Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

Anamnez. AKV-nin diaqnostikasında vərəmli xəstə ilə təmasın və ya əvvəllər latent və 
ya  fəal  formalı  vərəmlə  xəstələnmə  haqqında  məlumatın  olması  mühüm  əhəmiyyət  kəsb  edir. 
Xəstəlik  mənbəyində  DD  mövcudluğu  və  ya  yarana  bilməsi  üçün  risk  əlamətlərinin  olması 
haqda ehtimalın olması xüsusi diqqət tələb edən məqamlardandır. 
AKV-yə şübhə yaradan əsas məqamlar cədvəldə öz əksini tapmışdır.  
İİV- infeksiyası 
Xroniki limfadenopatiya (xüsusən boyun nahiyyəsində) 
Ekssudativ plevritlər (plevral mayedə limfositlərin üstünlüyü ilə, VM-nin əkmə üsulu ilə 
aşakrlanmaması və plevral vərəqələrin qalınlaşması ilə)  
Oynaqların bir tərəfli iltihabı (VM-nin əkmə üsulu ilə aşkarlanmaması ilə) 
Döş qəfəsi daxili strukturların cəlb olunması ilə müşayiət edilən onurğa osteomieliti  
Onurğa beyni  mayesində pleositoz,  yəni  limfositlərin və zülalların  artması, qlükoza və 
xloridlərin azalması 
Perikard  boşluğuna  naməlum  səbəbdən  maye  yığılması,  sıxıcı  perikardit,  perikardın 
kalsifikasiyası 
Kron xəstəliyi və amebiazın differensial diaqnostikası  
Assit  mayesində  limfositlərin  üstünlüyü  ilə  və  əkmə  müayinəsində  VM-nin  aşkar 
edilməməsi ilə müşayiət edilən assit 
Daimi, müalicəyə tabe olmayan piuriya 
 
 
Xüsusi  müayinə  metodları.  Diaqnostik  müayinələrin  sonrakı  mərhələsində  xüsusi 
instrumental və laborator müayinə metodlarından istifadə edilir. 
AKV-də  bakteriya  ifrazına  nadir  hallarda  təsadüf  edildiyindən  diaqnostik  məqsəd  ilə 
müxtəlif  müayinə  metodlarının:  rentgenoqrafik,  bakterioloji,  histoloji,  biokimyəvi,  USM  və 
digər  metodların  birgə  tətbiqi  vacibdir.  Bu  kompleks  müayinə  nəticəsində  xəstəliyin 
etiologiyası,  törədicinin  xüsusiyyətləri,  xəstəliyin  lokalizasiyası,  vərəm  prosesinin  ölçüsü  və 
xarakteri  müəyyən  edilir.  AKV  yaranma  ehtimalı  immun  siteminin  vəziyyəti  ilə  sıx  əlaqədar 
olduğu üçün İİV müayinənin aparılması zəruridir. 
AKV ilə xəstələnənlərin xüsusi müayinəsi üsullarına dair tövsiyələr (Burean Tuberkulosis 
Control New York City Department of Health and Mental Hygiene. Clinical Policies and 
Protocols 4
th  
Edition March 2008 –na əsasən) 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
96 
 
 
Vərəmin  şübhə  olunan 
formaları  
Tövsiyə edilən müayinə metodları 
Sümük-oynaq 
sisteminin 
vərəmi 
Rentgenoqrafiya,  sümük  və  oynaqların  MRT 
müayinəsi,  artrosintez,  sümük  toxumalarının  və  sinovial 
qişalarının biopsiyası 
Vərəm meningiti 
Onurğa beyinin punksiyası, KT, MRT 
Ağciyər 
rentgenoqramlarında 
kiçik 
ocaqlı dəyişikliklər 
Bəlğəmin 
induksiyası, 
bronxoskopik 
müayinə 
vasitəsilə  bronxların  yuyuntusunun  VM-yə  müayinəsi, 
transbronxial 
biopsiya, 
mədənin 
yuyuntu  sularının 
müayinəsi  
Vərəm perikarditi 
Exokardioqramma, 
biokimyəvi 
göstəricilərin 
(laktatdehidrogenaza,  zülal,  qlükoza,  PH),  hüceyrə 
tərkibinin,VM-ni  təyin  etmək  üçün  mikroskopiyanın  və 
əkmə üsulunu tətbiqi  ilə perikardın punksiyası,  perikardın 
biopsiyası 
Periferik  limfa  vəzilərinin 
(xüsusi 
ilə 
boyun 
limfa 
vəzilərinin) vərəmi 
Limfa  vəzilərinin  nazik  iynəli  və  ya  ekssizision 
biopsiyası 
Vərəm peritoniti 
Qarın  boşluğunun  USM  və  ya  KT  müayinəsi,  qarın 
boşluğunun 
biokimyəvi 
göstəriciləri 
-                            
zülal, qlükoza, PH, hüceyrə tərkibini və VM-ni təyin etmək 
üçün  mikroskopik  və  əkmə  üsulu  ilə  müayinələrin 
aparılması  məqsədilə  qarın  boşluğunun  parasentezi, 
peritonun biopsiyası  
Vərəm plevriti 
DQR,  biokimyəvi  göstəricilər  (laktatdehidrogenaza, 
zülal,  qlükoza,  PH),  hüceyrə  tərkibini,  VM  təyin  etmək 
üçün mikroskopik və əkmə üsulu tətbiqi məqsədilə plevral 
punksiya, plevranın biopsiyası 
Müalicənin prinsipləri 
1.
 
Bəzi prinsipləri nəzərə alınmaqla AKV müalicə rejimi AV müalicə rejimi ilə eynidir. 
2.
 
AKV müalicəsində VƏD-lərin intermittə edici rejimi tövsiyə edilmir. 
3.
 
Əksər hallarda DD spektrini təyin etmək mümkün olmadığı üçün 1-ci sıra VƏD ilə 6 aylıq 
standart müalicə rejiminin tətbiqi tövsiyə edilir : 2HREZ/4HRE. 
4.
 
MSS-in, sümük-oynaq sisteminin vərəminin müalicəsi zamanı AV-nin müalicəsinə nisbətən 
daha uzun müddət tələb olunur. 
 
 
 
 
 
5.
 
Müalicə  əsnasında  klinik,  laborator  və  instrumental  müayinələrin  nəticəsində  müsbət 
dinamika aşkar olunmadıqda DD vərəmin olması  haqqında qərar çıxarılır, “uğursuz müalicə” 
kimi  qeydiyyatdan  keçirilərək  mövcud  müalicə  rejiminə  3  ədəd  2-ci  sıra  VƏD-lər:  inyeksion 
preparatlar  (Km,  Am,  Cm),  flüorxinolonlar  (Lfx,  Mfx)  və  tiamidlər  (Eto,  Pto),  əlavə  edilərək 
yeni rejimlə müalicə təyin edilir. 
6.
 
VM-nin  və  onların  DHT-nin  təyini  mümkün  olduğu  hallarda  “AV-nin  kimyəvi  terapiyası” 
üzrə  klinik  protokola  əsasən,  ağciyərdən  kənar  orqanların  ayrı-ayrı  formalarına 
uyğunlıaşdırılmış müalicə rejimi təyin edilir. 
7.
 
Xüsusi hallarda (vərəm meningiti və perikarditi) VƏD-lərlə yanaşı qlukokortikosteroidlərin 
təyini tövsiyə olunur. 
8.
 
AKV-nin  müalicəsi  zamanı  preparatların  sorulmasının  zəif  olması  və  VM-nin  DD  olması 
aparılan müalicəyə qarşı orqanizmin verdiyi cavab reaksiyasının zəif olması ilə nəticələnə bilər. 
9.
 
Kimyəvi  terapiyanın  aparılma  şərtlərindən  ən  vacibi  preparatların  gündəlik  dozalarının 
qəbulunun nəzarət altında aparılmasıdır. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
97 
 
Müalicənin ümumi müddəaları. 
VM-nin 
dərmanlara 
davamlılıq tipi 
AKV-in adi formalarının 
müalicə rejimi 
 
MSS və sümük-oynaq 
sisteminin vərəminin müalicə 
rejimi 
Məlum deyil
3
 
 
I müalicə kateqoriyasına 
müvafiq olaraq  
 
2SHREZ/1HREZ/9HRE 
Həssaslıq 
saxlanılıb 
 
Streptomisinə 
qarşı 
monodavamlılıq 
 
II S müalicə kateqoriyasına 
müvafiq olaraq 
 
2KmHRZE/1HRZE/9HRE 
 
Mono-/ 
polidavamlı 
 
II H və ya II R müalicə 
kateqoriyasına müvafiq olaraq 
 
II H və ya II R müalicə 
kateqoriyasına müvafiq olaraq 
 
ÇDD/GDD 
vərəmi 
 
IV / IV a / IV G müalicə 
kateqoriyasına müvafiq olaraq 
 
IV / IV a / IV G müalicə 
kateqoriyasına müvafiq olaraq 
 
Ağciyərdən kənar lokalizasiyalı vərəmin müxtəlif formaları. 
Vərəm limfadeniti 
AKV  formaları  arasında  vərəm  limfadeniti  ən  çox  təsadüf  edən  forma  olub,  bütün  AKV 
hadisələrinin  35%-ni  təşkil  edir.  Boyun  və  körpücüküstü  limfa  vəziləri  vərəm  prosesinə  daha 
çox cəlb olunur, lakin, bunlarla yanaşı patoloji proses qasıq, qoltuqaltı, döş qəfəsi, mezenterial 
və  mediastinal  limfa  vəzilərini  də  əhatə  edə  bilir.  Eləcə  də  bir  neçə  qrup  limfa  vəziləri  eyni 
vaxtda  vərəm  prosesinə  cəlb  oluna  bilər.  Adətən,  xroniki  böyümüş,  bərkimiş  və  ağrısız  limfa 
vəziləri  aşkar  olunur.  Zaman  keçdikcə  limfa  vəzilərinin  birləşmiş  bərk  kütlələri  gözlə 
görünməyə başlayır.  İİV-ə  yoluxmuş xəstələrdə adətən bu mərhələlərdə hərarətin  yüksəlməsi, 
gecə  tərləmələri  və  çəkinin  azalması  müşahidə  edilir.  Xəstə  yanaşı  olaraq  İİV  infeksiyasına 
yoluxarsa, zədələnmiş limfa vəzilərində VM-nin miqdarı kifayət qədər  yüksək səviyyəyə çatır 
ki,  bu  da  punksion  biopsiyanın  diaqnostik  effektivliyini  artırır.  Digər  tərəfdən,  bu,  ART 
fonunda  immunitetin  bərpa  olunmasının  iltihabi  sindromu  hesabına  vərəm  prosesinin 
kəskinləşməsinə  səbəb  ola  bilər.  Adekvat  kimyəvi  terapiya  aparılmazsa  hiperplaziya  olunmuş 
limfa vəziləri yumşalmaya məruz qalır, bu zaman spontan olaraq içərisindən irinli eksudat xaric 
olan fistula formalaşır. 
Vərəm limfadenitinin diaqnostikasına dair tövsiyələr. 

 
Zədənmiş  nahiyənin:  döş  qəfəsi,  baş,  boyun,  qarın  boşluğunun  və  s.  rentgenoqramı  (KT  və 
MRT müayinəsinə üstünlük verilməklə); 

 
NİAB vasitəsi ilə alınmış aspirasion materialın VM-nin aşkarlanması üçün bakterioskopik və 
əkmə müayinəsi; 
                                                           
3
 
Müalicə əsnasında müsbət dinamika müşahidə olunmadığı hallarda müalicə rejiminə 3 2-
ci sıra VƏD əlavə edilməlidir.
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
98 
 

 
NİAB-ın  nəticəsi  mənfi  olduqda  böyümüş  limfa  vəzilərinin  ekssizion  biopsiyası 
aparılmalıdır; 

 
Bütün hallarda aşağıdakı müayinələr aparılmalıdır: 

 
Sitoloji  müayinə  (epitelioid  hüceyrələri,  çoxnüvəli  giqant  Piroqov-Lanqhans 
hüceyrələrini, kazeoz kütlələri, histiositləri aşkarlamaq məqsədi ilə); 

 
Histoloji müayinə (kazeoz qranulyomalar); 

 
VM-ni  aşkar  etmək  üçün  sentrafuqalaşma  və  lüminessent  rəngləməyə  üstünlük 
verməklə aspirasion materialın mikroskopiyası; 

 
VM-ni  aşkarlamaq  və  onların  dərmanlara  həssaslığını  təyin  etmək  məqsədi  ilə 
aspirasion materialın əkmə üsulu ilə müayinəsi

 
Yuxarıda  göstərilən  üsullarla  müayinə  mənfi  nəticə  verərsə  aparılan 
müayinələrin  həssaslığını  artırmaq  məqsədi  ilə  müayinənin  PZR  əsasında 
molekulyar üsullar tədbiq edilməlidir. 
 
Vərəm limfadenitinin müalicəsinə dair tövsiyələr

 
Fəsadlaşmamış  vərəm  limfadenitinin  müalicəsi  üçün  AKV-nin  adi  formalarında  istifadə 
olunan müalicə rejimi tövsiyə olunur: 2HREZ/4HRE. 

 
Fəsadlaşmış  vərəm  limfadenitinin  (bir  neçə  qrup  limfa  vəzilərinin  vərəm  prosesinə  cəlb 
olunması,  fistulaların  əmələ gəlməsi,  assitlə fəsadlaşmış mezadenitlər) müalicəsində 8 aylıq 
müalicə rejimi: 2SHREZ/1HREZ/5HRE tövsiyə olunur. 

 
VM-nin DD aşkar olunduğu halda müvafiq müalicə rejimi təyin olunur. 

 
Vərəm  limfadeniti  ilə  yanaşı  İİV  infeksiyası  müşahidə  olunduğu  hallarda  antiretrovirus 
preparatları  ilə  müalicə  vərəm  əleyhinə  müalicə  başlandıqdan  0,5-2  ay  sonra  təyin 
edilməlidir. 
Müvəffəqiyyətli  müalicə  fonunda  hiperplaziya  olunmuş  limfa  vəzilərinin  ölçüsünün 
böyüməsi  və  ya  yeni  hiperplaziyalaşmış  limfa  vəziləri  müşahidə  oluna  bilər,  bu,  müvəqqəti 
xarakter  daşıyaraq  ölmüş  VM-yə  orqanizmin  verdiyi  immun  cavabla  əlaqədardır.  Belə 
reaksiyalar  İBİS-in  formalaşması  ilə  əlaqədar  olaraq  İİV-ə  yoluxmuş  vərəmli  xəstələrin 
antiretrovirus preparatları ilə müalicəsi zamanı da müşahidə oluna bilər. 
 
Vərəm plevriti 
Vərəm  plevriti  vərəmli  xəstələrin  5%-də  təsadüf  edilir.  Bu  klinik  forma  vərəmin  həm 
birincili,  həm  də  ikincili  formalarında  müşahidə  edilir.  Adətən  xəstəlik  kəskin  gedişatlı  olub, 
öskürəklə, plevral ağrılarla, hərarətlə və təngnəfəslik ilə müşayiət olunur. Rentgenoloji olaraq 
plevra boşluğunda birtərəfli, müxtəlif səviyyəli maye aşkar edilir. 20% hallarda eyni zamanda 
ağciyərlərdə  infiltrativ  dəyişikliklər  və  kavernalar  müşahidə  edilir.  Birincili  vərəm  zamanı 
həmçinin  döş  qəfəsi  daxili limfa  vəzilərinin böyüməsi  də  aşkar olunur. Əksər hallarda plevral 
vərəqələrin  1  sm-dən  artıq  qalınlaşması  müşahidə  olunur.  Xəstəliyin  başlamasından  2  həftə 
sonra plevral ekssudat limfositar xarakterli olur (90% hallarda limfositlər ümumi leykositlərin 
50%-dən  artığını  təşkil  edir).  Plevral  ekssudatda  qlükozanın  miqdarı  adətən  normadan  aşağı, 
pH  isə  turş  reaksiyalı  olur.  Plevranın  empiyemasından  fərqli  olaraq  vərəm  plevritinin  adi 
formalarında  VM-ni  mikroskopik  müayinələrdə  yalnız  5%  hallarda,  əkmə  üsulu  ilə  isə  40%-
dən  artıq  olmayan  hallarda  aşkarlamaq  mümkün  olur.  Kazeoz  qranulyomaları  aşkarlamaq 
məqsədi ilə plevranın biopsiyası, turşuya davamlı bakteriyaların rənglənməsi və VM-nin əkmə 
üsulu  ilə  aşkarlanması  üsullarının  kombinasiyasından  ibarət  müayinə  90%  hallarda  müsbət 
nəticə  verir.  Tuberkulin  sınaqları  xəstələrin  yalnız  2/3  hissəsində  müsbət  nəticə  verir. 
Limfositar  mayedə  ADA-nın  səviyyəsinin  artması  (ADA>40U/L  olduqda  həssaslıq  92%, 
spesifiklik  90%)  və  eləcə  də  İFN-qammanın  səviyyəsinin  artması  (həssaslıq  89%,  spesifiklik 
97%)  yüksək  diaqnostik  əhəmiyyət  kəsb  edir.
 
Plevranın  vərəmi  zamanı  plevral  ekssudat 
müayinə olunarkən PZR-in həssaslığı 80%, spesifikliyi isə 100% səviyyəsində olur. 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
99 
 
Vərəm plevritinin diaqnostikasına dair tövsiyələr 

 
Döş qəfəsinin rentgenoqrafiyası, KT-na üstünlük verilməklə; 

 
Plevral ekssudatın hüceyrə tərkibinin müayinəsi; 

 
Plevral ekssudatda VM-nin mikroskopiya və əkmə üsulu ilə müayinəsi; 

 
Plevral ekssudatın biokimyəvi müayinəsi (qlükoza, pH, ADA, İFN-qamma); 

 
Plevranın punksion biopsiyası: 
o
 
Kazeoz qranulyomalar aşkarlamaq üçün histoloji müayinə
o
 
Punksion  materialdan hazırlanmış  yaxmaların turşuya davamlı  bakteriyaları 
aşkarlamaq üçün mikroskopik müayinəsi; 
o
 
Yaxmaların VM-yə görə əkmə müayinəsi. 

 
Punksion  biopsiyanın  nəticələri  mənfi  olarsa,  lakin  plevranın  vərəminə  və  ya 
bədxassəli  zədələnməsinə  şübhə  qaldıqda  plevranın  torakoskopik  biopsiyası  tövsiyə 
olunur; 

 
Yuxarıda  göstərilən  metodlar  informativ  olmadıqda  vərəmi  aşkarlamaq  üçün  əlavə 
olaraq PZR müayinəsinin aparılması tövsiyə olunur. 
Vərəm plevritinin müalicəsinə dair tövsiyələr 

 
Vərəmin kimyəvi terapiyası aparılmadan da bəzən ekssudatın sorulması mümkündür, 
lakin, bu hallarda təsadüf edilən residivlərin səviyyəsi daha yüksək olur. 

 
Vərəm plevritinin müalicəsi AKV adi formalarında aparılan müalicəyə uyğun aparılır. 
o
 
müalicə rejimi: 2HREZ/4HRE 

 
DD VM aşkar edildiyi hallarda müvafiq müalicə rejimi təyin edilir.  

 
VƏD-lərin plevra daxilinə yeridilməsi tövsiyə olunmur. 

 
Plevral  ekssudatın  rezorbsiyası  6-12  həftə  müddətində  baş  verir,  buna  görə  də  onun 
evakuasiyası  yalnız  plevral  boşluğa  toplanan  mayenin  miqdarı  çox  olduqda  və 
tənəffüs aktında kompression çətinliklər meydana çıxdığı hallarda göstərişdir. 

 
Nadir  hallarda  bronxopulmonal  fistulalar,  plevranın  empiyeması,  fibrotoraks  kimi 
fəsadlar  formalaşa  bilər  ki,  bunlar  da  AV-nin  cərrahi  müalicəsinə  dair  protokola 
uyğun xüsusi cərrahi müalicə metodlarının təyinini tələb edir. 
 
Vərəm perikarditi 
AKV-nin  bu  klinik  forması  əksər  hallarda  İİV-ə  yoluxmuş  xəstələr  arasında,  nadir 
hallarda  isə  digər  xəstələrdə  müşahidə  olunur.  Vərəm  perikarditi  vərəm  infeksiyasının 
mediastinal limfa vəzilərindən, ağciyərlərdə və onurğada olan ocaqlardan yayılması nəticəsində 
inkişaf edir. Ləng inkişaf edən formalarda adətən perikard boşluğuna toplanan mayenin təsiri 
nəticəsində  təngnəfəslik,  periferik  ödemlər  şəklində  ürək-damar  pozğunluqları  meydana  çıxır. 
Bəzi hallarda xəstəlik kəskin başlayaraq özünü yüksək hərarət və ürək nahiyəsində qəfil ağrılar 
ilə  biruzə  verir.  Müayinə  zamanı  bu  xəstələrdə  ürək  hüdudlarının  böyüməsi,  taxikardiya, 
perikardın sürtünmə küyü, parodoksal nəbz (dərin nəfəsalma zamanı A/T-in enməsi və nəbzin 
dolğunlaşması), boyun venalarının genişlənməsi kimi simptomlar müşahidə edilir. 
Diaqnostika  nöqteyi-nəzərindən  perikardın  biopsiyası  perikardial  ekssudatın  müayinəsinə 
nisbətən 
daha 
informativdir. 
Vərəm 
əleyhinə 
kimyəvi 
terapiya 
ilə 
yanaşı 
qlükokortikosteroidlərin  təyini  xəstəliyin  simptomlarının  daha  tez  itməsini  və  perikard 
boşluğundan mayenin daha tez sorulmasını təmin edir. 
Vərəm perikarditinin diaqnostikasına dair tövsiyələr 

 
Döş  qəfəsinin  icmal  rentgenoqramması,  divararalığının  KT  müayinəsinə  üstünlük 
verilməklə; 

 
Exokardioqrafik müayinə; 

 
Perikardial punksiya və perikardial mayenin müayinəsi; 
o
 
vərəm  perikarditi  üçün  vərəm  plevritində  olduğu  kimi  hüceyrə 
elementlərinin  sayının  artması  və  qlükozanın  miqdarının  azalması 
xarakterikdir; 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
100 
 
o
 
mikroskopik  müayinələrin  nəticələrinin  müsbət  olması  xarakterik 
deyil; 
o
 
VM-nin əkmə üsulu ilə aşkarlanması yalnız 25-50% hallarda mümkün 
olur; 
 
Vərəm perikarditinin müalicəsinə dair tövsiyələr 

 
Vərəm perikarditinin müalicəsi AKV digər formalarında olduğu kimi aparılır  
o
 
müalicə rejimi: 2HREZ/4HRE 

 
VM-nın DD-ğı aşkarlandığı hallarda müvafiq müalicə sxemi təyin olunur;  

 
Yaşlı  xəstələrə  vərəm  əleyhinə  terapiya  fonunda  sutkada  60  mq  olmaqla  və  6-12 
həftə ərzində dozanı tədricən azaltmaqla (əgər eyni zamanda perikardial ekssudatın 
miqdarı azalarsa) prednizolon təyin olunur; 

 
Xroniki  konstriksiya  inkişaf  edərsə,  perikardın  drenaj  olunması  və  ya 
perikardektomiya göstərişdir. 
 
Sümük-oynaq sisteminin vərəmi 
AKV-nin  klinik  formaları  arasında  sümük-oynaq  sisteminin  vərəminə  35%  hallarda 
təsadüf  edilir.  Ən  çox  onurğa,  sonra  isə  iri  oynaqların  (bud-çanaq  və  diz  oynaqları)  birtərəfli 
zədələnməsi və digər sümüklərin osteomieliti müşahidə edilir. 
Spinal  zədələnmələr  arasında  onurğanın  döş  hissəsinin  vərəminə  daha  çox  təsadüf 
edilir.  Bir  qayda  olaraq  infeksiya  fəqərələrin  ön-daxili  hissələrindən  başlayaraq  yaxında 
yerləşən  fəqərəarası  disklərə  və  qonşu  fəqərələrin  cisimlərinə  yayılır.  Bu  da  öz  növbəsində 
onların  bir-birinə  pərçim  olmasına  və  onurğanın  əyilməsinə  (gibbus)  səbəb  olur.  Müalicə 
aparılmazsa  və  ya  gecikmiş  diaqnostika  əksər  hallarda  infeksiyanın  ətraf  toxumalara 
yayılmasına, paravertebral və ya bel əzələləri nahiyəsində absesin əmələ gəlməsi ilə nəticələnir. 
Xəstələr  zədələnmiş  nahiyədə  ağrıların  olmasından,  ümumi  intoksikasiya  əlamətlərinin 
müşahidə  edilməsindən  şikayət  edirlər.  Çox  vaxt  onurğa  beyninin  sıxılmasının  nəticəsində 
paraplegiya əlamətləri inkişaf edir.  
 
İri  oynaqların  vərəmi  sümük-oynaq  sisteminin  vərəmi  arasında  təsadüf  edilmə 
tezliyinə  görə  2-ci  yeri  tutur.  Ən  çox  bud-çanaq  və  diz  oynaqlarının  vərəminə  təsadüf  edilir. 
Xəstəlik  yarımkəskin  gedişata  malik  olub,  oynaqlarda  şişkinliyin,  ağrının  olması  və  hərəki 
pozğunluqlarla  xarakterizə  olunur.  Sümük  toxumasının  osteomieliti  bilək  tunel  sindromunun, 
tendovaginit, üz sinirinin iflici kimi ağırlaşmalarla müşayiət olunur. Xroniki hallarda abseslərin 
və  xarici  irinli  fistulların  formalaşması  mümkündür.  Ümumi  simptomlar  adətən  müşahidə 
edilmir. Rentgenoqramlarda ətraf toxumaların ödemləşməsi, osteoporoz və osteopeniya (sümük 
toxumasının sıxlığının azalması), oynaqarası sahələrin daralması, qığırdaq səthlərinin eroziyası 
təyin  edilir.  MRT  müayinəsi  sümük  toxuması  və  ətraf  toxumaların  vəziyyəti  haqqında  daha 
ətraflı  məlumat  verdiyi  üçün  seçim  metodu  olmalıdır.  Belə  xəstələrin  əksəriyyətində 
ağciyərlərdə vərəmin qalıq əlamətləri müşahidə edilir. 
 
Sümük-oynaq sisteminin vərəminin erkən diaqnostikası üçün TSH həkimlərinin yüksək 
sayıqlığının olması zəruridir. Onurğanın döş hissəsinin ləng gedişatlı osteomielit əlamətləri və 
ya iri oynaqların septik mono-artritləri zamanı qeyri-spesifik bakterial infeksiyanı aşkarlamaq 
məqsədi  ilə  aparılan  əkmə  müayinələri  mənfi  nəticə  verdikdə  ilk  növbədə  vərəmə  şübhə 
yaranmalıdır. Oynaqların punksiyası zamanı alınan sinovial mayenin VM-ni aşkarlamaq üçün 
əkmə  üsulu  ilə  müayinəsi  və  biopsion  materialın  histoloji  müayinəsi  80%  hallarda  müsbət 
nəticə verir. 
Sümük-oynaq sistemi vərəminin diaqnostikasına dair tövsiyələr 

 
Aktiv  AV inkar etmək üçün ağ  ciyərlərin rentgenoqrafiyası  və  bəlğəmin  bakterioloji 
müayinəsi; 

 
Onurğanın,  oynaqların  və  sümük-oynaq  sisteminin  digər  şöbələrinin  rentgenoqrafik 
müayinəsi (MRT-na və ya KT-ya üstünlük verilməklə); 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
101 
 

 
Vərəmə  şübhə  olduqda  sinovial  mayeni  aspirasiya  etməklə  artrosentez  və  sinovial 
toxumanın biopsiyası; 

 
Sitoloji  müayinə,  sinovial  mayedə  VM-ni  aşkarlamaq  üçün  mikroskopik  və  əkmə 
üsulu ilə müayinə; 

 
 Kazeoz  qranulyomaları  və  ya  spesifik  elementləri  aşkarlamaq  məqsədi  ilə  sinovial 
bioptatın histoloji müayinəsi. 
 
Sümük-oynaq sistemi vərəminin müalicəsinə dair tövsiyələr 
Sümük-oynaq sistemi vərəminin müalicəsi üçün bu sxemlər tövsiyə olunur: 

 
Müalicə rejimi: 2SHREZ/1HREZ/9HRE; 

 
VM-nin DD-i müəyyən edildikdə müvafiq müalicə rejimi təyin edilir

 
Cərrahi müalicə göstərişlər əsasında təyin olunur: 
o
 
abseslərin drenajlanması; 
o
 
sümük toxumasının nekrotik hissələrinin kənar edilməsi; 
o
 
onurğa sütununun stabilizasiyası; 
o
 
onurğa beyninin dekompensasiyası və s. 
 
Mərkəzi sinir sisteminin vərəmi 
 
MSS vərəminin 3 əsas klinik forması ayırd edilir: 
1)
 
Beyin  qişalarının  iltihabı  (vərəm  meningiti).  Bu  forma  adətən  beyin 
maddəsinin 
iltihabi 
prosesə 
cəlb 
olunması  ilə  müşayiət  olunur 
(meninqoensefalit); 
2)
 
Beyinin tuberkuloması; 
3)
 
Onurğa  beynin  araxnoiditi.  Bu  klinik  formada  vərəm  prosesi  inkişaf  etdikcə 
həm beyin maddəsi, həm də beyin qişaları patoloji prosesə cəlb olunur. 
 
Yuxarıda  göstərilən  klinik  formalardan  ən  çox  təsadüf  olunan  vərəm  meningitidir. 
Vərəm  meningiti  vərəm  ocaqlarından  infeksiyanın  beyin  maddəsindən  (subepindimlər) 
araxnoidal boşluğa yayılması nəticəsində inkişaf edir. 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin