Soyqirimi: tarixin qanlı salnaməsi


IV  FƏSİL Terror  Ermənistanın



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə21/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

IV  FƏSİL

Terror  Ermənistanın 

dövlət  siyasətinə

çevrilib

Erməni  terroru  -  

tarixin  qanlı  səhifələri

Tarixi  həqiqətlər  göstərir  ki,  «Böyük  Ermənistan» 

xülyası  ilə  yaşayan  erməni  ideoloqları  əsassız  və  qeyri- 

hüquqi  iddialarının  reallaşdırılması  naminə  terror  və 

soyqırımı  siyasətini  «milli  mübarizə»  yoluna  çevirmiş, 

dövlət  səviyyəsində  dəstəkləmişlər.  Bu  zaman  bədxah 

qonşularımız  müəyyən  xarici  qüvvələrin  maraqlarının 

ifadəçisinə  çevrilmiş,  bəzi  dövlətlər  Cənubi  Qafqaz 

və  Qərbi  Asiyada  möhkəmlənmək  üçün  daim  «erməni 

məsələsi»ndən  öz  mənafelərinə  uyğun  şəkildə  istifadə 

etməyə  çalışmışlar.

Qafqazı  daim  gərginlikdə  saxlamaq,  burada  yaşayan  xalqla­

rın  «böyük dövlət yaratmaq  imkanlarının  mövcudluğu»  barədə 

xülyanın  beyinlərə  yerləşdirilməsi  həmişə  müəyyən  dövlətlə­

rin  örtülü  siyasəti  olmuşdur.  Və  əslində,  erməni  terroru  bu 

gün  də  həmin  maraqların,  «ikili  standartlar»ın  latent  ifadəsi­

nə  çevrilməklə  sivil  dünyanın  təhlükəsizlik  maraqlarını  qlobal 

mənada  təhdid  edir.

Rus  tarixçisi  Nikolay  Şavrov  «Zaqafqaziyada  Rusiya  işlərinə 

yeni  təhlükə»  adlı  kitabında  qeyd  edir  ki,  1864-cü  ildə  Qafqaz 

idarələrində  çoxluq  təşkil  edən  erməni  və  gürcülərdə  millətçi­

lik  fəaliyyəti  oyandı.  Erməni  və  gürcü  çarlıqlarını  yenidən  dir- 

çəltmək  ideyası  Londonda  ustalıqla  onların  rəhbər  şəxslərinin 

beyninə  yeridildi.  Bu,  əslində,  tarixi  torpaqlara  malik  olmayan 

ermənilərin  Zaqafqaziyada  mümkün  qədər  daha  çox  ərazi  il- 

lıaqına  həvəsləndirilməsi  idi.  Sonralar  isə  «dənizdən-dənizə 

Ermənistan»  yaratmaq  ideyası  «Daşnaksütyun»  partiyasının 

başlıca  siyasətinə  çevrildi.  1890-cı  ildə  Tiflisdə  erməni  burjua-

329


millətçi  partiyası  kimi  yaradılan  «Daşnaksıityun»  Türkiyə  er­

mənilərinin  azad  edilməsi,  Rusiya  və  Türkiyə  ermənilərinin 

«vahid,  ümumi  vətəni»  -   «Böyük  Ermənistan»  yaradılması  kimi 

avantürist  ideya  irəli  sürərək,  təbliğatlarını  da  bu  istiqamətdə 

qurmuşdur.

Görkəmli  tarixçilər  İ.Dyakonov,  B.Piotrovski  və  başqala­

rı  zorla  qədim  tarix  yaratmaq  istəyən  saxtakar  erməni  alim­

lərini  dəfələrlə  ifşa  etmişlər.  Lakin  Z.Balayan,  S.Xanzadyan,

S.Ayvazyan  və  başqaları  Azərbaycanı,  İranın  bir  hissəsini, 

Türkiyənin  xeyli  hissəsini,  Gürcüstanın  bir  hissəsini  (Tiflislə 

birlikdə),  Quzey  Qafqazı,  Rostovu  və  Voronejə  qədər əraziləri 

öz  tarixi  torpaqları  kimi  qələmə  verirlər.  Z.Balayanın  1990-cı 

il  yanvarın  18-də  SSRİ  Müdafiə  Nazirliyinin  Baş  Qərargahında 

çıxışı  da  bunu  bir  daha  sübut  edir.  Ermənistanın  rəsmi  dairə­

ləri  1988-ci  ildə  törədilən  cinayətlərin,  azərbaycanlıların  zorla 

evlərindən  çıxarılmasının,  öldürülməsinin,  döyülməsinin  və 

təhqir  olunmasının  «Daşnaksütyun»  və  başqa  təcavüzkar  par­

tiya  və  millətçi  qrupların  əməli  olduğunu  ört-basdır  etməyə 

çalışırdılar.  Ermənistan  KP  MK  katibləri  O .Lobov və  B.Qaloyan 

kimiləri  də  çıxışlarında  millətçi-ekstremist  hərəkətləri  pərdə- 

ləməyə,  bu  hərəkətləri  «milli-azadlıq  hərəkatı»  kimi  qələmə 

verməyə  çalışırdılar.

«Daşnaksütyun»  partiyasının  fəaliyyəti  barədə  kitab  nəşr 

edən  erməni  müəlliflərindən  biri  -   Bakunts  Ananikyan  bu  ter­

rorçu  təşkilatın  əsl  mahiyyətini  açıq  şəkildə  üzə  çıxarmışdır. 

Onun  «Daşnaksütyun»  partiyasının  ideya-siyasi  iflası»  adlı  ki­

tabı  rus  dilində  Yerevanın  «Hayastan»  nəşriyyatı  tərəfindən 

1979-cu  ildə  nəşr  edilmişdir.  Kitab  «Daşnaksütyun»  partiya­

sının  təxribatçılıq  işləri,  «m illətçiliyi  gücləndirmək  və  m illi 

düşmənçiliyi  qızışdırmaq  sahəsindəki  fəaliyyətləri»  barədə  ay­

dın  təsəvvür  yaradır.  M üəllif  qeyd  edir  ki,  subyektiv  idealist 

dünyagörüşə  əsaslanan,  heç  bir elmi  əsası  olmayan  və  bəsirət- 

siz  siyasət  yeritmələri  sayəsində  «Daşnaksütyun»  nəinki  başqa

330


xalqlara,  həm  də  erməni  xalqına  böyük  ziyanlar  vurmuşdur. 

Yarandığı  ilk  gündən  düşmənçilik  siyasəti  yeridən  bu  partiya 

əhali  kütləsinin  siyasi  geriliyindən,  kütlüyündən  məharətlə  isti­

fadə  etmişdir.  Əhalinin  m illi  duyğuları  ilə  oynayan  və  onu  ələ 

alan  bu  partiya  öz  marağı  və  mənfəəti  üçün  Türkiyə  ermənilə­

rini  «əsarətdən  xilas  etmək»  bəhanəsi  ilə  mənasız toqquşmala­

ra  cəlb etmişdir.  1890-1920-ci  illər ərzində çoxlu  qanlı  fitnələr 

törətmiş  bu  partiyanın  sonrakı  fəaliyyəti  nəzərdən  qaçırılmış, 

yanlış  olaraq  onu  artıq  xalqdan  uzaq  düşmüş,  əhəmiyyətsiz 

bir  qurum  hesab  etmişlər.  Lakin  «Daşnaksütyun»  pozuculuq 

fəaliyyətini  daha  da  genişləndirmiş,  beynəlxalq  terrorçu  dəstə­

lərini  gücləndirmiş,  çağdaş  təlimlər  əsasında  döyüşçülər  ye­

tişdirmişdir.  «Daşnaksütyun»  indi  beynəlxalq  ideoloji  təxribat 

işində  istifadə  olunan  fəal  partiyalardan  biridir.

Erməni  tarixçisi  B.Ananikyan  qeyd  edir  ki,  xalqın  əlindən 

pulunu  alaraq  özünü  «bütün  ermənilərin  partiyası,  ideya  aparı­

cısı»  elan  edən  «Daşnaksütyun»  liderləri  bununla  daha  böyük 

qüvvəyə  və  gücə  malik  olduqlarını  sübut  etməyə  çalışır,  öz 

qapılarını  hamının  üzünə  açıq  qoymaqla  Avropanın  diqqətini 

cəlb  etmək  istəyirlər.  O yazır:  «Daşnak  liderləri  adi  xalq  kütlə­

sinə  mal  sürüsü  kimi  baxır.  Onların  həyatı  və  hüququ  barədə 

bir  təminat  vermir,  onlardan  isə  yalnız  bir  şey  tələb  edirlər  -  

ölmək».

Sonrakı  dövrlərdə  də  daşnaklar  müxtəlif qüvvələrə,  dövlət­



lərə,  siyasətlərə  qulluq  göstərərək  erməniləri  yaxın  qonşularla 

yeni  düşmənçiliyə  sürükləmiş,  çoxlu  nahaq  qanların  axıdılma- 

sına  səbəb  olmuşlar.  Vaxtı  ilə  S.Şaumyan  siyasi  bicliklə  yazır­

dı:  «Erməni  xalqı  taleyin  hökmü  ilə  qeyri-adi  zülmkarların  -  

qanlı  çar  və  sultanın  hakimiyyəti  altında  yaşamışdır.  O,  eyni 

zamanda  Türkiyədə  özündən  xeyli  geridə  qalmış  kürdlərlə, 

Rusiyada  isə  tatar və  gürcülərlə  əhatə  olunmuşdur.  Siyasət gə­

misini  elə  idarə  etmək  lazımdır  ki,  bu  aralıqda  o  əzilməsin».

331


Son  dövrlər  siyasi  fəaliyyətini  xeyli  genişləndirməyə  nail  ol­

muş  «Daşnaksütyun»  regionda  m illi  ədavəti  və düşmənçiliyi  qı­

zışdıraraq  yeni  fəlakətlər törətmişdir.  Bu  fəlakətlər  yalnız  qon­

şu  xalqlara  aid  olmamış,  əslində,  ermənilərin  özlərini  də  çox 

böyük itkilər və mənəvi-psixoloji sarsıntılara uğratmışdır.  Böyük 

Sovet  Ensiklopediyasında  (20-ci  cild,  1930)  «Daşnaksütyun»la 

bağlı  məlumatda  göstərilir:  «Daşnaksütyun»un  1894-cü  ildə 

qəbul  olunmuş  birinci  proqramı  vulqar  marksizmin,  liberaliz­

min,  xalqçılığın  və xırda  burjua  m illətçiliyinin  qarışığından  iba­

rət  idi.  Proqramın  mərkəzində  «Türkiyə  Ermənistanı»nı  azad 

etmək  ideyası  dururdu.  1903-cü  ildən  partiya,  demək  olar  ki, 

yalnız  Türkiyə  ərazisində  fəaliyyət  göstərirdi».

Daşnakların  m illi  ədavət  yaratmaq  kimi  məkrli  siyasətləri­

ni  onların  özləri  də  etiraf  edirlər.  Erməni  tarixçisi  A.Lalayan 

«Əksinqilabçı  «Daşnaksütyun»  və  1914-1918-ci  illərin  im­

perialist  müharibəsi»  adlı  məqaləsində  yazır:  «Daşnaklar  hər 

vasitə  ilə  türk  və  erməni  zəhmətkeşləri  arasında  milli  ziddiy­

yəti  qızışdırır,  erməniləri  türkləri  məhv  etməyə  çağırırdılar. 

«Daşnaksütyun»un  rus  silahı  və  çarizmin  «köməyi  ilə»  Türkiyə 

ermənilərini  azad  etmək  məsələsi  də  aydın  göstərir  ki,  bu  par­

tiya,  sadəcə  olaraq,  çarizmin  agenturasıdır».

«Arqumenti  i  faktı»  qəzetində  (1986-cı  il)  jurnalist  Q.Koto- 

yanın  «Qonaqsevərlik  qanunlarını  pozaraq»  adlı  məqaləsində 

1957-ci  ildən  başlayaraq  Yerevanda  oxumağa  gələn  xarici  və­

təndaşlar  arasında  daşnak  təbliğatı  aparanların  çoxalmasından 

söhbət gedirdi.  M üəllif o  zaman  Ermənistanda  20  ölkədən  700 

tələbənin  oxuduğunu  qeyd  edir  və  göstərirdi  ki,  daşnak  təb­

liğatçıları  qara  yaxır,  yetkin  olmayanların  m illi  duyğuları  ilə 

oynayır,  xalqların  dostluq  və  qardaşlığına  böhtan  atırlar.  Bu  tə­

bliğatçılar  ilk  növbədə  «özlərini  «erməni  məsələsi»nin  həllinə 

imkan  yaradan  qüvvə»  hesab  edir,  «tarixi  saxtalaşdırır»,  «ərazi 

iddiaları  irəli  sürürlər».

332


Ümumiyyətlə,  bir  çox  erməni  müəllifləri  son  dövrlərədək 

«Daşnaksütyun»  partiyasının  xalqa  zidd  siyasətini  düzgün 

mövqedən  açıqlayan  məqalələr  yazmışlar.  Onlardan  biri  də 

Ermənistan  Elmlər  Akademiyasının  Xarici  ermənilərin  tarixi 

və  mədəniyyəti  şöbəsinin  baş  elmi  əməkdaşı  R.Xurşudyanın 

«Antisovetizm  dalanda.  Daşnak  partiyasının  istiqaməti  haqqın­

da»  adlanır.  Məqalə  Yerevanda  çıxan  «Kommunist»  qəzetinin 

1985-ci  il  17  yanvar  nömrəsində  dərc  edilmişdir.  M üəllif  ya­

zır:  «Daşnaklar  əski  bayraqlarını  yeni  rəngə  boyayır,  proqram­

larına  obyektivlik  forması  verirlər.  Ancaq  yeni  proqramları  ilə 

tanışlıq  göstərir  ki,  müəyyən  ifadələr  zahiri  görkəmini  dəyişib, 

mahiyyət  isə  öncəki  kimidir».

Çoxsaylı  tarixi  faktlar,  məhkəmə  materialları  Ermənistanın 

terrorçu  dövlət  olduğunu  və  dövlət  səviyyəsində  terrorizmi 

dəstəklədiyini  bir  daha  üzə  çıxarır.  Ötən  əsrin  90-cı  illərinin 

əvvəllərində  Ermənistanın  rəsmi  dairələri  «Daşnaksütyun», 

ASALA,  MAQ,  «Erməni  birliyi»,  «Erməni  Azadlıq  Cəbhəsi»  və 

digər  «məşhur»  terror  təşkilatlarının  fəallarının  reabilitasiyası 

məqsədi  ilə  genişmiqyaslı  kampaniyaya  başlamış,  onlara  sı­

ğınacaq  vermiş,  yaşayış  və  fəaliyyətləri  üçün  şərait  yaratmış, 

lazımi  maliyyə  dəstəyi  göstərmişlər.  1983-cü  ilin  iyun  ayında 

Parisdə  Orli  aeroportunda  8  nəfərin  ölümü  və  50-dək  insa­

nın  yaralanması  ilə  nəticələnmiş  terror  aktına  görə  ömürlük 

həbs  cəzasına  məhkum  edilmiş  terrorçu  Varocyan  Qarabed- 

yanın  azad  olunması  üçün  Ermənistanda  dövlət  səviyyəsində 

imzatoplama  kampaniyası  keçirilmişdir.  2001 -ci  ilin  aprelində 

Fransa  məhkəməsi  tərəfindən  azad  olunan  terrorçu  Ermənis­

tanda  rəsmi  sığınacaq  tapmışdır.

«Məşhur»  terrorçu,  Qərbi  Avropada  «ASALA-nm  inqilabi 

hərəkatı»  adlı  qruplaşmasının  rəhbəri,  1981 -ci  ildə  Türkiyənin 

Romadakı  səfirinə  sui-qəsd  etdiyinə  görə  həbs  olunmuş  Mon­

te  Melkonyan  1990-cı  ildə  Fransa  həbsxanasından  buraxılaraq 

Ermənistana  gəlmiş  və  terror fəaliyyətini  davam  etdirmək  üçün

333


Son  dövrlər  siyasi  fəaliyyətini  xeyli  genişləndirməyə  nail  ol­

muş  «Daşnaksütyun»  regionda m illi  ədavəti  və düşmənçiliyi  qı­

zışdıraraq  yeni  fəlakətlər törətmişdir.  Bu  fəlakətlər  yalnız  qon­

şu  xalqlara  aid  olmamış,  əslində,  ermənilərin  özlərini  də  çox 

böyük itkilər və mənəvi-psixoloji  sarsıntılara uğratmışdır.  Böyük 

Sovet  Ensiklopediyasında  (20-ci  cild,  1930)  «Daşnaksütyun»la 

bağlı  məlumatda  göstərilir:  «Daşnaksütyun»un  1894-cü  ildə 

qəbul  olunmuş  birinci  proqramı  vulqar  marksizmin,  liberaliz­

min,  xalqçılığın  və xırda  burjua  m illətçiliyinin  qarışığından  iba­

rət  idi.  Proqramın  mərkəzində  «Türkiyə  Ermənistanı»nı  azad 

etmək  ideyası  dururdu.  1903-cii  ildən  partiya,  demək  olar  ki, 

yalnız  Türkiyə  ərazisində  fəaliyyət  göstərirdi».

Daşnakların  milli  ədavət  yaratmaq  kimi  məkrli  siyasətləri­

ni  onların  özləri  də  etiraf  edirlər.  Erməni  tarixçisi  A.Lalayan 

«Əksinqilabçı  «Daşnaksütyun»  və  1914-1918-ci  illərin  im­

perialist  müharibəsi»  adlı  məqaləsində  yazır:  «Daşnaklar  hər 

vasitə  ilə  türk  və  erməni  zəhmətkeşləri  arasında  m illi  ziddiy­

yəti  qızışdırır,  erməniləri  türkləri  məhv  etməyə  çağırırdılar. 

«Daşnaksütyun»un  rus  silahı  və  çarizmin  «köməyi  ilə»  Türkiyə 

ermənilərini  azad  etmək  məsələsi  də  aydın  göstərir  ki,  bu  par­

tiya,  sadəcə  olaraq,  çarizmin  agenturasıdır».

«Arqumenti  i  faktı»  qəzetində  (1986-cı  il)  jurnalist  Q.Koto- 

yanın  «Qonaqsevərlik  qanunlarını  pozaraq»  adlı  məqaləsində 

1957-ci  ildən  başlayaraq  Yerevanda  oxumağa  gələn  xarici  və­

təndaşlar  arasında  daşnak  təbliğatı  aparanların  çoxalmasından 

söhbət gedirdi.  M üəllif o  zaman  Ermənistanda  20  ölkədən  700 

tələbənin  oxuduğunu  qeyd  edir  və  göstərirdi  ki,  daşnak  təb­

liğatçıları  qara  yaxır,  yetkin  olmayanların  milli  duyğuları  ilə 

oynayır,  xalqların  dostluq  və  qardaşlığına  böhtan  atırlar.  Bu  tə­

bliğatçılar  ilk  növbədə  «özlərini  «erməni  məsələsi»nin  həllinə 

imkan  yaradan  qüvvə»  hesab  edir,  «tarixi  saxtalaşdırır»,  «ərazi 

iddiaları  irəli  sürürlər».

332


Ümumiyyətlə,  bir  çox  erməni  müəllifləri  son  dövrlərədək 

«Daşnaksütyun»  partiyasının  xalqa  zidd  siyasətini  düzgün 

mövqedən  açıqlayan  məqalələr  yazmışlar.  Onlardan  biri  də 

Ermənistan  Elmlər  Akademiyasının  Xarici  ermənilərin  tarixi 

və  mədəniyyəti  şöbəsinin  baş  elmi  əməkdaşı  R.Xurşudyanın 

«Antisovetizm  dalanda.  Daşnak  partiyasının  istiqaməti  haqqın­

da»  adlanır.  Məqalə  Yerevanda  çıxan  «Kommunist»  qəzetinin 

1985-ci  il  17  yanvar  nömrəsində  dərc  edilmişdir.  M üəllif  ya­

zır:  «Daşnaklar  əski  bayraqlarını  yeni  rəngə  boyayır,  proqram­

larına  obyektivlik  forması  verirlər.  Ancaq  yeni  proqramları  ilə 

tanışlıq  göstərir  ki,  müəyyən  ifadələr  zahiri  görkəmini  dəyişib, 

mahiyyət  isə  öncəki  kimidir».

Çoxsaylı  tarixi  faktlar,  məhkəmə  materialları  Ermənistanın 

terrorçu  dövlət  olduğunu  və  dövlət  səviyyəsində  terrorizmi 

dəstəklədiyini  bir  daha  üzə  çıxarır.  Ötən  əsrin  90-cı  illərinin 

əvvəllərində  Ermənistanın  rəsmi  dairələri  «Daşnaksütyun», 

ASALA,  MAQ,  «Erməni  birliyi»,  «Erməni  Azadlıq  Cəbhəsi»  və 

digər  «məşhur»  terror  təşkilatlarının  fəallarının  reabilitasiyası 

məqsədi  ilə  genişmiqyaslı  kampaniyaya  başlamış,  onlara  sı­

ğınacaq  vermiş,  yaşayış  və  fəaliyyətləri  üçün  şərait  yaratmış, 

lazımi  maliyyə  dəstəyi  göstərmişlər.  1983-cii  ilin  iyun  ayında 

Parisdə  Orli  aeroportunda  8  nəfərin  ölümü  və  50-dəl<  insa­

nın  yaralanması  ilə  nəticələnmiş  terror  aktına  görə  ömürlük 

həbs  cəzasına  məhkum  edilmiş  terrorçu  Varocyan  Qarabed- 

yanın  azad  olunması  üçün  Ermənistanda  dövlət  səviyyəsində 

imzatoplama  kampaniyası  keçirilmişdir.  2001-ci  ilin  aprelində 

Fransa  məhkəməsi  tərəfindən  azad  olunan  terrorçu  Ermənis­

tanda  rəsmi  sığınacaq  tapmışdır.

«Məşhur»  terrorçu,  Qərbi  Avropada  «ASALA-nın  inqilabi 

hərəkatı»  adlı  qruplaşmasının  rəhbəri,  1981 -ci  ildə  Türkiyənin 

Romadakı  səfirinə  sui-qəsd  etdiyinə  görə  həbs  olunmuş  Mon­

te  Melkonyan  1990-cı  ildə  Fransa  həbsxanasından  buraxılaraq 

Ermənistana  gəlmiş  və terror fəaliyyətini  davam  etdirmək  üçün

333


Dağlıq  Qarabağa  göndərilmişdir.  M.Melkonyan  Azərbaycanın 

Xocavənd  rayonunun  işğalı  zamanı  erməni  terror  dəstəsinin 

komandanı  olmuşdur.  1993-cü  ildə  Azərbaycan  ərazisində 

öldürülən  terrorçunun  Yerevanda  keçirilən  dəfn  mərasimində 

rəsmi  şəxslər,  o  cümlədən  Ermənistan  prezidenti  də  iştirak  et­

mişdir.  Ermənistanın  milli  qəhrəmanı  elan  olunmuş  bu  beynəl­

xalq  terrorçunun  adı  Müdafiə  Nazirliyinin  diversiya  mərkəzlə­

rindən  birinə  verilmişdir.

Digər bir terrorçu,  «Daşnaksütyun»  partiyasının  «Dro»  terror 

qrupunun  üzvü  Qrant  Markaryan  Dağlıq  Qarabağda  terrorçu 

dəstələri  yaradanlardan  və  Ermənistandan  gətirilən  silahlar va­

sitəsilə  buradakı  terrorçu  qrupların  silahlandırılmasında  fəal 

iştirak  edənlərdən  biri  olmuşdur.  1981-ci  ildə  Parisdə  Türkiyə 

səfirliyinə  basqının  təşkilatçısı  Vazgen  Sislyan  1992-ci  ildə 

Yerevandan  Xankəndiyə  göndərilmişdir.  O,  azərbaycanlıla­

ra  qarşı  terror  aktlarının  keçirilməsində  fəal  iştiraklarına  görə 

Ermənistan  prezidenti  Robert  Koçaryan  tərəfindən  «Qarabağ 

müharibəsinin  qəhrəmanı»  adına  layiq  görülmüşdür.  Qaraba­

ğın  dinc  azərbaycanlı  əhalisinin  qətlə  yetirilməsində  Ermə­

nistan  xüsusi  xidmət  orqanlarının  himayə  etdiyi  Əbu  Əli  və 

Hilbert  Minasyan  kimi  Yaxın  Şərq  mənşəli  terrorçular  da  fəal 

iştirak  etmişlər.



Dünyanın  m üxtəlif  məntəqələrində  qanlı  aksiyalar  tö­

rətmiş  erməni  terror  təşkilatlarının  adlarına  və  fəaliyyətinə 

qısa  nəzər  salaq:

«Armenakan»  partiyası:  1885-ci  ildə  yaradılıb.  Türkiyənin 

Van,  Muş,  Bitlis,  Trabzon  bölgələrində  və  İstanbulda  silahlı 

toqquşmalar və terror aktları  törədən  bu  partiya  İran  və  Rusiya­

da  yaşayan  ermənilərlə  əməkdaşlıqda  olub.



«Qnçak»  partiyası:  1887-ci  ildə  Cenevrədə  yaradılıb.  Qu­

rumun  əsas  məqsədi  Türkiyənin  Anadolu  bölgəsini  «Rus  və 

İran  Ermənistanları»  adlandırdıqları  əraziləri  birləşdirməklə 

«Böyük  Ermənistan»  dövləti  yaratmaqdır.  Partiyanın  proqra-

334


minin  4-cü  bəndində  göstərilir:  «Qarşıya  qoyulmuş  məqsədə 

çatmaq  üçün  təbliğat,  təşviqat,  terrorizm  və  dağıdıcı  təşkilat 

yaradılması  metodu  seçilməlidir».

«Erməni  «soyqırımı»nın  intiqamçıları»  qrupu:  1973-cü  ildə 

«Daşnaksütyun»  partiyası  tərəfindən  yaradılan  bu  terror  qrupu 

1980-1982-ci  illər  ərzində  Avstriya,  Danimarka  və  Portuqa­

liyada  türk  diplomatlarını  qətlə  yetirib;  məxfi  terror  qrupu  Dro 

və  onun  bölmələri:  Dro-8,  Dro-88,  Dro-888,  Dro-8888.  Daş­

nakların  bu  istiqamətdə  fəaliyyəti  davam  edir.



«Ermənistanın  azadlığı  uğrunda  erməni  gizli  ordusu» 

(ASALA):  1975-ci  ildə  yaradılan  təşkilatın  qərargahı  Beyrutda, 

təlim-məşq  bazaları  isə  Suriyada  yerləşir.  Təşkilatın  məqsədi 

Şərqi  Türkiyə,  Şimali  İran  və  Azərbaycanın  Naxçıvan  və  Dağ­

ıq  Qarabağ  əraziləri  üzərində  «Böyük  Ermənistan»  qurmaqdır. 

ASALA,  əsasən,  Türkiyə  və  Azərbaycan  vətəndaşlarına  qar­

şı  terror  aktları  həyata  keçirir.  Təşkilatın  «Əbu  Nidal»,  «Qara 

sentyabr»  kimi  terror  qrupları  ilə  əməkdaşlıq  etməsində  əsas 

fiqurlardan  biri  ASALA-nın  lideri  Akop Akopyan  olmuşdur.  Afi­

nada  1980-ci  ildə  qətlə  yetirilmiş  türk  səfirinin  ölümünə  görə 

məsuliyyəti  öz  üzərinə  götürmüş  A.Akopyan  1  avqust  1980-ci 

il  tarixdə  «Nyu-York  Tayms»  qəzetinə  verdiyi  müsahibədə  bil­

dirmişdir:  «Bizim  düşmənlərimiz  türk  rejimi,  NATO  və  bizlə 

əməkdaşlıq  etməyən  ermənilərdir».

ASALA  1980-ci  ilin  aprelində  PKK  ilə  birgə  terror  aksiya- 

arının  keçirilməsinə  dair  razılığa  gəlmiş  və  bu  niyyətini  Li­

vanda  rəsmiləşdirmişlər.  Terrorçu  təşkilat  Beyrut  şəhərində  28 

avqust  1993-cü  ildə  açıqladığı  bəyanatında  «Pantürkist  neft 

borusu»  -   Bakı—TbiIisi—Ceyhan  ilə  bağlı  layihələrinin  həyata 

keçirilməsinə  imkan  verməyəcəyini  bəyan  etmişdir.

«Geqaron»:  2001-ci  ilin  fevralında  ASALA  tərəfindən  yara­

dılmışdır.  Məqsəd  Cənubi  Qafqaz  və  Orta  Asiya  ərazilərində 

türk  mənşəli  siyasi  lider,  diplomat  və  biznesmenlərə  qarşı  ter­

ror  aktlarının  keçirilməsidir.

335


«Orli  qrupu»:  1981-ci  ildə  Fransada  yaşayan  erməni 

gəncləri  tərəfindən  yaradılıb.  Təşkilat  1987-ci  ilədək  dünya­

nın  müxtəlif  hava  limanlarında  10-dan  artıq  terror  aktı  həyata 

keçirib.


«Erməni  soyqırımı  ədalət  komandosları»:  1972-ci  ildə  Vya- 

nada  «Daşnaksütyun»  partiyasının  qurultayı  zamanı  yaradılıb. 

«Erməni  soyqırımı  ədalət  komandoslarunın  məqsədi  erməni 

əsilli  gənc  Livan  vətəndaşlarını  hərbi  birləşmələrdə  cəmləş­

dirmək,  türklər  və  azərbaycanlılara  qarşı  qanlı  terror  aksiyaları 

təşkil  etməkdir.



«Erməni  birliyi»:  1988-ci  ildə  Moskvada  yaradılmışdır. ASA- 

LA  ilə  sıx  əlaqələri  vardır,  keçmiş  sovet  məkanında  terrorçula­

rın  fəaliyyəti  üçün  onları  saxta  sənədlərlə  təmin  edir.  Dağlıq 

Qarabağa  silah  və  muzdluların  ötürülməsində  iştirak  edir.



«Demokratik  cəbhə»:  ABŞ,  Kanada  və  Qərbi  Avropada  fəa­

liyyət  göstərir.  Başlıca  məqsədi  Türkiyə  dövlətinin  parçalan­

masıdır.

«Apostol»:  2001-ci  il  aprel  ayının  29-da  Ermənistan  Müda­

fiə  Birliyi  tərəfindən  yaradılmışdır.  Təşkilatın  məqsədi  Türkiyə 

və  Azərbaycan  ərazilərində  terror  aktları  həyata  keçirməkdir.

Erməni  terrorçuları  tarixdə  ən  böyük  cinayətləri  məhz  Azər­

baycan  xalqına  qarşı  törədiblər.  Azərbaycanın  Dağlıq  Qarabağ 

bölgəsi  və  onun  ətrafındakı  7  rayonun  işğalı  zamanı  kütləvi 

vahimə  yaratmaq,  çoxlu  insan  tələfatına  nail  olmaq  məqsədi 

ilə  Ermənistanın  xüsusi  xidmət  orqanları  hərbi  əməliyyatların 

getdiyi  ərazilərdən  xeyli  uzaqda,  dinc  azərbaycanlı  əhalinin 

yaşadığı  məntəqələrdə terror aktları  təşkil  etmiş,  nəticədə  min­

lərlə  günahsız  insan  həlak  olmuşdur.

Ermənilərin  azərbaycanlılara  qarşı  sərnişin  avtobuslarında

yük  və  sərnişin  qatarlarında,  hava  yollarında,  Bakı  Metro­

politenində>,  mülki  şəxslərə  və  hərbiçilərə,  mülki  və  dövlət 

obyektlərinə  qarşi  törətdikləri  terror  aktlarının  siyahısı  bunu 

bir  daha  təsdiqləyir:

336


-   1984-cü  ildə  Bakı  şəhərində  106  saylı  marşrut  avtobusu 

erməni  terrorçusu  Vartanov tərəfindən  partladılmış,  nəticədə  1 

qadın  həlak  olmuş  və  3  nəfər  yaralanmışdır.

-   16  sentyabr  1989-cu  il  -  Tbilisi-Bakı  marşrutu  ilə  hərəkət 

edən  sərnişin  avtobusu  partladılmış,  5  nəfər  həlak  olmuş,  25 

nəfər  yaralanmışdır.

-   13  fevral  1990-cı  il  tarixdə  Yevlax-Laçın  avtomagistralının 

105-ci  kilometrliyində  Şuşa-Bakı  marşrutu  ilə  hərəkət  edən 

avtobus  partladılmış,  13  nəfər  azərbaycanlı  yaralanmışdır.  Ter­

rorçuları  həbs  etmək  mümkün  olmamışdır.

-   11  iyul  1990-cı  il  tarixdə  Tərtərdən  Kəlbəcərə  sərni­

şin  aparan  avtobus  və  xalq  təsərrüfatı  malları  daşıyan  maşın 

karvanına  qarşı  ermənilər  tərəfindən  terror  aksiyası  keçirilmiş, 

nəticədə  1  qadın,  7  kişi  qətlə  yetirilmiş,  23  nəfər  isə  ağır  ya­

ralanmışdır  (cinayət  işi  44/33013).  İstintaq  zamanı  müəyyən 

edilmişdir  ki,  terror  aksiyasını  Xankəndi  şəhər  sakinləri,  «Na­

poleon»  ləqəbli  Ayriyan  Arkadi  Abramoviç  və  Babayan  Sam­

vel  Andronikoviç  törətmişlər.  Onlar  1990-cı  il  dekabrın  15-də 

Əsgəran  rayonunun  Cəmi 11 i  və  Kosalar  kəndi  arasında  3  nəfər 

azərbaycanlı  kəndlisini  qətlə yetirmişlər.  Hər 2  cinayətkar həbs 

olunmuş,  1992-ci  il  iyunun  19-da  ölüm  hökmünə  məhkum 

edilmişlər.  S.Babayan  1992-ci  ilin  iyulunda  azərbaycanlı  gi­

rov  və  əsirlərlə  dəyişdirilmişdir  (1993-99-cu  illərdə  qondarma 

DQR-in  müdafiə  naziri  olmuş,  hazırda  prezident A.Qukasyana 

qarşı  sui-qəsddə  təqsirli  bilinir).

-   10  avqust  1990-cı  ildə  Şamxor-Gəncə  avtomobil  yolunda 

Xanlar  rayonunun  Nadel  kəndi  yaxınlığında  «LAZ»  markalı  43- 

80  AQF  nömrəli  avtobus  partladılmış,  nəticədə  17  nəfər  həlak 

olmuş,  16  nəfər  yaralanmışdır.

-   10  avqust  1990-cı  il  -   Tbilisi-Ağdam  marşrutu  ilə  hərə­

kət  edən  sərnişin  avtobusu  partladılmış,  20  nəfər  həlak  olmuş, 

30  nəfər  yaralanmışdır.  Cinayəti  törətmiş  erməni  terrorçuları 

Armen  Mixayloviç  Avanesyan  və  Mixail  Mixayloviç  Tatevo-

337


sov  həbs  olunmuş,  1992-ci  ilin  mayında  A.Avanesyan  ölüm 

cəzasına  məhkum  edilmiş,  M.Tatevosov  isə  15  il  azadlıqdan 

məhrum  edilmişdir.  İstintaq  zamanı  məlum  olmuşdur  ki,  ci­

nayətkarlar  1991-ci  il  iyulun  17-də  Ağdam-Tbilisi  marşrutu 

ilə  hərəkət  edən  sərnişin  avtobusunu  da  partlatmağı  planlaş­

dırmış,  lakin  özlərindən  asılı  olmayan  səbəblərdən  aksiyanı 

həyata  keçirə  bilməmişlər.  M.Tatevosov  1992-ci  ilin  may  ayın­

da  Tərtər  rayonunda  azərbaycanlı  girovlarla  dəyişdirilmişdir.

-   30  noyabr  1990-cı  ildə  Əsgəran  rayonundakı  Ağa  Körpü 

adlanan  ərazidə  DİN  əməkdaşlarını  Şuşadan  Xankəndi  aero­

portuna  aparan  avtobus  partladılmış,  nəticədə  2  milis  işçisi 

yaralanmışdır.

-   14  mart  1991-ci  ildə  Ağdam-Şuşa  marşrutu  üzrə  hərəkət 

edən  avtobus  partladılmış,  3  nəfər  həlak  olmuş,  4  nəfər  yara­

lanmışdır.

-   8  sentyabr  1991-ci  il  tarixdə  Ağdam-Qaradağlı  marşrutu 

ilə  işləyən  avtobusun  partladılması  nəticəsində  6  nəfər  ölmüş, 

36  nəfər  yaralanmışdır.

-   Qaradağlı  kəndinin  77  nəfər  mülki  sakini  terror  qurbanı 

olmuşdur;  həmin  tarixdə  ermənilər  Qaradağlı  kəndində  3  nə­

fər  kənd  sakininin  üzərinə  dizel  yanacağı  tökərək  yandırmış, 

iki  nəfər  kənd  sakininin  başını  kəsmişlər.



Həlak  olanlar:  68  nəfər  (əsasən  qadınlar,  uşaqlar,  qocalar)

Yaralananlar:  132  nəfər

Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin