QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə55/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   51   52   53   54   55   56   57   58   ...   64

XXI FƏSİL 

 

BİOSFERƏ XÜSUSİ TƏSİR NÖVLƏRİ 

 

21.1. Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri  

Səs tezliyi 20 hs-lə 20000 hs arasında olan və ixtiyari elastik mühitdə yayılan mexaniki dalğadır. Tezliyi 20 



hs-dən aşağı olan səs  infrasəs, 20000 hs-dən yuxarı olan səs  ultrasəs, 10

9

-10



13

 hs olan səs  hipersəs adlanır. 

Hipersəsin yuxarı sərhədi atom və molekulların ölçüləri ilə təyin edilir: qazlarda 10

9

 hs-dən, bərk cisimlərdə isə 



10

13

 hs-dən yuxarı olmur.  



Səsin  əsas xarakteristikası onun spektridir. Spektrdə  əsas tezlik səsin ucalığını, harmonik toplananlar 

çoxluğu səsin tembrini təyin edir. Səsin intensivliyi onun təzyiqinin amplitudasından, mühitin xassəsindən, 

dalğanın formasından asılıdır.  

Səsin sürəti mühitin sıxlığından və onun elastikliyindən asılıdır; quru havada 0

0

C temperaturda 330 m/san, 



şirin suda 17

0

C temperaturda 1430 m/san-dir. Əksər metallarda uzununa dalğanın sürəti 4000-7000 m/san, eninə 



dalğanın sürəti 2000-3500 m/san-dir.  

Müasir ekologiyanın qlobal problemləri (istilik – parnik effekti, ozon qatının dağılması, suyun və atmosfe-

rin çirklənməsi, radioaktiv tullantılar və s.) arasında  akustik (səs) çirklənməsi  ən həyəcanlı problemlərdən 

sayılır, çünki insanlara digər faktordan, məsələn, ozon qatının dağılması, turşulu yağışlardan az təsir göstərmir. 

Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər iki adamdan biri hiss edir. Sənayeyə yeni in-

tensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından geniş 

istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, 

istirahət yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır.  

Səsin akustik tərəddüdünün (titrəyişinin) intensivliyi, loqarifmik şkala üzrə destiballarla (dBA) ölçülür. O 

(sıfır) dBA-ı küləksiz havada qışda meşə yaradır. 1 dBA-lı səs çox yaxşı eşitmə qabiliyyətinə malik olan adam 

tərəifndən çətinliklə eşidilir. İnsanın normal tənəffüsündən yaranan səs 10dBA ilə qiymətləndirilir. Səsin belə 

səviyyəsi normal eşitmə qabiliyyəti olan adamların hamısı tərəfindən eşidilir. Pıçıltı 20 dBA səs yaradır. 25-30 

dBA intensivlikli səsdə istirahət və yuxu mükəmməl sayılır. Müəssisə  və idarələrdə  səs 40-60 dBA-ya qədər 

yüksəlir. Bəzi səsli müəssisələrdə adamlar 70 dBA səsdə işləyir. Həddindən yüksək səs zərərlidir. Ağrı həddi 

adətən 120-130 dBA arasında olur, bundan sonra bilavasitə eşitmə aparatı zədələnə bilər.  

Səhiyyə normalarına uyğun olaraq binalar arasında gündüz saatlarında səsin səviyyəsi 55 dBA-nı, gecə 

(saat 23-dən səhər 7-yə kimi) – 45; mənzillərdə uyğun olaraq 40 və 30 dBA-nı keçməməlidir.  



Səsin yüksəkliyi səs titrəyişi tezliyi ilə təyin olunur və herslərlə (Hs), yəni saniyədə dövrülüyün sayı ilə 

ölçülür.   

İnsanın səsi eşitmə diapazonunda (16-dan 20 min Hs) ona ən əlverişsiz təsir spektrdə yüksək tezlikli (800 

Hs-dən yuxarı) səs hesab olunur; ultrasəs (tezliyin tərəddüdü 20 kHs-dən yuxarı) və infrasəsi (tezliyin tərəddüdü 

1-dən 16Hs-ə qədər) insanın qulaqları qəbul etmir, lakin onlar da pis təsir göstərə bilər. İsveçrə tədqiqatçılarının 

məlumatına görə «səs çirklənməsi» hazırda bütün şəhərlərə xasdır və burada insanların ömrünü 10-12 il qısaldır. 

Təcrübələr göstərir ki, yüksək səs bitkinin inkişafına da əlverişsiz təsir göstərir.  Müxtəlif mənbələrdəki səsin 

səviyyəsi və orqanizmin akustik təsirə qarşı reaksiyası 21.1 cədvəldə verilir.  



 

Cədvəl 21.1 

 

Müxtəlif intensivli akustik təsirə qarşı orqanizmin reaksiyası 

 

Akustik təsir mənbəyi 

Səsin 

səviyyəsi, dBA 

Uzun müddət akustik 

təsirə orqanizmin 

reaksiyası 

 

1 2 



Yarpaqların, ləpənin səsi  

20 

Sakitləşdirir 



Mənzildə, sinifdə orta güclü səs   

40 


Gigiyenik norma 

Magistralda yerləşən binanın 

daxilində  

60 


Qıcıqlanma hissi, yorğun-

luq, baş ağrısı verir  



 

346


1 2 

Televizor  

70 

Qatar (metroda və  dəmir yolun-



da) 

80 


Çığıran adam  

80 


Motosiklet  

90 


Dizel yük maşını  

90 


300 m yüksəklikdə uçan reaktiv 

təyyarə 


95 

Eşitmə  tədricən zəifləyir, 

əsəb-psixi xəstəliyi stresi 

(əzginlik, həyəcan, 

təcavüzkarlıq), mədə yarası, 

hipertoniya  

Toxuculuq fabrikində səs 110 

Pleyerin səsi  

114 

Alkoqola bənzər səs 



sərxoşluğu, yuxu və psixi 

sağlamlığı pozur, karlığa 

səbəb olur  

Toxucu dəzgahı  

120 

Kömürsındıran çəkic  



120 

Reaktiv mühərrik (25 m 

məsafədə uçan zaman) 

140-150 


Diskotekada səs  

175 


Simfonik orkestr  

115 


 

Nəqliyyat vasitələrinin səsinin intensivliyinin (dBA) aşağıdakı kimi olması aşkar edilmişdir:  

minik avtomobili –  

 

5-80 



yük avtomobili –    

0-90 


motosiklet –  

 

 



0-95 

mühərrikli qayıq -   

0-95 

metro qatarı -  



 

 

-95 



adi qatarlar -  

 

 



5-100 

təyyarə uçan zaman -  

 

10-130 


iri reaktiv təyyarə -  

55-160 


Böyük nəqliyyat axınının səs cəmi yüksək səviyyəyə (90-95 dBA) çatır və magistralda sutka boyu davam 

edir. Nəqliyyat səs-küyündən ən çox şəhər, həmçinin iri avtomagistralın dəmir yolları və stansiyaların, dəniz və 

çay limanları, aeroportların yaxınlığında yerləşən yaşayış məntəqələrinin əhalisi əziyyət çəkir. Son 100 ildə Al-

maniyada gündəlik səsin səviyyəsi 7 dəfə artmışdır.  

Sankt-Peterburq, Moskva, Nijniy-Novqorod, Yekaterinburq və digər iri şəhərlərdə  səsin ekvivalent 

səviyyəsi orta hesabla 73-83 dBA, maksimum – 90-95 dBA təşkil edir, yaşayış binaları yaxınlığında səsin 

səviyyəsi 65-80 dBA-ya çatır, bu isə yol verilən səviyyədən (YVS) xeyli yüksəkdir. Moskvada 1992-ci ildə 

2000-ci il daxil olmaqla avtonəqliyyatın sayı üç dəfədən artıq çoxalmışdır, bununla əlaqədar  əhaliyə  səs-küy 

yükü də yüksəlmişdir.  

Romada avtomobil nəqliyyatından akustik çirklənmənin payına 75%, dəmir yoluna – 8%, avianəqliyyat və 

tikintiyə 12%, sənaye obyektlərinə 5% düşür. Meqapolislərdə  səs (səsin ekvivalent səviyyəsi) 65-80 dBA 

arasında dəyişir.  

Pekin 

 

    65 



Mexiko, Madrid, Paris 

 

 



70 

Honkonq, Nyu-York, Moskva 

 

75 


Roma, 

Berlin 


   80 

San-Paulu 

    95 

İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirklənmə şəraitində yaşayır, çirklənmə parametri yol verilən 



həddi keçir. Səsin səviyyəsi orta hesabla 3 dBA miqdarında artır. Mütəxəssislərin fikrinə görə, birləşmiş Avro-

pada 130 mln-dan artıq adam, səviyyəsi 65 dBA-dan yüksək intensivlikli səsin təsirinə məruz qalır, 400 mln-dan 

artıq adama isə səviyyəsi 55 dBA-nı keçən səs (yəni normativdən artıq) təsir göstərir.  

Yeniyetmələr üçün pleyerlər  və  diskotekalar xüsusilə  təhlükə yaradır.  Skandinaviya alimləri belə 

nəticəyə  gəlmişlər ki, hər beşinci yeniyetmə  ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə 

pleyerlərdən sui istifadə  və diskotekalardakı  səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA 



 

347


arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. Elə kömürsındıran çəkic də, belə 

qulaqbatırıcı  səslə  işləyir, lakin belə  vəziyyətdə  səsdən qorunma tədbiri nəzərdə tutulur. Fransız 

mütəxəssislərinə görə, pleyer əsrində  eşitmənin pozulması  gənclərdə müşahidə olunur və pleyerdən sonra bu 

adamlar eşitmə aparatına keçməlidir.  

Bakının  şadlıq evlərində musiqi səsinin səviyyəsi demək olar ki, diskotekalardakı  səsin səviyyəsinə 

yaxındır. Burada eşitmənin pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı insanların 

toy məclisində gur səsin təsirindən yanında  əyləşən ayrı-ayrı  məclis iştirakçılarının danışıq səsini və nitqini 

qarışıq salırsan, bilmirsən kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan çıxanda elə bil 

başın  şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə  iştahan olmur, əzgin halda durub evdən çıxmağa 

çalışırsan. Sonralar isə çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid olunmağa, 

təklənməyə aparır.  

Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu za-

man qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün bunlar ürəyin və qan dövranının 

fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər.  



 

21.1.1. Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri  

Səsin insana və onun orqanizminə  təsiri və ona qarşı  tədbirlər son onilliklərdə bütün dünyada ən aktual 

problemlərdən biri sayılır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və  bəzi səsli 

obyektlər), küçədə  və evdə  təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların 

konstruksiyası və s. səbəb olur.  

Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. 1868-ci ildə 

alman fiziki H.Helmhols (1821-1894) ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan 

etibarən sağlamlığa ziyanlı istehsalatda (dəmirçi, pərçimçi, qazançı) insanlarda ağır eşitmə ilə bağlı müxtəlif 

istiqamətlərdə tədqiqatlar aparılmışdır.  

Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sisteminə təsir göstərərək 

müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm 

də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), 

psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı 

düşməsi) pozulması  şəklində özünü göstərə bilər.  Ətraf mühitin səs çirklənməsi  şəraitində yaşayan uşaqlarda 

çox vaxt məktəbə hazırlaşma problemi yaranır. Bu uşaqlarda psixi pozuntuların artma sürəti 1dBA səviyyədə 

səsə 0,5% olduğu aşkar edilmişdir. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi xüsusiyyətlərdən 

asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir. 

 

 



 

348


 

 

Şəkil 21.1. Müxtəlif mənbələrdən səs 

 

 

• Səsin ürək-damar sisteminə təsiri. Səs ürək-damar sistemi stresinin potensial faktoru sayılır. Avia-

siya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir 

göstərir. Böyük Britaniyada nəqliyyat səsinin təsiri qiymətləndirildikdə ürəyin işemiya xəstəliyi 66-77 dBA 

səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman alimlərinin «hadisə-nəzarət» metodu ilə apardığı 

tədqiqatlar göstərdi ki, 60-80 dBA səviyyəsində  səs infarkt-miokardanın əmələ  gəlməsi riskini yaradır. Magi-

stral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan 



 

349


təzyiqinin yüksəlməsi müəyyən edilmişdir.  

Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə 

əhalinin sağlamlığına pis təsir göstərə bilər.  

Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının 

daralmasına, qanın  əzələlərə, beyinə  və digər orqanlara verilməsinin güclənməsinə  səbəb olur. Səsin təsiri 

nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrena-

lin ürəyin fəaliyyətinə  təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına  şərait yaradır.  İnsanda belə effektin 

yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.  

• Səsin əsəb sisteminə təsiri. Assosiativ reaksiyaların tədqiqatlarının nəticələri göstərdi ki, əlverişsiz akus-

tik  şəraitdə yaşayan  şəxslərdə  mərkəzi  əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri 

görünür. Təyyarə tərəfindən yaranan nisbətən az intensivlikli səs (50-60 dBA) yalnız elektrokortikal reflekslərin 

şərti qıcıqlandırıcısı deyil, həm də orqanizmə digər təsirlərin siqnalı ola bilər. Bundan başqa, uçan təyyarələrin 

saatlıq təsiri və daim davam edən səs 70 dBA səviyyədən yüksək işləyən aviasiya mühərriklərinin səs-küyü 

mərkəzi əsəb sisteminin funksional vəziyyətində davamlı oyanma yaranmasına səbəb olur.  

Beyin qabığına daxil olan səs zamanı  qıcıqlanma orada gedən  əsəb proseslərini dəyişdirir.  Əgər səs çox 

güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hüceyrələrində  həddindən artıq həyəcan 

başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıqlandırmaya ca-

vab reaksiyasının xarakteri dəyişir.  

Bir sıra kliniki müşahidələr göstərir ki, səs qıcıqlandırıcıları kənar edildikdə hipertoniya xəstələrində arteri-

al qan təzyiqi normaya düşür. Zehni əməklə  məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi 

yüksəlir. Bir sıra hallarda stenokardiya tutmasının məişətdə  qəflətən səs qıcıqlanması arasında  əlaqə  aşkar 

edilmişdir.  

Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna bilmir.  

Nəzarət olunmayan səs insanın dərk etmə  fəaliyyətinə böyük ziyan vura bilər, onun həyəcanını artırar, 

vəzifəsini yerinə yetirərkən strategiyasını dəyişə bilər, ona diqqəti azalar.  

• Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi bərpa olunur. Səsin daim təsiri 

zamanı belə funksiyalar, yəni beynin aktivlik funksiyası  və yuxu zamanı ürək-damar sistemi üçün dinclik 

dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis 

təsir göstərə bilər.  

Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və gecə saatlarında hələ təzə 

yuxuya getmiş adamlara səs olduqca pis təsir göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası 

vəziyyətində olması ilə izah edilir.  

Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və 

xəstələrdə qorxu yaradır.  

Səs yuxunun davamiyyətini və  dərinliyini azaldır. Səsin xronoloji konfiqurasiyası, müxtəlif intensivlikli 

səslərin əvəzlənməsinin mühüm rol oynadığı aşkar edilmişdir. Belə ki, nəqliyyatın qeyri-bərabər hərəkəti inten-

siv və eyni qaydada hərəkətindən yuxunu daha çox pozur.  

Müxtəlif adamlar yuxu vaxtı  səsə eyni cür reaksiya vermir. Səs təsirinə reaksiya insanın yaşı, cinsi və 

sağlamlığından asılıdır. Belə ki, 70 yaşlı adamların eyni intensivlikdə olan səsdən 72%-i, 7-8 yaşlı uşaqların isə 

cəmi 1%-i oyanır. Uşaqların oyanması üçün intensiv səsin hüdudu 50 dBA, yaşlılar üçün 30 dBA hesab olunur, 

ahıl yaşlılar səsin daha aşağı intensivliyində oyanır.  

Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun yuxugörmə ilə müşayiət olunan para-

doksal mərhələsi, ümumi yuxu dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb sistemi-

nin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu mərhələsinin qısalması hormonal pozuntula-

ra, depressiyaya və digər psixi pozuntulara səbəb olur.  

50 dBA intensivlikli səsin təsirindən yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi 

(ötəri) olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır, çox vaxt isə ürəyi döyünür.  

Əmək günündən sonra normal istirahət olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən 

xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin pozulması, hipertoniya xəstəliyi)  əmələ 

gəlməsinə səbəb olur.  

•  Səsdən mühafizənin  əsas istiqamətləri.  Ətraf  mühitin akustika çirklənməsini aşağı salmaq məqsədilə 

aşağıdakılardan istifadə edilir:  

 

Çoxsəsli mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır; 



 

350


 

Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi; 



 

Mənbəyindən başlayaraq mühafizə olunduğu yerə  qədər səsin yayıldığı yolda intensivliyinin 



azaldılması; 

 



Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması üçün kompleks tədbirlərin görülməsi; 

 



Yaşayış tikintilərində arxitektur-planlaşdırma işləri; 

 



Təşkilati tədbirlər; 

 



Qəbul edilən səsin keyfiyyətinin yaxşılaşdırılması; 

 



Yeni akustik texnologiyanın tətbiqi; 

Göstərilən tədbirlərin «Mühəndis ekologiyası  və ekoloji menedcet» (M. «Loqos», 2004) kitabında  ətraflı 

izahı verilir.  

Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiya (lat. vibratio – rəqs, titrəyiş) – müxtəlif formalı elastik 

cisimlərin mexaniki rəqsidir.  

Vibrasiyanın orqanizmə  təsiri müxtəlif olur: bütün orqanizmə  təsir göstərirsə,  ümumi vibrasiya

orqanizmin bir hissəsinə  təsir göstərirsə,  yerli və ya lokal vibrasiya adlanır. Qatarda, təyyarədə gedərkən, 

qopartma çəkiclə və s. mexanizmlərlə işləyərkən, həmçinin kosmik uçuşlarda start və yerəenmə zamanı əmələ 

gəlir. Vibrasiyanın bioloji təsiri onun tezliyindən asılıdır; tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir 

edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ 

gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə  təsir edir, damarların spazmasına, ürək 

fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə  səbəb olur. Daha 

yüksək ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir.      

 

 

22.2. Mühitin elektromaqnit çirklənməsi və onun  



insan sağlamlığına təsiri  

Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı 

qruplara ayırmaq olar:  

 



Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.); 

 



Yerin sabit elektrostatik maqnit sahəsi;  

 



Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı  əmələ  gələn elektromaqnit sahələri 

(şimşək, qütb şəfəqi və s.); 

 

Bioloji obyektlərdən törənən elektrik sahələri; 



 

Antropogen mənşəli elektromaqnit şüalanması. 



İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min 

dəfədən də çox artmış  və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit 

sahəsi (EMS)   ilə qarşılıqlı  təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə  və radiolokasiyanın 

intensiv inkişafı, texnoloji əməliyyatları  həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin 

genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır.  

Son onilliklərdə  ətraf mühitin yeni faktoru – antropoen mənşəli elektromaqnit sahələri – elektrosmoq 

formalaşmışdır.  

Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi 

bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil etmişdir. Bəzi mütəxəssislər isə EMS-ni bütün canlılar üçün 

fəlakətli nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. EMS-lərinin gərginliyi 

xüsusən, elektrik ötürücü xətlərin (EÖX), radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən 

mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının,  şəhər elektrik nəqliyyatının 

yaxınlığında kəskin yüksəlmişdir. Son illər  şəhərlərdə bütün tezlikli dipazonlu (10QQs-yə  qədər) EMS-nin 

müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistemləri), DAM-lərin radarları, kiçik 

dalğalı sobalar, kompüterlər və b. daxildir.  

EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – əsəb (sinir), 

immunitet və endokrin olmasını  təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə 

qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin 

zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar.  

EMS-in hətta nisbətən zəif səviyyədə  təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, 

bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola 

bilər.  


Bəzi məlumatlara görə, böyük şəhərlərdə infarkt miokard hadisələrinin baş verməsinin çox hissəsi, 

 

351


sıçrayışla güclü aşağı tezlikli texnogen EMS-lər ilə bağlıdır.  

EMS-nin təsiri, xüsusən ana bətnindəki körpə, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün 

təhlükəli sayılır, çünki onlar EMS-nin intensivliyi şəhərdən kənardakı  səviyyəni 1000 dəfə keçir. Moskvada 

yalnız son illər elektromaqnit çirklənməsi 20-30 dəfə artmışdır. Rusiyanın iri sənaye mərkəzlərində EMS-nin 

gərginliyi son bir neçə onillikdə 1000 dəfə artmışdır (Xotunsev, 2002).  

 

Cədvəl 21.2 

Sanitar-qoruyucu zonanın sərhədi 

 

Yüksək gərginlikli xəttin gərginliyi, 

KV 

Xəttin məsafəsi 

 

1 2 

1150 300 

750 250 


500 150 

330 75 


220 25 

110 20 


35 15 

20-yə qədər 10 

 

Faktlar təsdiq edir ki, iri sənaye şəhərinin aşağı tezlikli elektromaqnit sahəsinin adi səviyyəsi təbii «maqnit 



qasırğası»na uyğun gəlir. EÖX yaxınlığında yaşamaq təhlükəlidir.  

Yaşayış yerini kəsib keçən yüksək gərginlikli xətt yolu boyu sanitar qoruyucu zonanın sərhədi 21.2 saylı 

cədvəldə verildiyi kimi göstərilir. 

Qoruyucu-sanitar zonası hüdudunda yaşayış binası, dayanacaq və  nəqliyyat dayanacağı yerləşdirmək, 

istirahət yeri, idman və oyun meydançaları düzəltmək qadağan olunur.  

Hələ məktəb fizikası fənnindən bilirik ki, dəyişən cərəyan axan naqil ətrafında elektromaqnit sahəsi yaradır. 

50 Qs-lik maqnit sahəsinin komponenti, xüsusən hər bir maneə, o cümlədən bədənimizdən yaxşı keçir. 

Tədqiqatçılar müəyyən etmişlər ki, 03-6 kmTl indikasiyalı aşağı tezlikli maqnit sahəsi şəraitində daima olduqda 

adamlarda asteniya (gücsüzlük), melanxoliya (qəmginlik), depressiya və qıcıqlanma müşahidə edilir.  

Dəyişən maqnit sahəsinin insan sağlamlığına təsir nəticələri kəskin hal olduğundan, 1970-ci illərin 

sonlarında onlarla ölkələrdə bu istiqamətdə geniş miqyasda epidemioloji tədqiqatlara başlandı. 1992-ci ildə 

İsveçdə sənaye tezlikli yüksək qiymətli maqnit sahəsi şəraitində yaşayan 500 min adamın sağlamlığı üzərində 

aparılan müşahidələr yekunlaşdı.  

Tədqiqatlar göstərdi ki, yaşyış yerində maqnit sahəsinin induksiyası 03 mk Tl-i keçərsə, xərçəng xəstəlikləri 

və leykozlara iki dəfə tez rast gəlinir. ABŞ və İsveçdə insanlar olan yerdə maqnit sahəsi induksiyanın səviyyəsi 

02 mk Tl olarsa, neqativ nəticə müşahidə olunmaz.  

Hazırda onlarla ölkədə maqnit sahəsinin 50 Qs miqdarı  təhlükəsiz sayılır. Odur ki, şəhər tikintilərində, 

mənzil layihələşdirildikdə və məişət texnikası hazırlayarkən, bu rəqəmə əməl etmək vacibdir.  

Bizim mənzillərdə  təhlükəli maqnit sahələri aşağıdakı güclü cərəyanlı cihazlardır: qril, ütü, soyuducu, 

televizor, kompüter, giriş yolundakı və ya liftdəki ümumi yüksək enerjili kabel.  

«Palma» yemək hazırlayan mikrodalğalı elektrik sobası da təhlükəli cihazlar siyahısına aid edilmişdir. Ev 

qadını sobanın yanında saatlarla dayanır, sobadan 30 sm aralıda maqnit sahəsinin miqdarı 04-4 mk Tl təşkil edir. 

Mikrodalğalı sabadakı  hətta 1 m aralıda maqnit sahəsi 0,5 mk Tl-dən aşağı olmur. Maqnit sahəsinin yüksək 

miqdarı qabyuyan maşın və paltarı yuyub-qurudan maşının yanında da qeydə alınır.  

Videooyunlar, elektrik odeyalları  və digər elektrik qızdırıcılarından müntəzəm istifadə edən uşaqların leykoz 

xəstəliklərinə tutulma riskinin yüksək olması haqqında 1991-ci ildə ABŞ-da məlumatlar dərc olunmuşdur.  

Elektrik qatarlarında (elektriçka, metro, tramvay, trolleybus) EMS-nin səviyyəsi təbii fonu yüz min dəfə 

keçir, maqnit sahəsinin gərginliyi isə 10 mTl-ə çata bilər və  təhlükəsiz səviyyəni 5000 dəfə keçə bilər. Belə 

EMS-nin təsiri ürək-damar xəstəliklərindən əziyyət çəkən adamlarda patoloji proseslərə səbəb olar və infarkta 

gətirib çıxara bilər.  



 

352


Güclü elektromaqnit şüalanmasının biri də cib radiotelefon Mobil rabitəsi sayılır. Məişət  şunursuz telefonlar 

təhlükə yaratmır. 900 MQs diapazonunda, 1 Vt şüalanma gücü ilə işləyən radiotelefonlar insanın gicgahının kəllə 

hissəsi sahəsində yol verilən miqdardan (10 mk Vt/sm2) 10-100 dəfə artıq axın gücü sıxlığı yaratmağa monal 

xəstəliklərə, təzyiqin yüksəlməsinə ürək-damar effektinə və davranışın dəyişməsinə gətirib çıxarır.  

Bir ay ərzində, həftədə 6 gün, gündə iki saat standart mobil telefondan istifadə edən  20 nəfər könüllü 

üzərində  eksperiment aparılmışdır. Bunun nəticəsində  həmin  şəxslərdə qalxanvari vəzin işinə  məsul olan 

hormonların davamlılığının aşağı düşməsi müşahidə olunmuşdur. Bu zaman oksigendən istifadə azalmış, 

mübadilə proseslərinin sürəti aşağı düşmüşdür. Bunun xarici əlamətləri – saçın tökülməsi, quru sarı çalarlıqlı 

şişkin dəri, xırıltılı səs olmuşdur.  

450-900 MQs daşıyıcı tezlikli mobil telefonlarından istifadə zamanı beyində  şüalanma qeyri-bərabər 

udulur.  

Gücü 2 Vt və işçi tezliyi 900 MQs olan telefonlardan istifadə zamanı baş beynində gərginlik sahəsi 20-dən 

30 V/m, güc sıxlığı isə 120-dən 230 mkVt/sm

2

 təşkil edir (Rusiyada və ABŞ-da mobil telefonların istifadəçiləri 



üçün normativ 100 mk Vt/sm

2

-dir).  



Sotovıy (mobil) telefonun şüa saçması mürəkkəb spektrli, aşağı tezlikli (2 Qs-yə qədər) olub, mənbəyi qida 

batareyasıdır. Bəzi modellərdə bu aşağı tezlikli 6 mk Tl-ə qədər maqnit sahəsi yaradır, yəni təhlükəsiz səviyyəni 

30 dəfə keçir. Müəyyən modulyasiya rejimində EMS allergiyaya meyilli şəxsləp olduqca yüksək həssaslığa 

malikdirlər. Onlar üçün 1-4 mk Vt/sm

2

-ın təsiri də təhlükəli sayılır, odur ki, belə şəxslərin mobil telefonlardan 



istifadə etmələri nəzərə alınmalıdır.  

Hazırda Azərbaycanda hər 4 adamdan birinin mobil telefonu vardır (4200000 ədəd). 1996-cı ildə Moskvada 

elektromaqnit təhlükəsizliyi Mərkəzində aparılan ölçü işləri göstərdi ki, antennadan 5 sm məsafədə axın 

gücünün sıxlığının səviyyəsi 0,2-0,7 Vt/sm

2

, orta hesabla 0,5 Vt/sm



2

 təşkil etmişdir. Bu 10 mk Vt/sm

2

 hüdud 


səviyyəsini 50 dəfə  və 100 nkVt mobil telefonu istifadəçisinin yol verilən  şüalanma səviyyəsini 5 min dəfə 

keçir.  


1996-cı ilin dekabrında Moskvada dövlət sanitar-epidemioloji nəzarət Mərkəzinin, mobil telefonlarını 

sınaqdan keçirməsi göstərdi ki, müxtəlif modelli mobil telefonlarının antennasından axın gücünün sıxlığı 0,01-

dən             0,08 Vt/sm

2

 təşkil edir, bu yol verilən səviyyədən 100-800 dəfə artıqdır.  



YES Çenelec 50166 standartına uyğun olaraq, əhali üçün EMS-nin udulma gücü dozasının hüdud miqdarı 

0,08 Vt/kq-a bərabərdir.  

Şüalanma gücü 1 Vt olan mobil telefonların yaratdığı orta xüsusi udulma gücü ASM sistemi üçün 3,09 Vt/kq, 

Dest – 1800 sistemi üçün isə 4,6 Vt/kq təşkil edir, yəni standartın tələbatından bir neçə on dəfə artıqdır.  

İnsanda davranışın dəyişməsi xüsusi udulma gücü 2,5-5 Vt/kq olduqda hormonal dəyişiklik 3-4 Vt/kq, 

ürək-damar effekti isə 0,3-3 Vt/kq olduqda başlayır. EMS-nin sakinlər üçün təhlükəli səviyyəsi, hətta mobil te-

lefonu olmayan şəxslər üçün adətən evlərin çardaqlarında qurulan mobil rabitənin bazası (mənbəyi) yarada bilər. 

1996-cı ildə Moskvada belə baza stansiyaları 100-dən artıq olmuşdur.  

Kompüterlər geniş spektrdə elektromaqnit şüalanması yaradır: rentgen, ultrabənövşəyi, yüksəktezlikli (10-

300 MQs), aşağıtezlikli (5 Qs-300 kQs) və elektrostatik sahə.  

İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Qs-300 MQs tezlikli elektromaqnit şüalanması 

və ekrandakı statik elektrik yükü sayılır. Elektromaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız 

istifadəçiyə deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir.  

Yaxşı konstruksiyalı kompüter süzgəci (əgər yerlə əlaqələndirilirsə) elektrostatik sahəni xeyli azalda bilər.  

Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül aeroionlar azalır, ağır aeroionların 

sayı çoxalır). İşin başlanğıcından 2 saat sonra əmələ gələn baş ağrısı çox vaxt yüngül aerozolun çatışmazlığı ilə 

bağlıdır. Yoxlama aparılan kompüter otaqlarının 95%-dən çoxunda yüngül aeroionların çatışmazlığı müşahidə 

olunmuşdur.  

Kompüterdən istifadə zamanı insan aktiv seyirçi yükünə malik olur: o, displeydə  şəklə baxır, konkret 

məlumatlar alır, simvolları, qrafikləri, tekstləri oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima 

məşğuldur. Kompüter arxasında əyləşən şəxsin gözləri iş günü ərzində 15-20 min dəfə fokus axtarmalıdır.  

Ekranın parıltı titrəyişi, simvolun görünüşünün yaxşı olmaması, işıq ləkələrinin və təhriflərin olması, aydınlıqlı 

(parlaqlıqlı) kontrastlığın optimal qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində  və beynində ciddi 

problemlər yaradır, bu isə seyrçi diskomfortuna, gözlərin sancmasına, 60-85% istifadəçinin görmə qabiliyyətinin 

pisləşməsinə səbəb olur.  

Kompüter istifadəçiləri üçün sağlamlıqlarında bir sıra subyektiv şikayətlər səciyyəvidir. Bura gözlərin sancması, 

baş ağrısı, yüksək əsəbilik, yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin quruluğu və 


 

353


qızarması, ekzema və allergiya, düzgün oturmamaqla əlaqədar qarında və beldə ağrı, işçi yerinin konfiqurasiyasının 

düzgün olmamasından (yerləşməməsindən) irəli gələn bilək və barmaqlarda ağrılar daxildir.  

Ümumiləşdirilmiş məlumatlara əsasən monitorinq arxasında sutkada                                       2 saatdan 4 

saata qədər işləyənlərdə mərkəzi sinir sistemində funksional pozuntular, kontrol qruplarla müqayisədə 4,6 dəfə 

tez-tez; ürək-damar sistemi xəstəlikləri 2 dəfə tez-tez; yuxarı tənəffüs (nəfəs) yollarının xəstəlikləri 1,9 dəfə tez-

tez; dayaq-hərəkət aparatında xəstəliklər isə 3,1 dəfə tez-tez baş verir. Kompüterdə  iş vaxtının uzadılması 

istifadəçilər arasında sağlam və xəstələrin sayını kəskin artırır. Müəyyən edilmişdir ki, monitorların elektromaq-

nit şüalanması təsirinin tez-tez olması hamiləliyin anomal nəticəsinə səbəb olur.  

1996-cı ildə Rusiya Federasiyasının Dövlət səhiyyə-epidemioloji nəzarəti «videodispley terminallara, fərdi 

elektron-hesablama maşınlarına (FEHM) və işin təşkilinə gigiyena tələbatı»nda FEHM-da yaşlılar üçün fasiləsiz 

iş müddəti 2 saat, 5-6 yaşlı uşaqlar üçün 10 dəq., az yaşlı məktəblilər üçün 15 dəq., 5-7-ci siniflər üçün 20 dəq., 

8-9-cu siniflər üçün isə 25 dəq. müəyyən edilmişdir. Yuxarı siniflər üçün birinci dərsdə 30 dəq., ikinci dərsdə 15 

dəq. iş vaxtı tövsiyə olunur. Minimum fasilə 15 dəq. olmalıdır. 10-11-ci siniflər üçün FEHM-dən istifadə 

həftədə 2 dərs, qalan siniflər üçün isə həftədə 1 dərsdən artıq olmamalıdır.  

Stolun hündürlüyü 680-dən 800 mm-ə qədər nizamlanmalıdır, bu mümkün olmasa, stolun hündürlüyü 725 

mm təşkil edib ayaqaltısı olmalıdır. İstifadəçinin kreslosu mütləq qalxıb-çevrilən olmaqla, yuxarıya və yanlara 

nizamlanmalıdır. İş yeri ekranın yanında sənədlər qoyulmaq üçün pyuputlə təchiz olunmalıdır.  

İstifadəçinin gözü ilə monitorun ekranı arasındakı məsafə 50 sm-dən az olmamalı, optimal 60-70 sm təşkil 

etməlidir. Bir nəfər yaşlı istifadəçi üçün sahə 6 m

2

-dən az, həcm isə 20 m



3

-dən az olmamalıdır.  

Ümumi işıqlandırma mənbəyi kimi lyuminessent lampalarından (LB) istifadə olunması  məsləhət görülür. 

Pəncərədən düşən təbii işıq yandan yaxşı olar ki, sol tərəfdən düşsün.    

Elektromaqnit təhlükəsizliyi Mərkəzi (Moskva) aşağıdakı tədbirləri hazırlamışdır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin