QƏRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 2. Ekoloji-təbiət elmlərinin (fənlərinin) sxemi



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə2/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   2   3   4   5   6   7   8   9   ...   64

Şəkil 2. Ekoloji-təbiət elmlərinin (fənlərinin) sxemi 

 

«Ekologiya,  ətraf mühit və insan» kitabına aşağıdakı mövzular daxil edilmişdir: Dünyada, o cümlədən 



Azərbaycanda ekologiya elminin inkişaf tarixi; həyat mühiti və ekoloji faktorlar; müxtəlif səviyyələrdə 

(populyasiya, biosenoz, ekosistem, biosfer) təbii sistemlərin funksiyalarının  əsas qanunauyğunluqları, onların 

davamlığı, məhsuldarlığı, enerjisi və digər xassələrini göstərən faktorlar, insan ekologiyası; insan tərəfindən 

təbii ekosistemlərin fəaliyyət prinsiplərinin pozulması  və onun ekoloji nəticələri;  ətraf mühitin (atmosfer, 

hidrosfer, litosfer, o cümlədən torpaq) əsas çirkləndiricilərinin  ətraflı xarakteristikası  və onların insanın 

sağlamlığına təsiri; energetika və ekologiya; iqlimin qlobal dəyişməsi və onun təbii və sosial-iqtisadi nəticələri

istilik (parnik) effekti, ozon təbəqəsini dağıdan səbəblər, turş yağışlar, avtomobil nəqliyyatının tullantılarının 

ətraf mühitə  və insanın sağlamlığına təsiri; litosferə, o cümlədən torpağa antropogen təsir: torpaq eroziyası, 

nitrat və nitritlərin insan sağlamlığına təsiri, səhralaşma; bitki örtüyünə antropogen təsirin nəticələri, təbii 

otlaqların vəziyyəti, bioloji müxtəliflik və onun deqradasiyası səbəbləri, dərman bitkilərindən istifadə; təbiətin 

müxtəlif istiqamətlərdə  dəyişdirilməsi (əkinçilik, meşədən istifadə, süni su anbarlarının yaradılması, suvarma, 

bataqlıqların qurudulması, heyvandarlığın intensivləşdirilməsi, tikinti işləri) və insan sağlamlığı; biosferə xüsusi 

təsir növləri (səs və elektromaqnit çirklənməsi) və onların insan sağlamlığına təsiri; biosferə ekstremal təsirlərin 

(kütləvi qırğın silahları, müharibələr, nüvə silahları, texnogen ekoloji qəzalar)  ətraf mühitdə  nəticələri; təbii 

fəlakətlərin (fırtına. zəlzələ, daşqın, tropik tsiklonlar, sel və sürüşmə hadisələri, quraqlıq, vulkanlar, kosmik 

fəlakətlər və b.) nəticələri; ətraf mühitin sosial faktorları (siqaret çəkmə, nakromaniya və alkoqolizm) və onların 

insanın sağlamlığına təsiri.  

 «Ekologiya  ətraf mühit və insan» kitabının tərkibində göstərilən mövzular üzrə MDB dövlətlərində  və 

xaricdə  nəşr edilmiş  ədəbiyyatlardan, həmçinin müəlliflərin  şəxsi tədqiqatlarının materiallarından istifadə 

olunmuşdur. 

Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, otlaqların, kənd təsərrüfatına yararlı 

torpaqların azalması, bəzi yerlərdə tamamilə  sıradan çıxarılması,  şəhərlərdə atmosfer havasının, Kür, Araz və 

digər çayların, Xəzərin, torpağın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin 

pozulması və ya azalması «Ekologiya» kitabına ehtiyac olduğunu sübut edir.  



 

13

 «Ekologiya, ətraf mühit və insan» kitabı ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, torpaqşünaslar, meşəçilər, 



geobotaniklər, kənd təsərrüfatı, həmçinin təbii ehtiyatlardan istifadə problemləri və onların mühafizəsi 

məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.  

Geniş oxucu kütləsinin «Ekologiya, ətraf mühit və insan» kitabına verəcəkləri məsləhətlər və ya iradlara 

görə müəlliflər qabaqcadan öz təşəkkürünü bildirir.             



 

 

 

14

I FƏSİL 



 

EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ 

 

Ekologiyanın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Canlı orqanizmlərin həyatı, onların xarici 



mühitdən – onu əhatə edən üzvi və qeyri-üzvi mühitdən asılı olması, heyvan və bitkilərin yayılması xarakteri 

haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərdə rast gəlinir. Hələ Aristotel (e.ə. 384-322), Böyük Pliney 

(23-79 e.ə), R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında  əhəmiyyəti və 

onların müəyyən yaşayış yerində məskunlaşması məsələlərinə toxunulur.  

Antik filosof Aristotel (384-322 e.ə) 500-dən artıq ona məlum olan heyvan növünü təsvir etmiş, onların 

davranışları haqqında (məs. balıqların miqrasiyası  və  qış yuxusu, quşların köçməsi, heyvanların qurucu 

fəaliyyətindən, qu quşunun parazitizmindən, mürəkkəbböcəyinin özünü mühafizə üsulundan) yazmışdır. 

Aristotelin  şagirdi, «botanikanın atası» sayılan Teofrast Ereziyski (371-280 e.ə) müxtəlif  şəraitlərdə bitkilərin 

xüsusiyyətləri, onların forma və xüsusiyyətlərinin torpaq və iqlimdən asılılığı haqqında məlumatlar vermişdir.  

İntibah epoxasında, yeni ölkələrin müstəmləkəçiliyi dövründə böyük coğrafi kəşflər və sistematikanın 

inkişafı başladı. Bitki və heyvanların təsviri, onların xarici və daxili quruluşu, forma müxtəlifliyi ilk inkişaf 

mərhələsində bioloji elmin başlıca məzmunu idi. İlk sistematiklərdən A.Sezalpin (1519-1603), D.Rey (1623-

1705), J.Turnefor (1656-1708) və başqaları bitkilərin bitmə  və ya becərmə  şəraitindən asılı olmasını 

göstərmişlər.  

Ümumiyyətlə, ekologiyanın inkişaf tarixini üç əsas mərhələyə bölmək olar.  

Birinci mərhələ – ekologiyanın bir elm kimi yaranma və  təşəkkülü (XIX əsrin 60-cı illərinə  qədər). Bu 

mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış, 

ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə  həsr 

olunur, onların bioloji təsvirləri yerinə yetirilir. Məs. A.Reomyurun əsərləri həşəratlara (1734), L.Tramblenin 

əsərləri isə hidra və  mşankalara (1744) həsr olunur. Ekoloji yanaşmanın elementlərinə rus alimlərinin – 

İ.İ.Lepexinin, A.F.Middendorfun, S.P.Kraşennikovun, fransız alimi L.Byuffonun, İsveç təbiətşünası 

K.Linneyin, alman alimi Q.Yeqer və b. əsərlərində rast gəlinir. XVII əsrdə Rusiyanın bir sıra ölkələrinə 

səyahətlər edildi. S.P.Kraşennikov, İ.İ.Lepexin, P.S.Pallas və başqa rus cooğrafları və təbiətşünasları iqlim, bitki 

örtüyü və heyvanat aləminin Rusiyanın geniş  ərazisinin müxtəlif yerlərində qarşılıqlı  əlaqəli dəyişməsini 

göstərmişlər. P.S.Pallas özünün çox mühüm «Zoocoğrafiya»  əsərində 151 məməli və 425 quş növünün həyat 

tərzini, həmçinin miqrasiya, qış (yay) yuxusu, qohum növlərin qarşılıqlı  əlaqələri və s. bioloji hadisələrin 

təsvirini verir.  

Fransız təbiətşünası Y.Byuffona (1707-1788) görə bir növün başqasına çevrilməsinin  əsas səbəbləri 

«İqlimin temperaturu, qidanın keyfiyyəti və  əhlilləşdirmənin təsiridir».  İlk evolyusiya təliminin müəllifi Lan-

Batist-Lamark (1744-1829) orqanizmlərin uyğunlaşma dəyişgənliyinin, heyvan və bitkilərin evolyusiyasının ən 

mühüm səbəbi «xarici hadisələrin» təsiri olduğunu göstərmişdir.  

Həmin dövrdə L.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə təsirinin 

neqativ nəticələrinin mümkünlüyü haqqında bəşəriyyətə xəbərdarlıq edirdi.  

Ekoloji təfəkkürün sonrakı inkişafı XIX əsrin  əvvəlində biocoğrafiyanın peyda olmasına səbəb oldu. 

Aleksandr Qumboldtun (1807) əsərləri bitki coğrafiyasında yeni ekoloji istiqamət təyin etdi. A.Qumboldt elmə 

belə  təsəvvür irəli sürdü ki, landşaftın «fizionomiyasını» bitki örtüyünün xarici görkəmi müəyyənləşdirir. O, 

qeyd edir ki, zonal və  şaquli qurşaqlıq coğarfi  şəraitində bitkilərin müxtəlif taksonomik qruplarında bənzər 

«Fizionomik» formalar, yəni eyni xarici görünüş yaranır; bu formaların paylanması və nisbəti ilə fiziki-coğrafi 

mühitin spesifikası haqda mühakimə yürüdülür. Bu dövrdə iqlim faktorlarının heyvanların yayılmasına və 

biologiyasına təsirinə həsr olunmuş ilk xüsusi əsərlər meydana gəldi. Alman zooloqu Q.Qloqerin (1833) iqlimin 

təsiri ilə quşların dəyişməsi, Danimarkalı T.Faberin (1826) şimal quşlarının bioloji xüsusiyyətləri, K.Berqmanın 

(1848) istiqanlı heyvanların ölçülərinin dəyişməsinin coğrafi qanunauyğunluğu  əsərləri buna misal ola bilər. 

A.Dekandol «Bitkilərin coğrafiyası» (1855) əsərində mühitin ayrı-ayrı faktorlarının (temperatur, rütubətlik, işiq, 

torpaq tipi, yamacın cəhəti) bitkilərə təsirini ətraflı təsvir etmiş və bitkilərin heyvanlara nisbətən yüksək ekoloji 

plastikliyinə diqqət yetirmişdir.  

1798-ci ildə T.Maltus populyasiyanın eksponent tənliyini təsvir etdi və onun əsasında özünün demoqrafik 

konsepsiyasını qurdu. L.B.Lamark «Hidrogeologiya» əsərində biosfer haqqında faktiki təsəvvür yaratdı. Fransız 

həkimi V.Edvardsın (1824) «Fiziki faktorların həyata təsiri» kitabı ekoloji və müqayisəli fiziologiyanın 


 

15

başlanğıcını qoydu, L.Libix (1840) isə məşhur «Minimum qanununu» yaratdı, o, müasir ekologiyada da hələ öz 



əhəmiyyətini itirməmişdir.  

İkinci mərhələ (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu mərhələdə ekologiya elmin müstəqil sahəsi 

kimi formalaşır. Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827-1855) və V.V. 

Dokuçayevin (1846-1903) əsərləri ilə  əlamətdar oldu, onlar ilk dəfə ekologiyanın bir sıra prinsiplərini və 

anlayışlarını  əsaslandırdı, onların tədqiqat nəticələri və elmi fikirləri indiki dövrə kimi öz əhəmiyyətini 

itirməmişdir. Təsadüfi deyildir ki, Amerika ekoloqu Y.Odum (1975) V.V.Dokuçayevi ekologiyanın 

banilərindən biri saymışdır. XIX əsrin 70-ci illərinin sonunda alman hidrobioloqu K.Mebius (1877) biosenoz 

haqqında mühüm anlayış irəli sürür və onu müəyyən mühit şəraitində orqanizmlərin qanunauyğun əlaqələnməsi 

(birləşməsi) hesab edir.  

Moskva Universitetinin professoru Karl Franseviç Rulye 1841-1858-ci illər  ərzində praktiki olaraq 

ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermiş, lakin bu elmi adlandırmaq üçün ifadəli termini 

tapa bilməmişdir. O, ilk olaraq orqanizm və mühitin qarşılıqlı  əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Heç bir 

üzvi canlı orqanizm öz-özünə yaşamır; hər biri onun üçün xarici aləmlə qarşılıqlı təsirdə olduğu üçün yaşamağa 

cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunudur və ya həyat başlanğıcının ikiliyidir (iki tərəfliliyidir), bu onu 

göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən, qismən də xaricdən alır.  

Bu prinsipi inkişaf etdirərək K.F.Rulye mühitlə qarşılıqlı  əlaqəni iki kateqoriyaya bölür: «fərdi yaşayış 

hadisəsi» və «ümumi yaşayış hadisəsi», bu, orqanizm səviyyəsində  və populyasiya və biosenoz səviyyəsində 

ekoloji proseslərin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində  və  məqalələrində 

dəyişkənlik, adaptasiya, miqrasiya, insanın təbiətə  təsiri kimi problemlər irəli sürürdü. Orqanizmlərin mühitlə 

qarşılıqlı əlaqə mexanizmlərini Rulye Ç.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi, ona görə 

də onu həqiqətən Darvinin sələfi hesab etmək olar. O, zoologiyada xüsusi istiqamətin – heyvanların həyatının 

hərtərəfli öyrənilməsi, onların  ətraf aləmlə mürəkkəb qarşılıqlı  əlaqəsinin aşkar edilməsi məsələlərinin 

tədqiqinin inkişaf etdirilməsini geniş  təbliğ edirdi. Beləliklə, K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat 

sistemini, onun əsasında «zoologiya»nı işləyib hazırlamış, tipik ekoloji məzmunda bir sıra əsərlər, məsələn, su, 

yerüstü və eşici onurğalıların ümumi xüsusiyyətlərinin tiplərə ayrılmasını və b. yazmışdır.  

K.F.Rulyenin baxışları onun şagirdlərinin tədqiqatlarının istiqamətinə  və xarakterinə  dərindən təsir 

göstərmişdir. Onun şagirdlərindən biri olan N.A.Seversov (1827-1885) ilk dəfə Rusiyada ayrıca bir regionun 

dərin ekoloji tədqiqatı  əsasında «Voronej quberniyasının vəhşi heyvan, quş  və  həşəratlarının həyatında dövri 

hadisələr» adlı əsər çap etdirdi.  

Üzvi aləmin əsas evolyusiya faktorlarının aşkar edilməsi ilə Ç.Darvin (1809-1882) ekologiyanın əsaslarının 

inkişafına mühüm qiymətli hədiyyə bağışladı. Evolyusiya mövqeyindən Ç.Darvinin «yaşamaq uğrunda 

mübarizə» ifadəsini canlı aləmin xarici aləmlə, abiotik mühitlə və bir-birləri ilə, yəni mühitlə qarşılıqlı əlaqəsi 

kimi izah etmək olar.  

1859-cu ildə Ç.Darvinin «Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı 

cinslərin saxlanması» kitabı  çıxır. Ç.Darvin göstərirdi ki, təbiətdə «yaşayış (həyat) uğrunda mübarizə» təbii 

seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan faktorudur.  

Ekologiya termini birdə-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. XIX əsrin 

ikinci yarısında ekologiyanın əsas məzmunu əsasən heyvan və bitkilərin həyat tərzinin, onların iqlim şəraitinə 

(temperatur, işıq rejimi, rütubətlilik və s.) adaptasiyanın öyrənilməsi idi. Bu sahədə bir sıra mühüm ümumi 

nəticələr çıxarıldı. A.Qumboltun «fizionomik» istiqamətini davam etdirərək Danimarka botaniki A.N.Beketov 

(1825-1902) bitkilərin coğrafi yayılması ilə, onların anatomik və morfoloji quruluşlarının xüsusiyyətləri 

arasındakı  əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların  əhəmiyyətini göstərdi. A.F.Middendorf 

Arktika heyvanlarının quruluşunun ümumi xüsusiyyətlərini və  həyatını öyrənərək Qumboltun təlimini zooloji 

obyektdə öyrənilməsinin  əsasını qoydu. D.Allen (1877) Şimali Amerika məməli heyvanlarının və quşların 

iqlimin coğrafi dəyişilməsilə  əlaqədar bədənlərinin və hissələrinin proporsiyasını (nisbətini) və  rənginin 

dəyişməsi üzrə bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.  

Alman bioloqu-təkamülçü Ernst Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elmini biologiyanın 

müstəqil və mühüm sahəsi kimi ayıraraq ona ekologiya adını verdi (1866). Özünün «Orqanizmlərin ümumi 

morfologiyası» kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan biliklərin cəmi 

kimi başa düşürük: ekologiya heyvanların onu əhatə edən mühitlə (həm üzvi, həm də qeyri-üzvi) qarşılıqlı 

əlaqələrinin bütün məcmusunu, hər şeydən əvvəl təmasda olduğu heyvan və bitkilərlə bilavasitə və ya dostluq 

və ya düşmənçilik  əlaqələrini öyrənir. Bir sözlə, ekologiya bütün mürəkkəb qarşılıqlı  əlaqələri öyrənir, bu 

əlaqələri Darvin «yaşamaq uğrunda mübarizə»ni törədən şərait adlandırmışdır.  



 

16

Dokuçayevin tədqiqatları Q.F.Morozov tərəfindən davam etdirilərək «Meşə haqqında təlim»  əsərində 



meşənin ekologiyasının  əsasını qoydu. Sonralar Q.N.Vısotskinin işləri meşənin ekologiyası elmini 

zənginləşdirdi.  

XX  əsrin  əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər və zooloqların ekoloji məktəbləri 

formalaşır, onların hər birində ekoloji elmin müəyyən tərəfləri inkişaf etməyə başladı. Brüsseldə III Botanika 

konfransında (1910) bitki ekologiyası  rəsmi olaraq fərdlərin ekologiyasına (autekologiya) və qruplaşmaların 

ekologiyasına (sinekologiya) parçalandı. Belə bölgü heyvan ekologiyası və ümumi ekologiyaya da aid edildi.  

Müstəqil bir elm kimi ekologiya 1920-ci illərin  əvvəlində  qəti formalaşdı. Bu dövrdə Amerika alimi 

Ç.Adams (1913) ilk ekoloji məlumatı – heyvanların ekologiyasının öyrənilməsinə dair dərslik, V.Şelvordun 

yerüstü heyvanların qruplaşmaları (1913), S.A.Zernovun hidrobiologiya (1913) üzrə və digər alimlərin (Ç.Elton, 

1927; R.Qessa, 1924; K.Raunkor, 1929) ekoloji məlumatları meydana gəldi. 1913-1920-ci illərdə ekoloji elmi 

cəmiyyətlər təşkil olundu, ekologiyaya dair məcmuələrin əsası qoyuldu, universitetlərdə ekologiya fənni tədris 

olunmağa başladı. Görkəmli rus alimi V.İ,Vernadski biosfer haqqında fundamental təlim yaratdı. 1926-cı ildə 

onun «Biosfer» adlı kitabı çap olunur, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunun – 

«canlı maddələrin» planetar rolu göstərilir.  

Rusiyada populyasiya ekologiyasının inkişafına S.A.Seversov, S.S.Şvars, N.P.Naumov, Q.A.Viktorov 

böyük yenilik gətirdi. Onların əsərləri bu elm sahəsinin müasir vəziyyətini müəyyənləşdirir.  

Bitkilərdə populyasiyanın tədqiqinin başlanğıcını L.N.Sinski (1948) qoydu, o, növlərin ekoloji və coğrafi 

polimorfizminə aydınlıq gətirdi. Bitkilərin populyasiya ekologiyası haqqında bir sıra məsələlər T.A.Rabotnov 

A.A.Uranov və onların davamçıları tərəfindən işlənib hazırlanmışdır.  

Populyasiya qanunauyğunluğunun öyrənilməsi növün biosenozda rolunun, qruplaşmanın struktur təşkilinin 

dərk edilməsinə kömək etdi. Ekoloji və  təkamül məsələlərini sıx  əlaqələndirən səmərəli «ekoloji sığınacaq» 

(«ekoloji nişa») konsepsiyası yarandı. Onun hazırlanmasında qərb alimlərinin (C.Qrinnel, Ç.T.Elton, 

R.Makartur, D.Xatçinson və Q.F.Qauzenin) mühüm xidmətləri az olmamışdır.  

Heyvanların morfoloji və  təkamül ekologiyasının inkişafında M.S.Qilyarovun (1949) böyük xidməti 

olmuşdur, onun fikrincə, buğumayaqlıların qurunu zəbt etməsində torpaq keçid mühit olmuşdur.  

İ.S.Serebryakov tərəfindən çiçəkli bitkilərin həyati formalarının yeni dərin təsnifatı yaradılmışdır. Paleoe-

kologiya elmi meydana gəldi, onun vəzifəsi məhv olmuş formaların həyat tərzi  əksinin (şəklinin) bərpa 

edilməsidir.  

1930-40-cı illərdə ekologiyada təbii ekosistemlərin tədqiqində prinsipcə yeni yanaşma əmələ gəldi. 1935-ci 

ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürdü, 1942-ci ildə V.N.Sukaçov biogeosenoz anlayışını 

əsaslandırdı.  

1930-cu illərdə çoxşaxəli tədqiqatlar və müzakirələrdən sonra biosenologiya sahəsində  əsas nəzəri 

məlumatlar (biosenozların sərhədi və strukturu, sabitlik dərəcəsi, bu sistemin özünütənzimləməsi mümkünlüyü) 

yarandı.  

Ümumi biosenologiya ideyasının inkişafında fitosenoloji tədqiqatların – Rusiyada V.N.Şennikov, 

B.A.Keller, V.V.Alexin, L.Q.Ramenski, A.P.Şennikov, Amerikada F.Klements, Danimarkada K.Raunkiyer, 

İsveçdə Q.Dyu Riye. İsveçrədə İ.Braun-Blanke və b. böyük rolu olmuşdur. Qruplaşmaların morfoloji (fiziono-

mik), ekoloqo-morfoloji, dinamik və b. xüsusiyyətləri  əsasında bitkilərin müxtəlif təsnifat sistemi yaradıldı, 

fitosenozların strukturu, məhsuldarlığı, dinamik əlaqələri öyrənildi, ekoloji indikatorlar haqqında təsəvvürlər 

(anlayışlar) hazırlandı.  

Bitki ekologiyasının fizioloji əsasları üzrə K.A. Timiryazevin ənənəsini davam etdirərək N.A.Maksimov 

çox qiymətli yeniliklər irəli sürdü.  

1930-40-cı illərdə heyvanların ekologiyası haqqında K.Frideriksin (1930), F.Bodenqeymerin (1938), D.N. 

Koşkarovun (1938) və b. yeni məlumatları peyda oldu.  

V.N.Sukaçovdan sonra qlobal ekologiyanın inkişafında biosenozların öyrənilməsi üzrə geobotaniki 

tədqiqatları L.M.Lavrenko (1949, 1971 və b.) aparmış, müxtəlif bitki örtüyünün bioloji kütləsini və 

məhsuldarlığının öyrənilməsi N.İ.Bazilyeviç və L.Y.Rodina (1967 və b.) tərəfindən yerinə yetirilmişdir.  

Torpaqşünaslıq sahəsində V.V.Dokuçayevin ideyalarını İ.P.Gerasimov (1945, 1960 və b.) inkişaf etdirərək 

torpaq örtüyünü biosferin bir elementi kimi öyrənmişdir. Bu istiqamətdə işlər V.R.Volobuyevə (1953 və b.) və 

V.A.Kovdaya (1973 və b.) da məxsusdur, onlar torpaqəmələgəlmə proseslərini xarici faktorlarla əlaqəli 

öyrənmişlər.  


 

17

Coğrafi zonaların formalaşmasının təbii proseslərin qarşılıqlı  təsirinin nəticəsi olduğunu A.A.Qriqoryev 



(1966 və b.) öz əsərlərində göstərmişdir. Onun tədqiqatlarında təbii zonaların iqlimin elementlərindən - günəş 

radiasiyası və yağıntıların miqdarından asılılığı müəyyən edilmişdir.  

Biosferin təkamülünün qanunauyğunluğu A.P.Vinoqradov (1967 və b.), K.K.Markov (1960 və b.), 

A.İ.Oparin (1957 və b.) əsərlərində öyrənilmişdir. S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül mexanizmini 

tədqiq etmişdir.  

Biosferin antropogen dəyişməsi kimi aktual problem bir çox tədqiqatların diqqətini cəlb etmişdir. 

D.L.Armand (1966), Y.K.Fyodrov (1972), Y.A.İzrail (1974) və b. rus alimlərinin monoqarfiyaları bu məsələyə 

həsr olunmuşdur. Xarici tədqiqatçılardan P.Dyuvino Tanq (Duvigneand et Tanghe, 1968), B.Kommoner (Com-

moner, 1971), K.Uat (Watt, 1968) və b. monoqrafiyaları da bu problemə həsr edilmişdir.  

Qurunun və okeanların su balansı haqqında «Dünyanın su balansı  və Yerin su ehtiyatları» adlı kollektiv 

monoqrafiyada və M.İ.Lvoviçin (1974 və b.) əsərlərində geniş material verilir. Qlobal ekoloji problemləri 

öyrənmək üçün M.İ.Budıko (1956, 1974 və b.) və Y.Odumun (1971 və b.) əsərlərindən istifadə olunmuşdur.  

Geoekologiyanın inkişafında V.B.Soçava, V.S.Preobrajenski, T.D.Aleksandrova, K.M.Petrov, 

A.A.Veliçko, Q.N.Qolubev (1999), sosial ekologiyanın inkişafında isə E.V.Qirusov, V.A.Los, 

N.M.Məmmədov, Y.A.Markov və b. alimlərin böyük rolu olmuşdur.  

Üçüncü mərhələ (XX əsrin 50-ci illərindən başlayaraq bu günə  qədər olan dövr). XX  əsrin ikinci 

yarısında ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə təsirinin güclənməsi ilə əlaqədar eko-

logiya elmi xüsusi əhəmiyyət kəsb edir.  

Belə vəziyyətin nəticəsində ekologiya kompleks elmə çevrilərək təbii və ətraf mühitin qorunması elmini də 

özündə  cəmləşdirdi. Ciddi bioloji elmdən ekologiya biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, 

kimya, fizika, sosiologiya, mədəniyyət tarixi, iqtisadiyyat bölmələrini daxil etdi (Reymers, 1994).  

Ekologiyanın dünyada inkişafının müasir dövründəki inkişafı xarici ölkələrin görkəmli alimləri Y.Odum, 

C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel 

və b. adları ilə bağlıdır. Rusiya ekoloq almilərindən İ.P.Gerasimov, A.M.Qilyarov, V.Q.Qorşqov, Y.A. İzrael, 

Y.N.Kurajskovski, K.S.Losyev, N.N.Moiseyev, N.P. Naumov, N.F.Reymers, V.V.Rozanov, Y.M.Sviriyev, 

A.L.Yanşin, İ.A.Şilov və b. göstərmək olar.  

Müasir mərhələdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə 

yanaşı, həm də  təbiət və insan cəmiyyətinin qarşılıqlı  əlaqələrinin səmərəli formalarını  əsaslandırmalıdır. 

Beləliklə, ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının  əsas 

məqsədi xalq təsərrüfatının aşağıdakı gərgin problemləri ilə müəyyənləşdirilir: ətraf mühitin vəziyyətini saxla-

maq şərtilə istehsalı intensivləşdirmək və təbii resurslardan istifadənin iqtisadi effektivliyini yüksəltmək. Təbii 

və süni qruplaşmaların bioloji məhsuldarlığı və sabitliyi məsələləri ön plana çəkilir. Bu problemlər yalnız bütün 

ölkələrin ekoloqlarının birgə gücü ilə  həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq 

əməkdaşlıq geniş həyata keçirilir. İndiki vaxtda insanın geniş ekstensiv təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq 

geniş böhranın təhlükəliyi, planetar sistemin qeyri-bərabər ölçüdə  fəlakətli dəyişməsi aydın dərk edilir. Bu 

böhranın qarşısının alınması mümkünlüyü yalnız ekoloji biliklərin inkişafı  əsasında tapıla bilər. Ekoloji 

biliklərin kəsərli gücü təbii resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd 

təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa kömək edər. 

 

AZƏRBAYCANDA 



EKOLOGİYA ELMİNİN TARİXİ 

 

 



Azərbaycanda ekologiya elminin ayrı-ayrı sahələrinin tarixi müxtəlifdir. Aşağıda ekologiya ilə bağlı olan 

əsas elm sahələrinin tarixi verilir.  



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin