Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Göz vərəmi 
Gözlərin  vərəm  mənşəli  zədələnmələri  gözün  ön  və  arxa  seqmentlərinin  zədələnmələrinə 
bölünür.  Belə  bölgünün  rasionallığı  bu  patologiyanın  diaqnostikasına  olan  müxtəlif 
yanaşmalarla  əlaqədardır.  Kliniki  formalar  arasında  ən  çox  arxa  seqment  zədələnmələri:  arxa 
uveitlər  (xorioidit,  xorioretinit),  neyroretinit  və  optik  neyropatiyalar  müşahidə  edilir.  Ön 
seqment zədələnmələri arasında ən çox təsadüf edilənləri ön uveitlər (irit, iridosiklit), diffuz və 
ya  düyünlü  (fliktenulyoz)  sklerit,  keratokonyuktivitlərdir.  Eləcə  də  damarlı  qişanın  total 
zədələnmələri ( panuveitlər) də tez-tez təsadüf edilən zədələnmələrə aiddir. 
Ağciyərlərin  və  ağciyərlərdən  kənar  orqanların  fəal  vərəmi  olan  xəstələrdə  gözlərin 
zədələnmələri 1,4-18% hallarda müşahidə olunur. Uveit diaqnozu qoyulan xəstələrin 1-6,9%-də 
(müxtəlif ölkələrdə müxtəlif tezlikdə rast gəlinir) proses vərəm mənşəli olur. Göz vərəmi olan 
xəstələrin əksər hissəsi (97,4%) müraciət əsasında aşkarlanır.  
Adətən,  xəstələrin  43,7%-də  göz  vərəmi  gecikmiş  mərhələlərdə  aşkarlanır  ki,  bu  da 
xəstəliyin bu forması barədə sayıqlığın aşağı səviyyəsinə dəlalət edir.  
Göz vərəmi bütün göz xəstəlikləri arasında müxtəlif müəlliflərin məlumatlarına əsasən 1,3-
5% təşkil edir. Damarlı qişaların iltihabi xəstəlikləri arasında (uveitlər) hadisələrin 6,8-63%-ni 
vərəm üveitləri təşkil edir. Cavan yaşlarda, adətən, arxa uveitlər (xorioretinit) erkən mərhələdə, 
50  yaşdan  sonra  ön  uveitlər  (iritlər,  iridosiklitlər)  təsadüf  edilir  və  adətən,bu  zaman  proses 
gecikmiş fazada aşkarlanır. 
Gözlərin vərəmlə zədələnməsi  bilavasitə VM-nin təsirindən, eləcə də vərəm  antigenlərinə 
qarşı göz strukturlarında əmələ gələn reaktiv iltihab nəticəsində mümkündür. Gözlərin vərəmi 
zamanı müşahidə olunan morfoloji dəyişikliklər (skleranın fliktenulyoz iltihabı, konyuktivitlər, 
buynuzlu  qişanın  xoraları  və  ya  interstisial  dəyişiklikləri,  sinexiyalar,  qüzehli  qişanın,  siliar 
cismin  və  xorionun  qranulyomaları,  torlu  qiaşadakı  damar  dəyişiklikləri)  spesifik  olmayıb, 
digər göz xəstəliklərində də (sarkoidoz, sifilis, Laym xəstəliyi, İİV-infeksiyası) müşahidə edilir. 
Vərəm  prosesi  adətən  gözün  daxili  strukturlarını  (uveitlər,  retinitlər)  zədələdiyi  üçün  histoloji 
və  bakteriolji müayinələrin  aparılması  məqsədi  ilə  biopsiyanın  aparılması və  ya digər patoloji 
materialların alınmasının qeyri-mümkün olması səbəbindən göz vərəminin diaqnostikası xeyli 
çətinləşir.  Gözdən  alınan  möhtəviyyatın  bakterioloji  müayinəsi  də  çox  nadir  hallarda  müsbət 
nəticə verir. Tuberkulin sınaqları və İGRA- testlərin tətbiqi də göz vərəmindən latent və ya fəal 
formalarını  differensə  etməyə  imkan  vermir.  Bütün  bunlarla  əlaqədar  olaraq  əksər  hallarda 
klinik  əlamətlərə,  vizual  simptomatikaya,  xəstəliyin  anamnezinə,  ağ  ciyərlərdə  və  ağ 
ciyərlərdən  kənar  orqanlarda  fəal  vərəm  prosesinin  olmasına  əsasən  göz  vərəmindən 
şübhələnmək  olar.  Zədələnmənin  vərəm  mənşəli  olması  haqqında  son  qərarı  yalnız  vərəm 
əleyhinə müalicənin müsbət nəticəsinə əsaslanaraq vermək olar. 
Son  illər  VM-ni  təyin  etmək  məqsədilə  şüşəyəbənzər  cismin  maye  mühitinin  PZR-nin 
miqdarına əsaslanan diaqnostika metodu geniş tətbiq olunmaqdadır. Bu müayinə üsulu retinal 
vaskuliti (İlz xəstəliyi) olan xəstələr qrupunda, VM-nin DNT-nin səviyyəsi 1,52x10

-1,01x10

diapazonunda olduqda 50% hallarda müsbət nəticə əldə etməyə imkan verir.
 
Müalicənin effektivliyi diaqnozun vaxtında qoyulmasından və kimyəvi terapiyaya başlanma 
müddətindən  asılıdır.  Adətən  standart  kimyəvi  terapiyanın  təyini  tam  sağalma  ilə 
nəticələnir,lakin, bəzi hallarda görmə funksiyasının tam bərpası mümkün olmur. 
Göz vərəminin diaqnostikasına dair tövsiyələr 
-Vərəmli  xəstə  ilə  təmas,  keçmişdə  və  hazırda  latent  və  ya  aktiv  vərəm  infeksiyasının 
mövcud  olması  haqqında  məlumatlar  daxil  olmaqla  xəstəlik  tarixinin  ətraflı  və  diqqətlə 
öyrənilməsi; 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
108 
 
-Ağciyər  və  ağciyərdən  kənar  orqanların  vərəmini  aşkar  etmək  məqsədilə  kompleks 
diaqnostik müayinələrin aparılması vacibdir; 
-Göz  qapaqlarının  xarici  müayinəsi  daxil  olmaqla  göz  yaşı  kisəsinin  və  göz  yaşı 
kanallarının, skleranın, konyuktivanın, buynuzlu qişanın oftalmoloji müayinəsi
-Torlu  qişanın  flüorosent  angioqrafiya  (FAQ)  metodu  ilə  müayinəsi  daxil  olmaqla  göz 
dibinin müayinəsi; 
-Optik kogerent tomoqrafiya və ultrasonoqrafiya;  
-Diaqnozu  dəqiqləşdirməyə  ehtiyac  olduqda  şüşəyəbənzər  cismin  punksiyası  və  VM-nin 
PZR kəmiyyətinə əsaslanan müayinəsi.  
Göz vərəminin müalicəsinə dair tövsiyələr 
-Görmə  sinirinə  yan  təsirləri  nəzərə  alınaraq  göz  vərəminin  müalicəsində  etambutolun 
təyini tövsiyə edilmir; 
-Əsas  müalicə  rejimində  etambutolun  streptomisin  ilə  əvəz  edilməsi  tövsiyə  olunur, 
2HRZS/4HR; 
-DHT-i  əldə  edildikdən  sonra  empirik  müalicə  rejimi  (etambutol  müalicə  rejimindən 
çıxarılmaq şərti ilə) həssaslıq testinin nəticlərinə əsasən dəyişdirilir
-Fəsadlar  meydana  gəldikdə  (göz  daxili  qanaxmalar,  torlu  qişanın  qopması  və  s.)  cərrahi 
müdaxilələr tətbiq edilir. 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
109 
 
Əlavə 10: Müştərək İİV-infeksiyası və vərəmin müalicəsi zamanı preparatların qarşılıqlı təsiri 
İİV-infeksiyasının  və  vərəmin  müalcəsi  zamanı  tətbiq  edilən  dərmanlar  tez-tez  və  bəzən 
təhlükəli  YT-lərin  baş  verməsi  ilə  müşayiət  olunan  məlum  qarşılıqlı  təsirə  malikdir. 
Rifamisinlər – Р-450 sitoxromunun induktorlarıdır. Bu, qanda proteaza inhibitorlarının eləcə də 
əks  transkreptazanın  qeyri-nukleozid  inhibitorlarının  (efavirens,  nevirapin)  qatılığının 
azalmasına  gətirib  çıxarır.  Sonuncuların  daha  yüksək  dozada  istifadəsi  isə  hepatotoksikliyin 
artması ilə müşayiət olunur.  
Xinolonlar  və  didanosin  (didanosin  –  bağırsaqda  həll  olunmayan  qılaflı  preparatdır) 
tərkibində  alüminium  və  ya  maqnezium  əsaslı  antasid  olan  dərmanlardır.  Xinolonlarla  birgə 
qəbul  edildikdə  didanosin  xinolonların  mənimsəməsinin  azalmasına  gətirə  bilər.  Bu  səbəbdən 
də onun qəbulu xinolonların qəbulundan altı saat əvvəl və ya iki saat sonra olmalıdır.  
Klaritromisin  və  ritonavir  əsasında  olan  müalicə  rejimlərində,  klaritromisinin  plazmada 
qatılığı artmış olur. Bununla belə dozanın korreksiyası yalnız kreatinin klirensi 60 ml/dəq-dən 
az olan xəstələrdə zəruridir.   
Klaritromisinin  və  efavirensin  və  ya  nevirapinin  eyni  vaxtda  qəbulu  klaritromisinin 
metabolizminin  induksiyasına  və  plazmada  qatılığının  35-39%  azalmasına  gətirib  çıxarır. 
Müvafiq olaraq bu halda klaritromisinin effektivliyi azalmış ola bilir.  
Rifabutinlə  eyni  zamanda  qəbul  edildikdə  klaritromisinin  plazmada  qatılığı  50%  azala, 
rifabutinin isə qatılığı 77% arta bilər.  
Bütövlükdə İİV-ə yoluxmuş xəstələrdə VƏD və ART preparatların qəbulu nəticəsində YT-lərin 
daha  böyük  tezliklə  baş  verməsi  xarakterikdir.  Belə  ki,  aparılmış  tədqiqatlar  nəticəsində 
müəyyən  edilmişdir  ki,  nəzarət  qrupları  (3-22%)  ilə  müqayisədə  tədqiqat  qrupunda  YT-lərin 
baş vermə tezliyi  26-39% təşkil edir.  
 
VƏD və ART preparatlarının mümkün qarşılıqlı təsirləri və əlavə toksikliyi 
Toksiklik  
ART preparatı  
VƏD 
Şərhlər 
Periferik 
neyropatiya  
D4T, ddI, ddC  
Lzd,  Cs,  H, 
FQ, Eto/Pto, E  
D4T,  ddI  və  ddC  Cs  və  ya  Lzd  ilə 
kombinasiyada 
istifadəsindən 
mümkün gədər qaçmaq. Əgər bunların 
istifadəsi  zəruridirsə,  bu  zaman  ART 
preparat  daha  az  neyrotoksik  olanla 
əvəz edilməlidir.  
Mərkəzi  sinir 
sistemi 
üçün 
toksiklik  
EFV  
Cs, H, Eto/Pto, 
FQ  
Efavirens  müalicənin  ilk  2-3  həftəsi 
zamanı  tez-tez  YT  (dezoriyentasiya, 
düşüncə 
pozuntusu, 
diqqətin 
cəmləşməsi  qabiliyyətinin  itirilməsi, 
depersonalizasiya, 
qavrama 
pozuntuları, 
yuxusuzluq, 
başgicəllənmə)  törədir.  Əgər  bunlar 
keçib 
getmirsə, 
preparatı 
dəyişdirilməsi 
barədə 
düşünmək 
lazımdır.  
EFV  tətbiqi  zamanı  qabarıq  psixoz 
seyrək  hallarda  olur,  lakin  onu  Cs  ilə 
birgə 
qəbul 
edən 
xəstələrin 
vəziyyətinə tez-tez nəzarət edilməlidir.    
Depressiya  
EFV  
Cs, 
FQ, 
Eto/Pto  
Ağır  depressiya  EFV  qəbul  edən 
xəstələrin  2.4%-də  müşahidə  edilir. 
Ağır  depressiyalarda  EFV-in  əvəz 
edilməsi  məsələsinə  baxılmalıdır.  Bir 
çox  xəstələrin  çətin  həyat  şəraiti 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
110 
 
depressiyanın  baş  verməsinə  öz 
tövhəsini verə bilər.  
Başağrıları   
AZT, EFV  
Cs  
Ilk  növbədə  başağrıların  daha  ciddi 
səbəbləri 
istisna 
edilməlidir 
– 
meningit,  beyin  toksoplazmozu  və  s. 
Analgetiklərin (parasetamol, ibuprofen 
və  s.)  istifadəsi  və  sudan  normal 
istifadə  kömək  edə  bilər.  AZT,  EFV 
və  Cs  qəbulu  ilə  bağlı  başağrıları 
adətən keçici olur. 
Ürəkbulanma 
və qusma  
RTV, 
D4T, 
NVP,  və  bir çox 
başqaları 
Eto/Pto,  PAS, 
H,  E,  Z  və 
başqaları  
Bir  çox  preparatlar  üçün  tez-tez  qeyd 
edilən  YT-dir.  Doza  azaldıldıqda 
zəifləyir, 
adətən 
zamanla  keçir. 
Arasıkəsilməz  qusma  və  qarında  ağrı 
asidozun  və  ya  hepatitin  inkişaf 
etdiyinin əlaməti ola bilər.   
Qarında ağrı 
Bütün 
ART 
rejimlərində 
müşahidə 
olunur. 
Cfz, 
Eto/Pto, 
PAST  
Tez-tez  baş  verən  YT-dir  və  əsasən 
xoşxassəlidir.  Ağır  YT-lərin  erkən 
simptomu  ola  bilər  –  pankreatit, 
hepatit, asidoz.  
Pankreatit  
D4T, ddI, ddC  
Lzd  
Imtina  edilməli  kombinasiyadır.  Əgər 
preparat  pankreatit  törədibsə  onu 
sxemdən 
tamamilə 
çıxarmaq  və 
pankreatit  törədən  ART  preparatları 
(D4T, ddI, və ya ddC) tətbiq etməmək 
zəruridir. Yadda saxlamaq lazımdır ki, 
alkohol  və  öd  daşları  pankreatitin 
inkişaf etməsinə təsir edir. 
Diareya  
Bütün  proteaza 
inhibitorları 
(APV, 
ATV, 
IDV, 
NFV, 
LPV/r, 
RTV), 
ddI  
Eto/Pto,  PAS, 
FQ  
Tez-tez rast  gələn YT-dir. Səbəb  kimi 
psevdomembranoz 
kolit 
törədən 
Clostridium  Difficile  daxil  olmaqla, 
bütün 
opportunistik 
infeksiyaları 
nəzərdən qaçırmamaq lazımdır. 
Hepatotoksikli
k  
NVP, 
EFV, 
bütün  proteaza 
inhibitorları 
(APV, 
ATV, 
IDV, 
NFV, 
LPV/r, 
RTV), 
(RTV 
– 
digərlərindən 
çox), 
bütün 
NRTI/НИОТ 
(ABC, ddI, ddC, 
AZT,  3TC,  d4T, 
H,  R,  E,  Z, 
PAS,  Eto/Pto, 
FQ  
Tövsiyələrə  riayət  etməli.  TMP/SMX 
hepatotoksikliyini 
nəzərə 
almaq 
lazımdır.  Virus  mənşəli  hepatitlər  (A, 
B, C və CMV) istisna edilməlidir.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
111 
 
TDF, FTC)  
Dəri səpgiləri 
ABC, 
NVP, 
EFV,  D4T  və 
digərləri  
H,  R,  Z,  PAS, 
FQ 
 
və 
digərləri 
ABC müalicəsini yenidən başlamamaq 
(həyati  təhlükə  olan  anafilaksiya 
ehtimalı  var).  Stivens-Cons  sindromu 
törədən  preparatla  müalicəni  yenidən 
başlamamaq. TMP/SMX habelə səbəb 
ola  bilər.  Tioasetazon  həyati  təhlükə 
törədən  dəri  zədələnməsi  səbəbindən 
İİV-infeksiyası zamanı əks göstərişdir. 
Südlü asidoz   
D4T,  ddI,  AZT, 
3TC  
Lzd  
Əgər  preparat  südlü  asidoz  törədirsə 
onu  südlü  asidoz  törətməyən  digər 
preparatla əvəz etmək lazımdır. 
Böyrəklərin 
zədələnməsi  
TDF 
(seyrək 
hallarda)  
Аminoqlikozid
lər, Cm  
TDF  xarakterik  Frankoni  sindromu 
(hipofosfatemiya, 
hipourikemiya, 
proteinuriya, 
normoqlikemik 
qlükozuriya)  ilə  özünü  biruzə  verən 
böyrəklərin  zədələnməsini  və  bəzən 
böyrək  çatışmazlığını  törədə  bilər. 
Odur  ki,  aminoqlikozidlər  və  ya  Cm 
qəbul  edən  xəstələrdə  TDF  ehtiyatla 
tətbiq 
edilməlidir. 
Kreatininə 
və 
elektrolitlərə  hər  1-3  həftədən  bir 
nəzarət  edilməlidir.  Bir  çox  ART 
dərmanların  və  VƏD-lərin  dozaları 
böyrək  çatışmazlığına  müvafiq  olaraq 
korreksiya edilməlidir.  
Nefrolitiaz  
IDV  
Yoxdur  
Qarşılıqlı  təsir  məlum  deyil.  Düzgün 
su  rejimi  IDV  qəbul  edənlərdə 
nefrolitiazın  qarşısını  alır.  Nefrolitiaz 
inkişaf 
etdikdə 
digər 
proteaza 
inhibitoru ilə əvəz etmək lazımdır.  
Elektrolit 
mübadiləsinin 
pozuntuları  
TDF 
(seyrək 
hallarda) 
Cm, 
aminoqlikozidl
ər  
Diareya  və 
qusma 
elektrolitlərin 
pozuntularına  gətirib  çıxara  bilər. 
Hətta  TDF  qəbul  etməyən  İİV-ə 
yoluxmuşlar  aminoqlikozidlərin  və 
Cm 
qəbulu 
zamanı  böyrəklərin 
zədələnməsinə 
və 
elektrolit 
pozuntularına görə yüksək risklidirlər.   
Sümük iliyində 
hemopoezin 
zəifləməsi 
AZT  
Lzd, R, Rfb, H   Dövrü 
olaraq  qan  hüceyrələrinə 
nəzarət 
etmək, 
sümük 
iliyinin 
zədələnməsi 
əlamətləri 
meydana 
çıxdıqda  AZT  əvəz  edilməlidir.  Lzd 
tətbiqinin  dayandrılması  məsələsinə 
baxılmalıdır. 
Sümük 
iliyinin 
zədələnməsinin  səbəbi  TMP/SMX  ola 
bilər.  TMP/SMX  qəbul  edənlərə  fol 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
112 
 
turşusu preparatları verilə bilər.  
Görmə 
sinirinin 
nevriti  
ddI  
E, 
Eto/Pto 
(seyrək 
hallarda) 
Görmə sinirinin nevritinin baş verməsi 
ilə 
əlaqədar 
preparatın 
qəbulu 
dayandırılmalı 
və 
belə 
təsir 
göstərməyən 
dərmanla 
əvəz 
ediləməlidir.  
Hiperlipidemiy
a  
Proteazaların 
inhibitorları, 
EFV  
Yoxdur  
Bir-birini 
gücləndirən 
toksiklik 
yoxdur. 
Lipodistrofiya   NRTI/НИОТ 
(xüsusən 
D4T 
və ddI)  
Yoxdur 
Bir-birini 
gücləndirən 
toksiklik 
yoxdur. 
Disqlikemiya 
(qlükoza 
mübadiləsinin 
tənzimlənməsi
nin 
pozuntuları)  
Proteazaların 
inhibitorları   
Gfx, Eto/Pto  
Proteaza 
inhibitorları 
insulinə 
rezistentlik  və  hiperqlikemiya  törədir. 
Eth/Pth isə diabetli xəstələrdə insulinə 
nəzarət 
etməyi 
çətinləşdirir 
və 
beləliklə  qlükozanın  qatılığının  pis 
tənzimlənməsinə  və  hipoqlikemiyaya 
gətirib  çıxara  bilir.  Məhz  bu  YT-yə 
görə  Gfx  ÜST  /  YİK  tərəfindən 
vərəmin 
müalicəsində 
tövsiyə 
olunmur. 
Hipotireoidizm   D4T  
Eto/pto, PAST   Toksikliyin 
qarşılıqlı 
təsiri 
mümkündür. 
PAST 
və 
Eth/Pth 
xüsusən 
kombinə 
edildikdə 
hipotireoidizm törədə bilir. 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
113 
 
Əlavə 11: Hamiləlik zamanı vərəmin müalicəsi  
Hamilə  qadınlarda  vərəmin  1-ci  sıra  VƏD-lərlə  müalicəsi  təhlükəsizdir  və  dölə  ototoksik 
təsir göstərdiyinə görə streptomisin təyin edilməmək şərti ilə adi sxemlər üzrə aparılır.  
Izoniazid  qəbul  edən  hamilələrə  piridoksin  qəbulu  tövsiyə  edilir.  Adətən  müalicənin  2-3 
həftə  qəbul  etdikdən  sonra  hamilə  qadın  artıq  yoluxucu  olmur.  Əgər  vərəmin  müalicəsi 
doğuşdan bir neçə həftə əvvəl başlayırsa uşağın yoluxması riski xeyli azalır. Uşağın yoluxması 
riski  anada  doğuş  zamanı  və  ya  ondan  sonrakı  dövrdə  vərəmin  aşkar  edildiyi  zaman  ən 
yüksəkdir. Bu zaman uşaq anadangəlmə vərəm infeksiyasına görə müayinə olunmalıdır.    
Hamiləlik  dövründə  DDV-nin  müalicəsi  2-ci  sıra  VƏD-lərin  təhlükəsizlik  göstəricilərinin 
məhdud olduqlarına görə mürəkkəbdir.  
 
Hamiləlik zamanı VƏD-lərin təhlükəsizlik göstəriciləri 
Preparat  
Təhlükəsizlik 
sinfi 
Şərhlər 
1-ci sıra VƏD-lər  
 
 
Н  
С  
Hamilələrin  müalicəsi  üçün  təhlükəsizdir.  Hamiləlik 
zamanı  piridoksin  (vitamin  В6)  tətbiq  olunmalıdır. 
Yenidoğulmuşlarda qıcolma riski yüksəkdir. 
R  
С  
Hamilələrin müalicəsi üçün təhlükəsizdir. 
Е  
В  
Hamilələrin müalicəsi üçün təhlükəsizdir. 
Z  
С  
Əgər  preparatın  istifadəsi  əhəmiyyətli  dərəcədə 
zəruridirsə,  onu  ehtiyatla  təyin  etmək  olar.  əksər 
mənbələrə görə təhlükəsizdir.  
S  
D  
S  və  digər  aminoqlikozidlər:  dölə  ototoksik  təsirini 
sübut  edən  sübutlar  var.  Risk  dərəcəsini  və  mümkün 
səmərəsini  ciddi  götür-qoy  etmək  lazımdır.  Mümkün 
gədər onların tətbiqindən qaçılmalıdır. 
2-ci sıra VƏD-lər 
 
 
КМ, АМК  
D  
Dölə  ototoksik  təsirini  sübut  edən  sübutlar  var.  Risk 
dərəcəsini  və  mümkün  səmərəsini  ciddi  götür-qoy 
etmək  lazımdır.  Mümkün  gədər  onların  tətbiqindən 
qaçılmalıdır. 
СМ  
С  
Mümkün  gədər  istifadə  edilməməlidir.  Adətən 
hamilələrin  müalicəsində  inyeksion  preparatlardan 
qaçılır,  lakin  həyat  üçün  təhlükə  olduqda  Cm-nin 
istifadəsi məsələsinə baxıla bilər. 
FQ 
С  
Əgər  preparatın  istifadəsi  əhəmiyyətli  dərəcədə 
zəruridirsə,  onu  ehtiyatla  təyin  etmək  olar.  əksər 
mənbələrə 
görə 
təhlükəsizdir. 
Hamilələrin 
müalicəsində 
uzunmüddətli 
tətbiq 
təcrübəsi 
məhduddur.  Bununla  belə,  preparatların  bakterisid 
aktivliyi nəzərə alınaraq səmərəliliyi risk dərəcəsindən 
daha üstündür.  
Eth 
С  
Mümkün  gədər  istifadə  edilməməlidir.  Heyvanlar 
üzərində  tətqiqatlar  teratogen  təsirini  göstərmişdir. 
Preparat,  habelə  hamiləliklə  bağlı  ürəkbulanma 
tutmalarını gücləndirir.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
114 
 
CS  
С  
Hamilələrin  müalicəsində  tətbiq  təcrübəsi  azdır.  
Heyvanlar 
üzərində 
tətqiqatlar 
toksiklik 
göstərməmişdir. 
PAST  
С  
Əgər  preparatın  istifadəsi  əhəmiyyətli  dərəcədə 
zəruridirsə,  onu  ehtiyatla  təyin  etmək  olar.  Teratogen 
sayılmır. 
А – insanlar üzərində kliniki sınaqların gedişində təhlükəsizliyi təyin edilib;  
В – heyvanlar üzərində tədqiqatların nəticələrinə əsasən preparat ehtimalla təhlükəsiz hesab 
edilir;  
С  –  təhlükəsizlik  dərəcəsi  müəyyən  edilməyib.  Insanlar  üzərində  kliniki  sınaqlar 
aparılmayıb.  Heyvanlar  üzərində  sınaqlar  ya  aparılmayıb  və  ya  heç  bir  xoşagəlməz  təsir 
göstərməyib; 
D –  preparat  təhlükəsiz deyil,  yalnız konkret  kliniki situasiyada özünü doğrulda bilən risk 
mövcuddur. 
Hamilələrin  vəziyyətini  hamiləlik  dövrü  və  vərəmin  ağırlıq  dərəcəsi  nəzərə  alınmaqla 
hərtərəfli  qiymətləndirilməlidir.  Gözlənilən  səmərənin  və  potensial  risklərin  nisbətini  ciddi 
təhlil  etmək  lazımdır.  Doğuşdan  əvvəlki  və  sonrakı  dövrdə  ananın  və  uşağın  sağlamlığını 
qorumaq üçün bəlğəmin neqativləşməsinin əldə edilməsinə üstünlük verilməlidir.  
•  VƏD-lərin  teratogen  təsiri  əsasən  hamiləliyin  birinci  trimestrində  özünü  biruzə 
verdiyindən,  gələcək  ananın  həyatı  üçün  təhlükə  yoxdursa,  müalicəni  ikinci  trimestrə  gədər 
təxirə salmaq məqsədəuyğundur.  
•  Hamiləliyin  üçüncü  trimestrində  VƏD-lərin  teratogen  təsiri  azalmış  olsa  da, 
aminoqlikozidlərin bu dövrdə tətbiqi dölün eşitmə orqanının inkişafına mənfi təsir göstərə bilər. 
Bir çox hallarda hamilə qadınların müalicəsində aminoqlikozidlər tətbiq edilmir. 
Əgər mümkündürsə müalicəni hamiləliyin ikinci və ya üçüncü trimestrində üç-dörd effektiv 
peroral  preparatla  başlamaq  lazımdır.  Bilavasitə  doğuşdan  sonra  inyeksion  və  digər 
preparatların əlavə edilməsi ilə müalicə rejiminin gücləndirilməsi mümkündür.  
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
115 
 
Əlavə 12: Uşağı əmizdirən analarda vərəmin müalicəsi 
Uşağı  əmizdirən  dövrdə  vərəmlə  xəstə  qadınlar  tam  vərəməleyhi  müalicə  kursu  qəbul 
etməlidirlər.  Vərəmin  vaxtında  və  düzgün  müalicəsi  uşağa  mikobakteriyaların  ötürülməsinin 
qarşısını  alan  ən  yaxşı  üsuldur.  Anada  basil  ifrazı  olmadıqda,  uşaq  onunla  qala  bilər  və 
əmizdirməni dayandırmaq lazım deyil. VƏD-lər ana südü ilə az miqdarda ifraz edilir və onların 
uşağa təsirini qiymətləndirmək çətindir. izoniazid qəbul edən bütün hamilə və uşaq əmizdirən 
qadınların  piridoksin  qəbul  etməsi  tövsiyə  olunur.  Anasında  ağciyərlərin  fəal  vərəmi  olan 
körpələrin  südəmər  dövrdə  vərəmə  yoluxması  riski  olduqca  yüksəkdir.  Bu  halda  uşaq 
izoniazidlə altı aylıq profilaktik müalicə kursu qəbul etməlidir və mənfi Mantu sınağı olduqda 
KGB vaksinasiyası edilməlidir. Bu dövrdə ana südü ilə əmizdirilmə davam etdirilə bilər.  
 
Əmizdirilmə və VƏD 
Preparat  
Əmizdirilmə ilə uyğunluq 
Südəmər uşaqlar üçün 
terapevtik  doza  ilə 
müqayisədə 
ana 
südündəki  qatılığı  %-
lə 
Н  
Bəli.  Südəmər  uşaqlarda  qıcolma  tutmaları 
barədə  məlumatlar  var,  hansı  ki,  piridoksinlə 
aradan  götürülə  bilir.  G6PD  defisiti  olan 
yenidoğulmuşlarda izoniazidə yüksək həssaslıq 
ola  bilər  (hemoliz).  Uşaqlarda  periferik 
neyropatiyaların  və  qıcolma  tutmalarının 
profilaktikası  üçün  piridokson  (vitamin  B6) 
istifadə etmək tövsiyə olunur. 
6, 4-25%  
R  
Bəli  
0, 57-7, 3%  
Е  
Bəli 
2, 8-6, 9%  
Z  
Məlum deyil 
0, 75-1, 5%  
Aminoqlikozidlər 
(S, АМК, КМ)  
Bəli.  MBT-dən  sorulma  zəifdir.  Körpənin 
bağırsaq  florasının  pozuntuları  səbəbindən 
qaçılması arzuediləndir. 
0, 95-22, 5% 
СМ  
Məlum  deyil.  Ana  südündə  qatılığı  məlum 
deyil. 
Göstəricilər yoxdur 
CS  
Bəli 
11-28%  
СРХ  
Dölyani  sularda  və  ana  südündə  qatılığı 
təxminən zərdabda olduğu səviyyədədir.  
Göstəricilər yoxdur 
PAST  
Məlum deyil  
0, 05-0, 95% 
Eth/ Pth  
Ana südündə qatılığı məlum deyil. 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
116 
 
Əlavə 13: İİV-ə yoluxmuş məhbuslara İPT-nin tətbiqi 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin