QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   56   57   58   59   60   61   62   63   64

Dolu. İlin isti dövründə topa yağış buludlarından dənə-dənə buz halında düşən yağıntıya dolu deyilir. Dolu-

nun ölçüsü adətən 5-55 mm-ə qədər, bəzən daha çox olur. Diametri 130 mm, kütləsi 1 kq olan dolular da olur. 

İri ölçülü dolular ən çox tropik enliklərdə düşür. Məsələn, Hindistanda kütləsi bir neçə kq olan dolu dənələri 

müşahidə olunur. Orta enliklərdə dolunun kütləsi 1 kq-dan artıq olmur.  

Dolunun düşmə müddəti geniş miqyasda dəyişərək, bir neçə saniyədən bir saata qədər davam edə bilər, 

adətən dolu 3-5 dəqiqə müddətində düşür və zolaqlar şəklində müşahidə olunur. Bu zolaqların eni 1-2 km, 

uzunluğu 10-20 km-ə çatır. Bəzən dolu düşən zolağın eni 10 km, uzunluğu 400 km-ə çatır.  

Azərbaycan  ərazisində ilin isti dövrlərində çox vaxt leysan yağışları ilə  bərabər dolu yağır. Respublika 

ərazisinin relyef quruluşu və dənizin təsir məsafəsindən asılı olaraq dolu düşməsi qeyri-bərabər paylanmışdır.  

A.A.Mədətzadə (1957) Azərbaycanda dolu düşməsinin yayılması  və  təkrarlanmasına görə 

rayonlaşdırılmasını aşağıdakı kimi göstərir: 

1. Kiçik Qafqazın  şimal hissəsində ildə dağlarda 4-7, dağətəyində 2-3 gün, düzənliklərdə dolunun 

təkrarlanması ildə bir gündən artıq olmur.    



2. Kiçik Qafqazın  şərq hissəsində doludüşmə yüksək dağlıq (2000 m-dən yüksək)  ərazilərində ildə 6-8 

 

375


günə, dağlıq ərazilərdə 3-5 günə. düzənliklərdə 1-2 günə bərabərdir.  

3. Ovalıq və  dənizsahili  ərazilər daxil olmaqla Talışın dağlıq  ərazisində doludüşən günlərin sayı ildə bir 

gündən artıq olmur, yüksəkliyi 200 m-dən  1000 m-ə  qədər olan ərazilərdə isə 2 gündən 4 günədək dolu 

müşahidə olunur.    

4. Azərbaycan ərazisində Böyük Qafqazda dolunun orta düşmə müddəti 4-5 günə, dağlıq hissələrdə (1000-

1500 m) 1-2 günə, düzənlik hissədə 1 günə, şimal-şərq yamacda 2-3 günə bərabərdir. 



5. Naxçıvanın dağlıq ərazilərində doludüşmə ildə 4-5 günə, düzənliklərdə isə 2-3 günə bərabərdir.     

6. Azərbaycanın düzənlik ərazilərində dolunun düşməsi 4-5 ildə 1 dəfə, qərb rayonlarında isə 2 ildə 1 dəfə 

müşahidə edilir.  

Ə.C.Əyyubov və X.Ş.Rəhimov (2000) orta çoxillik materialları  təhlil edərək respublika ərazisində dolu 

hadisəsinin, hündürlük qradiyentinə görə  təkrarlanmasını  aşağıdakı kimi göstərir. Böyük Qafqazın cənub 

yamacının öndağlıq hissələrində ildə 1 dəfə, alçaq dağlıq hissələrində isə 2 dəfə dolu düşməsi ehtimalı vardır. 

1000 m yüksəklikdən yuxarıya doğru dolu düşməsinin təkrarlanması artır. 1000 m-dən 2000 m-ə  qədər dolu 

düşməsinin  şaquli qradiyenti hər 100 m-də 0,4 günə  bərabərdir. Dəniz səviyyəsindən 2300 m-dən 2700 m-ə 

qədər dolu düşməsinin təkrarlanması daha çox (7-8 gün) ehtimala malikdir. Müəlliflərə görə Böyük Qafqazın 

şimal-şərq yamacında dolu düşməsi ən çox 2200-2400 m yüksəklikdə müşahidə edilir, burada illik təkrarlanma 

3-4 günə qədər təşkil edir. Kiçik Qafqazın dağətəyi hissəsində dolunun təkrarlanması ildə 1 dəfə, aşağı dağlıq 

hissədə ildə 3 dəfə, 2300-2700 m yüksəklikdə isə ən çox - 9-11 gün təşkil edir. Kiçik Qafqazın cənub yamacında 

dolunun  ən çox təkrarlanması 2400-2900 m yüksəklikdə müşahidə edilərək 7-8 günə çatır. Naxçıvan MR-də 

dolunun  ən çox təkrarlanması 2800-3200 m yüksəkliyi  əhatə edərək 5-6 günə çatır. Talış dağlarında dənizin 

yaxınlığı dolu buludlarının əmələ gəlməsinə şəraiti azaltdığı üçün dəniz kənarında dolu 2-3 ildən bir, 1000-1200 

m yüksəklikdə isə ildə 2 gün düşür.  

Dolu düşməsinin ortaillik sayının dəniz səviyyəsindən yüksəklikdən asılılığı 23.5 cədvəldə verilir (Cabba-

rov, 1978).  

 

Cədvəl 23.5 

 

Dolu yağan günlərin orta aylıq, illik sayı (1986-1960-cı illər.  

Cabbarov, 1978) 

 

Məntəqələr 

 III IV V  VI VII VIII 

IX X  İllik 

Əlibəy 


 

0,04 0,08 2,0  0,56 0,16 0,30  0,60 0,32 4,82 

Zaqatala 

 

0,04 0,25 0,50 0,40 0,08 0,12  0,25 0,20 1,84 



Muğanlı 

 

0,0 0,0 0,50 0,40 0,08 0,0  0,0 0,00 0,98 



Şəki 

 

0,08 0,28 0,36 0,20 0,12 0,30  0,20 0,12 1,40 



Qəbələ 

 

0,09 0,40 0,54 0,30 0,04 0,0  0,16 0,08 1,67 



Şamaxı 

 

0,15 0,50 0,40 0,30 0,19 0,04  0,08 0,20 1,87 



 

N.A.Babaxanov və N.Ə.Paşayevin (2004) «Qafqaz təqvimi», «Qafqaz haqqında məlumatlar məcmuə»ləri 

və digər mənbələrdən topladıqları maraqlı materialların bəzilərini sadalamaq yerinə düşərdi. Məsələn, 1852-ci il 

tarixli «Qafqaz təqvimi»ndə yazılır: «6 avqustda Kür çayı sahilində Eymur kəndindən Ketovana qədər 40 

verstlik məsafədə güclü göy gurultusundan sonra 30 dəqiqə ərzində şiddətli yağışla bərabər və ölçüsü 1-20 futa 

(1 fut-0,3048 m) çatan müxtəlif ölçülü, müxtəlif formalı buz parçaları yağmışdır, bunun da nəticəsində bağlar, 

bostan sahələri məhv edilmiş, meşələrdə böyük ağacların bütün budaqları sınmış, çəkil bağlarında isə ağaclar 

kökünə qədər məhv edilmişdir».  

«Qafqaz haqqında məlumatlar» məcmuəsində 1859-1878-ci illər ərzində Qafqazda 451 dəfə dolu düşməsi 

qeydə alınması göstərilir. Bunun 333-dən dəyən zərər 5,5 mln. rubla bərabər olmuşdur. Həmin dövr ərzində 

Azərbaycanda 49 dəfə dolu düşməsi qeydə alınmışdır. 1912-1916-cı illər  ərzində Azərbaycana 2,5 mln. rubl 

ziyan dəymiş, ən çox ziyan çəkən Yelizavetpol (Gəncə) quberniyası olmuşdur. Ziyanın məbləği Zəngəzurda – 

489 min rubl., Gəncədə – 380 min rubl, Karyagində (Füzulidə) isə 370 min rubl olmuşdur.  

Meteoroloji aylıq məcmuələrin məlumatlarına istinad edərək göstərilən müəlliflər 1969-70-ci illərdə 

respublikamızda 30 rayonun doludan ziyan çəkməyini qeyd edirlər. 1969-1973-cü illər  ərzində Qazax 

rayonunun 10 təsərrüfatında doluvurma nəticəsində 600 ha dənli, 100 ha çoxillik yem bitkiləri məhv olmuş və 



 

376


ziyan 500 min rubl məbləğində qiymətləndirilmişdir. Doluvurmanın ən ağır nəticələri Zaqatala rayonunda 1970-

ci ilin aprel-may, Qazax rayonunda 1972-ci ilin sentyabr, Saatlı rayonunda isə 1973-cü ilin yanvar aylarında 

qeydə alınmışdır. Zaqatala rayonunda 1970-ci ili aprel-may aylarında doluvurma nəticəsində 318 ha tütün 

(əkinin 100%-i),801 ha taxıl, 180 ha çoxillik yem otları sahəsi, 5 ha bostan bitkiləri məhv edilmişdir. Yalnız 

2002-ci il mayın 5-də düşən dolu Qazax, Tovuz, Ağstafa, Qax rayonlarının təsərrüfatlarına 100 mlrd. manat 

ziyan vurmuşdu. Qax rayonunda düşən dolunun hündürlüyü 50 sm olmuşdur (Babaxanov, Paşayev, 2004).  



Doluya qarşı mübarizə tədbirləri. Doluya qarşı mübarizə aparmaq məqsədilə radiolokatorun köməyilə 

dolu buludlarının yeri müəyyənləşdirilir, onun düşmə sahəsi və dolunun ölçüsü təyin edilir. Sonra radiolokatorla 

müəyyən edilmiş dolu mənbəyinə zenit artilleriyası və raketlərlə reagentlər (yodlu – gümüş, yodlu - qurğuşun) 

buraxılır.  

Doluya qarşı  topdan «Elbrus - 2» güllələrinin buraxılması qorxulu deyil. Bu güllələr 100 mm-lik zenit 

toplarından atılır. Zenit toplarının effektivlik radiusu 14 km-ə çatır, reagentin çəkisi 75 qramdır. Bir zenit 

topundan «Elbrus-2» gülləsi dolunu dağıtdıqda 40-60 ha sahəni doludan qorumaq olur.  

Dolu buludunu dağıtmaq məqsədilə «Bulud» adlı raket qurğusundan da istifadə olunur.  

Vaxtilə respublikamızda zenit artilleriyası və raketlərdən istifadə olunaraq, min hektarlarla kənd təsərrüfatı 

sahələri doluvurmadan mühafizə olunurdu. Lakin son 10 ildən artıqdır ki, doluya qarşı mühafizə  dəstələrinin 

fəaliyyəti məlum hadisələrə görə dayandırılmışdır. Lakin respublikamızda kənd təsərrüfatına, bağlara və başqa 

sahələrə dolu vurma hadisələrinin törətdiyi ziyanları aradan qaldırmaq üçün doluya qarşı mühafizə dəstələrinin 

işinin bərpa olunması məqsədə uyğundur.  

 

23.9. SEL HADİSƏLƏRİ  

Dağ və dağətəyi çaylarının yataqlarında dağıdıcı qüvvəyə malik və gətirmələrlə (əsasən daş, qum, çınqıl, lil, 

qismən ağac, ot və s.) zəngin, qısamüddətli güclü axınlara sel deyilir. Bu hadisə Azərbaycanda sel, Orta Asiya 

Respublikalarında sil, Fransada nant, Almaniyada mur, Gürcüstanda qvarsoppi adlanır.    

Sellər, intensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə  əriməsi, yamaclardan 

məcraya çoxlu miqdarda süxur qırıntı materiallarının tökülməsi və s. nəticəsində baş verir. Sel hadisələrinin 

aktivləşməsində antropogen faktorlar (dağ yamaclarında meşələrin qırılması, meşənin subalp çəmənləri ilə 

yuxarı  sərhədinin aşağı salınması, yay otlaqlarında və meşələrdə mal-qaranın intensiv otarılması ilə  əlaqədar 

torpaq və ot örtüyünün deqradasiyası və s.) da mühüm rol oynayır.  

Daşqınlardan fərqli olaraq, sel ayrı-ayrı dalğalar  şəklində  hərəkət edir. Sürəti 0,5-5,0, bəzən 15 m/san-yə 

çatır. Axının 70-80%-i gətirmə materiallarından (süxur qırıntıları, palçıq, daş və s.) ibarət olur, suyun payına 20, 

bəzən 30% düşür. Axının yuxarı hissəsində sürəti aşağıya nisbətən 5…. 7 dəfə çox olur, ona görə  də  aşağı 

hissədə qısa müddətdə olduqca çoxlu miqdarda axıb gətirilən material toplanır. Bir dəfədə bəzən bir neçə mi-

lyon m


3

 qırıntı materialı gətirilir, bunların içərisində bəzi daşların ağırlığı 100-200 ton olur.  

Sel hadisələri ABŞ, Yaponiya, Vyetnam, Avstriya, İsveçrə,  İtaliya, Qafqaz, Qazaxıstan, Orta Asiya 

respublikaları, Krım, Sibir və başqa ölkə və regionların dağlıq ərazilərində baş verir.  

Sel axınları böyük sıxlığa(1100-2000 kq/m

3

 və bəzən daha çox) və güclü sürətə malik olduğundan çayların 



yatağını  və sahillərini yuyur, qarşısındakı maneələri dağıdır, insan tələfatına səbəb olur. Belə  fəlakətli sel 

hadisələri ABŞ-ın Los-Anceles şəhəri rayonunda (1914, 1916, xüsusilə 1934 və 1938-ci illərdə), Qazaxıstanın, 

əsasən Kiçik Alma-Ata çayında (1921, 1963, 1973) baş vermişdir. V.A.Alekseyenko (2005) Tyan-Şanda diame-

tri 3,5 m olan sel gətirən daşlar müşahidə etmişdir. Əlbəttə, belə iri daşlar böyük dağıdıcı gücə malikdir. Müəllif 

qeyd edir ki, 1968-ci ildə Tyan-Şanda baş verən güclü sel axını bir neçə  dəqiqə  ərzində Alma-Ata şəhərinin 

yaxınlığında yerləşən qəsəbəni dağıtdı. Qırğızıstanın olduqca gözəl  İssakkul dağ gölünü məhv etdi. Gölün 

yaxınlığında olan insanlar seldən xilas ola bilmədilər. Sel hadisələrindən Novorossiysk, Alma-Ata və digər 

şəhərlərdə də ciddi dağıntılar olması məlumdur.  

Dağlıq ölkələrdə sellərin yaratdığı dağıdıcı hadisələrdən çoxlu misallar gətirmək olar.  

Azərbaycanda Böyük Qafqazın cənub və  cənub-şərq yamacı  və Naxçıvan MR-in çayları güclü dağıdıcı 

selləri ilə məşhurdur.  

Böyük Qafqazın cənub yamacında L.N.Leontyevin (1951) sel hadisələrinin getdikcə azalması (zəifləməsi) 

fikrinin  əleyhinə olaraq B.Ə.Budaqov, N.A.Babaxanov (2004) qeyd edirlər ki, Azərbaycanda (o cümlədən 

Böyük Qafqazın cənub yamacında) XX əsrdə sellər daha da aktivləşmiş  və arealını genişləndirmişdiir. 



 

377


Müəlliflər bunun səbəbini  əsasən antropogen faktorların təsirinin güclənməsi ilə  əlaqədar açıq (bitkisiz) 

ərazilərin genişlənməsi ilə izah edirlər. Onların fikrincə, sel hadisələri əsasən yaz-payız aylarında hər 3-4 ildən 

bir təkrarlanır, son 100 ildə Azərbaycanda 200-dən artıq dağıdıcı sellər baş verərək respublikaya 1,5 mlrd. ABŞ 

dolları miqdarında ziyan vurmuşlar. 1910-cu il avqust ayında gecə vaxtı güclü leysan zamanı Şin çayında 2 saat 

davam edən coşğun sel nəticəsində  Şəki rayonunun Baş Göynük kəndində 130 ev dağılmış, 400 nəfər adam 

ölmüş, 10 minlərlə mal-qara qırılmışdır. Belə dağıdıcı sellər Şinçayda insan ölümü ilə nəticələnməsə də, 1955, 

2000, 2003-cü illərdə də baş vermişdir. Böyük dağıntıya və insan ölümünə səbəb olan sellər 1936 və 1955-ci 

illərdə Kişçayda, 1931-ci ildə Ordubadçayda olmuşdur. 1772-ci ildə Kişçayda baş verən sel hadisəsi  Şəki 

şəhərinin çox hissəsini tamamilə dağıtmışdır. Son 100 ildə Kişçayda 20 dəfə, Balakənçayda 9 dəfə, Göyçay, 

Şinçay, Vəndamçay, Girdimançay, Ordubadçay, Kendeçay və digər çayların hər birində 10 dəfə dağıdıcı sel 

hadisələri təkrarlanmışdır. Yalnız 1998-ci ildə baş vermiş sellər nəticəsində Azərbaycan iqtisadiyyatına 50 mln. 

ABŞ dolları miqdarında zərər dəymişdir (Budaqov, Babaxanov, 2002, Babaxanov, Paşayev, 2004).  

Yuxarıda göstərilən müəlliflər qeyd edirlər ki, Azərbaycan əhalisinin               1 milyon nəfəri daima sel 

təhlükəsi altında yaşayır. 18 inzibati rayonun ərazisində yerləşən 100-dən çox şəhər və kəndlər fasilələrlə və ya 

müntəzəm olaraq sellərə məruz qalır. Bunlardan Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Göyçay, 

Ordubad və s. kimi inzibati rayon mərkəzlərini göstərə bilərik. Respublikanın dəmir yollarının 300, avtomobil 

yollarının 1000 km-i, 100-lərlə körpü fasilələrlə sellərə məruz qalır.  

S.H.Rüstəmov (1960) sellərin  əmələ  gəlməsi  şəraitinə, selbasar ayrı-ayrı çay hövzələrinin fiziki-coğrafi 

xüsusiyyətlərinə və sellərin vurduğu ziyanın dərəcəsinə görə respublikanın ərazisini üç əsas rayona bölür:  

1. Şiddətli sel olan rayonlar. Buraya Böyük Qafqazın cənub yamacının mərkəzi hissəsi, Naxçıvan MR-in 

Ordubad, Culfa və  Şahbuz rayonları daxildir. Bu rayonlarda sellərin inkişafına  şərait yaradan təbii amillər 

vardır. Böyük Qafqazın cənub yamacı relyef xüsusiyyətlərinə  və geoloji quruluşuna görə digər dağlıq 

rayonlarından kəskin fərqlənir. Burada dağ yamaclarının çox yerləri asanlıqla aşına bilən gil şistlərindən, qum 

və mergellərdən ibarət olub, həm səth və qobu eroziyasının geniş yayılması, həm də sellərin inkişafı üçün 

əlverişli şərait yaradır.  



2. Orta dərəcəli sel olan rayonlar. Buraya Kiçik Qafqazda Zəngəzur və Dələdəyəz silsilələrinin Naxçıvan MR 

ərazisinə düşən yamacları və Qarabağ silsiləsinin cənub-şərq yamacı daxildir. Bu rayon iqliminin kontinentallığı, re-

lyefin girintili-çıxıntılı, bitki örtüyünün zəif olması  və eroziya prosesinin geniş yayılması ilə respublikanın başqa 

rayonlarından fərqlənir. Burada sel ən çox Vənənd, Əylis, Ordubad və Çanaxçı çaylarında müşahidə edilir.  



3. Zəif dərəcəli sel olan rayonlar. Buraya Quba, Qusar rayonları və Kiçik Qafqazın şimal yamacı daxildir. 

Bu rayonlarda aşınmaya məruz qalan süxurların az olması, eroziya prosesinin nisbətən zəif inkişaf etməsi sel 

hadisələrinin seyrək halda baş verməsinə səbəb olur.  


 

378


 

Şəkil 23.1. Azərbaycanın seli hövzələri (tərtib edənlər: B.Ə.Budaqov, İ.E.Mərdanov). 1 – güclü sel təhlükəli 

hövzələr (2-3 ildən bir); 2 – orta sel təhlükəli  (5-10 ildən bir); 3 – zəif sel təhlükəli (10-15 ildən bir); 4 – 

potensial sel təhlükəli; 5 – seldən təhlükəsiz hövzələr 

 

23.1 saylı  şəkildə B.Ə.Budaqov və  İ.E.Mərdanov tərəfindən tərtib olunmuş Azərbaycan Respublikasının 



selli çay hövzələrində onların sellilik dərəcəsi xəritə-sxemi verilir.  

İndiyə  qədər Azərbaycanda sellərə qarşı kompleks mübarizə  tədbirləri həyata keçirilməyib, yalnız passiv 

mübarizə metodları ilə, yəni böyük xərc və  vəsait sərf olunaraq çay yataqlarında və yamaclarda mühəndis-

texniki qurğularından, sahilbərkidici hidrotexniki vasitələrdən istifadə etməklə kifayətlənildiyindən demək olar 

ki, səmərəli nəticə  əldə edilməmişdir. Bu mübarizə  tədbirləri yalnız sellərin yaratdığı  nəticələri aradan 

qaldırmaq üçün həyata keçirilir.  

Lakin sellərlə mübarizə məqsədilə passiv metodlarla yanaşı, həm də aktiv metodlardan, yəni selləri əmələ 

gətirən səbəblərin qarşısının alınması istiqamətində mübarizə aparmaq daha çox vacibdir. Bura əsasən dağ 

yamaclarında bitki örtüyünün mühafizəsi və bərpası tədbirləri daxildir.  

Apardığımız tədqiqat işləri göstərdi ki, dağ meşələri eroziyaya və sellərin qarşısını almaqda böyük rol 

oynayır, belə ki, çöl təcrübə işlərimizə əsasən normal meşə torpağının susızdırma qabiliyyəti yüksək olub 70-

100 mm/dəq-dirsə, qanunsuz qırıntı nəticəsində seyrəkləşmiş meşə sahəsində (doluluğu 02-yə salınmış) torpağın 

susızdırma qabiliyyəti normal meşəyə nisbətən 40-50 dəfə, meşəsizləşdirilmiş kəndətarfı örüşə nisbətən isə 60-

70 dəfə az olmuşdur (şək. 23.2, 23.3).  



 

379


 

Şəkil 23.2. Meşəbitmə şəraitinin transformasiyası ilə əlaqədar  

torpağın su hopdurması 

1.

 

Aşağı doluluqlu palıd meşəsi 

2.

 

Palıd seyrəkliyi (cığırlar arasında) 

3.

 

Paıd seyrəkliyi (cığırlarda) 

4.

 

Meşənin yerində subalp çəmənliyi 

 

Şəkil 23.3. Yuxarı meşə qurşağında palıd seyrəkliyində mal-qara  



otarılan sahədə torpağın suhopdurma qabiliyyəti 

 

380


 

 

Şəkil  23.4. Meşənin yerində yaranan subalp çəmənliyində torpağın suhopdurma qabiliyyəti 

1 – cığırların arasında; 2 – cığırlarda 

 

 



Yüksək dağlıq, o cümlədən subalp meşələri eroziyanın və dağıdıcı sellərin zəifləməsində mühüm rol 

oynayır. Təəssüf ki, apardığımız tədqiqatlar nəticəsində aydın olmuşdur ki, respublikamızın bütün dağlarında 

təbii (iqlim) sərhədində (2400-2500 m) meşələrə  təsadüf etmək çox çətindir. Meşənin müasir (antropogen) 

yuxarı  sərhədi orta hesabla dəniz səviyyəsindən1600-1900 (2000 m) yüksəklikdən keçir, bəzən isə bu sərhəd 

təsərrüfat üçün daha əlverişli olan az meyilli yamaclarda 1300-1400 m-ə endirilmişdir.  

Tədqiqatlar göstərir ki, şimal və yamacların az meyilli bütün cəhətlərində meşə örtüyü yox edildikdə onu 

müəyyən müddətdən sonra subalp çəmənləri  əvəz etməyə başlayır. Yamacın cənub baxarlarının dik 

yamaclarında isə meşənin məhv edilməsi arzu olunmaz təhlükəli nəticələrə  gətirib çıxarır. Belə ki, öz 

mühafizəçisindən məhrum qalmış yamaclarda elə bil ki, dərhal müvazinət kəskin pozulur. Uzun illərin yaratdığı 

münbit torpaq qatı dağlıq şəraitinə məxsus olan güclü leysan yağışların təsirinə davam gətirə bilməyərək dağılır, 

sular onu çaylara, dərələrə axıdaraq sel mənbəyinə çevirir.  

Təcrübələr göstərir ki, meşənin yerində yaranmış subalp çəmənləri meşənin rolunu özü kimi oynaya bilmir. 

Meşənin geri çəkilməsi və onun yerində  çəmən bitkiləri və kolluqların yaranması torpağın strukturunu və 

susızdırma qabiliyyətini pisləşdirir. Təcrübələr göstərir ki, çəmən bitkisinin torpaqoruyucu rolu meşədən 

dəfələrlə geri qalır. Belə ki, çəmənin suhopdurma qabiliyyəti seyrək meşəyə nisbətən 2-3 dəfə, normal meşəyə 

nisbətən isə 8-10 dəfə  aşağıdır. Torpağın susızdırma qabiliyyətinə mal-qara otarılması daha çox mənfi təsir 

göstərir. Bu istiqamətdə apardığımız tədqiqat işləri göstərir ki, seyrək meşədə mal-qara cığırları arasında su, 

torpağa 15-18 mm/dəq sürətlə hopduğu halda, mal-qara cığırlarında bu sürət 2,5-3,0 dəfə az olmuşdur              

(şəkil 23.4). Buna görə də normadan dəfələrlə artıq mal-qara otarılan çəməndə leysan yağışları torpağa hopmağa 

macal tapa bilmir və torpaq səthində güclü su axımı əmələ gətirir, bu da çim qatının dağılmasına, şırımların və 

yarğanların əmələ gəlməsinə şərait yaradır. Elə bu səbəbdən də meşəsi az olan və meşənin yuxarı sərhədi daha 

çox aşağı düşən Kürmük, Tala, Şin, Kiş, Dəmiraparan, Tikanlı, Vəndam və Girdiman çayları hövzələrində daha 

dağıdıcı sellər müşahidə olunur. Sellərin güclənməsinə bu çayların yuxarı axarlarında yerləşən yay otlaqlarında 

(subalp və alp çəmənlərində) mal-qara otarılması da böyük təsir göstərir.  

Katex, Mazım və Balakən çayları hövzələrinin çox hissəsi dövlət qoruğunun sahəsində olduğundan meşələr 

nisbətən yaxşı qorunduğu üçün eroziya prosesi zəif gedir, sel hadisələri az olur, bu çayların suyu çox vaxt duru 

axır.  

Əməkdar meşəçi, professor İ.S.Səfərovun məlumatına görə, respublikamızda sel təhlükəsi olan 34 çayın 



hövzəsinin 30%-ə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ yamaclarında belə azlığı nəticəsində sel 

hadisələri respublikamızda geniş yayılmışdır. Çünki dağ yamaclarını yalnız və yalnız meşələr dərinə  işləyən 

güclü kök sistemi və nəhəng yerüstü gövdələri ilə tutub saxlamağa, mühafizə etməyə qadirdir.  

Akademik A.İ.Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarını bərkidici rolunu göstərərək qeyd edir ki, 

meşələr Yerin relyefini yarandığı dövrdəki kimi saxlaya bilir. O, daha sonra yazır ki, meşə bitkisi elə dik 

yamaclarda kök sala bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz.  

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, dağ çayları hövzələrində eroziyaya və dağıdıcı sellərə 


 

381


qarşı aktiv mübarizə metodlarına aid olan aşağıdakı  tədbirlərin həyata keçirilməsi təbiəti mühafizə  işinin  ən 

aktual və təxirəsalınmaz vəzifəsi hesab edilməlidir. Mövcud meşələrin mühafizəsini gücləndirmək, hər vasitə ilə 

onların məhsuldarlığını və qoruyucu funksiyasını yüksəltmək, meşəsizləşdirilmiş yamaclarda (əsasən meşənin 

yuxarı sərhədində) eroziyaya qarşı meşəliklər yetişdirmək, yay otlaqları kimi istifadə olunan yuxarı dağ qurşağı 

meşələrində mal-qara otarılmasına yol verməyərək meşənin təbii sərhədinə qayıtmasına kömək göstərmək, 

otarma normasına riayət etməklə müxtəlif eqrotexniki tədbirləri həyata keçirərək, subalp və alp çəmənlərinin 

məhsuldarlığını artırmaq.  

 

 



23.10. SÜRÜŞMƏLƏR 

Ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin yamac boyu aşağıya sürüşərək yerini dəyişməsi 



sürüşmə adlanır. Sürüşmələr abraziya, eroziya, aşınma, suffoziya, seysmik hadisələr, həmçinin yerin geoloji, 

geomorfoloji  şəraitini nəzərə almadan insan tərəfindən təsərrüfat məqsədilə görülən işlərin təsiri nəticəsində 

yaranır. Sürüşmə  əsasən susaxlayan (gilli) və sulu (qumlu-çınqıllı  və s.) süxur laylarının üst-üstə yerləşdiyi 

yamaclarda baş verir. Süxur layları yatımının yamacın meyli istiqamətinə uyğun gəlməsi və ya onların həmin 

istiqamətdə çatlarla kəsilməsi sürüşmənin inkişafına təsir göstərir.  

Çox miqdar və leysan yağıntıları, daşqın və sel hadisələri də sürüşmənin yaranmasına və  fəallaşmasına 

səbəb olur.  

Sürüşmələr  əkin sahələrinə, sənaye müəssisələrinə, yaşayış  məntəqələrinə, yollara, meşə sahələrinə  və s. 

böyük zərər yetirir, insan ölümünə də səbəb olur.  

K.Y.Kondratyevin (1995) məlumatına əsasən 1981-1989-cu illər ərzində yüz fəlakətli sürüşmələrin yalnız 

biri zamanı mindən artıq insan tələfatı olmuşdur (Ekvador, 1987). Bu dövr ərzində (1987-ci ildə) Neapolda daha 

çox insan (35 min adam) sürüşmədən ziyan çəkmişdir. Sürüşmədən  ən böyük maddi zərər  İsveçrəyə (1988) 

dəymişdir. 1989 və 1998-ci ilin qışı və yazında Çeçenistan və İnquşetiyada sürüşmələrin fəallaşması nəticəsində 

27 minə qədər adam evsiz-eşiksiz qalmışdır.  

2006-cı il fevral ayının 16-17-də Filippində torpaq sürüşməsi olub, iki kənd torpaq altında qalmış, 500-ə 

qədər adam həlak olmuşdur.  

 

 

 



Şəkil 23.5.  Azərbaycan Respublikası ərazisinin sürüşmə dərəcəsinə görə rayonlaşdırılması xəritə-sxemi 

(tərtib edən: B.Ə.Budaqov) 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin