Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Azərbaycanda vərəmə nəzarət proqramının təşkilatı strukturu



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Azərbaycanda vərəmə nəzarət proqramının təşkilatı strukturu 
Mülki sektorda vərəmə nəzarət proqramı və onun təşkili 
MVNP  ÜST-nin  tövsiyə  etdiyi  Birbaşa  Müşahidə  Olunan  Terapiya  (və  ya  DOT) 
strategiyasına  müvafiq  olaraq  aparılır.  Vərəmli  xəstələrin  müalicəsi  DOT  müalicə 
qaydalarına  uyğun  olaraq  bütün  şəhər,  rayon,  qəsəbə  və  kəndlərdə  tibb  müəssisələrində 
təşkil  olunaraq  aparılır.  Xəstədə  vərəm  xəstəliyi  aşkar  olunarsa  o,  mütləq  qaydada  daimi 
yaşadığı  ünvan üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyata  götürülür və müalicəsi 
onun  yaşadığı  ünvana  yaxın  DOT  məntəqəsində  təşkil  olunur.  Xəstə  yaşayış  ünvanını 
dəyişirsə  o,  “TB  09”  göndəriş/köçürülmə  sənədinin  vasitəsilə  bir  vərəm  əleyhi  tibb 
müəssisindən digərinə köçürülür.  
Penitensiar vərəmə nəzarət proqramı və onun təşkili. 
PVNP  mülki  sektorda  olduğu  kimi  DOT  müalicə  strategiyasına  müvafiq  olaraq 
aparılır.  İstintaq  təcridxanalarda  və  Cəzaçəkmə  müəssisələrində  aktiv  və  passiv  yolla 
vərəmli  xəstələr  aşkar  olunaraq  İxtisaslaşdırılmış  müalicə  müəssisəsinə  göndərilir  və 
mərkəzləşdirilmiş qaydada müalicə ilə təmin olunurlar. Müalicəyə cəlb olunan vərəmli xəstə 
müalicəsi başa çatmadan azadlığa buraxılırsa, o zaman xəstə “Sağlamlığa Xidmət” İctimai 
birliyinin  dəstəyi  ilə  VƏTM-nə  köçürülür  və  müalicəsinin  qalan  hissəsi  orada  (DOT 
məntəqəsində) davam etdirilir.   
 
LAYİHƏ 
Layihənin məqsədi və onun tərkib hissələri  
Layihənin  məqsədi  DH-vərəm  və  DD-vərəm  xəstəliyi  ilə  mübarizəni  genişləndirmək  
və  DD-vərəm  və  o  cümlədən  GDD-vərəm  hallarının  artmasının  qarşısının  almaqla 
Azərbaycanda  vərəm  xəstəliyinin  səviyyəsini  aşağı  salmaqdır.  Layihə,  əhalinin  DH-vərəm 
və  DD-vərəmin  müayinə  və  müalicəsindən  istifadə  etməsinə  yardım  edəcəkdir.  Layihənin 
məqsədi  beynəlxalq  tövsiyyələrə  əsaslanaraq (ÜST-nin  yenilənmiş  Stop  TB strategiyası  və 
vərəmin qarşısının alınması üzrə Qlobal Plan 2006-2015) və Vərəmlə Mübarəzə üzrə Milli 
Proqramın  ayrılmaz  hissəsi  kimi  və  QF-un  9-cu  Raund  “Penitensiar  sistemdə  vərəmə 
nəzarətin 
gücləndirilməsi”  çərçivəsində  azadlığa  buraxılan  vərəm  xəstələrinin 
müalicələrinin  sonadək  davam  etdirmələrinə  nəzarət  etmək  və  onlara  sosial  dəstək 
göstərməkdən ibarətdir.  
Layihənin  hədəfi  hər  il  müalicəsi  tamamlanmadan  azadlığa  buraxılan  140  vərəmli 
xəstənin  (120  DH-vərəmli  xəstə  və  20  DD-vərəmli  xəstə)  VƏTM-də  onların  müayinə  və 
müalicə ilə təmin olunmalarına şərait yaratmaq. 
 
Layihənin həyata keçirilməsininə dair hüquqi sənədlər: 
o
 
   Azərbaycan Respublikası ƏN TBİ və SX İB arasında Qlobal  Fondun 9-cu Raund 
“Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində 
'Adi'  vərəm/  Dərmana  Davamlı  vərəm  əleyhinə  müalicəni  başa  çatdırmadan  azadlığa 
buraxılan  keçmiş  məhbusların  mülki  sektorda  müalicələrini  davam  etdirmələrinin  təşkili, 
nəzarəti və dəstəyi” layihəsi üzrə 26 fevral 2011-ci il tarixli Əməkdaşlıq Müqaviləsi 
 
o
 
   Azərbaycan  Respublikası  SN  ETACXİ  və  Qlobal  Fondun  9-cu  Raund  Vərəm 
Layihəsinin  sub-resipiyenti  SX  İB  arasında  müalicəsi  başa  çatmadan  Ədliyyə  Nazirliyinin 
İxtisaslaşdırılmış  müalicə  müəssisəsindən  azadlığa  buraxılmış  vərəmli  xəstələrin  SN-nin 
tabe  vərəm  əleyhi  tibb  müəssisələrində  müalicələrinin  sonadək  izlənilməsi  üzrə  10  May 
2012-ci il tarixli Əməkdaşlıq Müqaviləsi.  
 
o
 
   Müalicəsi  başa  çatmadan  Ədliyyə  Nazirliyinin  İxtisaslaşdırılmış  müalicə 
müəssisəsindən  azadlığa  buraxılmış  vərəmli  xəstələrin  SN-nin  tabeçiliyində  olan  vərəm 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
131 
 
əleyhi  tibb  müəssisələrində  müalicələrinin  davam  etdirilməsinə  məsul  tibb  işçisi,  azadlığa 
buraxılmış vərəm xəstəsi və müalicələrinin sonadək izlənilməsinə sosial dəstək göstərən və 
nəzarət edən SX İB arasında Razılaşma sənədi. 
Layihə dörd əsas tərkib hissədən ibarətdir: 
a)
 
 Azadlığa  buraxılmazdan  əvvəl  xəstələrin  siyahısının  dəqiqləşdirilməsi,  onların 
maarifləndirilməsi  və  müalicələrinin  MVƏM-də  davam  etdirməsinə  hazırlıq,  penitensiar 
vərəm  müəssisəsi  ilə  mülki  vərəm  əleyhi  müəssisələr  arasında  əlaqələndirmə  və 
inteqrasiyanın təmini 
b)
 
Xəstələrin  İMM-dən  mülki  vərəm  əleyhi  müəssisəyə  köçürülməsi,  daimi  yaşayış 
yeri  üzrə  vərəm  əleyhinə  dispanserdə  qeydiyyata  götürülməsi  və  müalicənin  davamının 
təşkili; 
c)
 
Xəstənin müalicəsi başa çatana kimi müalicənin gedişatını izləmək, xəstələrə sosial 
dəstək  göstərmək,  ABVX-nin  müalicəsinə  məsul  tibb  işçisinə  maddi  və  mənəvi  dəstək 
olmaq,  xəstənin  müalicəsi  tamamlanana  kimi  aylıq  dərman,  əlavə  ərzaq  və  digər 
həvəsləndiricilərlə DOT məntəqəsini təmin etmək və müalicə və müayinələrin aparılmasına 
nəzarət etmək; 
d)
 
Müalicə  nəticələrinin  elektron  məlumat  bazasına  daxil  edilməsini  təmin  etmək, 
müalicənin  sonunda  xəstələrin  müalicə  nəticələrini  HKK-na  təqdim  etməklə  müalicənin 
başa çatdırılması, qeydiyyat və hesabatların aparılması. 
 
Azadlığa buraxılmazdan əvvəl fəaliyyətlər 
Azad olacaq xəstələrin siyahısının hazırlanması 
Xəstənin  azadlığa  buraxılmasına  3  ay  qalmış  onun  barəsində  dolğun  məlumat: 
xəstənin  adı,  soyadı,  atasının  adı,  DOTS  müalicəsinə  qoşulma  tarixi,  müalicə  qeydiyyat 
nömrəsi,  TDB  nəticəsi,  DHT  nəticəsi,  azad  olma  tarixi,  göndərilmə  ünvanı,  diaqnozu  və 
müalicəni  bitirəcəyi  tarix  qeyd  olunan  siyahı  İMM  tərəfindən  SN-nin  Bakı  baş  səhiyyə 
idarəsinə, ETACXİ və SX İB-nə poçt yaxud kuryer vasitəsilə çatdırılır.  
SX İB-nin müalicəyə sadiqliyi təmin edilməsi üzrə konsultantı İMM-nin tərtib etdiyi 
siyahıda adları qeyd olunan xəstələri aylar üzrə qruplaşdıraraq onların maarifləndirməsi və 
məlumatlandırılması üçün müalicə şöbələrini müəyyən edir.  
Müalicəsi başa çatmadan azadlığa buraxılacaq xəstələrin siyahısı dəqiqləşdirilərək SX 
İB-nin elektron ünvanina göndərir. 
 
Maarifləndirmə sessiyaları və məlumatlandırma. 
Azadlığa  buraxılacaq  xəstələr  üçün  azad  olmazdan  üç  ay  əvvəl  maarifləndirmə 
sessiyalarının aparılmasına başlanılır.  
Sessiyalar, hər biri azı 45 dəqiqə və iştirakçıların sayı 1-5 nəfər olmaqla həftədə 2 dəfə 
SX  İB-nin  müalicəyə  sadiqliyin  təmin  edilməsi  üzrə  konsultantı  tərəfindən  müvafiq 
müqavilə və vəzifə öhdəliklərinə əsasən aparılır.  
 
Sessiyanın əsas məqsədi xəstələrin müalicəyə ara vermədən, imtina etmədən tam kurs 
müalicə  almalarını  təmin  etmək  və  bu  məqsədlə  müalicənin  tam  sona  çatdırılmasının 
vacibliyi,  dərman  qəbuluna  fasilə  verilərsə,  yaxud  müalicə  yarımçıq  dayandırılarsa    onun 
xoşagələməz  nəticələri  barəsində  xəstələr  maarifləndirilir  və  eyni  zamanda  azadlığa 
buraxıldıqdan sonra müalicənin necə, harada və kimin dəstəyi və nəzarəti vasitəsilə davam 
etdiriləcəyi  barədə  müfəssəl  məlumatlandırılırlar.  Sessiyada  iştirak  edən  xəstələrə  vərəmin 
müalicəsinin davam etdirilməsinin vacibliyi barədə broşürlər paylanılır. 
 
Maarifləndirmə  işinin  səmərəli  və  cəlbedici  olması  mqsədilə  iştirakçılara  məlumatlar 
dəqiq  və  düzgün  olaraq,  vacib  məlumatlar  təkrar-təkrar  söylənilərək,  dinləyicinin  başa 
düşəcəyi və onu inanacağı tərz və üslubda, müxtəlif maarifləndirici vasitələrlə çatdırılır.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
132 
 
Sessiyalar zamanı aşağıdakı vasitələrdən istifadə olunur:  

 
 prezentasiyalar  

 
 diskusiya qruplar  

 
 fərdi və qrup brifinqlər  

 
 plakat broşürlər, flip poster  

 
 fakt vərəqələri  

 
 tamaşalar  

 
 video filmlər 

 
 video çarxlar və s. 
 
Maarifləndirici  sessiyada  iştirak  edən  şəxslər,  sessiyanın  sonunda  xüsusi  tərtib 
olunmuş  qeydiyyat  vərəqində  öz  iştiraklarını  imzaları  ilə  təsdiq  edirlər.  Xəstə  imza 
etməkdən  imtina  etdikdə,  qeydiyyat  vərəqini  şöbə  həkimi  imzalayır.  Həmin  sənəddə 
sesiyanın keçirildiyi tarix, başlandığı və sona çatdığı vaxt qeyd edilir.  
SX  İB-nin  müalicəyə  sadiqliyin  təmin  edilməsi  üzrə  konsultantı  tərəfindən  hər  ay, 
həftədə  2  (iki)  sessiya  olmaqla,  bir  ayda  8  (səkkiz)  sessiya  keçirilməsi  planlaşdırılır. 
Xəstələrin  və  sessiyaların  sayı  müvafiq  tələbata  əsasən  ƏR  ilə  razılaşdırıldıqdan  sonra 
artırıla bilər.
 
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı hər ayın sonunda ay 
ərzində  apardığı  sessiyaların  sayı  göstərilməklə  İMM-nin  baş  həkimi,  İMM-nin  müalicə 
şöbəsinin  həkimi  və  SX  İB-nin  direktorunun  iştirakı  ilə  akt  tərtib  edir  və  sessiya 
iştirakçılarının siyahıları ilə birgə SX İB-nin layihə rəhbərinə təqdim edir.  
 
Xəstənin kimliyi və sosial vəziyyətinə dair sorğu vərəqəsinin doldurulması. 
ABVX  azadlığa  buraxılmasına  bir  ay  qalmış  onunla  müalicəyə  sadiqliyin  təmin 
edilməsi  üzrə  konsultant  İMM-də  ayrıca  otaqda  ayrılıqda  görüşərək  onunla  bir  daha 
maarifləndirici  söhbət  aparır  və  onun  özü,  ailəsi,  yaxınları  haqqında  məlumatlar,  onların 
əlaqə  telefonları,  onun  azadlığa  buraxıldıqdan  sonrakı  planları,  sosial  vəziyyəti,  yaşayış 
ünvanı və yaşayış şəraiti barədə məlumatları əks etdirən sorğu anketi doldurur. 
 
Xəstə ilə əlaqə saxlamaq üçün məlumatların  əldə olunması 
Xəstə azadlığa buraxıldıqdan sonra onun özü və yaxınları ilə əlaqə saxlanılması üçün 
onun bütün mümkün telefon əlaqələri; xəstənin özünün təqdim etdiyi, sorğu anketində qeyd 
olunan telefon nömrələri öyrənilir.  
Əgər  xəstə  azadlığa  buraxıldıqdan  sonra  əldə  edilən  telefon  nömrələri  vasitəsilə 
onunla  əlaqə  saxlamaq  mümkün  olmursa  o  zaman,  xəstənin  İMM-də  olduğu  müddətdə 
telefon danışıq otağından əlaqə saxladığı telefon nömrələri vasitəsilə o axtarılır və tapılaraq 
müalicəsinin  davam  etdirməməsinə  səbəb  olan  amillər  araşdırılaraq  ona  lazımi  dəstək 
göstərilir və müalicəsinin davam etdirilməsinə çalışılır. 
Müalicə və müayinələrinə dair sənədlərin toplanılması 
ABVX-nin  İMM-dən  mülki  vərəm  əleyhi  müəssisəyə  köçürülməzdən  əvvəl  xəstənin 
müayinə  və  müalicəsinə  dair  aşağıda  qeyd  olunan  tibbi  sənədlərinin  surəti  çıxarılarılaraq 
toplanılır: 
a)
 
Müalicə (gündəlik dərman qəbulunun qeydiyyatı) vərəqinin surəti (TB 01 formada 
sənəd) 
b)
 
DD-vərəm xəstəsinin fərdi vərəqəsi 
c)
 
Dərmanların əlavə təsirlərinin qeydiyyat vərəqi (TB 02 formada sənəd) 
d)
 
Klinik və biokimyəvi analizlərin nəticələri 
e)
 
Xəstənin tibb kitabçasından çıxarış (epikriz) 
f)
 
Xəstənin  İMM-dən  MVƏM-yə  köçürülməsi  üçün  göndəriş/köçürülmə  sənədi  “TB 
09” formada sənəd. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
133 
 
g)
 
Bütün  yuxarıda  qeyd  olunan  sənədlər  SX  İB-nin  konsultantı  və  İMM-nin  şöbə 
həkimləri tərəfindən toplanaraq İMM-dən SX İB-yə təqdim edilir. Sənədlərin təhvil-təslimi 
İMM  tərəfindən tərtib olunmuş qeydiyyat  jurnalına qeyd edilərək,  İMM-nin  və SX  İB-nin 
məsul əməkdaşlarının imzaları ilə təsdiqlənir. 
Xəstə  azadlığa  buraxılan  zaman  bir  daha  o  müalicəsinin  davam  etdirilməsi  barədə 
məlumatlandırılaraq  ona  məlumat  zərfi  verilir.  Zərf,  xəstənin  tibb  kitabçasından  çıxarış 
(epikriz),  “TB09”  göndəriş/köçürülmə  formada  sənəd,  MVƏM-nin  ünvan  və  əlaqə 
telefonları, məlumatlandırıcı vərəqə və vərəmə dair maarifləndirici broşürlərdən ibarətdir.  
 
Mülki sektorda müalicənin davam etdirilməsinin təşkili 
 
Müalicənin DOT müalicə qaydalarına uyğun təşkili  
ƏN  İMM  ilə  mülki  vərəm  əleyhi  müəssələr  arasında  mütəmadi  olaraq  məlumat 
mübadiləsi aparılır.  
Xəstənin  azadlığa  buraxılmasına  1-2  həftə  qalmış  SX  İB-nin  koordinatoru  İMM-dən 
xəstə  barəsində  əldə  edilən  məlumatları  xəstə  azadlığa  çıxdıqdan  sonra  yaşadığı  ərazi  üzrə 
VƏD-in məsul həkiminə çatdırır və xəstənin azad olma tarixi barədə məlumat verir; 
SX  İB-nin  əməkdaşı  xəstənin  daimi  yaşayış  ünvanında  deyil,  faktiki  olaraq  başqa 
ünvanda  yaşayacağı  gözlənildiyi  halda, bu barədə ərazi  üzrə VƏD məlumat  verir və xəstə 
qeydiyyata  götürüldükdən  sonra  onun  müalicəsinin  faktiki  yaşayış  ünvanına  yaxın  tibb 
məntəqəsində (DOT kabinetdə) təşkil olunmasını təmin edir; 
MVƏM-də  müalicəyə  cəlb  olunmuş  xəstələrə  məsul  tibb  işçilərinin  eyni  zamanda 
ABVX-nin müalicəsinin davam etdirməsində dublikasiyaya yol verməmək məqsədilə, xəstə 
azadlığa  buraxılmazdan  əvvəl  onun  hansı  tibb  məntəqəsində  müalicə  alacağı  barəsində 
məlumatlar elektron poçt vasitəsilə MVNM-nə göndərilir. 
SX İB, ABVX-nin müalicəsinin MVƏM-də davam etdirilməsinin təşkili  üçün zəruri 
olan  bütün  tibbi  və  digər  sənədləri  xəstənin  müalicəsi  davam  etdiriləcək  VƏD-ə  və  DOT 
məntəqəsinə təqdim edir.  
SX  İB,  xəstənin  müalicəsinin  davam  etdirilməsi  və  müalicə  müddətində 
qeydiyyatların  aparılması  məqsədilə  hər  xəstə  üçün  fərdi  sənədlər  qovluğu  hazırlayaraq 
DOT məntəqəsində ABVX-nin müalicəsini aparan məsul tibb işçisinə təqdim edir.  
 
Azadlığa buraxılan vərəm xəstəsinin MVƏM-yə qeydiyyata götürülməsi 
DH-vərəmli  xəstə  azadlığa  buraxıldıqdan  sonra  o,  İMM-dən  zərfin  içərisində  ona 
verilən  epikriz və “TB09” formada göndəriş sənədini özü ilə götürərək qeydiyyatda olduğu 
ərazi üzrə VƏD-ə müraciət edir.  
Xəstə  VƏD  getməzdən  əvvəl  SX  İB-nin  əməkdaşı  tərəfindən  onunla  telefon  əlaqəsi 
yaradılır və mümkün olduğu halda SX İB-nin həkim koordinatoru ilə birgə VƏD-ə gedir.  
Xəstə İMM-dən ona verilən  epikriz və “TB09” formada göndəriş sənədinin əsasında 
VƏD-ə  qeydiyyata  götürülür  və  göndəriş  sənədinin  talon  hissəsi  doldurularaq  SX  İB-nin 
əməkdaşı vasitəsilə xəstəni köçürən müəssisəyə, yəni İMM-yə göndərilir. 
DD-vərəmli xəstə İMM-dən azadlığa buraxılan zaman İMM-nin baş həkimi tərəfindən 
təşkil  olunmuş  ambulans  vasitəsilə  ETACXİ  çatdırılır  və  müvafiq  təhvil-təslim  sənədi 
imzalanaraq  təhvil  verilir.  Xəstəni  təhvil  alan  MVNP  məsul  həkimi  onunla  maarifləndirici 
və  məlumatlandırıcı  söhbət  apararaq  onu  müalicəsini  davam  etdirməsi  nəzərdə  tutulan 
VƏD-ə ünvanlayır. 
Xəstə  VƏD-ə  qeydiyyata  götürüldükdən  sonra  o  müalicəsini  öz  faktiki  yaşadığı 
ünvana  yaxın  məsafədə  yerləşən  tibb  məntəqəsində  (DOT  kabinet)  davam  etdirməyə 
başlayır. 
   

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
134 
 
Azadlığa buraxılan vərəm xəstəsinin müalicənin izlənilməsi və müalicəyə sadiqliyi 
təmin etmək 
Müalicənin davam etdirilməsi 
ABVX-nin  müalicəsini  davam  etdirən  mülki  vərəm  əleyhi  müəssisənin  tibb  işçisi  ilə 
SX  İB arasında  “Razılaşma” sənədi  imzalanır. Tibb işçisi Razılaşmanı imzaladığı  gündən, 
təyin  olunmuş  sxem  üzrə  xəstəyə  vərəm  əleyhinə  preparatların  DOT  müalicə  qaydalarına 
uyğun gündəlik verilməsini, birbaşa onun müşahidəsi altında qəbul olunmasını təmin edir və 
vərəm  əleyhi  dərman  preparatlarını  heç  bir  halda  xəstə  tərəfindən  evə  aparılmasına  icazə 
vermir. 
Xəstə ambulator şəraitdə dərmanlarını qəbul etmək üçün (DH-vərəmli xəstələr ən azı 
həftədə  3  dəfə,  DD-vərəmli  xəstələr  həftədə  6  dəfə  olaraq)  tibb  məntəqəsinə  gəlir  və  tibb 
işçisinin  nəzarəti  altında  dərmanlarını  qəbul  edir.  Müalicə  sxemində  inyeksiya  olan 
xəstələrə,  tibb  işçisi  infeksiyaya  nəzarət  tədbirlərinə  ciddi  riayət  edilməklə  proseduranı 
yerinə  yetirir.  Vərəm  əleyhi  preparatların  gündəlik  qəbulu  haqqında  məlumat  xəstənin  TB 
01 formada qeydiyyat vərəqinə və qeydiyyat jurnalına qeyd edilir. Xəstə öz müalicəsininin 
vacibliyini  və  ciddiliyini  anlaması  və  müalicəni  tam  başa  çatdırmasına  dəstək  məqsədilə 
müalicə müddətində tibb işçisi mütəmadi olaraq, onunla maarifləndirici və məlumatlandırıcı 
söhbətlər aparır.  
BSD  dövlət  tərəfindən  təmin  edildiyi  üçün  mülki  VƏD  tərəfindən,  İSD  isə  SX  İB 
vasitəsilə ƏN İMM tərəfindən təmin edilir. 
İSD  yanaşı  təsirlərinin  idarəolunması  üçün  əlavə  dərmanlar  müvafiq  sənəd  əsasında 
SX İB vasitəsilə ƏN İMM tərəfindən təmin edilir. 
 
 
Xəstələrə başçəkmə (monitorinq) səfərləri  
SX İB-nin həkim koordinatoru tərəfindən azadlığa buraxılan hər bir vərəmli xəstənin 
müalicə aldığı tibb müəssisəsinə ayda bir dəfə olmaqla monitorinq (baş çəkmə) səfəri həyata 
keçiririlir.  Səfərlərin,  ay  ərzində  günlərə  və  coğrafi  mövqeyə  əsasən  bölüşdürülməsi  üçün 
aylıq monitorinq qrafiki tutulur.  
Səfər  zamanı  SX  İB-nin  həkim  koordinatoru  aşağıdakı  layihə  fəaliyyətlərini  yerinə 
yerir: 

 müalicə prosesinin aparılmasına baxış keçirir;  

Xəstələr arasında maarifləndirici sessiya aparır;  

Tibb işçisi ilə xəstənin müalicəsilə bağlı söhbət aparır; 

Xəstənin  DOT  qaydalarına  əməl  etməklə  müalicə  almasına  və  qeydiyyat 
vərəqələrinin düzgün doldurulmasına nəzarət edir; 

Xəstənin müalicə və müayinələrinə dair qeydiyyat sənədlərinə baxış keçirir;  

Tibb işçisini müalicə və müayinə üçün qeydiyyat vərəqələri ilə təmin edir; 

DD-vərəmli  xəstəyə  təyin  edilmiş  müalicə  sxeminə  uyğun  olaraq  QF  9-cu  Raund 
Vərəm Layihəsi çərçivəsində  İMM-dən təhvil alınmış 2-ci sıra vərəm əleyhinə dərmanların 
1 aylıq ehtiyatını xəstənin müalicə aldığı tibb məntəqəsinə təhvil verir;  

Xəstəyə tibb işçisi tərəfindən təyin olunmuş təyinat vərəqinə müvafiq olaraq yanaşı 
təsirlər əleyhinə dərmanları tibb məntəqəsinə təhvil verir;  

Xəstənin gündəlik qəbul edilən bir aylıq ərzaqları tibb məntəqəsinə təhvil verir; 

Aylıq əlavə ərzaq bağlaması müvafiq sənəd əsasında xəstənin özünə təhvil verir;  

ABVX-nin  müalicəsi  başa  çatana  kimi  (DD-vərəmli  xəstədən  hər  ay,  DH-vərəmli 
xəstədən  isə  təyin  olunmuş  müvafiq  dövrlərdə)  mülki  tibb  müəssisələrində  tibb  işçisi 
tərəfindən götürülmüş bəlğəm nümunələrini təhvil alır və İMM-nin laboratoriyasına çatdırır; 

Başçəkmə  zamanı  SX  İB-nin  həkim  koordinatoru  tərəfindən  yerinə  yetirilən  işlər 
barəsində qeydiyyat aparılır və bu barədə müvafiq sənəd imzalanır. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
135 
 
SX İB-nin həkim koordinatoru VƏTM məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və  
ABVX  arasında  üç  tərəfli  Razılaşma  sənədinə  müvafiq  olaraq  müalicənin  izlənilməsi 
fəaliyyətlərini həyata keçirir. 
 
 
Sosial dəstək fəaliyyətləri 
ABVX-in azadlığa buraxıldıqdan sonra müalicənin sonadək davam etdirilməsini təmin 
etmək  və  DOT  müalicə  qaydalarına  əməl  etməklə  müalicənin  davam  etdirilməsinə 
həvəsləndirmək  və  ruhlanmaq  məqsədilə,  xəstələr  və  onların  müalicələrini  davam  etdirən 
(DOT müalicəsi aparan) məsul tibb işçisi SX İB tərəfindən zəruri sosial dəstək vasitələrilə 
təmin edilirlər.  
 
Xəstələrə nəqliyyat xərci 
a.
 
DH-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana kimi  QF-un 9-cu raund vərəm  layihəsi  çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  yaşadığı  ünvandan    DOT  məntəqəsinə  gəlməsi  üçün  gündəlik 
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 3 
dəfə gəlməsini təmin etmək üçün ona həftədə 3 (üç) manat olmaqla ayda 12 manat verilir. 
Əgər  xəstə  DOT  məntəqəsinə  gəlməkdə  çətinlik  çəkirsə,  yaxud  stiqma  səbəbindən  oraya 
gəlmək  istəmirsə  tibb  işçisi  dərmanları  xəstənin  ünvanına  çatdırır  və  bu  zaman  nəqliyyat 
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir. 
b.
 
DD-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  yaşadığı  ünvandan    DOT  məntəqəsinə  gəlməsi  üçün  gündəlik 
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 6 
dəfə gəlməsini təmin etmək etmək üçün ona həftədə 6 (altı) manat olmaqla ayda 26 manat 
verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən o 
gəlmək  istəmirsə  tibb  işçisi  dərmanları  xəstənin  ünvanına  çatdırır  və  bu  zaman  nəqliyyat 
məsrəfi  kimi  verilən  1  manat  tibb  işçisinə  ödənilir.  Ödəmələrin  qeydiyyatı  xüsusi  ödəmə 
sənədində alan şəxsin imzası ilə təsdiqlənir.  
Xəstələrin  gündəlik  olaraq  1  manat  verərək  onların  tibb  məntəqəsinə  gəlməsinə 
həvəsləndirilməsini,  (xəstə  gəlmədiyi  təqdirdə  bu  vəsaitin  tibb  içşisi  tərəfindən  istifadə 
edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa 
(1-5  ay)  olmasını,  xəstələrin  keçmiş  məhkum  olması  ilə  əlaqədar  çox  vaxt  bank  hesabının 
açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt 
tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci 
onlara nəğd olaraq verilir.  
Nəqliyyat  xərci  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinə  təhvil  verilir.  Sənəddə  xəstənin  müalicə  aldığı  tibb  məntəqəsinin  adı,  xəstənin  və 
ona  məsul  tibb  işçisinin  adı  verilən  məbləğ  göstərilməklə  tibb  işçisi  tərəfindən  imzalanır. 
Sənəd hər təqvim ayı üçün ayrı doldurulur 
 
Xəstələrə ərzağın verilməsi 
a.)
 
DH-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlanana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund 
vərəm  layihəsi  çərçivəsində  əldə  olunmuş  qida  məhsulları  (21  ədəd  şokolad  və  3  ədəd 
qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt əsasında SX İB 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
136 
 
tərərəfindən  təhvil  götürülür.  Hər  xəstə  üçün  ayda  bir  dəfə  xəstənin  müalicəsi  davam 
etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.  
b.)
 
DD-vərəm xəstələri 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana  kimi  İMM-də  verildiyi  qaydada  QF-un  9-cu  raund 
vərəm  layihəsi  çərçivəsində  əldə  olunmuş  qida  məhsulları  (26  ədəd  meyvə  şirəsi,  26  ədəd 
yoqurt, 26 ədəd şokolad və 4 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə 
tərtib olunmuş akt ilə əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir 
dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.  
Ərzağın  verilməsi  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maaliyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinə  təhvil  verilir.  Sənəddə  xəstənin  müalicə  aldığı  tibb  məntəqəsinin  adı,  xəstənin  və 
ona məsul tibb işçisinin adı, verilən ərzaq və onun miqdarı göstərilməklə təhvil-təslim edilir. 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin