Soyqirimi: tarixin qanlı salnaməsi


Sumqayıt  -   erməni  təxribatının



Yüklə 29,78 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix07.09.2017
ölçüsü29,78 Mb.
#29192
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

Sumqayıt  -   erməni  təxribatının

yeni  ünvanı

Ümummilli  lider  Heydər  Əliyevin  1993-cü  ildə  xal­

qın  təkidli  tələbi  ilə  hakimiyyətə  qayıdışından  sonra 

bir  sıra  məsələlərlə  yanaşı,  Sumqayıt  hadisələrinə  də 

aydınlıq  gətirildi  və  onun  başvermə  səbəbləri  araşdı­

rıldı.  Məhz  bundan  sonra  ermənilərin  əsl  siması  üzə 

çıxdı.

Separatçı,  millətçi,  terrorçu  erməni  və  ermənipərəst 

qüvvələr  tərəfindən  Sumqayıtda  tüğyan  etmiş  iğtişaş­

lar  nəticəsində  müxtəlif  millətlərdən  olan  32  adam,  o 

cümlədən  26  erməni  həlak  olmuş,  400-dən  çox  insan 

bədən  xəsarəti  almış,  200-dən  çox  mənzil  talan  edil­

miş,  50-dən  artıq  mədəni-məişət  obyekti  dağıdılmış, 

40-dan  çox  avtomaşın  sındırılmış  və  qismən  yandırıl­

mış,  şəhərə  o  vaxtkı  qiymətlərlə  7  milyon  rubl  və  ya 

10  milyon  Amerika  dolları  məbləğində  maddi  ziyan 

vurulmuşdu.

Yaşlı  və  orta  nəslin  nümayəndələri  23  il  əvvəl  -   1988-ci 

il  fevral  ayının  27-28-də  Sumqayıtda  erməni  millətçilərinin 

xaricdə  yaşayan  havadarlarının  və  «Daşnaksütyun»  partiyası­

nın  dəstəyi  ilə  necə  qanlı  aksiya  törətdiyini  yaxşı  xatırlayırlar. 

Erməni  millətçilərinin  hadisəni  törətməkdə  başlıca  məqsədi 

azərbaycanlıları  başkəsən,  quldur  və  qaniçən  bir  millət  kimi 

dünya  ictimaiyyətinə  təqdim  etmək  idi.

Tarixin  müxtəlif  dönəmlərində  Azərbaycan  xalqına  qarşı 

çoxsaylı  xəyanətlər  etmiş,  ölkəmizə  qarşı  ərazi  iddiaları  qal­

dırmış  ermənilər  bəşəriyyət  tarixində  misli  görünməmiş  ci­

nayətlərə  imza  atmışlar.  Təcavüzkar  erməni  şovinistlərinin 

«Böyük  Ermənistan»  xülyalı  ideoloqlarının  ssenarisi  və  xaric­

188


dəki  havadarlarının  köməyi  ilə  ötən  əsrin  ayrı-ayrı  dövrlərin­

də  həyata  keçirdikləri  etnik  təmizləmə  kampaniyasının  acı 

nəticələrinin  şahidi  olan  yüz  minlərlə  azərbaycanlı  müxtəlif 

vaxtlarda  ata-baba  yurdlarından  qovulmuş,  qaçqın  və  məcburi 

köçkün  vəziyyətində  yaşamağa  məcbur olmuşlar.  Keçmiş  SSRİ 

dönəmində  də  davam  etdirilən  bu  mənfur  siyasi  iğtişaşlar  heç 

bir  günahı  olmayan  yüzlərlə  soydaşımızın  həbsi  və  qətlə  yeti­

rilməsi  ilə  müşayiət  olunmuşdur.

Sovet  imperiyasının  iflasa  yaxınlaşdığı  1987-1988-ci  illərdə 

ermənilərin  Azərbaycana  qarşı  yeni  ərazi  iddiaları  da  sərsəm 

«Böyük  Ermənistan»  ideologiyasının  tərkib  hissəsi  idi.  1988- 

ci  il  fevralın  27-də  axşamdan  başlayan  və  ertəsi  gün  davam 

edən  Sumqayıt  hadisələrindən  öz  məkrli  niyyətlərini  həyata 

keçirməklə  beynəlxalq  miqyasda  xalqımız  haqqında  mənfi  rəy 

formalaşdırmağa,  türklərin,  azərbaycanlıların  «vəhşi»  obrazını 

yaratmağa  çalışan  ermənilər  öz  uydurmaları  ilə  bu  hadisələr­

dən  mənafeləri  üçün  istifadə  etməyə  cəhd  göstərsələr  də,  za­

man  hər  şeyi  yerbəyer  edərək  kimin  haqlı,  kimin  haqsız  oldu­

ğunu  sübuta  yetirdi.

Separatçı,  millətçi,  terrorçu  erməni  və  ermənipərəst  qüvvə­

lər  tərəfindən  Sumqayıtda  tüğyan  etmiş  iğtişaşlar  nəticəsində 

müxtəlif  millətlərdən  olan  32  adam,  o  cümlədən  26  erməni 

həlak olmuş,  400-dən  çox  insan  bədən  xəsarəti  almış,  200-dən 

çox  mənzil  talan  edilmiş,  50-dən  artıq  mədəni-məişət  obyekti 

dağıdılmış,  40-dan  çox  avtomaşın  sındırılmış  və  qismən  yan­

dırılmış,  şəhərə  o  vaxtkı  qiymətlərlə  7  milyon  rubl  və  ya  10 

milyon  Amerika  dolları  məbləğində  maddi  ziyan  vurulmuşdu. 

Bu  iğtişaşları  araşdırmaq  üçün  SSRİ  Baş  Prokurorluğu  tərəfin­

dən  18/55461-88  nömrəli  xüsusi  cinayət  işi  açılmış,  444  nə­

fər  adam  məhkəmə  qarşısında  cavab  verməli  olmuş,  onlardan 

400  nəfəri  10-15  sutka  təcridxanalarda  saxlanılmış,  bir  neçəsi 

uzunmüddətli  həbs  cəzasına,  1  nəfəri  -   Əhməd  İman  oğlu 

Əhmədov  isə  ən  yüksək  cəzaya  -   ölüm  cəzasına  məhkum 

olunmuş  və  bu  hökm  tez-tələsik  yerinə  yetirilmişdir.

189


1989-cu  ilin  sentyabr  ayında  ermənilər  Sumqayıtda  törədil­

miş  hadisələrlə  bağlı  geniş  mətbuat  konfransı  keçirdilər.  Daş­

nakların  «Quşamatyan»  adlanan  tarix-maarifçilik  cəmiyyətinin 

Ermənistan  Jurnalistlər  İttifaqı  ilə  birlikdə  Yerevanda  təşkil 

etdikləri  həmin  konfransda  300  nəfərdən  çox  adam  -   alim­

lər,  tarixçilər,  yazıçı  və  publisistlər,  mətbuat  nümayəndələri, 

hüquqşünaslar  iştirak  etmişdilər.  Ermənilər  bu  konfransın  ma­

teriallarını  bir  çox  xalqların  dillərində,  o  cümlədən  rus  dilində 

50  min  tirajla  «Sumqait...  Qenosid...  Qlasnost...»  adlanan  ki­

tabda  nəşr etdirib  dərhal  antiazərbaycan,  antisumqayıt təbliğat 

maşınına  ötürmüşdülər.  Sumqayıtlı  alimlər  Həsən  Sadıqov  və 

Ramazan  Məmmədovun  «Sumqayıt:  m illi  əsarət,  ya  milli  səxa­

vət?»  kitabında  verilən  məlumata  görə,  konfransda  çıxış  edən 

Ermənistan  parlamentinin  deputatı,  filologiya  elmləri  doktoru 

Suren  Zolyan  hadisələrə  siyasi  rəng  verərək  demişdi:  «Sum­

qayıt  hadisələri  70  il  Sovet Azərbaycanında  hökm  sürmüş  milli 

əsarət  siyasətinin  təbii  təzahürü  idi».

Sumqayıtda  törədilmiş  hadisələr  barədə  Sovet  İttifaqının  və 

xarici  ölkələrin  mətbuatında  dərc  olunmuş,  dünyanın  kütləvi 

informasiya  vasitələrində,  radiolarda,  televiziya  kanallarında 

səslənmiş  materialların  əksəriyyəti  erməni  mövqeli,  birtərəfli, 

qərəzli  xarakter daşımışdır.  İnformasiya  müharibəsində  erməni 



tərəfi  ölçüyəgəlməz  dərəcədə  fəallıq  göstərmiş,  haqqımızda 

böhtan  xarakterli  yalanlar  yaymağa  müvəffəq  olmuşdur.

Xatırladaq  ki,  erməni  separatçı  ideoloqlarının  1989-cu  il 

sentyabr  ayının  23-də  Yerevanda  keçirdikləri  və  Sumqayıt  ha­

disələrinə  həsr  etdikləri,  daha  dəqiq  desək,  bu  hadisələrin  əsl 

mahiyyətinin  səbəb  və  nəticələrinin  təhrif  olunmasına  yönəl­

miş  bir  mətbuat  konfransına  adekvat  tədbiri  biz  yalnız  11  il 

5  aydan  sonra  keçirməyə  nail  ola  bildik.  Həmin  konfransda 

Sumqayıt  Dövlət  Universitetinin  rektoru  professor  Nadir  Qəh­

rəmanov  ilk  dəfə  bu  hadisələrə  düzgün  siyasi  və  hüquqi  qiy­

mət  verilməsinin  təxirəsalınmaz  məsələ  olduğu  barədə  bəya­

190


natla  çıxış etdi.  Ümummilli  lider  Heydər Əliyevin  1993-cü  ildə 

xalqın  təkidli  tələbi  ilə  hakimiyyətə  qayıdışından  sonra  bir sıra 

məsələlərlə  yanaşı,  Sumqayıt  hadisələrinə  də  aydınlıq  gətirildi 

və  onun  başvermə  səbəbləri  araşdırıldı.  Məhz  bundan  sonra 

ermənilərin  əsl  siması  üzə  çıxdı.  Məlum  oldu  ki,  Sumqayıt 

hadisələri  əvvəlcədən  planlaşdırılmış  ssenari  əsasında  həyata 

keçirilib.  Ermənilər,  əslində,  bununla  gələcəkdə  həyata  keçi­

rəcəkləri  digər  faciələri  ört-basdır  etmək  niyyəti  güdürdülər.

Sumqayıt  hadisələrinin  başvermə  səbəbləri  araşdırılarkən 

ortaya  belə  bir  sual  çıxır:  ermənilər  öz  təxribatlarını  həyata 

keçirmək  üçün  niyə  məhz  bu  yolu  seçdilər?  Cavab  məlumdur: 

ölkəmiz  əleyhinə  güclü  ideoloji  mübarizə  aparmaq,  habelə 

soydaşlarımızın  Qərbi  Azərbaycandan  zorla  qovulmalarının 

səbəblərini  ört-basdır  etmək.  Onlar  belə  bir  ssenarini  beynəl­

xalq  aləmdə  Azərbaycan  haqqında  mənfi  rəy  formalaşdırmaq 

məqsədi  ilə  reallaşdırdılar.  Xəyanətkar  qonşularımız  dünyaya 

əvvəlcədən  guya  azərbaycanlıların  Sumqayıtda  yaşayan  er­

mənilərə  qarşı  zorakılıq  etdiklərini,  təzyiqlər  göstərdiklərini 

planlaşdırılmış  formada  təqdim  etməyə  can  atırdılar.  Halbuki 

əslində  insanları  qətlə  yetirənlər  elə  ermənilərin  özləri  idi.

Təəssüf  ki,  respublikamız  həmin  dövrdə  güclü  informasiya 

blokadasına  alınmışdı.  Dünyaya  birbaşa  çıxışımız  olmadığın­

dan  əsl  həqiqətləri  beynəlxalq  aləmə  çatdıra  bilmirdik,  xarici 

aləmdən  təcrid  olunmuşduq.  Azərbaycanın  digər  bölgələrin­

də  baş  verən  iğtişaşlar  da  «Krunk»  təşkilatının  gizli  dəstəyi 

ilə  hazırlanmış  məxfi  əməliyyatların  tərkib  hissəsi  idi.  Sov.İKP 

MK-nın  birinci  katibi  Mixail  Qorbaçovun,  akademik  Aqanbek- 

yanın,  digər  yüksək  vəzifəli  ermənilərin,  habelə  SSRİ  Dövlət 

Təhlükəsizlik  Komitəsi  əməkdaşlarının  da  bu  işdə  xüsusi  rolu 

vardı.


O  vaxtlar  şəhərin  icra  qurumlarının,  hüquq-mühafizə  or­

qanlarının  fəaliyyəti  SSRİ  rəhbərliyi  tərəfindən  ciddi  şəkildə 

nəzarətə  götürülmüşdü.  Şəhər  prokuroru  İsmət  Qayıbovun  və

191


digər  səlahiyyət  sahiblərinin  hadisələrə  qarışmağa  ixtiyarı  yox 

idi.  SSRİ  Prokurorluğunun  xüsusi  istintaq  qrupu,  Dövlət  Təh­

lükəsizlik  Komitəsinin  nümayəndələri  şəhərə  ezam  olunmuş­

dular.  Hadisələr  baş  verərkən  soydaşlarımızın  qeyri-qanuni 

həbs  edilmələri,  ölüm  cəzasına  məhkum  olunmaları  məhz 

bu  amillərlə  bağlı  idi.  Şəhərə  əvvəlcədən  çəkiliş  və  terrorçu 

qrupların  göndərilməsi,  xarici  müşahidəçilərin  dəvət  edilməsi 

bu  hadisələrin  məqsədyönlü  şəkildə  düşünülmüş  planın  tər­

kib  hissəsi  olduğunu  göstərir.  Sumqayıt  Şəhər  İcra  Hakimiy­

yəti  Siyasi  partiyalar  və  ictimai  təşkilatlarla  iş  şöbəsinin  müdi­

ri  Seyfəddin  Rəhimov  1988-ci  ilin  fevral  hadisələrini  tarixin 

qara  səhifəsinə  düşmüş  dəhşətli  faciələr  kimi  xarakterizə  edir: 

«Artıq  neçə  əsrdir  ki,  ermənilər  azərbaycanlılara  qarşı  torpaq 

iddiaları  aparır,  ərazilərimizi  özününküləşdirir,  soydaşlarımıza 

qarşı  genosid  siyasəti  həyata  keçirirlər.  Erməni  şovinistləri  bu 

siyasəti  XX  əsrdə  də  davam  etdirdilər  və  soydaşlarımızı  tarixi 

ata-baba torpaqlarından,  isti  ocaqlarından  qovaraq  ərazilərimi­

zi  zəbt  etdilər.  Sumqayıt  hadisələri  erməni  şovinistlərinə  özlə­

rini  dünyaya  «yazıq»,  «zavallı»  millət  kimi  təqdim  etmək  üçün 

lazım  idi.  Ötən  əsrin  80-ci  illərinin  sonlarında  respublikamıza 

rəhbərlik  edənlərin  bacarıqsızlığı  da  hadisələrin  dünya  ictima­

iyyətinə  təhrif olunmuş  formada  çatdırılmasına  imkan  yaratdı.

O  vaxt  Sumqayıtda  bir  qrup  adam  istədiyini  edir,  aidiyyə­

ti  təşkilatlar  isə  seyrçi  münasibət  göstərirdilər.  Səriştəsiz  rəh­

bərlərin  bu  cür  hərəkətləri  onların  şəhərdə  fəallığını  daha 

da  artırdı.  Şəhər  partiya  komitəsinin  birinci  katibi  Cahangir 

Müslümzadə  həmin  vaxt  məzuniyyətdə  olduğundan  hadisələ­

rə  vaxtında  və  lazımi  reaksiya  verilmədi.  Yalnız  bir  gün  keç­

dikdən  sonra  Mərkəzi  Komitənin  səlahiyyətli  nümayəndələri 

şəhərə  gəldilər.  Həmin  dövrdə  Nazirlər  Sovetinin  sədri  işlə­

yən  Həsən  Seyidov  və  bir  neçə  məmurdan  ibarət  nümayəndə 

heyəti  Sumqayıta  daxil  olanda  artıq  iş-işdən  keçmişdi.  Erməni 

təbliğat  maşını  baş  verənləri  lentə  köçürərək  dünyaya  çatdı­

192


randa  yerli  təşkilatlar  çaşbaş  qalmışdı,  nələrin  baş  verdiyini 

heç  müəyyənləşdirə  də  bilmirdilər.  Hadisələr  şəhərdə  keçmiş 

SSRİ-nin  hüquq-mühafizə  orqanlarının  səlahiyyətli  nümayən­

dələrinin  gözü  qarşısında  baş  verir,  onlar  isə  heç  bunun  qarşı­

sını  almaq  barədə  belə  düşünmürdülər.

Ermənilər  Sumqayıtı  əbəs  yerə  hədəf  seçməmişdilər.  Hə­

min  ərəfədə  minlərlə  soydaşımız  Ermənistandan  -  öz  ata-baba 

yurdlarından  qaçqın  düşmüşdü.  Soydaşlarımız  Sumqayıta  pə­

nah  gətirərkən  burada  xeyli  məxfi  erməni  təxribatçısı  fəaliyyət 

göstərirdi.  Planlı  şəkildə  aparılan  qətllər,  talanlar  və  digər  ci­

nayət  halları  göstərir  ki,  proseslər  şəhərdəki  qüvvələr  tərəfin­

dən  idarə  edilirdi.  Hadisələrin  Moskvadan  göndərilmiş  yüksək 

səlahiyyətli  şəxslərin  gözü  qarşısında  törədilməsi  onların  hər 

şeydən  məlumatlı  olduğunu  söyləməyə  əsas  verir.

Ümumiyyətlə,  1988-ci  il  fevral  ayının  27-də  Sumqayıtda 

iğtişaşlara  əvvəlcədən  planlaşdırılmış  şəkildə  start  verilmişdi. 

İtaətsizlik  baş  alıb  gedirdi.  Hüquq-mühafizə  orqanları  iflic  və­

ziyyətinə  düşmüşdü.  Bütün  silahlar  onlardan  alınmışdı.  Nəti­

cədə  bir  çox  ticarət,  ictimai-iaşə  və  məişət  obyektləri  dağı­

dıldı,  maşınlar  yandırıldı.  Mitinq  iştirakçılarını  sakitləşdirmək 

qeyri-mümkün  idi.  Həmin  anlar  sovet  qoşunları  Sumqayıtın 

ayrı-ayrı  məhəllə  və  mikrorayonlarına  dislokasiya  olunmuşdu. 

Lakin  hadisələrə  müdaxilə  etmirdilər.  Fevral  ayının  28-də  və 

29-da  şəhərdə  qanlı  aksiya  baş  verdi.  Mart  ayının  1-də  isə  şə­

hərdə  komendant  saatı  elan  olundu.  İndi  o  günləri  xatırlayan­

da  hələ  də  aktuallığını  itirməmiş  suallarla  üzləşirsən.  Məsələn, 

sovet  qoşunları  niyə  gözləmə  mövqeyi  tutmuşdular?

Mixail  Qorbaçov  1988-ci  il  iyul  ayının  18-də  SSRİ  Ali  Sove­

tinin  iclasında  «Qoşunlar Sumqayıta  bir saat gecikmişdi»  fikrini 

söyləmişdi.  Bu  fikir  tamamilə  yalan  idi.  SSRİ  müdafiə  naziri 

Yazov  «Sumqayıtın  əks-sədası»  sənədli  filminin  çəkiliş  qrupu­

na verdiyi  müsahibəsində  bu  faktı  təkzib etmişdi.  Filmin  ssena­

ri  müəlliflərindən  biri,  sumqayıtlı  jurnalist  Eyruz  Məmmədov

193


o  günləri  belə  xatırlayır:  «Dmitri  Yazov  tam  ciddiyyəti  ilə  bizə 

bildirdi  ki,  Sovet  ordusu  heç  bir  vaxt  heç  bir  yerə  gecikməyib. 

Baş  komandanın  əmri  olmadan  komendant  saatı  elan  etməyə, 

əsgərin  silah  işlətməyə,  güllə  atmağa  ixtiyarı  yoxdur».

Erməni  ekstremistləri  məhz  Sumqayıt şəhərini  ona  görə  seç­

mişdilər  ki,  orada  10  minə  yaxın  yeniyetmə  texniki  peşə  mək­

təblərində  təhsil  alırdı.  Azərbaycanın  müxtəlif  regionlarından 

gələn  həmin  gənclərin  əksəri  valideyn  nəzarətindən  uzaq  idi. 

Şəhərdə  kriminogen  vəziyyət  xoşagələn  deyildi.

Həmin  günlər  100-dən  yuxarı  saqqallı  və  qara  gödəkçələr 

geyinmiş  erməni  ekstremistləri  Sumqayıtda  idilər.  Əksəriyyə­

ti  «Dalğa»  və  «Sumqayıt»  mehmanxanalarında  qalırdı.  Onlar 

əhali  arasında  müxtəlif  şayiələr  yayır,  aranı  qızışdırır,  erməni­

lərin  evlərinə  soxulmağa  təşviq  edirdilər.  Gənclər də  asanlıqla 

təxribata  uyurdular.

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Ermənistan  rəhbərliyi,  ideo­

loqları  Sumqayıt  hadisələrindən  bir  kart  kimi  istifadə  edərək 

azərbaycanlıları  vəhşi,  quldur,  qaniçən  bir  millət  kimi  dünya 

ictimaiyyətinə  təqdim  etmək  üçün  təbliğat  mexanizmini  işə 

saldılar.  «Azərbaycanda  ermənilər  qırılır,  qətlə  yetirilir,  baş­

ları  kəsilir,  yandırılır»  və  s.  kimi  cəfəng  uydurmalar  yayılırdı. 

Hadisələr  zamanı  Sumqayıta  xaricdən  ezam  olunmuş  Artaşes 

Qabrielyan  videokamera  ilə  hadisələrin  bəzi  məqamlarını  len­

tə  aldı,  sonralar onlar  montaj  olunub  xarici  telekanallarda  gös­

tərildi.

Sumqayıtda  baş  verən  hadisələrdə  əsas  təşkilatçılardan  və 

icraçılardan  biri  də  Eduard  Qriqoryan  idi.  O,  iki  dəfə  məh­

kum  olunmuşdu  və  heç  yerdə  işləmirdi.  «Krunk»  cəmiyyətinin 

fəal  üzvü  idi.  İstintaq  qrupunun  materiallarından  aydın  olur 

ki,  1988-ci  il  fevral  ayının  ortalarında  onun  yaşadığı  mənzilə 

Yerevandan  bir  qrup  emissar  gəlibmiş.  Qriqoryan  təlimatlan­

dırılmış,  ona  pul,  narkotik  vasitələr  verilmişdi.  «Paşa»  ləqəbli 

Edik  ertəsi  gün  ətrafına  bir  neçə  azyaşlı  yeniyetmə  və  gənclə-

194


ri  topladı,  yaxın  günlərdə  bəzi  əməliyyatlarda  iştirak  etsələr, 

çoxlu  pul  verəcəyini  bildirib  onları  şirnikləndirdi  və  1988-ci  il 

fevral  ayının  27-29-da  Sumqayıtda  iğtişaşlara  rəhbərlik  etməyə 

başladı.


Həqiqəti  boğmağa  hesablanan  yalanlar,

uydurmalar,  şayiələr...

1988-ci  il  fevral  ayının  28-dən  29-na  keçən  gecə  erməni 

terrorçuları  xaricdə  yaşayan  havadarlarının  köməyi  ilə  Sum­

qayıtda  qan  tökdülər.  Elə  bununla  bağlı  mətbuat  səhifələrində 

yayılan  böhtanlar,  erməni  millətçilərinin  çirkin  niyyətli  kampa­

niyaları  həqiqəti  üstələməyə  başladı.  Yerevanda  nəşr  olunan 

«Sumqayıt...  Genosid...  Aşkarlıq»  kitabı  başdan-başa  böhtan  və 

iftira  toplusuna  çevrilmişdi.  Hətta  təkzibolunmaz  faktlar  bilə­

rəkdən  və  qəsdən  təhrif olunmuş,  rəqəmləri  şişirtməklə  dünya 

ictimaiyyətini  çaşbaş  salmaq  istəmişdilər.  Hələ  1988-ci  il  30 

mart tarixli  nömrəsində  «İzvestiya»  qəzeti  belə  bir sərlövhə  ilə 

yazı  dərc  etmişdi:  «Sumqayıt:  istintaqa  şayiələr  mane  olur». 

Həqiqətən,  ermənilər  mərkəzi  -   SSRİ  Baş  Prokurorluğunun  is­

tintaq  qrupunu  da  çaşdırmaq  üçün  hər  cür  yalan  və  hiylələrə 

əl  atırdılar.  Sumqayıt  hadisələrində  həlak  olanların  sayını  bə­

zən  ağlagəlməz  dərəcədə  artırırdılar.  «Pravda»  qəzeti  4  aprel 

1988-ci  il  tarixli  sayında  yazırdı  ki,  Ermənistanın  Moskvadakı 

nümayəndəliyinin  yaydığı  məlumata  görə,  guya  Sumqayıtda

1.000  nəfərə  qədər  adam  öldürülüb.  Ermənilərin  saxta  məna­

feyi  qorunmayanda  köhnə  vərdişlərindən  əl  çəkmir,  həqiqəti 

boğmaq  üçün  şərə  və  böhtana  üstünlük  verirdilər.  Hətta  məq­

sədlərinə  çatmaq  üçün  Moskvanın  üzünə  ağ  olurdular.  Qa­

rabağ  komitəsinin  iclaslarında  Moskvaya,  Mərkəzi  Komitəyə, 

rus  xalqına  inamsızlıq  ifadə  edən  bəyanatlar  yayırdılar...  Hələ 

o  vaxtlar  Qarabağ  komitəsinə  rəhbərlik  edən  isə  Ermənista­

nın  eks-prezidenti  Levon  Ter-Petrosyan  idi.  Deməli,  hələ  sovet

195


vaxtından  xaricdə  yaşayan  erməni  lobbisinin  vəsaiti  və  köməyi 

ilə  Dağlıq  Qarabağı  Azərbaycandan  qoparıb  Ermənistana  bir­

ləşdirmək  üçün  çirkin  və  məkrli  oyunlar  gedirdi...

Sumqayıtda  törədilmiş  qanlı  cinayətlər  də  əvvəlcədən  ha­

zırlanmış  həmin  ssenarilərin  davamı  idi.  Bu  dəfə  baş  rolu  üç 

dəfə  məhkum  olunmuş  Eduard  Qriqoryan  oynayırdı.  «Paşa» 

ləqəbi  ilə  tanınan  bu  adam  yüksək  dairələrdə  əyləşən  er­

məni  millətçilərinin  əlində  bir  alətə,  oyuncağa  çevrilmişdi. 

Onun  barəsində  ən  dəqiq  proqnozu  SSRİ  Baş  Prokurorluğu­

nun  mühüm  işlər  üzrə  müstəntiqi,  o  vaxtlar  istintaq  qrupunun 

rəhbəri  Qalkin  verib:  «Eduard  Qriqoryan  tüfeyli  həyat  sürən 

bir  canidir.  Dəfələrlə  həbs  olunsa  da,  nəticə  çıxarmayıb.  O, 

Sumqayıtın  azyaşlı  uşaqlarını  başına  toplayıb  beyinlərini  du- 

manlandırmış,  iğtişaşlara  rəhbərlik  etmişdir.  Sumqayıtda  baş 

verən  hadisələrdə  onun  cinayət əməlləri  nəticəsində  5  erməni 

qətlə  yetirilmiş,  8  qadın  zorlanmışdır»...

Sumqayıt  hadisələrindən  dərhal  sonra  Serqo  Xanzadyan, 

Zori  Balayan  və  Silva  Kaputikyan  Qorbaçovla  görüşmüş  və 

həmin  görüşün  nəticəsi  olaraq  Sumqayıta  ordu  yeridilmişdi. 

Elə  həmin  gündən  başlayaraq  şəhərdə  komendant  saatı  tətbiq 

olundu.  Əlbəttə,  o  vaxtlar  Qorbaçov  siyasi  çeviklik  və  prinsi­

piallıq  göstərsəydi,  baş  verən  hadisələrin  qarşısı  alına  bilərdi. 

Amma  onun  təhriki  və  köməyi  ilə  hadisələr  daha  da  şiddət­

ləndi.  İş  o  yerə  gəlib  çatdı  ki,  baş  verən  hadisələrdə  400-dən 

çox  azərbaycanlı  həbsxanalara  dolduruldu.  Onlar  hər  cür  hə­

dələrə,  təqiblərə,  işgəncələrə  məruz  qaldılar.  Hələ  o  vaxtlar 

cəmi  15  yaşı  olan  Azər  Babayev  aldığı  ağır  zədədən  bu  gün 

də  əziyyət  çəkir,  çarpayı  dustağıdır.  O  günləri  xatırlayan  Azər 

Babayev,  çətinliklə  də  olsa,  bunları  deyə  bildi:  «1988-ci  il 

mart  ayının  1-i  idi.  Əmimgildən  gəlirdim.  Komendant  saatına 

nəzarət  edən  əsgərlər  yojumu  kəsdilər.  Məndən  sənəd  tələb 

etdilər.  Onda  cəmi  15  yaşım  vardı.  Dedim  -ki,  hələ  pasport 

almağa  yaşım  çatmır.  Mənim  bu  cavabım  onları  daha  da  hid-

196


dətləndirdi.  Əli  dubinkalı  5  əsgər  məni  qəddarlıqla  döyməyə 

başladı.  Həmin  vaxtdan  23  il  ötür.  Məni  ölümcül  yaraladılar, 

əlil  etdilər...»

Sumqayıtda  o  hadisələr  zamanı  «xilaskar»  Sovet  ordusunun 

vəhşilikləri  ilə  üzləşən  adamlar çox  idi.  İmperiya  nökərləri  heç 

nədən  xəbəri  olmayan,  günahsız  Əhməd  Əhmədova  da  eyni

hiyləgərliklə  ölüm  hökmü  çıxartdılar.  Özü  də  Moskvada!

1988-ci  il  mart  ayının  əvvəllərində  hadisələr  bir  qədər  sən­

gisə  də,  şayiələrin,  uydurmaların  miqyası,  çərçivəsi  genişlə­

nirdi.  Komendant  saatından  sonra  2  minə  yaxın  adam  həbs 

olunmuşdu.  Qəribə  burasıdır  ki,  cəmi  2-3  gündə  dünyanın  ən 

ucqarlarından  ermənilərin  tərəfdarları  və  təbliğatçıları  peyda 

olmuşdu.  Jurnalist  Eyruz  Məmmədov  deyir  ki,  hadisələrin  sa- 

bahısı  İsveçrədən  Artaşes  Qabrielyan  adlı  birisi  videokamerası 

ilə  Sumqayıtın  küçələrini  gəzirdi.  Milliyyətcə  erməni  olan  Ar­

taşes  Qabrielyan  Sumqayıtda  lentə  aldığı  hadisələrə  belə  ad 

qoymuşdu:  «Bizi  başkəsənlərdən  xilas  edin».  Bu  hadisələrdən 

sonra  Azərbaycana  qarşı  böyük  təbliğat  kampaniyası  başladı. 

«Azadlıq»  radiosunun  erməni  redaksiyasının  baş  redaktoru 

Eduard  Ohanesyan  hadisələri  öz  xeyirlərinə  şərh  etmək  üçün

hər cür böhtana,  şərə əl  atırdı.  Ölənlərin  sayını  artırır,  yalan  və 

qərəzli  məlumatları  mətbuat səhifələrində  yayırdılar.  Sumqayıt 

hadisələrindən  sonra  erməni  tarixçiləri  fəallaşmış,  iftira və təh­

rifə  üstünlük  verməklə  çoxlu  sayda  kitablar  nəşr  etdirmişdilər.

Biz  unutmamalıyıq  ki,  müharibənin  bu  qədər  uzanması  da 

təkcə  Azərbaycan-Ermənistan  maraqları  üzərində  qurulma­

yıb.  Sumqayıt  hadisələri  də,  sonrakı  proseslər  də  iri  dövlət­

lərin  böyük  oyunlarının  məqsədli  davamıdır.  Hələ  bir  vaxtlar 

SSRİ  DTK-nın  rəhbəri  olmuş  V.Kryuçkov  yazırdı:  «Ermənistana 

Azərbaycanın  20  faiz  torpağı  ona  görə  lazımdır  ki,  Dağlıq  Qa­

rabağ  məsələsinin  həllində  alver  kimi  istifadə  eləsin»...  Sum­

qayıt  hadisələrindən  üzü  bəri  bütün  prosesləri  təhlil  edəndə 

bu  sözlərin  həqiqət  olduğuna  qeyd-şərtsiz  inanmalı  olursan.

197


Sumqayıt  hadisələrini  araşdıran  siyasi  anal itiklər,  bu  möv­

zuda  yazan  jurnalistlər,  eləcə  də  hadisələrin  mahiyyəti  ilə  ma­

raqlanan  insanların  çoxu  hələ  o  vaxtlar  yaxşı  dərk  etmişdilər 

ki,  iğtişaşların  ssenarisi  Moskvada,  Siyasi  Büroda  hazırlanmışdı.

İkinci  dünya  müharibəsindən  sonra  Qərbin  SSRİ-yə  qarşı 

elan  etdiyi  «soyuq  müharibə»  1980-ci  illərin  sonu,  1990-cı 

illərin  əvvəllərində  artıq  öz  nəticəsini  verməkdə  idi.  Sov.İKP 

MK-nın  Baş  katibi  Mixail  Qorbaçov  bütün  siyasi  fəaliyyətinin 

böyük  bir  hissəsini  Avropanın  SSRİ-ni  iflasa  uğratmaq  cəhdləri 

ilə  uyğunlaşdırırdı.  Bu  proseslərin  hazırlanması  və  həyata  ke­

çirilməsində  bir  sıra  xarici  dövlətlərin  kəşfiyyat  qrupları  xüsusi 

canfəşanlıq  edirdilər.

Qırmızı  imperiyanın  parçalanması,  yer  üzündən  silinməsi 

müttəfiq  respublikaların  xalqlarını  qarşı-qarşıya  qoymaq,  etnik 

münaqişələr  yaratmaq  «zəruriyyətini»  ortaya  qoyurdu.  Bu  cür 

münaqişələrdən  biri  həssas  bölgələrdən  olan  Dağlıq  Qarabağ­

da  yaradıldı.  Keçmiş  SSRİ-də  m illi  məsələnin  ən  əsas  amillər­

dən  biri  olduğu  yaddan  çıxmamışdı.  Özünün  iflası  prosesini 

yaşayan  imperiyada  hər  hansı  lokal  qarşıdurma  genişmiqyaslı 

münaqişəyə  çevrilə  bilərdi.  Həmin  vaxtlarda  meydana  atılmış 

Dağlıq  Qarabağ  məsələsi  Azərbaycanda  bir  sıra  problemlərin 

ortaya  çıxmasına  səbəb  oldu  və  ermənilər  bu  faktordan  məha­

rətlə  istifadə  edərək  öz  bədnam  niyyətlərini  həyata  keçirməyə 

başladılar.

1988-ci  ilin  fevralında  Sumqayıtda  iğtişaşların  törədilməsi­

nin  bir  neçə  səbəbi  vardı.  Ermənilər Azərbaycandakı  soydaşla­

rının  zorakılığa  məruz  qalması  görüntüsü  ilə  nəinki  bu  şəhərin 

sakinlərinin,  bütövlükdə  azərbaycanlıların  şəxsində  düşmən 

obrazı  yaratmaq,  bununla  da  öz  mənfur  niyyətlərini  ört-basdır 

etmək  fikrində  idilər.  Həmin  illərdə  Sumqayıtda  gənclər  çox­

luq  təşkil  edirdi.  Onlar  müxtəlif  bölgələrdən  gəlir,  işə  düzəlir, 

yataqxanalarda  yaşayırdılar.  Müxtəlif  millətlərin  nümayəndə­

lərinin  yaşadığı  şəhərdə  hər  cür  adam  tapmaq  mümkün  idi.

198


Müşahidəçilər  sonralar  yazacaq  və  deyəcəkdilər  ki,  ermənilər 

sumqayıtlı  gənclərə  pulsuz  olaraq  tərkibinə  müxtəlif uyuşduru- 

cu  maddələr  qatılmış  çoxlu  miqdarda  alkoqollu  içkilər  payla­

mışdılar.  Ermənistandan  qaçqın  düşərək  respublikamıza  pənah 

gətirənlərin  böyük  hissəsi  də  məhz  Sumqayıtda  məskunlaşmış­

dı.  Öz  doğma  yurd-yuvalarından  zorla  qovulan  bu  adamların 

təbii  narazılıqlarından  imkan  daxilində  istifadə  etmək,  eləcə 

də  hadisələrin  guya  onlar tərəfindən  törədildiyini  bəyan  etmək 

daha  inandırıcı  görünürdü.

Həmin  dövrdə  «Krunk»  erməni  təşkilatının  üzvlərinin  bir 

qismi  Sumqayıtda  yaşayırdı.  Onlar  Ermənistanla  sıx  əlaqə  sax­

layır,  müntəzəm  olaraq  hadisəni  necə  törətmək,  necə  hərəkət 

etmək  barədə  təlimatlandırılırdılar.  Sumqayıtda  elə  bir  erməni 

ailəsi  yox  idi  ki,  onun  yaşayış  şəraiti  digər  xalqların  nüma­

yəndələrindən  aşağı  olsun.  Tolerant  ölkə  olan  Azərbaycanda 

onlar  üçün  hər  cür  şərait  yaradılmışdı.  Hətta  orta  məktəblərdə 

erməni  dili  tədris  olunurdu.  Hadisələrdən  sonra  Ermənistana 

köçənlər  orada  yaşaya  bilmədilər,  Rusiyanın  müxtəlif şəhərlə­

rində  məskən  saldılar.

SSRİ-nin  m illi  münaqişələr zəminində  dağıdılması  ssenarisi­

nin  müəllifləri  antierməni  iğtişaşlarının  ünvanı  kimi  Sumqayıtı 

seçmişdilər.  Çünki  bu  hadisələrin  baş  tutması  Qarabağ  uğrun- 

da  ümummilli  erməni  hərəkatına  təkan  verə  biləcək  tutarlı  bir 

siyasi  bəhanə  kimi  lazım  idi.

Separatçı  «Krunk»  və  «Qarabağ»  komitələri  dünyanın  hər 

yerində  yaşayan  ermənilərə  müraciətlə  onları  «Böyük  Ermə­

nistan»  uğrunda  mübarizəyə  çağırırdılar.  Həmin  vaxt  respub­

likamızın  əksər  regionlarında  məskunlaşan  ermənilər  uzun 

illərdən  bəri  gizli  yaratdıqları  maliyyə  fondlarına  güvənərək 

əhalini  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  üçün 

ümumerməni  hərəkatına  qoşulmağa  səsləyirdilər.

Sovet  imperiyasının  tarix  boyu  xalqımıza  qarşı  süngüyə  çe­

virdiyi  erməni  daşnakları  və  onların  dünyanın  hər yerindəki  tə-

199


əssiibkeşləri  1988-ci  il  fevralın  27-29-da  Sumqayıtda  əsl  vəhşi­

lik  aktı  törətdilər.  Əvvəlcə  şəhərə  atılan  təşkilatçılar,  təxribatçı 

qruplar  insanları  inandırmağa  çalışırdılar  ki,  Ermənistanda  və 

Dağlıq  Qarabağda  ermənilər  azərbaycanlıları  kütləvi  şəkildə 

döyür,  öldürür,  azyaşlı  qızları  zorlayırlar.  Onlar  Bakının  Də­

miryol  vağzalına  Ermənistandan  «vaqon-vaqon  meyitlər  gə­

tirildiyində»  israr  edirdilər.  Həmin  ərəfədə  hüquq-mühafizə 

orqanlarının  səlahiyyətləri  dondurulmuşdu.  Şəhərə  vaxtında 

ordu  göndərilməsi  tələbləri  artıq  fevralın  27-də  Sumqayıtda 

olan  SSRİ  DTK-nın  sədr  müavini  Bobkov  tərəfindən  heç  eşi­

dilmirdi  də.  General  Krayevin  rəhbərliyi  ilə  fevralın  28-dən 

29-na  keçən  gecə  Sumqayıta  daxil  olmuş  ordu  hissələri  və 

daxili  qoşunlar  şəhər  Partiya  Komitəsinin  binasını  mühasi­

rəyə  alaraq  gözləmə  mövqeyində  dayanmışdılar.  Həmin  an­

larda  şəhərdə  məlum  qüvvələr  tərəfindən  erməni  millətindən 

olanlar  döyülür,  öldürülür,  incidilirdilər.  Nəticədə  26  ermə­

ni  öldürüldü.  Fevralın  29-da  günortaüstü  ordunun  proseslərə 

birdən-birə  müdaxiləsi  nəticəsində  6  nəfər  azərbaycanlı  tank­

ların  tırtılları  altında  vəhşicəsinə  qətlə  yetirildi,  400-ə  yaxın 

adam  xəsarət  aldı,  200  mənzil  talan  edildi,  50  mədəni-məişət 

obyekti  dağıdıldı,  40-dan  çox  avtomobil  zədələndi  və  bir  his­

səsi  yandırıldı...

Martın  1-dən  keçmiş  SSRİ  Prokurorluğunun  istintaq  qru­

pu  hadisələri  araşdırmaq  üçün  fəaliyyətə  başladı.  Bu  qrupa 

keçmiş  SSRİ  Prokurorluğu  Baş  İstintaq  İdarəsi  rəisinin  müavi­

ni  Nenaşev  və  Baş  Prokurorluq  yanında  xüsusilə  mühüm  iş­

lər  üzrə  müstəntiq  Qalkin  başçılıq  edirdilər.  Bundan  savayı, 

keçmiş  SSRİ  Dövlət  Təhlükəsizlik  Komitəsinin  və  SSRİ  Hər­

bi  Prokurorluğunun  xüsusi  qrupları  da  Sumqayıtda  idilər.  Üç 

minə  yaxın  günahsız  şəhər  sakini  həbs  edildi.  Onlardan  bir 

qismi  inzibati  məsuliyyətə  cəlb  olundu,  bir  qismi  isə  müxtə­

lif  yollarla  azadlığa  çıxa  bildi.  94  nəfər  haqqında  isə  cinayət 

işi  başlanıldı.  İstintaq  zamanı  tutulanların  zorakılıqla  bir-birinə

200


qarşı  ifadələr  verməsində  adıçəkilən  qrupla  yanaşı,  Azərbay­

canın  müvafiq  qurumlarının  üzüyola  əməkdaşlarının  da  «xid­

məti»  olmuşdur.  Məhkəmələr  də,  öz  növbəsində,  yuxarıların 

göstərişlərini  əsas  tutmuş,  baxılan  cinayət  işlərində  qanunun 

aliliyi  prinsiplərini  kobudcasına  pozaraq  ədalətsiz  hökmlər 

vermişdilər.  18  oktyabr-18  noyabr  1988-ci  il  tarixdə  Moskva­

da  keçmiş  SSRİ  Ali  Məhkəməsi  Ə.Əhmədovun,  İ.Cəfərovun, 

T.İsmayılovun  cinayət  işlərinə  baxmış,  prosesdə  müttəhimlərə 

qarşı  ittihamların  əsassızlığı  sübut  olunsa  da,  həmin  iş  bütöv­

lükdə yenidən  istintaqa qaytarılmaq əvəzinə yalnız İ.Cəfərovun 

və  T.İsmayılovun  cinayət  işinin  materialları  yenidən  təhqiqata 

verilmiş,  Ə.Əhmədova  isə  heç  bir  tutarlı  dəlil-sübut  tapma­

dan  hadisələrin  təşkilatçısı  damğası  vurularaq  güllələnməyə 

məhkum  edilmiş  və  hökm  oxunduqdan  17  ay  sonra  Moskva 

şəhərində  icra  olunmuşdu.  Haqsız  yerə  həbs  olunmuş  Elçin 

Gəncəliyev  ona  verilən  işgəncələrə  dözməyərək  həbsxanada 

intihar  etmişdi.

Hazırda  Azərbaycan  Respublikasının  Baş  Prokurorluğunda 

Sumqayıt hadisələri  ilə  bağlı  cinayət  işinin  araşdırılması  davam 

etdirilir.  Uzun  müddət  keçməsinə  baxmayaraq,  həmin  hadisə­

lərin  yenidən  araşdırılması  hansı  zərurətdən  doğmuşdur?  Baş 

Prokurorluğun  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  İstintaq  İdarəsi­

nin  xüsusilə  mühüm  işlər  üzrə  böyük  müstəntiqi,  baş  ədliyyə 

müşaviri  Ənvər  Həmidov  bu  suala  belə  aydınlıq  gətirir:

-   Sumqayıt  hadisələri  ilə  əlaqədar  SSRİ  Baş  Prokurorluğu­

nun  200-ə  yaxın  müstəntiqinin  və  bir o  qədər  də  əməliyyatçı­

nın  cəlb  etdiyi  istintaq-əməliyyat  qrupu  tərəfindən  iğtişaşların 

törədilməsi  səbəbləri  araşdırılmış  və  bir  çox  şəxslər  məsuliy­

yətə cəlb  edilmişlər.  Lakin  həmin  cinayət  işlərinin  öyrənilməsi 

göstərmişdir  ki,  işin  istintaqı  tam,  hərtərəfli  və  obyektiv  araş­

dırılmamış,  hadisələrin  əsl  mahiyyəti  gizlədilmiş, 

cinayətlərin 

bütün  iştirakçıları,  əsasən  də təşkilatçıları  müəyyən  edilməmiş, 

hadisələrin  başvermə  səbəbləri 

və 

şəraiti  aydınlaşdırılmamış­



d ı

dır.  Hazırda  aparılan  istintaqın  əsas  məqsədi  də  Sumqayıt  ha­

disələri  ilə  bağlı  erməni  yalanlarını  üzə  çıxarmaq,  toplanmış 

sübutlarla  bu  hadisələrin  əsl  mahiyyətini  açmaq,  mümkün  qə­

dər  cinayətin  bütün  iştirakçılarını,  əsasən  də  təşkilatçılarını  nə 

qədər  çətin  də  olsa  müəyyən  etməkdir.  27-29  fevral  iğtişaşları 

ilə  əlaqədar  istintaqı  aparılaraq  sonradan  dayandırılmış  5  ci­

nayət  işinin  icraatı  Azərbaycan  Respublikasının  Baş  prokuroru 

Zakir  Qaralovun  2010-cu  il  19  mart  tarixli  qərarı  ilə  təzə­

lənərək  bir  icraatda  birləşdirilmiş  və  Baş  prokurorun  birinci 

müavini,  II  dərəcəli  dövlət ədliyyə  müşaviri  Rüstəm  Usubovun 

rəhbərliyi  ilə  prokurorluq,  Daxili  İşlər  Nazirliyi  və  M illi  Təh­

lükəsizlik  Nazirliyinin  müstəntiq  və  əməliyyatçılarından  ibarət 

istintaq-əməliyyat  qrupuna  həvalə  edilmişdir.  İlkin  olaraq  epi­

zodlar  üzrə  8  bənddən  ibarət  və  hər  bir  epizod  üzrə  istintaq 

planları  tərtib  edilmişdir.

İstintaqın  tam,  hərtərəfli  və  obyektiv  aparılmasının  təmin 

edilməsi  məqsədi  ilə  ölkənin  hüquq-mühafizə  orqanlarına  və 

müvafiq  qurumlarına,  bir  sıra  kütləvi  informasiya  vasitələrinə 

və  Rusiya  Federasiyasının  Baş  Prokurorluğuna  sorğular  göndə­

rilmişdir.

Ermənilərin  Sumqayıt  hadisələri  zamanı  bir  nəfər  də  olsun 

azərbaycanlının  öldürülməməsi  ilə  bağlı  iddialarına  baxmaya­

raq,  cinayət  işləri  öyrənilərkən  müəyyən  olunmuşdur  ki,  şə­

hərə  qoşun  yeridilərkən  5  azərbaycanlının  ölməsinə  dair  Bakı 

Qarnizonu  Hərbi  Prokurorluğunda  başlanan  istintaq  işinə əsas­

sız  olaraq  xitam  verilmişdir.  Həmin  cinayət  işi  üzrə  aparılan 

əlavə  istintaq  zamanı  sübut  olunmuşdur  ki,  Bakıdakı  1  nöm­

rəli  avtobus  parkının  sürücüsü,  milliyyətcə  erməni  olan  Vale­

ri  Markaryan  içərisində  hərbçilər  olan  avtobusu  Sumqayıtda 

dinc  əhalinin  üstünə  sürmüş  və  nəticədə  4  azərbaycanlı  həlak 

olmuşdur.  Hazırda  bu  fakt  üzrə  istintaq-əməliyyat  tədbirləri 

davam  etdirilir.  Sumqayıt  hadisələrindən  sonra  erməni  tərəfi 

dərhal  antiazərbaycan  informasiya  kampaniyasına  başlamışdı.

202


Onlar  hadisələrdən  mümkün  qədər  çox  bəhrələnmək,  dünya 

ictimaiyyətinin  nəzərində  azərbaycanlıların  zalım,  qəddar, 

qaniçən  obrazını  yaratmaq  və  guya  bu  səbəbdən  də  onlarla 

birgə  yaşamağın  mümkün  olmaması  haqqında  fikir  formalaş­

dırmaq  üçün  vaxt  və  vəsait  əsirgəmirdilər.  Ermənilər  indi  də 

bu  hadisələrlə  azərbaycanlılar  tərəfindən  onlara  qarşı  soyqırı­

mı  törədildiyi  fikrini  formalaşdırmağa  çalışır,  hadisələrə  siyasi 

qiymət  verilməsinin  vacibliyini  vurğulayırlar.  Kremlin  göstərişi 

ilə  hərəkət edən  o vaxtkı  rəsmi  Bakı  da  Sumqayıt  hadisələrinin 

guya  bir  qrup  xuliqan  tərəfindən  törədilməsi  versiyasını  qəbul 

etmiş  və  hadisələrin  səbəblərini  araşdırmaq,  onlara  siyasi  qiy­

mət vermək əvəzinə  günahkarları  öz  içərimizdə -  Sumqayıtda, 

şəhərin  o  vaxtkı  rəhbərliyi  arasında  axtarmağı,  tez-tələsik  on­

ları  cəzalandırmağı,  vəzifələrindən  azad,  partiya  sıralarından 

xaric  etməyi  və  bununla  da  öz  funksiyalarının  bitdiyini  göstər­

məyi  üstün  tutmuşdu.

Araşdırmalar  isə  göstərir  ki,  Sumqayıt  hadisələrinin  ən  azı 

üç  tərəfi  olmuşdur:  birincisi,  «yenidənqurma»,  «yeni  siyasi 

düşüncə»  şüarları  ilə  pərdələnən  Mixail  Qorbaçovun  rəhbər­

liyi  ilə  dünya  sosializm  sistemini  və  eləcə  də  SSRİ-ni  dağıtmaq 

siyasətini  həyata  keçirən  qüvvələr,  ikincisi,  yaranmış fürsətdən 

istifadə  edərək  Dağlıq  Qarabağ  Muxtar Vilayətini  Azərbaycan­

dan  qoparmaq  və  Ermənistana  birləşdirmək  istəyən  erməni 

və  ermənipərəst  millətçi  və  separatçı  qüvvələr,  üçüncü  tərəf 

isə  hadisələri  icra  edən  xüsusi  hazırlıq  keçmiş  təxribat  qrupu 

tərəfindən  təhrik  olunmuş  yeniyetmələr,  müxtəlif  cinayətkar 

ünsürlər  və  yetkinləşməmiş  gənclər.

SSRİ-nin  m illi  münaqişələr  zəminində  dağıdılması  ssena­

risinin  müəllifləri  və  bu  ssenarini  həyata  keçirməyə  çalışan 

qüvvələr,  o  sıradan  erməni  millətçi  və  separatçılarının  hava­

darları  Qarabağ  uğrunda  ümummilli  erməni  hərəkatına  təkan 

verə  biləcək  tutarlı  bir  siyasi  bəhanə  əldə  etmək  üçün  Azər­

baycan  ərazisində  antierməni  iğtişaşlar  törətmək  qərarına  gəl­

203


miş  və  bu  məqsədlə  əlverişli  yer  kimi  Sumqayıt  şəhərini  seç­

mişdilər.  SSRİ-ni  dağıtmaq  üçün  Dağlıq  Qarabağ  problemi  nə 

qədər  sərfəli  idisə,  Sumqayıt  bəhanəsi  də  erməni  hərəkatına 

təkan  vermək  üçün  bir  o  qədər  yararlı  idi.

Ənvər  Həmidov  bildirir  ki,  Sumqayıt  şəhərinin  keçmiş  güc 

strukturları  əməkdaşlarının  bir  neçəsi  faktiki  olaraq  28  fevral 

hadisələrinin  istintaq  və  əməliyyat yolu  ilə  təhqiqindən  kənar- 

laşdırılsalar  da,  müəyyən  etmişlər  ki,  şəhərdə  özlərini  «Qa­

fandan  qovulmuş  azərbaycanlılar»  kimi  təqdim  edən  20-25 

nəfərlik  təxribat  qrupu  fəaliyyət  göstərib.  Bu  barədə  onlara 

hətta  bəzi  zərərçəkmiş  ermənilər  də  məlumat  vermişlər.  Hə­

min  məlumatlar  SSRİ  Baş  Prokurorluğunun  istintaq-əməliyyat 

qrupuna  çatdırılsa  da,  naməlum  səbəblərdən  yoxlanılması 

təşkil  edilməmiş  və  nəticəsiz  qalmışdır.  O  vaxtlar  SSRİ  Baş 

Prokurorluğunun  istintaq  qrupunda  tərcüməçi  kimi  fəaliyyət 

göstərmiş  Nofəl  Əhmədov  bildirir  ki,  həmin  təxribat  qrupunun 

ifşa  edilməsi  üçün  cüzi  də  olsa  tədbirlər  görülməmişdir.

DTK-nın  Sumqayıt  şəhər  şöbəsi  tərəfindən  hadisələrin  əsas 

təşkilatçılarından  və  icraçılarından  biri  olan  «Paşa»  ləqəbli 

Eduard  Robertoviç  Qriqoryan  barəsində  məlumat  SSRİ  DTK- 

nın  Sumqayıt  hadisələri  üzrə  əməliyyat  sahəsinə  rəhbərlik 

edən  Yevgeni  Popova  çatdırılsa  da,  o  buna  şübhə  ilə  yanaş­

mış,  milliyyətcə  erməni  olan  şəxsin  öz  soydaşlarına  qarşı  ci­

nayət  törətdiyinə  inanmadığını  demişdir.  Martın  əvvəllərində 

DTK-nın  Sumqayıt  şöbəsinin  rəisi  Vladimir  Lebedev  onu  ça­

ğıraraq  Eduard  Qriqoryan  barədə  məlumatın  doğru  çıxdığını 

və  artıq  həbs  olunduğunu  bildirmişdir.  Eduard  Qriqoryanın 

hadisələrdə  iştirakı  və  onun  əlaqələrinin  müəyyən  edilməsi 

üçün  qeydiyyat-əməliyyat  işi  açılmış,  əməliyyatın  gedişində 

«Paşa»nın  əslən  qarabağlı,  milliyyətcə  erməni  olan  Osipov və 

ya  Osipyan  soyacllı  bir  «həmkarı»  ilə  söhbətlər  aparılmışdır. 

Sonradan  Osipovun  (Osipyanın)  Özbəkistan  SSR  ərazisində 

yerləşən  islah-əmək  müəssisəsində  cəza  çəkməsi  barədə  mə­

204


lumat  aldıqdan  sonra  bu  ölkənin  müvafiq  orqanlarına  sorğu 

göndərmək  qərarına  gəlinmişdir.  Lakin  SSRİ  DTK-dan  gəlmiş 

nümayəndələr  həmin  sorğunu  müxtəlif  bəhanələrlə  imzala­

maqdan  və  göndərməkdən  imtina  etmişlər.

Sumqayıt  hadisələrinin  törədilməsində  sovet  rəhbərliyinin 

hansı  dərəcədə  maraqlı  olduğu  göz  qabağındadır.  Bu  şəhər­

də  güc  strukturlarının  kifayət  qədər  hərbi  və  silahlı  qüvvələri 

olduğu  halda  hadisələrin  qarşısının  alınması  üçün  lazımi  təd­

birlər  görülməmiş,  bununla  bağlı  hətta  SSRİ  DTK-nın  sabiq 

sədr  müavini  Filip  Denisoviç  Bobkov  Sumqayıtda  olarkən  ona 

müraciət  etdikdə  bildirmişdir  ki,  hadisələrin  qarşısını  almaq 

barədə  əmr  verməyə  yalnız  SSRİ  rəhbərliyinin  səlahiyyəti  var. 

SSRİ  Baş  Prokurorluğunun  istintaq  qrupu  isə  yalnız  iğtişaşların 

icraçıları  ilə  maraqlanmış,  cinayətin  təşkilatçılarının  müəyyən 

edilməsi  istiqamətində  obyektiv  iş  aparmamış,  çox  vaxt  təş­

kilatçılar  qismində  azərbaycanlıları  məsuliyyətə  cəlb  etməyə 

çalışmış,  beləliklə,  əməliyyat  tapşırıqlarının  nəticələri,  demək 

olar  ki,  kölgədə  qalmışdır.

Ayrı-ayrı  müşahidəçilərin,  istintaq  orqanlarının  fikir  və 

mülahizələri,  gəldikləri  qənaət  öz  yerində,  o  vaxt  bu  şəhərdə 

baş  verənlərin  mətbuat  səhifələrində  necə  işıqlandırılmasına 

diqqət  yetirilməsi  də  yerinə  düşərdi.

Respublikanın  əməkdar jurnalisti,  «Exo  Sumqaita»  qəzetinin 

baş  redaktoru  Eyruz  Məmmədov  1988-ci  il  fevral  ayının  28- 

29-da  Sumqayıtda  baş verən  hadisələrin  tədqiqi  ilə  məşğuldur. 

Bu  illər  ərzində  onun  beş  kitabı  nəşr  olunmuş,  dörd  sənədli 

filmi  çəkilmişdir.  Əsərləri  rus,  ingilis,  alman  dillərinə  tərcümə 

olunmuşdur.  Onun  tədqiqatlarının  oxucular  üçün  maraqlı  ola­

cağını  nəzərə  alaraq  bəzi  seçmələri  təqdim  etmək  istərdik:


Yüklə 29,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin