QƏRİb məMMƏdov, mahmud xəLİlov


Atmosfer qazları ekoloji faktor kimi



Yüklə 4.26 Mb.
Pdf просмотр
səhifə8/64
tarix21.04.2017
ölçüsü4.26 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

2.5. Atmosfer qazları ekoloji faktor kimi 

Atmosfer mühiti az sıxlığa, cüzi dayaqlığa malikdir. Odur ki, orada yaşayan bütün orqanizmlər yer səthi ilə 

bağlıdır. Lakin hava mühiti orqanizmlərə həm fiziki, həm də kimyəvi təsir göstərərək onların tənəffüs və foto-

sintezini təmin edir.  

Fiziki faktorlara hava kütləsinin hərəkəti və atmosfer təzyiqi aiddir.  

Hava kütləsinin hərəkəti konvektiv təbiətin passiv qarışması  və ya atmosferin tsiklon fəaliyyətinin külək 

şəklində ola bilər. Passiv qarışma zamanı spor, tozcuq, toxum, mikroorqanizmlər və  xırda heyvanların 

yerləşməsi təmin olunur, bunun üçün xüsusi uyğunlaşma - anemoxorlar olur. Orqanizmin bu kütləsi birlikdə 

aeroplankton adlanır. Külək isə aeroplanktonu xeyli uzaq məsafələrə aparır, bu zaman çirkli maddələr də yeni 

zonalara aparıla bilər.  

Külək çay axını kimi bitkiyə birbaşa, məsələn, onun böyüməsinə (Abşeronda xəzrinin təsiri ilə ağacların bir 

tərəfə əyilməsi), heyvanların aktivliyinə (məs. quşların) mənfi təsir göstərə bilər.  

Atmosfer təzyiqi orqanizmlərə, xüsusən onurğalılara böyük təsir göstərir, bunun sayəsində onlar dəniz 

səviyyəsindən 6000 m-dən yuxarı ərazilərdə yaşaya bilmirlər.  

Biosferin çox hissəsində su buxarlarının kəskin dəyişməsi nəzərə alınmazsa, atmosferin tərkibi dəyişməzdir. 

Müasir atmosferdə karbon qazının (CO

2

) həcmə görə miqdarı (0,03%) və oksigeninki (21%) bir çox ali bitkilər 



üçün limitləşdirilmiş faktor hesab olunur. Məlum olduğu kimi bir sıra bitkilərdə fotosintezin intensivliyini 

yüksəkltmək üçün CO

2

-nin konsentrasiyasını qaldırırlar. Lakin Y.Odum (1975) Byerkmenin (1966) paxlalılar 



və s. bitkilər üzərindəki təcrübələrinin nəticələrinə istinad edərək yazır ki, havada oksigenin miqdarını 5%-ə 

qədər azaltmaqla fotosintez prosesini 50% yüksəltmək olar. Görünür O

2

-nin konsentrasiyasını artırdıqda fotosin-



tezin yüksək dərəcədə  bərpa olunan aralıq məhsulu ilə molekulyar oksigen arasında gedən reaksiya əks 

istiqamətdə gedir; O

2

-nin fotosintezə inqibisiya (sıxışdırıcı,  əzici) təsiri də bununla aydınlaşdırılır. Y.Odum 



(1975) qeyd edir ki, tropik rayonlarda becərilən taxıl bitkiləri, o cümlədən qarğıdalı, həmçinin şəkər qamışında 

oksigenin fotosintez prosesinə belə təsiri qeydə alınmamışdır, ola bilsin ki, bu bitkilər karbon iki oksidi başqa 

yolla fiksasiya edirlər. Müəllif onu da ehtimal edir ki, enliyarpaqlı bitkilər peyda olan və inkişaf edən dövrdə 

CO

2



-nin atmosferdə konsentrasiyası indikindən yüksək, O

2

-ninki isə aşağı olmuşdur.  



Torpaqda və onun altındakı süxurlarda, qrunt suyuna kimi (aerasiya zonasında) karbon qazının miqdarı 

10% qalxır, oksigen isə aeroboredusentlər üçün limitləşdirici faktora çevrilir, bu isə ölmüş üzvi maddələrin 

parçalanmasını yavaşıdır.  

Qeyd edildiyi kimi, suda oksigenin miqdarı atmosferə nisbətən 20 dəfə azdır və burada o, limitləşdirici fak-

tor hesab olunur, onun mənbələri atmosfer havasından diffuziya olunması və su bitkilərinin (yosunların) fotosin-

tezi sayılır. Oksigenin həll olmasına temperaturun aşağı olması, külək və su dalğaları səbəb olur. Suda CO

2

-nin 


limitləşdirici təsiri aydın təzahür olunmur. Lakin məlum olduğu kimi onun miqdarının yüksək olması balıq və 

digər heyvanların ölümünə səbəb olur.  

CO

2

 suda həll olduqda zəif karbonat turşusu (H



2

CO

3



) alınır, ondan isə asan karbonatlar və bikarbonatlar 

əmələ gəlir. Karbonatlar – balıqqulağı və sümük toxumalarının qurulması üçün qida maddələrinin mənbəyi və 

su mühitinin turşuluq (hidrogen) göstəricisini (pH) neytral səviyyədə saxlamaq üçün yaxşı bufer sayılır. Bu 

göstəricinin  əhəmiyyəti ondan ibarətdir ki, hidrobiontlar üçün pH üzrə tolerantlıq intervalı olduqca dar 

(məhdud) olub onun optimumdan bir az kənara çıxması orqanizmin məhvinə səbəb olur.  

Hava mühitinin sakinləri havada olan oksigenin miqdarına limitlənməmişdir (20,95%). Buna uyğun onun 

parsial təzyiqi də böyükdür. Dəniz səviyyəsində quru hava şəraitində parsial təzyiq 159,2 mm c.st. (21,2 kPa) 

təşkil edir. Praktiki olaraq O

2

-nin parsial təzyiqi aşağıdır, belə ki, havanın tərkibində həmişə su buxarı olur, o 



tənəffüs orqanlarının səthində effektiv qaz mübadiləsi üçün kifayətdir.  

Hava mühitində qaz mübadiləsinin limitləşdirici faktoru havanın quruluq dərəcəsidir. Yerüstü heyvanlarda 

qazların qanla və  ətraf mühitlə bilavasitə mübadilə prosesi prinsipcə su tiplərindən fərqlənmir: oksigen qana 

qabaqcadan nəfəs epiteliyinin səthini örtən nazik su pərdəsinə həll olmuş halda daxil olur. Su orqanizmlərindəki 

kimi qanda və su pərdəsində diffuziya O

2

  və CO



2

-nin konsentrasiya qradiyenti üzrə gedir. Odur ki, hava 



 

44

mühitində davamlı (sabit) qaz mübadiləsinin mühüm bioloji şəraitinin yaranması tənəffus yolları səthinin nəm 



(rütubətli) vəziyyətdə saxlanmasından ibarətdir. Məhz bu, hava tənəffüs orqanlarının təkamülünün prinsipial 

yollarını müəyyənləşdirir, bu hal onurğalı heyvanlarda və həşəratlarda daha aydın təzahür olunur.  

Hava mühitində qaz mübadiləsinin morfoloji prinsipləri qaz mübadiləsi səthi bədənin daxilində yerləşir və 

bilavasitə  ətraf hava ilə  təmasda olmur (sərhədlənmir). Tənəffüs boşluqlarında çoxlu miqdarda selikli 

hüceyrələrin olması yüksək nəmişliyin (rütubətliyin) saxlanmasını təmin edir. Tənəffüs orqanlarını ətraf mühitlə 

əlaqələndirən yollar da selikli epiteli ilə  təchiz olunmuşdur və bu, həmin orqanlara daxil olan havanın 

nəmlənməsinə  səbəb olur. Onurğalılarda bu sistem ağciyərlərin döş boşluğunda yerləşib, xarici mühitlə 

havaötürən yollarla (traxeya, bronxlar) bağlıdır. Bu yolların daxili səthi selikli epiteli ilə örtülüdür. 

Onurğasızlarda hava tənəffüs orqanlarının konkret strukturu olduqca müxtəlifdir. Lakin bütün hallarda qaz 

mübadiləsi səthinin xarici mühitlə  və qaz mübadiləsi yerinə daxil olan nəmli hava ilə  təmasda olmasından 

ayrılma prinsipinə riayət olunur.  

 

Hipoksiyaya (oksigen çatışmazlığı) uyğunlaşma. Atmosfer havasının qaz tərkibinin yüksək sabitliyi 

sayəsində yersəthi sakinləri oksigenin miqdarı üçün limitləşdirici deyildir. Lakin bəzi spesifik şəraitlərdə qaz 

mübadiləsi oksigenin çatışmazlığı  və bu qazın parsial təzyiqinin aşağı olması ilə  məhdudlaşa bilər. Məsələn, 

yuva tipli qapalı yuvalarda, ağac koğuşu və s. yerlərdə çoxlu miqdarda CO

2

-nin toplanması oksigenin parsional 



təzyiqinin aşağı düşməsinə və qaz mübadiləsinin çətinləşməsinə səbəb olur. İ.A.Şilovun (2001) çöl tədqiqatları 

göstərdi ki, köstəbəyin yeraltı yollarında CO

2

-nin miqdarı orta hesabla 0,3...3,8% (maksimum 5,5), oksigeninki 



isə 15-20% arasında dəyişir. Kaliforniya sünbülqıranın dərin yuvalarında CO

2

 və O



2

-nin miqdarı uyğun olaraq 

2,4-2,9 və 17-19%, dovşanların yuvalarında isə 6-8 və 13-14% olmuşdur.  

Analoji vəziyyət ağacların koğuşlarında müşahidə olunur. Müşahidələr göstərmişdir ki, ağac koğuşlarında 

məskən salan sitta quşu, yaşıl ağacdələnin yumurta qoyan dövrdə O

2

-nin miqdarı 20%-dən aşağı, CO



2

 isə 0,7% 

olmuşdur. Quş balaları yumurtadan çıxdıqdan sonra havanın tərkibi daha çox dəyişikliyə məruz qalmışdır; yuva 

dövrünün sonunda sitta quşunun yuvasında oksigenin miqdarı 17-19%-ə enmiş, CO

2

-nin konsentrasiyası isə 2-



4%-ə qədər qalxmışdır.  

Qışda qar örtüyü altında da qaz rejimi əlverişsiz olur. 45-80 sm qalınlığında qarın altındakı torpaq səthində 

CO

2

-nin miqdarı 2,8-4,0% təşkil edir.  



Oksigenin çatışmazlığı və onun parsional təzyiqinin aşağı olan şəraitdə yaşayan heyvanlar müəyyən adapta-

siyaya malik olur. Yeraltı  sığınacaqlarda yaşayan məməlilər təbiətdə belə  şəraitlə üzləşməyən heyvanlara 

nisbətən CO

2

-nin bir qədər izafiliyinə (hiperkapniya) və  O



2

-nin çatışmazlığına dözür. Adaptiv mexanizm ilk 

növbədə qanın tənəffüs xassələrinin yaxşılaşması, qismən isə hemoqlobinin oksigenə yaxınlığının (oxşarlığının) 

artması ilə bağlıdır.  

Bənzər adaptasiya tipi yeraltı həyat tərzi keçirən suda-quruda yaşayan soxulcanda da aşkar edilmişdir. Bu-

nunla yanaşı, yuvada yaşayan və yereşənlərin  əksəriyyəti metobolizmin bir qədər aşağı  səviyyədə olması ilə 

səciyyələnir, bu isə oksigenə tələbatı azaldır. Onlar üçün tənəffüs mərkəzin qanda CO

2

-ni toplamaqda yüksək 



tolerantlığın olması da xasdır. Belə xassə  qış-yay yuxusu dövründə daha çox təzahür olunur. Maraqlıdır, 

kirpilərdə analoji reaksiya qısamüddətli «mühafizəolunmada» bədənin sarınması zamanı müşahidə edilir.  

Qaz mübadiləsi effektivliyinə təsir təbii şəraitdə – yüksək dağlıq zonada geniş yayılmışdır – burada ümumi 

atmosfer təzyiqinin aşağı düşməsi ilə  əlaqədar oksigenin parsial təzyiqinin də  aşağı düşməsi müşahidə 

olunmuşdur. Məməlilərdə yüksəklik adaptasiyası bir neçə tipdə aşkar edilmişdir.  

 

2.6. Edafik faktorlar və onların bitkinin və torpağın flora-faunasının həyatında rolu  

Torpaq örtüyü, onu əmələgətirən faktorlar və funksiyaları haqqında «Litosfer» fəslində geniş məlumat veri-

lir.  İndi isə ondan edafik faktor kimi bitkilərin həyatında rolundan danışılacaq. Edafik faktorlar bitkilərin 

böyümə  və inkişafı  şəraiti sayılır. Onlar kimyəvi  və  fiziki faktorlara bölünür. Kimyəvi faktorlara – torpağın 

reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və udulmuş kationların tərkibi; fizi-

ki faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı  və qalınlığı, qranulometrik tərkibi, strukturu və s. 

aiddir; bioloji faktorlar da ayırırlar (Xrustalyev, Matişev, 1996), bura torpaqda məskunlaşan bitki və heyvan 

orqanizmləri daxildir.  

Yuxarıda göstərilənlərdən torpağın nəmliyi, temperaturu, strukturu, məsaməliyi, torpaq mühitinin 

reaksiyası, torpağın duzluluğu ən mühüm ekoloji faktorlar hesab edilir.  


 

45

Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk hissəcikləri hava və su ilə  əhatələnən 



mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su məhsulları ilə dolduğu üçün orada bir çox 

mikro və makroorqanizmlərin  həyatı üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır.  

Yerüstü havaya nisbətən torpaqda temperatur dəyişkənliyi hamarlanmış (mülayimləşdirilmiş), qrunt suyu-

nun mövcudluğu və yağıntıların hopması su ehtiyatı yaradaraq, su və yerüstü mühit arasında rütubətlilik rejimini 

təmin edir. Torpaqda bitki qalıqlarının və ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün bunlar 

torpaqda həyatın dolğunluğunu təyin edir.  

Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, 

sarı-yaşıl yosunlar (2000 növdən artıq) məskunlaşır. Onlar həm torpağın səthində, həm də üst qatlarında 

yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə 

havadan azotu fiksə edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər inkişaf edir. Bir qram qara torpaq-

da 10 milyarda (bəzən artıq), yaxud 10t//ha-dək canlı orqanizmlər olur, sporlu-sporsuz bakteriyalar, ibtidailər, 

aktinomisetlərə təsadüf edilir. Bütün bu canlı orqanizmlər torpaq üçün onun cansız komponentləri kimi xarakte-

rikdir. B.İ.Vernadski torpağı təbiətin biokos cisminə aid edir və orada həyatın dolğunluğunu canlı orqanizmlərin 

olması ilə izah edir.  

Torpaq litosferin süxurlarından bitkilərə  həyat, heyvanlara və insana qida verən münbitliyi ilə  fərqlənir. 

Torpağın münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubətlik və s. ilə təminetmə və 

məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) və süni (effektiv). Təbii münbitlik 

təbii ekoloji faktorlar və torpaqəmələgətirən proseslərin kombinasiyasından və qarşılıqlı  təsirindən asılı olur. 

Süni münbitlik insanların torpağa aqronomik təsirindən yaradılır. Təbii münbitlik sabit xassə deyil, dinamik 

xassədir və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta bilər.  

Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən ibarət olub özündə canlı makro və 

mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan). 

Bərk komponentlər torpaqda üstünlük təşkil edib mineral və üzvi hissələrdən ibarətdir. Torpağın üzvi 

hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fiziki-

biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları 

(torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə 

bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın 

məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir hissəsindən 

20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur.  

Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər:                        1) azad(qravitasiya) su – 

torpağın daha iri məsamələrini tutaraq öz  ağırlıq qüvvəsi ilə  tədricən aşağı  sızır; 2) əlaqəli (hiqroskopik və 

pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində  pərdə  əmələ 

gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu – 

torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və kapi-

lyar, çətin istifadə oluna bilən  əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə böyük rol 

oynamır. Torpaqda olan bütün su kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan nisbəti (faizlə) 



torpağın nəmliyi (rütubətliyi) adlanır.  

Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda suyun miqdarı eyni olmur. Qravitasiya suyu çox olduqda 

torpağın rejimi su hövzəsinin rejiminə yaxın olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru tor-

paqda havanın nəmliyi torpaq səthindəki havanın nəmliyindən çox olur. Odur ki, torpaq orqanizmləri torpaq 

səthindəki orqanizmlərə nisbətən qurumağa az məruz qalır.  

Torpağın bütün maye komponentləri  torpağın məhlulu adlanır. Onun tərkibində nitratlar, bikarbonatlar, 

fosfatlar, sulfatlar və digər duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və kapilyar 

suda olan şəkər olur. Əlaqəli suda maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın rütubətliyindən 

asılıdr.  

Torpaq məhlulunun tərkibi və konsentrasiyası torpağın reaksiyasını müəyyən edir (pH). Bitki və torpaq 

heyvanları üçün neytral reaksiya (pH=7) daha əlverişli sayılır.  

Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və heyvanlar üçün istifadə edə bilmə dərəcəsini 

müəyyən edir. Molekulyar qüvvə ilə torpaq hissəciklərinin bir-birilə birləşməsi torpağın strukturunu yaradır. 

Onların arasındakı boşluqlar  məsamə adlanır. Torpağın ümumi həcminə görə onda olan bütün məsamələrin 

həcmlərinin cəminin faizlə ifadəsi torpağın məsaməliyi adlanır.  


 

46

Torpağın quruluşu.  Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru gedərək, intensivliyi getdikcə 

azalır. Mülayim zonada bu proses 1,5-2,0 m dərinlikdə sönür. Torpağın şaquli kəsiyində torpaqəmələgəlmə pro-

sesinin xarakteri də dəyişir.  

Torpaqəmələgəlmə prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, nisbətən oxşar 

qatlara torpağın  genetik horizontları deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna, 

quruluşuna, tərkibinə və digər əlamətlərinə görə seçilir. Torpağın genetik horizontlarının birliyi torpaq profilini 

əmələ gətirir. Profildə əsas üç horizont ayrılır: 1) üst çürüntü-akkumlyativ və ya humus horizontu (A), bu hori-

zontda üzvi maddələr toplanır və  dəyişir, birləşmələrin bir hissəsi su ilə yuyularaq aşağı qatlara aparılır; 2) 

yuyulma – illuvial qat, burada yuxarıdan yuyulan maddə çökərək mineral formalara çevrilir, karbonatlar, gips, 

gilli minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir.  

Torpağın mühüm ekoloji faktorları. Qeyd edildiyi kimi bu faktorlar fiziki və kimyəvi faktorlara bölünür. 

Fiziki faktorlara torpağın nəmliyi, temperaturu, strukturu və məsaməliyi daxildir.  



Torpağın nəmliyi, daha doğrusu bitkilər üçün istifadə olunan nəmlik bitkinin kök sisteminin sorucu 

gücündən və suyun fiziki vəziyyətindən asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez 

sızaraq, sonra isə xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir; bağlı və kapilyar rütubətlik 

torpaqda uzun müddət qalır.  

Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama qabiliyyətindən asılıdır. Torpaq nə qədər gilli 

və quru olarsa, susaxlama qabiliyyətinin gücü yüksək olur. Torpağın nəmliyi çox aşağı olub, yalnız istifadə olu-

na bilməyən möhkəm bağlı su qaldıqda bitki quruyur, hiqrofil heyvanlar (yağış soğulcanı və b.) aşağı rütubətli 

qatlara keçərək yağış düşənə  qədər orada «yuxuya» gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın quru 

həddində belə, aktiv həyatsürmə qabiliyyətinə malikdir.  

Torpağın temperaturu xarici mühitin temperaturundan asılıdır, lakin aşağı temperatur keçirməsi sayəsində 

temperatur rejimi xeyli stabildir, 0,3 m dərinliyində temperaturun dəyişmə amplitudu 2

0

-dən aşağıdır, bu hal 



torpaq heyvanları üçün vacib olub komfort temperatur şəraiti axtarmaq üçün torpağın aşağı qatlarına keçməyə 

ehtiyac olmur.  

Temperaturun sutkalıq dəyişməsi yalnız 1 m dərinliyə  qədər hiss olunur. Yayda torpağın temperaturu 

havanın temperaturundan aşağı, qışda isə yuxarı olur.  



Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını təmin edir. Torpaq soğulcanları gil-

li, gillicəli və qumluca torpaqlarda aktiv hərəkət edərək onun məsaməliyini artırır. Sıx torpaqlarda aerasiya 

çətinləşir və oksigen limitləşdirici faktor ola bilər, lakin torpaq orqanizmlərinin çoxu sıx gilli torpaqlarda da 

yaşaya bilir.  

Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də yaşayış mühiti sayılır.  

Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu sayılır. Mühitin reaksiyası bir çox 

heyvan və bitkilər üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim şəraitində neytral və qələvi, rütubətli 

rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların çoxu neytral və zəif qələvi torpaqlarda (məs. qara-

torpaq) yaxşı məhsul verir.  

Duzlu torpaqlarda suda həll olan duzların (xloridlər, sulfatlar, karbonatlar) miqdarı izafi həddə çatır. Bu 

torpaqlar çox vaxt qrunt sularının torpaq horizontuna qədər qalxması ilə  əlaqədar təkrar  şorlaşma nəticəsində 

əmələ  gəlmişlər. Duzlu torpaqların  şoran və  şorakət tipləri mövcuddur. Şorakət torpaqlarda natrium-karbonat 

üstünlük təşkil edir, bu torpaqların reaksiyası (pH) 8-9-a çatır.  

Duzlu torpaqların özünəməxsus flora və faunası var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə 

davamlıdır, lakin müxtəlif bitki növləri müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər  halofitlər adlanır. 

Duzlaq coğanı adlanan halofit növü 20%-dən artıq torpağın duzluluğuna dözür. Bununla belə torpaq 

soğulcanları torpağın zəif duzluluğuna uzun müddət davam gətirə bilmir.  

 

 



Torpağın canlı sakinləri (orqanizmləri)    

Torpağın müxtəlifliyi onun müxtəlif ölçülü orqanizmlər üçün müxtəlif mühit yaratmağa imkan verir. 

Mikroorqanizmlər üçün torpaq hissəciklərinin səthinin cəmi xüsusi əhəmiyyət kəsb edir, belə ki, onların 

üzərində mikrobların  əksər hissəcikləri adsorbsiya olunur. Torpaq mühitinin mürəkkəbliyi çox müxtəlif 

fəaliyyətli qruplaşmaların – aerobların və anaerobların, üzvi və mineral birləşmələrdən istifadə edənlərin 

məskunlaşması üçün müxtəlif cür şərait yaradır. Mikroorqanizmlərin yayılması üçün torpaqda kiçik mənbələr 

(yuvacıqlar) xarakterikdir, belə ki, hətta bir neçə millimetr məsafədə müxtəlif ekoloji zonalar bir-birini əvəz edə 

(dəyişə) bilər.  



 

47

Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) adlanan qruplaşmada birləşən kiçik torpaq 

heyvanları üçün torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su orqanizmləridir. Onlar qravitasiya və 

kapilyar su ilə dolmuş torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə mikroorqanizmlər kimi 

pərdə suyunun hissəcikləri səthində adsorbsiya olunmuş  vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su 

hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz 

dövrlərin sonunu gözləyərək uzun müddət sistalaşmış  vəziyyətdə qalmaq qabiliyyətinə malikdirlər. Halbuki, 

şirin su amyoblarının ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-15 mkm olur. 

Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və 

bədənlərinin formalarını kəskin dəyişə bilirlər.  

Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi sayılır. Belə heyvanlar me-

zofauna adlanan qrupda birləşir. Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin onda bir 

hissəsindən 2-3 mm-ə  qədər olur. Bu qrupa əsasən buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız 

həşəratlar, qanadlı  həşəratların xırda növləri və s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma 

üzvləri yoxdur. Onlar torpaq boşluqlarının divarları ilə sonluqlarının köməyi ilə  və ya qurdşəkilli qıvrılaraq 

sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara örtükləri ilə  tənəffüs etməyə imkan yaradır. Bir çox 

növlərin traxeya sistemi yoxdur. Belə heyvanlar qurumağa qarşı çox həssasdırlar. Havanın rütubətliyinin 

dəyişməsindən qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları 

ilə  hərəkət etmək dərinliyə doğru miqrasiyanı  məsamələrin diametrlərinin kiçilməsi məhdudlaşdırır, odur ki, 

torpaq boşluqları ilə yalnız ən kiçik növlər üçün mümkün olur. Mezofaunanın bir qədər iri nümayəndələri torpaq 

havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: bunlardan bədəndə qoruyucu 

pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv sistemli epikutikula ilə başdan-

başa qalındivarlı zirehi göstərmək olar.  

Torpaq su ilə basıldıqda mezefaunanın nümayəndələri həyatını havanın qovuqcuqlarında keçirir. Hava 

heyvanların tüklə  və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin  ətrafında yığılaraq saxlanılır. Havanın 

qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür.  

Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər, 

belə ki, növlərin əksəriyyəti donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir.  

Bədənlərinin ölçüləri 2...20 mm olan torpaq heyvanları  makrofaunanın nümayəndələri sayılır. Bura 

həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit 

olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini 

aralayaraq onun təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər 

iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır.  

Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər üçün xasdır, 

əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə 

təzyiq göstərmək hesabına torpaq hissəciklərini aralayaraq hərəkət edənlərdən torpaq soğulcanları, 

uzunayaqlılara aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli 

hərəkət tipi uyğunlaşması (qazıma və arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və 

hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində 

qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.  

Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə 

yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə 

(məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş verdikdə 

qatlardan çıxırlar. Quraqlıq vaxtı  və  qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on 

santimetrdə konsentrasiya olunur.  





Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə