Soyqirimi: tarixin qanlı salnaməsi


Xocalı  soyqırımının  əsl  siyasi-hüquqi  qiymətini  verən



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   16   17   18   19   20   21   22   23   ...   28

Xocalı  soyqırımının  əsl  siyasi-hüquqi  qiymətini  verən

lider

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıda  baş 

verənlər  Azərbaycan  xalqının  yaddaşına  əbədilik  həkk  olun­

du.  Lakin  xalq  Xocalı  kədəri,  hüznü  yaşadığı  vaxtda  faciənin 

ağırlığı  o  zamankı  Azərbaycan  hakimiyyəti  tərəfindən  lazı­

mi  şəkildə  qiymətləndirilmədi.  O  vaxtkı  dövlət  başçısı  Ayaz 

Mütəllibov və  rəhbərliyi  təmsil  edən  digər vəzifəli  şəxslər qor­

xaqlıq  və  qətiyyətsizlik  nümayiş etdirərək  XX  əsrdə  bəşəriyyəti 

heyrətə  salan  bu  müdhiş  cinayət  barədə  ilk  günlərdə  xalqa

məlumat  verməkdən  belə  çəkindi.  Sonralar  -   AXC-Müsavat



*

hakimiyyəti  dövründə  də  insanlıq  əleyhinə  yönələn  cinayətə 

lazımi  siyasi  və  hüquqi  qiymət  verilməsi  üçün  heç  bir  tədbir 

görülmədi.

Yaşanan  bu  mənzərə  belə  bir  həqiqəti  də  aydın  göstərdi  ki, 

ölkədaxili  hakimiyyət  mübarizələri  dövlət  üçün  nə  qədər  təh­

lükəli  və fəlakətli  xarakter daşıyır.  O zaman  həm Azərbaycanın 

rəsmi  rəhbərliyi,  həm  də  ölkədə  vəziyyətə  təsir  etmək  imkanı 

olan  siyasi  qüvvələr  xalqın  taleyinə  tam  biganəlik  nümayiş  et­

dirdilər.  Dövlət  rəhbərliyi  bu  dəhşətli  cinayət  haqqında  dünya 

ictimaiyyətinə  tam  və  operativ  məlumat  vermək  üçün  heç  bir 

addım  atmadı,  müxalifət  isə  qanlı  faciədən  xalqın  narazılıq 

dalğası  üzərində  hakimiyyətə gəlmək  məqsədi  ilə  istifadə  etdi.

Yalnız  ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə  qayı­

dışından  sonra  Xocalı  faciəsi  özünün  əsl  siyasi-hüquqi  qiymə­

tini  aldı,  soyqırımı  haqqında  həqiqətlərin  dünya  dövlətlərinə 

və  beynəlxalq  ictimaiyyətə  çatdırılması  üçün  təsirli  tədbirlər

311


görüldü.  Beləliklə,  erməni  şovinist  millətçilərinin  azərbaycan­

lılara  qarşı  törətdiyi  cinayətlər,  o  cümlədən  Xocalı  soyqırımı­

nın  dünya  ictimaiyyətinə  çatdırılması,  faciənin  soyqırımı  kimi 

tanınması  üçün  məqsədyönlü  və  ardıcıl  fəaliyyətə  start  verildi.

Bu  siyasət  indi  Azərbaycan  dövləti  tərəfindən  davam  etdi­

rilir.  Burada  əsas  məqsəd  tarixi  ədalətin  bərpasına  nail  olmaq, 

soyqırımı  cinayətkarlarını  dünya  ictimaiyyətinin  mühakiməsi­

nə  verməkdir.  Sözügedən  siyasətin  əsası  isə  məhz  ulu  öndər 

tərəfindən  qoyulub.  Belə  ki,  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

1994-cü  il  fevralın  24-də  M illi  Məclis  «Xocalı  Soyqırımı  Günü 

haqqında»  qərar  qəbul  edib,  BMT-yə,  dünya  dövlətlərinə  bu 

qətliamın  gerçək  mahiyyətini  açıqlayaraq  beynəlxalq  ictimaiy­

yəti  erməni  terrorizminə  qarşı  təsirli  tədbirlər görməyə  çağırıb. 

Qəbul  edilmiş  qərara  əsasən  1992-ci  il  fevralın  26-da  erməni 

təcavüzkarları  tərəfindən  törədilmiş,  Azərbaycan  xalqının  milli 

faciələrindən  və  bəşər  tarixinin  qanlı  səhifələrindən  biri  olan 

Xocalı  hadisələri  hər  il  fevralın  26-sı  Xocalı  Soyqırımı  Gü­

nü  kimi  elan  olundu.  Xocalı  Soyqırımı  Gününün  beynəlxalq 

miqyasda  keçirilməsi  üçün  dünya  azərbaycanlılarına  müraciət 

ünvanlandı.  Həmin  il  martın  1-də  Heydər  Əliyevin  bunun­

la  bağlı  xüsusi  fərmanı  oldu.  Bununla  ulu  öndərin  sayəsində 

Xocalı  soyqırımının  dünyaya  tanıdılması  istiqamətində  xeyli  iş

•  •  

•  •   I 



I  •   •

goruldu.


Ümummilli  lider hər  il  faciənin  ildönümündə  Xocalı  soyqırı- 

'  mı  ilə  bağlı  xalqa  müraciət  edərək  faciənin  bütün  azərbaycan- 

ılarin  qan  yaddaşına  çevrildiyini  söyləyirdi.  Bu  müraciətlərdə 

faciə,  onun  səbəbləri,  nəticələrinə də  ulu  öndər  Heydər Əliyev 

hər  zaman  xüsusi  olaraq  toxunurdu.  Məsələn,  belə  müraciət­

lərinin  birində  ümummilli  lider  qeyd  edirdi:  «...1992-ci  ilin  o 



qanlı  fevral  gecəsində  ən  müasir  texnika  ilə  silahlanmış  Er­

mənistan  hərbi  birləşm ələri  keçmiş  Sovet  ordusunun  366-cı 

motoatıcı  alayının  köməyi  və  bilavasitə  iştirakı  ilə  Azərbay­

canın  Xocalı  şəhərini  yerlə  yeksan  edərək  yüzlərlə  kömək-

312


siz,  günahsız  dinc  əhaliyə  divan  tutmuş,  uşaqlara,  qadınlara 

və  qocalara  belə  aman  verməmişlər.  XX  əsrdə  ermənilər 

tərəfindən  Azərbaycan  xalqına  qarşı  dəfələrlə  təcavüz  edi­

lib,  soyqırımı  törədilibdir.  Onlardan  ən  dəhşətlisi  Xocalıda 

baş  vermişdir.  Bu  faciə  bütün  Azərbaycan  xalqını  sarsıtmış, 

xocalılılara  ağır  mənəvi  zərbə  olmuşdur.  Ancaq  xocalılılar 

hətta  genosid günündə  belə  özünü  əsl  qəhrəman  kimi  apar­

mış,  son  damla  qanlarına  qədər  qeyri-bərabər  döyüşdə  igid­

liklə  vuruşmuş  və  bu  şəhərin  ölməzlik  tarixini  yaratmışlar. 

Xocalı  faciəsinin  baş  verməsində  Azərbaycanın  o  vaxtkı 

rəhbərliyi,  hakimiyyət  orqanları  böyük  məsuliyyət  daşı­

yırlar.  Uzun  müddət  mühasirə  şəraitində,  güclü  düşmənlə 

üzbəüz,  mərdliklə  vuruşan  yerli  əhalidən  fərqli  olaraq,  hər 

bir  vətəndaşın  müdafiəsini  təmin  etməyə  borclu  olan  res­

publika  rəhbərliyi  o  zaman  tam  fəaliyyətsizlik  və  xalqın  ta­

leyinə  biganəlik  göstərmiş,  əsas  diqqəti  hakimiyyət  uğrunda 

mübarizəyə  yönəltmişdir.  Ən  acınacaqlı sı  odur  ki,  son ralar 

da  Xocalı  hadisələrindən  erməni  terrorçularının  vəhşi  əməl­

lərinin  mahiyyətini  ifşa  etmək  istiqamətində  deyil,  siyasi 

çəkişmələrdə  istifadə  olunmuşdur.

Xocalıda  misli  görünməmiş  qəddarlıqla,  vəhşiliklə  törə­

dilmiş  dinc  əhalinin  qırğınının  dünyanın  hər  hansı  guşə­

sində  baş  verməsinin  qarşısını  almaq  üçün  Xocalı  həqi­

qətləri,  ümumiyyətlə,  Azərbaycan  xalqının  ədalətsizcəsinə 

cəlb  olunduğu  Ermənistan-Azərbaycan  müharibəsinin  bütün 

məşəqqətləri  dünya  ictimaiyyətinə  hərtərəfli  çatdırılmalı, 

onların  qəti,  birmənalı  mövqelərini  bildirm ələri  üçün  ciddi 

və  məqsədyönlü  iş  aparılmalıdır.

Heç  şübhə  yoxdur  ki,  Azərbaycan  dövlətinin  bütün 

sülhsevər  addımları,  təşəbbüsləri,  xüsusilə  son  illə r  ərzin­

də 

Ermənistan-Azərbaycan  münaqişəsinin 

nizamlanması 

və  Dağlıq  Qarabağ  probleminin  h ə lli  istiqamətində  apardı­

ğı  məqsədyönlü  siyasət  işğal  edilmiş  torpaqlarımızın  azad 

olunmasına,  dövlətimizin  ərazi  bütövlüyünün  bərpa  olunma­

313


sına,  soydaşlarımızın,  o  cümlədən  qəhrəman  xocalılıların  öz 

doğma  yurduna  qayıdacağına  böyük  ümid  verir...»

Bununla  yanaşı,  ümummilli  liderin  «Xocalı  soyqırımı  qur­

banlarının  xatirəsinə  sükut  dəqiqəsi  elan  edilməsi  haqqında» 

1997-ci  il  fevralın  25-də  imzaladığı  sərəncamla  hər  il  fevral 

ayının  26-sı  saat  1 7.00-da  ölkəmizdə  Xocalı  soyqırımı  qurban­

larının  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  olunur.  Azərbaycan 

xalqı  torpaqlarımızın  ərazi  bütövlüyü  uğrunda  canlarından  ke­

çən  qəhrəmanların,  Xocalıda  qətlə  yetirilmiş  yüzlərlə  həmvə­

tənimizin  xatirəsini  daim  əziz  tutur,  onları  ehtiramla  yad  edir.

Ulu  öndərin  26  mart  1998-ci  il  tarixdə  imzaladığı  «Azər­

baycanlıların  soyqırımı  haqqında»  fərmanla  azərbaycanlılara 

qarşı  müxtəlif  illərdə  mütəmadi  olaraq  törədilmiş  soyqırımı 

cinayətlərinə,  o  cümlədən  Xocalı  soyqırımına  ilk  dəfə  siyasi 

qiymət  verildi.  Fərmanda,  haqlı  olaraq,  dünya  ictimaiyyətinə 

çatdırılır  ki,  Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün 

faciələri  torpaqlarının  zəbti  ilə  müşayiət  olunaraq  ermənilərin 

azərbaycanlılara  qarşı  düşünülüb,  planlı  surətdə  həyata  keçir­

diyi  soyqırımı  siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil  edib.

Azərbaycan  Respublikası  M illi  Məclisinin  26  fevral  2002-ci 

il  tarixli  qərarı  ilə  təsdiq  edilmiş  «Xocalı  soyqırımının  10-cu  il­

dönümü  ilə əlaqədar Azərbaycan  Respublikası  M illi  Məclisinin 

Bəyanatı»nda  isə  bəyan  edilir  ki,  Azərbaycan  dövləti  mövcud 

imkanların  hamısından  yararlanaraq  ərazi  bütövlüyünün  bər­

pasını  təmin  edəcək,  Xocalı  faciəsinin  əsl  beynəlxalq  hüquqi- 

siyasi  qiymət  almasına,  onun  ideoloqlarının,  təşkilatçılarının 

və  icraçılarının  layiqincə  cəzalandırılmasına  nail  olacaq.



Xocalı  soyqırımı  beynəlxalq  hüquq  kontekstində

Ölkəmizin  prokurorluq  və  digər  hüquq-mühafizə  orqan­

ları  1988-ci  ildən  erməni  silahlı  qüvvələri  tərəfindən  Dağlıq 

Qarabağ  və  Azərbaycanın  digər  işğal  olunmuş  ərazilərində,

314


həmçinin  Ermənistanda  saxlanılan  azərbaycanlı  əsir  və  girov- 

ara  dözülməz  işgəncələr  verilməsi,  onların  bir  qisminin  öl­

dürülməsi,  şikəst  edilməsi,  təxribat  və  terror  aktlarının  törədil­

məsi,  əhalinin  məcburi  köçürülməsi,  yaşayış  məntəqələrində 

maddi  sərvətlərin,  tarixi  mədəniyyət  abidələrinin  dağıdılması, 

habelə  ermənilərin  törətdikləri  digər  ağır  cinayət  faktları  ilə 

əlaqədar  ayrı-ayrı  cinayət  işləri  açaraq  istintaq  aparıblar.

Xalqımıza  qarşı  törədilmiş  bu  ağır  cinayətlərin  istintaqı  və 

onlara  hüquqi  qiymətin  verilməsi,  həmin  cinayətlərin  təşkili 

və törədilməsində  iştirak etmiş təqsirkar şəxslərin  müəyyənləş­

dirilib  mövcud  qanunvericiliyə  əsasən  cinayət  məsuliyyətinə 

cəlb  olunması,  habelə  beynəlxalq  hüquq  normalarının  kobud 

şəkildə  pozulması  faktları  ilə  bağlı  beynəlxalq  təşkilatlar  qar­

şısında  müvafiq  vəsatətlər  qaldırılması  məqsədi  ilə  18  dekabr 

2003-cü  il  tarixdə  Azərbaycan  Respublikasının  Baş  prokuro­

runun,  daxili  işlər  və  milli  təhlükəsizlik  nazirlərinin  əmri  ilə 

birgə  istintaq-əməliyyat  qrupu  yaradılıb.  Qeyd  edilən  cina­

yətlər  üzrə  müxtəlif  vaxtlarda  icraatı  dayandırılmış  cinayət  iş- 

əri  üzrə  icraat  təzələnməklə  istintaq  aparılması  həmin  qrupa

həvalə  edilib.  2005-ci  ilin  mayından  cinayət  işinə  prosessual 

rəhbərliyin  həyata  keçirilməsi  hərbi  prokurora  həvalə  edilib. 

Həmin  cinayət  işinin  Azərbaycan  Respublikasının  tərəfdar çıx­

dığı  beynəlxalq  müqavilələrə,  beynəlxalq  hüquqpozmalara  və 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin,  Cinayət  Pro­

sessual  Məcəllənin  tələblərinə  uyğun  həyata  keçirilməsini, 

işin  hərtərəfli,  tam  və  obyektiv  aparılmasını,  səmərəliliyini, 

operativliyini  təmin  etmək  məqsədi  ilə  müəyyən  işlər görülüb, 

vahid  istintaq-əməliyyat  planı  hazırlanaraq  təsdiq  edilib.  Hə­

min  planda  cinayət  işinə  birləşdirilmiş  hər  bir  iş  üzrə  araşdırıl­

malı  xüsusatlar,  həyata  keçirilməli  istintaq  hərəkətlərinin  tarixi 

ayrı-ayrı  bəndlərdə  öz  əksini  tapıb.

Cinayət  təqibi  üzrə  toplanmış  materialların  həcminin  bö­

yüklüyü,  şübhəli,  təqsirləndirilən  və  zərərçəkmiş  şəxslərin,

315


həmçinin  araşdırılmalı  olan  xüsusatların  sayının  çoxluğu,  eyni 

zamanda,  həmin  cinayətlərin  törədilmə  üsul  və  vasitələri,  xa­

rakteri  nəzərə  alınaraq  soyqırımı,  işgəncə  və  icraatı  təzələn­

miş  işlər  üzrə  üç  əsas  istiqamət  müəyyənləşdirilib.  Qanun­

suz  erməni  silahlı  birləşmələri  tərəfindən  Dağlıq  Qarabağ 

və  işğal  olunmuş  digər  ərazilərdə  törədilən  cinayət  əməlləri 

1  oktyabr  2000-ci  il  tarixdə  qüvvəyə  minmiş  Azərbaycan  Res­

publikası  Cinayət  Məcəlləsinin  16-cı  fəslində  nəzərdə  tutul­

muş  sülh  və  insanlıq  əleyhinə  cinayətlərə  aid  edilib.  Cinayət 

işinin  istintaqı  hərbi  prokurorluq  orqanlarında  keçirilən  islahat­

lardan  sonra  daha  da  sürətlənib.  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevin  27  sentyabr  2008-ci  il  tarixli  sərən­

camı  ilə  təsdiq  edilmiş  «Azərbaycan  Respublikası  Prokurorlu­

ğunun  fəaliyyətinin  müasirləşdirilməsinə  dair  2009-2011-ci 

illər  üçün  Dövlət  Proqramı»na  müvafiq  olaraq  respublika  pro­

kurorunun  30  mart  2009-cu  il  tarixli  əmrinə  əsasən,  respubli­

ka  Hərbi  Prokurorluğunun  Ağır  Cinayətlərə  dair  İstintaq  İda­

rəsinin  tərkibində  Xüsusi  istintaq  şöbəsi  yaradılıb,  yuxarıda 

göstərilən  cinayət  işinin  istintaqı  həmin  şöbəyə  həvalə  edilib. 

Bundan  sonra  beynəlxalq  hüquq  normalarına  uyğun  soyqırımı, 

deportasiya,  işgəncə  və  digər  epizodlar  üzrə  hərtərəfli  istintaq 

hərəkətləri  aparılıb,  nəticədə  1  yanvar  2011-ci  il  tarixədək 

sülh  və  insanlıq  əleyhinə  müharibə  cinayətləri  törətmiş  239 

nəfər,  habelə  ümumi  cinayətlər  kateqoriyasına  aid  banditizm, 

qəsdən  adamöldürmə  və  digər  cinayətlər  törətmiş  48  nəfər  -  

cəmi  287  nəfər  barəsində  təqsirləndirilən  şəxs  qismində  cəlb- 

etmə  qərarları  çıxarılıb.  Məhkəmə  qərarlarına  əsasən,  onla­

rın  barələrində  həbs  qətimkan  tədbiri  seçilib,  axtarışları  elan 

edilib,  bununla  bağlı  müvafiq  sənədlərin  aidiyyəti  orqanlara 

göndərilməsi  təmin  olunub.

Cinayət  işi  üzrə  keçirilmiş  kompleks məhkəmə tikinti-texniki 

və  əmtəəş.ünaslıq  ekspertizasının  rəyindən  isə  belə  məlum 

olur  ki,  qanunsuz  erməni  silahlı  birləşmələri  tərəfindən  Xocalı

316


şəhərinin  işğal  edilməsi  ilə əlaqədar dövlət əmlakının  və xüsu­

si  mülkiyyətdə  olan  əmlakın  məhv  edilməsi,  talan  edilməsi  ilə 

bağlı  Azərbaycan  dövlətinə  və  vətəndaşlarına  140  milyon  ma­

natdan  və  ya  170  milyon  ABŞ  dollarından  artıq  ziyan  vurulub. 

İş  üzrə  istintaq  tədbirləri  davam  etdirilir.

Aparılan  istintaqla  o  da  müəyyən  edilib  ki,  beynəlxalq  hu­

manitar  hüquq  normalarını,  insan  hüquqları  üzrə  ən  müxtəlif 

konvensiyaları  ayaq  altına  atan  erməni  hərbi  birləşmələri  dinc 

əhalini  qətlə  yetirmək  məqsədi  ilə  insanlığa  ləkə  olan  ən  qəd­

dar  üsullara  əl  atıblar.  Xocalıda  mülki  əhalinin  planlı  şəkildə 

qətlə  yetirilməsini  sübut edən  çoxsaylı  faktlardan  biri  də  məhz 

budur  ki,  həmin  gün  əhalinin  zorakılıqdan  qaçıb  qurtarmaq 

istəyən  hissələri  ərazidən  çıxış  yollarında  əvvəlcədən  xüsusi 

hazırlanmış  pusqularda  güllələniblər.  Xocalıdan  çıxan  əhali­

nin  Naxçıvanik  kəndi  ərazilərində  pulemyot,  avtomat  və  baş­

qa  atıcı  silahlardan  gülləbaran  edilməsi  bunu  bir  daha  təsdiq­

ləyir.  Bütün  bunlar  ermənilərin  1992-ci  ildə  Xocalı  şəhərində 

törətdikləri  qeyri-insani  hərəkətlərin  kökündə  məhz  soyqırımı 

niyyətinin  dayandığını  aşkar  surətdə  üzə  çıxarır.

İstintaqla  bu  da  müəyyən  edilib  ki,  ermənilər  beynəlxalq 

humanitar  hüquqda  yolverilməz  sayılan  soyqırımı  cinayətinə 

şüurlu,  məqsədli  şəkildə,  bilərəkdən  əl  ataraq  misli  görünmə­

miş  qətliamlar  törədiblər.  BMT  Baş  Məclisinin  1946-cı  il  11 

dekabr  tarixli  96  saylı  Qətnaməsində  qeyd  olunur  ki,  geno- 

sid,  insan  qruplarının  yaşamaq  hüququnu  tanımamaqla  insan 

mənliyini  təhqir  edir,  bəşəriyyəti  insanlar  tərəfindən  yaradılan 

maddi  və  mənəvi  dayaqlardan  məhrum  edir.  Belə  bədnam 

əməllər  BMT-nin  məqsəd  və  vəzifələrinə  tam  ziddir.  BMT  Baş 

Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  260  saylı  Qətnaməsi  ilə 

qəbul  edilmiş  və  1961-ci  ildə  qüvvəyə  minən  «Genosid  ci­

nayətinin  qarşısının  alınması  və  cəzalandırılması  haqqında» 

Konvensiyada  genosid  cinayətinin  hüquqi  əsası  təsbit  olunub. 

Konvensiyaya  qoşulan  dövlətlər  sülh  və  yaxud  müharibə  döv­

317


ründə  törədilməsindən  asılı  olmayaraq,  genosidin  beynəlxalq 

hüquq  normalarını  pozan  cinayət  olduğunu  təsdiq  edərək 

onun  qarşısının  alınması  və  səbəbkarlarının  cəzalandırılması 

üçün  tədbirlər  görməyi  öhdələrinə  götürüblər.  Ermənistanın 

Azərbaycana  qarşı  təcavüzü  zamanı  həmin  konvensiyada  təs­

bit  olunmuş  genosid  cinayətini  təşkil  edən  bütün  əməllər  tət­

biq  olunub.

Ermənistanın  müharibə  zamanı  davranış  normalarını  müəy­

yənləşdirən  beynəlxalq  hüquq  normalarına  məhəl  qoymaması 

ilə  bağlı  faktlar  yalnız  bütün  bunlarla  məhdudlaşmır.  Beynəl­

xalq  humanitar  hüququn  tələblərinə  əsasən,  müharibə  yal­

nız  silahlı  münaqişədə  olan  tərəflərin  silahlı  qüvvələri  ara­

sında  aparılmalıdır.  Mülki  əhali  döyüşlərdə  iştirak  etməməli 

və  onlarla  hörmətlə  davranılmalıdır.  «Müharibə  zamanı  mülki 

şəxslərin  müdafiəsinə  dair»  IV  Cenevrə  Konvensiyasının  3-cü 

maddəsinə əsasən,  mülki  əhalinin  həyatına  və təhlükəsizliyinə 

qəsd,  o  cümlədən  onların  hər  cür  öldürülməsi,  şikəst  edilmə­

si,  onlarla  qəddar  davranış,  onlara  əzab  və  işgəncə  verilməsi, 

insan  ləyaqətinə  qəsd,  təhqir  və  alçaldıcı  hərəkətlər  qadağan 

edilir.  Konvensiyanın  33-cü  maddəsində  qeyd  olunur  ki,  heç 

bir  mülki  şəxs  törətmədiyi  hüquq  pozuntusuna  görə  cəzalan­

dırıla  bilməz.

Mülki  əhaliyə  qarşı  kollektiv  cəza  tədbirlərinin  görülməsi, 

mülki  əhalini  qorxuya  salmaq,  onlara  qarşı  terror  hərəkətləri, 

onların  repressiyaya  məruz  qoyulması  birmənalı  qadağan  edi­

lir.  Həmin  konvensiyanın  34-cü  maddəsinə  görə,  mülki  əha­

linin  girov  götürülməsi  də  qadağandır.  Lakin  təkcə  Xocalıda 

mindən  artıq  insanı  girov  götürən  ermənilər  bu  prinsipə  aşkar 

sayğısızlıq  nümayiş  etdiriblər.  Ermənistan  silahlı  qüvvələri  bu 

hüquq  normalarına  məhəl  qoymayaraq  Xocalıda  dinc  əhalinin 

məhvi  üçün  qəddar  üsula  əl  atıb.  «Soyqırımı  cinayətinin  qarşı­

sının  alınması  və  onun  cəzalandırılması  haqqında»  1948-ci  il 

9  dekabr  tarixli  Konvensiyasında  və  Azərbaycan  Respublikası

318


Cinayət  Məcəlləsinin  103-cü  maddəsində  nəzərdə  tutulmuş 

soyqırımı  cinayətinin  tərkibi  var.

Cinayət  işi  öyrənilərkən  müəyyən  edilib  ki,  Xocalı  soyqı­

rımını  həyata  keçirən  Ermənistan  hərbi  birləşmələri,  Dağlıq 

Qarabağdakı  silahlı  separatçı  birləşmələr  SSRİ-nin  Xankəndi­

də  yerləşən  366-cı  alayın  hərbçiləri  tərəfindən  dünya  döv­

lətlərinin  qəbul  etdiyi  beynəlxalq  hüquq  normalarına  da 

riayət  edilməyib.  1949-cu  il  12  avqust  tarixli  «Döyüşən  si­

lahlı  qüvvələrdə  yaralıların  və  xəstələrin  vəziyyətinin  yaxşı­

laşdırılması  haqqında»,  «Hərbi  əsirlərlə  rəftar  haqqında»  və 

«Müharibə  zamanı  mülki  əhalinin  qorunması  haqqında»  Ce­

nevrə  konvensiyalarının  müvafiq  maddələrində  nəzərdə  tutu­

lan  döyüş  əməliyyatlarında  bilavasitə  iştirak  etməyən  şəxslərə 

qarşı  onların  həyatına  və  şəxsiyyətinə  qəsd  etmək,  o  cümlə­

dən  hər  hansı  şəraitdə  öldürmək,  şikəst  etmək,  qəddarcası­

na  rəftar  etmək  və  işgəncə  vermək,  girov  götürmək,  insan 

ləyaqətinə  toxunmaq,  o  cümlədən  təhqiramiz  və  alçaldıcı 

tərzdə  rəftar  etmək  kimi  qadağalar  kobud  surətdə  pozulub. 

366-cı  alayın  hərbi  qulluqçularının  və  digər  şəxslərin  Xocalı 

soyqırımında  iştirakı  tam  sübuta  yetirilmiş,  onların  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  soyqırımına  görə  məsuliy­

yəti  nəzərdə  tutan  CM-in  107-ci  (əhalini  deportasiya  etmə  və 

ya  köçürmə),  113-cü  (işgəncə),  115.4-cü  (müharibə  qanunla­

rını  və  adətlərini  pozma),  116.0.17-ci  (zorlama,  cinsi  köləlik, 

məcburi  fahişəlik,  məcburi  sterilizasiya,  məcburi  hamiləlik, 

habelə  cinsi  zorakılıqla  əlaqədar  başqa  hərəkətlər  etmə)  mad­

dələri  ilə  nəzərdə  tutulan  cinayəti  etməkdə  təqsirləndirilən 

şəxs  kimi  cəlb  olunmaları  barədə  qərarlar  çıxarılıb.  Həmçi­

nin  barələrində  məhkəmələr tərəfindən  həbs  qətimkan  tədbiri 

seçilib  və  beynəlxalq  axtarışlarının  həyata  keçirilməsi  üçün 

müvafiq  sənədlər  İnterpolun  Azərbaycan  Respublikası  M illi 

Bürosuna  göndərilib.

319


Heydər  Əliyev  Fondu  Xocalı  soyqırımının  geniş  dünya

ictimaiyyətinə  çatdırılmasında  müstəsna  rol  oynayır

Xocalı  faciəsinin  dünyada  tanıdılması  istiqamətində  bu  gün 

də Prezident İlham Əliyevin  rəhbərliyi  altında ardıcıl və sistemli 

tədbirlər  həyata  keçirilir.  Hər  il  Prezident  Administrasiyası  tə­

rəfindən  tədbirlər proqramı  təsdiqlənir və  icra edilir.  Həmçinin 

Azərbaycanın  yeni  müstəqillik  tarixinə  qanla  yazılmış  Xocalı 

faciəsi  hər zaman  ölkəmizdə,  dünyanın  müxtəlif dövlətlərində 

yaşayan  soydaşlarımız  və  digər  dost  xalqların  nümayəndələri 

tərəfindən  ürək  ağrısı  ilə  xatırlanır.  Faciənin  hər  ildönümündə 

dünyanın  bir  çox  ölkəsində  Xocalı  qurbanlarının  əziz  xatirəsi 

anılır,  mitinqlər,  piketlər  keçirilir,  ermənilərin  vəhşiliklərini  əks 

etdirən fotoşəkillər, filmlər,  materiallar nümayiş etdirilir.  Dünya 

ölkələrinin  nüfuzlu  qəzetlərində faciəyə  həsr olunmuş məqalə­

lər çapolunur, televiziya və radio kanallarında veril işlər hazırlanır.

Artıq  dünya  Azərbaycan  rəhbərliyi  tərəfindən  həyata  ke­

çirilən  məqsədyönlü  siyasət  nəticəsində  bu  soyqırımıdan  xə­

bərdardır,  onun  tanınması  istiqamətində  görülən  işlər  də  öz 

bəhrəsini  verməkdədir.  Çünki  tarixdəki  digər  analoji  cinayət­

lərdən  fərqli  olaraq,  Xocalı  soyqırımını  sübuta  yetirən  maddi 

sübutların  sayı  kifayət  qədərdir.  Buraya  videogörüntülərdən 

tutmuş  fotoşəkillərə,  digər  müvafiq  sənədlərə  qədər olan  mad­

di  sübutlar  aiddir.  Soyqırımının  tanıdılması  istiqamətində  döv­

lət tərəfindən  görülən  işlərin  miqyası  ildən-ilə  genişlənməkdə­

dir.  Təbii  ki,  bu  məsələdə  aktiv  fəaliyyət  göstərən  tərəf təkcə 

dövlət  yox,  bütün  dünya  azərbaycanlıları  olmalıdır.  Prezident 

İlham  Əliyev  Xocalı  soyqırımının  15-ci  ildönümü  münasibətilə 

Azərbaycan  xalqına  müraciətində  bununla  bağlı  bildirmişdir: 

«Bu  gün  dövlətin  rəsmi  qurumları  ilə  yanaşı,  bütün  vətəndaş­

larımız,  soydaşlarımız,  geniş  ictimaiyyət  Ermənistan-Azərbay­

can,  Dağlıq  Qarabağ münaqişəsi,  azərbaycanlılara qarşı  həyata 

keçirilmiş  soyqırımı  siyasəti  haqqında  həqiqətlərin  və  faktların

320


dünya  parlamentlərinə,  beynəlxalq  ictimaiyyətə  çatdırılması 

üçün  ardıcıl  və davamlı  fəaliyyət göstərməlidir.  Bu  istiqamətdə 

görülən  işləri  razılıqla  qeyd  etməklə  yanaşı,  onu  da  bildirmək 

istərdim  ki,  tədbirlər  daha  əhatəli,  planlı  şəkildə  aparılmalı 

və  əlaqələndirilməlidir.  Bu  işdə  Azərbaycan  və  türk  diaspor 

təşkilatlarının  yeni  yaradılan  birliyi,  fəaliyyətinin  əlaqələndi­

rilməsi  böyük  əhəmiyyətə  malik  ola  bilər.  Biz  mübarizədə  öz 

gücümüzə,  potensialımıza,  beynəlxalq  hüquqa,  dünya  azər­

baycanlılarının  həmrəyliyinə  arxalanırıq».

Xocalı  soyqırımının  15  illiyi  ilə  əlaqədar  Azərbaycan  Res­

publikası  M illi  Məclisinin  Qərarında  faciənin  tanıdılması  isti­

qamətində  atılası  vacib  addımlarla  bağlı  bildirilir:

«1.  Azərbaycan  Respublikası  M illi  Məclisinin  deputatlarına 

bir  vəzifə  olaraq  tapşırılsın  ki,  xarici  ölkələrə  səfərlər  zamanı, 

o  cümlədən  beynəlxalq  təşkilatların  tədbirlərində  iştirak  edər­

kən  son  yüz  ildə  azərbaycanlıların  məruz  qaldıqları  soyqırımı 

aktları,  o  cümlədən  Xocalı  faciəsi  haqqında  həqiqətlərin  daha 

geniş  yayılmasını  təmin  etsinlər,  bu  məqsədlə  M illi  Məclisin 

xarici  ölkələrin  parlamentləri  ilə  əlaqələr  üzrə  işçi  qruplarının 

imkanlarından  dolğun  və  səmərəli  istifadə  etsinlər.

2.  Ermənistan  Respublikasının  ölkəmizə  silahlı  təcavüzü, 

ölkəmizin  Dağlıq  Qarabağ  bölgəsini  və  ətraf  rayonlarını  işğal 

etməsi  gedişində  azərbaycanlılara  qarşı  törədilmiş  soyqırımı

aktları,  xüsusən  Xocalı  faciəsi  ilə  bağlı  materialların  toplanıl-

#

ması,  öyrənilməsi,  ümumiləşdirilməsi  və yayılması  məqsədi  ilə 



Azərbaycan  Respublikasının  M illi  Məclisi  yanında  İnformasiya- 

Tədqiqat  Mərkəzi  yaradılsın.

3.  Azərbaycan  Respublikasının  hüquq-mühafizə orqanlarına 

tövsiyə  edilsin  ki,  Xocalı  şəhərində  soyqırımı  aktının  törədil­

məsində  iştirak  etmiş  şəxslərin  hamısının  müəyyən  edilmə­

si,  onların  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  görülən 

tədbirləri  gücləndirsinlər.

321


4. 

Azərbaycan  Respublikasının  müvafiq  dövlət  və  qeyri- 

dövlət  qurumlarına,  o  cümlədən  qeyri-hökumət  təşkilatlarına 

tövsiyə  edilsin  ki,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsi  ilə  bağlı  məlumatların  geniş  yayılması,  yalançı  er­

məni  təbliğatının  ifşa  edilməsi  üçün  səylərini  birləşdirsinlər».

Görülən  işlər  sayəsində  faciənin  ildönümləri  zamanı  hər 

il  dünyanın  müxtəlif  ölkələrində  tədbirlər  keçirilir,  müxtəlif 

dünya  qanunverici  orqanlarında,  məsələn,  ABŞ  Konqresində, 

Türkiyə  parlamentində  və  digərlərində  faciənin  anımına  həsr 

olunan  tədbirlər  reallaşır.

Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması,  bu  həqiqətlə­

rin  beynəlxalq  aləmdə  yayılması,  qətliama  obyektiv  qiymət 

verilməsi  istiqamətində  atılan  addımlarda  Heydər  Əliyev  Fon­

dunun,  şübhəsiz  ki,  müstəsna  rolu  var.  Məhz  Fondun  dəstəyi 

ilə  Xocalı  faciəsinin  ildönümü  2010-cu  ildə  dünyanın  100- 

dən  artıq  yerində  qeyd  olundu.  Mərasimlərin  hər  il  keçiril­

diyi  şəhərlərin  sırasına  keçən  il  Oslonun  da  adı  əlavə  edildi. 

Soyqırımına  həsr  olunmuş  silsilə  tədbirlər  Fondun  təmin  et­

diyi  təbliğat  materialları  əsasında  həyata  keçirilir.  Artıq  Fon­

dun  gərgin  əməyi  nəticəsində,  əvvəlki  illərdən  fərqli  olaraq, 

indi  dünya  ölkələri  erməni  qəsbkarlarının  insanlığa  sığmayan 

qətlləri  haqqında  daha  dolğun  məlumatlandırılır.  Bir  sıra  döv­

lətlər,  beynəlxalq  təşkilatlar,  nüfuzlu  qurumlar  bəşəriyyətə 

qarşı  törədilmiş  bu  cinayətin  əsl  mahiyyətini  anlayaraq  qətlia- 

mı  kəskin  şəkildə  pisləyir.  Heydər  Əliyev  Fondu  soyqırımı  ilə 

bağlı  100-dək  materialın  xaricdə  sərgisini  təşkil  edib.  Fondun 

həyata  keçirdiyi  «Qarabağ  həqiqətləri»  silsiləsi  və  işğal  olunan 

ərazilərdə  mədəni-tarixi  abidələrin  dağıdılması  ilə  bağlı  ingilis

dilində  nəşr  olunan  kitab  və  bukletlər  də  xaricdə  yayımlanır.

• 



İslam  Konfransı  Təşkilatı  (IKT)  Gənclər  Forumunun  mədə- 



niyyətlərarası  dialoq  üzrə  baş  əlaqələndiricisi  Leyla  xanım 

Əliyevanın  təşəbbüsü  ilə fəaliyyətə  başlamış  «Xocalıya  ədalət» 

kampaniyası  ötən  dövr  ərzində  uğurla  davam  edib  və  artıq  bu

322


aksiyaya  dünyanın  əksər ölkələrində  yüzlərlə  könüllü  qoşulub. 

Ümumiyyətlə,  İKT-nin  Dialoq  və Əməkdaşlıq  uğrunda  Gənclər 

Forumu  da  Ermənistanın  işğalçı  mövqeyinin  dünya  miqyasında 

pislənməsi  istiqamətində fəal  iş aparır.  Forum  hələ  2007-ci  ilin 

payızında  Bakıda  «Gənclər  sivilizasiyaların  alyansına  tərəf­

dardır»  təşəbbüsü  çərçivəsində  təsis  edilmiş  «Sivilizasiyaların 

alyansı»  Beynəlxalq  Gənclər  Hərəkatına  da  müraciət  edərək 

ona  tərəfdaşları  olan  nüfuzlu  beynəlxalq  təşkilatlar  vasitəsilə 

Ermənistanın  həm  dinc  azərbaycanlıların,  həm  də  öz  vətən­

daşlarının  qanını  axıtmış  sərsəm  rejiminin  fitnəkar  hərəkətləri­

ni  dünya  birliyinə  çatdırmağı  təklif edib.  Təklifdə  bu  fikirlər də 

yer  almışdı  ki,  Dağlıq  Qarabağ  münaqişəsinə  potensial  baxım­

dan  sivilizasiyalararası  münasibətlərin  kəskinləşməsinə  gətirib 

çıxara  biləcək  bir  münaqişə  kimi  baxılsın.  Təklifdə  göstərilirdi 

ki,  Ermənistanda  hakimiyyətə  gəlmiş  S.Sarkisyanın  bu  cür siya­

səti  dünyanın  enerji  təhlükəsizliyi  üçün  mühüm  rol  oynayan 

Cənubi  Qafqaz  regionunda  sabitliyin  ciddi  şəkildə  pozulma­

sına  gətirib  çıxara  bilər.  Xatırladaq  ki,  onlarla  ölkənin  gənclər 

təşkilatlarını  birləşdirən  İKT-nin  Gənclər  Forumu  İslam  Kon­

fransı  Təşkilatının  affilyasiya  edilmiş təsisatı,  eləcə də  BMT-nin 

«Sivilizasiyaların  alyansı»  qurumunun  rəsmi  tərəfdaşıdır.

İKT  Gənclər  Forumu  İdarə  Heyətinin  2008-ci  ilin  aprelində 

Küveytdə  keçirilən  6-cı  sessiyasında  isə  Heydər  Əliyev  Fondu­

nun  Rusiya  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  Forumun 

mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoq  məsələləri 

üzrə  birinci  baş  əlaqələndiricisi  seçildi.  Bu,  İKT  Gənclər  Foru­

munun  Azərbaycan  ərazilərinin  Ermənistan  tərəfindən  işğalına 

daha  çox  diqqət  ayırmasında  mühüm  rol  oynadı.  Məhz  bunun 

nəticəsi  idi  ki,  həmin  il  mayın  17-də  İstanbulda  İKT  Gənc­

lər  Forumu  və  İSESKO-nun  təşkilatçılığı  ilə  keçirilmiş  İKT  eks­

pertlərinin  ikigünlük  iclasında  Leyla  Əliyevanın  təşəbbüsü  ilə 

başlanmış  «Xocalıya  ədalət  -   Qarabağa  azadlıq»  kampaniyası 

İKT  ekspertləri  tərəfindən  dəstəkləndi  və  26  fevral  -   Xocalı

---------  

323 

---------



Soyqırımı  Gününün  İKT  ölkələrində  humanitar  fəlakətlər  qur­

banlarının  xatirəsini  anma  günü  kimi  qeyd  olunması  barədə 

qərar  qəbul  olundu.  Bundan  əlavə,  Xocalı  qətliamının  islam 

ölkələrində  dərsliklərə  daxil  edilməsi  ilə  bağlı  təklifin  də  İKT 

nazirlərinin  toplantısına  təqdim  edilməsi  razılaşdırıldı.  Ötən 

ilin  iyununda  isə  İKT-nin  üzvü  olan  ölkələrin  xarici  işlər  na­

zirlərinin  Kampalada  (Uqanda)  başa  çatmış  konfransında  İKT- 

nin  Gənclər  Forumunun  sivilizasiyaların  alyansı  üzrə  baş  əla­

qələndiricisi  Leyla  Əliyevanın  «Xocalıya  ədalət  -   Qarabağa 

azadlıq»  təşəbbüsü  təsdiq  edildi.  Bu  barədə  İKT  Xarici  İşlər 

Nazirlərinin  Konfransının  35-ci  sessiyasında  xüsusi  qətnamə 

qəbul  olundu.  Qətnamənin  xarici  işlər  nazirləri  tərəfindən 

dəstəklənməsi  dünyanın  57  ölkəsində  müvafiq  kampaniyanın 

həyata  keçirilməsi  üçün  siyasi-hüquqi  baza  yaradılmasına  gə­

tirib  çıxardı.

Qətnaməyə  görə,  İKT  üzvü  olan  ölkələrdə  Humanitar faciə­

lərin  qurbanlarının  Xatirə  Günü  təsis  edilir.  Qətnamədə  Xocalı 

faciəsinin  də  daxil  olduğu  bu  siyahı  təsdiq  edilməklə  yanaşı, 

XX  əsrdə  müsəlman  ölkələri  xalqlarının  məruz  qaldığı  huma­

nitar  fəlakətlər,  təcavüzlər  və  etnik  təmizləmələr  haqqında 

düzgün  informasiyanın  yayılması  üçün  kampaniyalar  keçiril­

məsi  nəzərdə  tutulur.

Leyla  Əliyeva  isə  onun  təşəbbüsünün  nüfuzlu  beynəlxalq 

təşkilat  tərəfindən  bəyənilməsi  barədə  aşağıdakıları  qeyd  edib: 



«Bu  sənədin  qəbul  edilməsi  Azərbaycan  torpaqlarının  işğalı 

faktının  beynəlxalq  birlik  tərəfindən  getdikcə  daha  çox  dərk 

olunmasını  və  təcavüzkarın  mənəvi-siyasi  baxımdan  daha  da 

təcrid  edilməsini  əks  etdirir.  Qətnamə  Dağlıq  Qarabağ  müna­

qişəsi  haqqında  həqiqəti  İKT  üzvü  olan  ölkələrdə  və  mədə- 

niyyətlərarası  dialoq  vasitəsilə  qlobal  səviyyədə  gənc  nəs- 

lə  çatdırmaq  üçün  imkan  yaradır.  Qətnamə  bu  təşəbbüsün 

həyata  keçirilməsində  Foruma  geniş  səlahiyyətlər  verir».

324


2009-cu  ilin  mayında  isə  İKT  Xarici  İşlər  Nazirləri  Şurasının 

Dəməşqdə  keçən  36-cı  konfransında  nazirlər  Gənclər  Foru­

mu  haqqında  qəbul  etdikləri  yekun  qətnamədə  «Xocalıya  əda­

lət -   Qarabağa  azadlıq»  kampaniyasını  tam  dəstəkləyərək  üzv 

ölkələri  bu  kampaniyada  fəal  iştiraka  çağırıblar.

2011-ci  ilin  əvvəllərində  isə  İslam  Konfransı  Təşkilatı  Par­

lamentlər  İttifaqı  (İKT  Pİ)  Leyla  xanım  Əliyevanın  təşəbbüsü 

ilə  həyata  keçirilən  «Xocalıya  ədalət»  beynəlxalq  kampaniya­

sına  dəstək  olaraq  bəyannamə  qəbul  edib.  İKT  Parlamentlər 

İttifaqı  Şurasının  Birləşmiş  Ərəb  Əmirliklərinin  (BƏƏ)  paytaxtı 

Abu-Dabidə  keçirilən  13-cü  sessiyasında  Şuraya  üzv  dövlətlə­

rin  qəbul  etdikləri  Abu-Dabi  Bəyannaməsində  Xocalı  faciəsini 

insanlığa  qarşı  törədilmiş  kütləvi  cinayət  kimi  tanımağa  çağırı­

lır.  Bu,  İKT  GF-in  təşəbbüsü  ilə  irəli  sürülmüş  «İKT  GF  və  İKT 

Pİ  arasında  əməkdaşlıq  haqqında»  qətnamənin  Şura  tərəfin­

dən  təsdiqlənməsi  nəticəsində  baş  verib.  Qətnamənin  3-cü 

bəndində  qeyd  edilib  ki,  İKT  Pİ-yə  üzv  parlamentlər  erməni 

silahlı  qüvvələri  tərəfindən  Azərbaycan  Respublikasının  Xocalı 

şəhərində  dinc  azərbaycanlı  əhaliyə  qarşı  törədilmiş  kütləvi 

qırğını  insanlığa  qarşı  cinayət  kimi  tanıyır.  Sənəddə  üzv  döv­

lətlər  qeyd  olunan  cinayətə  milli  səviyyədə  lazımi  qiymətin 

verilməsinə  çağırılırlar.  İKT  Pİ  Şurası  Leyla  xanım  Əliyevanın 

fəaliyyətini  yüksək  qiymətləndirib  və  bu  rəy  qətnamədə  öz 

əksini  tapıb.

Qətnamədə  təşkilata  üzv  parlamentlərə  birbaşa  çağırış  var­

dır  və  bu,  öz  növbəsində,  faciənin  milli  səviyyədə  hüquqi  və 

siyasi  tanınması  mərhələsini  açır.  İKT  Pİ-nin  dünya  parlament­

lərinin  dörddə  birini  öz  sıralarında  cəmləşdirdiyini  nəzərə  al­

saq,  mühüm  siyasi-hüquqi  tərkibə  malik  «insan İ ığa  qarşı  cina­

yət»  ifadəsinin  istifadə  olunması  Xocalı  faciəsinin  ermənilərin 

Azərbaycan  xalqına  qarşı  soyqırımı  siyasətinin  tərkib  hissəsi 

kimi  tanınması  və  cinayəti  törədənlərin  hüquqi  məsuliyyətə 

cəlb  olunması  baxımından  yeni  mərhələdir.  Qətnamənin  qə­

bulu  ideyası  Leyla  xanım  Əliyevanın  «Xocalıya  ədalət»  kam­

325


paniyasının  m illi  koordinatorları  ilə  görüşündə  irəli  sürülüb  və 

kampaniyanın  fəallarının  öz  ölkələrinin  parlamentləri  ilə  apar­

dıqları  lobbiçilik  fəaliyyəti  nəticəsində  uğurla  reallaşdırılıb.

İKT  Pİ  öz  sıralarında  51  üzv dövlətin  parlamentini  birləşdirir 

və  illik  olaraq  Şuranın  sessiyalarını,  iki  ildə  bir  dəfə  isə  Afrika, 

Asiya  və  ərəb  bölgəsinin  müvafiq  ölkələrindən  birində  kon­

fransın  sessiyasını  keçirir.

Xocalı  faciəsi  haqqında  həqiqətlərin  dünya  ictimaiyyətinə 

çatdırılması  və hadisənin dünya  ictimaiyyəti tərəfindən  hüquqi- 

siyasi  və  mənəvi  qiymətləndirilməsinə  nail  olmağa  yönəlmiş 

«Xocalıya  ədalət»  beynəlxalq  məlumat və  təşviqat  kampaniya­

sı  hazırda  dünyanın  bir çox  ölkəsində  yüzlərlə  könüllü  tərəfin­

dən  uğurla  həyata  keçirilir.

Bu  gün  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqi­

şəsində  beynəlxalq  hüquq  və  normaları,  ədalət  meyarı  Azər­

baycanın  tərəfindədir və  bunu  dünya  ictimaiyyəti  də  birmənalı 

olaraq  qəbul  edir.  Beynəlxalq  birliyin  tamhüquqlu  üzvü  olan 

Azərbaycan  hələlik  münaqişənin  sülh  yolu  ilə  həlli  üçün  səy­

lərin  davam  etdirilməsini  zəruri  saysa  da,  ərazi  bütövlüyünün 

pozulması  ilə  uzun  müddət  barışmaq  niyyətində  deyil.  Azər­

baycan  Prezidenti,  Ali  Baş  Komandan  cənab  İlham  Əliyev  Er­

mənistanın  münaqişənin  hamılıqla  qəbul  olunmuş  norma  və 

prinsiplərlə  həllinə  razılıq  verməyəcəyi,  təcavüzkarlıq  siyasə­

tini  davam  etdirəcəyi  təqdirdə  Azərbaycanın  öz  torpaqlarını 

azad  etmək  üçün  hərbi  əməliyyatlara  başlayacağını  qətiyyətlə 

bəyan  edir.  Bu,  Azərbaycan  xalqının  müstəsna  hüququdur  və 

onu  heç  bir  dövlət  bu  yoldan  çəkindirə  bilməz.  Qeyd  edilən 

fonda,  şübhə  yoxdur  ki,  Ermənistan  tezliklə  işğal  etdiyi  ərazi­

ləri  azad  edəcək,  həmçinin  xalqımıza  qarşı  ağır  cinayətlərə 

yol  verənlər,  o  cümlədən  Xocalı  faciəsini  törədənlər  ədalət 

mühakiməsi  qarşısında  dayanacaqlar.

326


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin