Soyqirimi: tarixin qanlı salnaməsi


Qarabağ  münaqişəsi  dövründə



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

Qarabağ  münaqişəsi  dövründə 

əsir,  girov  və  itkin  düşmüşlər

Əsir  və  itkin  düşmüş,  girov  götürülmüş  vətəndaşlar­

la  əlaqədar  Dövlət  Komissiyasında  4.841  Azərbaycan 

vətəndaşı  münaqişə  zonasında  itkin  düşmüş  şəxs  kimi 

qeydiyyata  alınmışdır.

Onlardan  54  nəfəri  uşaq,  321  nəfəri  qadın,  409  nəfəri  qo­

calardır  (01.04.2005-ci  il  tarixə  olan  statistikaya  görə).  1988- 

2005-ci  illərdə  1.368  Azərbaycan  vətəndaşı  erməni  əsirliyin­

dən  azad  edilmişdir.  Bunlardan  169  nəfəri  uşaq,  338  nəfəri 

qadın,  286  nəfəri  qocalardır.

Təkzibolunmaz  faktlar  göstərir  ki,  itkin  düşmüş  4.844  və­

təndaşdan  ən  azı  783  nəfər  (18  nəfər  uşaq,  46  nəfər qadın,  69 

nəfər  qoca)  ermənilər tərəfindən  əsir,  yaxud  girov  götürülmüş, 

lakin  bu  faktlar  beynəlxalq  təşkilatlar,  o  cümlədən  Beynəlxalq 

Qırmızı  Xaç  Komitəsindən  (BQXK)  gizlədilmişdir.  Həmin  şəxs­

lərin  siyahısı  erməni  əsirliyindən  qayıtmış  vətəndaşlarımızın 

və  digər  mənbələrin  şahid  ifadələri  əsasında  tərtib  edilmişdir.

Əsir  və  girov  götürülmüş  şəxslərin  azad  edilməsi,  itkin 

düşmüş  şəxslərin  axtarışı  üzrə  Almaniya,  Rusiya  və  Gürcüsta­

nın  hüquq  müdafiəçilərindən  ibarət  Beynəlxalq  işçi  qrupu  və 

BQXK  bu  şəxslərdən  bir qisminin  həqiqətən  də əsir götürülmə­

si  və  sonrakı  taleləri  barədə  məlumatların  gizlədilməsinə  dair 

faktları  təsdiq  edirlər.

Azərbaycan  tərəfinə  daxil  olan  məlumatlar göstərir  ki,  qeyd 

olunan  siyahıdakı  şəxslərin  böyük  əksəriyyəti  erməni  əsirli­

yində  öldürülmüş,  yaxud  işgəncə  və  xəstəliklərdən  vəfat  et­

miş,  az  bir  hissəsi  isə  indi  də  gizlədilərək  Ermənistanda  və 

işğal  olunmuş  ərazilərdə  ağır  fiziki  işlərdə  qul  kimi  istifadə 

olunurlar.

269


20  Yanvar  faciəsi

Süquta  məhkum  olmuş  sovet  rejimi  özünün  son 

günlərində  bütün  mövcudiyyəti  ərzində  törətmiş  ol­

duğu  cinayətlər  sırasına  misli  görünməmiş  bir  faciəni 

də  əlavə  etdi.  1990-cı  il  yanvarın  19-dan  20-nə  keçən 

gecə  Bakı  şəhərinə  yeridilən  Sovet  ordusu  hissələri 

Ermənistanın  respublikamıza  qarşı  ərazi  iddialarının 

SSRİ  rəhbərliyi  tərəfindən  açıq-aşkar  dəstəklənməsinə 

və  Azərbaycanın  o  zamankı  rəhbərliyinin  xəyanətkar 

siyasətinə  etiraz  əlaməti  olaraq  ayağa  qalxmış  xalqımı­

za  vəhşicəsinə  divan  tutdu.

Faciəyə  gedən  yol

Faciəyə  gedən  yolun  başlanğıcı  onun  törədilməsindən  xey­

li  müddət  əvvələ,  SSRİ  rəhbərliyinə  M.Qorbaçovun  gəlişi  ilə 

başlamışdı.  Qorbaçovun  simasında  daim  Azərbaycana  qarşı 

məkrli,  xəyanətkar  mövqe  tutmuş  ermənilər  özlərinə  yaxın  hi­

mayədar tapmışdılar.  Əlbəttə,  nə  qədər  ki  Heydər  Əliyev  SSRİ 

rəhbərliyində təmsil  olunmuşdu,  ermənilər Azərbaycanla  bağlı 

bədnam  niyyətlərini  həyata  keçirə  bilmirdilər.  Çünki  Heydər 

Əliyevin  Siyasi  Büroda  olması  ermənilərə  və  Qorbaçova Azər­

baycanla  bağlı  planların  reallaşmasına,  o  cümlədən  Qarabağ 

münaqişəsinin  törədilməsinə  imkan  vermirdi.  Elə  buna  görə 

də  Qarabağ  məsələsinin  Heydər  Əliyev  Siyasi  Bürodan  istefa 

verdikdən  cəmi  15  gün  sonra  ortaya  çıxması  təsadüfi  sayılma­

malıdır.  O  vaxt  Qorbaçovun  ən  yaxın  adamı,  iqtisadi  məsələ­

lər üzrə  müşaviri,  milliyyətcə erməni  olan  Aqanbekyan  Parisdə 

keçirdiyi  mətbuat  konfransında  Dağlıq  Qarabağın  Ermənistana 

verilməsi  iddiasını  irəli  sürmüş,  «Humanite»  qəzetindəki  bəya­

natında  Dağlıq  Qarabağın  Azərbaycanın-tərkibindən  çıxarılıb 

Ermənistana  verilməsinə  dair  Moskvanın  razılığını  bildirmişdi.

270


SSRİ  rəhbərliyinin  Dağlıq  Qarabağın  Ermənistana  ve­

rilməsinə  dair  razılığının  olduğu  1988-ci  ilin  əvvəllərində 

M.Qorbaçovun  Silva  Kaputikyan  başda  olmaqla,  bir  qrup  şo­

vinist  erməni  ilə  görüşü  zamanı  da  üzə  çıxdı.  Bunun  ardınca 

Xankəndidə,  Yerevanda  antiazərbaycan  və  antitürk  ruhlu  mi­

tinqlər  genişləndi.

Məhz  bundan  sonra  erməni  «Qarabağ  Komitəsi»,  onun 

Dağlıq  Qarabağ  Muxtar  Vilayətindəki  separatçı-terrorçu  təş­

kilatı  «Krunk»  gizli  fəaliyyətlərinə  son  qoyaraq  açıq  şəkildə 

niyyətlərini  bəyan  etməyə,  Azərbaycana  qarşı  ərazi  iddiaları 

səsləndirməyə  başladı.  Bunun  nəticəsi  olaraq  ermənilər  tərə­

findən  «Miatsum»  adlanan  hərəkat  da  formalaşdırıldı.

Bütün  bunlar  1988-ci  ilin  fevralından  etibarən  hadisələrin 

daha gərgin  və  aqressiv  məcrada  inkişafı  ilə  nəticələndi.  Məhz 

həmin  dövrdə  həm  Dağlıq  Qarabağda,  həm  də  Yerevanda 

Azərbaycan  torpaqlarının  Ermənistana  birləşdirilməsi  tələbi  ilə 

silsilə  mitinqlər  başladı.  SSRİ  rəhbərliyi  tərəfindən  heç  bir  cid­

di  müqavimət  görməyən  və  bundan  daha  da  ruhlanan  erməni­

lər  Dağlıq  Qarabağ  Muxtar Vilayəti  Sovetinin  vilayətin  statusu­

na  baxılması  haqqında  Azərbaycan  SSR  Ali  Sovetinə  müraciət 

qəbul  etməsinə  nail  oldular.

Azərbaycanın  o  vaxtkı  rəhbərliyi  hadisələrə  fəal  müdaxilə 

etmək  əvəzinə  Kremldən  gələn  əmrlər  əsasında  hərəkət  edir, 

xalqın  taleyinə  biganə  yanaşmağa  üstünlük  verirdi.  Kreml  isə 

həm  Azərbaycana  göndərdyi  emissarlar,  həm  də  ölkənin  qə­

tiyyətsiz  rəhbərliyi  vasitəsilə  Azərbaycana  qarşı  daha  məkrli 

ssenarilər  hazırlamaqda  idi.  Erməni  təxribatçılarının  da  hazır­

lanmasında  yaxından  iştirak  etdiyi  bu  ssenarinin  əsas  hədəflə­

rindən  biri  Azərbaycanda  ermənilərə  qarşı  dözümsüz  müna­

sibətin  formalaşmasına  dair  görüntülər  yaratmaq  idi.  Elə  bu 

məqsədlə  də  1988-ci  ilin  fevralında  məlum  Sumqayıt  hadisə­

ləri  törədildi.

---------  

271 


---------

M üxtəlif  millətlərin  nümayəndələrinin  yaşadığı  sənaye  şə­

həri  olan  Sumqayıtda  iğtişaşlar  yaratmaq  artıq  siyasi  dünya­

nın  yeni  səviyyədə  gündəminə  gətirilmiş  «Böyük  Ermənistan» 

xülyasının  gerçəkləşdirilməsi  üçün  ermənilərə  çox  lazım  idi. 

Lakin  bu  məsələdə  sovet  DTK-sının  da  özünəməxsus  rolu 

oldu.  Beləliklə,  əvvəlcədən  planlaşdırılmış  Sumqayıt  olayla­

rı  törədildi  və  o  dövrdə  Azərbaycanda  hakimiyyətdə  olanlar 

SSRİ  rəhbərliyinin,  ermənilərin  niyyətini,  qlobal  hadisələrin 

mahiyyətini  axıra  kimi  dərk  etmək  iqtidarında  olmadıqlarından 

qanlı  hadisələrin  yaşanmasının  qarşısını  almaq  üçün  müvafiq 

addımlar  atılmasında  acizlik  nümayiş  etdirdilər.  Sumqayıt  ha­

disələrinin  əvvəlcədən  hazırlandığını  o  da  sübuta  yetirir  ki, 

olaylar  baş  verən  yerlərdə  öncədən  çoxlu  tele-fotooperatorlar, 

jurnalistlər  yerləşdirilmişdi.  Bunun  nəticəsində  düşünülmüş, 

ssnearisi  əvvəlcədən  cızılmış  Sumqayıt  hadisələri  saxtakarlıq­

larla,  uydurmalarla  dünyaya  yayıldı.  Bundan  sonra  ermənilər 

Ermənistanda  və  Dağlıq  Qarabağda  belə  bir  əhval  yaratdılar 

ki,  artıq  azərbaycanlılarla  ermənilər  bir  yerdə  yaşaya  bilməz­

lər.  Bunun  nəticəsi  olaraq  indiki  Ermənistanın  yarandığı  əzəli 

Azərbaycan  torpaqlarında  yaşayan  250  min  soydaşımız  1988- 

ci  ilin  sonuna  kimi  qətlə  yetirilməklə,  əmlakları  talan  olun­

maqla  ən  qəddar  formada  deportasiya  olundular.

Dağlıq  Qarabağda  da  vəziyyət  getdikcə  gərginləşirdi  və 

bu  işdə  yenə  əsas  rol  oynayan  tərəflərdən  biri  Azərbaycan 

rəhbərliyinin  acizliyindən  istifadə  edərək  hadisələri  istədiyi 

kimi  istiqamətləndirən  SSRİ  rəhbərliyi  idi.  Bütün  bunlara  qar­

şı  Azərbaycan  rəhbərliyi  tərəfindən  heç  bir  qətiyyətli  addım 

atılmadı.  M.Qorbaçov  isə  tədbir  görmək  əvəzinə  DQMV-nin 

sosial-iqtisadi  inkişafının  geridə  qalması  barədə  ermənilərin 

uydurduqları  yalanı  müdafiə  edərək  İttifaq  büdcəsindən  oraya 

400  min  rubl  vəsait  ayrılmasına  göstəriş  verdi.  1988-ci  il  iyu­

nun  15-də  Ermənistan  SSR  Ali  Soveti  DQMV-nin  Ermənistana 

birləşdirilməsi  haqqında  qərar  qəbul  etdi.  İyul  ayında  SSRİ  Ali

272


Soveti  Rəyasət  Heyətinin  sessiyasında  Dağlıq  Qarabağ  məsə­

ləsi  müzakirə  edilən  zaman  Azərbaycandan  olan  deputatlarla 

yanaşı,  qanunazidd  olaraq  Ermənistandan  olan  deputatlar eyni 

hüquqda  orada  iştirak  etdilər.  Bu  isə  Qorbaçov və  onun  ətrafı­

nın  Ermənistan  üçün  yaratdığı  yeni  imkan  demək  idi.

İttifaq  rəhbərliyinin  Azərbaycan  xalqına  qarşı  ən  böyük  xə­

yanəti  özünü  növbəti  dəfə  1989-cu  ilin  yanvarında  göstərdi. 

Belə  ki,  həmin  il  yanvarın  12-də  «Azərbaycan  SSR-in  Dağlıq 

Qarabağ  Muxtar  Vilayətində  xüsusi  idarəçilik  formasının  tət­

biqi  haqqında»  SSRİ  Ali  Soveti  qərar  qəbul  etdi  və  bu,  ermə­

nilərin  istəyinə  tam  uyğun  idi.  Çünki  DQMV-də  xüsusi  idarə­

çilik  forması  tətbiq  edildiyi  ilk  gündən  birbaşa  Moskvaya  tabe 

olan  ermənipərəst  A.Volski  burada  yaşayan  bütün  azərbay­

canlı  soydaşlarımızın  çıxarılmasına  nail  oldu.  Qısa  müddət­

də  50  min  nəfər  azərbaycanlı  DQMV-dən  qovuldu.  Halbuki 

Azərbaycanın  o  dövrkü  siyasi  rəhbərliyi  sözügedən  idarənin 

yaranmasını  böyük  uğur  kimi  qiymətləndirir və  bu  idarəyə  çox 

böyük  ümidlər  bəsləyirdi.  Yalnız  xalq  hərəkatının  təsiri  altında 

1989-cu  il  noyabrın  28-də  vilayətin  idarəsi  mərkəzin  nəzarə­

ti  altında  olan  Azərbaycan  SSR  Təşkilat  Komitəsinə  tapşırıldı. 

Təşkilat  komitəsinin  sədri  təyin  edilən  V.Polyaniçko,  əslində, 

öz  sələfinin  siyasətini  davam  etdirir  və  azərbaycanlılar  sıxış- 

dırılırdı.

Ümumiyyətlə,  20  Yanvar  hadisəsinə  qədər  SSRİ  və  respub­

lika  rəhbərliyinin  çıxardığı  qərar  və  fərmanların  heç  birində 

Azərbaycanın  xeyrinə  bircə  maddə  belə  olmadı.  Bir  tərəfdən 

Azərbaycan  xalqını  sakitləşdirməyə  yönələn  addımlar  atılır, 

digər  tərəfdən  isə  respublikanın  suverenliyinə,  ərazi  bütövlü­

yünə  xələl  gətirən  qərarlar  qəbul  olunurdu.  Bu,  Ermənistanın 

SSRİ  rəhbərliyi  tərəfindən  ən  yüksək  səviyyədə  müdafiə  olun­

duğunu  göstərirdi.

1989-cu  ilin  noyabrından  səbir  kasası  dolmuş  xalq  Bakı­

nın  mərkəzi  meydanında  mitinqlərə  başladı.  Yanvarın  18-də

273


Bakıda  və  Azərbaycanın  11  rayonunda  keçirilən  izdihamlı 

mitinqlərdə  ümumi  tətilin  başlandığı  elan  edildi.  Lakin  geniş­

lənməkdə  olan  xalq  hərəkatına  ilk  dövrlərdə  səriştəsiz  rəh­

bərlik,  edilən  xəyanətkarlıq  ölkəni  daha  ağır  vəziyyətə  salırdı. 

Bununla  belə,  Dağlıq  Qarabağın  Azərbaycandan  qoparılaraq 

Ermənistana  verilməsinə  şərait  yaradan  Qorbaçov  hakimiyyəti 

ölkədə  genişlənən  milli-azadlıq  hərəkatının  boğulması  üçün 

müxtəlif vasitələr  üzərində  baş  sındırırdı.

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  bi­

rinci  katibi  Ə.Vəzirov  isə  Moskvanın  marionetkası  olaraq  həm 

Dağlıq  Qarabağın  ermənilərin  əlinə  keçməsinin  qarşısını  al­

maq,  həm  də  ölkədəki  vəziyyəti  sabitləşdirmək  üçün  heç  nə 

edə  bilmirdi.  Əksinə,  özünün  səhv  addımları,  yarıtmaz  iş  üslu­

bu,  yanlış  siyasi  manevrləri  ilə  xalqla  öz  arasında  uçurumu 

daha  da  dərinləşdirirdi.  Elə  buna  görə  də  Bakıda  və  Azərbay­

canın  digər  şəhər  və  rayonlarında  aylarla  davam  edən  mi­

tinqlərdə  dəfələrlə  Azərbaycanın  partiya  rəhbərlərinin  istefası 

tələbi  irəli  sürülmüşdü.  Təəssüf  ki,  bu  dövrdə  xalq  hərəkatına 

rəhbərlik  edənlər  də  böyük  səriştəsizlik  nümayiş  etdirir,  çox 

vaxt  DTK-nın  istədiyi  ssenarilərə  uyğun  hərəkət  edirdilər.

1989-cu  ilin  sonu,  1990-cı  ilin  yanvarında  Azərbaycanda 

ictimai-siyasi  vəziyyət xeyli  kəskinləşdi,  qarşıdurma dərinləşdi, 

mövcud  iqtidarın  hadisələrə  nəzarəti  son  dərəcədə  zəiflədi. 

SSRİ  rəhbərliyi  isə  Azərbaycanı  növbəti  dəfə  cəzalandırmaq 

üçün  Sumqayıt  ssenarisinə  uyğun  təxribatlara  start verdi.  Milli- 

azadlıq  hərəkatının  mərkəzi  olan  Bakıda  ilk  olaraq  yerli  milis 

tərksilah  edildi,  mərkəzdən  isə  daxili  qoşun  hissələri  şəhərə 

gətirildi.  Yanvarın  13-də  Bakıda  bir  erməninin  iki  azərbaycan­

lını  öldürməsi  fitnəkarlıqlar  üçün  əsas  oldu  və  iki  gün  ərzində 

Bakıda  süni  şəkildə  erməni  talanı  təşkil  edildi.  Mərkəz  tərə­

findən  düşünülmüş  və  taktiki  baxımdan  hərtərəfli  hazırlanmış 

bu  məkrli  plan  hazır ssenari  üzrə  aparıldı.  Elə  bu  səbəbdən  də 

ayrı-ayrı  dəstələrin  əməllərinin  qarşısını  almaq  üçün  ali  haki­

274


miyyət  və  hüquq-mühafizə  orqanları  tərəfindən  heç  bir  tədbir 

görülmədi.  Halbuki  Bakıda  SSRİ  Daxili  İşlər  Nazirliyinin  12 

min  nəfərlik silahlı  qüvvəsi  var  idi.  Bu  dövrdə  ölkəyə  rəhbərlik 

edən  Vəzirov  isə  yaranan  vəziyyətdən  istifadə  edərək  sovet 

qoşunlarının  müdaxiləsinə  şərait  yaratmağa,  bununla  həm  də 

xalq  hərəkatını  boğmağa  çalışırdı.

Yanvarın  14-də  Azərbaycan  KP  MK-nın  bürosunda  vəziyyət 

müzakirə  olundu  və  Vəzirovun  təkidi  ilə  çağırılan  Azərbaycan 

SSR  Ali  Sovetinin  sessiyasında  DQMV-də  və  zəruri  olarsa,  ona 

bitişik  rayonlarda,  eləcə  də  sərhəd  boyunca  fövqəladə  vəziy­

yət  elan  edilməsi,  lazım  gələrsə,  mərkəzdən  kömək  göstəril­

məsi  haqqında  qərar  qəbul  olundu.  Azərbaycan  SSR  Ali  So­

veti  Rəyasət  Heyətinin  müraciəti  ilə  SSRİ  Ali  Sovetinin  Rəyasət 

Heyəti  yanvarın  15-də  «Dağlıq  Qarabağ  və  bəzi  başqa  rayon­

larda fövqəladə  vəziyyət elan  olunması  haqqında»  fərman  ver­

di.  Həmçinin  SSRİ  Ali  Soveti  Bakı,  Gəncə  şəhərlərində,  eləcə 

də  başqa  yaşayış  məntəqələrində  qadağan  saatlarının  tətbiq 

edilməsi  və  digər  zəruri  tədbirlər  görülməsini  Azərbaycan  SSR 

Ali  Sovetinə  təklif etdi.

Müdhiş  gecə

Bu  dövrdə  mərkəzdən  Azərbaycana,  xüsusən  də  Bakı  ətra­

fına  əlavə  qoşun  hissələri  və  hərbi  texnika  gətirilməsi  prose­

si  davam  edirdi.  Əslində,  bu,  Bakıya  qoşun  yeridilməsi  üçün 

ilkin  hazırlıqdan  başqa  bir  şey  deyildi.  Xalq  hərəkatına  rəh­

bərlik  edənlər,  o  cümlədən  Xalq  Cəbhəsinin  təmsilçiləri  isə 

vəziyyəti  düzgün  qiymətləndirmək  əvəzinə  şəhərin  ətrafında, 

o  cümlədən  Bakı  qarnizonu  ətrafında  sədlər,  barrikadalar  ya­

ratmağa  başladı.  Yük  və  minik  maşınları,  avtobus  və  trolley­

buslardan,  eləcə  də  başqa  vasitələrdən  barrikadalar  quruldu, 

piketlər  düzəldildi.  Lakin  20  Yanvarda  bu  düzgün  olmayan 

taktika  çoxlu  sayda  dinc  əhalinin  qırılmasına,  yaralanmasına 

səbəb  oldu.

275


Yanvar  hadisələri  ərəfəsində  Moskva  SSR  Ali  Soveti  İttifaq 

Sovetinin  sədri  Y.Primakovu  və  Sov.İKP  MK  katibi  Girenkonu 

Bakıya  göndərdi.  Lakin  onların  AXC-nin  radikal  və  liberal  qa­

nadları  ilə  görüşüb  apardıqları  danışıqlar  heç  bir  nəticə vermə­

di.  Yanvarın  17-də  Azərbaycan  KP  MK  binası  qarşısında  böyük 

mitinq  başlandı  və  üç  gün  davam  etdi.  Mitinqdə  Ermənistanın 

Azərbaycana  qarşı  ərazi  iddialarına  son  qoyulması,  Bakı  ətrafı­

na  yığılmış  qoşunların  Dağlıq  Qarabağa  göndərilməsi,  respub­

lika  rəhbərliyinin  istefası  və  digər  tələblər  irəli  sürüldü.

Sovet  rəhbərliyi  isə  Azərbaycan  xalqının  müstəqillik  uğ- 

runda  apardığı  mübarizənin  qarşısını  almaq,  milli-azadlıq  hə­

rəkatına  zərbə  vurmaq,  habelə  digər  müttəfiq  respublikalara 

dərs  vermək  üçün  1990-cı  il  yanvarın  19-da  «Bakı  şəhərində 

fövqəladə  vəziyyətin  tətbiq  edilməsi  haqqında»  fərman  imza­

ladı.  Halbuki  bununla  Qorbaçov  SSRİ  Konstitusiyasının  119- 

cu,  Azərbaycan  SSR  Konstitusiyasının  71-ci  maddələrini  kobud 

şəkildə  pozurdu.

Digər  tərəfdən,  bu  fərmanın  tətbiqi  barədə  əhaliyə  xəbər 

verilməmişdi.  Xalqdan  fərqli  olaraq,  respublika  rəhbərliyi  yan­

varın  20-nə  keçən  gecə  Bakıya  ordu  yeridiləcəyindən  xəbər­

dar  idi.  Həmin  günlər  güman  edilirdi  ki,  ölkə  rəhbərliyinin  is­

tefa  verməsi  gərginliyi  nisbətən  azaldar,  adamlar  barrikadaları 

tərk edərək dağılardılar.  Lakin  bunun  əksinə olaraq  axşam  çağı 

boş  küçələrdə  üstünə  səsgücləndirici  quraşdırılmış  maşınlar- 

dakı  insanlar  xalqı  piketlərə  səsləyirdilər.

Yanvarın 

19-dan 

20-nə 


keçən 

gecə 


SSRİ 

rəhbəri 


M.Qorbaçovun  göstərişi  və  Azərbaycanın  o  zamankı  maymaq 

rəhbərlərinin  razılığı  ilə  Bakıya  qoşun  yeridildi.  Azərbaycam 

informasiya  blokadasına  almaq  və  xalqın  haqq  səsini  boğmaq 

üçün  SSRİ  DTK-nın  «Alfa»  qrupu  respublika  televiziyasının 

enerji  blokunu  yanvarın  19-da  partlatdı.  Televiziya  susdurul­

du,  kütləvi  informasiya  vasitələri  üzərinə,-qəzet  və  jurnalların 

nəşrinə  qadağalar  qoyuldu.  Beləliklə,  Azərbaycan  tam  şəkildə

276


blokadaya  düşdü,  əhali  hər  hansı  bir  məlumat  almaq  mənbə­

yindən  məhrum  oldu.

Bakıya  qoşun  yeridiləndə  isə  tanklardan,  zirehli  transport- 

yorlardan,  piyadaların  döyüş  maşınlarından  istifadə  edildi. 

Zirehli  texnikanın  üstündə  nömrələr  yox  idi.  Qırmızı  Bayraq 

ordenli  Xəzər  Hərbi  Donanmasının  gəmilərindən  desant  çıxa­

rılmışdı.  Tanklar  və  ZTR-lər  Bakı  küçələrində  qarşılarına  çıxan 

hər  şeyi  əzir,  hərbçilər  hər  yanı  amansız  atəşə  tuturdular.  İn­

sanlar  nəinki  küçələrdə,  hətta  avtobusda  gedərkən,  öz  mən­

zillərində  oturduqları  yerdə  güllələrə  tuş  gəlirdilər.  Yaralıları 

aparmağa  gələn  təcili  yardım  maşınlarını  və  tibb  işçilərini  də 

atəşə  tuturdular.

SSRİ  Müdafiə  Nazirliyinin,  DİN  və  DTK-nın  hazırlayıb  həya­

ta  keçirdiyi  «Udar»  («Zərbə»)  adlı  əməliyyatda  əsas  rolu  xüsusi 

təyinatlı  «Alfa»  və  SSRİ  DTK-nın  «A»  təxribat  qrupları  oyna­

yırdı.  Sonradan  isə  məlum  oldu  ki,  Bakıya  hücum  çəkib  qırğın 

törədən  hərbi  hissələrin  şəxsi  heyəti  arasında  cinayətkarlar  və 

ermənilər  də  olub.  Beləliklə,  sovet  qoşunlarının  təcavüzü  nə­

ticəsində  təkcə  Bakı  şəhərində  131  nəfər  xüsusi  amansızlıqla 

qətlə  yetirildi,  800  nəfərdən  çox  adam  yaralandı.  Vəhşiləşmiş 

hərbçilər  tərəfindən  200  ev  və  mənzil  talan  edilərək  yandı­

rıldı,  80  avtomaşın,  o  cümlədən  təcili  yardım  maşını,  külli 

miqdarda  şəxsi  və  dövlət  əmlakı  məhv  edildi.  Ölkənin  baş 

meydanındakı  tribunadan  SSRİ  rəhbərliyini  hədələyən  və  xalq 

hərəkatına  rəhbərlik  etdiklərini  bildirənlər,  özlərini  «liderlər» 

adlandıranlar  isə  faciə  zamanı  xalqla  birgə  olmadılar.  Bu  isə 

onların  bir  daha  hakimiyyətə  gəlmək  üçün  oyunlar  oynadığını 

və  bu  məqsədlə  xalqı  qırğına  verməyə  belə  hazır  olduqlarını 

göstərirdi.

Bakıda  fövqəladə  vəziyyətin  elan  olunması  haqqında  mə­

lumat  isə  əhaliyə  yalnız  ertəsi  gün  şəhər  hərbi  komendantı 

Dubinyakın  radio  ilə  çıxışında  və  vertolyotlardan  səpilən  və­

rəqələrdə  bildirildi.  Halbuki  Qorbaçovun  Azərbaycana  ezam

277


etdiyi  yüksək  vəzifəli  emissarlar  həyasızcasına  bəyan  edirdilər 

ki,  Bakıda  fövqəladə  vəziyyət  elan  olunmayacaq.



Faciəyə  etiraz  səsini  ən  birinci  ucaldan

Heydər  Əliyev  oldu

Ən  acınacaqlı  hal  isə  burası  idi  ki,  respublika  rəhbərliyi 

də  əvvəlcədən  xalqa  xəyanət  yolu  tutaraq  bu  qəsdin  qarşısını 

almaq  üçün  heç  bir  tədbir  görmədi,  cinayətin  iştirakçısı  ola- 

ola  zahirən  hadisələrdən  kənarda  qalmağa  çalışdı.  Moskvanın 

qabağında  həmişə  mütilik  və  satqınlıq  nümunəsi  göstərən,  fa­

ciə  törənən  gecə  isə  qorxusundan  tələm-tələsik  respublikadan 

qaçan  Ə.Vəzirov,  həmin  günlərdə  Azərbaycan  KP  Mərkəzi 

Komitəsinin  birinci  katibi  seçilən  A.Mütəllibov  bu  dəhşətli  fa­

ciənin  izlərini  nəyin  bahasına  olursa-olsun  ört-basdır  etməyə, 

xalqın  haqq  səsini  fövqəladə  rejim  tətbiq  etməklə  boğmağa 

çalışırdı.

O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu 

ilk  və  mütəmadi  olaraq  yaran  Heydər  Əliyevin  haqq  səsi  və 

dəyişməz  mövqeyi  oldu.  Faciənin  ertəsi  günü  ilk  dəfə  olaraq 

Heydər  Əliyevin  Azərbaycan  xalqına  qarşı  törədilən  cinayətə, 

qanlı  təcavüzə  qarşı  etiraz  səsi  ucaldı.  Təbii  ki,  milli-azadlıq 

istəyi  ilə  ayağa  qalxan  xalqın  inam  və  iradəsini  qırmaq,  milli 

mənliyini  alçaltmaq  və  sovet  hərb  maşınının  gücünü  nümayiş 

etdirmək  məqsədi  ilə  həyata  keçirilən  bu  müdhiş  faciə  qəlbi 

vətən  eşqi  ilə  döyünən  xalqın  mərd  və  mübariz  oğlunu  nara­

hat  etməyə  bilməzdi.  Çünki  dahi  insan,  uzaqgörən  şəxsiyyət 

yaxşı  bilirdi  ki,  bu  faciə  totalitar  kommunist  rejiminin  Azər­

baycan  xalqına  qarşı  hərbi  təcavüzü  və  cinayətidir.  Heydər 

Əliyev  hadisənin  ertəsi  günü  Moskvada  Azərbaycanın  daimi 

nümayəndəliyinə  gələrək  keçirdiyi  mətbuat  konfransında  bu 

vəhşiliyi  qətiyyətlə  pisləməklə  yanaşı,  onun  törəmə  səbəblə­

rini  də  açıqladı,  təşkilatçılarının,  günahkarlarının  adını  bütün 

dünyaya  bəyan  etdi:

278


«Əziz  həmvətənlərim,  xanımlar  və  cənablar!

Bildiyiniz  kimi,  uzun  illə r  Azərbaycan  Kommunist  Partiya­

sı  M ərkəzi  Komitəsinin  birinci  katibi,  55/?/  Nazirlər  Soveti 

sədrinin  birinci  müavini  vəzifələrində  işləmiş,  Sov.  İKP  MK 

Siyasi  Bürosunun  üzvü  olmuşam.  Ceniş  infarkt  keçirmişəm. 

Xəstəliyimlə  əlaqədar  iki  ildən  artıqdır  ki,  pensiyadayam. 

Azərbaycanı  tərk  etdiyim  1982-ci  ilin  dekabrından  keçən 

müddətdə  bu  gün  ilk  dəfədir  ki,  Azərbaycan  SSR-in  Moskva­

dakı  daimi  nümayəndəliyinin  astanasına  qədəm  qoyuram. 

Mən  baş  vermiş  hadisələr  haqqında  dünən  xəbər  tutmuşam 

və  təbiidir  ki,  bu  hadisəyə  laqeyd  qala  bilməzdim.  Buraya 

ən  əvvəl  ona  görə  gəlmişəm  ki,  Azərbaycanın  Moskvada 

kiçik  parçası  olan  daimi  nümayəndəliyində  böyük  itkilərə 

səbəb  olmuş  faciə  ilə  bağlı  bütün  Azərbaycan  xalqına  baş­

sağlığı  verim.  İkinci  tərəfdən  bu  məsələyə  öz  münasibə­

timi  bildirm ək  istəyirəm.  Azərbaycanın  Moskvadakı  daimi 

nümayəndəsi  Söhrab  İbrahimovdan  xahiş  edirəm  ki,  mənim 

sözlərimi,  kədərimi,  başsağlığımı  Azərbaycan  xalqına  çat­

dırsın.  Hazırda  başqa  imkanım  olmadığı  üçün  təəssüf  hissi 

keçirirəm.

Azərbaycanda  baş  vermiş  hadisələrə  gəlincə,  mən  onları 

hüquqa,  demokratiyaya  yabançı,  humanizmə  və  ölkəmizdə 

elan  olunmuş  hüquqi  dövlət  quruculuğu  prinsiplərinə  zidd 

hesab  edirəm.  Azərbaycanda  yaranmış  mürəkkəb  vəziyyə­

tin  bir  sıra  səbəbləri  vardır.  Vaxtımızın  məhdudluğundan 

bu  məsələlərin  üzərində  ətraflı  dayanmaq  istəmirəm.  Artıq 

iki  ildir  ki,  Azərbaycan  və  Ermənistan  arasında  m illətlər- 

arası  münaqişə  gedir.  Həmin  münaqişəni  Dağlıq  Qarabağ 

və  onun  ətrafında  baş  verən  hadisələr  törətmişdir.  Azər­

baycan  və  Ermənistan,  eləcə  də  ölkənin  ali  siyasi  partiya 

rəhbərlərinə  bu  məsələni  tənzimləmək,  daxili  müharibəyə, 

millətlərarası  münaqişəyə  son  qoymaq  və  m illi  mənsubiy­

yətindən  asılı  olmayaraq  hər  bir  adamın  ümumi  federativ

279


ittifaq  olan  SSRİ-də  azad  yaşamasına  şərait  yaratmaq  üçün 

iki  illik   müddət  kifayət  idi.  Hesab  edirəm  ki,  ötən  iki  ildə 

bu  istiqamətdə  lazımi  səviyyədə  iş  aparılmamışdır.  Dağlıq 

Qarabağ  hadisələrinin  ilkin  mərhələsində  ölkənin  ali  par­

tiya  siyasi  rəhbərliyi  tərəfindən  vaxtında  zəruri  tədbirlər 

görülsə  idi,  gərginlik  indiki  həddə  çatmaz,  tərəflər  itkilərə 

məruz  qalmaz,  başlıcası  isə,  1990-cı  il  yanvarın  19-dan  20- 

nə  keçən  gecə  çoxlu  insan  qırğını  ilə  nəticələnən  hərbi 

müdaxilə  üçün  də  zəmin  yaranmazdı.

Bunlar  üçün  ilk  növbədə  Azərbaycan  Kommunist  Par­

tiyası  M ərkəzi  Komitəsinin  artıq  sabiq  birinci  katibi  Və- 

zirov  müqəssirdir.  Bu  yüksək  vəzifədə  olduğu  müddətdə 

o,  Azərbaycandakı  vəziyyəti  sabitləşdirmək  üçün  heç  nə 

etməmişdir.  Əksinə,  özünün  səhv  addımları,  yaramaz  iş 

üslubu,  yanlış  siyasi  manevrləri  ilə  xalqla  öz  arasında  uçu­

rum  yaratmışdır.  Xalq  isə  hiddətlənmişdir.  Elə  buna  görə  də 

Bakıda  və  Azərbaycanın  digər  şəhər  və  rayonlarında  aylarla 

davam  edən  mitinqlərdə  dəfələrlə  Azərbaycanın  partiya 

rəhbərlərinin  istefası  tələbi  irə li  sürülmüşdür.  S öhbətəslin­

də,  Vəzirovun  istefasından  gedirdi.  Bəs  bu  məsələ  indiyə 

kim i  niyə  həll  olunmamışdır?

Yalnız  dünən  Bakı  şəhərinə  ordu  yeridildikdən,  qırğın 

və  dağıntılar  baş  verdikdən  sonra  Vəzirov  Azərbaycandan, 

əslində,  qaçmışdır.  Bu,  böyük  səhvdir.  Ən  böyük  səhv  isə, 

sözsüz  ki,  qeyri-ciddi,  bu  yüksək  vəzifəyə  əsla  yaramayan 

adamın  bir  vaxt  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi 

Komitəsinə  birinci  katib  təyin  edilməsi  idi.

Ancaq  iş  təkcə  bununla  bitmir.  İndi  yanvarın  19-dan 

20-nə  keçən  gecə  baş  vermiş  və  bu  gün  də  davam  edən 

faciənin  üstündə  dayanmaq  istəyirəm.  Hesab  edirəm  ki, 

Azərbaycandakı  vəziyyəti  öz  axarına  salmaq,  siyasi  həyat- 

'  dakı  qeyri-sabitliyi  nizamlamaq  üçün  kifayət  qədər  imkan 

olmuşdur.  Təəssüf  ki,  Azərbaycan  rəhbərliyi,  həmçinin  öl-

280


kənin  ali  siyasi  rəhbərliyi  bu  imkanlardan  istifadə  edə  bil­

məmişdir.  Sərhədlərə  edilən  təcavüzü  vaxtında  aradan  qal­

dırmaq  mümkün  idi.  Axı  üç  ay  əvvəl  sərhəd zolağı  ilə  bağlı 

camaat  öz  tələblərini  irəli  sürmüşdü.  Fəqət  heç  kəs  onlarla 

görüşmək,  izahat  işi  aparmaq  və  lazımi  ölçü  götürmək  is­

təməmişdir.  Təkrar  edirəm:  camaatı  sakitləşdirmək  üçün  də 

imkanlar  tükənməmişdi.  İki-üç  ay  əvvəl  Azərbaycan  partiya 

rəhbərliyinin  möhkəmləndirilməsi  məsələsi  həll  edilsə  idi, 

vəziyyət  gərginləşməz,  ordu  yeridilməsinə  zərurət  yaran­

mazdı.  Bütün  vəziyyətlərdə,  hesab  edirəm  ki,  məsələni 

siyasi  cəhətdən  tənzimləmək,  xalqla  mükaliməyə  girmək 

üçün  əlverişli  imkanlar  olmuşdur.  Lakin  onlardan  səmərəli 

istifadə  edilməmişdir.  Nəhayət;  19-dan  20-nə  keçən  gecə 

Sovet  ordusunun,  SSRİ  DİN-in  böyük  kontingenti  Bakı  şə­

hərinə  yeridilmişdir.  Nəticəsi  isə  göz  qabağındadır.  Bunun 

törətdiyi  faciələr  hamımıza  məlumdur.  Belə  qərar  qəbul 

etmiş  adamların  hərəkətini  siyasi  qəbahət  sayıram.  Bəli,  ko­

bud  siyasi  səhv  buraxılmışdır.  Onlar;  sadəcə  olaraq,  respub­

likadakı  əsl  vəziyyəti  qiymətləndirə  bilməmiş,  Azərbaycan 

xalqının  psixologiyasını  anlamamış,  əhalinin  müxtəlif  təbə­

qələri  ilə  əlaqələri  zəiflətmişlər.  Onlar;  görünür;  bu  işlərin 

belə  ağır  faciəyə  çevriləcəyini  əvvəlcədən  düşünməmişlər.

Bütün  bunlar  qabaqcadan  nəzərə  alınmalı  və  vaxtında 

vacib,  zəruri  tədbirlər  qəbul  edilməli  idi.  Ordu  yeridilmiş, 

günahsız  adamlar  həlak  olmuşlar.  Yeri  gəlmişkən  deyim 

ki,  ölənlər  arasında  hərbi  qulluqçuların  olması  haqqında 

da  məlumatlar  daxil  olur.  Sual  olunur:  ölkənin  ali  dövlət, 

partiya  rəhbərliyinin  səhv  qərarı  ucundan,  olmayan  qiyamı 

yatırtmaq  adı  ilə  Azərbaycana  göndərilmiş  rus  gənclərinin 

günahı  nədir?  Azərbaycana  kənardan  böyük  ordu  kontingen­

ti  yeridilmişdir.  Respublikada  neçə  ordu  birləşməsinin  oldu­

ğu  mənə  yaxşı  bəllidir.  Azərbaycanda  kifayət  qədər  -   4-cü 

ordu,  Xəzər  Hərbi  Dəniz  Donanması,  desant  qoşunlarının

281


diviziyası,  Hava  Hücumundan  Müdafiə  Qoşunları,  DİN-in 

daxili  qoşun  birləşm ələri  vardır.  Oraya  əlavə  qoşun  yerit­

mək  nəyə  lazım  id if   Əgər  belə  zərurət  var  idisə,  orada 

yerləşən  hərbi  hissələrdən  də  istifadə  etmək  olardı.  Belə 

qərar  qəbul  edən  Azərbaycan  rəhbərliyi,  hamıdan  əvvəl  isə 

bərk  ayaqda  Azərbaycanı  qoyub  qaçmış  Vəzirov  öz  xalqı 

qarşısında  məsuliyyət  daşımalıdır.  Ölkənin  ali  siyasi  rəhbər­

liyinə  yanlış  məlumat  verənlər  də  məsuliyyət  daşımalıdır. 

Zənnimcə,  ölkənin  ali  siyasi  rəhbərliyinə  vəziyyət  barədə 

vaxtında  kifayət  qədər  düzgün,  dəqiq,  obyektiv  informasiya­

lar  çatdırılmamışdır.  Rəhbərlik  çaşqınlığa  salındığından  belə 

qərar  qəbul  etmişdir.  Qırğın  törədənlərin  hamısı  layiqincə 

cəzalandırılmalıdır».

Heydər  Əliyev  bu  bəyanatı  verməklə  İttifaq  rəhbərlərinin 

kəskin  təzyiq  və  təsirlərinə  məruz  qalacağını  gözləri  önünə 

gətirsə  də,  özünəməxsus  qətiyyət  və  cəsarət  nümayiş  etdirdi. 

Həyatının  hər  an  təhlükədə  olmasına  baxmayaraq,  qətiyyətlə 

bütün  dünyaya  faciənin  hüquqi-demokratik  prinsiplərə  zidd 

olduğunu,  Azərbaycan  xalqına  qarşı  hərbi  təcavüzün  SSRİ  və 

Azərbaycan  SSR  rəhbərliyi  tərəfindən  həyata  keçirildiyini  bə­

yan  etdi.

Elə  həmin  gün  Heydər  Əliyev  Azərbaycan  xalqına  başsağ­

lığı  teleqramı  göndərdi.  Teleqramda  deyilirdi:  «Bakı  şəhərinə 

Sovet  ordusu  hissələrinin  yeridilməsi  ilə  əlaqədar xalqımızın 

başına  gəlmiş  faciədən  -   dinc  əhalinin  qırılmasından  böyük 

ürək  ağrısı  ilə  xəbər  tutdum.  Bu  matəm  günündə  həlak 

olanların  ailələrinə  və  yaxınlarına,  bütün  Azərbaycan  xal­

qına  dərin  hüznlə  başsağlığı  verirəm.  Mən  bu  düşünülmüş 

aksiyanı  pisləyir;  onu  antihumanist,  antidemokratik,  qanuna­

zidd  hesab  edirəm.  Bu  ağır  gündə  sizi  ağıllı-kamallı  olmağa, 

həmrəyliyə  və  birliyə  çağırıram».

282


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin