Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

*** 

Qriqori Pomeransın "Tövbə etmədən" məqaləsində 

(Literaturnaya qazeta, 5 fevral 1997-ci il) maraqlı fikirlə 

rastlaşdım: "Yeri gəlmişkən, Suslovun siyasəti də öz bəhrəsini 

verdi. Polşa kommunistlərinin təcrübəsindən istifadə edərək 

Moskva ziyalılarını da (təkcə onlarımı) etnik əlamətə görə 

zümrələrə ayırdılar. Bunun himini qoyanların  əlinə  nə  gəldi – 

mürtəce romantizm, kəndlinin öz rus sifətini (azərbaycanlı, 

qırğız, latviya və s. – A.) itirən, quru yerdəU çıxan  şəhər 

ziyalısına qarşı qoyulması. Qısa zaman çərəyində belə bir 

illüziya yarandı ki, kəndli,  şübhəsiz ki, şəhərlidən daha 

bütövdür, mümkün və yeganə  həqiqət kəndlidədir. ("Drujba 

narodov" jurnalının təşkil etdiyi dairəvi masa söhbətində  mən 

elə bu barədə danışmışdım. – A.) Yeri gəlmişkən, bu ideya 

"İvan Denisoviç" əsəri vasitəsilə ortaya atılmışdı, ancaq kənd 

nəsrinin  şəhər nəsrindən üstünlüyü ideyası siyasət və 

senzuranın işindən başqa bir şey deyildi. Ədəbiyyatın 

sərhədlərindən kənara çıxmalı olsaq, mənzərə  kəskin  şəkildə 

dəyişəcəkdir. Tarkovskinin "İvanın uşaqlığı" əsərindən sonrakı 

qəhrəmanları başdan-ayağa ziyalıdırlar: ancaq Tarkovski 

"Stalker", "Nostalgiya" kimi əsərlərində Şukşindən zərrə qədər 

də geri qalmır. Bu əsərlərin hər birində misilsiz məsxərəçi 



 574 

obrazlar, mənə belə  gəlir ki, Belovun "Adi iş"  əsərindəki 

qəhrəmandan daha dərindir". Bu fikirlərə ədəbiyyatın özündən 

gələn nümunələri, deyək ki, psixoloji ustalıq baxımından 

V.Rasputindən heç də geri qalmayan Trifonovun əsərlərini 

əlavə etmək yerinə düşərdi. Doğrudur, gətirilən nümunələrin 

sayını keçmiş SSRİ-nin milli ədəbiyyatlarının materialları 

əsasında artırmaq olardı, bu dövrdə  kənd mövzusunda yazan 

yazıçılar təkcə  şəhərə  və  şəhər mövzusuna qarşı qoyulmurdu, 

həm də onları mükafatlandırırdılar, irəli çəkirdilər,  şəhər 

ziyalılarına nümunə kimi göstərirdilər. Bunlarla əlaqədar 

olaraq son dərəcə ustalıqla tapılmış bir termin, "Sosial realizm" 

termini işlədilirdi ki, bu da, "Sosialist realizmi" termini ilə 

münasibətdə evfemizm sayılırdı, çünki "Sosialist realizmi" 

anlayışı öz-özlüyündə gözdən düşmürdü. Müharibə haqqında, 

müharibədən sonrakı kəndlərdə baş verən fəlakət və haqqında 

yazılan həqiqət və yarımhəqiqətlər  mükafatlandırılır və həqiqi 

sənət əsəri kimi irəli çəkilirdi (bir çox obrazlarıyla o, doğrudan 

da, buna layiq idi, ancaq ədəbiyyat təkcə bundan ibarət deyil 

axı). Bütün yerdə qalanlar göydəndüşmə, özülü olmayan 

əsərlər sayılırdı ki, bunların da ziyalı  qəhrəmanları  tənqid 

tərəfindən yerlə-yeksan edilirdi. Doğrudan da, keçmiş Sovet 

dövrünün qeyri-disident ədəbiyyatının xidmətləri haqqında 

danışsaq, öz mənəvi probblemləri, mənəvi dəyərlər axtarışı ilə, 

narazılığı ilə birlikdə götürülən "aciz" sıravi qəhrəmanları da 

ictimai təfəkkürün formalaşmasında müəyyən rol oynadılar və 

nəticə etibarilə kommunist ideologiyasının dəmir-beton 

özülünün dağılmasına gətirib çıxartdılar. Təkcə realistik 

olmalarıyla yox, həm də  həqiqi bədii dəyərlərinə görə,  şəhər 

ədəbiyyatı (termini şərti mənada işlədirik) heç nədə  kənd 

ədəbiyyatından aşağı deyildi.  

*** 

Qahirədə Sfinks susur və bu da idiomatik ifadəyə 

çevrilmişdir, guya başqa heykəllər elə hey danışır və bir-biriylə 

söhbət edirmiş.  



 575 

*** 

F.Köçərli və İsmayıl Hikmətin (Artaylı) cızdıqları sərhədlər 

daxilində Azərbaycan  ədəbiyyatı tarixi nə deməkdir? Burada 

digər ismlər də ola bilərdi, deyək ki, fasdilli şairlərin yerinə – 

bu gün tərcüməsiz və  şərhsiz-filansız oxuyub başa 

düşdüyümüz, bizə daha doğma olan Yunis İmrə. Qəribə 

paradoksdur. Bu günün türk ədəbi dili neologizmlərlə o qədər 

zənginləşib (yaxud zibillənib) ki, Yunis İmrəni, XIV əsrin 

şairini oxuyanda yüzdə-yüz anladığım halda, onun müasir 

tədqiqatçılarının yazdıqları Ön sözü mütaliə edəndə üç 

cümlədən bir lüğətə baxıram.  

*** 

İnsan dəyişə bilməz, bir az başqalaşa bilər. Çinar dönüb 

palıd olammaz, ancaq çinar pohrələri ilə müqayisədə qoca, 

qollu-budaqlı çinarın dəyişməsi,  əlbəttə ki, göz qabağındadır, 

o, öz kölgəsiylə daha böyük məkanı əhatələmək qüdrətindədir.  

*** 

Türkiyədə solları da, sağları da yalnız bir şey birləşdirir – 

hər ikisi yalan danışır. Sollar sevgili SSRİ-lərinə öz xalqlarına 

qarşı törədilən bütün cinayətləri, digər ölkələrə münasibətdə 

yürütdükləri müstəmləkəçiliyi, imperializmi, senzuranı, 

QULAQ-ı bağışlayırlar. Özü də təkcə Türkiyənin yox, bir çox 

qərb ölkələrinin sol intellektualları da...  

*** 

Öz məqsədləri naminə demokratiyadan kommunistlər də,  

fundamentalistlər də istifadə edirlər. Məsələ burasındadır ki, 

demokratiya öz ideyalarını  hətta demokratiyaya qarşı olan 

insanlara təlqin edə bilir. Antidemokratlar da demokratiyanın 

məhz bu xüsusiyyətindən sui-istifadə edərək, demokratiyanın 

özünü məhv etmək məqsədilə hakimiyyətə gəlməyə can atırlar. 

Ancaq demokratiyanın bu Axilles dabanına baxmayaraq, bu, 

yer üzündə yeganə qəbul ediləsi rejimdir, çünki yerdə qalan nə 

varsa, ilk öncə ikiüzlülüyün təməli üzərində dikəlir, yəni 

populist və demaqoq şüarlar irəli sürməklə  əksəriyyəti təşkil 


 576 

edən kütləni bu ideoloji "qəfəsin" içində o vaxta qədər 

saxlayırlar ki, sərbəst düşünmək, fikir yürütmək tərzinin özü 

yerli-dibli yoxa çıxsın. Xalqın adından danışmaq səlahiyyətini 

qazanmaq naminə elə eləməlisən ki, xalqın özü birdəfəlik 

sussun, ya da dili tutulsun. Belə olduqda, bir də görürsən ki, 

insan təbiətinə əzəldən xas olan cəhətlər – ikiüzlülük, xəbislik, 

yalançılıq, çuğulçuluq… gül açdı, gülzar oldu. Bütün bunlar 

demokratik rejimdə yoxa çıxmır, ancaq həmin  şəraitdə bütün 

bunlar haqqında heç olmazsa, danışmaq mümkündür. 

Totalitarizm – sükutla xəlvət bağlanan əhd-peymandır. "Böyük 

demokrat" Leninin təbirincə desək, inqilab yox, demokratiya 

özünü məhz öz postulatlarından qorumalıdır. Yaxşı ki, türk 

hərbçiləri, doğrudan da, dahi insan olan, Türkiyəni qurtaran və 

quran, onun demokratik inkişaf yolunu müəyyənləşdirən və 

Türkiyənin müdafiə mexanizminin əsaslarını  işləyib ortaya 

qoyan Atatürk ideallarının fədailəridir. Doğrudur, burada etiraz 

etmək olar ki, Məhəmməd daha böyük insan idi, onun 

doktrinası əsrlərdən artıqdır ki, ürəklərə hökm edir. Ancaq kim 

təsdiq edə bilər ki, müasir islam fundamentalistləri tərəfindən 

təftiş edilən XX əsrin siyasi reallıqları bu gün islam 

ideyalarına, doğrudan da, uyğun gəlir. Axı konkret tarixi və 

coğrafi zəmində inkişaf tapan bu din digər tarixi epoxa və 

coğrafi məkanın meydan oxumasına laqeyd qala bilməz. Bəlkə 

İslamın zəif damarı ondadır ki, digər dinlərlə müqayisədə o, 

fərqli tarixi və coğrafi məkana çətin uyuşur (halbuki, bu sözün 

özündə bir az mənfi çalar olmamış deyil). Konkret şəkildə 

desək, İslama ayrıca bir din kimi yox, pravoslav, katoliklik və 

xristian protestantlığı kimi vahid monoteist dinin bir qolu kimi 

baxmaq olar. Və bu gün Türkiyəni xilafət dövrünə döndərmək 

istəyənlər  əlləri yerdən-göydən üzülmüş xurafatçılar və 

fanatiklərdir, yaxud Türkiyənin məhvində maraqlı olan xarici 

qüvvələr tərəfindən yaxşıca ödənc verilən adamlardır. Belə bir 

tendensiyanın qorxusu ondadır ki, o, çağırış kimi demokratik 

rejimdən zəncir çeynəyən qüvvələrə ünvanlanıb.  İnsanlar 


 577 

etdikləri seçimin səhv olduğunu anladıqları zaman (demokratik 

oyun qaydaları ilə şərtlənən) artıq çox gec olur. Nəticə etibari 

ilə isə totalitarizmin qələbəsi ilk növbədə onun fanatiklərinin 

başında çatlayan bir faciəyə çevrilir – bütün inqilabçı  və 

fundamentalist liderlər bir-birinin ətini yeyir, bunu anlayanda 

isə gec olur – o zaman həmin adamlar SAVAK-ın, yaxud 

KQB-nin divarları arasında çürüyürlər. Daha bir cəhət. 

Antidemokratik rejimlərin üzdə olan fiqurları öz quru canlarını 

xilas etmək məcburiyyətində qalanda isə nifrət etdikləri 

demokratik rejimli ölkələrdə siyasi sığınacaq tapırlar.  

Yaxud, qaçmaq baş tutmadıqda, öz əlləriylə qurduqları 

rejimin tələsinə düşdükdə ölüm saatını gözləyə-gözləyə indiyə 

qədər törətdikləri, yol verdikləri səhvləri götür-qoy etməyə 

azca da olsa vaxt tapırlar, ya da bəxtləri gətirsə, avtomobil

yaxud təyyarə  qəzasına düşürlər ki, kədərli aqibətlərinin 

səbəbini düşünməyə belə macal da qalmır.  

Nəyə görə inkişaf etmiş Türkiyə  İrana təsir göstərmir, 

xurafatçı  İran isə Türkiyənin ictimai təfəkkürünə soxulmaq, 

orada özünə yer eləmək istəyir? Ona görə ki, demokratiyanı 

zəif salan faktlar olsa da, içəridən oyulan və gec-tez külü göyə 

sovrulan totalitar rejimlərdən fərqli olaraq bu quruluşlarda bir 

sabitlik vardır. Ona görə  də totalitar rejimlər zəlzələdəki kimi 

bir anın içində yerlə-yeksan olur.  Axı  zəlzələ  də adi gözlə 

görünməyərək yerin təkində illər boyu yığılıb qalır. Qərb 

demokratiyasına gəldikdə, XX əsrdə özünün stabilliyinə görə 

o, iki şəxsə borcludur – Stalinə  və Hitlerə. Ona görə ki, Çin 

xunveybinlərinin tərəfdarları tipli qərb intellektualları, 

məsələn, Sartr, boğaza qədər azadlıq içində olanda anlayırlar 

ki, onların ölkəsində demokratiyanın alternativi nə ola bilər və 

şəxsi azadlıqları və həyatları üçün nəylə nəticələnə bilər.  

*** 

Hər inqilabın ilk döyüşü yaddaşla, tarixlə, mədəniyyətlə, 

mənəviyyatla apardığı döyüşdür. İnqilab öz xəstəliyini – tarixi 

yaddaşının skleroz olmasını bütün cəmiyyətə yoluxdurmağa 



 578 

can atır. Bizim gerçəklik – Azərbaycan gerçəkliyi də istisna 

deyildir. Dünən heç nə olan birisi bu gün hamıdan artıqdır və 

dünən adı-sanı olanlardan başlayır intiqam almağa. Məlum 

modeldur – "kökünə  qədər dağıdaq, sonra isə…" Nə sonra? 

Sona nə olacaq ki? Heç nə... 

Zəlzələdən, dağıntıdan, yaddaşın məhv edilməsindən 

sonra… 


*** 

Azərbaycanın bugünkü rəhbərlərinə xaricdə  vətənimizin 

layiqli imicini yaratmağın lazım olduğunu izah etmək 

faydasızdır, onlar hələ bu sözün (imic) özünü anlamırlar.  



*** 

Birinci Dünya müharibəsində döyüş dövlətlər arasında 

aparılırdı,  İkinci Dünya müharibəsində – ideologiyalar 

arasında, indi isə etnoslar arasında. Üçüncü Dünya müharibəsi 

gedir – Yuqoslaviya, Moldova, Qarabağ, Osetiya, Abxaziya…  

*** 

Çoxlu fakt və  sənədlərin açılmasından sonra başa düşürəm 

ki, anam necə cəsur qadın olub və ailəsinin başına gələn bütün 

faciəni bir dəfə də dilə gətirməyərək bizi şərdən-xatadan necə 

qoruyub. Bu gün xalqımıza qərəz, kin-küdurət yox, tövbə, 

bağışlama, intiqama susamamaq gərəkdir.  



*** 

Bu, Azadlıq meydanıdır, yadıma mitinqlərdən daşan günlər 

düşür, bir az öncə isə Brejnevin adına keçirilən bayramlarda 

gecələr boş meydanda səs gücləndiriciləri işə salaraq 

ümumxalq "sevincini" məşq edirdilər, alqış sədaları, şüarlar… 

bütün bunlar necə də absurd teatrı xatırladırdı. İstərdim ki, bu 

meydanda Azadlıq və  Məsuliyyətin simvolları kimi 

(Amerikada olduğu kimi, bir tərəfdə Azadlıq, o biri tərəfdə 

Məsuliyyətə qoyulan abidələr) iki abidə ucaldılsın – iki çinar 

əkilsin. Azadlıq Çinarı  və  Məsuliyyət Çinarı – qoy onlar 

gözlərimizin önündəcə boy atsınlar, rəmzləri olduqları 

anlayışlar kimi boyaboy yüksəlsinlər.  



 579 

*** 

Həyat – məzmundur, incəsənət isə sözün geniş  mənasında, 

formadır. Həyatın məzmunu amorfdur, onu incəsənət  əridib 

qəlibə tökür və  əbədiyyətə  ötürür. "Həyat keçicidir, sənət 

daimi". Həqiqətdə də, belədir.  

*** 

İ.S.Bax alman bəstəkarları içində daha çox şərqlidir, rusların 

içində  ən  şərqlisi, mənim fikrimcə, Raxmaninovdur (mən, 

məsələn, Rimski-Korsakovda, Balakirevdə,Qlinkada, 

Borodində ("Poloves rəqsi") "şərq motivlərinin" 

mövcudluğundan danışmıram). Mən melodiya sisteminin 

özünü, səsləndirməni… nəzərdə tuturam. Baxda çox şeylər 

Şərqlə birbaşa  assosiasiya oyadır, mən hələ "prelüdiyaUyla 

TBayatı-ŞirazU arasında aparılan analogiyanı xatırlatmıram. 

*** 

Nəyə görə bir xalqın övladları öz qan qardaşlarına qarşı bir 

belə amansızdırlar? Erməniyə  bəslənilən nifrət bizim bir-

birimizə bəslədiyimiz nifrətin yanında nədir ki? 



*** 

Mən Xalq Cəbhəsini qadağan etmək, buraxmaq, 

ümumiyyətlə, qeyri-qanuni elan etmək təklifi ilə Milli 

Məclisdə  çıxış edən adamlarla razı deyiləm. Xalq Cəbhəsi 

bizim tariximizin bir hissəsidir,  şübhəsiz ki, müxalifətdə 

olduğu zaman  və hakimiyyətdə olduqları  qısa bir zaman 

çərəyinin acı  təcrübəsi ilə birlikdə. Bütün  bunların qiymətini 

zaman özü verəcək. Xalq Cəbhəsi ilə müstəntiqlər yox, 

tədqiqatçılar məşğul  olmalıdır. 

*** 

Uğradığımız uğursuzluqlarda həmişə başqalarını 

günahlandırmaq (biz bu cəhəti, deyəsən, ruslardan götürmüşük) 

öz gücünlə, bacarığınla öz taleyində  nəyisə  dəyişməyin qeyri-

mümkünlüyü ideyasına gətirib çıxarır. Belə çıxır ki, əgər bizim 

taleyimizi Qərb, Amerika, ruslar, yəhudilər, ermənilər, KQB, 

SRU və Mossad həll edirsə, nə yetəri gücümüz, nə ağlımız, nə 


 580 

də iradəmiz var. Onlar, doğurdan da, taleyimizlə bir belə 

oynayırlarsa, etiraf etməliyik ki, biz marionetkalarıq, ipimiz 

həmin güclərin əlindədir. 



*** 

Öz xalqının taleyi üçün məsliyyət  hiss edən  ciddi 

siyasətçilərin hamısını bir ucdan satqın adlandırmaq olmaz, 

bəziləri bu damğanı çox böyük həvəslə  Nəriman Nərimanova 

yapışdırırlar. Siyasət aləmində öz xalqının  şərəfini və  şəxsi 

ləyaqətini qoruyaraq ölən, ancaq yaşadığı  şəhəri xilas edə 

bilməyən Cavad Xan yolu və özünü Teymurun 9-cu qulu 

adlandıraraq ölkəsini xilas edən  İbrahim  Şirvanşah yolu 

mövcuddur. Fransız müqavimət hərəkatını təşkil edən, onun ilk 

ilhamvericisi olan Şarl de Qol yolu və öz adının tarixə biabırçı, 

ləkəli şəkildə düşməsi bahasına Parisi dağılmaqdan xilas edən 

Peten yolu var. Mən İbrahim, yaxud Peten kimi hərəkət etmək 

istərdim? Yox. Çünki mən siyasətçi deyiləm. 

*** 

"KoroğluU eposu ilə Şekspirin "Hamleti" arasında oxşarlıq 

var. Hər iki əsərin qəhrəmanları atalarının intiqamını alır. 

*** 

Xalqların müstəqilliyi ilə yanaşı,  şəxsiyyətin müstəqilliyi 

anlayışı da mövcuddur. Şəxsiyyətin müstəqilliyini də 

hökumətin və dövlətin qəsdindən qorumaq lazımdır. 

Şəxsiyyətin nə edib-nə etməmək barədə  qərar çıxarması, nə 

vaxt susması özünün və yalnız özünün müəyyənləşdirdiyi 

məsələdir.  Şəxsiyyətə edilən hər hansı  təzyiq, onun 

müstəqilliyinə edilən qəsd, həm də millətin özgürlüyünü məhv 

edir. Müstəqil millət addımbaşı ləbbeyk deyən itaətkar və asılı 

nəfərlərdən ibarət ola bilməz.  Əbülfəzin zamanında biz 

özümüzü ölkənin vətəndaşları, H.Əliyevin zamanında isə 

təbəəsi kimi hiss edirdik. Biz Əbülfəzi qəbul etməyə bilərik, 

ancaq o zaman biz, özümüzü prezidentlə eyni hüquqlu adamlar 

kimi hiss edirdik. İndi biz sözün əsl mənasında, sahibi olan 

ölkənin təbəələriyik. 


 581 

*** 

Biz biabır olmuş, iflasa uğramış  və dağılmışıq. Kimdir 

günahkar? 90% özümüz. Başısoyuqluğumuz, laqeydliyimiz, 

boşboğazlığımızın ucundan gözəl yurdumuzu viranə qoyduq. 

Olur ki, lider öz xalqına layiq olmur, belə halda deyirlər ki, hər 

bir xalq öz hökmdarına layiqdir. Ancaq olur ki, xalq öz liderinə 

layiq olmur. Heydər Əliyevin tarixi prosesləri anlaması və dərk 

etməsi səviyyəsi bu gün Azərbaycan ictimai fikrinin yetişdiyi 

səviyyədən qat-qat üstündür. Ümumən, hərdən televizora 

baxanda, onun rus rəhbərləri ilə yan-yanaşı durmasını görəndə 

bir anlığa unudursan ki, o, Moskvaya dağılıb-parçalanmış  və 

biabır olmuş bir ölkədən təşrif gətirib, görkəmi qalib 

görkəminə  bənzəyir. Erməniləri də qorxudan məhz budur, 

əsəbiləşirlər, elə bil ki, Azərbaycana istehza eləyən bunlar 

deyilmiş. Heydər  Əliyev,  şübhəsiz ki, MDB-yə girəcək, 

halbuki, bu, SSRİ əsarətinin başqa bir ad altında dirilən forması 

ola bilər. Mən MDB-yə inanmıram, ancaq H.Əliyevə inanıram, 

o, bütün variantları ölçüb-biçəndən sonra nəticə etibarilə MDB-

yə daxil olmağı  qərarlaşdırıbsa, demək, Azərbaycanın başqa 

çıxış yolu yoxdur. Bəs MDB-nin özü nə olan şeydir, 

hadisələrin sonrakı gedişinə  nə  vəd edir? Bu barədə "Denğ" 

qəzetindəki yazıları oxumaq yetər. Proxanovla general 

Açalovun söhbətini oxumaq kifayətdir ki, bizə hansı qismətin 

hazırlandığını təsəvvür edək. Rus patriotları yaman adamlardır, 

həmişə böyük bir dövlətin məhv olub getməsi barədə hay-küy 

salaraq özlərini də dolaşdırırlar, bu  məhvə sürüklənən  şeyin 

xilasını milli mahiyyətdə axtarıb-aramaq əvəzinə təzədən başqa 

millətlərin taleyi ilə məşğul olur, onların əvəzinə özlərinə sərf 

edən qərarlar qəbul edirlər. Mənə elə gəlir ki, bunun arxasında 

iki məqam var. Birincisi, milli tənhalıq qorxusunun hay-küy  

şəklində çatdırılmasıdır. Rus xalqı böyük millətlər arasında, 

olsun ki, ən tənha millətdir. Qərb onu öz ailəsinin bərabər üzvü 

kimi qəbul etmək istəmir, bu ailə, göründüyü kimi, son iki 

Dünya Müharibəsinin faciəvi dərslərindən sonra yaranıb və 



 582 

yaşayır. O, Avropa Birliyindən daha genişdir. Bura 

anqlosakson xətti üzrə  təkcə ABŞ, Kanada yox, onlardan 

tamamilə uzaq və yad olan Yaponiya da daxildir. Çünki bu ailə 

zəngin üzvlərin ailəsidir, Rusiya isə kasıb olduğu üçün buraya 

buraxılmır. Hələ onu demirik ki, o, uzun müddət özünü lazım 

olan  şəkildə aparmamışdır. Hələ  də Rusiyaya uzun müddət 

ərzində başqalarının canına yeritdiyi alçaldıcı qorxunu 

bağışlamırlar.  İslam və ümumən, Asiya dünyasında da 

Rusiyanın yeri yoxdur. Onun yeri slavyan  ailəsində, düşmən 

Polşa, Çexoslovakiya, dişlərini qıcıtmış Ukrayna, laqeyd 

Belorusiya, demək olar ki, xəyanət etdiyi Serbiya və vaxtaşırı 

olaraq Rusiyanı satan Bolqariya ilə birlikdə  təsəvvür edilmir. 

Pribaltika ölkələrinin, Moldaviyanın, Macarıstanın, 

Rumıniyanın nifrəti… Dostu olmayan Gürcüstan və ikiüzlü 

şəkildə arabir yaltaqlanan, əsl həqiqətdə ona hamıdan çox 

nifrət bəsləyən Ermənistan. Yerdə qalır yalnız  Orta  Asiya 

respublikaları  və  hərəkətlərindən heç nə anlaşılmayan 

Azərbaycan. Bax bu itaətkar ölkələr dinc durmayanda 

Rusiyanın səbr kasası  daşır. 

İkinci məqam burnunun ucunda hiss edilən NATO təhlükəsi 

qarşısında keçirdiyi qorxu hissidir. 

Ancaq əgər patriotlar  Rusiyanın bu gün, doğurdan da, Qərb 

əsarətində olmağına səmimi  şəkildə inanırlarsa, onda bu 

boyunduruğun altına digər millətləri çəkməkdənsə, birinci qoy 

özləri xilas olsunlar. Rusları və erməniləri  olsun ki, bir başqa 

xüsusiyyət də yaxınlaşdırır – azadlığın dadını bilməmək, yəni o 

mənada ki, bu hissi litvalılar, gürcülər və çeçenlər bilir. 

Ermənilər bütün tarixləri boyu güclü ağaların qarşısında – 

istəyir Osmanlı imperiyası olsun, istəyir  İran, yaxud Rusiya 

olsun, – boyun əyiblər və bu yolla həm də dünyanın min bir 

bicliyindən, hiyləsindən keçərək, mənəvi köləliklərinin 

intiqamını alaraq dünyadakı mövcudluqlarını  təmin ediblər… 

Və bütün lovğalıq natamamlıq kompleksindən və "güc varsa, 

ağıl lazım deyil" kor-koranə inamından irəli gəlir. Anlamırlar 


 583 

ki, qul da güclü ola bilər. Azadlıq – hər  şeydən öncə daxili 

keyfiyyətdir. Bəs mənim yazıq, bədbəxt, aldadılmış  və 

biabırçılığa düçar olmuş    xalqım?!  O, öz başısoyuqluğunun, 

həyata kefcil münasibətinin, həqiqi və yalançı  uğurlarıyla bəsit 

şəkildə lovğalanmasının,  əsl və yalançı  qəhrəmanlarına 

tapınmasının, hər addımbaşı  qəhrəman keçmişiylə, dünyada ən 

şanlı tarixə,  ən zəngin mədəniyyətə yiyələnməsiylə 

öyünməsinin qurbanıdır… Bu da axırı… 

*** 

Rusdilli azərbaycanlı ziyalıları imperiyanın keçmişinə çəkən 

qüvvə  nədir belə? Ötən 70 il ərzində biz daxilən bütöv, 

hərtərəfli ziyalı    nəsli yetişdirə  bilmədik, elə bir zümrə ki, 

onun üçün ana dili  istənilən vəziyyətdə özünütəsdiqin  əsaslı 

qarantına  çevrilsin. Bax burada çox şeyləri uduzmuşuq, zəif 

yerimiz buradır. Xalq Cəbhəsinin bir illik hakimiyyəti zamanı 

buraxılan səhvlər nəticəsində ziyalılara elə bir zərbə  dəydi ki, 

o, təzədən imperiyanın, kommunizmin, sosializmin… nə bilim, 

daha nələrin  ağuşuna atılmağa hazır idi, təki öz mövqeyini, 

çörəyini qoruyub saxlasın. 

*** 

J.Berje və L.Povelinin "Kahinlərin sabahı" (Moskva, MİF 

nəşriyyatı, 1991, səh 12) kitabından: "Flaqelliantlar – 

günahlarını bilib özünə qamçı vurduranlardırU. XIV əsrin 

ikinci yarısında İtaliyanı çuğlayan kütləvi tövbə hərəkatı. Ucu-

bucağı görünməyən, bütün zümrələri  əhatə edən xalq kütləsi 

özünü şallaqla döyərək bütün İtaliyanı gəzib-dolaşırdı. 1348-ci 

il taunundan sonra bu hərəkat Alplardan aşaraq Qərbi 

Avropaya adladı. Katolik kilsəsi əvvəlcə bu hərəkata xeyir-dua 

versə də, sonralar onunla tonqallar çataraq mübarizə apardı. 



*** 

Çox zaman ona nə deyildiyinin fərqində olmur, çünki 

özüylə ləbaləb doludur. 

*** 

Motsartın musiqisini Motsart yazıb, Baxın musiqisini – 



 584 

Allah. Albioninin Adajiosu da ilahi əsərdir. Baxın xoralları, 

Vivaldinin musiqisi, Şubertin "Ave Mariyası" – bütün bu 

möcüzələri doğurub-yapan xristian mədəniyyətinə necə 

düşmən gözüylə baxasan? 

*** 

Bütün inqilablar, nəhayət, imperiyaların və diktatorların 

yaranması ilə bitir – Roma imperiyası, Fransa inqilabından 

sonrakı  Napoleon. Oktyabrdan sonra doğulan Stalin. Və indi 

bütün yenidənqurmalardan, azadlıq və demokratiyadan sonra 

Yeltsin imperiyasının növbəsidir. Yeni Yeltsin 

konstitusiyasının mayasında imperialist əxlaqı var. Stalin və 

Brejnev konstitusiyaları toya getməlidir bunun yanında. Burada 

xalqların yalandan da olsa, öz müqəddəratını  təyinetmə 

hüququna yer yoxdur. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin