QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

1. Biomüxtəliflik dərəcəsinin zonal landşaft zonalarından aydın surətdə asılılığı: rütubətli ekvator və tropik 

meşələrdə fitomüxtəliflik dərəcəsi ən yüksək olub 10000 km

2

 sahədə 3000-5000 növ, tayqa və qarışıq meşələr 



zonasında 500 növ, tundra və səhra zonalarında isə 200 növdən az təşkil edir. Yerdə qalan zonal landşaft tipləri 

fito və biomüxtəlifliyə görə qanunauyğun şəkildə aralıq qiymət daşıyır.  



2. Bir sıra tropik və subtropik rayonların spesifik təbii şəraiti – relyefin, torpağın, iqlimin çox müxtəlifliyi, 

həmçinin bu ərazilərin tarixi inkişafı ilə  əlaqədar təbii vəziyyətin kəskin dəyişməsi zamanı növlər üçün 

sığınacaq (refuqium) rolunu oynaması da xəritədə  əks olunur. Bunun nəticəsində biomüxtəlifliyin maksimum 

qlobal mərkəzi və digər yüksək biomüxtəliflik mərkəzləri qeyd olunur. Fitomüxtəliflik xəritəsinin müəllifləri 6 

maksimum  qlomüxtəliflik  mərkəzləri ayırır. Hər mərkəzdə 10000 km

2

 sahədə 5000 növdən çox borulu bitki 



növü mövcuddur: 

1. Çoko (Kosta Rika); 

2. Tropik Şərqi And 

3. Atlantikyanı Braziliya; 

4. Şərqi Himalay (Çində Yunan əyaləti); 

5. Şimali Borneo; 

6. Yeni Qvineya. 

Qlobal mərkəzlərdən başqa 16 yüksək biomüxtəliflik mərkəzləri (10000 km

2

 sahədə 3000 və çox növ) 



ayrılır, bunların da daxilində «ləkələr»  şəklində ən yüksək biomüxtəlifliyə rast gəlinir. Yüksək biomüxtəliflik 

mərkəzlərinə Aralıq dənizi  ətrafı (o cümlədən Qafqaz), Tyanşan-Pamir-Alay,  Şərqi Afrika rift vadisi, Kap 

mərkəzi (Afrikanın cənubu), Madakaskar, Qvian dağlığı və b. aiddir.  

Struktur müxtəlifliyi  

Müasir beogeosenozların regional səviyyədə tərkibi və strukturu – konkret biotanın formalaşması tarixi, iq-

lim xüsusiyyətləri, ekotopun spesifikliyi, həmçinin antropogen təsirlər və faciəli xarakterli təbii hadisələr 

(yanğın, tufan və s.) ilə müəyyən edilir. Fito -, zoo - , həmçinin mikogen (göbələk) mozaiki (müxtəlifliyi), an-

tropogen  şəraitdən  əvvəlki ilə  və abiotik pozulmaların mozaikliyi (müxtəlifliyi) ilə birgə  ərazinin müxtəlif 

sahələrinin formalaşmasını təyin edir. Bu, öz növbəsində bioloji müxtəlifliyin bütün (qamma) uyğunluqlarının 

mövcudluğuna səbəb olur.  

Struktur müxtəlifliyin xüsusiyyətlərini bitki obyektlərinin misalında yaxşı izləmək olar. Məlum olduğu ki-

mi, bitki örtüyünün mozaikliyinin (müxtəlifliyinin) elementlərindən biri klimaks qruplaşması və ya inkişafının 

son mərhələsində nisbi stabil, dayanıqlı vəziyyətində olan bitki qruplaşması hesab olunur. Burada tədqiqat rayo-

nu üçün xarakterik olan canlı örtüyün (bitki örtüyünün) bütün elementlərinin və ya suksessiya mozaikliyinin 

(müxtəlifliyinin) mövcudluğu, həmin ərazinin biomüxtəlifliyinin zəruriliyi kimi baxılır.  

Klimaks növ suksessiya qruplaşmalarına daxil olduqca müxtəliflik artır. Həm də sukssesiya növləri klimaks 

növlərlə heç də  sıxışdırılmır və onlarla birgə mürəkkəb sistem yaradaraq dinamik tarazlıq vəziyyətində olur. 

Belə ki, suksessiya komponentlərinin inkişafı ilə  bərabər klimaks komponentlərinin də nisbətən yüksək 

səviyyəsi saxlanılır. Tarazlığın monoklimaks istiqamətində qarışması ilə əlaqədar suksessiya növlərinin sıradan 

çıxması nəticəsində qruplaşmanın müxtəlifliyi bir qədər azalır (sadələşir).  

Struktur müxtəlifliyi obyektiv olaraq ekosistemin müxtəlifliyi ilə  əlaqədar olub, müxtəlif tipləri, bitmə 

şəraitini, qruplaşmaları və ekoloji prosesləri özündə əks etdirir.  

BM-in öyrənilməsində flora və faunanın zənginliyinin müəyyən edilməsi. onlara uyğun taksonomik 

xarakteristikasının aşkar edilməsi üzrə ümumi metodlardan geniş istifadə olunur.  

Hazırda müasir kompüter məlumat-analitik sistemi (İAS) işlənib hazırlanmışdır, bu, struktur 

xüsusiyyətləri və suksessiya mərhələlərinin keçidlərini nəzərə alaraq bitki örtüyünün BM-nin 

qiymətləndirilməsinə imkan yaradır (L.Q.Xanin, 1997). Bu sistemlə BM-in struktur-funksional və növ təyini, 

bitki növlərinin senotik, populyasiya, ekoloji və digər məlumatlarından, geobotaniki, taksasiya və digər təsvirlər 

bazasından istifadə etməklə aparılır (şəkil 19.2). 

 


 

298


 

 

Şəkil 19.2. İAS-ın struktur sxemi (Xanin, 1997) 

 

Bioloji müxtəlifliyin qorunub saxlanmasında mühüm vasitə – xüsusi mühafizə olunan təbii  ərazilər 



(XMTƏ) hesab olunur.  

XMTƏ- tipik və nadir təbii landşaftları, heyvan və bitki aləmi müxtəlifliklərini, təbii və mədəni irsi qoruyub 

saxlamaq məqsədilə ayırırlar.  

Müasir beynəlxalq təsnifata 10 XMTƏ kateqoriyası daxildir (Sokolov, və b., 1997): 

 

Ciddi rejimli təbii elmi rezervatlar; 



 

Milli parklar; 



 

Təbiət abidələri, diqqətəlayiq (maraqlı) təbiət obyektləri; 



 

Təbiəti mühafizə təyinatlı rezervatlar, təbiətin idarə olunan rezervatları, vəhşi təbiətin sığınacaqları; 



 

Mühafizə olunan landşaftlar; 



 

Resursqoruyucu rezervatlar; 



 

Antropoloji rezervatlar; 



 

Resursqoruyucu ərazilər və çoxməqsədli istifadə əraziləri; 



 

Biosfer rezervatları; 



 

Dünya irsli (təbii) yerlər; 



Azərbaycanda XMTƏ-nin aşağıdakı kateqoriyaları ayrılır.  

 



Dövlət təbii qoruqları; 

 



Milli parklar; 

 



Təbii parklar; 

 



Dövlət təbii yasaqlıqları; 

 



Dendroloji parklar və Botanika bağı; 

 

299


 

Müalicəvi – sağlamlıq yerləri və kurortlar.  



 

19.3.1.Bioloji müxtəlifliyin ekoloji və iqtisadi əhəmiyyəti 

BM-in qorunub saxlanmasına getdikcə daha çox diqqət ayrılır. Bu problem müasir dünyada ən mühüm 

problemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük qayğı tələb edir.  

Bitki, heyvan və mikroorqanizmlərin BM-i bəşəriyyətin yaşaması üçün əsaslı mühüm faktordur. BM – 

həyatın təminat sistemini formalaşdıran  ərzaq və digər resursların mənbəyi kimi əvəzolunmaz rol oynamış, 

oynayır və oynayacaqdır.  

Məlum olduğu kimi, BM-in böyük hissəsi təbii ekosistemlərdə  cəmləşmişdir və onların mövcudluğu 

yüksək dərəcədə daxili müxtəlifliklərindən asılıdır.  

Vəhşi faunanın və yabanı floranın növ və genetik müxtəlifliyinin, nadir və tükənməkdə olan heyvan və bitki 

növlərinin qorunub saxlanması təbiətdən səmərəli istifadənin əsas vəzifələrindən biri olub, onun həlli üçün ayrı-

ayrı ölkələrdə mühüm sənədlər, qərarlar qəbul edilir. Nadir və  məhv olmaq təhlükəsi olan bitki və heyvan 

növlərinin qorunmasını gücləndirmək məqsədilə «Qırmızı Kitab» tərtib olunur və bu növlər o Kitaba salınır.  

«Bioloji müxtəliflik» proqramı hazırlanaraq ora üç layihə daxil edilmişdir: 

 



bioloji müxtəlifliyin inventarizasiyası; 

 



bioloji müxtəlifliyin monitorinqi və qorunub saxlanması; 

 



bioloji müxtəlifliyin komponentlərindən dayanıqlı istifadə.  

Bioloji müxtəlifliyin effektli qorunub saxlanmasını təmin etmək  məqsədilə vəhşi təbiət fondu çərçivəsində 

qoruq və Milli parkların inkişaf strategiyası hazırlanır.  

Bir çox nəsillərin təkamülü nəticəsində yaranan və yalnız özünə xas olan xassələri ilə birlikdə itirilən hər 

hansı bir növ yalnız elm üçün deyil, həm də praktika üçün itki sayılır. Bu itki həm də ona görə böyük itki hesab 

edilir ki, bir sıra yabanı bitkilərin faydalı xassələri haqqında çox şey hələ indiyə qədər naməlum olaraq qalır. 

Məsələn, M.Q.Baxromeyevanın (1988) məlumatına görə adi bitki sayılan  böyük dəmrovotunun  tərkibində 

olan maddə bioloji obyektləri rəngləmək üçün boyaq kimi işlənə bilər və o, xassələrinə görə indiyə kimi məlum 

olan analoqlarından (eritrozin, primulin və b.) üstün sayılır;  şehduran bitkisindən aminlər sinfinə aid alınan 

maddədən ziyanverici həşəratlara qarşı mübarizə vasitəsi kimi istifadə oluna bilər.  

ABŞ-da xassəsinə görə neftə yaxın olan maddə almaq üçün yararlı bitki axtarışı aparılır. Məlum olmuşdur 

ki, neft karbohidrogenlərinə yaxın olan karbohidrogenlər iki südləyən bitki növünün (Euphorlia lathyris və 

E.tarucelli) tərkibində vardır.  

Türkiyədə tapılan yabanı buğdanın hibridləşdirilməsi ilə dörd pas xəstəliyinə qarşı buğda sortları 

yaradılmışdır.   

Madaqaskarda barvinq bənövşəsinin tapılan yabanı növündən alınan preparatlar şişə qarşı təsirə malikdir.  

Genofondun itirilməsi bioloji növlərin yox olması ilə  əlaqədar olub, təsərrüfat üçün ziyandır, belə ki, 

nəticədə onun effektivliyinin potensialını aşağı salır.  

Qeyd etməliyik ki, aşkar edilən hər bir nadir və ya məhv olmaq təhlükəsi olan növün səmərəli istifadəsi və 

mühafizəsinin «öz» sistemini hazırlamaq lazımdır. Bu, ilk növbədə endem (yalnız bir coğrafi rayonda rast 

gəlinən) növlərə aiddir.  

Biosfer resurslarının insan tərəfindən istifadəsi təxminən 40%-ə çatmışdır və bu tələbat durmadan artır. Bu 

prosesin qlobal miqyasda nizamlanması vacib məsələ hesab olunur.  

Qeyd etmək lazımdır ki, hazırda insanların rifahını yaxşılaşdırmaq və  ətraf mühitin mühafizəsini 

gücləndirmək üçün bioloji resurslardan kənd təsərrüfatında və  səhiyyədə istifadə sahəsində yüksək iqtisadi 

nəticələri təsdiqedici müsbət təcrübələr vardır.  

M.Kitinq (1993) bioloji müxtəliflikdən sosial-iqtisadi gəlir əldə etmək üzrə dəlillər gətirir: 

 



ABŞ-ın ümumi milli məhsulunun 4,5%-ə qədəri (təxminən ildə 87 mlrd. dollar) yabanı bitkilər və vəhşi 

heyvanların hesabına əldə edilir.  

 

Efiopiya arpasının bir geni, kaliforniya arpasının bütün məhsulunu  sarı karlik virusundan mühafizə 



edərək ildə 160 mln. dollar qazanc götürülür.  

 



Qarğıdalıya qohumluğu olan qədim Meksika yabanı bitkisinin qarğıdalının müasir sortları ilə 

çarpazlaşdırılmasından, dünyanın fermerləri ildə 4,4 mlrd. dollar qənaət etmiş olar. 

 

Dünyada yabanı bitkilərdən hazırlanan dərmanların və  təbii məhsulların dəyəri ildə 40 mlrd. dollar 



təşkil edir.  

Asiyada XX əsrin 70-ci illəri genetik yaxşılaşdırma buğda istehsalını ildə 2 mlrd., çəltiyinkini isə 1,5 mlrd. 



 

300


dollar artırdı; belə  nəticələr bu dənli bitkilərin alçaqboylu sortlarının yaradılması  və istifadəsi sayəsində  əldə 

edilmişdir.  

Şübhəsiz ki, hazırda genetik müxtəlifliklərin hamısından deyil, onların az bir hissəsindən istifadə edilir. 

Hazırda bioloji resusrların  əhəmiyyətinin qiymətləndirilməsinə  hələlik  əsasən onların qorunub saxlanması 

nöqteyi-nəzərindən baxılır. Xüsusi mühafizə olunan təbii ərazilərin (XMTƏ) səmərəli şəbəkəsinin yaradılması 

bu mühüm vəzifənin mümkün həlli üsulu hesab edilir.  

 

19.3.2. İnsanın bioloji müxtəlifliyə təsiri 

Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində həyat başlanandan bəri beş dəfə bioloji növlərin möhtəşəm 

məhv olması baş vermişdir. Hər dəfə belə hadisə planetimizdə təkamülün tənəzzülü və həyatın yoxsullaşması ilə 

nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln il əvvəl, Yerin asteroidlə toqquşması zamanı baş vermişdir. 

Bu vaxt Yerin atmosferinə olduqca çoxlu miqdarda toz və daş  qırıntıları atılmışdır. Bunun nəticəsində XVI 

fəsildə qeyd edildiyi kimi başlayan kəskin soyuqlaşma dinozavrların məhvinə  və o zaman mövcud olan 

canlıların beşdə birinin yoxa çıxmasına səbəb olmuşdur.  

Bioloji zənginliyin bərpa olunması üçün hər dəfə təxminən 10 mln il vaxt lazım olmuşdur.  

Hazırda biz növlərin möhtəşəm məhv olmasının altıncı  mərhələsində yaşayırıq.  Əvvəlki beş  təbii 

kataklizmlərin (məhvedici çevrilişlər) yaratdığı məhv olma hadisəsindən fərqli olaraq növlərin bugünkü məhv 

olmasını insan özü yaradır. Yerin uzun müddətli tarixində ilk dəfə olaraq bir növün canlı orqanizmi digər 

növlərin bir çox canlı orqanizmlərini məhv etmək dərəcəsinə gətirib çıxarmışdır.  

Yer üzərində BM-in itməsi  əsasən yaşayış mühitinin dağılması, təbii landşaftların parçalanması 

(fraqmentasiyası) və dəyişməsi, kənd təsərrüfatı və bioloji resursların hədsiz istismarı, ətraf mühitin çirklənməsi, 

introduksiya olunmuş bitki və heyvan növlərinin gətirilməsi, nəzarətsiz ov, əhalinin miqrasiyasının yüksəlməsi

beynəlxalq ticarətin və turizmin artması və digər səbəblərin nəticəsidir.  

BM-yə meşədən  əlavə istifadə növləri (meyvə, giləmeyvə  və  dərman bitkilərinin toplanması, mal-qara 

otarılması, ot biçini və s.) də  təsir göstərir. Nizamlanmayan ov nəticəsində növmüxtəlifliyi azala bilər, hətta 

ayrı-ayrı populyasiyalar sıradan çıxar, gen müxtəlifliyi kasatlaşar. Dərman bitkilərinin icazəsiz, nizama 

salınmadan toplanması onların fitosenozda sayını azaldır, fitosenoz kasatlaşır, hətta populyasiyanın yoxa 

çıxması baş verə bilər. Nizama salınmamış rekreasiya da BM-ə  mənfi təsir göstərir. Məsələn, taptanma 

nəticəsində biosenoz, hətta landşaft daxilində bəzi növlər sıradan çıxa bilər.  

BM-ə göstərilən təsir növlərindən  ən təhlükəlisi təbii yşayış yerlərinin dağıdılması hesab olunur. Bu 

baxımdan tropik meşələrin yandırılması, məhv edilməsini xüsusi qeyd etmək lazımdır. Məsələn, Amazonkanın 

tropik meşələrini yandırmaqla biz, planetimizin möhtəşəm genetik xəzinəsini yandırmış oluruq.  

BM-in müasir azalma sürəti təbii azalma sürətini təxminən min dəfə keçir, bu əsasən rütubətli tropik 

meşələrin intensiv qırılması  və yanması  nəticəsində baş verir.  Məsələn, Madaqaskarda nadir faunanın 

90%-i Himalay dağlarının  ətəklərində  və Yeni Kaledoniyada (bitkilərin 83%-i endemik təşkil edir) rütubətli 

tropik meşələr məhv edilmişdir. Meşələrin məhv edilməsi ilə çay. bataqlıq, dağ, səhra ekosistemləri də dağılır 

(pozulur) və onların BM-i fasiləsiz azalır.  

Tropik meşələrin məhv edilməsi indiki tempdə (il ərzində məhv edilən meşələrin sahəsi İsveçrənin sahəsini 

4 dəfə keçir) qalarsa, 2015-ci ilə  qədər 4-8%, 2040-cı ilə  qədər isə 35% növün sıradan çıxması gözlənilir. 

Mütəxəssislərin fikrincə belə halda 25 il ərzində Yer üzərində mövcud olan növlərin 15%-i məhv edilə bilər.  

Ayrı-ayrı növlərin düşünülməmiş iqlimləşdirilməsi ekosistemin keyfiyyətinin dəyişməsinə səbəb olur, belə 

ki, iqlimə uyğunlaşdırılan növ yeni yerdə özünün təbii düşmənlərini tapmayaraq intensiv artır və digər növləri 

sıradan çıxarır. Belə halda iqlimləşdirmə BM-i azaldır.  

«Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsi»nə (Global Biodivercity Assessment, UNEP, 1995) görə 

30000-dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik ərzində məməli hey-

van növlərinin məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv olma sürətindən 40 dəfə 

yüksəkdir. Son 400 ildə 484 heyvan və 654 bitki növü sıradan çıxmışdır.  

2000-ci ildə Beynəlxalq təbiəti və təbii resursları Mühafizə Şurası (BTMŞ) məhv olma təhlükəsi altında 

olan heyvan və bitki növlərinin yeni Qırmızı Kitabını nəşr etmişdir. Kitabın məlumatı göstərir ki, bütün şöbələrdə 

«ciddi təhlükə» altında olan növlərin sayı artmışdır. Belə ki, 2000-ci ildə məməlilər arasında ciddi təhlükəyə məruz 

qalan növlərin sayı 19 olmuşdur, 1996-cı ildə isə bu, 13 idi. 2000-ci ildə  Qırmızı Kitaba düşən  şirinsu 

tısbağalarının sayı 10-dan 24-ə qalxdı. Təhlükə altında olan quş növlərinin sayı 1996-cı ildə 168-dən 2000-ci ildə 

182-yə yüksəldi. Ətraf mühitin vəziyyətinin pisləşməsi ilə əlaqədar bu meyl getdikcə güclənir.  

Məməlilər haqqında onu demək olar ki, 600 məlum məməli növündən (insan istisna olmaqla) təqribən 



 

301


hamısı risk zonasında yerləşir. BTMŞ-ə görə bu növlərin demək olar ki, yarısı məhv olmaq təhlükəsi altındadır. 

Məməlilərin təxminən 79 növü Braziliyada yaşayır, burada təbii mühitin pozulması xüsusi təhlükə sayılır. Ov 

etmək də bir çox məməli üçün təhlükəlidir. Bu, xüsusilə Qərbi və Mərkəzi Afrika üçün daha xarakterikdir. Belə 

ki, burada əhalinin ərzaqla təmin olunması fasiləsiz olaraq pisləşir, nəticədə bazarda «vəhşi ət», yəni meymun 

əti satışı geniş vüsət alır. Konqo Demokratik Respublikasının əsasən meşə cəngəlliklərində yaşayan şimpanze 

meymununun sayı 1980-ci ildə 100000 fərd təşkil edirdi, 1990-cı ildə onların sayı 10000-ə qədər azaldı, hazırda 

onların yalnız 3000-i qalmışdır.  

Elmə məlum olan 9946 quş növünün hazırda 70%-nin sayının azalması gözlənilir, onlardan 1183 növ ən 

yaxın zamanda həqiqətən məhv olmaq təhlükəsi altındadır.  

Ehtimal ki, balıqlar ən böyük təhlükə altındadır, təxminən bütün balıq növlərinin (çay və dənizdəki) hazırda 

üçdə biri tam məhv olmaq təhlükəsi üzrədir. Planet miqyasında bu problemin əsas səbəbi balıqların yaşamaq 

mühitinin pisləşməsi sayılır. Bu, suyun çirklənməsi və çay və digər şirin sulu ekosistemlərin suyundan təsərrüfat 

məqsədləri üçün hədsiz istifadəsi kimi təzahür olunur.  

Yüksək qiymətli balıq növlərini də  məhv olmaq təhlükəsi gözləyir. Belə ki, Xəzər dənizində  ən qiymətli 

kürü verən məşhur  nərə balığı 1970-ci ilin axırında 22000 tondan, 1990-cı ilin sonunda 1100 tona enmişdir. 

Bunun səbəbi bu balığın həddindən artıq tutulması (çoxusu da gizli, qanunsuz yolla) hesab olunur.  

Bitki və heyvanat aləminə antropogen təsir canlı materiyanın təşkilinin bütün səviyyələrində baş verir: 

1. Molekulyar – genetik səviyyədə. Bu təsir hüceyrə sisteminin struktur-fəaliyyət sisteminə, genetik 

sistemlərə, biomembranlara, zülal-ferment sistemlərinə  təsiri kimi təzahür olunur, çirkləndirici maddələrin 

transformasiyası və biodeqradasiyası kimi özünü göstərir.       

2. Ontogenetik səviyyədə. Bu təsir embriogenezin dəyişməsində, böyümə  və çoxalma proseslərinin 

pozulmasında, çoxalmada, xəstəliklərdə və s. təzahür olunur. 



3. Populyasiya  - növ səviyyəsində. Bu təsir yaşama yerinin dağılması, sənayenin intensiv inkiaşfı, intro-

duksiya olunmuş növlərin təsiri, məqsədyönlü və  təsadüfi məhv etmək nəticəsində ayrı-ayrı növlərin 

populyasiyalarının sayının azalması  və ya tamamilə  sıradan çıxması, yaxud növlərin bütövlüklə  məhv olması 

kimi təzahür olunur. 



4. Biogeosenotik (ekosistem) və biosfer səviyyələrində  təsir biogeosenozun (ekosistemin) strukturunun 

dəyişməsi, növarası və qida əlaqələrinin və növlər arasında balansın pozulması, ilkin məhsuldarlığın dəyişməsi, 

biogeosenozun tamamilə məhv olması kimi təzahür olunur.  

Rusiya Federasiyasının ərazisində XX əsrin sonunda texnogen və digər təsirlər nəticəsində zonal, qurşaq, 

introzonal və digər təbii ekosistemlərin bitki örtüyü geniş sahələrdə praktiki olaraq tamamilə məhv edilmiş və 

ya aqrosenozlarla əvəz olunmuşdur. Yerdə qalan bitki qruplaşmaları dərindən transformasiyaya məruz qalaraq, 

tundra, meşə, bozqır, çəmən, bataqlıq və digər bitki tiplərinin antropogen seriyaları ilə əvəz olunmuşdur.  

Bioloji resursların gücdən düşməsi (kasatlaşması) və bu səbəbdən bioloji müxtəlifliyin azalması XX əsrin 

sonunda bütün dünyada «partlayış» xarakteri almışdır. Bazar iqtisadiyyatı sisteminə keçməklə əlaqədar təbiətin 

deqradasiyası daha da güclənmişdir. Bunu nəzərə alaraq resursdan istifadə normasına (RİN) əməl olunması 

vacibdir. N.F.Reymersə (1990) görə bu göstərici istehsal olunan Yer və  dəniz heyvanlarının populyasiyaları, 

onurğasızlar, göbələk, giləmeyvə və digər bioresursların elmi hesablanmış limiti hesab olunur. RİN – resursların 

öz-özünü bərpa etməsini və onlardan tədricən istifadə olunmasını  təmin edir, başqa sözlə  RİN-ə spesifik 

keyfiyyət-kəmiyyət göstəricisi  kimi baxmaq olar. Onun tətbiqi populyasiya və ekosistemin strukturunun 

pozulmasının qarşısını alır, fəaliyyətinə  şərait yaradır.  Şübhəsiz, RİN bu və ya digər bioloji resursun sosial-

iqtisadi baxımdan rejimi sayılır.  

Genetik biomüxtəlifliyi saxlamağın vacibliyi əsasən aşağıdakı səbəblərdən irəli gəlir: 

 

İlk öncə – etik səbəb, zərərli və xoşagəlməz olmasından asılı olmayaraq bütün növlərin yaşamağa haqqı 



vardır. Bu müddəa (tezis) BMT Baş Assambleyinin qəbul etdiyi «Təbiətin ümumdünya xəritəsi»ndə 

yazılmışdır.  

 

Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq da yüksək qiymətə layiqdir, lakin bu qiymətin 



miqdar göstəricisi yoxdur.  

 



Müxtəliflik – həyat forması  təkamülünün  əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı 

düşməsi Yer üzərində həyat formasını, bununla da onun gələcək təkmilləşməsini qırır (pozur).  

 

Bioloji müxtəlifliyin qorunub saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) yabanı canlı təbiət ev 



bitki və heyvanlarının seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların yeniləşməsi 

və davamlığını saxlamaq üçün vacibdir; 2) yabanı  təbiət dərmanların mənbəyidir – dərmanların 25-40%-i 



 

302


özündə təbii bioloji komponent saxlayır.  

BM-in növ səviyyəsində qorunması bahalı və çətin yoldur, bu yalnız ayrı-ayrı növlər üçün mümkün olub 

Yerdəki həyatın bütün zənginliklərinin qorunmasını təmin etmir. Odur ki, BM-in qorunması strategiyasının əsas 

istiqaməti ekosistem səviyyəsində elə aparılmalıdır ki, ekosistemlərin planlı şəkildə idarə olunması BM-in üç 

iyeararxik səviyyədə qorunmasını  təmin etsin. BM-in ekosistem səviyyəsində qorunmasının  ən effektiv və 

nisbətən qənaətli (faydalı) üsulu qorunan ərazilər (qoruqlar, yasaqlıqlar, mlli parklar və s.) hesab olunur.  

 

19.4. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi  

Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus görkəmli yerlərdən birini tutub, burada 

zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub 

məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə  və 39 cinsə daxildir. Təkcə onurğalılar 

faunamızda 700 növlə  təmsil olunmuşdur (Yusifov, 2002) «Qırmızı Kitab»a yarasaların 3, yırtıcıların 7 və 

dırnaqlıların 4 növü daxil edilmişdir. Azərbaycanın Qırmızı kitabına daxil edilən məməlilərdən ceyran, bəbir, 

sarıma (safsar), zolaqlı kaftar və vaşağı göstərmək olar.  

Respublikanın quş faunası 357 növ və yarımnövü  əhatə edən 17 dəstəni təmsil edir. Qırmızı kitaba  9 

dəstəyə aid olan 36 növ daxil edilmişdir: yırtıcıların 11, toyuqkimilərin 5, yastıdimdiklərin 4, göyərçinkimilərin 

1, durnakimilərin 4, sərçəkimilərin 3, leyləkkimilərin 3, kürəkayaqlıların 2 növü. Adları Qırmızı kitaba salınmış 

quşlardan sultan toyuğu, turac, çöl qartalı, talış  qırqovulu,  şahin. qəşəng dovdaq, ağquyruq qartal, qu quşu, 

qıvrımlələk qutan, qırmızıdöş qaz, ərsindimdik, mərmər cürə və s. göstərmək olar.  

Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü 

yaşayır. Onların üçdə biri ancaq dəniz həyat tərzi keçirir, qalan hissəsi isə  şirin su hövzələrində yaşayır. 

Azərbaycanın Qırmızı kitabına 5 növ daxil edilmişdir: qızılxallı, ilanbalığı, poru, qılıncbalıq və dəniz sıfı, amfi-

biya və reptillərin 67 növ və yarımnövü respublikamızda yaşayır. Qırmızı kitaba 13 növ və yarımnöv daxil 

edilmişdir. Onlardan kiçik asiya gürzəsi, eskulap ilanı, adi triton, qafqaz xaçlıçası, girdəbaş yovşanlıq 

kərtənkələsi, aralıq dənizi tısbağasını göstərmək olar.  

Azərbaycanın həşəratlar aləmi son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. Qırmızı kitaba 40 növ 

pulcuqlu qanadlılar, sərtqanadlılar və pərdəqanadlılar dəstəsinin nümayəndələri daxil edilmişdir.  

Adı Azərbaycanın «Qırmızı kitabı»na salınmış kəpənəklərdən şərqi aleksandra yelkincəyi, şəfəqsaçan, talış 

brameyası, avronina sarıcası, apollon, tamara alacası, nurduman apollonu, alp sarıcası, kəlləşəkilli haf, alp satiri, 

iri tənək hafı, talış  məxməri kəpənəyi, kürd sarıcası, ioniya bərqvuranı  və hilatanı;  əsl arı  və böcəklərdən isə 

porçinski zolaqlı arı, dağıstan zolaqlı arı, Mlokoseviç zolaqlı arı, fars zolaqlı arı, alp rozaliyası, Skovits 

uzunbığı, qırmızı talış qaçağanı, qafqaz ilbizyeyən fısqırdanı, qəşəng böcək, fərat çapağanı, Solomon 

qızılböcəyi və palıd diserkasını göstərmək olar.  

Tədqiqatçıların məlumatına görə respublikamızın florasında  4200 bitki növü məlumdur, onun 370-i 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin