QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

1. Torpaq səthinin zəif yuyulması  və yerlərdə  tək-tək qobuların  əmələ  gəlməsi kimi hallar respublikanın 

bəzi hündür hissələrində (Kiçik Qafqazda – Slavyanka, Kəlbəcər və başqa yaylalar; Böyük Qafqazın dağətəyi 

zonasında – Turut-Sarıca və Ceyrançöl bozqırları), habelə Xanabad, Kiçik və Böyük Turut hövzələrində 

yayılmışdır. 



 

277


2.  Çoxlu sayda qobuların olması, torpaq səthinin orta dərəcədə yuyulması Böyük Qafqazın  şimal-şərq 

yamacında və Qobustandan şimal-qərbə doğru geniş bir qurşağı tutur. Böyük Qafqazın cənub yamacında orta 

dərəcədə yuyulmuş torpaqlar şimal-qərb istiqamətində yayılaraq Şəki-Zaqatala massivinin orta dağ qurşağında 

müşahidə olunur. Kiçik Qafqazda bu tipli eroziya Gürcüstan sərhədindən başlayıb cənub-şərqə doğru uzanaraq 

həm cənub, həm də  şimal yamaclarda dağətəyi, orta və hündür dağ zonasını    əhatə edir. Lənkəran zonasında 

çoxlu qobu olması və torpaq səthinin orta dərəcədə yuyulması dağətəyi və orta dağ qurşağında müşahidə edilir. 



3.  Şiddətli yuyulmuş torpaqlar Böyük Qafqaz silsiləsinin suayırıcı  xətti boyunca yayılaraq Dağıstan 

Respublikası ilə  sərhəd boyu uzanır. Torpaq səthinin  şiddətli yuyulması Kiçik Qafqazın  şimal,  şimal-şərq və 

cənub yamaclarında, Naxçıvan MR-in dağlıq hissəsində  və  Lənkəranın yuxarı dağlıq hissəsində müşahidə 

olunur.  



4. Çoxlu qobu olması, torpaq səthinin zəif yuyulması və sovrulması Böyük Qafqaz zonasını əhatə edərək, 

onun  şərq və  cənub yamaclarında, Böyük Qafqazın cənub-şərq qurtaracağında, Qobustanın bütün ərazisində, 

Niyaldağ. Xocaşen, Bozdağ silsilələrində və Ceyrançöl massivində yayılmışdır.  

5. Torpaq səthinin  şiddətli yuyulması  və sellərin  əmələ  gəlməsi Böyük Qafqazın cənub yamacında və 

Naxçıvanın cənub-şərq hissəsində yayılmışdır. Böyük Qafqazın cənub yamacında bu tip eroziya Qəbələ 

rayonundan başlayaraq zolaq şəklində şimal-qərbə doğru uzanıb Gürcüstan sərhədinə qədər olan ərazini tutur. 

Burada eroziya prosesi torpağın üst qatını dağıdaraq ana süxurun səthə çıxmasına səbəb olur. Bununla bərabər, 

kobud materiallar, aşınma məhsulları qorxulu olan sel mənbələrində – hövzələrdə toplanır. Uzun sürən 

quraqlıqdan sonra leysan yağışları  nəticəsində  əmələ  gəlmiş  şiddətli su axını torpağı yuyaraq aşınma 

materiallarını sel axınları şəklində aparır.  

6. Torpaq səthinin zəif yuyulması və suvarma (irriqasiya) eroziyası Kür-Araz və Samur-Dəvəçi ovalığının 

şimal-şərqində, respublikanın cənubunda – Lənkəranda, Araz çayı hövzəsində (Arazboyu ovalıq), Naxçıvan 

düzənliyi və Qanıx-Əyriçay vadisinin Şəki-Zaqatala massivində yayılmışdır. Göstərilən ovalıqların səthi az 

meyilli olduğu üçün burada eroziya prosesi zəif gedir. Arxyanı, sahil zolaqları sahələrində səthin meyilliyi 3

0

 və 


bəzən 5

0

 olduğundan torpağın yuyulması şiddətli gedir və nəticədə yarğanların əmələ gəlməsi müşahidə edilir. 



Bu növ eroziya Kür-Araz ovalığında daha geniş yayılmışdır.  

 7. Güclü külək eroziyası Abşeron yarımadası  və ona bitişik  ərazilərdə müşahidə edilir. Burada küləyin 

təsiri nəticəsində yer səthinin quruluşu da dəyişir. Külək erozyası Turut-Sarıca, Ceyrançöl massivlərində  də 

yayılmışdır. Bu ərazilərdə külək torpağın münbit qatını sovurmaqla qarayellərin  əmələ  gəlməsinə  səbəb olur. 

Eynilə Kiçik Qafqazın qərb hissəsinin dağətəyi qurşağında əsən şiddətli şimal-qərb küləkləri torpağı sovuraraq 

külək eroziyasının yayılmasına şərait yaradır.  



8. Sovrulan qumlar Xəzər dənizi sahilində, Ələtdən cənubda və Abşeron yarımadasında yayılaraq hərəkət 

edən qum təpəcikləri əmələ gətirir. 

9. Qayalıq yerlərə  dəniz səthindən 2800-3000 m hündürlükdə olan açıq sahələr aiddir. Bu ərazilər üçün 

fiziki aşınma – denudasiya prosesləri daha çox səciyyəvidir.  

Ərazi tiplərinin səciyyəsindən göründüyü kimi, respublikamızın  ərazisində  səth, külək və qobu eroziyası 

geniş yayılmış və torpaqlar müxtəlif dərəcədə eroziya proseslərinə məruz qalmışdır.   

 

18.5.Torpaq və insan sağlamlığı 

Torpaqda yaşayan mikroorqanizmlərin əksəriyyəti saprofaqlar olub, heyvan orqanizmlərinə ziyan yetirmir. 

Bununla yanaşı, torpaqda daima və ya müvəqqəti  patogen, xəstəlik yaradan - yoluxucu xəstəliklər törədən 

mikroorqanizmlər də yaşayır. Onlardan bəziləri (əsasən torpağın daimi sakinləri) spor-sıx qişa əmələ gətirir, bu, 

onları xarici mühitin müxtəlif əlverişsiz təsirlərinə (yüksək temperatura, qurumağa, təzyiqə, qida maddələrinin 

olmamasına) qarşı davamlığını təmin edir.  

Sporəmələgətirən bakteriyalar qrupunun klostridlər adlandırılması qəbul edilmişdir. Alimlərin tədqiqatları 

göstərir ki, klostridlər torpaqda spor halında onillərlə qalmaqla yanaşı, orada çoxalma qabiliyyətinə  də 

malikdirlər. Patogen bakteriyalara sibir xorası, qaz qanqrenası, tetanus (stolbnyak), botilizm kimi təhlükəli 

yoluxucu xəstəliklər aiddir.  

İnsanın çirklənmiş torpaq vasitəsilə  xəstəliyə yoluxması olduqca müxtəlif  şəraitlərdə (vəziyyətdə) – 

bilavasitə torpağı becərdikdə, məhsul topladıqda, tikinti işlərində  və s. baş verə bilər. İnsanın və heyvanın ən 

təhlükəli xəstəliklərindən biri sibir xorası sayılır. Sibir xorası törədicisi – sibir xorası çöpləri xəstə heyvanların 

sidiyi və nəcisi ilə torpağa düşərək. ətrafında spor əmələ gətirir və bu halda torpaqda illər boyu, xüsusən şabalıdı 

və qara torpaqlarda qala bilər. Heyvanlar bu çöplə çirklənmiş yemlə qidalandıqda sibir xorası xəstəliyinə tutulur. 

İnsan bir qayda olaraq xəstə və ya ölmüş heyvanlarla təmasda olduqda xəstə heyvanların məhsulu və xammalı 



 

278


(ət, yun, dəri) vasitəsilə, həmçinin torpaqla bilavasitə əlaqəsi olduqda sibir xorası xəstəliyinə tutulur.  

İnsan üçün müxtəlif coğrafi rayonların torpaqlarında aşkar edilən  tetanus çöpləri  də  təhlükə yaradır. 

İnsanın bu xəstəliyə yoluxması  zədələnmiş  və ya selikli dərinin xəstəliyə sirayət olunmuş torpaqla təmasda 

olduqda baş verir.  

Ağır  ərzaq (qida) zəhərləyicisi – botulizmin törədicisi spordaşıyan çöp Qafqaz, Azov və  Xəzər dənizi

Primorski ölkəsi, Uzaq Şərq rayonları və Sankt Peterburq torpaqlarından götürülən torpaq nümunələrinin orta 

hesabla 9%-də  aşkar edilmişdir. Bu çöp tərəvəz, giləmeyvə, meyvə, balıq, göbələk və digər məhsullara 

düşdükdə, əlverişli anaerob şəraitdə spor halından toksin (zəhər) əmələ gətirən vegetativ formaya çevrilir. İnsan 

və heyvan orqanizminə təsir gücünə görə bu toksin bütün digər bakterialoji və kimyəvi zəhərləri geridə qoyur. 

Botulizm dünyanın bir çox ölkələrində – ABŞ, Kanada, Fransa, Yaponiya, Rusiyada qeydə alınmışdır. Rusiya 

ərazisində botulizmə yoluxma halları ev məhsulları ilə duzlu balıq, konservləşdirilmiş göbələk, tərəvəz və 

meyvələrin hazırlanması ilə əlaqədardır.  

Zədələnmiş insan toxumalarına çirklənmiş torpaqla birlikdə  qanqrena çöpləri  də düşə bilər.  Qaz 

qanqrenası toxumaların tez yayılan şişməsi halında gedərək onu cansızlaşdırır. Onda bir neçə klostrid əmələ 

gətirir. Torpaqda çox vaxt Perfringens A. tipli klostridə rast gəlinir. Bu mikroblar torpağın hər bir nümunəsində 

rast gəlinərək, yaraya (zədələnmiş yerə) düşərək, toksin əmələ gətirir və onu cansızlaşdırır.  

Torpaqda müvəqqəti yaşayan mikroorqanizmlərdən yoluxucu bağırsaq (qarın yatalağı, paratif, dizenteriya 

(qanlı ishal), xolera), brüselloz, tulyaremiya, taun, göy öskürək xəstəliklərinin törədiciləri böyük qrup təşkil 

edir. Onlar torpaqda yalnız insan və heyvanlar üçün patogen sayılan spordaşımayan bakteriyalar münasib şərait 

(qida, temperatur, rütubətlik) tapmadıqda adətən tez məhv olurlar. Lakin onların bəziləri, xüsusən çirklənmiş 

torpaqda uzun müddət qala bilirlər: qarın yatalağı, paratif və  vəba üç aya qədər, brüselloz beş aya qədər, 

tulyaremiya iki aya qədər davamlı qala bilirlər.  

Entereviruslar – virus mənşəli poliomiyelita və bəzi bağırsaq xəstəliklərinin törədiciləri torpaqda 170 günə 

qədər qala bilir.  



Aktinomisetlər – səthi və  dərin mikozlar əmələ  gətirir, həmçinin mikrobakteriyalar – vərəm, cüzam və 

difteriya törədiciləri torpağa düşdükdə böyük təhlükə yaradır, vərəm çöpləri torpaqda 15 ay, difteriya çöpləri isə 

iki-üç həftə həyat qabiliyyətini saxlayır.  

İnsanın bağırsaq infeksiyasına yoluxması adətən çirklənmiş tərəvəzlə keçir. Lakin yeraltı və səth sularının 

çirklənməsi də az təhlükə sayılmır. Atmosfer yağıntıları çirklənmiş torpaqdan keçərək mikrofloranı (o cümlədən 

yoluxucu xəstəliklərin törədicilərini) üst qatlardan aşağı qrunt sularına çatdırır, oradan isə xəstəlik törədiciləri su 

hövzələrinə düşə bilər.  

Torpaq müəyyən şəraitdə milçəklərin xəstəlik yoluxdurucu yeri hesab olunur. Milçəklərin bağırsaq və digər 

yoluxucu xəstəliklərin aktiv yayıcıları olması  təsdiq edilmişdir. Yoluxucu xəstəliklərin bir çox törədiciləri 

milçəklərin bədənlərinin üzərində iki sutkaya qədər, bağırsaqlarında isə daha çox yaşama qabiliyyətini itirməmiş 

qalırlar.  

Helmintozlar. Bu xəstəliyin yayılmasında torpaq böyük rol oynayır. Bu, orqanizmə parazit bağırsaq 

qurdlarının – helmintlərin düşməsi ilə baş verir. Helmintlərin (askaridlər, tükbaş) inkişaf mərhələsindən biri 

(yumurtanın yetişməsi) torpaqda keçir. Yetişmiş yumurtalar insan orqanizminə çirkli əllərlə, çirklənmiş tərəvəz, 

giləmeyvə və su ilə düşə bilər. Donuz və mal-qara qurdları helmintlərinin yumurtaları torpaqdan iri buynuzlu 

mal-qaranın yeminə düşür. Heyvanların bağırsağında onlar sürfələrə çevrilərək, qanın hərəkəti ilə bədənin hər 

yerinə yayılır və  əsasən  əzələ toxumalarında toplanır.  İnsan xəstə inəklərin  ətindən kifayət dərəcədə 

bişirilməmiş halda istifadə edərsə, xəstəliyə yoluxa bilər.  

Mikroelementlər.  İnsanın sağlamlığına torpağın kimyəvi tərkibi də  təsir göstərə bilər.  İlk dəfə bunu 

B.İ.Vernadski qeyd etmişdir. Hazırda bir çox mikroelementlərin bitkilərin böyümə və inkişafına, həmçinin insan 

və heyvan orqanizmlərinin vəziyyətinə  və funksiyasına təsir göstərməsi tədqiqatçılar tərəfindən təsdiq 

olunmuşdur.  

Kifayət qədər öyrənilən 47 elementdən daim orqanizmin tərkibində rast gəlinənlərə mis, kobalt, sink, 

marqans, yod, molibden, flüor, stronsium, bor, kadmium, vanadium aiddir. Canlı kütləyə onlar 0,4-dən 0,6%-ə 

qədər düşür.  

Mikroelementlər – biogen kimyəvi elementlər və azotun mənimsənilməsində katalizator rolunu oynayır. 

Müəyyən edilmişdir ki, heyvanların yeminə zəruri olan mikroelementlər qatıldıqda onların böyüməsi güclənir. 

Bu və ya digər mikroelementin olmaması spesifik çatışmazlıq əlamətləri ilə müşayiət olunur. Belə ki, məsələn, 

molibden və sulfatların izafiliyi ilə misin çatışmazlığı heyvanlarda endemik hərəkət ahəngsizliyinin  əmələ 

gəlməsinə səbəb olur.  



 

279


İnsanın qanının tərkibində 24, ana südündə isə 30-a qədər element (qismən mis, sink, kobalt, silisium, 

arsen) vardır. Mikroelementlər daxili sekresiya vəzilərinin (qalxanvari, mədəaltı  vəzin) işində mühüm rol 

oynayır. Mikroelementlər endokrin vəzilərinin funksiyasına böyük təsir göstərir.  

Mikroelementlər insan orqanizminə torpaq-bitki-heyvan orqanizmi sxemi üzrə bitki və heyvan qidası ilə, 

qismən su ilə daxil olur. Bitki və heyvan orqanizmlərinin mikroelementlərlə təmin olunması, torpaqda onların 

miqdarından asılıdır. Torpaqda mikroelementlərin çatışmazlığı  və izafi miqdarda olması yalnız otyeyən 

heyvanların deyil, həm də ətyeyən (yırtıcı) heyvanların, həmçinin insan orqanizmində onların çatışmazlığına və 

izafiliyinə səbəb olur. Mikroelementlərin çatışmazlığı və izafiliyi ilə əlaqədar baş verən xəstəliklər endem (yun. 

endemos - yerli) xəstəliklər adlanır.  

Torpaqda yodun səviyyəsinin aşağı olması onun miqdarının bitkidə, yeraltı sularda və bunun nəticəsində 

əhalinin rasionunda da azalmasına səbəb olur. Yodun çatışmazlığı  endokrin sisteminin (endokrin vəziləri 

sistemi) xəstələnməsinə səbəb ola bilər. İçməli suda və qidada stronsiumun izafi, kalsiumun isə çatışmazlığı 

bəzi yoluxucu xəstəliklərə səbəb ola bilər. Torpaqda kobaltın miqdarının azlığı buynuzlu heyvan və qoyunlarda 

mübadilə proseslərinin disfunksiyasına səbəb ola bilər. Torpaqda və suda flüorun çatışmazlığı kariyesə səbəb 

olur.  İçməli suyun tərkibində flüorun miqdarı 1,5 mq/l-dən artıq olarsa, insanın və heyvanların dişləri «ləkəli 

emalla» zədələnir. Belə xəstəlik zamanı çox vaxt dayaq-hərəkət aparatı da zədələnir. Son zamanlar bəzi xarici 

ölkələrdə suda azot turşusunun duzlarının izafi miqdarda olması, az yaşlı  uşaqlarda  methemoqlobinemiya 

yoluxucu xəstəliyinin yayılmasına səbəb olmuşdur.  



 

18.6. Nitrat və nitritlərin insan sağlamlığına təsiri 

Hazırda dünya əhalisinin əksəriyyəti gübrələr tətbiq etməklə, becərilən kənd təsərrüfatı bitkilərindən qida 

(ərzaq) kimi istifadə edir. Hazırda adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün gübrələrin yarısı 

azot gübrələrinin payına düşür.  

Azot elementi bitkinin böyüməsinə stimul yaradır, onun meyvəsinin (toxumunun) keyfiyyətinə, tərkibində 

olan zülalın miqdarına təsir göstərir. Azotun böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu 

təbii «anbardan» göy-yaşıl yosunlar və paxlalı bitkilərin köklərində yaşayan xüsusi bakteriyalar tərəfindən 

mənimsənilir.  

Tərkibində azot birləşmələri olan üzvi və mineral gübrələr torpaqda nitratlara (azot turşusunun duzları) 

çevrilərək, su ilə birlikdə bitkiyə daxil olur. Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar 

fermentlərin təsiri ilə amoniumun ionu NH

+

4



-ə qədər bərpa olunur və amin turşusunun əsasına təşəkkül tapır, 

sonra isə zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota – təbii birləşmənin komponentinə çevrilir. 

Gübrə  həddindən artıq daxil olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır və 

insanlar ondan istifadə edir.  

Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının (o cümlədən hisə verilmiş donuz 

əti, vetçina, bəzi pendir və balıq çeşidləri) hazırlanmasında və konserviləşdirilməsində istifadə olunur.  

Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci illərində Özbəkistanda söhbətlər yarandı, burada 

qarpız bitkisinə  həddindən artıq amonium selitrası verildiyindən, qarpızdan kütləvi olaraq, mədə-bağırsağın 

zəhərlənmə hadisələri baş verdi. 

Dünya elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda nitratların insan və  kənd təsərrüfatı 

heyvanları üçün yüksək toksikliyə malik olması hamıya məlumdur.  

1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə nitritlərə kimi bərpa olunur, bu da qanın hemoqlabini ilə 

qarşılıqlı  əlaqəyə girərək, ondakı ikivalentli dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində methe-



moqlobin maddəsi  əmələ  gəlir. Onun oksigenə dözümü olmadığından orqanizmin hüceyrə  və toxumalarının 

normal tənəffüsü pozulur (toxuma hipoksiyası), nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı 

kəskin azalır. Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir, 20-

50% olduqda bu xəstəlik kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun itirilməsi 

müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi ölümlə nəticələnir.     

2. Nitratlar xüsusən südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda ferment əsası natamamdır və me-

themoqlobinin hemoqlobinə bərpa olunması zəif gedir.   



3. Nitratlar patogen (zərərli) bağırsaq mikroflorasının inkişafına səbəb olur, bu isə insan orqanizminə 

zəhərli maddələr – toksinlər ayırır, nəticədə toksikasiya, yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla 

zəhərlənmənin əsas əlamətləri bunlardır: 

 



dırnaq, üz, dodaq və görünən selikli qişaların göyərməsi; 

 

280


 

ürək bulanması, qusma, qarında ağrı; 



 

ishal (çox vaxt qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması; 



 

baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin azalması; 



 

təngənəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər); 



 

çox zəhərləndikdə ölümlə nəticələnir.  



4. Nitratlar, bir çox fermentlərin tərkibində olan, hormonları stimullaşdıran və maddələr mübadiləsinin 

bütün növlərinə təsir göstərən vitaminlərin miqdarını qidada azaldır. 



5. Nitratlar uzun müddət insan orqanizminə daxil olduqda (hətta kiçik dozalarda), yodun miqdarını azaldır 

və qalxanvari vəzin böyüməsinə səbəb olur.  



6. Nitratların mədə-bağırsaq yollarında xərçəng  şişlərinin  əmələ  gəlməsinə yüksək dərəcədə  təsir 

göstərməsi müəyyən edilmişdir.  



7. Nitratlar damarların kəskin genişlənməsinə səbəb olur, nəticədə qan təzyiqi aşağı düşür. 

Qeyd etmək lazımdır ki, nitratların özü deyil, müəyyən  şəraitdə çevrildikləri  nitritlər insan orqanizminə 

zərər yetirir. Çilidə  mədədə  xərçəng xəstəliklərinin digər regionlarla müqayisədə çox olmasını, bu ölkənin 

torpağında təbii nitratların yüksək olması ilə də izah edirlər.  

Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmələrə, daha çox nitroaminlərə də çevrilir. 

Nitroaminlər bədxassəli  şişlərin  əmələ  gəlməsinə  səbəb olur və onkoloji xəstəliklərin 70-80%-i onunla 

əlaqədardır.  

İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür;  500 mq – yol verilən doza hesab olunur; gündə 

600 mq böyük adamlar üçün toksik təsir göstərir, südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə 

səbəb ola bilər. 

Orqanizmə daxil olan nitratların miqdarını qiymətləndirərək, Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) ürək-

damar və onkoloji xəstəliklərin profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən 

istifadə olunmasını tövsiyə edir.  

Nitratların insan orqanizminə daxil olma yolları 

İnsan orqanizminə nitratlar müxtəlif yollarla düşür: 

1) Qida məhsulları ilə: 

a) bitki mənşəli; 

b) heyvan mənşəli; 

2) İçməli su ilə;  

3) Dərman preparatları ilə.  

İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə nitratların gündəlik miqdarının 40-

80%-i daxil olur.  

Nitratlar az miqdarda çörək-bulka məmulatları  və meyvələr vasitəsilə insan orqanizminə düşür; süd 

məhsullarının payına isə 1% (10-100 mq/l) düşür.  

Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi zamanı əmələ gələ bilər. Nitratlar in-

san orqanizminə  həmçinin su ilə  də daxil olur, bu isə insanın normal həyatı üçün əsas  şərait sayılır. Mövcud 

xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə  əlaqədar baş verir və insanın ömrünü 30% qısaldır. ÜST-nin 

məlumatına əsasən bu səbəbdən Yer üzərində 2 mlrd.-dan artıq adam xəstələnir, onlardan 3,5 milyonu dünyasını 

dəyişir (onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı içməli sularda 200 mq/l nitratlar olur, bu isə 

artezian quyularının suyundakından xeyli azdır. Yeraltı sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə 

(nitrat, ammonium) və bu gübrələri istehsal edən kimyəvi müəssisələrin tullantıları ilə daxil olur. Nitratlar qrunt 

sularının, həm də artezian quyularının sularının tərkibində olur. Şəhər  əhalisinin içdiyi suyun tərkibində 

nitratların miqdarı 20 mq/l, kənd yerlərinin adamlarınınkında isə 20-80 mq/l olur. Heyvan qidasında 

(məhsulunda) da nitratlar mövcuddur. Balıq və ət məhsullarının təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 

mq/kq, balıqda – 2-15 mq/kq) olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə on-

lara (əsasən kolbas məmulatları) nitrat və nitritlər  əlavə edilir. Alabişmiş hisə verilmiş kolbasda nitritlərin 

miqdarı 150 mq/kq, bişirilmiş kolbasda isə 50-60 mq/kq təşkil edir.  

İnsanın orqanizminə nitratlar həmçinin tütün vasitəsilə daxil olur. Bəzi tütün sortlarının 100 qram quru 

maddəsinə 500 mq nitrat düşür.  



Bitkilərdə nitratların miqdarı və toplanması  

Bitkilərdə nitratların mövcudluğu normal hadisədir, lakin onların izafi miqdarda olması arzu olunmazdır, 

belə ki, yuxarıda qeyd edildiyi kimi nitratlar insan və kənd təsərrüfatı heyvanları üçün yüksək toksikliyə malik-


 

281


dir.  

Nitratlar  əsasən köklərdə, kökümeyvələrdə, budaqlarda, tumurcuqlarda, iri damarlı yarpaqlarda toplanır, 

meyvələrdə isə onların miqdarı az olur. Nitratlar yetişməmiş meyvələrdə yetişmişlərə nisbətən çox olur. 

Müxtəlif kənd təsərrüfatı bitkilərində nitratlar ən çox kahı (xüsusən istixanada becərilən), turp, cəfəri, yeməli 

çuğundur, kələm, yer kökü və şüyüdün tərkibində olur.  

Bütün tərəvəz və meyvələrdə nitratlar ən çox onların qabığında olur.  

Tərəvəz, meyvə və toxumlar nitratları toplamağına görə üç qrupa bölünür:  

1) Yüksək miqdarda (5000 mq/kq yaş kütlə): kahı, keşniş, çuğundur,  şüyüd, yarpaq kələm, turp, yaşıl 

soğan, yemiş, qarpız; 

2) Orta miqdarda (300-600 mq/kq yaş kütlə): gül kələm, balqabaq, yerkökü, xiyar, qatıqotu; 

3) Aşağı miqdar (10-80 mq/kq yaş kütlə : noxud, turşəng, kartof, pomidor, meyvə və giləmeyvələr, lobya, 

şalğamaoxşar soğan.  

Mineral gübrələr üzvi gübrələrlə əvəz olunduqda (peyin, torf və b.) bitkilərdə nitratların miqdarı azalır, bu 

gübrələr tədricən parçalanaraq, bitki tərəfindən mənimsənilir. Üzvi gübrələr kələm, kök, çuğundur, cəfəri, kartof 

və keşnişə müsbət təsir göstərir. Kimyəvi gübrələrdən səmərəsiz istifadə olunduqda onların yüksək dozası 

nitratların yüksək miqdarda (xüsusən yeyilən kökümeyvəlilərdə) toplanmasına səbəb olur. Ammonium gübrələri 

ilə müqayisədə nitrat gübrələrindən istifadə edildikdə nitratların miqdarı daha çox artır.  

Bitkilərdə nitratların miqdarı torpağın xassələrindən də asılıdır. Torpaq humusla və ümumi azotla nə qədər 

çox zəngin olarsa, o qədər də çox kökumeyvəlilərdə nitratlar toplanar.      

          



18.7. Səhralaşma  

Səhralaşma Planetimizin milyonlarla insanları üçün faciəli hadisə hesab edilir. Belə ki, səhralaşma torpağın 

və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi 

deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri qu-

ruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru «hərəkətə» gəlir, bunun nəticəsində yoxsulluq, 

aclıq və xəstəliklər baş verir. 

BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi 

qiymətləndirir, qeyd edilir ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarılığı səhra səviyyəsinə kimi 

enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya səhraya çevrilir. 

Səhralaşmanın iki formasını ayırırlar: səhralaşmış sahələrin arealının genişlənməsi (dezertifikasiya) və olduğu 

yerdə  səhralaşma prosesinin dərinləşməsi. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə 

ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 mln hektara çatır.  

Planetimizdə 3,6 mlrd. ha sahə səhralaşmaya məruz qalmışdır, bu Avropanın ərazisindən üç dəfə artıqdır və 

ya Yer kürəsi sahəsinin dörddə biri qədərdir. Səhralaşma bütün kontinentlərdə (Antarktida istisna olmaqla) – 

dünyanın 110 ölkəsində mövcuddur.  

İnsan yaşadığı tarix boyu 1 mlrd. hektardan artıq məhsuldar torpağı səhraya çevirmişdir.  

Antropogen səhralar planetimizin 6,7%-ni, yəni Avstraliyanın 1/4-dən artıq sahə tutur.  

Amerika alimi Q.Dreqni üç faktorun (bitki örtüyünün tərkibinin dəiyşməsi, torpağın eroziyası  və 

şoranlaşması) indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır.  

 - 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin