QƏRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə59/64
tarix21.04.2017
ölçüsü4,26 Mb.
#15061
1   ...   56   57   58   59   60   61   62   63   64

23.5. DAŞQINLAR  

Daşqınlar vahid hadisə zamanı mütləq ölümün sayına görə birinci yerdə durur.  

Ən güclü daşqınların tarixi 23.4 saylı cədvəldə göstərilir.  

Çində Xuanxe və Yantszı çaylarında bəndlərin dağılması nəticəsində 1887-ci ildə 900 min adam, 1931-ci 

ildə isə 1 mln. adam həlak olmuşdur. 1985-ci il mayın sonunda Benqal körfəzində tropik tsiklondan 25 min 

adam ölmüşdür. YUNESKO-nun məlumatına görə 1947-1960-cı illər dövründə Yer üzərində daşqınlardan, 

tropik tsiklonlardan, tayfunlardan, tufanlardan 2,9 mln. insan ölmüşdür.  

Suyun səviyyəsinin qalxmasına qasırğa, tufanlar, sunami, leysan yağışlar, qarın tez əriməsi, çaylarda buzun 

yığılıb maneə törətməsi ola bilər.  

Qasırğa, tufan, burağan adətən leysan yağışlarla müşayiət olunur, bunun nəticəsində çay və göllərdə suyun 

səviyyəsi qalxır. Dənizlərin sahilində göstərilən təbii hadisələr hündürlüyü 15 m-ə çatan qasırğa dalğaları yarada 

bilər. 1922-ci ildə Çində Xan çayının körfəzində belə dalğaların qalxması qasırğa (150 km/saat) leysan yağışı 

ilə müşayiət olunaraq daşqın  əmələ  gətirdi. Böyük dağıntılar oldu və bu, 60000-ə  qədər insan tələfatı ilə 

nəticələndi.  

Hollandiyada 1953-cü ildə  fırtına dalğaları ilə  bəndlər dağılmış, hündürlüyü 9 metrə çatan su, ölkənin 

daxilinə doğru soxularaq fəlakətli daşqın əmələ gətirmişdir.  

Tsiklonlar yaranan daşqın yeri S.Peterburqun Fin körfəzi sayılır. Burada 1824-cü ildə baş verən daşqın 

zamanı 200-dən artıq adam ölmüşdür (B.A.Alekseyenko, 2005). 

Adətən yağışla müşayiət olunan qarın sürətlə  əriməsi Rusiyanın hər yerində çoxlu daşqınların  əmələ 

gəlməsinə səbəb olur. 1998-ci ildə fəlakətli daşqın zamanı Hindistanda 82 min km

2

 ərazi su altında qalmış, 7,2 



mln. yaşayış evi dağılmış, 2379 adam ölmüş, 172 min baş ev heyvanı tələf olmuşdur.  

1998-ci ildə Çində Yantszı çayında baş verən daşqın nəticəsində 2500 adam həlak olmuş, 56 mln. adam 

evsiz-eşiksiz qalmışdır.  

2001-ci ilin yazında  Yakutiyada baş verən faciəli daşqın  Lensk  şəhəri ilə birlikdə ona bitişik Saldıkel, 

Murya, Natora, Nyuya, Batamay qəsəbələrini də praktiki olaraq alt-üst etmişdir. Burada daşqın yerlərində yalnız 

evlərin, sənaye obyektlərinin bünövrələri qalmışdır. Daşqın zamanı 46790 adam zərər çəkmiş, onlardan daşqın 

zonasında 30977 sakini başqa yerlərə köçürülmüşdür.  


 

370


1970-ci ildə Banqladeşdə olan fırtına və sel-daşqın zamanı 300 min adam həlak olmuş və itkin düşmüşdür. 

Yalnız 2002-ci ildə baş vermiş daşqınlar nəticəsində dünyanın 80 ölkəsində 17 mln. adam zərər çəkmiş, 8 mln. 

km

2

 ərazi su altında qalmış, dünya iqtisadiyyatına 40 mlrd. ABŞ dolları həcmində zərər dəymişdir.  



2006-cı il yanvarın 2-də başlayan leysanlar yanvarın 3-də də davam edərək, İndoneziyada daşqanlara səbəb 

oldu, bir neçə kəndi su basdı, sürüşmə  nəticəsində evlər torpağın altında qaldı, 250-dən artıq insan dünyasını 

dəyişdi.  

31 mart, 5 aprel 2006-cı ildə Elba və Dunay çaylarında baş verən daşqınlar nəticəsində Avstriya

Macarıstan, Çexiya və Almaniyanın 8 şəhərində, xüsusilə Saksoniya vilayətində, o cümlədən Elba çayı üzərində 

yerləşən tarixi Drezden şəhərində  gərgin vəziyyət yarandı. Drezdendə Elba çayının səviyyəsi 7,5 metrə çatdı, 

əgər bu səviyyə 0,5 m də qalxsa idi, bütün şəhər su altında qalardı. Daşqın zamanı 10 nəfərdən artıq insan 

dünyasını dəyişdi. Minlərlə adam evakuasiya olundu. Almaniya və Çexiyada fövqəladə vəziyyət elan olundu.    

Azərbaycanda daşqın hadisələri  əsasən Kür-Araz ovalığında Kürün aşağı axarlarında yerləşən  ərazilərdə 

baş verir. Bu daşqınlar və onların nəticələri haqqında məlumatların  şərhi N.A.Babaxanov və N.Ə.Paşayevin 

(2004) yazdıqdarı «Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi» əsərinə istinad edilərək verilmişdir.  

Kür-Araz çaylarının yaratdığı daşqınlar onların aşağı axarları sahillərində yerləşən Zərdab, Kürdəmir, 

Sabirabad, Saatlı, Salyan, Neftçala rayonlarının 150-yə  qədər yaşayış  məntəqəsinə  və  Əli Bayramlı  şəhərinə 

fasilələrlə böyük ziyanlar yetirir. 

Müəlliflər qeyd edir ki, hazırda respublika əhalisinin 15%-i daşqın təhlükəsi altında yaşayır. Kür çayının 

yaratdığı daşqın hadisələri hələ  qədim vaxtlardan ovalıqda böyük dağıntılar və ölüm hadisələri törətmişdir. 

Məsələn, 1897-ci ildə Kür çayında baş vermiş daşqın nəticəsində 200 min hektar torpaq, o cümlədən əkin sahələri 

yararsız hala düşmüş, təsərrüfatlara dəyən zərərin həcmi dövrün pul vahidi ilə 1,3 mln. qazıl pul təşkil etmişdir. 

Yalnız 1915, 1921, 1933-cü illərdə baş vermiş daşqınlar nəticəsində 290 min hektar əkinə yararlı qiymətli torpaq 

sahəsi su altında qalmışdır. 1900-2003-cü illərdə Kür və Araz çaylarında 150-yə  qədər daşqın hadisəsi qeydə 

alınmış və bunun nəticəsində Azərbaycan iqtisadiyyatına təqribən 1 mlrd. ABŞ dolları miqdarında zərər dəymişdir. 

Hər baş verən daşqınla mübarizə işinə 1,5-2,0 mln. ABŞ dolları sərf edilmişdir.  



 

Cədvəl 23.4  

Bəzi böyük daşqınların nəticələri 

(F.İaklin, L.Beykerin məlumatına görə) 

 

Tarix Yeri 

Ölənlərin sayı Maddi 

ziyan 

 

1 2 





İyun 1972 –ci il  

ABŞ-ın 

şərq 


hissəsi   

100-dən artıq  

2 mlrd. doll.  

İyun 1972 –ci il 

Rapid-Siti  Cən. 

Dakota 


  

215 


10 mlrd. doll. 

9 oktyabr 1963 –cü 

il 

Belluno, İtaliya 2000-dən artıq  



«Vayont» 

bəndindən suyun 

aşıb-daşması  

4 oktyabr 1955 –ci il 

Pakistan, 

Hindistan  

1700 

63 mln. doll.  



1 avqust 1954 –cü il 

Kazvin vilayəti, 

İran   

2000-dən artıq   - 



31 yanvar-1 fevral 

1953 –cü il 

Şimali Avropa  

2000-dən artıq  

Sahil rayonları 

xarabalığa çevrildi  

28 avqust 1951 –ci 

il 


Mancuriya  

5000-dən artıq   - 

1887 –ci il 

Xenan, Çin  

9000-dən artıq  

Yaşayış 


məntəqələri 

dağıldı («Sarı» 

çayın daşması) 


 

371


1 2 



1911 –ci il 

Yantzı, Çin 

100000 


1642-ci il 

Çin  

300000 


 

Kür çayında daşqın hadisələri, əsasən 4 ay (mart-iyun ayları) baş verir.  



Azərbaycanda 1954-cü ildə tikilən su anbarları və hidrotexniki qurğular Kür və Araz çaylarında baş verən 

daşqınların qarşısını almaqda böyük rol oynadı, lakin onun qarşısını tamamilə ala bilmədi.  

Yalnız 1967, 1969, 1979, 1982, 1988, 1997, 2002, 2003-cü illərdə baş verən daşqınlar nəticəsində 

Azərbaycan iqtisadiyyatın azı 0,5 mlrd. ABŞ dolları həcmində birbaşa və dolayı yolla zərər dəymişdir.  

Qeyd etmək lazımdır ki, Kür və Araz çaylarının aşağı axınlarında 800 km-ə qədər məsafədə bir, bəzən iki 

sıra torpaq bəndləri min illərdən bəri  ətraf  ərazilərdəki yaşayış  məntəqələrini,  əkin sahələrini, bağları 

daşqınlardan qoruyurdu. Bu bəndlərin təmirinə hər il külli miqdarda vəsait sərf edilirdi. Son 20 ildə bu bəndlərə 

münasibət dəyişmiş, yararsız hala düşmüş və ya onlardan başqa məqsədlər üçün istifadə edilir. Hazırda Kürboyu 

zonada yaşayış məntəqələri genişləndiyindən, bəzi ərazilərdə bəndlər kəndlərin daxilində qalmışdır. Əslində isə 

yaşyış məntəqələri torpaq bəndlərindən 50-100 metr aralıda yerləşməliydi, bəndlərlə çay arasında bütün tikinti 

işləri və digər mənimsənilmələr dövlət qanunu ilə qadağan olunmalıdır. Burada yalnız meşələrin, meşə-bağların 

salınması  məqsədəuyğun olardı. Bu torpaq bəndlər bəzən dağıdılır,  ətraf  əraziləri suvarmaq üçün bəndləri 

kəsərək arxlar və kanallar çəkilir, üstündən avtomobil yolu kimi istifadə edilir.  

Tarixən Kürün sağ sahilində çay boyunca çoxlu kiçik göllər və axmazlar mövcud olmuşdur. Onlardan 

Sarısu və  Ağgöl indi də qalmaqdadır. Vaxtilə bu göllər və axmazlar Kür çayının suyunun tənzimlənməsində 

mühüm rol oynamışdır. Belə ki, Kür çayı daşarkən, sular bu göl və axmazlara dolar, səviyyə aşağı düşəndə isə 

əksinə göl və axmazlardan Kür çayına axaraq, onun səviyyəsini tənzimləyərdi. Lakin 1960-cı ildən başlayaraq 

göl və axmazları Kürlə birləşdirən təbii kanal və axarlar insanlar tərəfindən bağlanıldı. Onların bəziləri 

qurudularaq  əraziləri pambıq bitkisi altında istifadə olundu. İnsanların təbiətə belə düşünülməmiş müdaxiləsi 

nəticəsində ərazidəki təbii torpaq və bitki örtüyünə, heyvanat aləminə neqativ təsirini göstərmişdir (Babaxanov, 

Paşayev, 2004). Onu da qeyd edək ki, göl və axmazların qurulmasında Mingəçevir su anbarının tikilməsi ilə 

əlaqədar Kürboyu yerləşən  ərazinin su rejiminin dəyişməsi, yeraltı suların səviyyəsinin aşağı düşməsi, çayın 

dövri olaraq daşıb  ətraf sahələri basmasının müşahidə olunmaması mühüm rol oynamışdır. Bununla yanaşı, 

gəmiçilik üçün Kürün istiqamətinin (əyrilərinin) düzləşdirilməsi ilə  əlaqədar göl və axmazların Kürdən xeyli 

aralı düşməsi də onların qurumasında müəyyən rol oynamışdır, bu həm də relyefin mikrohündür yerlərində 

rütubətsevər qovaq meşələrinin qurumasına səbəb olmuşdur. Bu proses haqqında Azərbaycanın meşələri 

(Məmmədov, Xəlilov, 2002) kitabında geniş məlumat verilir.  

Kür və Araz çaylarının aşağı axarı ərazilərində yaşayış məntəqələri bir-birinə yaxın yerləşir, bəzən bir-birilə 

birləşərək vahid məskunlaşma sistemi yaradır. Burada əhalinin sayı 1 mln.-dan artıq təşkil edir və artım sürətlə 

gedir. Odur ki, baş verən daşqın əvvəlki illərlə müqayisədə daha çox ziyan yetirir.  

2002-ci ilin dekabr ayı və 2003-cü ilin əvvəlində (qış mövsümü dövründə) Azərbaycanın bütün ərazisində 

son 100 ildə baş verməyən real dağıdıcı daşqın və sel hadisələri təhlükəsi yaranmışdı. Bəzi Kürətrafı ərazilərdə 

10 min hektarlarla əkin sahələri su altında qaldı.  Əməli olaraq görülən tədbirlər (torpaq bəndlərinin 

bərkidilməsi, təmiri, yenidən qurulması) nəticəsində ərazidəki yaşayış məntəqələri (Kürdəmir, Neftçala, Salyan) 

daşqınlardan qismən mühafizə oluna bildi.  

2003-cü ilin mart-may aylarında Kür-Araz çayları suyunun 30-40 ildən sonra yenidən ən yüksək səviyyəyə 

çatması burada məskunlaşan 1,5 mln.-dan artıq  əhalini, 10 min hektarlarla əkin sahələrini, minlərlə yaşayış 

evlərini böyük təhlükə qarşısında qoydu. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılan hesablamalara görə, 

2003-cü ildə müxtəlif təhlükəli fəlakətlər nəticəsində  kənd təsərrüfatına 145,4 mld. manat ziyan dəymişdir, 

bunun 60%-dən çoxu Aran rayonlarının payına düşür (əsasən daşqınlar vurduğu ziyan).  

Kür çayının səviyyəsinin kəskin aşağı düşməsi də Kür-Araz ovalığında problemlər yaradır. 2002-ci ilin yay 

aylarının  əvvəllərində son 50 ildə  təsadüf olunmayan, Kür çayının səviyyəsi kəskin aşağı düşdü.  Ərazidə 

əkinçilik yalnız suvarmaya əsaslandığından  əkin sahələrinin bir hissəsi tamamilə  məhv olmuş. bağ  və 

üzümlüklərin çoxu quruyaraq yararsız hala düşmüşdür. Kürdə səviyyənin kəskin aşağı düşməsi nəticəsində suyu 

çaydan vuran borular çaydan aralı qalmış, onlardan istifadə mümkün olmamışdır. Bu hal 20-25 gün davam 

etdiyindən  əhali içməli sudan da çox əziyyət çəkmişdir. Kür sahilindəki axmazlar, göllər, süni yaradılan 

balıqyetişdirilən göllərin  əksəriyyəti qurumuş, balıqçılıq təsərrüfatına xeyli ziyan dəymişdir. Kür çayı 

hövzəsindəki kənd  əhalisinin gediş-gəlişi üçün istifadə edilən nəqliyyat vasitələri (gəmi, qayıq) fəaliyyətini 



 

372


dayandırmışdır.  

Yuxarıdakılar göstərir ki, daşqınlar bütün dünyada ağır nəticələrlə müşayiət olunur, epidemiya 

xəstəliklərinə, ölüm hadisələrinə və aclığa səbəb olur.  

Daşqın suları torpaqları, təsərrüfat qurğularını, binaları, yolları, əkin sahələrini basır. Böyük su kütləsinin 

yüksək sürəti körpüləri aparır, sahil qurğularını dağıdır, gətirilən iri daşlar insanlar üçün təhlükə yaradır. Su 

çəkiləndən sonra yığılan çay gətirmələri (lil, qum, çınqıl) əsasən kənd təsərrüfatına böyük zərər yetirir.  



 

23.6. TROPİK TSİKLONLAR  

Tropik tsiklonlar özündə olduqca böyük enerji ehtiyatı daşıyır və böyük dağıdıcı gücə malikdir. Orta ölçülü 

tsiklonun kinetik enerjisini bir neçə nəhəng hidrogen bombasının partlayış enerjisi ilə müqayisə etmək olar və 

şimal yarımkürəsinin bütün kinetiv enerjisinin 10%-nə qədərini təşkil edir.  

Əksəriyyət ölkələrdə tropik tsiklonların baş verməsi haqqında xəbərdarlıq sisteminin fəaliyyət göstərməsinə 

baxmayaraq hər bir tsiklonun keçməsi arzuolunmaz insan tələfatı ilə nəticələnir. İnsan tələfatı və böyük maddi 

zərər qasırğalı küləklərlə, güclü leysan tərəfindən yaradılan daşqınlarla, həmçinin suyun fırtınalı qovulması ilə 

əlaqədardır. Suyun qovulması nəticəsində tsiklonun quruya doğru hərəkəti zamanı sahil boyu su 8 metr və daha 

çox qalxa bilər.  

1998-ci ilin oktyabrında Qonduras və Nikaraquada ən dağıdıcı qasırğalardan sayılan «MİTCH» qasırğası 11 

min adamın həyatına son qoydu, 2 mln. adam isə evsiz-eşiksiz qaldı. Bu ölkələrdə son 200 ildə  ən güclü 

daşqınlar baş verdi. Qasırğanın vurduğu iqtisadi ziyanın ümumi miqdarı 2 mlrd. dolları keçdi.  

 

 

Tropik tsiklonlar törənən rayonlar 



  Tropik tsiklonlar ilin istənilən vaxtında Sakit okeanın cənub-şərq hissəsi və Atlantikanın cənub hissəsi 

müstəsna olmaqla bütün okeanların tropik hissələrində baş verə bilər. Onlar ən çox Sakit okeanın tropik 

zonasının  şimal hissəsində baş verir, burada hər il orta hesabla 30-a qədər tsiklon müşahidə olunur. Tropik 

tsiklonların əsas inkişaf mövsümləri avqust, sentyabr aylarıdır, qış və yaz aylarında onların təkrar olunması çox 

azdır.  

  Tropik tsiklonlar daha çox (87%) 5

0

  və 20


0

 enliklərdə baş verir. Daha yüksək en dairələrində onlar 

yalnız 13% halda təsadüf olunur. 35

0

 şimal en dairəsindən şimalda və 22



0

 cənub enliyinin cənubunda tsiklon heç 

vaxt qeydə alınmamışdır. Böyük intensivliyə malik olan tropik tsiklonlar hər rayonda öz adını daşıyır. Sakit 

okeanın şərq hissəsində və Atlantikada onlar uraqan (ispan dilində urakan), Hindistan yarımadası ölkələrində 



tsiklon və ya ştorm, Uzaq Şərqdə tayfunlar («tay» adlı çin sözündən, güclü külək deməkdir). Az yayılan yerli 

adlardan – Avstraliyada «villi-villi», Okeaniyada – «villi-vau», Filippində  «baqio» adlanır. Azərbaycanda 

tropik tsiklona qasırğa deyilir.    

 

Tropik tsiklonların baş vermə səbəbləri və təkamülü  

  Tropik tsiklonlar su səthində yüksək temperatur (26

0

-dən yüksək) olan yerdə  və su ilə havanın 



temperatur fərqi 2

0

-dən artıq olduqda baş verir. Bu, buxarlanmanın çoxalmasına, havada rütubət ehtiyatının 



artmasına səbəb olur, bu da məlum dərəcədə atmosferdə istilik enerjisinin toplanmasını  təyin edir və havanın 

şaquli qalxmasına şərait yaradır. Əmələ gələn güclü çəkici qüvvə su səthinin üzərində isinmiş və rütubətlənmiş 

yeni-yeni hava kütləsini çəkib aparır. Yerin fırlanması qalxan havaya burağan hərəkəti verir və burağan 

möhtəşəm gücə malik fırlanğıca çevrilir.  

 

İntensivliyinə görə tropik tsiklonlar aşağıdakı kimi adlanır:  



1.

 

Tropik qəzəbi – küləyin sürəti az olur (17 m/san) 



2.

 

Tropik depressiya – küləyin sürəti 17-20 m/san 



3.

 

Tropik fırtına – küləyin sürəti 38 m/san-yə qədər  



4.

 

Tayfun (qasırğa) – küləyin sürəti 39 m/san-dən çox 



Tropik tsiklon mülayim en dairəsinə  çıxdıqda özünün spesifik xassəsini itirir və qeyri-tropik enliyin adi 

tsiklonuna çevrilir. 

  

23.7. TAYFUNLAR  

Tayfunlar  ən dağıdıcı tropik tsiklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin 

iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu 

ziyanları çətinliklə bərpa edə bilir.  

Sakit okeanın qərb hissəsinin üzərində ildə 25-30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon 

dənizinə  və Primorski ölkəsinə  çıxır. Bütün bunlar Filippindən  şimali-şərqdə okean üzərində  əmələ  gəlir. 



 

373


Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik tsiklonlarda müşahidə olunan 

minimal təzyiq geniş  tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə 

çıxdıqda mərkəzlərində təzyiq 960-1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 

mm-ə, küləyin sürəti işə 20-35 m/san-yə çatır.  

Uzaq Şərqin mülayim enliklərinə tayfunların çıxma vaxtı iyuldan başlayaraq, sentyabr daxil olmaqla davam 

edir. May, iyun və oktyabr aylarında Yapon dənizində tropik tsiklonlar nadir hallarda peyda olur və ya müşahidə 

edilmir.  

Son illər bir neçə yadda qalan qeyri adi dağıdıcı tropik tsiklonların olması ilə əlamətdardır. Onların arasında 

1992-ci ildə Floridada baş verən  «Endryu»  qısırğasını göstərmək olar. Əvvəlcədən qasırğanın olacağı haqda 

vaxtında verilən xəbərdarlığa görə  cəmi 65 adam həlak oldu. Lakin «Endryu» 60000 ev və digər tikintiləri 

dağıtdı və 30 mlrd. dollar ziyan vurdu. 

Altı il keçdikdən sonra (1998-ci il 22 sentyabr) Mərkəzi Amerikada «Corc» qasırğası zamanı küləyin sürəti 

saatda 200 milə çatırdı. Qasırğa 4000 adamın həyatına son qoydu, Salvador və Nikaraqua dövlətlərinə 10 mlrd. 

doll. ziyan vurdu.  

1999-cu il dekabrın ortalarında Venesuelanı darmadağın edən güclü daşqınlar və sürüşmələr, 20000 adamın 

ölümünə səbəb oldu, iqtisadi ziyanın miqdarı 15 mlrd. təşkil etdi. 

1999-cu il sentyabrın sonunda «Bart» tayfunu sıx əhalisi olan Kyusyu şəhərində 26 adamın həyatına son 

qoydu, ölkəyə 5 mldr. maddi ziyan vurdu.  

Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert «jurnal of Geophysikal 

Reslarch» məqaləsində bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920-1970-ci illər arası 

40-a qədər qış qasırğası baş verimşdir. Sonralar temperaturun yüksəlməsi ilə əlaqədar olaraq qasırğaların tez-tez 

baş verməsi müşahidə edildi, 1985-ci ildən başlayaraq şimal yarımkürəsində ildə 80-ə qədər qasırğa hadisəsi baş 

verir. Son onillikdə  Qərbi Avropada çoxlu saylı misli görünməmiş dağıdıcı güclü qasırğalar baş vermişdir. 

1999-cu ilin qışında Qərbi Avropada üç qeyri-adi dəhşətli qasırğa olmuşdur: «Anatol», «Martın» və «Lotar». Bu 

qasırğalar 150 insanın ölümünə səbəb olaraq 10,3 mlrd. dollar maddi ziyan vurmuşdur. Dekabrın 26-sı milad 

bayramı günü «Lotar» qasırğası Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar ziyan yetirdi.  

2001-ci ildə Primorsk ölkəsində havaya heç bir tayfun bilavasitə təsir göstərmədi, lakin 2000-ci ildə dörd 

dəfə baş verdi: «KAİ-TAK», «SAOMAİ», «PROPİROON» və «BOLAVEN». Sonuncu tayfun daha dağıdıcı 

oldu: 116 yaşayış məntəqəsini su basdı, 190 körpü və 2000 km-ə qədər avtomobil yolu sıradan çıxdı. İqtisadi 

zərər 800 mln. rubldan artıq oldu.  

Aşağıda qasırğaların xronikası göstərilir:   

Kalkutta, 1737-ci ildə. 300000 adam həlak oldu.  

-  Vest-Hind adaları (Atlantik okeanında). Böyük qasırğa, 1780-ci il. ABŞ. 6000 adamın həyatına son 

qoyuldu.  

Qonkonq, 1906-cı il. 10000 adam öldü.  

-  Qalveston, 1900-cu il. ABŞ-ın tarixində  ən məhvedici qasırğa. 4-5 metrlik fırtına dalğaları Qalveston 

adalarını bütövlüklə örtdü, 8000 insan həlak oldu.  

Mayami böyük qasırğası. 1926-cı il, 900 adam həlak olmuş, iqtisadi nəticəsinə görə ən dağıdıcı sayılır. 80 

mlrd. dollar ziyan dəymişdir.    

Santo-Dominqo qasırğası, 1930-cu il. Dominikan Respublikası, 4 saat ərzində 4000 adamın həyatına son 

qoydu, 5000 adam yaralandı, 9600 bina dağıldı.  

-  Flora qasırğası. Kuba, Haiti, 10 sutka ərzində 7200 adam həlak oldu. Qasırğa bir neçə  dəfə Kubanı 

müxtəlif istiqamətlərdə kəsib keçdi. Kofe plantasiyalarının məhsulunun 90%-ni məhv etdi.  

Banqladeş qasırğası (tsiklonu). 1970-ci il. Fırtına dalğalarından 300000-dən artıq insan həlak oldu.   

«Fifi», Qonduras. 8000 adam həlak oldu.  

«Ayk», Filippin. 1,1 mln. adam evsiz qaldı, 1363 adam öldü.   

«Endryu» qasırğası. ABŞ. Tarixdə ən çox ziyan vurmuş 26,5 mlrd. dollara başa gəlmişdir.   

«Mitç» qasırğası. Mərkəzi Amerika, Atlantikanın ən məhvedici qasırğası, 11000 adam həlak olmuşdur.  

«Qorki» tropik tsiklonu. Banqladeş, 1991-ci il. 138 min adam həlak olmuş və itkin düşmüşdür.  

23 sentyabr 2005-ci ildə başlanan «Rita» qasırğası sentyabrın 24-də Amerika sahillərinə (Texas ştatı), 190 

km/saat sürətilə külək əsib (qasırğa 19 ştatı əhatə edib), daşqınlar baş verib, minlərlə adam təxliyə (evakuasiya) 

olunmuşdur.  

Karib qasırğalarının xronikası  

«Janne» (kateqoriya 1), 16 sentyabr, 2004. Şərq sahil. Samana və Puerto-Plato 



 

374


«Corc» (kateqoriya 3), 22 sentyabr, 1998. Santo-Dominqo və La Romana, cənub-şərq sahil.  

«Qortenziya» (kateqoriya 3) 10 sentyabr, 1996. Punta-Kanıdan Somanıya qədər. Şərq sahil. 130 km/saat. 

«Emeli» (kateqoriya 4). 22 sentyabr 1987. Bani, cənub-qərb sahil, küləyin sürəti 220 km/saat. 

«David» (kateqoriya 4), 31 avqust 1979. Santo-Dominqo və cənub sahil.  

«Beula» (kateqoriya 4), 10-11 sentyabr 1967. Baraonanın qərb hissəsi. Küləyin sürəti 225 km/saat. 

«İnes» (kateqoriya 4), 29 sentyabr 1996. Baraonanın qərb hissəsi. Külyin sürəti 240 km/saat.  



«Edis» (kateqoriya 2), 26-27 sentyabr 1963. La Romana, cənub sahil, küləyin sürəti 160 km/saat. 

«Kati» (kateqoriya 1), 16 oktyabr 1955. Baraonanın qərb hissəsi. Küləyin sürəti 125 km/saat.    

«San - Zenon» (kateqoriya 4-5), 3 sentyabr 1930. Santo-Dominqo, mərkəzi hissəsi.  

Lils. 21 sentyabr 1894. Santo-Dominqoda ilk dəfə qeydə alınan qasırğa.    

 

23.8. LEYSAN YAĞIŞLARI, DOLU  

Leysan yağışları dedikdə, topa yağış buludlarından sutka ərzində 15-20 mm-dən artıq iri yağış damlaları 

(diametri 7 mm-ə qədər) şəklində yüksək intensivlikdə düşən yağıntılar nəzərdə tutulur.  

Dünyada ən güclü leysan Vunionvilldə (ABŞ) 1956-cı ilin iyulun 4-də qeydə alınmış, dəqiqədə 31,2 mm 

yağıntı düşmüşdür. Havay adalarında yağıntı (1913-cü il) dəqiqədə 21 mm təşkil etmişdir. 1860-1861-ci ildə 

Çerapunçidə (Hindistan) il ərzində 26461 mm yağıntı düşmüşdür.  

Respublikamızda leysan yağışları  ən çox Böyük Qafqazın cənub yamacında təkrarlanır. Maksimal 

yağıntılar Əlibəy meteor. stansiyasında dəqiqədə 10,7 mm (10-17 iyun 1959-cu il), Damarçik (Kişçayın qolu) 

stansiyasında 6,50 mm (30 iyun 1953-cü ildə), Qəbələdə – 6 mm (22 iyun 1959-cu ildə) qeydə alınmışdır. 

Cənub yamacda leysan yağışları əsasən yaz və payızda (bəzən yayda) aprel və oktyabr aylarında günün ikinci 

yarısında, axşam, bəzən isə gecə saatlarında müşahidə edilir. Yağıntı yaradan proseslər qərbdən hərəkət etdikdə 

şiddətli leysanlar Şəki-Zaqatala, şərqdən qərbə hərəkət etdikdə isə Oğuz-İsmayıllı-Şamaxı bölgəsində baş verir. 

Leysan yağışların intensivliyi dəniz səviyyəsindən 600-1200 m yüksəklikdə dəqiqədə 4,0-6,0 mm, 1700-2000 

m-də 9,0-11,0 mm-ə çatır.  İl  ərzində  şiddətli leysanlar ən çox Zaqatala, Qax, Şəki, Qəbələ rayonlarında (4-8 

dəfə),  ən az isə  Şamaxıda qeydə alınmışdır.  Şiddətli leysan yağışları  həmçinin  Şuşa-Laçın, Kəlbəcər-İstisu, 

Lənkəran zonalarında da baş verir. Respublikanın düzən rayonlarında, Abşeronda və Naxçıvan MR-də tək-tək 

hallarda leysanların intensivliyi dəqiqədə 2-4 mm müşahidə edilir (Cabbarov M.A., 1978).  

Leysan yağışları güclü torpaq eroziya prosesinə, sürüşmələrə, uçqunlara, sellərə, daşqınlara səbəb olur. 

Yolları, kommunikasiya sistemlərini yararsız hala salır, şəhər nəqliyyatının normal fəaliyyətini pozur, yollarda 

tıxaclar əmələ gətirir. Kanalizasiya qurğuları yağış sularını tam ötürə bilmir, gətirilmiş zibil və s. asılı material-

lar kanalizasiya qurğularını müvəqqəti sıradan çıxarır, yaşayış evlərinin zirzəmiləri, yağış suları ilə dolur. Bakı 

şəhərində belə hallar hər 3-5 ildən bir-iki dəfə təkrar olunur. 2002-xi il mayın 14-də Masallıda,mayın 25-də Sa-

birabadda, iyulun 6-7-də Qusar, Xaçmaz. Quba və Dəvəçidə, iyunun 30-da və iyulun 1-də Zaqatalada, noyabrın 

9-10-da Lənkəranda baş vermiş leysan yağışlar bu rayonların təsərrüfatlarına külli miqdarda zərər vurmuş, 

dağıntılara səbəb olmuşdur (Babaxanov, Paşayev, 2004).  

Külli miqdar yağıntılar Bakı şəhərində də müşahidə olunur. Məsələn, 25 dekabr 2005-ci il gecə başlayan 

yağış 26 dekabrda da bütün günü davam etdi, yollarda gölməçələr, palçıq yığınları əmələ gəldi, Badamdar yo-

lunda sürüşmə baş verdi, şəhərdə  nəqliyyatın iş rejimi pozularaq iflic vəziyyət  yarandı, avtomobillərin qəza 

hadisələri çoxaldı.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin