QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə43/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   39   40   41   42   43   44   45   46   ...   64

Bioloji 

Çirklən-mə 

Bakterioloji 

Mikrobioloji 

TBO tullantısı 

Kənd təsərrüfatı 

Əhalinin və heyvanların 


 

271


1 2 







Bioloji 

 

 



fermaları, anlbarları 

Silos quyuları 

Kanalizasiya 

zəhərlənməsi və yoluxması, 

infeksiya mənbələrinin 

inkişafı 

Təmizləmə Sterilləşdirmə 

Təmizləmə obyektləri Ekoloji 

şəraitin yaxşılaşması 

Dağ süxurlarının dinamik, istilik və elektrik təsirləri ətraf təbii mühitin fiziki çirklənməsinə səbəb olur.  



Dağ süxurları massivləri. Dağ süxurları massivləri, ilk növbədə onların üst qatları, mühəndis-təsərrüfatı 

mənimsənilməsi gedişində güclü antropogen təsirlərə (təzyiqlərə) məruz qalır. Bu zaman sürüşmə, kurst, altdan 

rütubətlənmə, çökmə prosesləri və s. təhlükə törədən proseslər inkişaf edir. Daim donuşluq süxur massivləri 

istilik antropogen təsirlərə həssas olduğundan təhlükəli proseslərə daha asanlıqla məruz qalır.    



Sürüşmələr. Dağ süxurlarının, qruntun öz çəkisinin və yükün – filtrasiya, seysmik və vibrasiyanın təsiri ilə 

yamac boyu sürüşməsi – sürüşmə hadisəsi adlanır. Sürüşmələr dağ  dərələri yamaclarında, yarğanlarda, 

qobularda, dəniz sahillərində, süni yaradılan çuxurlarda tez-tez baş verən hadisədir. Sürüşmələr Qara dənizin 

Qafqaz, Krım sahillərində, bir sıra dağ çayları yamaclarında hər il təbii mühitə böyük zərər yetirir.  

Sürüşmələr dağ süxuru massivlərinin davamlılığını azaldır,  ətraf təbii mühitin bir çox digər 

komponentlərini, səth axımını pozur, yeraltı su resurslarını azaldır, bataqlıq yaradır, torpaq örtüyünün 

pozulmasına səbəb olur, ağacları (meşə sahələrini) məhv edir və s. Faciəli xarakterli sürüşmə hadisələri də baş 

verir, bu zaman çoxlu sayda insan həyatına son qoyulur.  

Sürüşmə haqqında ətraflı məlumat müvafiq   fəsildə verilir.    

Altdan subasma (rütubətlənmə). Altdan rütubətlənmə prosesi təbii mühitin antropogen faktorlarının 

təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır.  İlk dəfə bu proses sü anbarı yaradılarkən onun sahili boyu 

qrunt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir.  

Hazırda altdan (aşağıdan) subasma dedikdə, qrunt suyunun müəyyən səbəblərdən kritik həddə (Yer 

səthindən 1-2 metrə qədər) qədər qalxması başa düşülür.  

Ərazinin altdan subasması  təbii mühitə olduqca neqativ təsir göstərir. Dağ süxuru massivləri həddindən 

artıq rütubətlənir və bataqlaşır. Sürüşmə zamanı karts və başqa  əlverişsiz proseslər aktivləşir. Löslü gilli 

qruntlarda çökmə, gillərdə isə qabarma baş verir. Löslü qruntlarda çökmə bina və qurğuların kəskin qeyri-

bərabər yatmasına (çökməsinə), gillərdə qabarma isə qeyri-bərabər qalxmasına səbəb olur. Bunun nəticəsində 

qurğular deformasiyaya məruz qalır, bəzən tamamilə istismara yararsız hala düşür. Bu, yaşayış  və istehsalat 

binalarında ekoloji vəziyyəti pisləşdirir,  əmək məhsuldarlığını  aşağı salır, bəzən adamların yaralanmasına və 

xəstələnməsinə səbəb olur.  

Yeraltı suların qalxması  səbəbləri müxtəlifdir və praktiki olaraq insan fəaliyyəti ilə bağlıdır. Bura yeraltı 

sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə  və  ərazidə tikinti aparmaq, küçə, bağ, bağça, 

yaşıllıqların səmərəsiz suvarılması, su anbarlarından suyun sızması (filtrasiyası) və s. aiddir.  

Hazırda dünyanın bir çox şəhərlərində yeraltı suların qalxması kütləvi xarakter almışdır. Məsələn, Rusiyada 

700-dən artıq şəhər və şəhər tipli qəsəbələrdə, o cümlədən Moskva, Sankt-Peterburq, Nijniy Novqorod, Rostov-

na-Donu, Volqaqrad, Novosibirsk, Saratov və bir çox digərlərində altdan rütubətlənmə müşahidə olunur.  

Respublikamızda Lənkəran ovalığında, Kür-Araz ovalığında, Abşeron yarımadasında, Samur-Dəvəçi 

ovalığında yeraltı suların qalxması,  əsasən suvarma qaydalarına düzgün riayət olunmaması ilə  əlaqədardır. 

Kürün aşağı hövzəsi rayonlarında (Sabirabad, Salyan, Neftçala) altdan rütubətlənmə prosesində Kür çayında 

suyun səviyyəsinin qalxması mühüm rol oynayır. Bununla əlaqədar yaşayış evləri,  əkin sahələri dövri olaraq 

suyun altında qalır. Xəzər ətrafı ərazilərdə isə bu proses dənizin səviyyəsinin qalxması ilə də əlaqədardır.     

Daimi  donuşluq. Yer kürəsinin ayrı-ayrı rayonlarında (Avropanın  şimalı, Asiyanın  şimalı  və  şərqi) yer 

qabığının üst qatları donuşluq vəziyyətindədir. Onların temperaturu həmişə  0

0

C-dən aşağı olur. Belə süxurlar 



daima donuş və ya çoxillik donuş süxurlar, ərazi isə daimi donuşluq vilayəti adlanır. Daimi donuşluğu dördüncü 

dövr buzlaşması ilə əlaqələndirirlər.  

Son onilliklərdə daimi donuşluq rayonlarında (Qərbi Sibirin şimal hissəsi, arktik dənizlərinin  şelfi və bir 

çox digərləri) tikinti altında mənimsənilir.  

Şimalın «kövrək» təbii ekosistemlərində insanların məskunlaşması  nəticəsində torpaq-bitki qatı dağılır, 

relyef, qar örtüyü rejimi dəyişir, ekosistemlərin qarşılıqlı əlaqələri pozulur.  

Daimi donuşluq vilayətinin ekosistemlərinin «kövrəkliyi» onların aşağıdakı xüsusiyyətləri (şəkil 18.7) ilə 

bağlıdır: ilk növbədə orqanizmlərin növ müxtəlifliyi burada olduqca azdır, belə ki, ayrı-ayrı növlərin yalnız 

azsaylı qrupları «daimi donuşluq»  şəraitinə uyğunlaşıb qala bilir. Maşınların, traktorların və digər nəqliyyat 


 

272


növlərinin hərəkəti (xüsusən tırtıllı) mamır,  şibyə örtüyünü dağıdır və ekosistemlərin davamlığını xeyli aşağı 

salır. Şibyələrin kütləvi məhv olması havanı bir qədər kükürd 2-oksidi ilə çirkləndirir.  



Endogen geodinamik proseslər. Zəlzələ  və vulkanizm yer qabığında dağ süxurlarında olduqca böyük 

qarışmalar baş verir, heyvan və bitki aləmini məhv edir, çoxlu, bəzən faciəli insan tələfatına və digər ağır ekoloji 

nəticələrə səbəb olur (bu proseslər haqqında XXIII fəsildə geniş məlumat verilir). 

 

18.4. Torpaq örtüyünə antropogen təsir  

Torpaq insanı əhatə edən təbii mühitin bir hissəsidir. O, dağ (ana) süxurların üst horizontlarına orqanizmlərin, 

bitki örtüyünün, atmosferin, hidrosferin uzunmüddətli mürəkkəb qarşılıqlı  təsiri nəticəsində  əmələ  gəlmişdir. 

Torpağı dağ süxurlarından fərqləndirən başlıca cəhət onun münbitliyidir. Bütün digər planetlərdən  Yer

üzərində torpağın olması ilə fərqlənir.     

 

 

 



 

 

Şəkil 18.7. Şimalın təbii ekosistemlərinin əsas xüsusiyyətləri 

 

Torpağı hər şeydən dəyərli hesab edən torpaq haqqında elmin banisi, görkəmli rus alimi V.V.Dokuçayev 

rus qara torpaqları haqqında yazırdı ki, o, daş kömürdən, neftdən, qızıldan da qiymətlidir. Belə ki, bəşəriyyət 


 

273


qızılsız da keçinə bilər, lakin torpaqsız yaşaya bilməz

Torpaq, Yer kürəsinin quru hissəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan üst 

kövrək münbit qatıdır.  

Torpaq – kənd təsərrüfat bitkilərindən məhsul almaq üçün əsas vasitə olub, bizim mövcudluğumuz ondan 

asılıdır. Torpaq, bitki və heyvanat aləmi tükənən, lakin bərpa olunan təbii resurslara aid edilir. Lakin bu 

baxımdan torpağı bitki örtüyü ilə praktiki olaraq eyni qrupa aid etmək düzgün olmazdı. Belə ki, qırılmış meşə 

sahəsinin bərpa olunması üçün on illər, torpaq örtüyünün bərpası üçün isə yüz illər, min illər tələb olunur. Odur 

ki, torpaq mahiyyət etibarilə bərpa olunmayan təbii resurs hesab edilməlidir. Eroziya prosesi nəticəsində üst 

münbit qatı qismən və ya tamamilə yuyulmuş torpaqda müəyyən meliorativ tədbirdər həyata keçirərək, 

bitkilərin məhsuldarlığını artırmaq olar, lakin təbii ilkin torpağı bərpa etmək qeyri mümkündür, çünki o, minillər 

ərzində, artıq təkrar olunmayan şəraitdə formalaşmışdır. Bununla belə, torpağın digər bərpa olunmayan təbii 

resurslardan (neft, daş kömür və yer təkinin digər sərvətlərindən) ayıran mühüm fərqi, ondan düzgün istifadə 

edildikdə gücdən düşməməsi, dağılmaması, hətta yaxşılaşması, münbitliyinin yüksəlməsidir. Beləliklə, torpaq 

xüsusi təbii resurs olub, bərpa olunmayan, eyni zamanda düzgün istifadə edildikdə tükənməyən resurs 

sayılır.  

Qeyd edildiyi kimi, torpağın mühüm göstəricisi onun münbitliyidir. Tarladan əsas (taxıl, kökümeyvəlilər, 

tərəvəz və s.) və əlavə (saman, yarpaq, gövdə, tağ və s.) məhsul götürdükdə insan, maddələrin bioloji dövranını 

qismən və tamamilə ayırır, torpağın öüzününizamlama qabiliyyətini pozur, münbitliyini aşağı salır. Humusun 

qismən itirilməsi torpağın münbitliyini aşağı salır, onun ekoloji funksiyalarını tam yerinə yetirməyə imkan 

vermir və deqradasiyaya uğramağa, yəni fiziki-kimyəvi xassələri pisləşməyə başlayır.  

Torpağın deqradasiyaya uğrama səbəbləri, əksər halda antropogen xarakteri daşıyır.  

Aqrosistemlərin torpağı daha yüksək dərəcədə deqradasiyaya məruz qalır. Aqrosistemlərin azdavamlı 

vəziyyətinin səbəbi, optimal öüzününizamlamayan, strukturu və  məhsuldarlığı sabit olmayan sadələşmiş 

(bəsitləşmiş) fitosenozunun olması ilə izah olunur. Təbii ekosistemlərdə bioloji məhsuldarlıq təbiətin təbii 

qanunlarının təsiri ilə  təmin olunursa, aqrosistemlərdə ilkin məhsul subyektiv faktor sayılan insandan, onun 

aqronomluq bilik səviyyəsindən, texniki təchizatından, sosial iqtisadi şəraitdən və s.-dən asılı olduğu üçün sabit 

qalmır. Məsələn, insan monokultur (buğda, çuğundur, qarğıdalı  və s.) yaratdıqda, aqrosistemlərdə bitki 

qruplaşmalarının növ müxtəlifliyi pozulur. Aqrosistem sadələşir, birləşir, davamsız olur, abiotik və biotik 

ekoloji stresə qarşı davam gətirə bilmək qabiliyyətinə malik olmur.  

Aqrosenozun monodominant olması ilə əlaqədar əlverişsiz faktorlar bütün bitki örtüyündə özünü göstərir. 

Bunun nəticəsində məhsulun miqdarı təbii ekosisteminkindən aşağı olur.  

Xam bozqırların tam həqiqi (əsl) məhsulu səpin sahəsindəkindən                       2 dəfədən də artıq olur. Bu, 

bozqır bitki örtüyünün vegetasiya dövründən daha bərabər istifadə etməsi ilə  əlaqədardır. Bozqır bitki örtüyü 

daha çox yerüstü və yeraltı töküntü əmələ  gətirərək torpağın münbitliyini yüksəldir, onun fiziki-kimyəvi 

xassələrini yaxşılaşdırır.  

Təbii ekosistemlərdə heyvanat aləminin  əsas kütləsi torpağın  ən üst qatında yerləşir (20-30 sm-ə  qədər). 

Aqrosenozda isə onlar torpaq qatının altında (20-30 sm-dən dərin) toplaşır.  

N.Q.Satoxinanın məlumatına görə  təbii ekosistemlərin yeraltı sferində aqrosenozdan 3,2 dəfə artıq bitki 

maddələri toplaşır. Burada canlı köklər ümumi fitokütlə ehtiyatının 50%-ə yaxın, aqrosenozda isə cəmi 14%-ni 

təşkil edir. Təbii ekosistemdə ölü üzvi maddələrin ehtiyatı yaşıl kütlənin ehtiyatından 1,5-2,0 dəfə çoxdur. 

Aqrosenozda bitki maddələri yalnız mövsümün sonunda ölür, onun ehtiyatı kiçikdir, uzun müddət torpaq çılpaq 

qalır.  


Çəmən-bozqırın ümumi məhsulu, aqrosenozunkindən 2-3 dəfə artıq olur. Təbii ekosistemdə  məhsulun 

80%-i yeraltı sferdə, aqrosenozda isə yerüstü sferdə əmələ gəlir.  

Torpaq uzun müddət səpin altında istifadə edildikdə, humusun ehtiyatı 60%-ə  qədər azala bilər. Bu, illik 

dövriyyəyə daxil olan üzvi maddələrin miqdarının azalması, həm də eroziya prosesinin güclənməsi ilə 

əlaqədardır.  

Torpağa antropogen təsirin əsas növləri aşağıdakılardır: 

1.

 

Torpağın eroziyası; 



2.

 

Torpağın çirklənməsi; 



- Pestisidlərdən istifadənin nəticələri; 

- Aqrokimyəvi maddələrin istifadəsinin ətraf mühitə təsiri; 

- Torpağın radionuklidlərlə çirklənməsi; 

- Torpağın təkrar şorlaşması və bataqlaşması; 



 

274


- Səhralaşma; 

- Sənaye və kommunal tikinti üçün torpaq sahəsinin ayrılması.  



 

18.4.1. Torpaq eroziyası 

1992-ci ildə Rio-de Janeyroda BMT-nin ətraf mühit və inkişaf üzrə keçirdiyi konfransın materiallarında 

yerin torpaq örtüyünün deqradasiyası haqqında aşağıdakı rəqəmlər gətirilir: həddindən çox dərəcəli deqradasiya 

– 1%, güclü deqradasiya – 15%, orta – 46%, zəif – 38%.  

Bu materiallarda torpağın  ən çox deqradasiya növlərinin nisbəti də göstərilir: su eroziyası – 56%; külək 

eroziyası – 28%, kimyəvi deqradasiya -12%; fiziki deqradasiya – 12%.  

Torpağın bütün digər deqradasiya növlərinə nisbətən  ən zərərlisi torpaq eroziyasıdır.  İ.A.Krupenikovun 

bədii ifadəsinə görə «Torpağa münasibətdə eroziya, gilotin (daşkəsən alət) rolunu oynayır» o, həqiqi 

mənada torpağı fəaliyyətsiz edir: torpağı münbitliyi olan üst humus horizontundan məhrum edir. Turş torpağı 

neytarllaşdırmaq, şoran torpağı -  duzsuzlaşdırmaq, şorakəti- şorakətsizləşdirmək, bərk torpağı yumşaltmaq olar. 

Lakin eroziyaya uğramış torpağı bərpa edib eroziyaya uğramamış torpağa çevirmək qeyri-mümkündür.                               

Eroziya prosesinin əmələ  gəlməsinin və inkişafının  əsas səbəbi kənd təsərrüfatı hesab olunur. İnsanın 

təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq yamacların kənd təsərrüfatı bitkiləri altında istifadə olunması, otlaq və 

örüşlərin intensiv otarılması, meşələrin məhv edilməsi, torpağın yamac boyu şumlanması eroziya prosesinin 

güclənməsinə səbəb olur.  

Eroziya prosesi dedikdə torpağın üst münbit qatının yağış  və qar suları vasitəsilə yuyulub aparılması, 

həmçinin külək tərəfindən sovrulub dağılması başa düşülür. Deməli, torpaq eroziyasının əsas iki tipi ayrılır – su 

və külək eroziyası. Su eroziyası da öz növbəsində səthi və xətti (yarğan) eroziyasına bölünür.     

Yamaclarda səthi eroziya prosesinin inkişafı  nəticəsində torpağın münbitliyi aşağı düşür, kənd təsərrüfatı 

bitkilərinin məhsuldarlığı azalır. Məhsulun keyfiyyəti aşağı düşür. Eroziya prosesi zamanı bəzən torpağın şum 

qatı tamamilə yuyulub aparılır.  

Torpaq eroziyası zamanı torpaqda azot, fosfor və kaliumun mənimsənilən formaları, bir çox 

mikroelementlər (yod, mis, sink, kobalt, marqans, nikel, molibden) də azalır. 

Eroziya zamanı yağmurların çox hissəsi yamaclardan axıb getdiyindən, həm də eroziyaya uğramış 

torpaqların fiziki xassələri pisləşdiyindən, torpaq səthindən buxarlanmaya və transpirasiyaya çox su sərf olunur

bununla da torpaqda quraqlıq yaranır. Çox vaxt eroziya gedən rayonlarda baş verən quraqlığı  «eroziya 

quraqlığı» adlandırırlar.  

Eroziya prosesi intensiv getdikdə  şırımlar, yarğanlar  əmələ  gələrək kənd təsərrüfatı sahələrini  əlverişsiz 

hala salır, torpağa qulluq işləri çətinləşir.  

ABŞ-da son 200 il ərzində torpaq örtüyünün 1/3 hissəsi yuyularaq təbii məhsuldarlıq 10-15% aşağı 

düşmüşdür. ABŞ-da əkin sahələrinin yarısının eroziyaya qarşı tədbirlərə ehtiyacı vardır.  

Ədəbiyyat məlumatlarına görə  hər il tarlalardan 90 milyon torpaq yuyulub aparılır. Müqayisə üçün qeyd 

edək ki, dünyanın çaylarının sülb axını ildə 22 milyard ton təşkil edir. Hazırkı dövrdə torpağın eroziyası 

əkinçilikdən qabaqkı vaxta nisbətən təxminən 5 dəfə intensiv gedir. Yuyulmuş torpaqlarda olan fosforun 

miqdarı dünyada il ərzində istehsal olunan fosfor gübrəsindən çoxluq təşkil edir.  

Rütubətli ekvator zonasında  əkinçilik dövrünə nisbətən eroziya prosesi 8 dəfə artmışdır. Meşələrin yox 

edilməsi və əkin sahələrinin artırılması ilə əlaqədar burada eroziyanın intensivliyi artmaqda davam edir.  

Eroziya torpağın münbitliyini aşağı salır. Orta və  zəif yuyulmuş torpaqlarda məhsuldarlıq 10-20%, orta 

yuyulmuşda – 40-60%, güclü yuyulmuşda 80% və daha çox aşağı düşür. Müxtəlif bitkilərdə bu proses eyni 

getmir. Belə ki, eroziya nəticəsində  dənli-paxlalı bitkilərdən 10%, qarğıdalıdan 60%, şəkər çuğundurundan 

80%-ə qədər az məhsul götürülür.  

Torpaq eroziyasından yalnız kənd təsərrüfatı ziyan çəkmir. Tarlalardan yuyulan torpaq nohurlarda, 

göllərdə, su anbarlarında, çaylarda toplanaraq onları dayazlaşdırır və ya tamamilə lilləndirir. Tarlalarda axan su 

və yuyulan torpaq verilən gübrə və pestisidlərin 10 … 30%-i bir daha geri qaytarılmayaraq itirilir. Bu, həm də 

ərazinin ekoloji vəziyyətinə, ən çox isə suyun keyfiyyətinə neqativ təsir göstərir. Belə ki, radioaktiv izotoplar, 

məsələn, C

S

 – 137 torpağa hoparaq ona qarışır. Torpağın yuyulması  və küləklə sovrulması zamanı 



radionuklidlər yerini dəyişir və beləliklə, onların düşdüyü yerdə yeni radionuklid mənbələrr əmələ gəlir.  

 

Cədvəl 18.3 

 

Ayrı-ayrı ölkələrin və dünyanın əkin sahələrində torpağın 

 

275


üst qatında eroziyanın qiymətləndirilməsi 

(L.Braun və b., 1989, A.D.Potapovun əlavəsi ilə, 2004) 

 

Ölkə 

Əkin torpaqlarının 

ümumi sahəsi, mln. akrla 

Torpağın istifadə 

edilməyən itkiləri, 

mln. ton 

ABŞ 440  1600 

Keçmiş SSRİ 601 

2700 


Hindistan 370  4800 

Çin 260 3500 



Cəmi 1672 12600 

Qalan ölkələr 1605 

11800 

Yekunu 3278  24400 

 

Eroziya prosesinin ən çox inkişafı kifayət qədər yağmurlar düşən mülayim qurşaqda müşahidə olunur. 

Burada əkinçilik dövrünün başlanğıcına nisbətən torpaq eroziyası 33 dəfə artmışdır.  

Alimlərin hesablamalarına görə 1 sm qalınlığında münbit torpağın yaranması üçün 300 il tələb olunur. 

Eroziya prosesi nəticəsində  bəşəriyyət min illərlə yaranan neçə santimetrlərlə münbit torpaq qatını  qısa bir 

müddət ərzində itirir.  

Bütün dünyada torpağın eroziyası böyük bədbəxt hadisə hesab olunur. Onun qarşısının alınması üçün 

müxtəlif tədbirlər həyata keçirilsə  də istənilən nəticə  əldə edilmir. Lakin eroziya prosesinin qabaqcadan 

qarşısının alınması onunla mübarizə aparmaqdan və törətdiyi nəticələri aradan qaldırmaqdan asandır.  

 

18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri  

Respublikamızın bütün təbii zonalarında torpaq eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə 

geniş  tədqiqat işləri K.Ə.Ələkbərov (1961), X.M.Mustafayev (1975) və bir çox başqaları  tərəfindən 

aparılmışdır. K.Ə.Ələkbərov torpaq eroziyası üzrə aparılmış tədqiqatların nəticələrini cəmləşdirərək Azərbaycan 

Respublikasının torpaq eroziyası xəritəsini tərtib etmişdir.  

Azərbaycanda eroziya prosesinin əmələ  gəlməsinə  və inkiaşfına təbii-tarixi amillərdən – relyef, iqlim, 

ərazinin geoloji-geomorfoloji quruluşu, torpaqəmələgətirən süxurların kimyəvi tərkibi, torpaq-bitki örtüyü də 

ciddi təsir göstərir.  

Eroziya prosesinin əmələ gəlməsi yağıntılarla sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özü ilə aparan suyun 

miqdarı düşən yağıntıların miqdarı  və formasından asılıdır. Respublikanın dağlıq hissəsində müşahidə edilən 

leysan yağışlarının intensivliyi, ümumiyyətlə, çox (dəqiqədə 10 mm-dən artıq) olur və bunun da nəticəsində sel 

hadisələri baş verir. Azərbaycanda şiddətli leysanlar Lənkəran zonasında və Böyük Qafqazın cənub yamacında 

müşahidə edilir. Ə.C.Əyyubovun (1962) məlumatına görə Böyük Qafqazın cənub yamacında bir gündə 50-60 

mm miqdarda düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə müşahidə 

edilir. Bu leysanlar çılpaq yamaclarda eroziya prosesinin şiddətli getməsinə və sel hadisələrinin baş verməsinə 

səbəb olur.  

Azərbaycanın elmi-tədqiqat institutları və layihə təşkilatlarının məlumatlarına əsasən Respublika ərazisinin 

36,4%-i müxtəlif dərəcədə eroziya prosesinə məruz qalıb. Onun 14,1%-i zəif, 10,7%-i orta və 11,6%-i şiddətli 

dərəcədə yuyulmuş torpaqlardır.  

Cədvəl 18.4 

 

Azərbaycanın kənd təsərrüfatı torpaqlarının eroziyaya uğrama dərəcəsi (Q.Ş.Məmmədov, 2002) 

 

№ 

Kənd 



təsərrüfatı 

yerləri 


Sahə, 

hektarla 

Eroziyaya 

uğramamış 

Eroziyaya uğrama dərəcəsi, 

hektarla  

zəif orta şiddətli  

Əkin  



1613147 

1606049 


4033 

2258 


807 

2 Çoxillik 

 

58752 


46961 

5664 


4594  1533 

Dincə 



qoyulmuş  

172294 166746  3584  1447  517 



 

276


4 Biçənək  

107919 


82785 

11385 


7781 

5968 


5 Örüş və otlaq   2562361 

1913571 


244449 

280066 


124275 



Kənd 

təsərrüfatı 

yerlərinin 

cəmi  

4514473 3816112  269115 296146 133100 

Sair torpaqlar   4127033 



 

 

 



 

Respublika üzrə 

cəmi 

8641506  

 

 

 

Respublikanın ayrı-ayrı rayonlarında təbii şəraitdən və insanın təsərrüfat fəaliyyətindən asılı olaraq eroziya 

prosesi müxtəlif formada və müxtəlif dərəcədə inkişaf edib. Belə ki, Mil-Qarabağ zonasında ərazinin 30,8%-i, 

Quba-Xaçmaz zonasında 48,2%-i, Abşeronda 40,3%-i, Naxçıvan MR-də 70,7%-i. DQMV-də 59,3%-i, Şirvanda 

27,7%-i,  Şəki-Zaqatala zonasında 55,7%-i eroziyaya məruz qalıb. Düzən rayonlarında isə eroziya prosesi 

olduqca zəif gedir. 

Qeyd edildiyi kimi, eroziya hadisəsi su eroziyası  və külək eroziyası  şəklində baş verir. Dağlıq  şəraitində 

yamaclarda əsasən su eroziyası daha geniş yayılıb. Burada eroziya prosesinin güclü getməsinin əsas səbəbləri 

dik yamaclarda meşələrin qırılması  və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirmədən yamacların 

şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə yağmur suları torpağa hopa 

bilmədiyindən səthi su axımı  əmələ  gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu və yarğanların 

əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib 

çıxarır. Bu cür arzu olunmayan hala demək olar ki, ölkənin dağ rayonlarında rastlaşırıq. Böyük Qafqaz 

dağlarının  şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə  əlaqədar 

olaraq eroziya prosesi daha intensiv gedir. Məsələn, Şamaxı rayonunda Qozluçay hövzəsində dağlar alçaq olub 

alp və subalp çəmənləri olmadığından hər il qoyun fermaları və qaramal meşə zonasında yerləşdirilir. Mal-qara 

burada otla birlikdə meşəaltı kolları  və meşənin gələcək nəsli sayılan cavan ağacları  və cücərtiləri tələf edir 

Bununla da meşənin  şərq sərhədində onun son qalıqları get-gedə  sıradan çıxır. Bunun nəticəsində torpaq qatı 

dağılır, yarğanlar əmələ gəlir, çox yerdə sürüşmələr baş verir. Odur ki, son illər Qozluçay hövzəsində yağışlar 

zamanı dəhşətli sellər axır. Meşəsi az olan Şin, Kiş, Girdiman və Pirsaat çaylarında da dağıdıcı sellər müşahidə 

olunur. Qatex, Mazım və Balakən çaylarının hövzələrinin çox hissəsi Zaqatala dövlət qoruğunda yerləşdiyi üçün 

orada meşələr və subalp, alp çəmənləri yaxşı mühafizə olunur. Buna görə  də bu ərazidə eroziya prosesi zəif 

gedir, sel hadisələri az olur. Bu çayların su rejimi normal olur, suları isə həmişə şəffaf axır. Digər bir misal, Qax 

rayonu Sarıbaş kəndinin əhalisi meşənin əhəmiyyətini yaxşı başa düşərək kəndə bitişik ərazidə olan qocaman 

palıd ağaclığını göz bəbəyi kimi qoruyur. Bunun nəticəsində  kənd sel hadisəsindən mühafizə edilir və meşə 

bərpa olunaraq öz keçmiş sərhədinə doğru irəliləyir.  

Respublikanın bir çox subalp və alp yay otlaqlarında mal-qaranın sistemsiz və normadan artıq otarılması 

nəticəsində dağ-çəmən torpaqları başdan-başa eroziyaya məruz qalıb,  ərazinin çoxu daşlı-qayalı sahələrə 

çevrilib. Bununla əlaqədar olaraq çəmənlərin məhsuldarlığı aşağı düşüb və ya otlaqlar tamamilə sıradan çıxıb. 

Belə sahələrə Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın dağlarında daha çox rast 

gəlmək olar.  

Respublikamızın torpaq örtüyünə külək eroziyası da böyük ziyan vurur. Bu növ eroziya prosesi əsasən 

Abşeron yarımadasında, Qobustanda, Xaçmaz-Dəvəçi, Giləzi-Qaradağ-Ələt dəniz sahillərində, Ceyrançöl, 

Muğan və Mil çöllərində geniş yayılıb. Bu ərazilərdə külək eroziyası təsərrüfat sahələrinə hər il külli miqdarda 

zərər yetirir. Nəticədə torpaq qatı qida maddələrindən məhrum olub münbitliyini itirir, məhsuldarlığı dəfələrlə 

aşağı düşür və ya tamamilə istifadədən çıxır. Alimlərin hesablamaları göstərir ki, 2,5 sm qalınlığında sovrulmuş 

torpaq qatı ilə hər hektardan 1,5 tona qədər çürüntü, 450-1000 kq azot, 100-200 kq fosfor, 3,5 tona yaxın kalium 

aparılır. Bununla yanaşı, külək eroziyası  nəticəsində bağlar, bostanlar, arxlar, şose və  dəmir yolları, tikintilər 

qum basqınlarından çox ziyan çəkir.  

Bütövlükdə Azərbaycan ərazisini eroziya proseslərinin xarakterinə, növünə və intensivliyinə görə 9 coğrafi 

ərazi tipinə bölmək mümkündür (X.M.Mustafayev, 1974):  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin