə  1.568  nəfər  ölmüş,  1.808  nəfər  yaralanmışdır.  Azər­

baycan  Respublikası,  eləcə  də  xarici  ölkələrin  məhkəmələ­

ri  tərəfindən  prosessual  qaydada  sübuta  yetirilmişdir  ki,  hə­

min  terror  aktlarının  32-si  Ermənistan  Respublikasının  xüsusi 

xidmət  orqanlarının  bilavasitə  iştirakı  ilə  Azərbaycanın  işğal 

olunmuş ərazilərindən  istifadə edilməklə,  cəbhə xəttindən  yüz 

kilometrlərlə  aralıda  yerləşən  yaşayış  məntəqələrində  həyata 

keçirilmişdir.

257


Azərbaycanda  mülki  əhaliyə  qarşı  terrorçu  fəaliyyətin  bila­

vasitə  Ermənistan  Respublikasının  dövlət orqanları  və separatçı 

qurum  tərəfindən  üçüncü  ölkə  vətəndaşları,  Azərbaycan  Res­

publikasının  azsaylı  xalqlarının  nümayəndələri,  hərbi  əsir  və 

girovlardan  istifadə  ilə  təşkili,  maliyyələşdirilməsi  və  reallaşdı- 

rılmasına  cəhdlər  göstərilmişdir.

Azərbaycan  Respublikası  M illi  Təhlükəsizlik  Nazirliyi  ilə 

Rusiya  Federal  Təhlükəsizlik  Xidmətinin  əməkdaşlığı  nəticə­

sində  Ermənistan  Respublikası  M illi  Təhlükəsizlik  Baş  İdarə­

sinin  şöbə  rəisi  polkovnik  Can  Ohanesyanın,  onun  müavini 

mayor  Aşot  Qalayanın,  Rusiya  Federal  Əks-kəşfiyyat  Xidməti­

nin  Terrorizmlə  mübarizə  idarəsinin  baş  əməliyyat  müvəkkili 

mayor  Boris  Simonyanın  başçılığı  ilə  Rusiya  ərazisində  fəa­

liyyət  göstərən  erməni  separatçılarından  ibarət  terrorçu  qrup 

məsuliyyətə  cəlb  olunmuşdur.  Moskvada  yerləşən  və  Valeri 

Petrosyanın  rəhbərlik  etdiyi  «TİRR»  Assosiasiyası  tərəfindən 

maliyyələşdirilən  həmin  qrup  Rusiya  və  Azərbaycan  ərazisin­

də  dəmiryol  qatarlarında  bir  neçə  partlayış  törətmişdir.  Bütün 

bu  şəxslər  Rusiya  Federasiyası  və  Azərbaycan  Respublika­

sı  məhkəmələri  tərəfindən  müxtəlif  müddətlərə  azadlıqdan 

məhrumetmə  cəzasına  məhkum  olunmuşlar.

Rusiya  Federasiyasının  Dağıstan  Respublikası  ərazisində  fə­

aliyyət  göstərən  terrorçu-separatçı  «Sadval»  təşkilatı  üzvlərinin 

1994-cü  il  martın  19-da  Bakı  Metropoliteni  stansiyalarından 

birində  törətdikləri  və  14  nəfər dinc  sakinin  ölümü,  42  nəfərin 

yaralanması  ilə  nəticələnən  partlayışın  Ermənistan  Respubli­

kası  xüsusi  xidmət  orqanları  tərəfindən  təşkil  edilməsi  faktı  da 

prosessual  qaydada tam  sübuta  yetirilmişdir.  Çoxsaylı  şahid  ifa­

dələri  və  maddi  sübutlar bu  təşkilatın  yaraqlılarının  Ermənistan 

Respublikasının  Nairi  və  Arzni  rayonlarında  yerləşən,  xüsusi 

xidmət  orqanlarına  məxsus  hərbi-təxribat  hazırlığı  bazaların­

da,  habelə  Dağıstan  Respublikasının  Məhərrəmkənd  rayonu 

ərazisində  təşkil  edilmiş  xüsusi  düşərgələrdə  təlim  keçdikləri­

258


ni  birmənalı  şəkildə  təsdiqləmişdir.  Məhz  Ermənistanın  xüsusi 

xidmət  orqanları  terror  aktlarının  icrası  üçün  cinayətkarları  zə­

ruri  partlayıcı  materiallar  və  texniki  vasitələrlə  təchiz  etmiş  və 

maliyyələşdirmişlər.  Azərbaycanın  milli  təhlükəsizlik orqanları 

həmin  cinayətin  43  təşkilatçısını  və  icraçısını  aşkarlamış,  on­

lardan  30  nəfəri  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

hökmü  ilə  azadlıqdan  məhrum  olunmuşdur,  ölkənin  hüdudla­

rından  kənarda  gizlənənlər  barədə  isə  əməliyyat-axtarış  təd­

birləri  davam  etdirilir.

Bu  dəhşətli  terror  aktının  qeyri-adiliyi  ondadır  ki,  Azərbay­

can  torpaqlarını  işğal  edən  və  Dağlıq  Qarabağın  separatçı  reji­

minə  himayədarlıq  edən  qonşu  Ermənistanın  xüsusi  xidmət or­

qanları  həmin  cinayəti  həyata  keçirmək  üçün  terrorçuları  digər 

həmsərhəd  ölkədə -  Rusiya  Federasiyasında,  ölkəmizin  bir sıra 

şimal  rayonları  barəsində  ərazi  iddiaları  irəli  sürən  separatçı­

lar  sırasından  hazırlamışlar.  Bu  isə  müxtəlif  etnik  yönümlü  se­

paratçılar  arasında  qarşılıqlı  əlaqələrin  beynəlxalq  terrorizmin 

əsas  tərkib  hissələrindən  biri  olduğuna  daha  bir  sübutdur.

Təəssüf  ki,  bu,  yeganə  fakt  deyil.  Belə  ki,  2000-ci  ilin  əvvə­

lindən  etibarən  Azərbaycanın  şimal  rayonlarında  yaşayan  avar 

xalqının  adından  separatçılıq  hərəkatını  başlamaq  məqsədini 

güdən  bir  qrup  fəallaşmışdı.  2001-ci  ilin  iyun  ayından  Dövlət 

Yol  Polisinin  postlarına,  rayon  polis  şöbəsinə  və  hərbi  hissəyə 

bir  neçə  basqınlar,  Şeyx  Şamilin  abidəsinin  partladılması  kimi 

cinayətlərin  törədilməsi  Zaqatala  və  Balakən  rayonlarında  və­

ziyyəti  kəskinləşdirmişdi.

Həmin  cinayətlərin  istintaqı  zamanı  göstərilən  qrupun  rəh­

bəri  Hacı  Maqomedovun  və  sonradan  onun  həbs  edilmiş  si­

lahdaşı  Şaban  Buşdiyevin  erməni  xüsusi  xidmətlərinin  nüma­

yəndələri  ilə  əlaqələri  olması  faktı  aşkarlanmışdır.

1997-ci  ildə  onların  hər  ikisi  Azərbaycan  ərazisində  «Avar 

dövləti»nin  yaradılması  üçün  1  milyon  ABŞ  dolları  və  1000 

ədəd  avtomat  silahın  alınması  məsələsinin  müzakirəsi  məqsə­

259


di  ilə  Yerevan  və  Xankəndiyə  səfər  etmişlər.  Sonradan  onlar 

bu  danışıqları  Mahaçqalada  davam  etdirmiş  və  nəticədə  1.000 

ədəd  avtomat  silahın  və  300  min  ABŞ  dollarının  verilməsi 

barədə  razılığa  gəlmişlər.  Bundan  sonra  avar  separatçılarının 

«Car-Balakən  dövləti»nin  yaradılması  ideyası  və  bu  istiqamət­

də  fəaliyyətlərinə  dəstək  almaq  üçün  H.Maqomedov  2001-ci 

ilin  dekabrında  yenidən  Yerevana  getmişdir.  Bu  səfərin  əsas 

məqsədi  yaz-yay  mövsümündə  yerli  icra  hakimiyyətinin  bi­

nasının  zəbt  edilməsi,  həbs  olunmuş  silahdaşlarının  azadlığa 

buraxılması  şərti  ilə  vəzifəli  şəxslərin  girov  götürülməsi  və 

dövlətə  qarşı  digər cinayət əməlləri  üçün  müxtəlif növ  silah,  o 

cümlədən  istilik  raketlərinin  alınması  idi.

2001-ci  ilin  sentyabrında Zaqatala  rayonu  ərazisində  müxtə­

lif cinayət  əməlləri  törətməklə  əhalini  təsir  altında  saxlamağa, 

ərazini  nəzarətsiz  zonaya  çevirməyə  cəhd  göstərən  şəxslərin 

dindirilməsi  zamanı  məlum  olmuşdur  ki,  onların  silah  və  mad­

di  cəhətdən  təchiz  edilməsində  separatçı-terrorçu  qurumun 

«müdafiə  naziri»  və  digər  «rəhbər  işçiləri»  birbaşa  iştirak  et­

məklə  həmin  şəxsləri  separatçı  hərəkətlərə  təhrik  etmişlər.

1994-cü  il  iyulun  3-də  Bakı  metrosunun  «28  May»  və 

«Gənclik»  stansiyaları  arasında  13  nəfərin  ölümü,  42  nəfərin 

yaralanması  ilə  nəticələnən  terror  aktı  Ermənistan  xüsusi  xid­

mət  orqanları  tərəfindən  təşkil  edilmişdi.

Bu  məqsədlə  Qarabağ  uğrunda  gedən  döyüşlər  zamanı  əsir 

düşmüş  Azər  Aslanovun  anasını  aldadıb  Yerevana  çağırmış, 

oradan  Azərbaycanın  işğal  olunmuş  ərazilərinə  apararaq  gi­

rov  saxlamış  və  A.Aslanovu  həmin  cinayəti  törətməyə  sövq 

etmişlər  (bu  fakt  erməni  millətçi-separatçı  ekstremizminin  əsas 

ideoloqlarından  biri,  hazırda  İnterpol  xətti  ilə  axtarışda  olan 

Zori  Balayanın  «Cəhənnəm  və  cənnət  arasında»  kitabında  öz 

əksini  tapmışdır).

İstintaq  və  məhkəmə  prosesində  sübuta  yetirilmişdir  ki, 

A.Aslanovun  terrorçu  kimi  hazırlanmasının  «ideoloji  təmina­

260


tında»  Zori  Balayanın  və  Dağlıq  Qarabağ  erməni  separatçıları­

nın  lideri  olmuş,  hazırda  Ermənistan  Respublikasının  preziden­

ti  Robert  Koçaryanın  iştirakı  olmuşdur.

90-cı  illərin  əvvəllərindən  etibarən  beynəlxalq  terrorçu 

qrupların  liderlərinin  reabilitasiyasına  çalışan  Ermənistan  rəh­

bərliyi  xarici  diasporun  radikal  təşkilatlarının,  xüsusilə  «Daş- 

naksütyun»,  ASALA,  MAQ,  «Erməni  birliyi»,  «Erməni  Azad­

lıq  Cəbhəsi»  və  digər  terror  təşkilatları  fəallarının  Ermənistan 

ərazisində  toplanması  məqsədi  ilə  genişmiqyaslı  kampaniyaya 

başlamış,  onların  fəaliyyətlərinə  siyasi-hüquqi  şərait  yaradaraq 

sığınacaq  vermiş,  pul,  silah,  saxta  sənəd  və  nəqliyyatla  təchiz 

etmişdir.  Həmçinin  Azərbaycanda  ermənilərin  sıx  yaşadıqları 

əraziyə  yardım  adı  altında  bir sıra  xarici  dövlətlərdən  terrorçu­

lar,  silah  və  maliyyə  vəsaitləri  göndərilir,  Türkiyə  nümayəndə­

liklərinə  qarşı  terror aktları  törətmiş ermənilərin  azad  olunması 

və  dəstəklənməsi  Ermənistanda  dövlət səviyyəsində  təşkil  olu­

nurdu.  Belə  ki,  Suriyada  doğulmuş,  ASALA  üzvü,  1983-cü  ilin 

iyun  ayında  Fransanın  Orli  aeroportunda  partlayış  törətdiyinə 

görə  həbs edilmiş Varujan  Karapetyanın  Ermənistan  xüsusi  xid­

mət  orqanları  tərəfindən  Eçmiədzin  kilsəsinin  imkanları  vasi­

təsilə  azad  olunması  üçün  imzatoplama  kampaniyası  keçiril­

mişdir.


Fransada terror aktları  törətdiyinə görə  həbs edilmiş ABŞ və­

təndaşı,  tanınmış  beynəlxalq  terrorçu  Monte  Melkonyan  azad 

olunduqdan  sonra  1990-cı  ildə  Ermənistandan  Dağlıq  Qara­

bağa  göndərilərək  azərbaycanlıları  öz  torpaqlarından  məcburi 

köçkün  vəziyyətinə  salmış terrorçu  qruplara  rəhbərlik etmişdir.

1993-cü  ilin  yayında  Azərbaycan  qoşun  hissələri  tərəfindən 

məhv  edilmiş  M.Melkonyanın  Yerevanda  dəfn  mərasimində, 

prezident  daxil  olmaqla,  Ermənistanın  dövlət  rəsmiləri  iştirak 

etmiş,  sonra  bu  beynəlxalq  terrorçu  Ermənistanın  milli  qəhrə­

manı  elan  olunmuş,  onun  adı  ER  Müdafiə  Nazirliyinin  diver- 

siya  mərkəzlərindən  birinə  verilmişdir.

---------  

261 

---------



1992-ci  ildə  Xankəndiyə  göndərilmiş  Vazgen  Sislyan  Yaxın 

Şərq  terrorçuları  Abu  Əli,  Qilbert  Minasanyan  və  digər  terror­

çularla  birlikdə  zorakılıq  siyasətindən  dünya  ictimaiyyətinin 

diqqətini  «erməni  məsələsi»nə  yönəltmək  üçün  vasitə  kimi 

istifadə  edirdilər.

R.Koçaryan  hakimiyyətə  gəldikdən  sonra  Ermənistanda  ter­

rorçu  qrupların  rəhbərlərinin  reabilitasiyası  halları  daha  da  art­

mışdır.  Tanınmış  terrorçu,  İran  vətəndaşı  və  «Daşnaksütyun» 

partiyasının  üzvü  Qrant  Markaryan  həbsdən  azad  edilərək 

Azərbaycana  qarşı  terror  aktlarının  keçirilməsində  fəal  iştirakı­

na  görə  1981 -ci  ildə  Parisdə  türk  səfirliyinin  zəbtinin  təşkilat­

çılarından  biri  Vazgen  Sislyan la  birgə  R.Koçaryan  tərəfindən 

Qarabağ  müharibəsinin  qəhrəmanı  adına  layiq  görülmüşlər. 

Bütün  bunlar  Ermənistan  rəhbərliyinin  Azərbaycana  qarşı 

terror  aktlarının  təşkilində  bilavasitə  iştirakını  bir  daha  təs­

diq  edir.  Əslində,  Ermənistanın  hazırkı  rəhbərləri  -   prezident 

R.Koçaryan,  müdafiə  naziri  S.Sarkisyan  və  Dağlıq  Qarabağ­

dakı  işğalçı-separatçı  rejimin  rəhbəri  A.Qukasyan  terrorçularla 

sıx  əlaqədə  olduqlarını  gizlətmirlər.

Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərinin 

«sərhəd»i  hazırda  Ermənistanın  silahlı  qüvvələri  tərəfindən 

qorunur,  bu  ölkədən  olan  çağırışçılar  hərbi  xidmət  keçmək 

üçün  həmin  ərazilərdəki  hərbi  hissələrə  göndərilir.  Həmçinin 

hazırda  işğal  olunmuş  ərazilərdə  Ermənistanın  silahlı  qüvvələ­

ri  və  terrorçu  qruplarla  yanaşı,  qeyri-qanuni  silahlı  birləşmələr 

də fəaliyyət göstərir və  bütün  bunlar terrorizmə  qarşı  mübarizə 

üzrə  beynəlxalq  konvensiyaların  nəzarətindən  kənardadır.

III.  Narkotik  maddələrin  qanunsuz  becərilməsi

və  dövriyyəsi

İşğal  olunmuş  ərazilər  heç  bir  dövlətin,  beynəlxalq  təşki­

latın  nəzarətində  olmayan  özünəməxsus  kriminal  mənbəyinə 

çevrilmişdir.  Belə  ki,  separatçı-terrorçu  rejim  işğal  altında  olan

---------  

262 


---------

ərazilərdə  narkotik  maddələrin  qanunsuz  becərilməsi,  istehsalı 

və  satışının  inkişaf  etməsi  üçün  bütün  zəruri  şəraiti  yaratmış­

dır.  Bu  faktlar. ABŞ  Dövlət  Departamentinin  narkotik  maddələr 

üzərində  beynəlxalq  nəzarət strategiyasına  dair 2000-ci  il  mart 

tarixli  hesabatında  öz  əksini  tapmışdır.  Narkotik  işbazlarını 

qondarma  qurumun  bədnam  rəhbərləri  müdafiə  edir,  narko- 

tiklərin  satışından  əldə  olunan  pullardan  işğal  olunmuş  ərazi­

lərin  nəzarətdə  saxlanılması  və  muzdlulara  haqq  ödənilməsi 

üçün  istifadə  edirlər.

ABŞ  Dövlət  Departamentinin  2001-ci  ilin  martında  açıqlan­

mış  hesabatında  işğal  edilmiş Azərbaycan  ərazilərindən  narko­

tik vasitələrin  kütləvi  şəkildə  daşınması  üçün  istifadə  olunduğu 

bildirilir  və  Ermənistana  coğrafi  yerinə  görə  narkotik  vasitələ­

rin  beynəlxalq  dövriyyəsində  potensial  subyekt  kimi  baxılır.

Azərbaycanın  işğal  olunmuş  sərhədyanı  ərazilərində  çətənə 

kollarının  yetişdirilməsi  faktı  AŞ  PA-nın  Dağlıq  Qarabağ  üzrə 

məruzəsində  də  öz  əksini  tapmışdır.

Narkotiklərin  satışından  əldə  olunan  pulun  böyük  hissə­

si  separatçılar  tərəfindən  qanunsuz  silahlı  birləşmələr,  terror 

qrupları  üçün  silahların  alınmasına  və  təlimlərin  keçirilməsinə 

xərclənir.  Dağlıq  Qarabağda  mövcud  olan  qanunsuz  iqtisadi 

fəaliyyət  separatçıları  «çirkli  p u 11 a r»ı n  yuyulması  əməliyyatları 

sahəsində  məşhurlaşdırmaqla onları  transmilli  cinayətkar  infra­

strukturların  maraq  dairəsinə  daxil  etmişdir.

Azərbaycanın  işğal  olunmuş  ərazilərindən  nüvə  və  radio­

aktiv  tullantıların  basdırılması  məqsədi  ilə  də  istifadəsi  güman 

olunur.  Belə  ki,  gündəlik  təqribən  9  milyon  KVT/saat  enerji 

hasil  edən  Metsamor  Atom  Elektrik  Stansiyasının  müvafiq  is­

tehsalının  müqabilində  Ermənistanda  hazırkı  dövrədək  nüvə 

tullantılarının  saxlanılması  üçün  anbarın  olmaması  Azərbay­

can  Respublikasının  işğal  olunmuş  ərazilərinin  qeyd  olunan 

tullantıların  basdırılması  məqsədi  ilə  istifadəsi  ehtimalını  artırır.

263


IV.  İnsan  ticarəti

Ermənistanın  Azərbaycan  Respublikasına  təcavüzü  nəticə­

sində  əsir  düşmüş  və  girov  götürülmüş  Azərbaycan  vətəndaş­

larının  beynəlxalq  humanitar  təşkilatlardan  gizlədilərək  işğal 

olunmuş  ərazilərdə  saxlanılması  və  onlara  qarşı  amansız  cəza 

metodlarının  tətbiq  edilməsi,  bu  şəxslərin  qeyri-bəşəri  məq­

sədlər  üçün  istifadə  edilmələri  barədə  mütəmadi  məlumatlar 

daxil  olmaqdadır.

Azərbaycana  qarşı  təcavüzün  nəticələrindən  və  mövcud 

status-kvodan  yararlanmağa  çalışan  Ermənistanın  rəsmi  orqan­

larının  əsir  və  girov  götürülmüş,  itkin  düşmüş  azərbaycanlıları 

gəlir  məqsədi  ilə  alver  predmetinə  çevirərək  onlarda  müxtəlif 

cinayətkar  qruplaşmalarla  işbirliyi  qurduqları  barədə  təkzib­

edilməz  faktlar  mövcuddur.

Müharibə  və  atəşkəs  dövründə  erməni  ordusu  tərəfindən 

əsir  və  girov  götürülmüş  azərbaycanlılardan  30  nəfərə  yaxı­

nı  qohumları  tərəfindən  külli  miqdarda  pul,  qızıl  və  qiymətli 

əşya  verilməklə  azad  edilmişdir.  Erməni  əsirliyində  olan  bir 

çox  Azərbaycan  vətəndaşlarının  bədən  üzvləri  çıxarılaraq  sa­

tılmışdır.  Əsir  düşmüş  və  girov  götürülmüş  Azərbaycan  və­

təndaşlarının  beynəlxalq  humanitar  təşkilatlardan  gizlədilərək 

işğal  olunmuş  ərazilərdə  saxlanılması  və  onlara  qarşı  amansız 

cəza  metodlarının  tətbiqi  barədə  mütəmadi  məlumatlar  daxil 

olmaqdadır.



V.  İşğal  altındakı  ərazilərdə  ermənilərin

qanunsuz  məskunlaşdırılması

Erməni  tərəfinin  rəsmi  məlumatlarına  və  qondarma  DQ 

hökumətinin  hesabatına  görə,  2001 -ci  ildə  Dağlıq  Qarabağın 

əhalisi  143  min  nəfər  təşkil  edib.  Halbuki  1989-cu  ilin  siya­

hıyaalınmasına  görə,  həmin  ərazidə  90  min  nəfərdən  bir  qə­

dər çox  erməni  yaşamışdır.  ABŞ-ın  Qaçqınlar üzrə  Komitəsinin 

qaçqınların  vəziyyəti  ilə  əlaqədar 2002-ci  ilə  dair ümumdünya

264


icmalında  Ermənistan  üzrə  məruzədə  1.000-ə yaxın  ailənin  Er­

mənistandan  Dağlıq  Qarabağ  və  Laçın  dəhlizinə  köçürüldüyü 

bildirilib.  2003-cü  ilin  yanvar  ayından  Dağlıq  Qarabağ  ərazi­

sini  tərk  edənlərin  qarşısının  alınması  məqsədi  ilə,  müəyyən 

olunmuş  qaydalara  görə,  daimi  yaşamaq  üçün  gedən  ailələr 

təxminən  15,  hərbi  çağırışçılar  10  min  ABŞ  dolları  məbləğində 

rüsum  ödəməlidirlər.

Ermənistanın  bütün  şəhər  və  rayonlarında  2002-ci  ildən 

rəsmən  fəaliyyət  göstərən  miqrasiya  xidmətləri  ölkə  əhalisinin 

işğal  olunmuş  ərazilərə  köçürülməsi  istiqamətində  iş  aparır.

1994-cü  ildən  etibarən  dünyanın  müxtəlif  ölkələrində  yaşa­

yan  ermənilərin  qeyri-qanuni  olaraq  Azərbaycanın  Dağlıq  Qa­

rabağ  və  işğal  edilmiş  digər  ərazilərinə  köçürülməsi  halları 

mövcuddur.  Qondarma  qurumun  «parlamenti»nin  «DQR»-ə 

köçürülən  rus  ailələrinin  övladlarının  2005-ci  ildən  Qarabağ 

məktəblərində  erməni  və  rus  dillərində  təhsil  almasını  nəzər­

də  tutan  qərarı  da  mövcuddur.

Beynəlxalq  Qırmızı  Xaç  Komitəsinin  Cənubi  Qafqaz  üzrə 

Miqrasiya  Nümayəndəliyinin  2004-cü  il  oktyabr  ayının  25-də 

keçirdiyi  hesablamalarına  görə,  hər ay orta  hesabla  Dağlıq  Qa­

rabağ  ərazisinə  15-ə yaxın  ailə  köçürülür və  2004-cü  ildə  belə 

ailələrin  sayı  200-ə  çatmışdır.

Rəsmi  Yerevan  köçürülmə  layihələrində  özünün  birbaşa  iş­

tirakını  gizlətməyə  çalışsa  da,  2000-ci  ildən  etibarən  «Arsaxa 

qayıdış»  adlı  irimiqyaslı  proqramın  həyata  keçirilməsi  ilə  Er­

mənistan  Respublikası  hökuməti  yanında  (Andronik  Marqar- 

yanın  rəhbərliyi  altında)  müşavir  Benik  Baxşiyan,  «DQR»-in 

«statistika  idarəsinin  rəhbəri»  Serj  Amirxanyan,  «kənd  təsər­

rüfatı  naziri»  Vaqram  Baqdasaryan,  «Milli  Yığıncağın  maliyyə, 

büdcə  məsələləri  üzrə  komissiyasının  sədri»  Mayor  Danielyan, 

Ermənistanın  miqrasiya  və  qaçqınlar  idarəsinin  müdiri  Qaqik 

Eqanyan  və  digər  vəzifəli  şəxslər,  həmçinin  «Yerkir»  ictimai 

təşkilatı  aktiv  şəkildə  məşğuldurlar.  Həmin  vaxtdan  etibarən

---------  

265 

---------



qaçqınlar  və  emiqrasiya  idarəsi  yuxarıda  adı  çəkilən  proqra­

mın  realizə  olunmasına  bilavasitə  qoşulmuşdur.

2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan 

erməni  əhalisinin  Azərbaycanın  işğal  olunmuş  Dağlıq  Qarabağ 

bölgəsinə  köçürülməsi  məsələsinin  Ermənistan  hökuməti  üçün 

prioritet  təşkil  etdiyini  rəsmən  bildirmişdir.

İşğal  olunmuş  ərazilərdə  qeyri-qanuni  məskunlaşdırma fakt­

ları  müxtəlif  KİV-də  də  geniş  işıqlandırılmışdır.

Açıq  qaynaqlara  istinadən,  2004-cü  ilin  ilk  altı  ayı  ərzində 

işğal  olunmuş  ərazilərə  120  erməni  ailəsi  köçürülmüşdür.  Bu 

ərazilərdə  qeyri-qanuni  «köçürülmə  əməliyyatı»  və  tikinti  iş­

lərinin  əsas  sponsorları  «Qərbi  Amerikanın  Erməni  Təhsil  Fon­

du»,  «Hayastan  Fondu»  təşkilatları  və  Tehranın  Erməni  Yepar- 

xiya  Şurasıdır.  2004-cü  ildə  xarici  fondlar  tərəfindən  «Arsaxa 

qayıdış»  proqramının  realizəsi  üçün  400  min  ABŞ  dollarının 

ayrıldığı  və  Azərbaycanın  işğal  olunmuş  sərhədyanı  ərazilə­

rində  90-a  yaxın  evin  tikintisinin  başa  çatdırılması  məlumdur.

Köçürülməyə  ayrılmış  pulların  səlahiyyətli  şəxslər  tərəfin­

dən  mənimsənilməsi  və  köçürülən  şəxslərin  30%-nin  bədbin 

yaşayışdan  Yerevana  və  digər  MDB  ölkələrinə  qayıtmaları  ba­

rədə  1999-cu  ildə  erməni  KİV-də  məlumatlar yayılmışdır.  Belə 

məqamlardan  biri  erməni  diasporu  tərəfindən  Dağlıq  Qara­

bağda  yaşayan  və  köçürülən  ailələrə  pulların  çatdırılmaması 

barədə  «10-cu  naxanq»  qəzetinin  müxbiri  Vaqram  Oqacan- 

yan  1999-cu  ildə  «Dağlıq  Qarabağa  köçürülən  şəxslər  üçün 

büdcədə  pul  yoxdur»  adlı  məqaləsinin  nəşri  olmuşdur.  Bu  mə­

qalə  V.Oqacanyanın  2000-ci  ildə  bir  il  müddətinə  azadlıqdan 

məhrum  edilməsinə  və  «DQR  prokurorluğu»  tərəfindən  barə­

sində  cinayət  işinin  qaldırılmasına  zəmin  yaratmışdır.

VI.  Təbii,  maddi  və  mənəvi  sərvətlərin  talan  edilməsi

və  qanunsuz  istismarı

Azərbaycanın  işğal  olunmuş  ərazilərində  evlərin,  qəbirlə­

rin,  mədəniyyət  abidələrinin  dağıdılması/  avadanlığın,  inşaat

266


materiallarının,  xüsusilə  dəmir  məmulatların  və  sair  yüklərin 

digər  ölkələrə  daşınması  barədə  mütəmadi  məlumatlar  daxil 

olmaqdadır.

Müvafiq  məlumatlar  tərkibində  müxtəlif  qiymətli  metallar, 

o  cümlədən  qızıl  olan  torpağın,  zavod  və  fabriklərdə  istismar 

olunmuş  dəzgahların,  elektrik  qatarları,  vaqonlar  və  relslərin 

kəsilərək  digər  ölkələrə  daşınması  faktlarını  ehtiva  edir.

İşğal  altında  olan  ərazilərdən  qarət  edilmiş  milli  sərvətləri­

mizin  -   qədim  tarixi  əsərlərin,  xalçaların,  mineralların  Avropa 

ölkələrində  erməni  milli  sərvəti  adı  altında  nümayiş etdirilməsi 

barədə  məlumatlar  mövcuddur.  Ermənilər  Kəlbəcərdə  yerlə­

şən  mineral  yataqların  və  3.600-ə  qədər  qaya  təsvirinin  foto­

şəkillərini  2000-ci  ildə  Finlandiyada  öz  əraziləri  kimi  nümayiş 

etdirmişlər.

Son  zamanlar ermənilərin  qədim  Azərbaycan  musiqi  alətlə­

rini  öz  adlarına  çıxaraq  Avropa,  MDB  və  Şimali  Amerika  ölkə­

lərində  satması  halları  çoxalmış,  Qarabağ  xalçalarının  erməni 

və  ya  fars  xalçaları  adı  altında  müxtəlif  sərgilərə  və  hərraca 

çıxarılması  faktları  qeydə  alınmışdır.  Son  illər  ərzində  Azər­

baycanın  işğal  edilmiş  ərazilərində  külli  miqdarda  çıxarılmış 

tarixi,  mədəni  və  dini  abidələr  xarici  ölkələrə  satılmışdır.  İşğal 

olunmuş  ərazilərdəki  muzeylərdə  mövcud  olan  unikal  ekspo­

natlar  ya  məhv  edilmiş,  yaxud  həmin  eksponatların  əsasın­

da  onların  guya  ermənilərə  məxsusluğunu  göstərən  yeni  mu­

zeylər  yaradılmışdır.  Bu  mənada,  ermənilərin  qədim  Qafqaz 

Albaniyası  abidələrini  özününküləşdirməsi  məsələsinə  xüsusi 

önəm  verdiyi  bildirilm əlidir.  Onların  üzərində  mövcud  olan 

qədim  alban  yazıları,  divar  naxışları  və  xaçlar  məhv  edilib 

erməni  atributikası  ilə  əvəzlənir.  Bir  sıra  məscidlər  isə  anbar­

lar  kimi  istifadə  olunur.  Bu  kampaniya  məqsədyönlü  xarak­

ter  daşımaqla,  işğal  edilmiş  rayonların  tarixi-mədəni  nöqteyi- 

nəzərindən  Azərbaycana  aid  olmadığı  və  bununla  ermənilərin 

həmin  ərazilərdə  məskunlaşmasına  bəraət  qazandırılmasına 

yönəldilmişdir.

267


Bu  müstəvidə  Azərbaycana  məxsus  yer  adlarının  dəyişdiri­

lərək  erməni  adları  ilə  əvəz  olunmasının  xüsusilə  kütləvi  hal 

aldığı  bildirilm əlidir.  Bütün  bunlardan  başlıca  məqsəd  gələ­

cəkdə  həmin  ərazilərin  ilhaqının  həyata  keçirilməsinə  «əsas 

yaratmaq »dır.

Xalqımıza  məxsus  maddi  sərvətlərin  daha  geniş  miqyaslar­

da talan  edilməsi  məqsədi  ilə Azərbaycanın  işğal  olunmuş əra­

zilərində  qanunsuz  iqtisadi  fəaliyyətə  xarici  ölkələrin  bir  sıra 

firma  və  şirkətləri  də  cəlb  edilmişdir.

Erməni  tərəfinin  təşkilatçılığı  ilə  2004-cü  ilin  yanvar-iyul 

ayları  ərzində  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  or­

qanlarının  razılığı  olmadan  ölkəmizin  Dağlıq  Qarabağ və  işğal 

olunmuş  digər  ərazilərinə  1.610  nəfər  əcnəbi  vətəndaş  səfər 

etmişdir.

BMT-nin  Təhlükəsizlik  Şurasının  1993-cü  ildə  qəbul  edilmiş 

822,  853,  874,  884  saylı  qətnamələrində  Azərbaycan  Respub­

likasının  ərazi  bütövlüyünün  tanınmasına  və  işğal  olunmuş 

Azərbaycan  ərazilərinin  qeyd-şərtsiz  azad  edilməsi  tələbləri­

nə  baxmayaraq,  Ermənistan  Respublikası  hal-hazırda  işğalçılıq 

siyasətini  davam  etdirməkdədir.

Azərbaycan 

Respublikasının 

Ermənistan  və  separatçı- 

terrorçu  rejim  tərəfindən  işğal  altında  saxlanılan,  beynəlxalq 

nəzarətdən  kənar  ərazilərində  qanunsuz  fəaliyyətlərə  dair 

MTN-in  əldə  etdiyi  məlumatlar  təsdiqini  tapmaqdadır.

/

268


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin