Soyqirimi: tarixin qanlı salnaməsi


«Faynənşl  tayms».  İngiltərə.  30  mart  1988



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
«Faynənşl  tayms».  İngiltərə.  30  mart  1988

«Sumqayıtda  qanlı  faciə  baş  verəndən  sonra  Ermənistanın 

Yerevan  şəhərində  m inlərlə  erməni  küçələrə  axışdı.  Ermə­

nilər  Qorbaçova  böyük  ümidlər  bəsləyirdilər».

205


«Ekonomiks».  İngiltərə.  6  iyul  1988

«Ermənilər  Kremldə  ikinci  adam  sayılan  Y.Liqaçovun 

mayın  21-də  Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində 

qalması  haqqında  çıxışından  narazı  qaldıqlarını  bildirmiş­

lər.  ...Sumqayıtda,  rəsmi  məlumata  görə,  32  nəfər  adam 

öldürülmüşdür...  Sumqayıt  hadisələrində  iştirak  edənlərin 

üzərində  məhkəmə  prosesi  başlanmışdır.  20  yaşlı  Tale  İs­

mayılov  adam  öldürdüyünə  görə  15  il  iş  almışdır.  Ermənilər 

belə  ittihamdan  narazıdırlar».

«İnterneyşl  Herald  Tribun».  Sentyabr  1988

«Bir  çox  azərbaycanlıların  fikrincə,  fevralın  27,  28,  29-da 

olan  hadisələr  Azərbaycanı  dünya  ictimaiyyətinin  gözündən 

salmaq  üçün  erməni  ekstremistləri  tərəfindən  törədilmişdir».

«Vaşinqton  post».  Oktyabr,  1989

«Ağacların  kölgəsində  onlarla  adam  bilyard  oynayırdı. 

«Sumqayıtda  nə  baş  vermişdisə,  -   Rəfael  Abbasov  dedi: 

-   Bu,  ermənilər  tərəfindən  təşkil  olunmuş  bir  aksiya  idi». 



Gənclər  deyirdilər  ki,  hadisələrdən  əvvəl  ermənilər  pulları­

nı  əmanət  kassalarından  çıxarmağa  başladılar,  çoxları  şəhəri 

tərk  etdi.

İştirak  edənlərin  hamısı  qeyd  elədi  ki,  bu,  ermənilər  tə­

rəfindən  hazırlanmış  aksiya  idi».

«Liberasyon».  25  noyabr  1989

«Hələ  1987-ci  ilin  yayında  ermənilər  Dağlıq  Qarabağın 

alınması  haqqında  məsələ  qaldıranda  belə  başa  düşmək 

olardı  ki,  Qorbaçov  və  onun  ətrafında  olanlar  bu  tələbi 

müdafiə  edirlər.  Bu  hərəkat  gündən-günə  genişlənirdi.  Mos­

kva  isə  susurdu.  1988-ci  il  fevralın  26-da  Qorbaçov  müra­

ciətlə  çıxış  edəndə  onun  nitqi  təxminən  belə  oldu:  «Mən 

hər  şeyi  başa  düşdüm.  Ancaq  bir  az  gözləyin».

206


Bakının  və  Sumqayıtın  ayrı-ayrı  sənaye  müəssisələrində  ça­

lışan  ermənilər  Sumqayıtda  baş  verən  hadisələrlə  bağlı  «Kom­

munist»,  «Bakinskiy  raboçiy»,  «Vışka»,  «Sosialist  Sumqayıtı», 

«Kommunist Sumqaita»,  «Pravda»,  «İzvestiya»  qəzetlərində  çı­

xış  edir,  millətçi  ermənilərin  irəli  sürdükləri  torpaq  iddialarını 

əsassız  hesab  edirdilər.

Ermənistanın  rəhbərləri,  hərbçiləri,  qatı  millətçiləri  Dağlıq 

Qarabağın  və  Azərbaycanın  20  faiz  torpaqlarının  işğalında, 

görəsən,  təkcə  öz  imkanlarındanmı  istifadə  etmişdilər?  Xeyr! 

Əgər  kənardan  kömək  olmasa  idi,  ermənilər  cürət  edib  Azər­

baycan  torpaqlarını  zəbt  edə  bilməzdilər.  Buna  onların  cürəti 

çatmazdı!  Sovet  hərbçiləri  bu  işdə  onlara  dəstək  idilər.  Ermə­

nilərə  külli  miqdarda  silah  və  canlı  qüvvə  verilirdi.  Sonralar 

Rusiyanın  Ermənistana  təmənnasız  bir  milyard  Amerika  dolları 

həcmində  silah  verməsi  bütün  dünya  ictimaiyyətinə  bəllidir.

1990-cı  il  yanvar  ayının  24-də  Parisdə  nəşr  olunan  «Jurnal 

dyu  dimanş»  qəzeti  yazırdı:  «Axır  günlər  Livandan  Yerevana 

minomyot  və  avtomatlar  daşıyan  təyyarələr  gəlməkdə  davam 

edir.  Onların  boşaldılması  erməni  gömrük  işçilərinin  nəzarəti 

altında  gecələr  həyata  keçirilirdi.  Artıq  neçə  gündür  ki,  aero­

portun  gömrüyündə  bir  nəfər  də  olsun  rus  xidmət  etmir.  Bu 

silahların  daşınması,  ola  bilsin  ki,  sentyabrdan  başlanıb.  Dağ­

lıq  Qarabağda  vətəndaş  müharibəsi  qızışan  andan  Yerevanda 

və  kəndlərdə,  Azərbaycanla  sərhəd  ərazidə  daha  çox  silahlı 

adamlara,  həmçinin  hər  şeyə  hazır  olan  qızışmış  gənclərə  rast 

gəlinir.  Bu  dəstələrin  başında  çox  vaxt  Beyrutdan  və  Dəməşq­

dən  gəlmiş  erməniləri  görmək  olar.  Onların  bəziləri  Livan  ter­

rorçularına  və  silahlanmış  xristian  qruplarına  yaxındırlar.  Küçə 

döyüşləri  taktikasını  yaxşı  bilən  yüzlərlə  Livan  ermənisi  bura 

vizasız  gəlib.  Onların  bir  hissəsi  Yerevanda  yerləşir,  əksəriy­

yəti  isə  sərhəd  rayonları  olan  Gorus  və  Xanlar  ətrafına  yola

207


düşüb.  Qonşu  respublikalarda  olduğu  kimi,  «Qarabağ  Komitə­

si»  bu  təşkilatları  Azərbaycana  qarşı  öz  əlində  saxlayır».

Belə  misalları  çox  sadalamaq  olar.  Möhkəm  silahlanmış  er­

mənilər  ideoloji  silahdan  da  məharətlə  istifadə  etməyə  çalı­

şırdılar.  Erməni  və  ermənipərəst  qüvvələr  dünyanın  ayrı-ayrı 

mətbuat  səhifələrində,  guya,  «Böyük  Ermənistan»ın  mövcud 

olduğunu  iddia  edir,  Osmanlı  imperiyası  tərəfindən  dağıldı­

ğını  ön  plana  çəkirdilər.  Fransız  sovetşünası  Lemerse-Kelkeje 

«Azərbaycana  xaricdən  təsir»  məqaləsində  Azərbaycan  tari­

xini  təhrif  edir,  qonşu  dövlətlərə  (ermənilər  nəzərdə  tu tu lu r-  



red.)  qarşı  xəyanətkar  olduğunu  sübut  etməyə  çalışırdı.

Erməni  ideoloqları  öz  havadarlarının  pulu  hesabına  xaricdə 

kütləvi  informasiya  vasitələrində  Azərbaycan  haqqında  mənfi 

imic  yaratmaqla  məşğul  idilər.  Bir  misal  çəkmək  istəyirəm.

1989-cu  il  iyun  ayının  29-da  «Yurmala»  qəzetinin  26-cı  sayı­

nın  birincə  səhifəsində  belə  bir  başlıq  verilmişdi:  «Qəzetin  bu 

nömrəsi  Ermənistana  və  erməni  xalqına  həsr  olunur».

Qəzetlə  tanış  olanlar  bilirlər  ki,  Azərbaycanın,  onun  dinc 

əhalisinin  ünvanına  nə  qədər  böhtanlar  yağdırılmışdır.  Dağlıq 

Qarabağın  tarixən  ermənilərin  olmasını  sübut  etməyə  çalışır, 

Sumqayıtda  ermənilərə  qarşı  «genosid»  aparıldığını  söylə­

yirdilər.  Silva  Kaputikyan  məqaləsində  yazırdı:  «Biz  uçuruma 

yuvarlanmışıq.  Çıxış  yolu  yoxdur.  Bir tərəfdə  Türkiyə,  digər tə­

rəfdə  Azərbaycan.  Havamız  çatmır.  Məhv  oluruq.  Sumqayıtda 

qırğın  olmuşdur.  Bizi  yaşamağa  qoymurlar».

Yazıçı  Sero  Xanzadyan  yazırdı:  «1930-cu  ildə  Qarabağda 

850  min  erməni  yaşayırdı.  1926-cı  ildə  Naxçıvanda  ermənilər 

əhalinin  40  faizini  təşkil  edirdi.  1988-ci  ilin  axırlarında  orada, 

demək  olar  ki,  erməni  qalmayıb.  Sumqayıtda  ermənilərin  qətli 

Azərbaycan  rəhbərləri  ilə  razılaşdırılaraq  həyata  keçirilmişdir. 

Burada  450-yə  qədər  erməni  vəhşicəsinə  öldürülüb».

208


Həmin  dövrdə  «Yurmala»  qəzetinə  «Azərbaycan  gəncləri» 

və  «Kommunisti  Sumqaita»  (indi  «Exo  Sumqaita»  qəzeti)  cavab 

verdi.  Azərbaycan  KP  Mərkəzi  Komitəsinin  orqanları  «Kom­

munist»  və  «Bakinskiy  raboçiy»  qəzetləri  isə  nədənsə susdular.

Qərb  ölkələri,  transmilli  korporasiyalar,  xarici  mətbuat 

Azərbaycanda  gedən  ictimai-siyasi  proseslərdən,  Sumqayıt­

da  baş  verən  qanlı  aksiyadan,  Dağlıq  Qarabağ  problemindən 

SSRİ-nin  dağıdılmasında  və  Kommunist  Partiyasının  ləğvində 

bir  alət  kimi  istifadə  etdilər.  Erməni  millətçiləri  isə  bu  hadisə­

lərdən  tarixi  şans  kimi  istifadə  etməyə  çalışdılar.

Həmin  illər  ermənilər  informasiya  müharibəsində  üstünlük 

təşkil  edirdilər.  Fransada,  Kaliforniyada,  Hollandiyada  kütləvi 

informasiya  vasitələrində  ermənilər  və  ermənipərəst  siyasətçi­

lər,  politoloqlar  Azərbaycanın  ünvanına  hədyanlar  yağdırırdı­

lar.

«Sandi  Tayms»  qəzeti  yazırdı:  «Azərbaycanlılar  ermənilər­



dən  aciz  və  gücsüz  deyillər.  İnformasiya  müharibəsində  isə 

azərbaycanlılar  ermənilərdən  aciz  və  gücsüzdürlər».

Bu,  həqiqətən,  belə  idi.  İllər  sonra  Azərbaycan  iqtisadi  cə­

hətdən  inkişaf etdikcə  paralel  olaraq  ideologiyamızda  da  ciddi 

dönüşlər  yarandı.  Alimlərimiz,  tarixçilərimiz,  politoloqlarımız 

ermənilərin  xəyanətkar düşmən  olduğunu,  ədalətsiz  müharibə 

apararaq  20  faiz  torpaqlarımızı  işğal  etməsini  bütün  dünyaya 

çatdırmağa  səy  göstərdilər.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev 

İstanbulda  keçirilən  sammitdəki  çıxışında  demişdir  ki,  biz  in­

formasiya  müharibəsində  həmişə  ermənilərdən  geri  qalmışıq. 

İndi  hücuma  keçməyin  vaxtı  gəlib  çatmışdır.

Son  illər  ideoloji  cəbhədə  atılan  addımlar  onu  göstərir  ki, 

artıq  dünya  ictimaiyyəti  erməniləri  işğalçı  kimi  tanıyır,  azər­

baycanlıların  isə  sülhpərvər  bir  millət  olduğunu  dəstəkləyir.

209


Sumqayıt  hadisələri  və  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı 

çəkilən  sənədli  film lər  və  kitablar  rus,  ingilis,  fransız,  alman, 

çin,  ərəb,  ispan  dillərinə  tərcümə  olunub  dünya  ictimaiyyəti­

nə  çatdırılır.  Bu  sahədə  Heydər  Əliyev  Fondunun  prezidenti 

Mehriban  xanım  Əliyevanın  əməyini  də  xüsusi  qeyd  etmək 

lazımdır.

Erməni  millətçiləri  Azərbaycanın  güclü  təbliğat  maşını  qar­

şısında  artıq  tab  gətirə  bilmirlər.  Son  vaxtlar onlar  Sumqayıt və 

Dağlıq  Qarabağla  bağlı  siyasətlərində  dönüş  yaratmağa  çalışır­

lar.  Onlar  Azərbaycanın  tarixini,  adət-ənənəsini,  mədəni  irsi­

ni  təhrif  etməyə  başlayıblar.  Bu  sahədə  Melik  Arsen-Barsam, 

Vitaliy  Danilov,  Samvel  Şaxmuradyan,  Aleksandr  Vasilevski, 

Anatoliy  Mostovoy  və  başqaları  internet  səhifələrində  gen-bol 

çıxış  etməklə  məşğuldurlar.  Onların  çıxışlarına  qiymət  ver­

mək  istəmirəm.  Lakin  Marksın  bir  kəlamını  xatırlatmaq  yerinə 

düşərdi:  «Həqiqət  o  vaxt  həqiqət  olur  ki,  o,  həqiqət  olsun». 

Ermənilərin  tarixində  və  söylədiklərində  isə  həqiqət  yoxdur!

Sumqayıtda  qanlı  terror  fevralın  27-də  baş  tutsa  da,  bu  sse­

nari  çoxdan  hazırlanmışdı.  Əslində,  bütün  bunlar  nə  Sumqa­

yıtla,  nə  də  sumqayıtlılarla  bağlı  idi.  Bu  şəhər  yalnız  əlveriş­

li  məkan,  sərfəli  mövqe  kimi  seçilmişdi.  Araşdırmaçılar  belə 

qənaətə  gəliblər  ki,  hadisələrin  törədilməsində  üç  tərəf  olub: 

birincisi,  bəlkə  də  ən  fəal  tərəf  SSRİ-ni  dağıtmaq  siyasətinə 

rəhbərlik  edən  qüvvələr  olub.  İkincisi,  məqamdan,  qarışıqlıq­

dan  istifadə  edərək  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini  Azər­

baycandan  qoparıb  Ermənistana  birləşdirmək  istəyən  separat­

çılar  fürsətdən  gen-bol  faydalanmaq  istəyiblər.  Üçüncü  qüvvə 

isə təxribat qrupu  tərəfindən  öyrədilən,  cinayətə  təhrik  olunan 

nəzarətsiz  gənclər  idi.

Amma  hadisələrin  ssenarisi  çox  məxfi  şəkildə  hazırlan­

dığından  iğtişaşlar  başlanandan  sonra  da  həqiqət  dünyadan 

gizlədildi,  cinayətkarlar  istintaqdan.  Hadisələrin  xronikası,  ar­

210


dıcıllığı  sübut  edir  ki,  erməni  millətçi  və  separatçı  qüvvələri 

bu  qanlı  terrorun  məxfi  planını,  parol  və  işarələrini  çoxdan 

hazırlayıblar.  Bir-birinin  ardınca  təşkil  olunan  aksiyalar,  siyasi 

gedişlər  də  bunu  sübut  edir.  Eyni  vaxtda  Stepanakertdə  və  Ye­

revanda  Qarabağ  uğrunda  mitinqlər  təşkil  olunur,  yığıncaqlar 

keçirilirdi.  Ermənistanda  yaşayan  azərbaycanlılar  mıitəşəkkil- 

liklə  ata-baba  yurdlarından  zorla  qovulurdular.  İlk  qaçqınlar 

Bakıya,  Sumqayıta  gəlirdi.  Əlbəttə,  bu  gəlişin  ardınca  cavab 

aksiyaları  təşkil  olunurdu.  Nümayişçilər,  yürüşçülər  arasında 

Azərbaycan  dilində  sərbəst danışan  saqqallı  erməni  emissarları 

görünürdü.  Rəsmi  Bakı  çaşqın  günlərini  yaşayırdı.  Vəziyyətdən 

istifadə  edən  erməni  separatçıları  məqsədlərinə  çatmaq  üçün 

hər  cür  hiyləyə  əl  atır,  dəridən-qabıqdan  çıxırdılar.  Elə  bir 

məqam  yaranmışdı  ki,  Moskva  hadisələri  sükutla  izləyir,  əs­

lində  isə  daha  riyakar  və  dəhşətli  planların  konturları  cızılırdı. 

1988-ci  il  fevralın  27-29-da  Sumqayıtda  törədilən  qanlı  cina­

yət  də  bu  planın  tərkib  hissəsi  idi.  Statistik  məlumatlara  görə, 

hələ  1988-ci  ilin  əvvəllərində  Sumqayıtda  müxtəlif  millətlər­

dən  olan  258  min  200  nəfər  yaşayırdı.  Onların  14.208  nəfə­

ri  milliyyətcə  erməni  idi.  Doğrudur,  həmin  illərdə  Gəncədə, 

Şəkidə,  Bakıda  da  ermənilərin  sayı  az  deyildi.  Amma  iğtişaş 

üçün  məhz  Sumqayıtın  seçilməsinin  səbəbləri  vardı.  Sumqayıt 

Dövlət  Universitetinin  Rus  dili  kafedrasının  müdiri,  filologiya 

elmləri  doktoru  Ramazan  Məmmədov  hadisələrin  Sumqayıtda 

törədilməsini  belə  əsaslandırır:

-   Sumqayıtın  yerləşdiyi  ərazi  paytaxta  -   Bakıya  daha  ya­

xındır.  Bakıdan  dərhal  dünya  ictimaiyyətinə  hadisə  barədə 

məlumat  yaymaq,  antiazərbaycan  şəbəkə  ilə  çevik  əlaqə  ya­

ratmaq  imkanları  geniş  idi.  80-dən  çox  millətin  yaşadığı  Sum­

qayıt  təkcə  kimyaçılar,  metallurqlar  şəhəri  kimi  yox,  həm  də 

xalqların  dostluq  şəhəri  kimi  tanınırdı.  Maraqlı  olan  qüvvələr 

bu  hadisələri  törətməklə  dünya  ictimaiyyətinə  bəyan  etmək  is­

211


təyirdilər  ki,  azərbaycanlılar  millətçi,  vəhşi  və  barbar  bir  xalq­

dır.  Bu  səbəbdən  də  onlarla  birgə  yaşamaq  mümkün  deyil. 

Sumqayıtda  törədilən  qanlı  aksiyaların  şəhərin  Dostluq,  Sülh 

küçələrində  baş  tutması  da  məqsədli  idi.

Sumqayıtda  hadisələrin  başladığı  gündən  dərhal  anti­

azərbaycan  informasiya şəbəkəsi  işə düşdü.  Müxtəlif ölkələrdə 

videolentlər  nümayiş  etdirildi,  mətbuatda  şər  və  böhtan  dolu 

yazılar  dərc  olundu.  Qəribədir  ki,  cəmi  3-4  gün  sonra  Xan­

kəndidə  əvvəlcədən  hazırlanmış  «Sumqayıt  hadisələri  zamanı 

həlak  olmuş  ermənilərə  xatirə  abidəsi»  ucaldıldı,  «Sumqayıt... 

Soyqırımı...  Aşkarlıq»  adlanan  kitabça  50  min  tirajla  Yerevan­

da  rus  dilində  çap  olunub  dünya  ictimaiyyətinə  çatdırıldı.  Əl­

bəttə,  belə  silsilə  tədbirlər  bir  daha  sübut  etdi  ki,  ermənilər 

bu  qanlı  aksiyanın  törədilməsini  və  geniş  yayılmasını  planlı 

şəkildə  təşkil  etmişlər.  «Böyük  Ermənistan»  xülyasına  xidmət 

edən  antitürk,  antiazərbaycan  təbliğat  separatçıların  başlıca 

məqsədinə,  məramına  çevrilmişdi.  Sumqayıt  hadisələri  barədə 

sovet və  xarici  ölkə  mətbuatında  birtərəfli,  qərəzli  yazılar dərc 

olunurdu.  Moskva  isə  susurdu.  Hələ  1988-ci  il  fevralın  26-da 

İttifaq  rəhbəri  M.Qorbaçov  ermənilərin  ona  müraciətinə  çox 

təmkinlə  cavab  vermişdi:  «Mən  hər  şeyi  başa  düşdüm,  ancaq 

bir  az  gözləyin».  Cəmi  iki  gün  sonra  Sumqayıt  hadisələri  baş 

verdi.  Sumqayıtlı  jurnalist  Eyruz  Məmmədov  o  günləri  xatırla­

yanda  bunları  dedi:  «SSRİ-nin  sabiq  müdafiə  naziri  D.Yazovla 

müsahibəmdə  onun  bir  etirafı  var:  «Biz  qoşunları  Sumqayıta 

yeritmək  üçün  ali  baş  komandandan  əmr  gözləyirdik.  Ali  baş 

komandan  isə  M.Qorbaçov  idi...»  Sumqayıtda  qan  töküləndən 

sonra  şəhərdə  dərhal  komendant  saatı  elan  olundu.  Beləliklə, 

bütün  səlahiyyət  hərbçilərin  əlinə  keçdi.  Ona  görə  ki,  Moskva 

belə  istəyirdi...

1988-ci  il  fevral  hadisələrindən  sonra  M.Qorbaçov  yüksək 

dairələrdə  Sumqayıt  faciəsinə  siyasi  qiymət  verilməsinə  tərəf-

212


clar  çıxmadı.  Çünki  o  vaxtlar  Sumqayıt  hadisələrinə  siyasi  qiy­

mət  verilsəydi,  həmin  əməliyyatın  yüksək  dairələrdən  idarə 

olunması  faktı  ortaya  çıxa  bilərdi.  SSRİ-nin  milli  münaqişə­

lər  zəminində  dağıdılması  ssenarisinin  əsl  müəllifləri  ittiham 

olunardı,  Sumqayıtda  törədilmiş  iğtişaşların  Dağlıq  Qarabağ 

problemi  ilə  bağlılığı  üzə  çıxardı.  Bir  də  ermənilərin  dünyaya 

bəlli  olan  iç  üzləri  açılardı.  Hələ  bir  vaxtlar  ermənilərin  vəh­

şiliyindən  dəhşətə  gələn  fransız  jurnalisti  Jan  İv  yazırdı:  «Mən 

müharibədə  çox  şeylər  olduğunu,  alman  əsgərlərinin  qəddar­

lığını  eşitmişəm.  Amma  ermənilər  onları  ötüb-keçiblər.  Onlar 

5-6  yaşlı  uşaqları,  dinc  əhalini  vəhşicəsinə  öldürürlər».  Əslin­

də,  dünya  ictimaiyyəti  erməniləri  belə  tanıyır:  zalım,  qəddar, 

qaniçən,  bir  sözlə,  ümumbəşəri  bəla  kimi...

Sumqayıt  hadisələrindən  23  il  keçir.  Doğrudur,  hadisələrin 

mahiyyətini  açmaq,  baş verənlərə  hüquqi  qiymət vermək  üçün 

SSRİ  Baş  Prokurorluğu  istintaq  qrupu  yaratdı.  İlk  baxışda  göz­

ləmək  olardı  ki,  əsl  həqiqət  üzə  çıxacaq.  Amma  belə  olmadı, 

şəhərdə  kütləvi  həbslər  başladı.  Günahsız  adamlar  istintaqa 

cəlb  olundu.  Əsl  cinayətkarlar  isə  hələ  də  məsuliyyətə  cəlb 

olunmayıblar...

Mixail  Qorbaçov  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinin  Baş  katibi  seçiləndən  sonra  onun  ətrafına  ermə­

nipərəst  qüvvələr  toplandı.  Siyasi  məsələlər  üzrə  Şahnazarov, 

iqtisadi  məsələlər  üzrə  Aqanbekyan,  planlaşdırma  məsələləri 

üzrə  Sitaryan  onun  ən  yaxın  köməkçiləri  oldular.  Ölkədə  ge­

dən  ictimai-siyasi  proseslərdən  öz  məqsədləri  üçün  istifadə  et­

mək,  erməni  xalqının  arzuladığı  torpaq  iddiasını  qaldırmaq  və 

reallaşdırmaq  üçün  onlar Qorbaçova  məsləhətlər verir,  onu  bu 

çirkin  və  məkrli  işə  cəlb  edirdilər.  Lakin  Qorbaçov  hakimiyyə­

tinin  ilk  illərində  Dağlıq  Qarabağı  Azərbaycanın  tərkibindən 

ayırıb  Ermənistanın  tərkibinə  vermək  çətin  idi.  SSRİ  Nazirlər 

Sovetinin  birinci  müavini,  Siyasi  Büronun  üzvü  Heydər  Əliyev

213


belə  ədalətsiz  bir  məsələnin  ali  hakimiyyət dairələrində  müza­

kirə  olunmasına  imkan  verə  bilməzdi.

Qorbaçovun  yaratdığı  qeyri-sağlam  mühitdə  çalışmağın 

mümkünsüzlüyünü  görən  Heydər  Əliyev  1987-ci  ilin  oktyabr 

ayında  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  plenumunda 

tutduğu  bütün  vəzifələrdən  istefa  verməyə  məcbur oldu.  Ölkə­

mizlə  bağlı  ağır  proseslər  də  bundan  sonra  başlandı.  1987-ci 

ilin  noyabrında  akademik  Aqanbekyan  Parisdə  erməni  icması 

qarşısında  çıxış  edərək  Dağlıq  Qarabağın  Azərbaycan  Respub­

likasından  alınıb  Ermənistana  verilməsini  məqsədəuyğun  he­

sab  etdiyi  barədə  bəyanat  verdi.  Bu  bəyanat  xaricdə  yaşayan 

erməni  lobbisi  tərəfindən  alqışlandı  və  bu  işdə  Qorbaçova  hər 

cür dəstək  olacaqlarına  söz  verildi.  Həmin  ilin  dekabrında  Mi- 

xail  Qorbaçov  xanımı  Raisa  Maksimovna  ilə  ABŞ-ın  Kalifor­

niya  ştatına  səfər  etdi  və  burada  erməni  icması  ilə  görüşdü. 

Görüşdə  Dağlıq  Qarabağ  məsələsi  gündəmə  çıxarıldı  və  Qor- 

baçovdan  onun  tezliklə  ermənilərin  xeyrinə  həll  olunacağı 

haqda  razılıq  alındı.  Mixail  Qorbaçov  Moskvaya  qayıtdıqdan 

sonra  Ermənistanın  və  Dağlıq  Qarabağın  ayrı-ayrı  rayonlarında 

kütləvi  mitinqlər  keçirilməyə  başlandı.

1988-ci  il  fevralın  1 7-də  Sov.İKP  MK-da  erməni  icmasının 

bir  qrup  nümayəndəsi  qəbul  olundu.  Fevralın  18-də  Xankən­

diyə  qayıdan  həmin  nümayəndələr  mərkəzi  meydanda  mitinq 

keçirdilər.  Moskvadan  səfərdən  qayıdan  Akopyan  və  Qabriel- 

yan  kütlə  qarşısında  çıxış  edərək  Moskvanın  onları  dəstək­

lədiklərini  bildirdilər  və  Dağlıq  Qarabağ  probleminin  Ermə­

nistanın  xeyrinə  həll  olunacağı  haqqında  məlumat  verdilər. 

Azərbaycanın  ayrı-ayrı  bölgələrində  yerli  əhali  ermənilərin  bu 

antikonstitusion  aksiyasına  cavab  olaraq  etiraz  aksiyası  keçir­

məyə  başladı.  Fevralın  19-da  Bakıda  Mərkəzi  Komitənin  binası 

qarşısında  mitinq  keçirildi.  Mitinq  iştirakçıları  ermənilərin  tor­

paq  iddiasını  əsassız  saydılar,  bu  işdə  Sovet'hökumətinin  lo­

214


yal  mövqeyini  tənqid  etdilər.  Mərkəzə,  Qorbaçova  teleqram­

lar  vuruldu,  məktublar  göndərildi.  Lakin  Kreml  tərəfindən  qəti 

tədbir  görülmədi.  Dağlıq  Qarabağda  «Krunk»  adlı  cəmiyyət 

yaradıldı.  Ona  özünün  m illətçiliyi  ilə  seçilən  tikinti  materi­

alları  kombinatının  müdiri,  regionda  korrupsioner  kimi  tanı­

nan  Manuçarov  rəhbərlik  etməyə  başladı.  «Krunk»un  tələbi 

ilə  Dağlıq  Qarabağın  bütün  rayonlarında  və  vilayətin  özündə 

xalq  deputatları  sovetlərinin  sessiyaları  çağırıldı.  Gündəliyə  isə 

bir  məsələ  çıxarıldı  -   Dağlıq  Qarabağ Azərbaycan  Respublika­

sının  tərkibindən  çıxarılsın  və  Ermənistanın  tərkibinə  verilsin. 

Bu  antikonstitusion  qərar  da  Moskva  tərəfindən  sükutla  qarşı­

landı.  Ermənistan  rəhbərləri,  korrupsiyaya  qurşanmış qüvvələr, 

hakimiyyətə  can  atanlar və  kəşfiyyat  institutları  hadisələri  daha 

da  qızışdırmaq,  onu  kulminasiya  nöqtəsinə  çatdırmaq  üçün 

planlar  cızır,  iki  milləti  üz-üzə  qoymağa  çalışırdılar.

Sumqayıtda  baş  verə  biləcək  hadisələr ermənilərə  artıq  mə­

lum  idi.  Burada  yaşayan  1.000-dək  erməni  1988-ci  il  yanvar 

ayının  1-dən  fevralın  25-dək  əmanət  kassalarında  saxladıqları 

8  milyon  343  min  691  rubl  pulu  təcili  çıxararaq  Yerevana, 

Xankəndiyə  və  Rusiyanın  ayrı-ayrı  şəhərlərinə  köçüb  getdilər.

Sumqayıtın  sənaye  müəssisələrində,  təhsil,  mədəniyyət  və 

səhiyyə  sistemlərində  çalışan  ermənilər  Dağlıq  Qarabağın  Er­

mənistana  verilməsi  barədə  gizli  imzalar toplamağa  başladılar. 

Onlar  «Krunk»  cəmiyyətinə  yardım  adı  altında  adambaşına 

50  rubl  vəsait  keçirirdilər.  Gizli  iqtisadiyyata  rəhbərlik  edən 

«sexovşik»lər onlara  mənsub  olan  istehsal  sahələrini  söküb  Ye­

revana  apardılar.

Həmin  günlər  Əsgəranda  ermənilər  tərəfindən  iki  azərbay­

canlı  gənc  -   Əli  və  Bəxtiyar  qətlə  yetirildi.  Dağlıq  Qarabağla 

bağlı  problemdə  kimin  əvvəlcə  güllə  atdığı  mübahisəli  oldu­

ğundan  həmin  hadisələrdə  iştirak  edən  SSRİ  Dövlət  Təhlükə­

sizlik  Komitəsi  sədrinin  birinci  müavini  Filip  Bobkov  sonradan

215


«КГБ  и  власть»  kitabında  yazırdı:  «Yenə  də  mübahisə  etmək 

olar:  kim  birinci  başladı?  Azərbaycan  tərəfi,  yoxsa  erməni  tə­

rəfi?  Fakt  faktlığında  qalır.  İlk  qurban  azərbaycanlılar  oldu. 

1988-ci  il  fevral  ayının  22-də  Əsgəranda  iki  nəfər azərbaycanlı 

gənc  qətlə  yetirildi».

1988-ci  ilin  fevralında  ermənilər  Azərbaycanın  ayrılmaz 

hissəsi  olan  Qarabağın  dağlıq  hissəsini  qoparıb  Ermənistana 

birləşdirmək  üçün  açıq  fəaliyyətə  başladılar.  Ayın  25-də  Ermə­

nistan  m illi  televiziyası  ilə  çıxış  edən  katolikos  Vazgen  Dağlıq 

Qarabağın  Ermənistana  birləşdirilməsinin  vacibliyini  bildirdi. 

Həmin  dövrdə  ideoloji  cəhətdən  tərksilah  edilmiş  Azərbaycan 

faktiki  olaraq  siyasi-psixoloji  böhran  keçirir və gözlənilməz və­

ziyyətdən  çıxış  yolu  tapa  bilmirdi.  Bu  amil  də  fevralın  27-29- 

da  daşnakların  Sumqayıtda  özlərinin  məkrli  niyyətlərini  həyata 

keçirmələrinə  şərait  yaratmışdı.

Fevralın  27-də  Sumqayıt şəhər prokuroru  İsmət Qayıbov baş 

vermiş  iğtişaşlarla  bağlı  cinayət  işi  başlatsa  da,  artıq  dörd  gün 

sonra  Moskvadan  göndərilmiş  SSRİ  Baş  Prokurorluğunun  istin­

taq  qrupu  bu  işi  öz  icraatına götürmüş,  Sumqayıtın  və  ümumiy­

yətlə  Azərbaycanın  hüquq-mühafizə  orqanlarının  əməkdaşla­

rını  isə  istintaq-əməliyyat tədbirlərindən  kənarlaşdırmışdı.  Belə 

bir şəraitdə  ermənilərin  əvvəlcədən,  qeyd-şərtsiz  zərər çəkmiş 

tərəf  kimi  tanınması  asanlaşmış,  tutulan  ermənilərin  hamısı 

«səhvən  yaxalanmışlar»  kimi  azadlığa  buraxılmışdı.  Hərbçilər 

tərəfindən  tutulmuş  Eduard  Qriqoryanın  ifşa  edilməsi  isə  is­

tintaqın  yox,  zərərçəkmiş  Mejlumyan  bacılarının  onu  özləri­

nə  qarşı  zorakılıq  edənlərdən  biri  kimi  tanımaları  nəticəsində 

mümkün  olmuşdur.  Moskvadan  gələn  müstəntiqlər  Sumqayıt­

da  özlərini  həyasızcasına  aparır,  dindirmələr  zamanı  azərbay­

canlılarla  amansız  rəftar  edirdilər.  SSRİ  DTK-nın  baş  müstənti­

qi  polkovnik  Zubtsev  Sumqayıt  milisinin  əməkdaşlarını  sorğu- 

suala  tutarkən  bu  söhbətin  məntiqində  elə  başa  düşülmüşdü

216


ki,  sovet  rəhbərliyini  bu  qanlı  təxribatı  təşkil  edənlər yox,  yerli 

partiya  və  sovet  orqanlarının,  təsərrüfat  və  istehsalat  sahələri 

rəhbərlərinin  şəxsi  həyatları,  intim  münasibətləri  barədə  kom- 

pramat  xarakterli  məlumatlar  daha  çox  maraqlandırır.  Bütün 

bunlar  isə,  çox  güman  ki,  bu  şəxslər  barəsində  hansısa  təd­

birlər  görmək,  azərbaycanlı  rəhbər  işçiləri  ləkələmək  və  həbs 

etmək  üçün  lazım  olmuşdu.  Bu  isə,  öz  növbəsində,  azərbay­

canlıların  əleyhinə  daha  bir  çığır-bağır  kampaniyası  qaldırma­

ğa  imkan  verə  bilərdi.  Sumqayıt  hadisələrini  törətməklə  ermə­

nilər  güclü  informasiya  blokadasına  alınmış  Azərbaycanı  bir 

küncə  sıxmaq,  özlərini  isə  bütün  dünyaya  «yazıq»,  «məzlum» 

bir  millət  kimi  təqdim  etmək,  bu  səbəbdən  ermənilərin  azər­

baycanlılarla  bir  yerdə  yaşamalarının  mümkünsüzlüyü  barədə 

fikir  formalaşdırmaq  niyyətində  olublar.  Dünya  ictimaiyyəti­

nə  belə  bir  informasiya  sızdırmışdılar  ki,  guya,  Ermənistandan 

azərbaycanlılar  özləri  qəsdən  qaçıb  Azərbaycana  gedir  və  er­

mənilərin  onları  incitmələri  barədə  yalan  məlumatlar  yayırlar. 

Bu  məlumatların  nəticəsi  olaraq  azərbaycanlılar  öz  rəhbərlə­

rinin  tapşırığı  ilə  ermənilərə  qarşı  «soyqırımı»  törədiblər.  Gö­

ründüyü  kimi,  eyni  ssenaridir,  lakin  məsələ  burasındadır  ki, 

yerli  partiya  və  sovet  təşkilatlarının,  habelə  hüquq-mühafizə 

və  dövlət  təhlükəsizlik  orqanlarının  Moskvaya  sözsüz  tabeliyi 

şəraitində  onların,  guya,  azərbaycanlı  əhalini  ermənilərə  qarşı 

hansısa  planlı  hərəkətə  sövq  etməsi  mümkün  deyildi.  Faktlar 

bunu  deməyə  əsas  verir  ki,  hadisələr  ərəfəsində  yerli  haki­

miyyət  strukturları  yuxarı  hakimiyyət orqanlarına  şərait  barədə 

məlumat  versələr  də,  Moskvadan  gəlmiş  yüksək  vəzifəlilər, 

qoşun  hissələri  və  digər  xidmətlərin  səlahiyyətli  nümayəndə­

ləri  Sumqayıtda  olsalar da,  onların  gözü  qarşısında  iğtişaşlar və 

talanlar  baş  vermişdir.  Bu  isə  onu  göstərir  ki,  hadisələr  Mos­

kvadan  idarə  olunur  və  izlənilirdi.  İğtişaşların  başında  duran 

Eduard  Qriqoryan  isə  təsadüfən  ələ  keçmişdi.  Ləzgi  bilib  həbs

217


etmiş  və  tanınmaya  təqdim  edilərkən  əsl  sifəti  məlum  oldu­

ğundan  onu  aradan  çıxarmaq  mümkün  olmamışdı.  Qriqoryan 

uzun  müddətə  azadlıqdan  məhrum  edilsə  də,  sonradan  onun 

cəzasının  qalan  hissəsini  çəkmək  üçün  Ermənistana  göndəril­

məsi  də  çox  şeylərdən  xəbər  verir.  Xatırladaq  ki,  Adolf  Sukia- 

sov  adlı  erməni  hətta  məhkəmədə  şahid  kimi  ifadə  verərkən 

«Sumqayıt  hadisələrini  azərbaycanlılar  yox,  ermənilər  özləri 

törədiblər»,  -   deyə  etiraf etmişdi.

Sumqayıtda  yaşayan  ermənilərin  bir  qisminin  erməni 

millətçi-ekstremist  fikir  daşıyıcıları  olmasına  dair  məlumatla­

ra  keçmiş  Azərbaycan  SSR  DTK-nın  arxivində  saxlanan  və  is­

tintaqa  təqdim  edilmiş  «Nalyotçik»  («Basqınçı»)  kodu  altında 

əməliyyat  işinin  materialları  arasında  olan  sənədlərdə  də  rast 

gəlinir.  Məsələn,  əməliyyat  işinin  146-147-ci  vərəqlərində  rus 

dilində  tərtib  edilmiş  siyahıdan  görünür  ki,  bu  siyahı  Sumqa­

yıt  şəhərindəki  hadisələr  ərəfəsində  DTK  orqanları  tərəfindən 

hazırlanmış  47  ekstremist  erməni  barəsindədir.  Qeyd  edək  ki, 

adları  çəkilən  ermənilərin  heç  biri  şəxsən  zərər  çəkməmişdir.

1991-ci  ilin  avqust  ayında  Moskvada  baş  vermiş  çevrilişlə 

əlaqədar  başlanmış  cinayət  işi  üzrə  yaradılan  istintaq  qrupu­

nun  tərkibində  intihar  etmiş  sabiq  SSRİ  daxili  işlər  naziri  Boris 

Puqonun  xidməti  otağında  aparılan  axtarış  zamanı  rəflərdəki 

sənədlər arasında Mesxeti  türklərinin  Özbəkistandan  qovulma­

sı,  Dağlıq  Qarabağ  və  digər  bu  cür  hadisələrlə  əlaqədar  ayrı- 

ayrı  qovluqlar  aşkar  edilmişdir.  Qovluqdakı  sənədlərdə  Dağ­

lıq  Qarabağda  fəaliyyət  göstərmiş  «Krunk»  təşkilatı,  onların 

üzvləri  barədə,  ümumən  Dağlıq  Qarabağ  hadisələri  haqqında 

SSRİ  DİN-ə  daxil  olan  ilk  məlumatlar  öz  əksini  tapmışdır.  Bu 

məlumatlar  həm  Ermənistan,  həm  də  Azərbaycan  daxili  işlər 

nazirliklərinin  arayışlarından,  eləcə  də  SSRİ  DİN-in  müvafiq 

idarələrinin  məlumatlarından  ibarət  olmuşdur.  Bu  faktın  özü 

də  onu  göstərir  ki,  bütün  baş  verənlər  barədə  SSRİ  rəhbər­

218


liyinin  ilk  günlərdən  ətraflı  məlumatı  olmuş,  lakin  müəmmalı 

səbəblərdən  gözlənilən  hadisələrin  qarşısını  almağa  heç  bir 

cəhd  göstərilməmişdir.

Sumqayıt  hadisələrinin  başvermə  səbəblərini  araşdırarkən 

bir  sıra  maraqlı  təfərrüatlar  üzə  çıxır.  Məlum  olur  ki,  elə  bu 

gün  də  erməni  və  ermənipərəst  qüvvələr  Sumqayıt  hadisələri­

nin  kökünü  1963-cü  ildə  axtarmağa  çalışırlar.

Sumqayıtlı  jurnalist,  1988-ci  ildə  bu  şəhərdə  törədilən  iğ­

tişaşların  törənmə  səbəblərini  ilkin  araşdıranlardan  biri  Eyruz 

Məmmədovla  söhbətimizin  bəzi  məqamlarını  oxuculara  təq­

dim  etmək  istərdik:

Sumqayıt. 

7  noyabr  1963-cü  il.  Sumqayıtlılar  Böyük 

Oktyabr  sosialist  inqilabının  64-cü  ildönümünü  qeyd  etmək 

üçün  Lenin  meydanında  nümayişə  çıxmışdılar.  Sumqayıt  Bo­

ru-Prokat  Zavodunun  metallurqları  meydana  daxil  oldular  və 

dayandılar.  Nümayiş  iştirakçıları  əllərindəki  portretləri  yuxarı 

qaldırıb şüarlar səsləndirirdilər:  «Rədd  olsun  sovet  imperiyası!» 

«Yaşasın  müstəqil  Azərbaycan!»  Nümayişçilərin  əksəriyyəti 

gənclər  idi.  Onlar  Səməd  Vurğun  adına  mədəniyyət  sarayının 

qarşısına  vurulmuş  N.Xruşşovun  iri  portretini  də  cırıb  atdılar.

Kommunistlərin  nümayişi  pozuldu.  Milislə  gənclər  arasın­

da  qarşıdurma  yarandı.  Şəhər  rəhbərləri  qaçıb  kabinetlərdə 

gizləndi.  Milis  rəisinin,  hərbi  komissarın  poqonları  qoparılıb 

yerə  atıldı.  Gənclər  «Yaşasın  müstəqil  Azərbaycan!»  deyərək 

nümayişin  istiqamətini  Lenin  küçəsi  ilə  yox,  Nizami  küçəsi  ilə 

davam  etdirməyə  başladılar.

Respublika  rəhbərliyi  güc  strukturlarını  Sumqayıta  yeritdi, 

nümayiş  dağıdıldı,  onun  təşkilatçılarını  tutdular,  bəzilərini  an­

tisovet  təbliğatında  iştiraka  görə  həbs  etdilər.

Oxucular  haqlı  olaraq  sual  verə  bilərlər:  1963-cü  ildə 

mövcud  quruluşa  qarşı  keçirilən  aksiyanın  1988-ci  ildə  Sum­

qayıtda  baş  verən  qanlı  aksiya  ilə  nə  əlaqəsi  var?  Təbii  ki,  heç

219


bir.  Amma  bəzi  ermənipərəst  publisistlər  indi  də  1988-ci  il 

hadisələrinin  kökünü  1963-cü  ildə  axtarmağa  çalışırlar.  Qələ­

mi  Ermənistana  və  erməni  xalqına  xidmət  edən  rus  publisisti 

V.Danilov  «Niyə  Sumqayıt?»  adlı  cızmaqarasında  tarixçilərin 

unutduğu  bir  hadisəni  oxuculara  çatdırmaq  istəyir.

1963-cü  il  noyabr  ayının  15-də  Kubanın  SSRİ-dəki  səfiri 

Karlos  Olivares  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Ko­

mitəsinə  bir  məktub  göndərir.  Məktubla  tanışlıqdan  sonra  onu 

Mərkəzi  Komitəyə  dəvət edirlər.  Səfir  bildirir  ki,  o  bu  məktubu 

Sumqayıtda  Mərkəzi  Elektrik  Stansiyasında təcrübə  keçən  dörd 

nəfər  gənc  kubalının  xahişi  ilə  yazmışdır.  Gənclərin  dediyinə 

görə,  noyabr  ayının  7-də  Sumqayıtda  baş  verən  iğtişaş  zamanı 

azərbaycanlılar  ruslara,  ermənilərə  qarşı  aqressiv  çıxış  edirdi­

lər.  Onlara  hədə-qorxu  gəlir,  Azərbaycanı  tərk  etmələrini  tə­

ləb  edirdilər.  Əks təqdirdə  onlara  qarşı  daha  amansız  tədbirlər 

görəcəklərini  söyləyirdilər.  Belə  münasibət  kubalı  tələbələrə 

qarşı  da  yönəlmişdi.

Mərkəzi  Komitədə  Olivaresə  bildirmişdilər  ki,  biz  7  noyabr 

hadisələrindən  sonra  bir  çox  məsələləri  aydınlaşdırdıq.  Sizin 

tələbələrin  Sumqayıtdan  Kubaya  qayıtmalarını  soruşanda  isə 

onlar  «Biz  burada  təcrübəmizi  başa  vurduqdan  sonra  vətənə 

qayıdacağıq»  demişlər.  Çıxılmaz  vəziyyətdə  qalan  səfir söhbə­

tinin  istiqamətini  dəyişərək  qeyd  edir  ki,  azərbaycanlıların  er­

mənilərə  qarşı  münasibəti  çox  pisdir.  Onlar  ermənilərə  hədə- 

qorxu  gəlir,  Azərbaycanı  tərk  etməyi  tələb  edir,  əks  təqdirdə 

onları  qətlə  yetirəcəkləri  ilə  qorxudurdular.

Danilov  adını  çəkdiyimiz  cızmaqarasında  1963-cü  illə 

1988-ci  il  arasında  bir  paralel  axtarır,  bunu  siyasi  xarakterli 

yox,  m illi  məsələ  kimi  qələmə  verir.  Qeyd  edir  ki,  1988-ci 

ildə  Sumqayıtda  baş  verən  hadisə  birdən-birə  meydana  gəl­

məmişdir.  Azərbaycanlılar  bu  «genosid»ə  çox-çox  əvvəl  ha­

zırlaşmışdılar.

220


Avstriyada  nəşr  olunan  «Vohenpress»  jurnalının  baş  redak­

tor  müavini  və  xarici  şöbənin  rəhbəri  Luspan  Meyzels  1988-ci 

ildə  Yerevana  gedib  qayıtdıqdan  sonra  jurnalın  22-ci  sayın­

da  erməni  kilsəsinin  ən  yüksək  vəzifəli  xadimlərindən  biri  ilə 

müsahibəsinin  məzmunu  haqqında geniş  məqalə  dərc  etmişdi. 

Həmin  din  xadimi  ilə  görüş  Vyanadakı  erməni  yepiskopu,  pro­

fessor  Mesrop  Krikoryanın  yazılı  tövsiyəsi  ilə  baş  tutmuşdu.  Bu 

söhbət  indiki  münaqişədə  erməni  ruhanilərinin  strategiyasını 

və taktikasını  açıq  şəkildə  nümayiş etdirir.  O,  Avstriya jurnalis­

tinə  demişdi:  «Erməni  kilsəsi  rəsmən  indiki  münaqişə  barəsin­

də  öz  mövqeyini  şərh  edə  bilməz,  amma  əmin  ola  bilərsiniz 

ki,  qardaşlarımıza  ürəyimiz  yanır».  «Əgər  kilsə  öz  münasibə­

tini  elan  etmirsə,  Ermənistan  hökuməti  yerində  sayırsa,  onda 

Qarabağ  ermənilərinin  hüquqlarını  kim  müdafiə  edə  bilər» 

sualına  cavabı  isə  belə  oldu:  «Biz  yalqız  deyilik.  Xaricdəki 

qardaşlarımız  siyasi  cəhətdən  heç  bir  məhdudiyyət  görmürlər. 

Onlar  bizim  haqq  işimizin  müdafiə  olunmasını  öz  hökumətlə­

rindən  tələb  edə  bilərlər  və  bu  təzyiq,  şübhəsiz,  az  sonra  öz 

təsirini  göstərəcək».

Belə  də  oldu.  Stepanakertdə  kütləvi  mitinq  və  tətillər,  Li­

vandan  və  Suriyadan  göndərilən  ilk  silahlar,  Əsgəranda  iki 

azərbaycanlı  gəncin  öldürülməsi,  Sumqayıtda  törədilən  faciə 

bunlara  əyani  sübutdur.

Azərbaycana  qarşı  ən  böyük təbliğat  kampaniyasını  aparan­

lardan  biri  də  «Vatikanın  səsi»  radiostansiyasıdır.  Bu  radiostan­

siya  ilk  dəfə  1931-ci  ildə  efirə  çıxmışdır.  Əsas  məqsədi  islam 

dinini  parçalamaq,  təriqətlərə  bölmək,  nüfuzdan  salmaqdır. 

Radiostansiya  getdikcə  öz  maddi-texniki  bazasını  gücləndir­

məyə  başladı,  onun  ətrafına  ermənilər  və  ermənipərəst  alim­

lər,  ilahiyyatçılar,  təbliğatçılar,  politoloqlar  toplaşdılar.  Hazır­

da  «Vatikanın  səsi»  37  dildə  efirə  çıxır.  Onun  verilişlərində

221


Dağlıq  Qarabağ  problemi  öndə  durur.  Demək  olar  ki,  hər gün 

bu  mövzuda  müxtəlif verilişlər  səsləndirilir.

Əfsuslar  olsun  ki,  «Vatikanın  səsi»  öz  həmvətənlərinə  bir­

tərəfli  informasiyalar'verir,  dinləyiciləri  çaşdırır.  Radiostansiya 

geniş  şəkildə  «Şuşanın  dirçəlişi  fondu»nun  fəaliyyətini  işıqlan­

dırır.  Bu  işdə  onlara  erməni  diasporunun  nümayəndələri  kö­

mək  edir.  Bunlar,  əsasən,  Sos  Sarkisyan,  Levon  Ananyan,  Flora 

Naxşkaryan,  Zori  Balayan,  Bakur  Karapetyan  və  arxiyepiskop 

Parqev  Martirosyandır.

Ermənilərin  apardığı  təbliğat  mexanizminin  çürük  özüllər 

üzərində  qurulduğu  hamıya  bəllidir.  Yalan,  böhtan,  oğurluq 

onların  xarakterini  müəyyən  edən  cəhətlərdir.  Sumqayıtda 

baş  verən  hadisələrdə  azərbaycanlıların  «vəhşiliklərini»  təb- 

iğ  edir,  erməni  ailələrinin  azərbaycanlılar  tərəfindən  xilas 

olunduqlarını  dillərinə  belə  gətirmirlər.  Bakılı  yəhudi  23  iyul

1989-cu  ildə  Təl-Əvivdə  nəşr  olunan  «Kruq»  məcmuəsində 

yazır:  «Sumqayıt o  şəhərdir  ki,  azərbaycanlılar erməniləri  qəh­

rəmancasına  ölümdən  xilas  edirdilər».

Rus  yazıçısı  Aleksandr  Proxanov  «Literaturnaya  qazeta»da 

yazırdı  ki,  ilk  qanı  ermənilər tökmüşlər  və  davamı  Sumqayıtda 

baş  verdi.

Con  Hopkins  adına  Orta  Asiya  və  Qafqaz  Tədqiqatlar  İnsti­

tutunun  baş  direktoru  Sventa  Kornell  yazır:  «Sumqayıtda  yer- 

əşən  sovet  əsgərləri  və  daxili  qoşunlar  hadisəyə  qarışmadılar. 

Onlar  sakitcə  kənardan  hadisələri  izləyirdilər.  Sovet  hökuməti

nəinki  qanlı  qarşıdurmanın  qabağını  almaq  istəmədi,  əksinə,

•  



iki  millət  arasında  münaqişə  yaratmaq  istəyində  idi».



Türkiyədə  nəşr  olunan  «Cümhuriyət»  qəzeti  1967-ci  ildə 

yazırdı:  «Sovet  Rusiyasının  xarici  işlər  naziri  Molotov  1945-ci 

il  iyunun  7-də  Türkiyəyə  nota  verdi.  Bu  notada  Qafqazın  şərq

vilayətlərindən  Qars,  Ərdəhan  geri  istənilir  və  boğazlarda  rus 

üstünlüyünü  təmin  etmək  üçün  bir sıra  tələblər  irəli  sürülürdü.

222


O  zaman  Türkiyə  xarici  işlər  naziri  Nurulla  Sümər  ilə  sovet 

səfiri  Vinoqradov  arasında  baş  vermiş  aşağıdakı  söhbət  maraq­

lıdır:

Nurulla  Sümər:  -   Dünya  üzünün  böyük  bir  parçasına  sahib 



olan  Rusiyanın  doğrudanmı  daha  artıq  torpağa  ehtiyacı  var?

Vinoqradov:  -  Torpağa  ehtiyacı  olan  Rusiya  deyil,  Ermənis­

tan  Sovet  Sosialist  Respublikasıdır».

Yaxın  tarixdən  başqa  bir  misal:  SSRİ  Dövlət  Təhlükəsizlik 

Komitəsi  sədrinin  birinci  müavini  Filip  Bobkov  Moskvada  çap­

dan  çıxmış  «DTK və  hakimiyyət»  kitabında  yazır:  «Sumqayıtda 

baş  verən  dəhşətli  gecələrdən  sonra  mən  tikinti  kombinatının 

fəhləsi  olan  bir  erməni  qadınla  söhbət  etdim.  Onun  gəlini  ağır 

gün  keçirmiş,  oğlu  isə  yaralanmışdı.

-  Siz  elə  bilirsiniz  ki,  Yerevanda  olan  ziyalılar  biz  ermənilər 

haqqında  düşünürlər?  -  deyə  qadın  bildirdi.  -   Xeyr.  Onlar tor­

paq  haqqında  düşünürlər.  Dağlıq  Qarabağ  da  onlara  bu  məq­

səd  üçün  lazımdır».

Həmin  kitabdan  daha  bir  misal:  «Mən  bir  neçə  aydan  sonra 

Moskvada  Ermənistan  Nazirlər  Soveti  sədrinin  birinci  müavini 

Kirakosyanla  görüşdüm.  Təqaüddə  idi.  O,  uzun  müddət  mənə 

izah  edirdi  ki,  Dağlıq  Qarabağ  onlara  nə  üçün  lazımdır.

-   Bizə  torpaq  lazımdır,  -   dedi.

-   Niyə?  -  təəccüblə  soruşdum.

-   Çünki  ermənilər  Ermənistandan  çıxıb  gedirlər,  ona  görə 

ki,  torpaqları  yoxdur.

-   Hara?

-   Stavropol  vilayətinə,  Sibirə,  Mərkəzi  Rusiyaya.

-   Burada  pis  nə  var  ki?

-   Necə  yəni?  M illət  dağılır.  Rusiyanın  müxtəlif  rayonlarına 

köçmənin  qarşısını  almaq  üçün  bizə  mütləq  torpaq  lazımdır».

Bizcə,  əlavə  şərhə  ehtiyac  yoxdur.

Sumqayıtda  baş  verən  hadisələrdə  ermənilərin  əli  olduğu 

hamıya  bəllidir.  Bu,  təkcə  ermənilərin  yox,  Amerikada,  Fran­

223


sada,  Rusiyada  yaşayan  erməni  lobbisi  tərəfindən  düşünülmüş 

və  həyata  keçirilmiş  qanlı  bir  aksiya  idi.  Məqsəd  azərbaycan­

lıları  başkəsən  və  quldur  bir  millət  kimi  dünya  ictimaiyyətinə 

təqdim  etmək,  bununla  da  Dağlıq  Qarabağı  Azərbaycandan 

alıb,  Ermənistanın  tərkibinə  qatmaq  idi.

Ümumiyyətlə  desək,  ermənilərin  müxtəlif  zamanlarda  öz 

çirkin  və  məkrli  siyasətləri,  başqa xalqlara  qarşı  qısqanc  müna­

sibəti,  uydurmaları  dünyada  tanınmış  bir  çox  siyasətçilər,  ta­

rixçilər,  alimlər tərəfindən  həmişə  qəzəb  və  nifrətlə  qarşılanıb 

və  qarşılanacaq...

224


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin