QƏRİb məMMƏdov, mahmud xəLİlov


Azərbaycanın endem bitkilərinə aiddir



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

Azərbaycanın endem bitkilərinə aiddir («Azərbaycan florası» 1950-1961).   

Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı, 

səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda, 

Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə  və  sırf boreal bitki tipinə isə 

respublikamızın bütün bölgələrində  təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı  və Abşeron 

yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir.  

Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi 

bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ 

massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni, 

Böyük Qafqazın  şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın  şimal 

yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük 

Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə 

zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko, 

1966).  


Respublika ərazisində 865-dən artıq şibyə, 500-ə qədər mamır növü vardır.  

Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika 

florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir. 

Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək 

akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol 

növləri Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya, 



 

303


dəmirağac, qarmaqvari şam, aptek dəfnəgilası, hirkan ənciri, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı, 

sarı rododendron, qafqaz rododendronu aiddir.  

Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.  

Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində 

respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış, 

azalmış, bəzən məhv edilmişdir.  

Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması  və ya məhv edilməsi ilə  əlaqədar respublikamızın bəzi 

regionlarında müasir bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə 

çalışaq.  

Kiçik Qafqazın  şimal yamacında vaxtilə  məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə 

qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları 

formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında 

və örüş kimi istifadə olunmasıdır (şəkil 19.3, 19.4). Meşəsizləşdirilmiş  ərazilər yamacların baxarından və 

meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq 

dayandırılarsa, ilkin BM-in bərpası prosesi konkret sahədə BM-in pozulma dərəcəsindən, onun fiziki-coğrafi 

yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma 

dərəcəsindən və s.-dən asılıdır.Məs. meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan 

ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) ibarət ağaclıqarı mal-qaradan mühafizə etmək yolu ilə 

tədricən ilkin palıd meşəsini bərpa etmək olsa da, onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir.  

Qaratikan üstünlük təşkil edən güclü dərəcədə eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki növləri, 

heyvanat aləmi, mikroorqanizmlər) tamamilə pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-i 

(məhsuldar palıd meşələrini) bərpa etmək qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin  əkini yaxşı 

nəticə vermir, burada mövcud biotopa uyğun ağac növlərinin (eldar şamı, Krım  şamı, saqqızağac, ardıc, 

söyüdyarpaq armud) becərilməsi məqsədə uyğundur.  

Meşə ekosistemlərinin BM-nin intensiv deqradasiyası  və  məhv edilməsi respublikamızın bütün düzən 

regionlarında Kür-Araz ovalığı, Samur-Dəvəçi düzənliyi, Qanıx-Həftaran vadisi və  Lənkəran ovalığında baş 

vermişdir. Bu ərazilərdə meşələr məhv edilərək kənd təsərrüfatı sahələri və meyvə bağları (aqrosenozlar) və ya 

seliteb landşaftlarla əvəz olunmuşdur (şəkil 19.5).  

Respublikanın bütün dağ sistemlərinin yüksək dağlıq zonasında subalp meşələri məhv edilmiş, ora 

uzunmüddətli intensiv yay otlaqları kimi istifadə olunduğundan meşənin yuxarı  sərhədi 400-1000 m aşağı 

salınmış, nəticədə burada üstünlük təşkil edən tozağac, şərq palıdı və trautvetter ağcaqayını ağaclıqlarının BM 

tamamilə məhv edilmişdir. Onların BM-in antropogen seriyalarına yalnız dik qayalı yamaclarda təsadüf etmək 

olar (şəkil 19.6).  

Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin qorunmasında mühüm rol oynayır. Lakin 

təəssüflə qeyd etmək lazımdır ki, respublikamızdakı xüsusi mühafizə olunan ərazilərdə  təbii ehtiyatlar lazımi 

səviyyədə qorunmur. Qoruq, Milli park və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. 

Göygöl, Zaqatala, İlisu,  İsmayıllı qoruqlarında meşənin yuxarı  sərhədi yay otlaqları kimi istifadə olunur. 

Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin  şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı 

meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və 

ya digər dərəcədə deqradasiyaya uğramışdır.  

Vəhşi heyvanların yaşayış yerlərinin transformasiyası  əsasən meşə örtüynün məhv edilməsi, meşə 

ekosistemlərinin BM-nin deqradasiyası və aqrosenozlarla əvəz edilməsi ilə əlaqədardır. Belə yerlərdə heyvanat 

aləminin BM-nin deqradasiyası onların yaşayış yerlərinin (stasiyalarının) – yuvalarının, qışlama və çoxalma 

yerlərinin azalması ilə bağlıdır.  

Fermer təsərrüfatlarının artması ilə əlaqədar şum sahələrinin genişlənməsi müşahidə olunur. Bu zaman hey-

vanat aləminin sonuncu qoruyucu stasiyaları yoxa çıxır, gəmiricilər, həşəratlar artır, onların (ziyanvericilərin) 

«partlayışı» nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatına böyük ziyan dəyir. 

Azərbaycan Respublikasında BM-in qorunması  və davamlı istifadəsinə dair Milli Strategiya və  Fəaliyyət 

Planı Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bura 

aşağıdakılar daxildir: 

 

 

 



 

304


 

 

Şəkil 19.3. İberiya palıdı meşələrinin bioloji müxtəlifliyinin  



antropogen deqradasiyası 

 



 

biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara və digər ölkələrarası  və 

regional müqavilələrə qoşulmaq; 

 



bioloji müxtəlifliyin  əhəmiyyətli komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün 

əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi; 

xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və heyvanat aləminin bərpası 

üçün müvafiq şəraitin yaradılması; 

 

nadir və kökü kəsilmək təhlükəsi olan bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, onların 



genofondunun qorunmasının təmin edilməsi və onları xüsusi qorunan təbii  ərazilərdə, nəbatat bağlarında, 

zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması; 

 

Azərbaycan Respublikasının Qırmızı Kitabının ikinci nəşrinin təşkili.  İri  şəhərlərdə yeni nəbatat 



bağlarının yaradılması;  

biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk növbədə təsir atlına düşə biləcək təbii bitki və heyvan 

növlərinin proqnozlaşdırılması; 

 



Zəngin BM-yə malik olan ekosistemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi

 



Kənd təsərrüfatı bitkilərinin və heyvan növlərinin vəziyyətinin qiymətləndirilməsi və qorunması; 

 



BM-in qorunması üzrə elmi tədqiqatların aparılması; 

 



BM-in inkişafının təşkilinin təmin edilməsi üçün torpaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və 

mühafizəsi; 



 

305


 

Şə

kil 19.4

. İ

beriya pal

ıd me

şə



rinin BM-nin antro

pogen deqra

dasiyas

ı 

 

 



 

Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi; 



 

Meşələrin BM-nin qorunması və səmərəli istifadəsi; 



 

Nadir və  məhv olmaq təhlükəsinə  məruz qalmış bitki və heyvan növlərinin öz təbii məskənlərindən 



kənarda (ex-situ şəraitində) qorunması və bərpası; 

 



Əhalinin ekoloji maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması. 

 

306


BM-in qorunması  və davamlı istifadəsinə yönəldilən bu və digər tədbirlər Milli Strategiya və  Fəaliyyət 

Planında geniş şərh olunmuşdur. 

 

19.5. Dərman bitkilərindən istifadə  

Uzun  əsrlər boyu insan tibb və baytarlıq praktikasında lazım olan olduqca müxtəlif dərman maddələrini 

bitkilərdən  əldə etmişlər. Dərman bitkilərindən hələ 3000 il əvvəl Qədim Assuriyada, Misirdə, Hindistanda, 

Çində, Tibetdə, 1900-cü illərin əvvəllərində isə İranda, Yunanıstanda və Romada; orta əsrlərdə ərəb ölkələrində, 

Orta Asiyada, Cənubi Qafqazda, Avropa ölkələrində istifadə edilmişdir. Dərman bitkilərinin müalicəvi xassəsi 

onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikozidlər, flavonoidlər, vitaminlər, aşı 

maddələri, kumarinlər, efir yağları  və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə  əlaqədardır. 

Dərman bitkilərinin xüsusi qrupunu antibiotiklər (fitonsidlər)  əmələ  gətirən bitkilər təşkil edir. Dərman 

bitkilərini tədarük edərkən bitkinin növünü, hansı hissələrini yığmağı, onların tərkibində olan maddələrin ən çox 

toplanma vaxtını bilmək vacibdir. 

Dərmanların çox hissəsi bitki mənşəlidir. Müasir dünya bazarında 1000-dən artıq dərman bitkisi növünə 

müraciət olunur. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 80%-ə  qədəri əsasən yabanı dərman bitkilərinin və 

digər bitkilərin köməyi ilə sağlamlıqlarının qayğısına qalırlar. Dünyada təyin olunmuş  və  təyin olunmamış 

dərmanların yarıya qədərinin tərkibində  vəhşi (yabanı) orqanizmlərdən alınan inqridiyentlər vardır. Bu 

inqridiyentlərin dörddə biri yalnız tropik meşələrdə rəst gəlinən bitkilərdən alınır. 

1960-cı ildə leykemiya xəstəliyinə tutulan beş uşaqdan yalnız birinin sağalmaq ehtimalı var idisə, hazırda 

belə ehtimal beş uşaqdan dördü üçündür. Bu, tərkibində müəyyən aktiv maddələr olan dərman preparatları ilə 

müalicənin köməyi ilə mümkün olmuşdur. Bu preparat Madaqaskarın tropik meşələrində aşkar olunan Rosy per 



Winkle bitkisindən alınır.         

 

307


 

Şə

kil 19.5

. Qan

ıx-H

əft

əra

n vadisind

ə düz

ən me

şə



rin BM-in ant

ropogen deqr

adasiyas

ı 

 


 

308


Şə

kil 19.6

. Şə

rq pal

ıd

ı me

şə



rinin BM-l

ərinin antropogen deqra

dasiyas

ı 

N.A.Krasilovun (1992) fikrincə, bitkilərin zəngin növ tərkibindən yalnız çox az hissəsi praktiki məqsədlərlə 

istifadə edilir. Belə ki, ali bitkilərin dünya florasının 30 min növündən daimi yalnız 2500-dən istifadə olunur. 

Təsərrüfat əhəmiyyətli bitkilər arasında sayına görə xammad kimi toplanan dərman bitkiləri birinci yeri tutur. 

Dərman prepatarları çeşidlərinin 30%-dən çoxu bitkilərdən alınır, bu bitkilərin də yarısından çoxu təbii şəraitdən 

toplanır, az bir hissəsi təsərrüfatlarda becərilir.  

Ürək-damar sistemi xəstəlikləri zamanı  işlədilən dərmanların 80-90%-i bitkilərdən alınır. Bə  dərmanların 

əksəriyyəti sintetik dərmanlara nisbətən az zəhərli olub, kənar təsirə malik deyil. Azərbaycanda farmakopeyaya 



 

309


daxil edilən 100-dək növdən  əlavə bir çox dərman bitkisi məlumdur. Respublikamızın florasında xalq 

təbabətində işlənən 800-ə qədər dərman bitkisi aşkara çıxarılmışdır. Bu bitkilərdən dazı, itburnu, bağayarpağı, 

damotu, gicitkan, yemişan, boymadərən, qatırquyruğu, andız, cökə, murdarça və s. toplanır, azvay, nanə və s. 

təsərrüfatlarda toplanır.  

Dərman bitkilərinin bir çoxunu meşə ağac və kolları təşkil edir. Onlardan sallaq tozağac, ürəkyarpaq cökə, 

xırdayarpaq cökə, adi palıd, qozağacı, adi şam, qızılağac, sibir ağşamı, adi quşarmudu, qaragilə, qara qarağat, 

mərcangilə, qara qovaq, zirinc, keçi söyüdü, meşə alması, moruq, böyürtkən və bir çox başqalarını göstərmək 

olar. 


Meşələrimizdə bitən bəzi ağac cinslərinin müalicəvi əhəmiyyətini qeyd edək.  

- Görkəmli təbib Abu-Əli-Sina əsərlərində həmişə qozu qüvvətli qida və müalicəvi xarakter daşıyan bitki 

kimi təbliğ edirdi.  

Son vaxtlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq təbabətində və elmi təbabətdə daha 

geniş istifadə edilir. Yarpağı böyük müalicəvi əhəmiyyətə malik olub, tərkibində çoxlu «C» vitamini, həmçinin 

«B», «P» və «A» provitamini, boyayıcı və aşılayıcı maddələr, tanin, efir yağı (0,012-0,029%), inulin, qlikozid, 

flavonid, inozit, yuqlon və mineral duzlar vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qozun 

yarpığını dəmləyərək ondan mədə-bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edilir.  

Qozun yetişməmiş qozalarının yaşıl qabığı  «C» vitamini ilə çox zəngindir. Sütül meyvələrin tərkibində 

olan C vitamininin miqdarına görə  hətta limon, itburnu və qara qarağatdan da üstündür. Odur ki, ondan C 

vitamini almaq və mürəbbə bişirmək üçün istifadə olunur.  

Qozun yarpaqları iriləşdikcə  tərkibində «C» vitamininin miqdarı artır, vegetasiyanın ortasında (iyulda) 

maksimuma çataraq yaş  çəkisi 2000 milliqram faiz təşkil edir, sonra azalmağa başlayır. Sentyabr-oktaybrda 

vitaminin miqdarı maksimumun altıda birini təşkil edir.  

A.K.Qerqelejiuyaya (1938) görə qozun yetişməmiş meyvəsində                       C vitamininin miqdarı 

(Moldaviya) 3036 milliqram faiz, meyvəyanlığında isə (avqustda) 831 milliqram faiz təşkil edir.  

Qozun yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngli olub qoz 

yarpığının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0 faiz askorbin turşusu, 1-3 faiz 

tanin, 2,3-2,9 faiz üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də qeyd edilir. 

Tərkibində 1,0 faiz askorbin turşusu olan konsentrat xroniki mədə pozğunluğu olan uşaqlara verildikdə (gündə 

12 qram ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır.  

Alimlərin bir qrupu (Qerqelejiuya (1938), Bezzubov və b.) qozun yetişməmiş meyvələrindən konsentrat 

almağı düzgün hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox 

məqsədəuyğün sayırlar.  

Qozun yarpağı, gövdəsinin qabığı  və budaqlarından alınan cövhər və ya ekstrakt xalq təbabətində  mədə-

bağırsaq pozğunluğu, yanıq və  dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Bu məqsədlə  xırda 

doğranmış qurudulmuş 1-2 çay qaşığı qoz yarpağını bir stəkan (200 qram) qaynanmış suda dəmləmək, 

soyuduqdan sonra süzmək və hər gün 3-4 dəfə yarım stəkan içmək lazımdır.  

Qozun yarpağından hazırlanan həlim dəri xəstəliklərini (sızanaq, irinli səpgi, dəmrov, ekzema) müalicə 

etmək üçün istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaşığı qoz yarpağı 0,5 litr suda 15 dəqiqə qaynadılır. Alınan 

həlimlə dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir. Ağız, boğaz iltihabında, dişin əti yumşaldıqda 

və yaxud diş tərpəndikdə ağız nahiyəsini yaxalamaq üçün bir stəkan cövhər hazırlanır.  

Qoz yarpağı yaranı sağaltmaq xassəsinə malikdir. Bunun üçün ev şəraitində yaraya sürtmək üçün yarpağın 

ovuntusundan məlhəm hazırlamaq olar. Bu məqsədlə qozun quru yarpağının ovuntusundan 15 qram götürülür, 

ona 100 qram günəbaxan yağı qatılır, 7 gün keçdikdən sonra həmin qarışıq su hamamında 30 dəqiqə qaynadılır. 

Sonra ona 15 qram mum əlavə edilir və soyuyana qədər qarışdırılır.  

Xalq təbabətində  sıraca (xərazir) və raxit xəstəliklərinin müalicəsində  də qoz yarpağından geniş istifadə 

edilir (Zemlinski, 1958).  

Qoz ağacının kökünün qabığı yaxşı işlətmə dərmanı hesab edilir. Qoz ləpəsi və yağı qədim vaxtlardan bəri 

xalq təbabətində özünəməxsus yer tapmışdır. Döyülmüş qoz ləpəsindən zəhər  əleyhinə, onun əncirlə 

qarışığından isə  həzmi yaxşılaşdırmaq üçün istifadə edilirdi. Üyüdülmüş qoz qabığı  ən yaxşı qankəsici hesab 

edilirdi, yandırılmış qoz qabığını isə yara və xoraların üzərinə səpirdilər. Dəyirmi və lentşəkilli qurdları qovub 

çıxarmaq üçün qoz ləpəsini səhər acqarına yemək lazımdır. Soliteri (yastı qurd) qovmaq üçün isə 30-60 qram 

qoz yağını  şəraba qatıb qəbul etməlidir. Qoz yağı sidikdaş  xəstəliyi üçün çox faydalıdır. Göz konyuktivi 

xəstəliyi zamanı hər gün gözə bir neçə damcı qoz yağı damızdırmaq kifayətdir. Bu yağ qulaq iltihabı zamanı da 

kara gəlir. Ondan həm də işlətmə dərmanı kimi, yanığa və gecsağalan yaralara sürtmək üçün də istifadə edilir.  



 

310


Adi qozdan alınan preparatı, məlhəm və su-spirt məhlulu  şəklində (kompress, yaxalama) dəri vərəmi 

xəstəliyinin, həmçinin stafilakok və strepmokok bakteriyaları ilə  zədələnmiş  dərinin müalicə olunmasında 

istifadə edilir. Qoz ləpəsi yağ, zülal və amin turşuları ilə zəngin olduğundan tez həzm olunur.  

Xəstələr üzərində aparılan klinik müşahidələrdə müəyyən edilmişdir ki, qoz ləpəsi mədə seksiyasına faydalı 

təsir göstərərək onu normaya salır. Yüksək mədə turşuluğu olan xəstələr 50 qram ləpəni 10 gün müddətində 

qəbul edərsə, turşuluq normaya düşür. Müşahidələr göstərmişdir ki, 25, 50, 75 və 100 qram qoz ləpəsini bir 

dəfəyə yedikdə  də turşuluq aşağı düşür. Göstərilən miqdarda ləpəni aşağı  mədə turşuluğu olan xəstələr qəbul 

etdikdə əksinə, turşuluq qalxaraq normaya düşür. Qoz ləpəsi mədə fəaliyyəti pozğunluğunu və mədənin ağrısını 

zəiflədir.  

İngiltərədə qoz ləpəsindən şəkər diabeti və ateroskleroz, Çində isə böyrək daşı xəstəliklərinin müalicəsində 

istifadə edilir.  

Adi qozun ləpəsinin tərkibində 58-77 faiz yağ, 12-25 faiz zülal, 5-25 faiz karbohidratlar, 0,3 milliqram 

askorbin turşusu vardır. Odur ki, qozun ləpəsi yüksək kaloriyə malik olub həmin miqdarda mal ətinin 

kalorisindən 7 dəfə artıqdır. 1 kiloqram qoz ləpəsinin 6120 kilokalori qidalığı vardır və ya onun verdiyi 

kalorinin miqdarı 7 kiloqram kartofun və ya 15 kiloqram südün, yaxud 1 kiloqram mal əti və 2 kiloqram buğda 

çörəyinin birlikdə verdiyi kaloriyə bərabərdir. Məhz buna görə də İ.V.Miçurin adi qozun meyvəsini «gələcəyin 



çörəyi» kimi də qiymətləndirmişdir. K.Y.Sialkovski isə qoz ağacını  gələcəyin bitkisi,  bəzi alimlər isə  həyat 

ağacı adlandırmışdır. Qozun ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub yeyinti, ətriyyat və lak-

boyaq sənayesində istifadə olunur. Bütün bunlarla yanaşı, qoz ağacının yarpaqlarının buraxdığı  ətirli efirli 

maddələr sağlam hava şəraiti yaradaraq mühüm müalicəvi əhəmiyyətə malikdir.  

Yuxarıda deyilənlər göstərir ki, qoz ağacı respublikamızda bitən əksər ağaclardan gəlirli və insan üçün çox 

faydalıdır. Odur ki, onun meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab edilməlidir.  

- Cökə  ağacının çiçəkləri bir sıra müalicəvi xassələrə malik olub əczaçılıqda və xalq təbabətində geniş 

işlədilir. Ağac çiçək açdığı dövrdə onun çiçəklərini toplayır, qurudur və müalicə  məqsədilə  dəmləyib içirlər. 

Cökənin çiçəkləri olduqca xoşətirli, fitonsid xassəlidir. Tərkibində efir yağı (0,05 faiz), mum, şəkər, aşılayıcı 

turşular, qlükozid, zülal və sarı piqmentə  təsadüf edilir. Cökə çiçəyi bir sıra dərman preparatlarının və  bəzi 

markalı likörlərin tərkibinə daxil edilir. Ətriyyat sənayesində ondan efir yağı alınır, onun tərkibində olan fonezol 

odekolon və duxilərin  ətrini saxlayır. Bu qiymətli xüsusiyyətlərinə görə cökənin çiçəkləri aptek idarələri 

tərəfindən tədarük olunur.  

Qabıqdan təmizlənmiş cökə toxumunun tərkibində 33 faiz badam yağı tamını verən qiymətli, qidalı yağ 

olur. Fiziki xassəsinə görə xörək yağı sayılır. Bu yağ təbabətdə də çox qiymətlidir.  

-  Saqqızağacın meyvəsi yeməlidir. Qovrulmuş halda istifadə olunur. Məişətdə  fındığı, qozu və badamı 

əvəz edir. Xalq təbabətində  qədimdən işlənir. Zəngilan rayonunun Vejnəli, Bartaz və digər kəndlərində 

saqqızağacının meyvəsindən  şorba bişirirlər. Burada bu meyvəyə  çəttəquş deyirlər. El arasında  əhalinin 

qədimdən işlətdiyi «Bir dağarcıq çəttəquşum var, elə bil bir küpə yağım var» məsəli saqqızağacı meyvəsinin 

qiymətli olduğunu bir daha təsdiq edir. Vejnəlinin qocaman sakinləri deyirlər ki, indiyədək bu kənddə heç kəs 

mədə və bağırsaq ağrısından şikayət etməmişdir, səbəbi də çəttəquş meyvəsi yeməyimizdir. Talış zonasında da 

saqqızağac meyvəsinin qabığını qaynadıb ondan alınan maye ilə  mədə  xəstəliklərini,  Ərəbistanda isə 

meyvəsinin yağı ilə ciyər xəstəliyini müalicə edirlər.  

Məlum olduğu kimi, orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün 

vitaminlərin olduqca böyük əhəmiyyəti vardır. İnsan və heyvanlar vitamini bilavasitə bitkilərdən və dolayı yolla 

heyvan məhsullarından alır. Vitaminlərlə, xüsusən «C» vitamini ilə zəngin olan bitkilər: itburnu meyvəsi (4500 

mq%-ə  qədər) qoz (3000 mq%-ə  qədər), çaytikanı (300-500 mq%-ə  qədər), quşarmudu (220 mq%), çiyələk 

(120-200 mq%). Ali bitkilərin demək olar ki, hamısında «A» provitamini olan karotin vardır. Qırmızı və sarı 

meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli göbələklər «PP» vitamini, taxıl bitkiləri toxumunun 

rüşeymi «B

1

», «B


2

», eləcə də «PP» vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu meyvəsindən, 

konsentratlarını hazırlamaq üçün isə qozdan (yetişməmiş halda), qırmızı istiotdan, qarağat, çay tikanı  və s. 

bitkilərin meyvəsindən istifadə edilir. Bitkilərin hamısında D provitamini olan sterinlər var. «E» vitamini 

konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, ispanaq, adi şabalıd yarpağında, kök, balqabaq, 

quşarmudu, pomidorda çoxlu «K» vitamini, itburnu və sitrus bitkilərinin meyvəsində isə «P» vitamini olur.  

Müxtəlif vitaminlərə insanın gündəlik tələbatı müxtəlifdir. 19.6 saylı cədvəldə ayrı-ayrı vitaminlərin meyvə 

və tərəvəzlərdə miqdarı və insanın onlara gündəlik tələbatı verilir. Cədvəldən göründüyü kimi, insan orqanizmi-

nin ən çox «C» vitamininə, sonra isə «PP» və «B

3

» vitamininə ehtiyacı vardır.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin