QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə53/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   49   50   51   52   53   54   55   56   ...   64

siçanları tarla və  çəmənlərdə, otlaq gənəsinə isə mal-qara otarılan meşə talaları, meşə  kənarı, meşə  qırma 

sahələrində rast gəlinir.  

Məlum olduğu kimi, epidemioloqların xidməti sayəsində  təhlükəli sayılan  taun  xəstəliyinin qarşısı 

alınmışdır. Lakin intensiv mənimsənilən sənaye ərazilərində bu xəstəliyin mənbələrinə təsadüf edilir. Məsələn, 

Abşeron yarımadası şəraitində başdan-başa neft buruqları və nəqliyyat magistralı şəbəkəsi olan sahələrdə taun 

xəstəliyinin törədicisi sayılan qum siçanı yayılmışdır.  

Təbiətin dəyişdirilməsi bilavasitə vəhşi istiqanlı heyvanların kütləvi çoxalmasına şərait yaratdı, bu heyvan-

lar eyni zamanda infeksiyanın sahibi və  mənbəyi sayılaraq, davamlı  və müxtəlif epizootik prosesin əmələ 

gəlməsinə səbəb olur.  

 

20.1. ƏKİNÇİLİK VƏ İNSAN SAĞLAMLIĞI  

Əkinçilik insanın digər təsərrüfat fəaliyyti növləri ilə müqayisədə təbiətin dəyişdirilməsində ən böyük ra-

dikal vasitə hesab olunur. Xam və dincə qoyulmuş torpaqların  şumlanması, səpin işləri, plantasiyaların 

salınması  təbii biotopları  kənd təsərrüfatı sahələri ilə  əvəz edərək, torpağın üst horizontlarının fiziki-kimyəvi 

strukturunu dərindən dəyişdirir, yabanı bitən floranın  əsas kütləsini məhv edir. Nəticədə  təbii biotoplar 

kökündən dəyişilir, onlara uyğun biosenozlar pozulur, bunun sayəsində biosenozların üzvləri arasında təbii 

mənbə xəstəliklərinin törədicilərinin dövran sistemi də pozulur.  

Buna Cənubi Qafqaz düzən-dağətəyi taun mənbəyinin deqradasiyası nümunəvi misal ola bilər.  Əvvəllər 

Kür-Araz ovalığı landşaftlarında yayılan qırmızı quyruq qum siçanı bu mənbələri saxlayırdı. 1950-ci illərdə 

Şirvan, Mil, Qarabağ bozqırlarının, yarımsəhranın  ərazisi mənimsənilməyə başlandı,  ərazinin  şumlanması  və 

irriqasiya sisteminin yaradılması bu gəmiricinin məskunlaşdığı yerləri bir-birindən aralı saldı. Taunun 

törədicilərinin kök salması üçün şərait ləğv olundu, onun mənbələri sönməyə başladı. Beləliklə, xam torpaqların 

başdan-başa şumlanması Cənubi Qafqazın bu hissəsinin sağlamlaşdırılmasına səbəb oldu.  

Şimali Qazaxıstanın ilkin bozqır (step) «qızdırma - Ku» zonasında torpaq massivlərinin  şumlanması bu 

xəstəliyin  əsas infeksiyası epizootik zəncirindəki başlıca üzvlərindən biri sayılan Marmota-bobasın sayının 

kəskin azalmasına səbəb oldu.  

Torpağın müntəzəm hazırlanaraq mədəni bitkilərin səpilməsi bir çox digər yoluxucu xəstəliklərə qarşı 

başlıca sağlamlaşdırıcı tədbir hesab olunur. Belə ki, Qazaxıstanın geniş xam torpaqlarında hər il taxıl bitkiləri 

becərilən  ərazilərdə biosenozlarla əlaqədar yayılan çöl gəmiricilərinin yuvaları dağıdıldığı üçün gənə  səpmə 

yatalağı və digər yoluxucu xəstəliklərin təbii mənbələri (ocaqları) yox edildi.  

«Qolodnıy» çölündə pambıq altında becərilən torpaqlarda leyşmaniozların təbii mənbələri məhv edildi. 

Türkmənistanın Sumbar vadisi başdan-başa bağa çevrildikdən sonra mığ-mığa, gənə ilə birlikdə  gəmiricilərin 

biosenozları tamamilə dağıdıldı və gənə-səpmə yatalağının mənbələri yox edildi.  

Ərazinin kənd təsərrüfatı mənimsənilməsi prosesinin yoluxmanın (infeksiyanın) təbii ocağına (mənbəyinə) 

təsir mexanizmi aşağıdakı kimi baş verir. Xam torpağın şumlanması zamanı təbii biosenozlardakı siçanşəkilli 

gəmiricilər kütləvi surətdə  məhv edilir. Dərin  şumlama onların yuvalarını dağıdır, yem bazasını yox edir. 

Gəmiricilərin çoxu bilavasitə kotanın altında məhv olur, sağ qalanları isə yuvalarından və yemdən məhrum olub 

əlverişsiz temperatur şəraitində acından ölürlər. Az sayda sağ qalan gəmiricilərin bir hissəsi şumun kənarına, yol 

qırağına və ya otlaq sahəsinə çataraq orada məskunlaşır.  

Torpağın dövri olaraq şumlanmasının yoluxucu xəstəliklərin təbii mənbələrinə  təsiri həmçinin torpaqda 

istənilən mərhələdə və inkişafda olan gənələrin də məhv edilməsi ilə əlaqədardır. Bu, yalnız tamamilə mexaniki 

səbəblərlə deyil, həm də şum aparılan sahələrdə mikroiqlimin kəskin dəyişməsi –temperaturun aşağı düşməsi, 

rütubətliyin artması, yaz şaxtaları  və ayazlarla aydınlaşdırılır.  Şum sahələrində  gənələrə çox nadir hallarda 

təsadüf etmək olar.  

Şumlama dayandırıldıqda (əkin dövriyyəsindən çıxarılan sahələr, dincə qoyulan və ya çoxillik otlar səpini 

aparılan) gəmiricilərin məskunlaşması  və sayı  bərpa olunur. Belə yerlərdə  ətraf  şum aparılmayan sahələrdən 

gəmiricilərin təkrar məskunlaşması böyük rol oynayır.  

Beləliklə, yalnız geniş massivlərdə  şumlama apararaq torpağın üst horizontlarını sistematik olaraq 

dağıtmaqla gəmiriciləri stabil olaraq məhv etmək və ərazini sağlamlaşdırmaq mümkündür. Gəmiricilərin məhv 

edilməsində əkinçilik mədəniyyətinin yüksək səviyyədə aparılması da həlledici rol oynayır.  

 

20.2. MEŞƏDƏN İSTİFADƏ VƏ İNSAN SAĞLAMLIĞI  

Əkinçiliyin keçmiş inkişaf tarixi meşələrin məhv edilməsi tarixi ilə bağlıdır. Paleocooğrafların məlumatına 

görə 900-cu ildə Qərbi Avropanın 70%-i meşə ilə örtülü olmuşdur, hazırda isə bu rəqəm 25%-dir. Yer kürəsində 


 

336


qarışıq və sırf yarpaqlı meşələrin sahəsi 50-60%-dən də artıq, Aralıq dənizi kserofil tipli meşələr 80%, musson 

meşələri isə 90%-dən də çox azalmışdır.  

Meşəsizləşdirmə  nəticəsində suyun təbii dövranı pozulur, daşqınların, sellərin, su eroziyasının, tozlu 

tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücü artır, səhralaşma prosesi sürətlənir, bununla da biosferin 

davamlığı aşağı düşür, ərazi isə insanın həyatı üçün az yararlı olur.  

Qırma və daşıma qaydalarına riayət etmədən meşələrin istismarı arzuedilməz nəticələrlə qurtarır. İlkin meşə 

biotipi müvəqqəti və ya birdəfəlik sıradan çıxır. Qırıntıdan sonra meşə on illərdən sonra bərpa olunur, adətən 

başqa tərkibli,  əvvəlkindən az qiymətli ağaclıqlarla  əvəz olunur. Düzgün aparılmayan qırıntı  və oduncağın 

daşınması zamanı çox vaxt meşə torpağı dağıdılır, ağac, qabıq və s. ilə çaylar zibillənir. Mikroiqlim, yem və 

qoruyucu funksiya şəraiti kəskin dəyişdiyindən bu meşələrdə heyvan qruplaşmaları transformasiyaya uğrayır. 

Heyvanların növ tərkibi və say nisbəti dəyişir, meşə heyvan növlərinin fon stabilliyi itirilir. Meşə  qırıntısı, 

ağaclığın seyrəkləşməsi zamanı bozqır (step), meşə-bozqır və kolluq heyvan növləri (sünbülqıran, dağ siçanı, 

boz dovşan, çöl siçanının bir neçə növü) üçün yaşayış şəraiti yaxşılaşır, bu isə meşə zonasında onların sayını və 

arealını genişləndirir.  

Meşə biosenozlarının kökündən dəyişməsi  əlbət ki, yoluxucu xəstəliklərin təbii mənbələrinin taleyinə  də 

təsir göstərməyə bilməzdi.  

Meşə massivlərinin məhv edilərək  ərazinin  şumlanması, orada bataqlıq tipli tulyaremiyanın mənbələrinin 

sağlamlaşması halları məlumdur. Buna Barabin ovalığının mərkəzi və cənub hissəsi misal ola bilər.  

Bununla belə, meşədən düzgün istifadə olunmaması bir sıra yoluxucu xəstəliklərin təbii mənbələrinin 

transformasiyasına, hətta onların aktivləşməsinə  səbəb olur. Məsələn, Malakka (Malayziya) yarımadasında 

meşənin qırılması nəticəsində törəmə tipli kol bitkiliyində ilkin meşə biosenozundakı 50 gəmirici növündən 15 

növü qalmışdır. Lakin «Rattus» siçovulunun və bununla əlaqədar qırmızıbədən gənələrin (L.dellens və 

L.akamushi) sayı kəskin artmışdır, bu isə susuqamus-qızdırma xəstəliyinin törədicilərinin dövr etməsinə olduq-

ca əlverişli şərait yaratmışdır.  

 

 

Şəkil 20.1. Son minillikdə Avropada meşə sahəsinin dəyişməsi 

 

Meşənin qırılması ilə su rejimi dəyişir, səthi axım artır, bu isə çox vaxt ərazinin bataqlaşmasına, ot 



örtüyünün dəyişməsinə səbəb olur. Bununla əlaqədar faunanın tərkibinin dəyişməsi leptospiroz xəstəliyinin epi-

zootoloji vəziyyətini də  dəyişdirir. Meşədə dominantlıq edən sarı  çöl siçanı nadir hallarda leptospirozun 

daşıyıcısı olur, onu əvəz edən boz çöl siçanı isə leptospiroza qarşı yüksək yoluxdurucu hissiyyata malik olduğ-

undan bu infeksiyanın təbii mənbələrini kəskin aktivləşdirir. Meşə landşaftlarının kənd təsərrüfatı sahələrinə 

çevrilməsi və faunasının dəyişməsi prosesində  qızdırma xəstəliyinin ilkin meşə  mənbələri çəmən-bozqır 

mənbəyinə transformasiya oluna bilər, burada çöl siçanları mühüm rol oynayır.  

Ensefalit xəstəlikləri qrupuna tündiynəli və yarpaqlı meşələr yayılan demək olar ki, bütün ölkələrdə rast 

gəlinir və onun törədiciləri qohum viruslar hesab olunur. Təbiətdə bütün hallarda ensefalit xəstəliklərinin 

törədiciləri məməlilər, əsasən gəmiricilər və quşların müxtəlif növləri, daşıyıcısı isə iksod gənələridir.  

Meşə landşaftlarının dəyişilməsi gənə ensofaliti mənbələrinin təkamülünə ciddi təsir göstərdi. Meşələrin 

yox edilməsi ilə  əkinçiliyin inkişafı, ağac kötüklərinin çıxarılması  və taxıl səpini üçün ərazinin  şumlanması 

təkamül prosesində yaranan gəmirici biosenozları – meşə gənələri dağıdıldı, belə ki, əkinçilik rayonlarında ik-

sod gənələri  əlverişli  şərait tapmadığından məhv oldular. Nəticədə  gənə ensefalitinin başdan-başa arealı 

saxlanılan meşə qalıqları hüdudunda ayrı-ayrı adacıqlara çevrildi.  



 

337


3-7 yaşlı  qırıntı sahəsində yeniyetmələr, kollar və ot bitkiləri inkişaf etdiyindən, günəş  şüaları nisbətən 

azalır, gənələrin sığınacağı  və yemlənməsi üçün şərait yaranır. Bura meşə heyvanları, o cümlədən özü ilə 

gənələr daşıyan gəmiricilər miqrasiya edir.  

Ağac və kollarla örtülən 7-15 yaşlı  qırıntı sahəsində  şərait optimuma,  gənələr və onları yemləyən 

gəmiricilərin sayı isə maksimuma çatır. Lakin meşə qırıntı sahəsində cavan ağaclıq sıxlaşdıqca gəmiricilər üçün 

ekoloji  şərait pisləşir. 15-35 yaşlı yarpaqlı  ağac cinslərindən ibarət meşəlikdə  çətirlər birləşdikdə kollar və ot 

örtüyü sıradan çıxır. Nəticədə yem bazası azalır, çürümüş qırıntı qalıqları heyvanlar (gəmiricilər) üçün sığınacaq 

vəzifəsini görmədiyindən onlar miqrasiya edir, yemləyicilərindən məhrum olan gənələr də azalır.  

Meşə massivlərinin antropogen dəyişilməsinin yoluxucu xəstəliklərin yayılmasına təsirinə 1960-cı illərdən 

sonra Avropa ölkələrini bürüyən quduzluq epizootiyasını misal göstərmək olar.  

Böyük meşə massivlərinin azalmasının uzunmüddətli prosesi və bir sıra kiçik «adacıqlar»  şəklində 

saxlanılan meşə qalıqları tülkülərin sayının kəskin çoxalmasına səbəb oldu, meşənin dərinliklərində isə tülküyə 

rast gəlinmir. Qırıntı sahələrində çoxlu sayda gəmiricilər məskunlaşdığından tülkülər üçün yaxşı yem bazası 

yaranır. Tülkünün ekoloji plastikliyi onun yaşayış məntəqələri yaxınlığında məskunlaşmasına şərait yaratmışdır.  

Tülkülərin sıxlığı 10 km

2

 sahədə 1-2 fərddən artıq olduqda onların arasında quduzluq epizootiyası baş verir. 



Tülkülər bu yoluxmaya həm həssas, həm də aqressiv olurlar. Tülkülər arasında quduzluğun epizootik dalğası 

adətən hər 3-4 ildən bir təkrarlanır. Hazırda tülkü təbiətdə quduzluğun əsas mənbəyi sayılır.  

Avropada tülkülərdə quduzluq epizootiyası 1960-cı illərdən Qərbi Polşadan başlamış və oradan Almaniya, 

Danimarka, Belçika, Lüksemburq, Avstriya, İsveçrə, Fransa, Çexoslovakiyaya yayılmışdır.  

Tülkülərdə quduzluq hadisəsi Şimali Qafqaz, Qazaxıstan və Sibirdə də qeydə alınmışdır.  

İnsanın təsərrüfat fəaliyyətinin xəstəliklərin bir təbii mənbəyinin inkişafına, digərininkinin isə 

deqradasiyasına süni salınan meşə zolaqları da səbəb olur.  

Süni salınan meşə zolaqları  ətraf  əraziyə nisbətən ekoloji şəraiti dəyişərək heyvanlar üçün yeni 

məskunlaşma yeri yaradır və yerli faunanın yerdəyişməsinə səbəb olur, tərkibinə yeni növlər cəlb edir. Bu za-

man heyvanların bir qisim növləri (kserofil-çöl heyvanları) sıxışdırılır və ya oradan uzaqlaşır, digərləri isə 

əksinə burada çoxalmaq üçün əlverişli şərait tapır.  

Növ tərkibinin kasatlaşması və ümumi sayının azalmasına səbəb olan digər təsərrüfat fəaliyyətindən fərqli 

olaraq tarlaqoruyucu meşə zolaqlarının təsiri altında faunanın keyfiyyət və kəmiyyət tərkibi dəyişsə də, meşəsiz 

çöl ərazilərinə nisbətən onurğalı heyvanların növ tərkibi və sıxlığı artır. Burada (zolaqda) həm meşə və kolluq 

stasiyalarına uyğun xırda məməli növlərinə, həm də açıq sahədəki növlərə rast gəlinir.  

Meşə zolaqlarında heyvanların konsentrasiyasının əsas səbəbi açıq və meşə sahələrinin birləşməsidir, bura-

da müxtəlif ekoloji tələbatı olan növlər əksər hallarda meşə həyatı keçirərək, burada düşmənlərindən və iqlim 

faktorlarının əlverişsiz təsirindən qorunur, açıq sahələr isə (tarlalar) heyvanlara zəngin yem verir.  

Meşə zolağının mikroiqlimi ətraf ərazinin iqlimindən xeyli fərqlənir, meşə zolağında temperatur tərəddüdü 

amplitudası tarlaya (çölə) nisbətən aşağıdır, odur ki, heyvanlar burada gecənin soyuğundan və gündüzün 

istisindən qorunur.  

Müxtəlif məməli heyvan növlərinin çöl və meşə zolaqları arasında mövsümi miqrasiyasını dəqiq izləmək 

olar. Yazda çölün (tarlanın) ətrafında gəmiricilərə az təsadüf edilir, lakin meşə zolağında onların sayı çox olur. 

Taxıl bitkisi böyüdükcə açıq sahələrdə  gəmiricilər və onların təzə yuvaları peyda olur, meşə zolağında isə 

onların sayı azalır. Taxılın yetişdiyi dövrdə açıq tarlada ev siçanları və adi çöl siçanının sayı maksimuma çatır. 

Məhsul yığıldıqdan sonra çöldə gəmiricilərin sayı azalır, meşə zolağında isə yenidən çoxalır.  

Siçanabənzər gəmiricilərin müntəzəm mövsümi miqrasiyası tarlaqoruyucu meşə zolaqları ilə zolaqlararası 

çöldə (tarlada) bir ekoloji vahid yaradır və burada meşə zolağı ilə zolaqlar arasında vahid biosenoz əmələ gəlir.  

Azərbaycanın yarımsəhra zonasındakı meşə zolaqlarında yarımsəhrada olmayan meşə və ev siçanlarına rast 

gəlinir. Onlarda L.agilis və L.algericus gənələri parazitlik edir. Meşə zolaqlarında çoxlu sayda olduqca müxtəlif 

quş növləri məskən salır, onların çoxu burada yuva qurur. Meşə zolağındakı bəzi sərçə yuvalarında külli miq-

darda Ornithonissus sylvarum, Steatonissis və b. gənələr aşkar edilmişdir, onlar çöl şəraitində rast gəlinməyən 

parazit gənələrə aiddir.  

Gəmiricilərlə mübarizədə meşə zolaqlarına məməlilərin və quşların cəlb olunması yaxşı effekt verir. Bu 

işdə faydalı heyvanların məskən salması üçün əlverişli  şərait yaradan ağac və kol cinslərinin seçilməsi də 

mühüm əhəmiyyət daşıyır.  

Meşələrdə və tarlalarda gəmiricilərin məhv edilməsi üzrə müntəzəm mübarizə tədbirləri aparılmalıdır. Meşə 

zolaqlarında gənəlrin artmasının qarşısını almaq istiqamətində  aşağıdakı  əsas aqrotexniki tədbirlər həyata 

keçirilməlidir: 


 

338


 

iri formalı iksod gənələrinin parazitlik dövründə (aprel və sentyabr-oktyabr) meşə zolağında və onun 



100 m yaxınlığında mal-qara otarılmasına yol verilməməlidir; 

 



meşə zolağı boyu yolların sayını azaltmalı; 

 



meşə zolağı kənarı xam sahələr şumlanmalı. 

Göstərilən tədbirlər sağlamlaşdırıcı effektlə yanaşı, həm də səpin sahələrini çoxaldar.  



 

20.3. SÜNİ SU ANBARLARI VƏ İNSAN SAĞLAMLIĞI  

Su anbarlarının yaradılması energetika, kənd təsərrüfatı, su nəqliyyatı, su təchizatı, balıq təsərrüfatı, rekrea-

siya və bir sıra digər problemlərin həllinə kömək göstərir.  

Su anbarlarının yaradılmasında əsas məqsəd su elektrik stansiyalarını tikmək yolu ilə çayların enerjisindən 

istifadə etmək hesab olunur.  

Bənd və su anbarı yaratmaqla əlaqədar hidrotexniki qurğular çayların rejimini və hidrogeoloji vəziyyəti 

kəskin dəyişir. Su anbarı ətrafında yeni tipli torpaq-qrunt su rejimi formalaşır: yeni sulu horizontlar əmələ gəlir, 

yeraltı suların temperatur rejimi dəyişir, təzyiqli sızma inkişaf edir. Su anbarı rayonunda ərazini su basır və 

bataqlaşır, sahillər yenidən formalaşır.  

Flora və faunanın növ tərkibi və ekoloji formaları, yerli növlərin sayı və yayılma xarakteri dəyişir, yeni mi-

qrasiya yolları əmələ gəlir, əvvəlki biosenotik əlaqələr, bitki və heyvanların bəzi bioloji əlamətləri dəyişir.  

Su anbarları istilik və radiasiya balansını transformasiya edir, bu isə öz növbəsində su hövzəsi üzərində və 

onunla sərhədlənən ərazilərin iqlim xarakteristikasını dəyişir.  

Su səthinin təsirilə meteoroloji rejim adətən bilavasitə sahilyanı zonada və oradan bir neçə yüz metr 

kənarda daha çox dəyişir, sonra bu təsirin intensivliyi kəskin azalır. Lakin hakim küləklər istiqamətində su 

anbarının təsiri 10 km və daha uzaqlarda müşahidə olunur.  

Su anbarına bilavasitə hidroloji təsir zonası birləşir, burada qrunt sularının səviyyəsi və rejimi aydın 

müşahidə edilir.  

Qrunt sularının səviyyəsinin qalxması bir tərəfdən su anbarı yaxınlığında  ərazini bataqlaşdırır, digər 

tərəfdən isə torpaqda qleyləşmə prosesinin inkişafına səbəb olur.  

Su anbarlarına yüksək konsentrasiyada fosfor və azot birləşmələrinin daxil olması çox vaxt evtrofikasiya 

prosesinə səbəb olur, su hövzəsinin bioloji məhsuldarlığı yüksəlir (fito və zooplankton, mikroorqanizmlər). 

Su anbarında və  ətraf təbii mühitdə gedən bir çox proseslər xəstəliklərin təbii mənbələrinin taleyinə 

bilavasitə təsir göstərir. Bu təsirin əsas aspektlərini aşağıdakı kimi göstərmək olar: 



1. Su hövzələri səthində ekoloji vəziyyətin dəyişməsi müxtəlif yoluxucu xəstəliklərin (malyariya, ontoser-

koz və b.) – hidrofil qansoran buğumayaqlı törədicilərin yayılmasına şərait yaranır. 



2. Su anbarlarının sahil zonasında ekoloji vəziyyətin dəyişməsi burada məskunlaşan xırda onurğalı 

heyvanların və onların ekzoparazitlərinin müxtəlif təbii mənbə infeksiyasının (tulyaremiya, leptospiroz və b.) – 

sahib və törədici daşıyıcılarının həyat tərzinə təsir göstərir.  

3. Su hövzəsi daxilində ekoloji vəziyyətin dəyişməsi molyusk, xərçəngkimilər və balıqların yaşama şəraitini 

dəyişdirir, nəticədə belə su hövzələrində müxtəlif helmintozların (şistosomoz, epistorxoz, difillobotrioz və b.) 

enedemik mənbələri formalaşır.  

Su anbarlarının yaradılması zamanı biosenozlarda gedən köklü dəyişkənliklər xəstəliklərin birinin təbii 

mənbələrinin məhv edilməsi bu xəstəliklərin yoxa çıxmasına və ya əksinə digər xəstəliklərin təbii mənbələrinin 

əmələ gəlməsinə və yaxud aktivləşməsinə əlverişli şərait yaradır. Su anbarlarının yaradılması hər şeydən əvvəl 

invaziya və infeksiyann yayılmasını  əks etdirir, belə ki, qansoran törədicilərin daşıyıcılarının həyat fəaliyyəti 

bilavasitə su hövzəsi ilə bağlıdır (malyariya, onxoserkoz və b.). 

Hidrotexniki qurğuların yaradılması çox vaxt malyariya xəstəliyinin artması  və ondan ölüm hadisələrinin 

çoxalaması ilə  nəticələnmişdir. Məsələn, belə hal Panama kanalının, Hindistanda Sarda kanalı, Tennesi çayı 

üzərində Xaleye Bar bəndinin salınması nəticəsində baş vermişdir.  

Su anbarı zonasında malyariya vəziyyətini təyin edən əsas faktorlar dayazlıqların olması və xarakteri, suyun 

səviyyəsinin dəyişməsi, dalğa fəaliyyəti və bitki örtüyünün xarakteri hesab olunur.  

Vaxtilə malyariyanın kütləvi yayıldığı ölkələrdə, o cümlədən respublikamızda planlı  və aktiv kütləvi 

səhiyyə-profilaktik tədbirlər aparılması malyariya ərazilərini sağlamlaşdırmağın mümkün olmasını təsdiq edir.  

Su anbarı yaratdıqda  ərazinin su ilə basılması ilə  əlaqədar bir çox biotopların suradan çıxması burada 

vaxtilə  məskunlaşan siçanabənzər gəmiricilərin sayına və  həyat tərzinə  təsir göstərmişdir. Bozqır, quraqlıq 

sevən növlər (sünbülqıran, ərəbdovşanı, qum siçanı) su anbarı yaradıldıqdan sonra çox vaxt əlverişsiz ekoloji 



 

339


şəraitə düşür. Onların zəbt etdiyi ərazilər azalır və populyasiyalarının sayı  aşağı düşür. Yarpaqlı  və qarışıq 

meşələr zonasında tipik növlər məhv olur və ya kəskin azalaraq yerini yeni rütubətsevən növlərə verir.  

Su anbarının sahilyanı zolağında yeni rütubətsevən cəngəlliyin yaranması, quruyan dayazlıqlar tədricən 

gəmiricilərlə mənimsənilir, lakin onların qalması su anbarında suyun səviyyəsinin dəyişməsindən asılıdır.  

Su anbarının sahilyanı  ərazisində  gəmiricilərin zəbt etməsinin qarşısını almaq üçün orada meliorativ və 

aqrokultur tədbirlər həyata keçirməli,  ərazi intensiv kənd təsərrüfatında və bağçılıqda istifadə edilməli və 

yaşıllıqlar salınmalıdır.  

Tropik zonada su anbarlarının yaradılması da əlavə ekoloji dəyişikliklər və problemlər yaradır. Burada hər 

yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəskin yüksəlir: su mübadiləsinin zəif 

olması, su biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay sularına nisbətən adətən 

pis olur. Bu isə xəstəliklərin artmasına səbəb olur. Malyariya, şistosomoz kimi xəstəliklərin yayıcıları əvvəlkinə 

nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli  şərait tapır, bu isə  xəstəliklərin kəskin çoxalmasına 

səbəb olur. Tədqiqatçılar qeyd edirlər ki, şistosomoz Afrikada malyariyadan sonra yayılmasına görə ikinci para-

zitar xəstəlik sayılır, kontinentin bəzi rayonlarında əhalinin 90%-ə qədəri bu xəstəliyə tutulur.  

Şistosomoz schistosoma sorucu-helmint cinsi tərəfindən  əmələ  gələn xəstəlik qrupudur. Helmintin 

yumurtasının hansı orqanın divarcığında parazitlik etməsindən asılı olaraq şistosomoz üç cür olur: sidik-tənəsül

bağırsaq və yapon şistosomozun invaziya mənbəyi sidik və nəcis vasitəsilə helmintin yumurtasını xaricə ayıran 

xəstə insan hesab olunur. Şistosomoz xəstəliyi Qana çayının üzərindəki Akosombo su anbarının sahilində, Zam-

beza çayında yaradılan Karib SES-nin bəndi rayonunda (Zambiya və Zimbabedə), Bandama çayında (Baule 

rayonu) tikilən bəndin yaratdığı Kosu su anbarı (Fil Sümüyünün sahili) rayonunda qeydə alınmışdır.  

Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir. Bu isə yuxarıda göstərilənlərlə yanaşı, 

əlavə yeni problemlər yaradır. Burada daim yüksək dərəcə istiliyin olması  şəraitində su bitki örtüyü olduqca 

yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin sonrakı 

çürüməsi həll olmuş oksigeni sudan tam udaraq nəhayət qalan biokütlənin anaerob çürüməsinə  və olduqca 

zəhərli hidrogen-sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəstəliyinin bir növü 

də daha çox müşahidə olunmağa başladı. Belə vəziyyət Surinamda (Cənubi Amerikanın şimal-şərqində dövlət) 

da mövcuddur, burada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen-sulfidin iyi o dərəcədə 

kəskindir ki, SES-də operatorlar işlədiyi zaman əleyhiqazdan istifadə edirlər.  

Su hövzələrində ekoloji vəziyyətin dəyişməsi opistorxoz kimi helmintozların yayılmasına səbəb olur. Tay-

landda bu invaziya 1960-70-ci illərdə Ponq çayı üzərindəki Ubolratana və Non-Vay bəndinin sahil 

kəndlərindəki yerli əhali arasında yayılmışdır. Yoluxmaya uğrayan balıqdan istifadə edən adamlar da opistorxo-

za yoluxmuşlar.  

Beləliklə, su anbarları həm özündə formalaşan biosenozlar ilə, həm də onların hidroloji, iqlim rejimlərinə 

və ətraf ərazilərdəki biosenozlara təsiri vasitəsilə yoluxucu və parazitar xəstəliklərin təbii mənbələrinə kökündən 

təsir edə bilər. Lakin bu təsirin insanın sağlamlığına təsiri baxımından müsbət və ya mənfi olması su anbarının 

yaradılması faktından asılı olmayıb onun layihələşdirilmiş texniki və gigiyena qaydalarına və iş rejiminə riayət 

edilməsindən asılıdır. Bu qaydalara riayət edildikdə  və epidemiyaya qarşı maraqlar nəzərə alındıqda su 

anbarının yaradıması xəstəliklərin təbii mənbələrinə məhvedici təsir göstərir və onları hətta ləğv edə bilər.  



 

Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin