Soyqirimi: tarixin qanlı salnaməsi


Dağlıq  Qarabağda  Azərbaycan  dövrü



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

Dağlıq  Qarabağda  Azərbaycan  dövrü

İki  əsr  öncə  Çar  Rusiyasının  təhriki  və  birbaşa  yardımı  ilə 

tarixi  Azərbaycan  vilayətlərində  məskunlaşdırılan  erməni  əha­

lisi  1918-ci  ildə  bu  torpaqlarda  əvvəlcə  Ermənistan  adlı  dövlət 

qurmağa  müvəffəq  oldu,  beş  il  sonra  isə  əsassız  iddiasını  Dağ­

lıq  Qarabağ  Muxtar  Vilayəti  statusu  almaqla  təmin  etdi.  Son­

rakı  50  il  ərzində  vilayət  ərazisində  hətta  siyasi  müxtariyyət 

belə  əldə  etməyə  müvəffəq  olan  erməni  əhalisinin  hökmranlı­

ğına  yalnız  ötən  əsrin  70-ci  illərinin  əvvəllərində  son  qoyuldu.

Heydər  Əliyev  respublikaya  rəhbər  təyin  olunan  ilk  gün­

dən  Dağlıq  Qarabağla  bağlı  xüsusi  siyasət  yürütməyə  başladı. 

Hələ  1967-ci  ildə  DQMV  ərazisində  üç  azərbaycanlının  av­

tomobilin  içində  yandırılması  nəticəsində  başlayan  milli  qar­

şıdurma  elementlərini  büruzə  verən  separatizm  qığılcımlarının 

nəticəsini  əvvəlcədən  görən  ölkə  rəhbəri  qətiyyətli  addımlar 

atdı.  Vilayət  rəhbəri,  şovinist  V.Şahnazaryan  Azərbaycana  lo­

yal  Melkumyanla  əvəzləndi,  hüquq-mühafizə  orqanlarında  isə 

ciddi  təmizləmə  aparıldı.  1923-cü  ildə  Azərbaycanın  altına 

qoyulan  «gec  partlayan  bomba»  -   DQMV-də  cərəyan  edən 

və  günü-gündən  genişlənən  ekstremist  meyillər  qısa  müddət 

ərzində  ölkənin  yeni  rəhbərinin  fəaliyyəti  nəticəsində  neytral- 

laşdırıldı  və  bu  inzibati  subyektin  müstəqilliyinə,  Bakıya  say­

mazyana  münasibətinə  1987-ci  ilə  qədər tam  son  qoyuldu.  Bu 

ərazidə  Azərbaycanın  milli-mənəvi  irsinin  daha  geniş  təşəkkül 

tapması  üçün  Heydər  Əliyev  xüsusi  tədbirlər  planı  hazırlaya­

raq  onları  böyük  müvəffəqiyyətlə  həyata  keçirdi.  Və  1982-ci 

ildə  Qarabağın  ən  uca  zirvəsində  Azərbaycan  varlığının  canlı 

təcəssümü  kimi  Vaqifin  məqbərəsini  ucaldanda  Heydər Əliyev 

tarixi  missiyasının  -   bu  vilayəti  tam  olaraq  azərbaycanlılaş- 

dırdığının  təntənəsini  yaşadı.  Lakin  həmin  ilin  sonlarında  o, 

Azərbaycanı  tərk  edərək  Moskvaya  rəhbər  vəzifəyə  getdikdən 

sonra  erməni  separatçılarının  vilayətdə  reabilitasiya  mərhələsi

237


başladı  və  Heydər  Əliyev  1987-ci  ildə  bütün  vəzifələrindən 

istefa  verdikdən  sonra  isə  ekstremizm  ən  qanlı  formalarda  tə­

zahür  etdi.

Heydər  Əliyevin  vəzifələrindən  uzaqlaşdırılmasından  dər­

hal  sonra  erməni  separatizmi  ilk  hücumuna  -   informasiya  sa­

vaşma  başladı.  Akademik  A.Aqanbekyan  1987-ci  ilin  noyabr 

ayının  18-də  Fransanın  «Humanite»  qəzetinə  verdiyi  müsahi­

bəsində  vurğulayırdı  ki,  «mən  iqtisadçı  kimi  əmin  edirəm  ki, 

DQMV-nin  coğrafi  cəhətdən  daha  çox  bağlı  olduğu  Ermənis­

tana  birləşdirilməsi  düzgün  olardı.  Bu  barədə  mənim  xüsusi 

təklifim  var  və  onu  artıq  təqdim  etmişəm.  İnanıram  ki,  yeni­

dənqurma  və  demokratiya  şəraitində  bu  problem  öz  həllini 

tapacaq».  Bədnam  akademik  müsahibəsində  M.Qorbaçovun

1987-ci  ilin  fevral  plenumunda  etdiyi  çıxışın  əsas  tezisinə  -  

«Milli  məsələlərin  həllində  təəssüfdoğurucu  gecikmə  aradan 

qaldırılmalıdır»  fikrinə  istinad  edirdi.  Bu  müsahibə  separatizm 

meyillərinin  aşkar  büruzə  verilməsi  üçün  siqnal  rolunu  oynadı.

İlk  qığılcım

Həmin  ərəfədə  artıq  DQMV  ərazisində  separatçı  «Krunk» 

təşkilatı  yaradılmışdı  və  onun  üzvləri  1988-ci  ilin  yanvar 

ayının  əvvəllərində  Moskvaya  yardım  üçün  getmişdilər.  Ar­

tıq  separatçılıq  dalğasının  başlaması  üçün  ideoloji-təbliğat  işi 

böyük  vüsət  alırdı.  Bu  vaxt  Moskvadan  qayıdan  «Krunk»un 

rəhbərləri  bəyan  edirlər  ki,  Sovet  İttifaqı  Kommunist  Partiya­

sı  Mərkəzi  Komitəsinin  m illi  məsələlər  üzrə  şöbəsinin  müdiri 

V.Mixaylovla  görüşlərində  onlara  müstəqillik tələblərinin  mər­

kəzdən  müdafiə  olunması  ilə  bağlı  vəd  verilib.  M.Qorbaçovun 

köməkçisi  D.Şahnazaryan  isə  bildirib  ki,  baş  katib  ermənilərin 

öz  müqəddəratını  təyinetmə  haqlarına  hörmətlə  yanaşır və on­

ların  tələblərini  qanuniləşdirməyə  hazırdır.-  Artıq  bu  ərəfədə 

Xankəndidə  mitinqlər  də  başladı.

238


1988-ci  ilin  yanvar  ayınadək  Qarabağ  münaqişəsinin  yeni 

mərhələsinin  startı  üçün  bütün  hazırlıq  yekunlaşmışdı.  Heydər 

Əliyevin  İttifaq  rəhbərliyindən  uzaqlaşdırılması  ilə  mərkəzdə 

ermənilərin  xeyrinə  dəyişən  balans  problemin  həllində  Mos­

kvanın  birbaşa  olaraq  ermənipərəst  mövqe  tutacağını  şərtlən­

dirirdi.  Son  mərhələ  üçün  qığılcım  lazım  idi.  Bu  isə  Xankəndi­

dən  -   Stepanakertdən  başlamalı  idi.

Çox  gözləməyə  ehtiyac  qalmadı.  Ermənistandan  xalq  de­

putatları  qismində  vilayətə  gələn  emissarların  təşkilatçılığı  ilə 

fevralın  5-də  Xankəndidə  ilk  mitinq  keçirilir.  Cəmi  90  nəfərin 

iştirak  etdiyi  mitinqdə  istənilən  nəticə  alınmadığından,  həm­

çinin  vilayət  milisləri  tərəfindən  mitinqin  dağıdılması  tədbirin 

yarımçıq  dayandırılmasını  zəruri  edir.  Fevralın  9-da  keçirilən 

mitinqə  isə  150  nəfərədək  adam  gəlir.  Bu  mitinqdə  əsasən  so­

sial  tələblər səsləndirilir və  bəyan  edilir  ki,  vilayət  Ermənistana 

birləşərsə,  bu  problemlər öz  həllini  tapa  bilər.  Bu  mitinqdə  ilk 

dəfə  olaraq  «saqqallılar»  adlanan  xüsusi  hərbi  dəstənin  üzvləri 

də  görünür.  Onlar  Ermənistandan  gəldikləri  ilk  saatdan  eti­

barən  vilayətdəki  vəziyyəti,  demək  olar  ki,  öz  nəzarətlərinə 

götürür  və  Azərbaycan  əleyhinə  açıq-aşkar  şüarlar  səsləndirə­

rək  əhali  arasında  özlərinə  qarşı  xof  yaradırlar.  Bilavasitə  saq­

qallıların  zorakı  səyləri  nəticəsində  fevralın  13-dəki  mitinqə 

300  nəfərə  qədər  adam  toplaşır.  Rəsmi  Bakının  baş  verən  bu 

separatçı  meyilləri  neytrallaşdırmaqda  tərəddüd  göstərməsi, 

həmçinin  vilayət  rəhbərliyinin  ictimai  asayişi  pozan  hadisələri 

yatırtmağa  xüsusi  həvəsinin  olmaması  saqqallıların  real  güc 

mərkəzinə  çevrilməsinə  və  Ermənistandan  göndərilən  tapşı­

rıqlara  uyğun  olaraq  vəziyyəti  daha  da  gərginləşdirmələrinə 

münbit  şərait  yaradır.  Elə  bu  ərəfədə  Yerevandan  qəti  hərəkə­

tə  keçmək,  eləcə  də  «miatsum»  -   birləşmək  iddiasını  hiiqu- 

qiləşdirmək  barədə  təlimat  gəlir.  Və  təşəbbüs  artıq  vilayətin 

qanunverici  orqanının  əlinə  keçir.

239


!

Fevralın  20-də  çağırılan  vilayət  Xalq  Deputatları  Sovetinin 

fövqəladə  iclasında  gündəliyə  yalnız  bir  məsələ  -   DQMV-nin 

Ermənistana  birləşdirilməsi  ilə  bağlı  təklifin  müzakirəsi  çıxarı­

lır.  Vilayət  deputatları  arasında  ciddi  təbəddıilat yaranır.  Ümu­

mi  deputat  kvotasının  33  faizinə  malik  azərbaycanlı  deputatlar 

iclası  boykot  edir,  əksər  ermənilər  isə  Azərbaycanın  göstərə 

biləcəyi  iradədən  hələ  də  qorxaraq  sessiyaya  gəlmirlər.  Yenə 

də  ümid  qalır  saqqallılara.  Onlar  erməni  deputatların  evləri­

nə  hücum  edərək  onları  zorakılıqla  sessiyaya  gətirirlər.  Lakin 

vilayət  Xalq  Deputatları  Sovetinin  sədri  Vladimir  Osipov  ses­

siyaya  gəlməkdən  imtina  edir.  Bu  vaxt  digər  problem  -   yetər­

sayın  olmaması  da  meydana  çıxır.  Beləliklə,  rəyasət  heyətin­

də  görünən  vilayət  XDS-in  sədr  müavini  Şmavon  Petrosyan 

kvorumun  olmaması  səbəbindən  sessiyanı  açmadan  bağlı  elan 

edir.  FHəmin  gün  bölgəyə  gələn  Sov.İKP  MK-nın  şöbə  müdiri 

M.Yaşin  və  Azərbaycanın  rəhbəri  Kamran  Bağırovla  Ali  So­

vetin  sədri  Süleyman  Tatlıyev,  eləcə  də  vilayət  partiya  komi­

təsinin  rəhbəri  Boris  Gevorkov  sessiyanın  təxirə  salınması  ilə 

bağlı  təkliflə  çıxış  etsələr  də,  onlar  fit  sədaları  altında  binadan 

qovulurlar.

...6 


il  öncə  isə  bu  ermənilərin  Azərbaycan  rəhbərinin 

qarşısında  nəinki  fit  çalm ağaheç  səslərini  çıxarmağa  cürət­

ləri  çatmırdı.

6  il  öncə  bu  ermənilər  Azərbaycan  rəhbərinin  qarşısında 

ikiqat  təzim  edərək  onun  adi  göstərişini  yerinə  yetirməkdən 

belə  xoşbəxt  olduqlarını  dönə-dönə  bəyan  edirdilər.

6  il  öncə  bu  ermənilər  Azərbaycan,  Bakı  adı  gələndə 

ürəklərinə  vəlvələ  düşür;  m illətim izin  hər  hansı  bir  nüma­

yəndəsinin  qarşısında  öz  cılızlıqlarını  etiraf  edirdilər.

6  il  öncə  onlar  azərbaycanlıların  mərhəməti  sayəsində 

çörək  tapan  erməni,  biz  isə  ermənilərin  miskinliyindən  və 

namusundan  iyrənən  azərbaycanlılar  idik.

240


1982-ci  illə  1988-ci  il  arasında  dəyişən  fərq  isə  yalnız 

azərbaycanlıların  əzmkarlığında  və  ermənilərin  cəsarətində 

deyildi,  həm  də  Azərbaycanın  xeyrinə  işləməyən  zamanın 

ziddiyyətli  mahiyyətində  özünü  büruzə  verirdi.  Ən  əsası

ən  ümdəsi  isə  Azərbaycanın  varlığını  təcəssüm  etdirməli 

olan  rəhbər  6  il  öncəki  rəhbər  deyildi...

Vilayət  XDS-in  sessiyası  kvorum  olmadan  işə  başlayır.  İc­

lasın  təşəbbüskarları  olan  Ermənistan  SSR  Ali  Sovetinin  de­

putatları,  əsasən  isə  vilayət  Yazıçılar  İttifaqının  sədri  Vardan 

Akopyanın  təzyiqi  ilə  deputatlar  gündəlikdə  olan  yeganə  mə­

sələnin  müzakirəsinə  keçirlər.  Və  nəhayət,  gecə  yarısı  DQMV- 

nin  Azərbaycan  SSR-in  tabeliyindən  çıxaraq  Ermənistan  SSR- 

in  tərkibinə  daxil  olması  barədə  qərar  qəbul  edilir.  Bu  qərar 

Azərbaycanın  ərazi  bütövlüyünə  təhlükə  və  SSRİ  Konstitusiya­

sına  zidd  olmaqla  yanaşı,  həm  də  İttifaq  miqyasında  muxtar 

subyektin  separatizm  meyillərinin  ilk  qığılcımı  idi.

Təklənmiş  Qarabağ

Bu  hadisənin  səhəri  günü  vilayət  Partiya  Komitəsinin  ple­

numu  keçirilir.  Siyasi  Büronun  üzvləri  Razumovskinin,  Demi- 

çevin,  eləcə  də  Azərbaycanın  rəhbəri  Kamran  Bağırovun  işti­

rakı  ilə  keçirilən  plenumda  DQMV  PK-nın  birinci  katibi  Boris 

Gevorkovun  vəzifəsindən  azad  edilməsi  ilə  bağlı  qərar  qəbul 

olunur.  Ən  təəssiifedici  məqam  isə  o  idi  ki,  Azərbaycana  tam 

loyal  olan  B.Gevorkovun  yerinə  ekstremist  «Krunk»  təşkilatı­

nın  rəhbəri,  Xankəndidə  keçirilən  qanunsuz  mitinqlərin  apa­

rıcısı  V.Poqosyan  təyin  olunur.  Mərkəzi  rəhbərliyin,  eləcə  də 

Bakının  razılığı  ilə  Dağlıq  Qarabağ  rəsmən  baş  separatçının 

nəzarətinə  verilir.  Beləliklə,  vilayətdə  saqqallıların  başladığı 

avantüra  qısa  zaman  ərzində  uğurla  tamamlanır  və  Azərbay­

can  rəhbərliyinin  məsələyə  laqeyd  münasibəti  artıq  erməni 

əhalisində  olan  xofu  da  tamamən  dağıdır.  Böyük  fədakarlıqlar

241


bahasına  erməniyə  göz  dağı  kimi  qoruduğumuz  tarixi  ərazimi­

zi  -  Dağlıq  Qarabağ  bölgəsini  belə  asanlıqla  itirməyə  başladıq.

1988-ci  ildə  erməni  separatçılarının  qısa  müddət  ərzin­

də  qazandığı  uğurların  əsas  səbəbi  Moskvadan  aldıqları  ge- 

nişyönümlü  dəstək  olsa  da,  rəsmi  Bakının  nümayiş  etdirdiyi 

susqunluq  və  laqeyd  münasibət  də  məlum  proseslərin  nəza­

rətdən  çıxmasını  şərtləndirdi.  Prosesin  baş  verdiyi  ilk  günlərdə 

vilayətin  erməni  əhalisində  böyük  qorxu  hissi  var  idi.  Onlar 

hələ  də  Azərbaycana  qarşı  birbaşa  çıxış  etməkdən  qorxurdu­

lar.  Hətta  Ermənistandan  gəlmiş  saqqallılar  onları  zorla,  döyə- 

döyə  mitinqə  gətirəndə  də  oranı  yarımçıq  tərk  edirdilər.  Əgər 

Azərbaycan  rəhbərliyi  vəziyyətə  müdaxilə  etmək  istəsəydi  və 

vilayət  ərazisində  əsrlər  boyu  yaşayan  yerli  azərbaycanlı  əha­

linin  düşmənin  müqavimətinə  qarşı  səfərbər  olmasını  təmin 

edə  bilsəydi,  separatçılığın  qarşısını  elə  fevralın  birinci  həftə­

sində  almaq  olardı.

Bakı  rəhbərliyi  sussa  da,  Qarabağ  əhalisi  bələd  olduğu  er­

məni  məkrini  dayandırmaq  üçün  səfərbər  olurdu.  Hadisələrin 

ən  qızğın  vaxtında  -   fevral  ayının  22-də  Ağdamın  minlərlə 

sakini  Əsgəran  üzərinə  yürüşə  çıxdı.  Ancaq  bu  yürüşün  qarşısı 

Bakıdan  göndərilmiş  emissarlar  vasitəsilə  alındı,  hətta  yürüş 

iştirakçıları  təqib  də  edildi.  İndiyədək  5  mindən  artıq  övladını 

vətən  yolunda  şəhid  vermiş  Ağdam  məhz  həmin  gün  Qara­

bağ  münaqişəsinin  ilk  şəhidlərini  -   Əli  ilə  Bəxtiyarı  torpaq  və 

millət  uğrunda  fəda  etdi.  Digər  rayonların  əhalisinin  müdafiə 

dəstələrinin  yaradılması  barədə  çağırışlarına  da  nəinki  müsbət 

münasibət  bildirilir,  hətta  adi  ov  silahları  da  azərbaycanlılar­

dan  yığılırdı.  Qarabağlılar  artıq  öz  tənhalıqlarını,  bu  mühari­

bədə  yalqız  qaldıqlarını  bütün  aydınlığı  ilə  hiss  edirdilər.  Ən 

əsası  isə,  Bakıda  əyləşən  manqurt  rəhbərlik  qarabağlılara  Qa­

rabağı  xilas  etməyə,  qorumağa  imkan  vermir,  hər  cür  maneə 

yaradırdı.

242


Kimdir  günahkar?

Azərbaycan  hər  tərəfdən  məngənəyə  salınmışdı.  Mərkəz­

dən  ermənipərəst  mövqe,  beynəlxalq  aləmdən  antiazərbaycan 

münasibət,  yerli  rəhbərlikdən  isə  laqeydlik və  saymazlıq  görən 

azərbaycanlı  əhalinin  gücü  öz  etirazını  mitinqlərlə  bildirməyə 

çatırdı.  Ancaq  1988-ci  ilin  birinci  yarısında  ölkədə  mitinqlər 

hələ  kütləvi  xarakter  almamışdı.  Bu  arada  DQMV  ətrafında 

siyasi  vəziyyət  gərginləşirdi.

1988- 

ci  ilin  may  ayında  eyni  gündə  Azərbaycan  və  Ermə­



nistan  kommunist  partiyalarının  qurultayları  keçirildi.  Bakıdakı 

və  Yerevandakı  qurultaylarda  müvafiq  olaraq  Siyasi  Büronun 

üzvləri  və  Mərkəzi  Komitənin  katibləri  olan  Yeqor  Liqaçovla 

Aleksandr  Yakovlev  iştirak  edirdilər.  İttifaq  rəhbərliyinin  təm­

silçiləri  olan  bu  şəxslərdən  Y.Liqaçov  Bakıda  bəyan  edir  ki, 

Moskva Azərbaycanın  ərazi  bütövlüyünə  hörmətlə  yanaşdığın­

dan  Qarabağın  müstəqilliyinə  heç  vaxt  razılaşmaz.  A.Yakovlev 

isə Yerevanda  bildirir  ki,  demokratik prinsiplərə və xalqların  öz 

müqəddəratını  təyinetmə  hüququna  hörmətlə  yanaşan  rəsmi 

Moskva  Qarabağı  Ermənistanın  tərkibində  görür.  Eyni  gündə 

qarşı  duran  tərəflərə  belə  «tərəfkeşlik»  etməklə  M.Qorbaçov 

və  erməni  lobbisinin  digər  qulları  nəticədə  regionun  ən  böyük 

münaqişəsini  hərbi  müstəviyə  keçirdilər.  Bakıdakı  plenumda 

iştirak  edən  DQMV  Partiya  Komitəsinin  birinci  katibi  Poqos- 

yan  iclası  yarımçıq  tərk  edərək  Xankəndiyə  qayıtdı  və  burada 

rəsmən  bəyan  etdi  ki,  o,  nəinki  bir  də  Bakıya  getməyəcək, 

hətta  DQMV  ərazisində  Azərbaycan  qanunları  ümumiyyətlə 

işləməyəcək.  Beləliklə,  vilayətlə  Bakı  arasında  olan  kövrək  in­

zibati  əlaqələr  də  tamamilə  kəsildi.

1989- 


cu  ilin  12  yanvarında  SSRİ  Ali  Sovetinin  Rəyasət  Hey­

əti  «Azərbaycan  SSR-in  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində 

xüsusi  idarə  formasının  tətbiq  edilməsi  haqqında»  fərman  ve­

rir.  Fərmana  əsasən  Dağlıq  Qarabağın  Azərbaycan  tərkibində

243


muxtar  vilayət  statusu  saxlanılmaqla  bölgədə  bilavasitə  Mos­

kvaya  tabe  olan  xüsusi  idarə  forması  yaradılır.  Bölgədə  vəziy­

yəti  sabitləşdirmək  məqsədi  ilə  bu  qərarın  imzalanması  barə­

də  verilən  bəyanatların  tam  əksinə  olaraq,  Arkadi  Volskinin 

rəhbərlik  etdiyi  Xüsusi  İdarə  Komitəsi  vilayətin  Azərbaycanın 

yurisdiksiyasından  çıxarılması  üçün  bütün  vasitələrdən  istifadə 

etdi  və  nəticədə  DQMV  müstəqil  subyektə  çevrildi.  Bu  şəxs 

DQMV-nin  tam  iqtisadi  müstəqilliyini  reallaşdırmaq  üçün  vi­

layət  ərazisindəki  bütün  müəssisələrin  artıq  Azərbaycan  ərazi­

sində  deyil,  Ermənistan  ərazisində  yerləşən  müəssisələrlə  iqti­

sadi  əlaqələr qurmasını  təmin  edən  sərəncamlar verdi  və  bunu 

qısa  müddət  ərzində  həyata  keçirdi.

Bu  antiazərbaycançı  fəaliyyətin  reallaşmasında  A.Volskinin 

ən  fəal  «köməkçisi»  isə  Azərbaycanın  rəhbəri  Əbdürrəhman 

Vəzirov  idi.  Ümumiyyətlə,  Vəzirov-Volski  dueti  Qarabağda 

Azərbaycan  təsirinin  minimuma  endirilməsi  üçün  nə  imkan­

ları  var  idisə,  etdi.  Bu  «missiyanı»  Ayaz  Mütəllibov  da  davam 

etdirərək  Qarabağın  Azərbaycandan  təcridinə  tam  şərait  ya­

ratdı.  Ölkədə  baş  verən  siyasi  kataklizmlər,  AXC  rəhbərlərinin 

və  fəallarının  malik  olduqları  silahlı  dəstələrin  hakimiyyət  uğ- 

runda  mübarizəyə  cəlb  edilməsi  nəticə  etibarilə  Azərbaycanı 

məğlubiyyətə  doğru  aparırdı.



Yenə  də  yalnız  Heydər  Əliyev

Həmin  dövrdə  xalq  və  dövlət  istinad  ediləsi,  güvəniləsi 

rəhbərə  böyük  ehtiyac  duyurdu.  Elə  rəhbər  tələb  olunurdu 

ki,  həm  müdafiəni,  həm  də  xalqın  səfərbərliyini  təmin  etsin. 

Lakin  belə  lider  rəhbərlikdə  deyildi.  90-cı  illərin  əvvəllərin­

də  ölkənin  ictimai-siyasi  həyatında  Qarabağ  savaşının  əsl 

mahiyyətini  açıqlayan,  cəbhə  bölgəsində  yerləşən  rayonların 

müdafiəsinin  təşkil  olunmasının  zərurətini-  vurğulayan,  dövlə­

tin  qəti  addımlar  atmayacağı  təqdirdə  böyük  ərazilərin  işğal

244


olduğu  qə-

olunacağı  təhlükəsini  səsləndirən  yeganə  insan  parlamentin 

deputatı  Heydər  Əliyev  idi.  Lakin  onun  Azərbaycan  Ali  So­

vetində  İttifaq  və  yerli  rəhbərliyin  Qarabağ  münaqişəsini  həll 

etmək  əvəzinə  xəyanətkar  fəaliyyət  yürütməsini  ifşa  edən  cə­

sarətli  çıxışları  qərəzlə  qarşılanır,  Heydər  Əliyevə  böhtanlar 

atılırdı.  Bir  məqamı  qeyd  edək  ki,  Naxçıvan  Ali  Məclisinin 

ilk  sessiyası  açılarkən  Heydər  Əliyevin  təklifi  ilə  DQMV-də, 

Şaumyan  rayonunda  və  Xanlar  rayonunun  Çaykənd  kəndində 

yaranmış  ağır  vəziyyət  müzakirə  olunmuş  və  onun  çıxışından 

sonra  muxtar  respublikanın  qanunverici  orqanı  müvafiq  qərar 

qəbul  etmişdi.  Heydər  Əliyevin  şəxsən  ınıiə 

rarda  münaqişənin  tarixi  kökləri,  əhalinin  müdafiəsinin  təş­

kili  formaları  göstərilir  və  yerli  rəhbərliyin  fəaliyyətsizliyi  ilə 

yanaşı,  İttifaq  rəhbərliyinin  ədalətsiz  mövqeyi  də  kəskinliklə 

pislənilirdi.  Qeyd  edək  ki,  Heydər  Əliyevin  təklifi  ilə  1990-cı 

ilin  14  dekabrında  qəbul  edilən  bu  sənəd  ədalətsiz  münaqi­

şə  ilə  bağlı  Azərbaycanda  bəyan  edilən  ilk  hüquqi  rəy,  eyni 

zamanda  ən  mükəmməl  fəaliyyət  proqramı  idi.  Lakin  həmin 

dövrdə  ölkənin  xəyanətkar  rəhbərliyi  ilə  avantürist  müxalifəti 

Heydər  Əliyevi  yeganə  nicat  ünvanı  kimi  görən  xalqdan  uzaq 

salmaqla  həm  də  Dağlıq  Qarabağ  problemində  Azərbaycanın 

uğursuzluğuna  imza  atdılar.

Dağlıq  Qarabağı  1992-ci  ilə  qədər,  demək  olar  ki,  artıq 

qarış-qarış  itirmişdik.  Vilayət  ərazisində  yerləşən  və  58  min 

azərbaycanlının  yaşadığı  53  kənd  ermənilər tərəfindən  tamam 

təmizlənmişdi.  A.Volskinin  Xüsusi  İdarə  Komitəsini  əvəz  edən 

V.Polyaniçkonun  Xüsusi  Təşkilat  Komitəsi  də  sələfinin  fəaliy­

yətini  davam  etdirərək  DQMV-nin  Azərbaycanın  tabeliyindən 

ayrılmasına təkan  verdi.  Artıq  münaqişə  hərbi  xarakter almış və 

terror  mərhələsinə  qədəm  qoymuşdu.  1991-ci  ilin  27  noyab­

rında  Azərbaycan  Ali  Soveti  Dağlıq  Qarabağda  muxtar  vilayət 

statusunu  ləğv  edəndə  isə  vilayət  artıq  tamamən  Ermənistanın 

nəzarətinə  keçmişdi.  Bir  müddət  sonra  isə  erməni  təcaviizkar-

245


lari  dünyanın  ən  qanlı  soyqırımlarından  birini  -   Xocalı  faciə­

sini  törətdilər.  Növbəti  illərdə  isə  keçmiş  DQMV  ətrafındakı 

rayonlarımız  da  işğala  məruz  qaldı  və  beləliklə  də  Azərbayca­

nın  qara  təqvimi  yarandı.



Əsrin  faciəsi

Bir  sözlə,  M.Qorbaçovun  əmrinə  uyğun  olaraq  Ə.Vəzirov 

və  A.Mütəllibov  tərəfindən  adi  ov  tüfəngi  də  müsadirə  olunan 

azərbaycanlı  əhali  ən  müasir  silah  və  hərbi  sursatla  təchiz 

olunan,  yüksək  təlim  keçən  rus-erməni  qoşunu  ilə  üz-üzə  qal­

mışdı.  1992-ci  ilin  ilk  günlərindən  etibarən  Dağlıq  Qarabağın 

azərbaycanlılar  yaşayan  məntəqələrinin  işğalına  başlanıldı.

1992-ci  il  yanvarın  15-də  Kərkicahan,  fevralın  10-da  Malıbəy­

li,  Quşçular  kəndləri  işğal  olundu,  dinc  və  silahsız  əhaliyə 

divan  tutuldu.  Bu  itkilər  Xocalı  və  Şuşanın  mühasirə  dairəsi­

nin  daha  da  daralmasına  şərait  yaratdı.  Bu  vaxt  Azərbaycan 

Silahlı  Qüvvələrinin  Daşaltıda  apardıqları  hərbi  əməliyyat  da 

uğursuzluqla  nəticələndi.  Bir  müddət  sonra  Qaradağlı  kəndi­

ni  də  ələ  keçirən  separatçılar  1992-ci  il  fevralın  25-dən  26- 

na  keçən  gecə  Xankəndidə  yerləşən  keçmiş  SSRİ-nin  366-cı 

motoatıcı  alayının  iştirakı  ilə  Xocalıda  azərbaycanlılara  qarşı 

dəhşətli  soyqırımı  aktı  törətdilər.  Xocalı  faciəsi  zamanı  613 

nəfər  (o  cümlədən,  106  nəfər qadın,  63  azyaşlı  uşaq,  70 qoca) 

öldürüldü,  1.000  nəfər  əlil  oldu,  8  ailə  tamamilə  məhv  edildi, 

25  uşaq  hər  iki  valideynini,  130  uşaq  isə  valideynlərindən  biri­

ni  itirdi.  Soyqırımı  baş  verən  gecə  1.275  nəfər dinc  sakin  girov 

götürüldü,  onların  150-nin  taleyi  indi  də  məlum  deyil.

1992-ci  ilin  mayında  Şuşanın  süqutu  ilə,  faktiki  olaraq, 

bütün  Dağlıq  Qarabağın  ərazisi  işğal  edildi.  Laçının  işğalı  ilə 

isə  Ermənistandan  Dağlıq  Qarabağa  dəhliz  açıldı  və  bu  «hu­

manitar  dəhliz»,  əslində,  qanlı  körpüyə  çevrildi.  Laçın  vasi­

təsilə  qısa  zamanda  külli  miqdarda  silah,  döyüş  sursatı,  hərbi

246


qüvvə  əldə  edən  ermənilərin  daha  sonra  işğal  etdikləri  La­

çın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı  və  Zəngilan 

rayonlarının  ərazisi  (17  min  kv.km)  Dağlıq  Qarabağın  ümumi 

ərazisindən  (4.400  kv.km)  dörd  dəfə  böyük  idi.  Ümumiyyətlə, 

Ermənistanın  işğalçı  hərbi  dəstələri  Azərbaycan  sərhədlərinin 

360  km-lik  sahəsində  irəliləyərək  ərazilərimizin  20  faizədək 

hissəsini  işğal  etmiş,  Füzuli  rayonundakı  Horadiz  qəsəbəsin­

dən  Zəngilanadək  198  km-lik  Azərbaycan-İran  sərhədlərini 

nəzarət  altına  almışdı.  Erməni  işğalları  nəticəsində  Dağlıq  Qa­

rabağ  ərazisində  50  minədək  azərbaycanlının  yaşadığı  2  şə­

hər,  1  qəsəbə,  53  kənd  tutuldu.  Dağlıq  Qarabağdan  kənarda 

aparılan  işğallarla  birlikdə  890  şəhər,  kənd  və  qəsəbə  ermə­

nilərin  əlinə  keçdi.  Azərbaycanın  civə,  obsidian  və  perlit  eh­

tiyatlarının  hamısı,  tikinti  və  üzlük  materiallarının  35-60  faizi, 

meşə  fondunun  24  faizi,  su  ehtiyatlarının  7,8  faizi  işğal  olun­

muş  torpaqların  payına  düşür.  Burada  2  qoruq  və  3  yasaqlıq, 

3  iri  su  anbarı  da  yerləşir.

1992-ci  ilin  əvvəllərində  Azərbaycan-Ermənistan,  Dağlıq 

Qarabağ  münaqişəsi  artıq  beynəlxalq  məkanın  fəal  diplomatik 

müzakirələr predmetinə çevrildi. Qeyd edək ki,  həmin dövrdən 

başlayaraq  BMT  Təhlükəsizlik  Şurası  erməni  silahlı  qüvvələri­

nin  Azərbaycan  ərazilərini  işğal  etməsi  ilə  əlaqədar 4  qətnamə 

(822,  853,  874,  884  saylı)  qəbul  edib.  Lakin  erməni  işğalçıları 

bu  qətnamələrin  tələblərini  yerinə  yetirməyiblər.  1992-ci  ilin 

•  birinci  yarısında  Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin 

Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Müşavirəsinin  prinsip­

lərinə  uyğun  olaraq  nizamlanması  prosesinə  üstünlük  verdi. 

Təşkilatın  Xarici  İşlər  Nazirləri  Şurasının  1992-ci  il  martın  24- 

də  keçirilmiş  toplantısında  ABŞ,  Rusiya,  Türkiyə,  Fransa,  Al­

maniya,  İtaliya,  Çexiya,  Slovakiya,  İsveç,  Azərbaycan,  Ermə­

nistan  nümayəndələrinin  iştirakı  ilə  ATƏM-in  Minskdə  Dağlıq 

Qarabağa  dair  sülh  konfransının  çağırılması  haqqında  qərar 

qəbul  edildi.  Lakin  Şuşa  və  Laçının  işğalı  Minsk  Konfransının

247


keçirilməsinə  mane  oldu.  Eyni  zamanda,  Ermənistanın  qeyri- 

konstruktiv  mövqeyi  və  qrupun  üzvü  olan  dövlətlərin  müna­

sibətində  ziddiyyətlərin  olması  sülh  prosesi  hələ  başlamamış 

onu  uğursuzluğa  düçar  etdi.

1993-cü  ilin  oktyabrında  keçirilən  prezident  seçkilərində 

ölkə  rəhbəri  seçilən  Heydər  Əliyev  cəbhə  xəttində  Azərbay­

canın  hərbi  uğursuzluğuna  son  qoymaq  üçün  noyabrın  2-də 

xalqa  müraciət  edərək  vətəndaşları  bütün  qüvvələri  birləşdir­

məyə  çağırdı.  Bu  çağırış  minlərlə  Azərbaycan  gəncinin  Silah­

lı  Qüvvələrin  tərkibində  yenidən  səfərbərliyə  alınmasını  tə­

min  etdi  və  münaqişə  bölgəsində  xeyrimizə  dönüş  yaratmaq 

mümkün  oldu.  Noyabrın  ortalarında  Ermənistan  silahlı  qüvvə­

lərinin  Beyləqan  istiqamətində  hücumu  dayandırıldı.  Azər­

baycan  ordusunun  müvəffəqiyyətli  əməliyyatları  nəticəsində

1994-cü  il  yanvarın  5-də  Füzuli  rayonunda  strateji  əhəmiyyətli 

Horadiz  qəsəbəsi  və  22  kənd  düşməndən  təmizləndi.  Bunun 

ardınca  Cəbrayıl  və  Kəlbəcər  rayonları  ərazisinin  bir  hissəsi  də 

düşməndən  azad  edildi,  düşmən  strateji  yüksəkliklərdən  qo­

vuldu,  Kəlbəcər-Laçın  yolunun  tunelə  qədərki  hissəsi  nəzarət 

altına  alındı.



Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin