QƏRİb məMMƏdov, mahmud xəLİlov


olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə57/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   53   54   55   56   57   58   59   60   ...   64

olacaqdır. Qeyd etmək lazımdır ki, hətta ən orta qiymətlə – nüvə konfliktlərinin dünya kənd təsərrüfatı və 

təbii ekosistemlərə, nəticədə isə bəşəriyyətin özünə təsiri son dərəcə təhlükəlidir.        

Nüvə konfliktinin iqlim effektləri  

Əgər dünyanın iri şəhərləri, xüsusilə qazıntı yanacağı növləri ilə  işləyən enerji təchizatı sistemləri nüvə 

zərbələrinə məruz qalarsa, iqlimin qlobal pozulması qaçılmazdır. Tam ehtimal etmək olar ki, irimiqyaslı nüvə 

konflikti zamanı şəhərlərin və ətrafındakı hərbi və sənaye obyektlərinin bombardman edilməsi nəticəsində Şimal 

yarımkürəsinin baş sənaye rayonları xarabazara çevriləcəkdir.  

Nüvə partlayışının bilavasitə təsiri ionlaşdırıcı radiasiya, zərbə dalğası və istilik şüalanması ilə əlaqədardır. 

Bunlar dərhal insanların həlak olmasına və iri şəhər böyüklüyündə bir ərazinin fəlakətli dağılması ilə nəticələnir. 

Bundan başqa, nüvə partlayışları şəhərlərdə hökmən möhtəşəm yanğınlara səbəb olar və güclü tüstü cərəyanları 

atmosferə külli miqdarda his (qrum) aparar.  

Nüvə partlayışları Yerin səthindən havaya çoxlu miqdarda toz, müxtəlif qırıntı materialları, torpaq qaldırır. 

Atmosferdə radiasiya tozunun mövcudluğu yaxın regionlarda, həm də bütün planetdə radioaktiv yağıntıların 

düşməsinə gətirib çıxaracaqdır. Toz hissəcikləri atmosferin yuxarı qatlarına qalxaraq ciddi iqlim pozuntularına 

səbəb olacaqdır.  

Nüvə partlayışlarının təsirilə, Şimal yarımkürəsinin iri şəhərlərində yerləşən alışqan (tezalışan) materialların 

dördə biri alışarsa, hesablamalara əsasən havaya təxminən 50-150 mln. ton hissəciklər düşəcək, onun da 30 mln. 

tonunun tərkibində karbon olan çox qara maddə günəş şüalarını effektiv udmağa qadirdir. His hissəcikdəri ilə ən 

çox doymuş tüstü neft, benzin, qara neft, həmçinin neft-kimya məhsulları- plastmass, rezin, asfaltın yanması 

zamanı əmələ gəlir.  

Meşə, bozqır və açıq sahələrdə baş verən yanğınlar nəticəsində əmələ gələn tüstünün tərkibində his az olur, 

odur ki, onun iqlimə təsiri «sənaye» tüstüsü ilə müqayisədə ehtmal ki, ikinci dərəcəli hesab olunur.   

Güclü yanğınlar zamanı tüstü qalxan (yüksələn) hava axınları ilə aparıldığından, hissəciklər troposferin 10-

15 km-lik qatına və hətta strotosferə qalxa bilər.  

Bir çox halda tüstü cərəyanları aşağıda yerləşən tufanlı buludlar tərəfindən saxlanıla bilər. Xirosima və Na-

qasaki üzərindəki belə buludlar qalxan tüstüləri udaraq saxlamış, bunun nəticəsində tərkibində su ilə bərabər his, 



 

359


toz, kül olan «qara leysan» düşməyə başlamış, bu, atom bombardmanlarından sonra bir neçə saat ərzində davam 

etmişdir. Son vaxtlar aparılan tədqiqatlar nəticəsində güman edilir ki, yağıntılarla birlikdə bir neçə saat və ya bir 

neçə gün ərzində, atom bombardmanı zamanı baş verən yanğınlar nəticəsində  əmələ  gələn hissəciklərin 30-

50%-i yerə düşür.  

Qeyd edildiyi kimi, tərkibində his olan tüstü günəş işığı tərəfindən intensiv udulur. Hisin sıx buludları çox 

yüksəklikdə, planetin atmosferində qarışaraq günəş enerjisinin böyük miqdarını «tutub saxlayaraq» şüalanma 

yolunda keçilməz sədd yaradır. Bu, atmosferin yuxarı qatlarının qızmasına, əksinə, aşağı qatlarının soyumasına 

səbəb olur. Əgər Şimal yarımkürəsinin orta dairələri rayonlarında 30 mln. ton hiss tozlanarsa, Yer səthinə çatan 

günəş  işığının miqdarı 90%-dən az olmayaraq azalacaqdır.  Əvvəlcə his hissəcikləri nəhəng yastı «kökələr» 

halında toplaşaraq, küləklə uzaq məsafələrə aparılır. Sonra isə ehtimal ki, hava kəskin dəyişərək qısamüddətli 

güclü soyuqlaşma baş verir.  

Nüvə parlayışından bir neçə gün ərzində atmosfer prosesləri nəticəsində  səmanın təmizlənməsini ehtimal 

etməyə əsas yoxdur. Yəqin ki, bir neçə sutkadan sonra troposferin yuxarı qatları stabilləşir və Günəş histərkibli 

buludları qızdırır. Bunun nəticəsində his hissəcikləri bir qədər də yuxarı qalxır və oradan artıq yağışlar vasitəsilə 

«yuyula» bilmir.  

Bir neçə gün ərzində tüstü buludları  və his hissəcikləri bir kontinentdən  Şimali Amerika, Avropa və 

Asiyanın böyük hissəsini örtə bilər.  

Nüvə partlayışının digər nəticələri  

1.  Nüvə partlayışı zamanı  əmələ  gələn  azot oksidləri atmosferə qalxaraq, ozon qatının azalmasına 

(nazilməsinə) səbəb ola bilər. Hesablamalara əsasən ozon qatı altı ay, hətta il ərzində Şimal yarımkürəsində 20-

30% azala bilər. Qısa müddətlərdə «ozon deşikləri» də yarana bilər və burada ozon qatının qalınlığı «normanın» 

30%-ni təşkil edər. Açıq havada təhlükəli ultrabənövşəyi şüalanmanın intensivliyini artırar, hərçənd bir neçə ay 

ərzində atmosferin tüstülənməsi ona maneə (sədd) ola bilər. Lakin hisin atmosferə daxil olması da bilavasitə və 

ya havanın temperaturunun dəyişməsi və atmosfer sirkulyasiyası nəticəsində ozon qatının dağılmasına səbəb ola 

bilər.  

2. Nüvə  zərbəsindən sonra atmosferə külli miqdarda kimyəvi maddələr, o cümlədən karbon oksidləri, 

müxtəlif karbohidrogenlər, azot və kükürd oksidləri, sulfat turşusu, ağır metallar və bir sıra digər toksiki 

maddələr düşərək, ətraf mühitin çirklənməsinə səbəb olacaqdır. Bu maddələr bilavasitə və dolayı yollarla insana 

və bütün canlı orqanizmlərə böyük ziyan yetirəcəkdir, həm də onun təsiri illərlə davam edə bilər. Bu və ya digər 

faktorlardan asılı olaraq yağış sularının turşuluğu xeyli artacaq, yalnız bir ayda çirklənmiş sənaye rayonlarında 

onun mövcud səviyyəsini 10 dəfə artıracaqdır.  

Yer səthini ay ərzində «turşulu dumanlar» bürüyəcəkdir Yavaş-yavaş davam edən (alovsuz) yanğınların 

mənbələri havada toksiki qarışıqlar əmələ gətirib insan sağlamlığı üçün təhlükəlidir.  



3. Artıq  əsas nüvə  zərbələrinin ilk günlərində partlayış yerlərində intensiv lokal radioaktiv yağıntılar 

düşəcək. Müharibə aparan dövlətlərin geniş  ərazilərinə letal (öldürücü) dozada qamma-şüalanma düşəcəkdir. 

Xüsusi sığınacaqlar olmadıqda bir qədər az intensivli qlobal radioaktiv yağıntılar uzun zaman ərzində xərçəng 

və digər təhlükəli xəstəliklərin yayılmasına səbəb olacaqdır. Radioaktiv hissəciklər orqanizmə qida, su və hava 

(nəfəs aldıqda) ilə daxil olacaqdır. Nüvə bombardmanında salamat qalan insanlarda radiasiya daha çox hiss 

olunacaqdır – əvvəla onların sağlamlığı digər zərərli təsirlərdən və ətraf mühit şəraitinin pisləşməsi nəticəsində 

pozulacaq, ikincisi isə onlara tibbi yardım minimuma enəcəkdir.  

Cənub yarımkürəsində lokal radioaktiv yağıntılar, yalnız nüvə partlayışları olan yerlərdən bir neçə yüz ki-

lometrlik məsafədə  təhlükəli ola bilər, yüksək dozalı radioaktivlikli qlobal yağıntıların isə nisbətən az olması 

ehtimal edilir.  



4. Əgər nüvə silahlarının partlayışları atmosferin yuxarı qatlarında baş verərsə, Yerin böyük əraziləri güclü 

elektromaqnit şüalanması təsiri altında qalacaqdır, bu isə rabitə, energetik və elektron sistemlərinin işini pozar, 

yaxud tamamilə  sıradan çıxara bilər. Müharibənin başlanan vaxtında bunların itirilməsi təşviş  və  hərcmərclik 

yaradacaqdır, bu vaxt isə nüvə silahlarının istifadəsi haqqında məsul qərarlar qəbul edilməsi vacibdir.  



 

Bioloji tədqiqatların nəticələri 

1.  İrimiqyaslı nüvə müharibəsinin yaratdığı iqlim və digər təsirlərə qarşı  həm təbii ekosistemlər, həm də 

kənd təsərrüfatı strukturu olduqca həssasdır. Nüvə silahlarının bilavasitə  təsirindən qaçqın düşən milyardlarla 

insan müharibədən sonra olduqca ağır vəziyyətə düşəcəkdir. Hər  şeydən  əvvəl məhsulun məhv olması, 

beynəlxalq  ərzaq ticarətinin pozulması, enerji sistemlərinin dağılması, həmçinin  ərzaq ehtiyatının tükənməsi 

nəticəsində aclıq hökm sürəcəkdir.  


 

360


2. Nüvə konfliktindən sonra dənli bitkilərin məhsulunun azalması və temperaturun aşağı düşməsilə əlaqədar 

xeyli itirilməsi mümkündür.  



3.  Hətta iqlim pozuntusu olmadıqda belə, nüvə müharibəsinin nəticələri kimi – beynəlxalq ticarət 

sistemlərinin və məhsul (ərzaq) nəqliyyatının sıradan çıxması, anbarların, kənd təsərrüfatı texnikasının və enerji 

avadanlıqlarının dağıdılması, gübrə, pestisid, toxum fondu və digər kənd təsərrüfatı vasitələrinin dayanması 

nəticəsində dünya kənd təsərrüfatı istehsalı və məhsulun paylanması sistemi nüvə müharibəsinin nəticələrindən 

ciddi ziyan çəkəcəkdir.  

4.  İqlim və digər faktorların birgə  təsiri nəticəsində  Şimal yarımkürəsinin  əksər hissəsində  və  Cənub 

yarımkürəsinin bir çox vilayətlərində irimiqyaslı nüvə konfliktindən sonra qida (ərzaq) məhsulu istehsalı bir 

ildən artıq praktiki olaraq dayana bilər.  

5. Dünya ticarətinin ümumi pozulması, həmçinin bir çox ölkələrin taxıl ixracatında iştirak etməməsi ilə 

əlaqədar hərbi konflikt zamanı  ərzaq məhsulunun eksportu dayanacaqdır. Bunun nəticəsində  əhalinin böyük 

kütləsi aclıq təhlükəsi qarşısında qalacaqdır. Nüvə konfliktində  iştirak etməyən və bilavasitə nüvə  zərbəsinə 

məruz qalmayan ölkələr də müharibənin nəticəsi olaraq aclıq keçirəcəklər.   



6.  Kənd təsərrüfatı istehsalının dağılması  şəraitində  ərzaq istehsalının  əsas mənbəyi təbii ekosistemlər 

olacaqdır.  Əgər müharibə  nəticəsində mühüm iqlim dəyişkənliyi baş verməsə  də, təbii ekosistemlər Yer 

əhalisinin az bir hissəsini qidalandıra bilər. Hətta  ən  əlverişli nəticədə onlar kənd təsərrüfatı kimi zəngin 

mənbəni əvəz etməyə qadir deyildir.  



7.  Təbii ekosistemlər istənilən halda nüvə müharibəsinin yaratdığı iqlim pozulmalarına olduqca həssas 

olacaqdır. Onların dəyişməsi qütb tundrasından başlamış rütubətli tropik meşələrə, səhradan başlamış okeanlara 

və  şirinsulu hövzələrə  qədər olduqca müxtəlif olacaqdır.  Şimal yarımkürəsində temperaturun aşağı düşməsi 

əsasən quruda özünü göstərəcək, işıqlanmanın azalması ən çox okean ekosistemlərinə təsir edəcəkdir, halbuki 

yağıntıların xarakter və intensivliyinin dəyişməsi başlıca olaraq Cənub yarımkürəsinin bozqırlarına və digər 

ekosistemlərinə öz təsirini göstərəcəkdir.   



8. Bioloji sistemlər hətta nüvə müharibəsinin yaratdığı nisbətən az iqlim dəyişkənliyinə o qədər həssasdır 

ki, məhvedici ekoloji nəticələr zəif iqlim dəyişmələri zamanı da baş verə bilər və bunun nəticəsi olaraq Yer 

əhalisinin böyük hissəsi ziyan çəkər.  

9.  İqlim pozulması uzun müddət davam edərsə, bu vəziyyət prosesin kəskin dövründə, işıqlanmanın ek-

stremal azalması və temperaturun aşağı düşməsi qədər insan həyatına faciəli təsir göstərə bilər.  



10. Qlobal radioaktiv yağıntılar, ehtimal olunduğuna görə, insan, ekosistem və kənd təsərrüfatı üçün böyük 

nəticələr törətməyəcəkdir. Lakin lokal radioaktiv yağıntılar,  şübhəsiz ki, həm müharibə aparan, həm də ona 

qonşu ölkələrin  əhalisinə ciddi təsir göstərəcəkdir. Müxtəlif rəylərə  əsasən lokal radioaktiv yağıntılar 

nəticəsində milyonlarla, bəlkə də yüz milyonlarla insan həlak olacaqdır.  

Şübhəsiz ki, həm təbii ekosistemlər, həm də  kənd təsərrüfatı radioaktiv təsir altında qalacaqdır.  Şimal 

yarımkürəsinin orta enliklərində geniş ərazilər, o cümlədən dəniz və şirinsulu ekosistemlər radioaktivliyə məruz 

qalacaqdır. Radioaktivlik bioloji sistemlərdə toplaşır: qida zəncirinin ən yüksək pilləsində duran canlı orqanizmlər 

( o cümlədən insanlar) radioaktivliyə sirayət etmiş məhsullarla qidalanaraq min dəfə artıq radiasiya dozasını qəbul 

edir. Az ehtimal etmək olar ki, müharibədən sonrakı şəraitdə belə radioaktivlik zəhərlənməyə qarşı kəsərli tədbirlər 

baş tuta bilsin.  



 

22.4. Texnogen ekoloji qəzaların təsiri 

Texniki qurğuların qəzası zamanı baş verir və  ətraf mühitdə olduqda arzuolunmayan dəyişikliklərə, bir 

qayda olaraq canlı orqanizmlərin kütləvi qırğınına və iqtisadi ziyanlara səbəb olur. Antropogen qəzaların 

ekosistemlərə təsirləri arasında xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:  

 

Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş verən qəzalar; 



 

Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqliyyatı zamanı baş verən qəzalar; 



 

Sutəmizləyici qurğularda və neft borularında baş verən qəzalar; 



 

Geniş ərazilərdə meşə yanğınları; 



 

Tankerlərin və neftçıxarma platformaların qəzaları.  



Qəzalar və fəlakətlər qəflətən baş verərək lokal xarakter daşıyır, eyni zamanda onların ekoloji nəticələri da-

ha geniş məsafələrə yayıla bilər.  

Təcrübələr göstərir ki, texnogen ekoloji qəzalar (TEQ) hətta yüksək texnoloji standartlara malik olan 

ölkələrdə də baş verə bilər və onun baş verməsi bir sıra aşağıdakı kompleks səbəblərdən ola bilər: təhlükəsizlik 



 

361


texnikasına riayət edilməməsi, insanların səhvləri, yaxud onların fəaliyyətsizliyi, müxtəlif sınmalar, təbii 

fəlakətlərin təsirindən və b. ən təhlükəli ekoloji fəlakətlər radiasiya obyektlərində (atom elektrik stansiyalarında 

nüvə yanacağı istehsal edən müssisələrdə, uran filizləri çıxarılan mədənlərdə və b.), kimya müəssisələrində, neft 

və qaz borularında, nəqliyyat sistemlərində (dəniz və dəmiryolu nəqliyyatında və s.), su anbarları bəndlərində və 

b.  

Bəşəriyyət tarixində texnogen xarakterli faciələrlə  nəticələnmiş  ən böyük qəza 1986-cı il aprelin 26-da 



Ukraynada Çernobıl AES-in dördüncü enerji blokunda baş verdi. Çernobıl faciəsinin nəticələri haqqında «Ener-

getika və ekologiya» böləsində ətraflı məlumat verilir.  

Çernobıl qəzasından  əvvəl, nüvə energetikasında  ən ağır qəza 1979-cu ildə Amerikanın Trimayl-Aylend 

AES-ində (Pensilvaniya ştatının Qarrisberq şəhərinin yaxınlığında) baş vermişdir. Reaktorun qoruycu örtüyü bu 

qəzanın ağır ekoloji nəticələrinin qarşısını alsa da, əhaliyə və ətraf təbii mühitə ciddi ekoloji ziyan dəydi. 30 km-

lik faciə zonasından bütün əhali köçürüldü.  

1957-ci il sentyabrın 29-da Çelyabinski vilayətində (Kıştım kəndinin yaxınlığında), müharibədən dərhal so-

nra atom silahı  əldə etmək məqsədilə tikilmiş müdafiə müəssisəsində böyük qəza baş verdi. Partlayış 

nəticəsində atmosferə radioaktiv məhsullar atılaraq, sonralar 15 min km

2

  əraziyə yayıldı. Tullantı 2 mln. 100 



min Kü təşkil etmişdir (Çernobıl qəzası zamanı atmosferə 50 mln. Kü atılmışdır).  

Ekoloji nəticələr baxımından kimya obyektlərində baş verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu hal-

da atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli maddələrə yoluxur. Zəhərləyici maddələr 

yüksək konsentrasiyalı olduqda, insan və heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir. Kimya 

sənayesində  ən ağır faciəli fəlakət 1984-cü il dekabrın 3-də gecə Hindistanın Bxopala şəhərinin təhlükəli 

obyektində, Amerikanın  pestisid istehsal edən «Yunion-karbayd» kompaniyasının zavodunda baş vermişdir. 

Soyuducu sisteminin və qəza təbilinin nasaz olması ilə əlaqədar iki saat ərzində rezervuardan atmosferə 40 ton-

dan artıq fosgen qarışıqlı metilizosianatın 200

0

C temperaturunda 10 atmosfer təzyiqi ilə buxarı atılmışdır. Meti-



lizosianat CH

3

NCO – güclü zəhər olub, kənd təsərrüfatı ziyanvericiləri və təhlükəli xəstəliklərin daşıyıcılarını 



məhv etmək üçün istifadə edilən pestisidlərin istehsalında aralıq məhsul hesab olunur. CH

3

NCO-nun moleku-



lyar çəkisi 57 olub, onun buxarı havadan iki dəfəyə qədər ağırdır. Gecə vaxtı havanın şaquli qarışması zəif ol-

duğundan, zəhərli buludlar əhalisi yatmış  şəhərin üzərinə çökmüşdür. Zəhərlənmə  nəticəsində 3200-dən artıq 

adam ölmüş, 30000-i isə beynindən ciddi xəsarət almasından və iflic olmasından şikəst qalmışlar. Ümumilikdə, 

qəzadan bir milyona qədər insan ziyan çəkmişdir. Fəlakətdən sonrakı  nəsillərdə  də bir sıra eybəcərliklər 

müşahidə olunmuşdur. Qəzanın baş verməsinə  təhlükəsizlik texnikasının kobud şəkildə pozulması  səbəb 

olmuşdur. Qəza vəziyyətində personalın davranış qaydaları öyrədilmədiyindən onun nəticələrini daha da 

ağırlaşdırmışdır.  

1976-cı il iyulun 10-da İtaliyanın  Sevezo  şəhərində kimya istehsalında dəhşətli qəza üz vermişdir. 

Personalın buraxdığı səhvə görə, 2,5 kq yüksək toksikliyə malik olan dioksin maddəsi (tetraxlordibenzodioksin) 

axmışdır. Məlum olduğu kimi, bu maddə kanserogen, teratogen və mutagen təsirinə malikdir. Qəza nəticəsində 

bir neçə yüz adamda ağır dəri xəstəliyi – xlorakne baş verdi, zəhərlənmiş on minə qədər heyvan kəsildi (məhv 

edildi). Ekoloq mütəxəssislərin fikrincə, dioksinin təsiri hələ iki-üç onilliklər davam edəcəkdir, belə ki, bu 

maddə uzun müddət öz toksikliyini saxlamaq qabiliyyətinə malikdir.  

Su ekosistemləri və bütövlükdə biosfer üçün neft və neft məhsullarının dənizlərə axıdılması böyük təhlükə 

hesab olunur. Neftlə doldurulmuş tonkerlərin və neft çıxarılan platformaların qəzaları  nəticəsində  dənizə 

qəflətən olduqca böyük miqdarda neft axıdılır. Bu neft su səthində yayılaraq 100 km-lərlə məsafələrə aparılır. 

Hər bir belə qəza dəniz orqanizmlərinin – planktondan tutmuş iri balıqlara, dəniz məməlilərinə qədər canlıların 

min kvadrat kilometrlərlə sahədə kütləvi qırğınına səbəb olur. Neftin dünya ixracatının yarıdan çoxu tankerlərlə 

daşınır. Hazırda dünyada 1000-dən artıq supertankerlər istismar edilir, onların hər biri 100000 tondan artıq neft 

daşıya bilir. Hər il yüzə qədər, o cümlədən 20 ağır tanker qəzaya uğrayır.  

Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə  əlaqədardır.  «Amoko-Kadis» 

tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmışdır (1978-ci ildə).  

1989-cu ildə  «Ekson-Valdes» tankerinin yolundan çıxması  və Alyaskada Prins-Ulliam körfəzində 

deşilməsi nəticəsində  dənizə 45 min ton neft axmış  və 1500 km

2

 sahilyanı  ərazinin çirklənməsinə  səbəb 



olmuşdur.  

«Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun 

dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın beş adası sayılan Xonsyunun sahil ərazisinin 

böyük hissəsinin çirklənməsinə  səbəb oldu. Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi. 

Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə məruz qaldı.  



 

362


Tankerlərin qəzaları Dünya okeanı və onun sakinləri üçün XX əsrin əsl bəlasına çevrilmişdir. 1970-ci ildə - 

29; 1989-cu ildə – 11; 1991-ci ildə – 7 böyük qəza üz vermişdir. 1987-ci ildə İngiltərənin sahilində baş verən 

tankerin qəzası nəticəsində su səthinə 117 min ton xam neft dağılmışdır.  

Qeyd edək ki, belə qəzaların nəticələri onillər boyu müşahidə olunur. Bu qəzaların əksəriyyəti yaxşı havada 

baş verir və buna həmişə sahibkarların və ekipajların səhlənkarlığı səbəb olur. 


 

363


XXIII FƏSİL 

 

TƏBİİ FƏLAKƏTLƏR 

 

Yerin geoloji tarixində alimlər (Y.Kyuvye və b.) fəlakətlərin böyük rol oynadığını göstərir.  



Təbii fəlakətlər – geofiziki vəziyyətin ekstremal nəticəsi olub, təbii əlverişsiz vəziyyətdə dağıdıcı faktorlar 

əmələ gələrək təbii faciələr törədir.  



Ekoloji fəlakətlər – təbiətin anomaliyası (qeyri adiliyi) uzunmüddətli quraqlıq, kütləvi qırğın (məsələn, 

heyvanların və s.) olub, çox vaxt insan fəaliyyətinin təbii proseslərə bilavasitə və dolayı yolla təsiri əsasında baş 

verir və müəyyən regionda kəskin  əlverişsiz iqtisadi nəticələr törədir və ya əhalinin kütləvi surətdə  məhv 

olmasına səbəb olur.  



Texniki qurğuların (atom elektrik stansiyaları, tankerlər və s.) qəzası mühitdə kəskin əlverişsiz dəyişikliyə 

səbəb olaraq canlı orqanizmlərin kütləvi ölümü və iqtisadi ziyanla nəticələnir.  

Təbii fəlakətlərin aşağıdakı növlərini göstərmək olar: daşqınlar, tropik tsiklonlar, tufanlar, tayfunlar, 

sunamilər, zəlzələlər, vulkan püskürmələri, quraqlıq, ayazlar, meteorit zərbəsi, sürüşmələr, dağ uçqunları, qar 

uçqunu, xortumlu burulğan (smepç) və s. 

Təbii fəlakətlər litosfer, hidrosfer və atmosferdə qarşılıqlı əlaqədə olurlar.  

 

23.1. FIRTINALAR  

Fırtınalar Yer kürəsinin hər yerində qeydə alınan təbii fəlakətlər olub, çox müxtəlifliyi ilə səciyyələnir. On-

lardan bir hissəsi, eyni zamanda inkişaf edib burulğanlı (burulğanlı fırtına) və burulğansız hava axınının hərəkəti 

kimi təzahür olunur. Digəri üçün isə havanın yalnız axın hərəkəti formasında (hava axını fırtınası) baş verməsi 

xarakterikdir.  

Burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan 

və adi sürəti saatda 60 km-ə  qədər olan geniş hava kütlələridir. Belə axınlar adətən quraqlıq vilayətlərdən 

yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada 

çınqıl və iri qum: 2 metrə  qədər hündürlükdə  xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə  qədər) 

xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar 

(Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar – Orta 

Asiya üçün xarakterik olub sarı-qonur qumluca və gillicə sovrulur; qırmızı  fırtına (dəmir oksidinə boyanmış 

gillicə); ağ  fırtına – geniş şoran  ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ  fırtınalar qurumaqda olan 

Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Toz-

lu tufanların müddəti bir neçə saatdan 7 … 70 sutkaya kimi davam edir. Küləyin sürəti adətən saniyədə 40 metri 

keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da böyük maddi ziyan yeti-

rir.  


Tozlu fırtınalar kənd təsərrüfatı üçün ən təhlükəli meteoroloji hadisələrdən biri hesab olunur. Onlar həm 

təbii, həm də antropogen faktorların təsirindən baş verir. Keçmiş SSRİ  ərazisində (Ukraynanın Odessa 

vilayətinin cənub-qərbində, Krımın bozqır rayonlarında, Nikolayev və Xerson vilayətinin cənubunda,  şimali 

Qafqazın bozqır rayonlarında, Qazaxıstanın Quryev vilayətinin Xəzəryanı, Aktyubinsk və  Qızıl vilayətlərinin 

Aralyanı rayonlarında və s.) ən güclü tozlu tufanlar 1892, 1928, 1960-cı illərin yazında baş vermiş, torpağın 

eroziyasına (sovrulmasına), səpinlərin korlanmasına, sovrulma materiallarının yolları basmasına səbəb 

olmuşdur.  

Tozlu fırtınaların baş verməsi və inkişafına kompleks aqrometeoroloji faktorlar səbəb olur, bu faktorlara 

güclü küləklər (10 m/san-dən yüksək), torpağın üst qatının tozlu və quru olması, tarlalarda bitki örtüyünün 

olmaması və ya zəif inkişaf etməsi, geniş açıq sahələrin mövcudluğu aiddir. Tozlu tufanlar adətən havanın nisbi 

rütubətliyi 50%-dən aşağı olduqda baş verir. Qış dövründə bu faktorlara qar örtüyünün olmaması, torpağın 

sementləşməsi və dərin olmayan donuşluğunu da aid etmək olar.  

Göstərilən faktorlar kompleksi bozqır, yarımsəhra və səhra zonalarında yaranır.  

Tozlu tufanlar ən çox yaz mövsümündə güclü küləklər əsən zaman, tarlalar şum altında olduqda və ya bitki 

örtüyü orada zəif inkişaf etdikdə baş verir. Bozqırlarda yayın sonunda torpaq quruduqda və erkən yazlıq 

bitkilərin məhsulu yığıldıqdan sonra torpaq şumlandıqda da tozlu tufanlar olur. Küləyin sürəti artdıqca torpağın 

sovrulma intensivliyi də çoxalır. Məsələn, küləyin sürəti 12-dən 15 m/san-yə  qədər yüksəldikdə torpağın so-

vrulma intensivliyi (eroziyası) 2 dəfəyə kimi artır.  

Maneələrin (meşə zolağı, tikinti) yaxınlığında küləyin sürəti azaldığından daha ağır hissəciklər toplanaraq 


 

364


torpaq yığını əmələ gətirir. Ən yüngül torpaq hissəcikləri atmosferdə asılı vəziyyətdə qalır. Ona görə də tozlu 

fırtına zamanı görünüş və işıqlanma pisləşir, Günəş tozlu örtükdən çətinliklə işıqlana bilir.  

Tozlu fırtınaların mənfi təsirinə qarşı aparılacaq tədbirlər torpaq səthində küləyin sürətini zəiflətməyə  və 

torpaq hissəciklərinin ilişgənliyini artırmağa yönəldilməlidir. Belə  tədbirlərə  aşağıdakılar daxildir. Ajur tipli 

meşə zolaqlarının salınması və küləkqoruyucu kulislər sisteminin yaradılması əsas tədbir hesab edilir. Tarlada 

kövşəni saxlamaqla, torpağın laydırsız (əkin qatını çevirmədən) şumlanması, torpaq hissəciklərinin ilişgənliyini 

artırmaq üçün kimyəvi maddələrin tətbiqi, çoxillik otların səpini ilə torpaqqoruyucu əkin dövriyyəsi, birillik 

səpinlər, çoxillik otların zolaqlarla növbələnməsi və b.  

Tozlu fırtınalarla mübarizə tədbirlərini hazırlayarkən hakim küləklərin istiqaməti, ərazinin relyefi, tarlanın 

mikroiqlimi və torpağın xüsusiyyətləri nəzərə alınmalıdır.  

Burulğanlı fırtınaların özünəməxsus növmüxtəlifliyi – qəfil fırtınalar olub aşağıdakı xarakterik əlamətlərə malik-

dir: demək olar ki, qəfildən baş verməsi, qısa müddətli dağıdıcı gücə malik olmasıdır. Belə fırtınalar dənizdə və quru-

da baş verir, bir qayda olaraq leysan yağışlarla və dolu ilə müşayiət olunur. Moskva ətrafında 1937-ci ildə baş verən 

qəfil fırtına zamanı küləyin sürəti 35 m/san-yə çatmışdır. Bu zaman möhtəşəm ağaclar kökündən çıxmış, çardaqlar 

uçmuş, pəncərələr sıxılmış, havanın temperaturu 12

0

C-yə qədər aşağı düşmüşdür. Dağıntılar 100 km məsafədə də 



qeydə alınmışdır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin