Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

*** 

Uzun zaman o özünü olduğundan daha mürəkkəb, daha 

qəliz bir şəxsiyyət kimi göstərməyə çalışırdı. Buna sidq ürəklə 

inananlar da tapılırdı. Çox-çox sonralar bütün bu zahiri 

mürəkkəbliyin, qəlizliyin dalında  ən bəsit,  ən bayağı paxıllıq 

durduğu aşkar olundu. 



*** 

Kim nə deyir-desin, qəti  əminəm ki, 60-cı illər 

ədəbiyyatımızın qızıl dövrü idi. İndi qızılca dövrüdür, yəni 

ədəbiyyatın uşaq xəstəliyinə tutulduğu dövrdür. İndikilərə 50 

yaşında cavan da demək olmaz, onlar əlli yaşında uşaqdırlar. 

Məsumluğuna, təmizliyinə, günahsızlığına görə yox, gecikmiş 

infatalizminə, dünyadan bixəbərliyinə, dünyagörüşlərinin, 

ədəbi təsəvvürlərinin sayalığına və  sıyıqlığına görə,  şüur və 

zövq inkişafının ilkin pilləsində durduqlarına görə. Həm öz 

yazıları, həm əvvəlki klassik və çağdaş yazıçılara münasibətləri 

ədəbiyyat yox, antiədəbiyyatdır. Odur ki, olanı dağıdıb yenidən 

qurmaq istədikləri də Anti-Yazıçılar Birliyidir. AYB – bax, 

budur. 

*** 

Fransızlar yaxşı deyir ki, qocalıq – həmişəlik yorğunluqdur. 



*** 

Bəlkə də məhəbbət – birlikdə qocalmaqdır. 



*** 

Neyləməli, bu da bir qismətdir. Bütün ömrüm belə keçdi – 

bir  əlimdə yazmaq üçün qələm, bir əlimdə özümü qorumaq 

üçün çomaq. 



*** 

Nə desəm, nə yazsam, mütləq bir dılğır məlum yerdə çiban 

kimi pırtlayıb çıxacaq, mız, qulp qoyacaq. Məsələn, desəm ki, 

bu gün ayın üçüdür, deyəcəklər, bəs nədən dünən demirdin ki, 

ayın ikisidir. Heç nə deməyəndə, deyirlər ki, niyə susur. Nə 

etsəm, deyirlər ki, yəqin iqtidarın göstərişi ilə edir. Heç nə 



 597 

etməyəndə deyirlər, yəqin iqtidarın göstərişi ilə heç nə etmir. 



*** 

"Köhnə dostum, təzə düşmənimin" hər atmacasına cavab 

vermək, onunla mübarizə aparmağa nə hacət? Hər çıxışıyla, hər 

yazısıyla, hər bəyanatıyla özü-özüylə mübarizə aparır, kim 

olduğunu, hansı ağıl və əxlaq sahibi olduğunu nümayiş etdirir. 

*** 

Sovet vaxtında adicə JEK müdirinin qabağında tir-tir əsən 

bəzi dil pəhləvanları indi gecə-gundüz sovet rejimini yaş yuyub 

quru sərəndə yeri var deyəsən, sovet vaxtında aldığın rüşvətlər 

gözündən gəlsin. 

*** 

O gözüyumulu yaşayırdı. Qapalı gözləri yalnız öz içinə 

baxırdı.  İki gözü cüt pəncərə yox, cüt güzgü idi,  baxdıqca 

dünyanı yox, ancaq və ancaq özünü görürdü. 



*** 

O qədər şöhrət düşkünü idi ki, bircə şeyə heyfsilənirdi, səd 

heyf, öz dəbdəbəli dəfnini görə bilməyəcək, özü haqqında 

təmtəraqlı nitqləri eşitməyəcək. 



*** 

Həyat bəlkə Allahın yuxusudur. İndi oyanacaq, 

əstəğfürullah və hər şey – bütün varlıq əriyib qeyb olacaq. 

*** 

Deyəndə ki, dostlarımdan bəziləri dönük çıxdı, səhv 

edirəmmiş. Ona görə yox ki, dönük çıxmayıblar, ona görə ki, 

səhvən onları uzun müddət dost bilmişəm. İndi mənə aydındır 

ki, dost bildiklərim elə binədən dostum deyilmişlər, özlərini 

dost kimi qələmə verənlərmiş. Ona görə də onları etibarsızlıqda 

yox, riyakarlıqda günahlandırmaq olar. 

*** 

Böyük rəssamlar cansız 

əşyalardan yaratdıqları 

natürmortlara ruh, həyat, ovqat verdikləri kimi Çarli Çaplin də 

ən adi predmetləri poeziyaya çevirə bilir. "Səhnə  işıqlarında" 

Çaplin və onun partnyoru Baster Kiton skripkanın başına nə 



 598 

oyunlar açırlar, basdalayırlar, əzirlər, tapdalayırlar, qaloş təkin 

ayaqlarına geyirlər, amma skripka yenə  də çalır. Epizodda 

şeriyyət də var, kədər də, sənətin  əbədi varlığının rəmzi 

ölümsüzlüyü də… 

Çaplindən başqa bəlkə bircə Fellini sənətin bu möcüzəsini 

ifadə edə bilirdi. "Həyatın ləzzəti" filmində Marçello atasını 

dəvət etdiyi restoranda hava şarlarıyla qüssəli səhnəcik yaradan 

kloun nə  qədər təsirlidir. Epizodun sonunda təlxək hava 

şarlarını ardınca aparanda adama elə  gəlir ki, canlı bir 

varlıqdan ayrılırsan. Çaplin də, Fellini də sirk sənətinin 

əyləncəli və qəmli mahiyyətini dərindən duyurlar. 



*** 

Əvvəlki nəsillər üçün 1936-cı ilin İspaniya hadisələri nə 

idisə, bizim nəsil üçün 1956-cı ilin Macarıstan hadisələri o idi. 

İndi 36-cı ilin İspaniya hadisələrinə münasibət kökündən 

dəyişə bilər, Tbu sovet təbliğatının təhrif etdiyi kommunist 

avantürası idiU – deyilə bilər. 

Amma İspaniya hadisələrini mən sovet təbliğatının gözüylə 

deyil, Koltsovun və  hətta Erenbuqun yazdıqlarına görə yox, 

Ernest Heminqueyin şəhadəti, "Çan kiminçün çalınır" 

romanının faciəvi səhnələri, Pablo Pikassonun "Gernika" 

tablosu, Federiko Qarsia Lorkanın poeziyası  və romantik 

ölümü, vətəni tərk etməli olmuş dahi violonçelist Pablo 

Kazalsın musiqisiylə  dəyərləndirirəm. Və elə buna görə 

İspaniya hadisələri əvvəlki nəsillərin qəlbində bu qədər dərin iz 

salmışdı. 

56-cı ilin Macarıstan hadisələri – Sovet tanklarının 

Budapeşti işğal etməsi isə bizim nəsil üçün o vaxta qədər hələ 

də inandığımız sosializm ideyalarının büsbütün darmadağın 

olunması deməkdi. Faşist təcavüzü qarşısında  İspan xalqının 

dərdinə yananların övladları sovet təcavüzünə  məruz qalmış 

Macar xalqıyla həmdərd idi. 

*** 

Bibliyanı, Tövratı  və  İncili,  Əhdi-ətiqi və  Əhdi-cədidi 



 599 

dalbadal oxuyanda təəccüb edirsən. Tarixi, coğrafi və mifoloji 

fon eynidir, ümumi personajlar, yaxın üslub var, amma bunlar 

bir-birindən necə  də  fərqlidir. Bu təbiidir.  Əhdi-cədid 

(Yevangiliya-Xoş  xəbər) yeni bir dinin – Xristianlığın 

müqəddəs kitabıdır. Amma axı xristianlıq Bibliyanı bütövlükdə 

qəbul edir – vahid qutsal kitab kimi. Halbuki, Əhdi-ətiqin əsas 

prinsipi – "dişə diş, gözə-göz" əxlaqı, xristianlığın əsas qayəsi 

isə "sağ yanağına sillə vurularsa, sol yanağını da silləyə tuş  et" 

əqidəsidir. Bu iki mətndəki Allah da iki müxtəlif Allahlardır. 

Yəhudilərin Allahı İeqova-Savaof qəddar və qisasçıdır, kinli və 

deyingəndir. Elə hey öz xalqının üzünü danlayır, ona etdiyi 

yaxşılıqları dönə-dönə yada salır. (Bu bizə bugünki 

reallıqlarımızı xatırlatmırmı?) "Mən sizi Misir əsarətindən 

qurtardım, amma siz nankor çıxdınız, buna görə  də 

cəzalandırılacaqsınız" – Allah bu fikri yəhudi xalqına israrla 

təlqin edir. Dörd "Yevangilyada" – Xoş  xəbərdə (illah da, ən 

müfəssəl Matvey yevangilyasında) Həzrət  İnsanın Allahı 

xeyirxah və  rəhmdildir, dostlara da, düşmənlərə  də 

dözümlüdür. Tək bir Apokalipsisin qarabasmalarında 

bəşəriyyətin dəhşətli aqibətlərindən sayaqlama səciyyəli 

səhnələr təsvir olunur. 

Əhdi-ətiqdə bütün başqa xalqlara qarşı soyqırımı - genosid 

ideyası təlqin olunur, düşmənin bütün nəsli – qadınlar, uşaqlar, 

qocalar belə məhv edilməlidir. İsanın təlimində nə ellin var, nə 

yəhudi. Bütün xalqlara xoşgörüylə yanaşılır. Məhz elə buna 

görə də xristianlıq bir çox xalqın dini oldu, iudaizm isə tək bir 

xalqın, bütün dünyaya yayılsalar da, tək bir yəhudi xalqının 

dini oldu. Doğrudur, xristianlıq da kökləri etibarilə iudaizmdən 

çıxıb, amma o ellərarası bir dinə çevrildi – dünyanın beş 

qitəsinə yayıldı. Paradoks da bundadır.  İsa Məsih də, onun 

həvariləri də etnik mənşələri etibarilə yəhudidirlər, təlimləri də 

ruhu, intellekt səviyyəsi,  ənənələri etibarilə  yəhudi 

düşüncəsinin, yəhudi tarixinin və mifolojisinin bəhrəsidir, hətta 

məkan etibariylə  də  qədim yəhudi torpaqlarına bağlıdır. 


 600 

Xaçpərəstlik ilk mərhələlərində ortodoksal, təməl iudaizmə 

arxalanır, onun qanunlarına və  təlimlərinə sadiqdir. İlk 

mərhələdə o sanki bu əski dini çağdaşlaşdırır, reforma edirdi və 

ilk mənbəyə  əsaslanırdı. Ancaq tarix boyu dəfələrlə olduğu 

kimi yəhudilərin yaratdıqları  təlim bir müddət sonra onların 

özlərinə qarşı çevrildi. Elə ilk dövrlərdəcə dönə-dönə  yəhudi 

olduqlarını bəyan edən İsa Məsihin və həvarilərinin ən qəddar 

düşmənləri yəhudilər özləri idi – fariseylər, səddikulər,  əhli-

kitablar. Sonralar isə  yəhudilərin yaratdıqları yeni din – 

xristianlıq başqa xalqlar tərəfindən də  qəbul olunaraq 

yəhudilərin  ən amansız düşməninə döndü. Eynən iki min il 

sonra yəhudi Marks və yəhudi Lassal tərəfindən nəzəri əsasları 

qoyulmuş  və daha sonra Rusiyada yəhudi Martov, yarıyəhudi 

Lenin, xalis yəhudilər – Trotski, Sverdlov, Zinovyev, Kamenev 

və başqalarının həyata keçirdikləri kommunizm təlimi az bir 

zaman  ərzində  yəhudiliyin barışmaz təqibçisinə çevrilir. Bu 

xüsusilə dini seminariyanın (təbii ki, xristian dini 

seminariyasının) yetirməsi Stalinin açıq, ya gizli 

antisemitizmində, yəhudilərə divan tutmasında aydın-aşkar 

görünür. 

 

27 iyun, 1998 

 

*** 

Bakıda bulvar birdir, bulvar qəzeti çox. Görəsən, bu sarı 

mətbuatın xəcalətdən qızaracağı gün gələcəkmi? 

*** 

İnsanların yaddaşı necə etibarsızmış (bəzilərinin özləri 

kimi). Əgər ötüb keçənləri xatırlayırlarsa, ancaq özlərinə xeyir 

olan  şeyləri xatırlayır, nalayiq hərəkətlərini büsbütün 

yaddaşlarından silməyə çalışırlar. Hələ belə olsaydı, dərd 

yarıydı. Görürsən özlərinin heç bir vaxt olmayan igidliyindən, 

səxavətindən, mərdliyindən elə  əfsanələr uydururlar ki, bütün 

bunların şahidi olanlar, əsl həqiqəti bilənlər mat qalır. 



 601 

*** 

Azad insan olmaq nə deməkdir? Məncə, bunun həm müsbət

həm mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, azad insan 

olanda – məğrur, müstəqil, sərbəst düşüncəli və davranışlı 

olursan, yalnız öz vicdanının və  qəlbinin iradəsiylə  hərəkət 

edirsən. Mənfi tərəfi odur ki, azad insan hardasa mənçi, eqoist 

olur, yəni hərəkətlərində, davranışlarında sərbəstliyin, 

müstəqilliyinin başqalarının əzab-əziyyətinə, iztirablarına, ağrı-

acısına səbəb olacağını vecinə almır. "Mən belə düşünürəm, 

mən belə istəyirəm, mən belə hərəkət edirəm, vəssalam". 

Cəmiyyətdə olduğu kimi, hər bir insanın rəftarında, həyat 

tərzində  də azadlıq məsuliyyət hissiylə  tənzim edilmişdir. 

Məsuliyyət hissi kal olan insan da, cəmiyyət də, deməli, hələ 

azadlıq üçün yetişməyib. 



*** 

Füzuli Sözü kaman kimi inlədə bilən şairdir. 



*** 

Heç vaxt dostlarını  sınamağa çalışma. Çoxu sınaqdan 

çıxmaya bilər. 

*** 

Elə insanlar var ki, yaxşılıq etməkdən zövq alırlar, elə 

adamlar da var ki, bu zövq-səfanı pislik etməkdən alırlar. 

Səbəbsiz, məqsədsiz, mənasız pislik onların təbii tələbatıdır. 

Hər fürsətdə kimisə  zəhərləməsələr, çörək boğazlarından 

getməz. 


*** 

Eyni süjet, eyni motiv, eyni bədii niyyət beyninə düşür, 

sonra onun haqqında heç düşünmürsən, onu çözələməyə, 

inkişaf etdirməyə, təkmilləşdirməyə çalışmırsan. Sanki 

unudulub gedir. Amma, demə,  şüuraltı  iş gedirmiş, hardasa, 

beynin hansı alt qatında, gizli saxlancındasa bu rüşeym, bu 

hüceyrə öz həyatını yaşayırmış, bu toxum cücərirmiş. Birdən, 

qəfilcə, gözləmədiyin halda bu zəif impuls qol-budaq atır, ətə-

qana dolur, bitkin ədəbi niyyət kimi formalaşır, süjet 


 602 

dönəmləri, xarakterlər konturlaşır, sonra isə müxtəlif rənglər, 

çalarlar qazanır, personajlar dil açır, özlərinə xas üslubla, 

ləhcəylə danışmağa başlayır. 



*** 

Dombalaq aşıb mövqeyini tərs-məzhəb dəyişən siyasətçilər. 



*** 

Sovet sisteminin bir cəhəti əlamətdardır: komsomol -partiya 

– KQB təlimini münasib məktəblərdə keçənlər bütün gələcək 

ömürləri müddətində zombiləşirlər. Sonralar, dünya və 

cəmiyyət kökündən dəyişəndə  əqidələrini hətta dəyişə  də 

bilərlər, amma düşüncə modeli, təfəkkür tərzi,  əxlaq ülgüləri 

eyni sovet xüsusi təhsil sisteminin yetirməsi olaraq qalır. Hətta 

ağıllı, savadlı  və nisbətən sərbəst düşüncəli insanlar belə bu 

qəlibləri qırıb çıxa bilmir. Sital kommunistlərə gəlincə, heç bir 

vaxt cansıxıcı marksizm doqmatlarından yaxa qurtara 

bilməyəcəklər. Sovet dövrünün acı gerçəklikləri, tökülən 

qanlar, məhv olmuş milyonlarla insan, bütün dünyaya aşkar 

olmuş cinayətlər onların  əqidələrini sarsıda bilmir. Çünki bu 

əqidə deyil, bütün varlıqlarını robota çevirmiş proqramdır. 



*** 

Həyat – kitab kimidir. Deyilmiş söz olsa da, belədir. Bu 

kitabı tanrı yaradıb. Biz insanlar isə onu oxuyuruq. Oxumağa 

başlayırıq, ortasına çatırıq, bitiririk – ömrümüz sona yetir. 

Amma kitab da həyat kimidir. İllah da yazıçı üçün. Kitabı 

yazmağa başlayırsan – yazı müddəti uzun çəkirsə, bu vaxt 

ərzində kimsə doğulur, kimsə ölür, ömür yolunu, düşüncə 

tərzini, duyğu axarını büsbütün dəyişən yüz cür, min cür hadisə 

baş verir. Kitabın bitəndə  həyatın da bitir. Ya əksinə, həyatın 

sona çatanda kitabın da bağlanır. 



*** 

Düzdür, muğam adlarının çoxu farscadır: Rast, Şur, Segah, 

Cahargah… Amma axı "bayatı" ki, türk sözüdür. İsfahan, Şiraz 

– fars şəhərləridir, ancaq onların adlarıyla bağlı muğamlar türk 

sözüylə ifadə olunur. "Bayatı  Şiraz", "Bayatı  İsfahan". Fars 


 603 

elementinin iştirak etmədiyi muğam da var – "Bayatı Kürd". 

Və  nəhayət, Bayatı Qacar yalnız izafətinə görə fars diliylə 

bağlıdır. Qacarlar da türkdür, bayatlar da… 



*** 

Bəzən Atalar sözü adıyla özlərinin uydurduqları  mənasız 

ifadələri dilə  sırıyırlar ki, yazıq atalar ömründə belə  kəlamı 

dillərinə  gətirməzdi. Deyirəm, bəlkə  mən də bir Atalar sözü 

uydurum. Məsələn, "Əti çaparlar, atı çaparlar". Necədir 

sizinçün? 



*** 

İstedadsız adamların yalnız bir istedadı var: istedadlı 

adamların arasını vurmaq istedadı. 

*** 

Qəribə dramatik taleyi vardı. Öz vaxtını çox qabaqlamışdı. 

Gələcəyə ümidliydi. Amma gələcək yetişdiyi vaxt məlum oldu 

ki, indi də vaxt onu ötüb keçib, o geridə qalıb. Bütün 

zamanların vaxt qəribi… 

*** 

İndi mənə daha çox aydın olur ki, vaxtilə  Rəsul Rzanın 

ensiklopediyasına və "Qobustan"a qarşı hücumların sırf 

kommunist-ideoloji səbəblərindən başqa etnik səbəbləri, 

antitürk mövqeləri də varmış. Və  bəlkə bu cəhət daha önəmli 

imiş. 


*** 

İndi Heminqueyə münasibət – ədəbiyyatın məlum, amma 

ədalətsiz fenomenlərindən biridir. Hər hansı yazıçının bir 

zaman kəsiyində  əlahiddə populyarlığı, səcdə obyekti olması  

onun sonrakı taleyində məşum rol oynayır. Sanki zaman ondan 

məşhurluğunun, sevilməsinin hayfını çıxır. Həm də axı bütləri 

yıxmaq, abidələri uçurmaq özünütəsdiqin  ən yüngül, ən asan 

yoludur. Qapdığın varlıq nə qədər böyükdürsə, o qədər diqqət 

çəkəcəksən. Krılovun məşhur "Abirin və kilab" təmsilində 

olduğu kimi. "Abirin" və "kilab"ın nə demək olduğunu bilmək 

istəyirsizsə, Mirzə  Cəlil Məmmədquluzadənin eyni adlı 


 604 

felyetonunu oxuyun, ya ərəb dili lüğətinə baxın. 



*** 

Qəribədir, birdən köhnə, unudulmuş qeydlərinə baxanda 

təəccüblə görürsən ki, başına təzə  gələn fikrini sözbəsöz, 

cümləbəcümlə daha qabaqlar yazmısanmış. Bu bəzən ayrıca 

fikrə yox, bütöv şerə, ya musiqiyə  də aid olur. Yusif 

Səmədoğlu danışırdı ki, atası "Mən tələsmirəm" şerini təzə şer 

kimi yazıbmış, amma sonra arxivində çox illər qabaq yazdığı 

şerinə rast gəlib və görüb ki, unutduğu həmin  şer təzə 

yazdığının hər sətriylə, hər sözüylə eynidir. Emin Sabitoğlu da 

deyirdi ki, anamın sözlərinə  bəstələdiyi bir mahnının 

melodiyası çox illər qabaq yazdığı və unutduğu bir mahnısının 

– tamam başqa sözlərə yazdığı mahnının melodiyasının son 

notuna qədər təkrarı imiş. Deməli, yenə bayaqkı fikrimə 

qayıdıram. Yaradıcının beynində oyanmış hər hansı ifadə, hətta 

şer, ya melodiya güya ki, unudulsa da, əslində unudulmurmuş, 

yaddaşın hansı zirzəmisindəsə atılıb qalırmış və bir gün ordan 

boy atıb çıxırmış. 

*** 

Gözəl adlarımız var – Sevda, Sevinc, Sevil. Onları Seda, 

Seva etmişik. Axı bircə  hərfi tələffüz etməyə  ərindiyimizdən 

yaxşı adları niyə yabançılaşdırmışıq? 



*** 

Sxematik  ədəbiyyatda alverçi yalnız möhtəkirliklə  məşğul 

olan mənfi surətdir. Xalq təfəkkürü isə alverçini də insan kimi 

görür. Alverçi də  şair kimi sevə bilər. "Ağacda alma, dərrəm 

sataram, Bir ala gözlü hardan taparam, Ağacda püstə, dərrəm 

sataram, Bir boyu bəstə hardan taparam?" İntiqam Qasımzadə 

yaxşı deyir ki, biz bəlkə dünyada yeganə xalqıq ki, alverə lirik 

mahnı qoşmuşuq. Bu qəbahət yox, xalq ruhunun genişliyi və 

incəliyidir. Elə bu ruh incəliyindəndir ki, sevgilinin sevgilisinə 

ən ağır qarğışı "gülün yarpıza dönsün" sözləridir. 

Amma xalq təfəkkürünün qəribə paradoksları da var. "Yeddi 

oğul istərəm, bircə  dənə  qız gəlin". Yaxşı, tutalım, hər ailədə 



 605 

doğulanların hamsı  oğlan oldu, bu yeddi qardaş sonralar 

evlənməyə hardan qız tapacaq? 

*** 

Xarici dilləri yalnız dərs və kitablar vasitəsilə öyrənmək 

yeganə yol deyil. Körpələr artıq iki-üç yaşında kitabsız, dərssiz 

dil açdıqları lisanın bütün qrammatik qanunlarına riyaət edirlər. 

Bu dilin qaydalarını da, uzlaşmalarını da, lüğət tərkibini də 

praktik şəkildə mənimsəyirlər. 

Dil və o sıradan əcnəbi dili öyrənmək üçün mühit, qulağınla 

eşitdiyin danışıqlar daha vacibdir. 

İndi məktəblərdə tədris latın əlifbasıyla aparılır. Fikrət Qoca 

danışırdı ki, balaca nəvəsinin  əlinə kiril əlifbasıyla nəşr 

olunmuş Azərbaycan dilində kitab düşür. Höccələyə-höccələyə 

oxuyur və  təəccüb qalır: Baba, kitabı rusca oxudum, 

Azərbaycanca çıxdı. 

Yeni nəsillərdə kiril əlifbası  məhz rus diliylə anım 

(assosiasiya) yaradacaqdır. 

*** 

Kinodan yazsa da, o, kinoşünas deyil, kinoloqdur. 



*** 

Ay qara milçək, 

Taxmışam əlcək, 

Səni əzərəm, 

Yaxamdan əlçək. 

 

(Yuxuda qoşduğum şer) 



*** 

Dilimiz Azərbaycan türkcəsi olduğu halda, nədəndir ki, 

danışığımızda "türkün sözü", "türkün məsəli" kimi ifadələr 

işlədirik? Sanki ayırırıq, başqa bir dilin ibarələri kimi 

qavrayırıq. "Türkəsaya", "Türkəçara" anlayışları da təxminən 

bu qəbildəndir. Türkün sözü, türkün məsəli, türkəsaya 

ifadələrində sözü düzənqulu, açıq demək mənasından başqa bir 

kobudluq çaları da var. Sanki kübar, elitar bir danışıqda qaba 

xalq deyimi, küçə-bazar kəlmələri işlədirsən. Bəlkə Axsitan da 


 606 

Nizamiyə TLeyli və  Məcnun"u yaratmaq barədə sifariş 

göndərəndə türksayaq yazmamasını buna görə xahiş etmişdi. 

Ümumiyyətlə, Nizaminin bu sətirləri çox müəmmalıdır. Bu 

parça hətta sətri filoloji tərcümələrdə belə müxtəlif cür izah 

olunur. Təbliğat səciyyəli yazılarda bu ifadə Nizaminin türk 

dilində yazmamasına göstəriş kimi şərh olunur. Amma məgər 

bundan əvvəlki iki məsnəvisini, qəzəllərini Nizami türk dilində 

yazmışdı ki, Axsitan bu sarıdan təlaşlanırdı. Başqa, elmi 

cəhətdən daha obyektiv və  dəqiq izahlarda, məsələn, 

Krımskinin tədqiqatlarında bu yer "türk üslubunda", 

"türkbənzər"  şəklində  şərh olunur. Amma məsələ yenə  də 

aydınlaşmır. "Türk üslubu, ya türkbənzər" deyəndə Axsitan 

nəyi nəzərdə tuturdu? Nəinki Nizaminin, o dövrün hər hansı 

başqa sənətkarının əsərində bu "türk üslubu" nədə görünür? 

Cavabsız. Hələ ki, cavabı tapılmamış, hər halda mənə 

cavabı məlum olmayan məsələdir. 

*** 

İncidərlər, əzərlər. 

Bezdirərlər, üzərlər. 

Sonra da deyərlər ki, 

Uman yerdən küsərlər. 

 

Yuxuda deyil, oyaq vaxtı dilimə gətirdiyim bu misralar axır 



vaxtlar mənə ünvanlanan və qulağımda yağır olmuş bir ifadəyə 

– "uman yerdən küsərlər" ifadəsinə etirazımdır. Məsələ tək bir 

məndə  də deyil. Məni daha çox narahat edən bu ifadənin 

psixoloji tutumudur. İş görmək  əvəzinə, ancaq ummuşuq, 

küsmüşük. Kimdənsə  cəsarət, hərəkət uma-uma özümüz süst, 

fəaliyyətsiz olmuşuq və peşəmiz kimdənsə küsmək olub. 

"Allaha təvəkkül" düsturu da insanın öz iradəsini müc edib, 

yalnız Tanrıdan imdad gözləməsinə xidmət edir. Yalnız 

ummaq və küsmək insanın öz iradəsini, əzmini, məsuliyyətini 

başqasının boynuna qoymaq cəhdidir. Doğrudur, "səndən 

hərəkət, Allahdan bərəkət" ifadəsi də var. Amma çox vaxt bu 


 607 

cümlənin ikinci hissəsinə ümid olub, birinci hissəsini 

unuduruq. Hərəkət etmək istəmirik ki, bərəkətini də görək. 

*** 

Mənə qarşı cahil hücumlara reaksiya kimi çox vaxt 

xeyirxahlarım: "Əşi fikir vermə, it hürər, karvan keçər" 

deyirlər. Çox əcəb, amma axı it yalnız hürmür, həm də qapır və 

əgər qapan quduzdursa, onda neyləməli? Yenə vecinə 

almayasan? Ya gedib quduzluq iynəsi vurdurasan? Ya da 

gözləyəsən ki, günlərin bir günü özün də quduzlaşacaqsan?  

*** 

Qərblilər Amerika aborigenlərinin – hindu qəbilələrinin 

sadəlövhlüyünə lağ edir, gülürlər. Bir ovuc saxta daş-qaşa 

hundulardan o boyda Manxetten adasını aldıqlarıyla 

məzələnirlər. Eyni fəndlə afrikalıların da başlarını tovlayıb 

sərvətlərinə, torpaqlarına sahib çıxmalarıyla az qala öyünürlər. 

Amma indi, XX əsrin sonunda qəzetlərdə belə bir məlumat 

oxuyuram: Londonda auksionda kino ulduzu Merilin 

Monronun soxası – paltarı bir milyon dollara satılıb. Demə, bu 

paltarda o Prezident Con Kennedini seçkidə  qələbəsi 

münasibətilə  təbrik edibmiş. Yaxşı, bu ən səfeh bir şəkildə 

fetişizm deyil, nədir? Bunun nəyi qəlp daş-qaşa aldanan 

hunduların düşüncəsindən irəlidir? Bunu belə məbləğə alan kişi 

neyləyəcək – əyninə taxacaq, arvadına, qızına, aşnasına 

bağışlayacaq? Divardan asacaq, şkafda gizlədəcək? Son 

dərəcədə  əbləh iş olmaqdan savayı, həm də, məncə, çox 

əxlaqsız hərəkətdir.  Əgər Qərb mədəniyyəti bu gün bəşər 

tərəqqisinin ən yüksək pilləsindədirsə, bu cür hərəkətləri necə 

qəbul edə bilirlər. Nəinki qəbul edir, mətbuat hətta onu ağzını 

marçıldada-marçıldada reklam edir. Düşünmürlər ki, belə bir 

əməl yer üzündəki bir parça çörəyə möhtac olan milyardlarla 

ac-yalavacları  ən alçaq şəkildə  təhqir etməkdən başqa bir şey 

deyil. 


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin