Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
(B)
3.
 
Purin əsaslarının səviyyəsi 
yüksək olan qida məhsullarının 
istifadəsinin azaldılması 
Qaraciyərin 
zədələnməsi 
(transaminazala
rın səviyyəsinin 
3-4 dəfədən 
çox artması 
və/və ya 
bilirubinin 
normadan çox 
olması) 


Н 
Eth 
PAS 
Е 
FQ 
1.
 
Kimya terapiyanı 
hepatoksikliyi az olan 
dərmanlarla 
(aminoqlikozidlər, 
sikloserin, PAST) 
bərpa etmək. Ən sonda 
növbə ilə 
etion(protion)amidi və 
pirazinamidi 3 günlük 
fasilələrlə 
transaminazaların 
səviyyəsinə nəzarət 
edərək əlavə etmək  
2.
 
Əksər hallarda 
transaminazaların 
səviyyəsinin artması 
müdaxilə tələb etmir 
3.
 
Transaminazaların 
səviyyəsi 4 dəfədən 
çox artıqda hepatit 
aradan qalxana qədər 
kimya terapiyanın 
dayandırılması 
4.
 
Hepatitin digər 
mümkün səbəblərini 
istisna etmək. 
1.
 
Adətən bu YT şübhə edilən 
dərmanın dayandırılmasından 
sonra aradan qalxır. 
Böyrəklərin 
zədələnməsi 

KM 
АМК 
CM 
1.
 
Şübhə edilən dərmanın 
qəbulunun 
dayandırılması. 
2.
 
Əvvəlki sxemdə 
kapreomisin 
vurulurdusa 
aminoqlikozidin təyin 
edilməsinin nəzərdən 
keçirilməsi. 
3.
 
Digər VƏD-lərin 
1.
 
Anamnezdə diabet və ya 
böyrək xəstəlikləri olan 
pasiyentlərə bu VƏD-lərin 
təyini əks göstəriş deyil, 
baxmayaraq ki, adları çəkilən 
yanaşı gedən xəstəlikləri olan 
xəstələr böyrək çatışmazlığının 
əmələ gəlməsi baxımından 
yüksək risk qrupunu təşkil edil. 
2.
 
Böyrək çatışmazlığı daimi ola 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
79 
 
dozalarını kreatinin 
klirensi ilə 
uyğunlaşdırmaq 
bilər. 
Eşitmənin 
pozulması 

KM 
AMK 
CM 
CLR 
1.
 
Audiometriyanın 
göstəricilərini 
xəstənin ilkin 
audiometriya 
göstəriciləri ilə 
müqayisə etmək 
2.
 
MBT-nin CM-ə qarşı 
təsdiqlənmiş 
həssaslığı olduğu 
zaman inyeksion 
dərmanın CM-lə əvəz 
etdirilməsi. 
3.
 
Kimyavi terapiya 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın dozasının 
azaldılması, ən geniş 
yayılmış yanaşma 
dərmanın qəbulunu 
həftədə üç dəfəyə 
bölməkdir. 
4.
 
Kimyavi terapiya 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın qəbulunun 
dayandırılması 
1.
 
Əvvəllər aminoqlikozidlər 
qəbul etməmiş xəstələrdə ilkin 
olaraq eşitmə pozuntusu ola 
bilər. Vərəm müalicəsindən 
əvvəl audiometriyanın 
aparılması məqsədəuyğundur. 
2.
 
Eşitmə orqanının 
zədələnməsinin erkən 
əlamətlərinə pıçıltının 
eşitməməsi, qulaqda küyün 
olması şikayətləri, xəstənin 
qeyri-adi yüksək səslə 
danışmağa məcbur edən 
qulağın tutulması hissi.  
3.
 
Eşitmənin pozulması 
aminoqlikozidlərin toplanmış 
dozasının yüksək olması 
zamanı baş verir və adətən 
geri-dönməzdir. 
4.
 
Bu dərmanların müalicə 
sxemindən çıxarılmasının 
mənfi nəticələri ilə eşitmə 
pozuntularının əmələ gəlməsi 
risklərini müqayisə etmək 
lazımdır. 
Periferik 
sinirlərin 
zədələnməsi 
CS 
Н 
FQ 

КМ 
АМК 
СМ 
Ethio 
1.
 
Piridoksinin 
dozasının gündəlik 
maksimal dozaya 
qədər artırılması (200 
mq); 
2.
 
MBT-nin CM-ə qarşı 
təsdiqlənmiş 
həssaslığı olduğu 
zaman inyeksion 
dərmanın CM-lə əvəz 
etdirilməsi. 
3.
 
Amitriptilin kimi 
triqliserid 
antidepressantlarla 
müalicənin 
başlanması  
4.
 
Kimyavi terapiya 
rejimini əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
1.
 
Vərəmlə yanaşı gedən 
xəstəlikləri (məsələn, diabet, 
İİV-infeksiyası, alkoholizm) 
olan xəstələr periferik 
neyropatiyaların əmələ 
gəlməsinə daha meyllidirlər, 
lakin bu göstərilən dərmanların 
təyininə əks göstəriş deyil. 
2.
 
Neyropatiya geridönməz ola 
bilər, lakin bəzi xəstələrin 
vəziyyəti dərmanın müvəqqəti 
və ya tam dayandırılması 
nəticəsində yaxşılaşa bilər. 
3.
 
Bu YT -lə olan xəstələrin 
aparılması elektromioqrafiya 
olmadan klinik simptomlar 
əsasında mümkündür
10
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
80 
 
halda şübhə edilən 
preparatın dozasının 
azaldılması. 
5.
 
Kimyavi terapiya 
rejimini əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın qəbulunun 
dayandırılması. 
Depressiya 
Sosial-
iqtisadi 
şərait, 
xronik 
xəstəliklər
, CS, FQ, 
H, Eth 
1.
 
Antidepressantların 
qəbulunun 
başlanması 
2.
 
Kimyavi terapiya 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın dozasının 
azaldılması. 
3.
 
Xəstənin həyatının 
sosial-iqtisadi şəraitini 
yaxşılaşdırılması. 
4.
 
Qrup və ya fərdi 
psixoterapevtik 
seansların keçirilməsi 
5.
 
Kimyavi terapiya 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın qəbulunun 
dayandırılması 
1.
 
Depressiyanın əmələ gəlməsinə 
təkan verən amil kimi sosial-
iqtisadi şəraitin əhəmiyyətini 
azaltmaq olmaz 
2.
 
Depressiya simptomlarının 
qabarıqlığı müalicə zamanı 
dəyişə bilər və vərəm 
terapiyasının uğurlu olması onu 
azalda bilər 
3.
 
Anamnezdə depressiyanın 
olması bu dərmanların təyini 
üçün əks göstəriş deyil, lakin 
bu xəstələrdə müalicə zamanı 
depressiyanın əmələ gəlmə 
riski yüksək ola bilər 
Psixoz 
CS 
Н 
FQ 
Etho 
1.
 
Şübhə edilən 
dərmanın qəbulunun 
qısa müddətə (1-4 
həftə) dayandırılması 
- psixozun 
simptomları aradan 
qaldırılanadək . 
2.
 
Antipsixotik 
dərmanların 
(qaloperidol, 
klozapin, tioridazin 
(sonpaks), aminazin) 
qəbuluna başlanması. 
3.
 
Kimyavi terapiya 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın dozasının 
azaldılması. 
4.
 
Kimyavi terapiya 
1.
 
Bəzi xəstələrdə vərəmin 
müalicəsinin bütün kursu 
əsnasında psixotik 
vəziyyətlərin müalicəsi tələb 
olunur. 
2.
 
Anamnezdə psixotik 
vəziyyətlərin olması həmin 
dərmanların təyininə əks 
göstəriş deyil, lakin 
simptomların əmələ gəlməsi 
ehtimalını artıra bilər. 
3.
 
Psixoz simptomları müalicə 
başa çatdıqda və ya bu YT-ni 
yaradan dərmanın 
dayandırılmasından sonra 
aradan qalxır. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
81 
 
rejimi əhəmiyyətli 
dərəcədə zəifləmədiyi 
halda şübhə edilən 
preparatın qəbulunun 
dayandırılması. 
Qıcolma 
tutmaları 
CS 

FQ 
 
1.
 
Qıcolmalar başa 
çatmayana qədər 
onları törədən 
dərmanların uzun-
müddətli 
dayandırılması 
2.
 
Qıcolma əleyhinə 
terapiyanın 
başlanması (məsələn, 
difenin, valproy 
turşusu, 
benzobarbital, 
fenitoin). 
3.
 
Piridoksinin 
dozasının gündəlik 
maksimuma 
artırılması 
məsələsinin nəzərdən 
keçirilməsi (200 mq). 
4.
 
Kimya terapiyasının 
əhəmiyyətli 
komponenti olduğu 
halda həmin və ya 
aşağı dozada 
dərmanın qəbulunun 
bərpa edilməsi. 
1.
 
Qıcolmalar əleyhinə 
dərmanların qəbulu adətən 
müalicənin sonuna və ya 
qıcolmalara səbəb olması şübhə 
edilən dərmanın qəbulu başa 
çatana qədər davam edir. 
2.
 
Əgər qıcolmaya etibarlı nəzarət 
olunursa və/və ya qıcolma 
əleyhinə müalicə aparılırsa 
anamnezdə qıcolma tutmaların 
olması göstərilən dərmanların  
(CS, Н, FQ) təyini üçün əks 
göstəriş deyil  
3.
 
Anamnezdə qıcolma tutmaları 
olan xəstələr vərəmin müalicəsi 
zamanı qıcolmanın əmələ 
gəlməsinə görə yüksək risk 
qrupuna daxil ola bilər. 
 
Allergik reaksiyalar və fərdi dözülməzlik 
Anafilaksiya  –  dərman  allergiyasının  ən  ağır  formalarındandır  və  nadir  hallarda  baş  verir. 
Anafilaksiya allergenin daxil edilməsindən bir neçə dəqiqə sonra əmələ gələ bilər və aşağıdakı 
simptomlara  malikdir:  səpmə,  dəridə  qaşınma,  ürək  bulanma,  qusma,  tənəffüs  yollarının 
obstruksiyası, stridor, fit çalan tənəffüs, dilin ödemi, boğazda «laxtanın» olması hissiyatı, səsin 
xırıltılı olması. Bu simptomlar şok, qıcolmalar və ishal ilə müşayiət oluna bilər. Anafilaksiya 
zamanı  həyatı  əhəmiyyət  kəsb  edən  funksiyaların,  tənəffüs  yolların  keçiriciliyinin  və  qan 
dövranının  bərpası  üçün  təcili  tədbirlər  görülməli,  adrenalin  vurulmalı  və  xəstəyə  peşəkar 
yardım göstərilməlidir. 
Digər  ağır  allergik  reaksiyalar  dərman  qəbulundan  sonra  bir  neçə  gündən,  bir  neçə 
həftəyədək əmələ gələ bilər – səpmə, hərarət və hepatit. Stivens-Conson sindromu nadir, lakin 
ağır  YT-dir.  Bu  eritemanın  ağır  formasıdır  və  epidermisin  nekrozu  və  90%  hallarda  selikli 
qişanın zədələnməsi ilə xarakterizə olunur. 
Yuxarıda qeyd edilən allergik reaksiyalardan hər hansı biri baş verdiyi zaman bütün vərəm 
əleyhinə dərmanların qəbulu dayanaşıdırılmalıdır. Allergik reaksiyaların müalicəsində yuxarıda 
göstərilən  adrenalindən  başqa,  kortikosteroidlər  və  antihistamin  preparatlardan  istifadə  edilir. 
Allergik  reaksiyanı  hansı  dərmanın  törətdiyinin  müəyyən  edilməsi  əhəmiyyətlidir.  Xəstənin 
vəziyyəti  yaxşılaşdıqdan  sonra  antibakterial  terapiya  dərmanlarını  tədricən  əlavə  edərək  və 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
82 
 
dozaları  artıraraq  bərpa  etmək  lazımdır,  bununla  belə  ehtimal  olunan  allergen  ilkin  (birinci) 
təyin olunur («təhrik edici proba»). 
Göstərilən  metodika  anafilaktik  reaksiya  vermiş  VƏD-ə  yaramır.  Nadir  hallarda 
anafilaksiyaya  səbəb  olmuş  dərmanı  desensibilizasiya  sxemi  ilə,  stasionar  vəziyyətdə  və 
allerqologiya və immunologiya sahəsində təcrübəsi olan həkimin nəzarəti altında daxil etmək 
olar. Desensibilizasiya yalnız müalicə seçimi məhdud olduğu zaman aparılır. Səpmə və yüngül 
qaşınma  ilə  məhdudlaşan  yüngül  allerqik  reaksiyalar  zamanı  antihistaminlərin  qəbulu  yetərli 
ola bilər. 
Mülayim allergik reaksiyadan sonra VƏD-lərin dozasının bərpasının təxmini sxemi 
Preparat 
Doza, mq gündə 
 
1-ci gün  
2-ci gün 
3-cü gün 
4-cü gün 
İzoniazid 
25 
50 
100 
5 mq/kq 
Rifampisin 
50 
100 
150 
10 mq/kq 
Pirazinamid 
125 
250 
500 
25-30 
mq/kq 
Etambutol 
100 
200 
400 
20-30 
mq/kq 
Streptomisin 
Kanamisin 
Kapreomisin*  
Amikasin 
125 
250 
500 
15-20 
mq/kq 
Siprofloksasin 
125 
250 
500 
20 mq/kq 
Ofloksasin 
100 
200 
400 
800 mq 
Etionamid* 
Protionamid* 
62, 5 
125 
250 
15 mq/kq 
Sikloserin 
62, 5 
125 
250 
15 mq/kq 
PAST 
100  səhər,  200 
axşam 
500  səhər,  1000 
axşam 
2000 səhər, 
2000 
axşam 
150 mq/kq 
Qeyd: yuxarıda göstərilən sxemi yalnız zəif və ya mülayim allergik reaksiya vermiş dərmanlara 
qarşı  istifadə  etmək  olar.  Ağır  reaksiyalar  zamanı  daha  aşağı  dozalar  və  daha  uzun  müddət 
ərzində istifadə edilməlidir. 
Elektrolit mübadiləsinin pozulması  
Qan zərdabında kaliumun və maqneziumun mülayim azalması özünü biruzə vermir, lakin 
pozuntu dərinləşdikcə xəstələrdə yorğunluq, əzələ ağrıları, qıcolmalar, ayaqlarda zəiflik, psixi 
qeyri-sabitlik,  yanma  və  qaşınma  hissləri  və  hətda,  huşun  pozulması  əmələ  gəlir.  Daha  ağır 
pozuntular tetaniyaya, iflicə və həyat üçün təhlükəli aritmiyaya səbəb ola bilər. Bununla əlaqəli 
qusma və/və ya ishal nəticəsində maye itirən, eləcə də, inyeksiya şəklində VƏD alan xəstələrdə 
müntəzəm  olaraq  elektrolitlərin  səviyyəsinin  yoxlanılması  tövsiyə  olunur.  Elektrolitlərin 
itirilməsi  adətən kapreomisinin qəbulu  ilə bağlıdır. Kaliumun  (K+) və  maqneziumun (Mg++) 
bədən  toxumaları  tərəfindən  itirilməsi  onların  qan  zərdabında  səviyyəsinin  azalmasından 
dəfələrlə çox ola bilər. 
Hipokalemiya  (kaliumun  zərdabda  3,5  mekv/l-dan  az  olması)  və  hipomaqneziemiya 
(maqneziumun zərdabda 1,5 mekv/l-dan az olması) adətən vərəmə görə müalicə alan xəstələrdə 
müşahidə olunur və aşağıda göstərilən səbəblərin nəticəsində olur: 

 
Aminoqlikozidlərin və kapreomisinin böyrəklərə bir-başa zədələyici təsiri; 

 
Qusma və ishal. 
Hipokalemiya və hipomaqneziemiya halları olduqda aşağıdakılar edilməlidir: 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
83 
 

 
Qusma və ishalın müalicəsi; 

 
Ürək aritmiyasına səbəb ola bilən dərmanların qəbulunun mümkün qədər dayandırılması 
(məsələn, diqoksin, trisiklik antidepressantlar); 

 
Elektrolit  balansının  əhəmiyyətli  pozulması  olan  xəstələrdə  EKQ-nin  aparılması;  QT 
intervalının  uzunluğu  artdığı  zaman  bütün  səbəbkar  ola  bilən  dərmanların,  o  cüməldən 
flüorxinolonların, 
qaloperidolun, 
flukonazolun 
və 
sisapridinin 
qəbulunu 
dayanaşıdırılması. 
 
Hipokalemiyanın və hipomaqneziemiyanın müalicəsi:  
Elektrolit defisiti əleyhinə dərmanların peroral təyin edilməsi daha məqsədəuyğundur: 

 
Yüngül elektrolit pozuntuları zamanı maqnezium və kalium tərkibli dərmanlarının təyin 
ediolməsi; 

 
Aminoqlikozidlərin və ya kapreomisinin qəbul kursu müddətində kalium və maqnezium 
preparatlarının verilməsi tələb oluna bilər; 

 
Hipokalemiya yalnız maqnezium defisiti aradan götürüləndən sonra müalicə olunur. 
 
Elektrolitlərin bərpasına başlamazdan əvvəl böyrəklərin normal fəaliyyət göstərdiyinə əmin 
olmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrə elektrolitlərin defisintini aradan qaldırmaq 
məqsədilə  istifadə  olunan  preparatları  aşağı  dozalarla  təyin  etmək  tövsiyə  edilir.  Kalium  və 
maqnezium  preparatlarını  peroral  və  ya  vena  daxili  təyin  etmək  olar.  Mümkün  qədər  kalium 
pəhriz və ya tərkibində kalium duzları olan (kalium-normin, rehidron) peroral dərman vasitələri 
ilə  təmin  edilməlidir.  Asparkam,  panangin  və  kalium  orotat  aşağı  dozalı  olduğu  üçün  bu 
məqsədə uyğun deyil. 
Vena  daxili  preparatların  təyin  edilməsi  xəstədə  mədə-bağırsaq  pozuntuları  və  ya  kalium 
defisitinin  yüksək  olduğu  zaman  tövsiyə  olunur.  İnfuziya  vasitəsi  ilə  defisitin  aradan 
götürülməsi  zamanı qanda elektrolitlərin  kəskin  artması riski  var. Vena  daxili üsul seçildikdə 
gündəlik  doza  bir  neçə  yerə  bölünməli  və  ürək  ritminə  və  qan  təzyiqinə  nəzarət  edərək 
elektrolitlər mümkün qədər yavaş-yavaş yeridilməlidir. 
Aminoqlikozidlər və kapreomisin təsiri nəticəsində küllü miqdarda kalium itirildiyi zaman 
kalium  qoruyan  diuretiklər  (spironolakton,  triampur  və  ya  amilorid)  yardımçı  terapiya  kimi 
istifadə  edilə  bilər.  Kalium  preparatlarının  və  kaliumqoruyan  diuretiklərin  eyni  vaxtda  təyini 
zamanı hiperkaliemiya riski olduğu üçün ehtiyatlı olmaq lazımdır. 
Hipomaqnezimiya tez-tez hipokaliemiyaya və hipokalsiemiyaya səbəb olur. Hipokaliemiya 
(eləcə  də,  hipokalsiemiya)  adətən  yalnız  eyni  zamanda  hipomaqneziemiyanın  müalicəsi  ilə 
korreksiya  olunur.  Maqneziumun  qan  zərdabında  səviyyəsi  ümumi  maqnezium  səviyyəsini 
həmişə  əks  etdirmədiyi  üçün  maqnezium  səviyyəsi  normal  olduğu  halda  belə  hipokalemiya 
zamanı maqnezimun təyini tələb olunur. 
 
Kaliumun defisiti 
Normada qan zərdabında kaliumun səviyyəsi – 3,5- 5,0 mekv/l təşkil edir. 
Kalium  çatışmazlığının  əsas  əlamətləri  spesifik  deyil.  Mülayim  defisit  zamanı  zəiflik, 
mialgiya  müşahidə  olunur,  ağır  hallarda  tənəffüs  zəifliyi  və  iflic  mümkündür.  EKQ-də  T 
dişçiyinin səviyyəsi azalır, U dişciyi hündürləşir, ST seqmenti aşağı olur və QT intervalı uzanır, 
mədəcik ekstrasistolaları mümkündür. 
Kalium defisitinin aradan götürülməsi üçün peroral qəbul və pəhriz təyin olunur: 
• Kalium xlorid məhlul və adi tabletlər formasında təyin edilə bilər; 
• Gündəlik dozanı 2-3 dəfəyə qəbul etmək olar; 
•  Pəhrizə  banan,  portağal,  pomidor,  qreypfrut  şirəsi,  dərisi  ilə  qızardılmış  kartof,  meyvə 
qurusu kompotu, noxud sıyıqları və şorbaları, kəsmik əlavə etmək olar. 
Vena daxili: 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
84 
 
• Yeridilən kaliumun  həcmi saatda 20 mekv-dən artıq olmamalıdır. 1 q KCl 13,3 mekv-ə 
bərabərdir;  
•  Adətən  1  litr  0,9%-li  NaCl-da  40  mekv,  maksimal  60  mekv/l,  KCl  tərkibli  məhluludan 
istifadə olunur. 
40 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 4% KCl məhlulunu 1l 0,9%-li 
NaCl məhlulunda həll etmək lazımdır. 
60 mekv KCl tərkibli 1 litr məhlul hazırlamaq üçün 12,25 ml 4% KCl məhlulunu 1l 0,9%-li 
NaCl məhlulunda həll etmək lazımdır. 
Kalium səviyyəsinə nəzarət tezliyi və onun bərpası sxemi 
Qan 
zərdabında 
kaliumun  səviyyəsi 
(mekv/l) 
KCl  yeridilən  miqdarı  (mekv  və 
ya q-la) 
Nəzarətin tezliyi (qusma və ishal 
zamanı — daha tez-tez) 
3, 7 və daha çox 
 
Hər ay 
3, 4 - 3, 6 
20 - 40 mekv (1,5-3,0 q) 
Hər ay 
3, 0 - 3, 3 
60 mekv (4,5 q) 
İki həftədən bir 
2, 7 - 2, 9 
80 mekv (6,0 q) 
Hər həftə 
2, 4 - 2, 6 
80 - 120 mekv (6,0- 9,0 q) 
Hər 1 - 6 gün 
2, 0 - 2, 3 
60 mekv (4,5 q) v/d 
və 80 mekv (6,0 q) peroral 
hər 6 - 24 saat 
2,0 - dan az 
60 mekv (4,5 q) v/d və 100 mekv 
(7,5  q)  per  oral.  Qanda  kaliumun 
səviyyəsi  2,4  mekv/l-dən  artıq 
olana  qədər  infuziyaları  davam 
etdirmək.  
Vena  daxili  intensiv  infuziya 
zamanı hər 6 saatdan bir.  
 
Elektrolitlərin  dozası  adətən  milliekvivalentlərdə  (mekv)  göstərilir.  40  mekv  kalium 
təxminən aşağıdakılarda var: 
3,9 q kalium asetat 
4,0 q kalium bikarbonat 
3,0 q kalium xlorid 
4,3q kalium sistrat 
9,4q kalium qlukonat 
5,4q birəsaslı kalium fosfatda 
3,5q ikiəsaslı kalium fosfatda 
Kalium  asetat,  bikarbonat,  xlorid,  sitrat  və  qlukonat  per  oral  təyin  edilə  bilər.  İnfuzion 
əvəzedici  terapiya  üçün  kalium  xloriddən,  asetatdan  və  fosfatdan  istifadə  olunur.  10  ml  10% 
kalium xloriddə 1 q və ya 13,3 mekv kalium olur. 
Maqnezium defisiti 
Normada maqneziumun qan zərdabında səviyyəsi – 1,5- 2,5 mekv/l təşkil edir. 
Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə olunur. 
Müxtəlif  dərman  vasitələrində  maqnezium  elektrolitinin  müxtəlif  miqdarı  olur.  Gündəlik 
dozanın  hesablanması  üçün  400  mq  tabletdə  240  mq  elementar  maqnezium  olduğunu  güman 
edilir. İstifadə edilən preparatda elementar maqneziumun dozası daha az olarsa, tövsiyə olunan 
dozanı əldə etmək üçün tabletlərin sayını artırmaq olar. Gündəlik doza 2000 mq olduqda onun 
vena və ya əzələ daxili yeridilməsi daha rahat ola bilər. 
Vena daxili istifadə: 

 
Maksimal  konsentrasiya:  5  q  (25%-lik  20  ml  MgS0
4
  məhlulu)  və  ya  40  mekv  Mg  1l 
0,9% NaCl və ya 5% qlükoza məhlulunda; 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
85 
 

 
Dəqiqədə  150  mq-dan  (yuxarıda  qeyd  edilmiş  məhluldan  30  ml)  artıq  daxil  etmək 
yolverilməzdir; 

 
Vəziyyət təcili deyilsə: əzələdaxili 100 ml 0,9% NaCl və ya 5% qlükoza məhlulunda 2 q 
(8 ml 25% MgSO
4
 məhlulunda) və ya 16 mekv Mg 1-2 saat ərzində, 250 ml-lə 4 q (16 
ml 25% MgSO
4
 məhlulunda) və ya 32 mekv Mg 250 ml 0,9% NaCl məhlulunda və ya 
5% qlükoza məhlulunda 2-3 saat ərzində. 
Əzələ daxili: 

 
1 q (25% – 4 ml) MgSO
4
 həll etmədən hər 6 saatdan bir əzələ daxilinə; 

 
Maqneziumun v/d yeridilməsi ilə müqayisədə üstünlüyü yoxdur; 

 
V/d və ya per oral vermə mümkün olmadıqda istifadə olunur. 
 
Maqneziumun səviyyəsinə nəzarət tezliyi və bərpa edilməsi sxemi 
Qan zərdabında maqneziumun 
səviyyəsi, mekv/l 
Bərpa  üçün  tələb  olunan 
miqdar  (mq-la,  tam  gündəlik 
doza) 
Nəzarət tezliyi 
1,5 və ya çox 
Tələb olunmur 
Hər ay 
1,1 - 1,4 
1000  mq  -  1200  mq  (8-9.6 
mekv) per os 
Hər ay 
0,8- 1,0 
2000  mq  (16  mekv  per  os  və 
ya ə/d) 
Hər 1 - 2 həftə 
0,8-dən az 
3000  mq  -  6000  mq  (24-48 
mekv v/d və ya ə/d) 
Hər 1 - 6 gün 
Kalsium defisiti 
Hipokalsemiya  (kalsiumun  qan  zərdabında  səviyyəsinin  8,5  mq%-dan  az  olması) 
yorğunluq, əzələ zəifliyi, bəzi əzələlərdə qıc olma, səciyyəvi olaraq ağız ətrafın, biləklərdə və 
ayaqlarda  olan  keyimə  və  batıcı  hisslərlə  təzahür  edir.  Ağır  hallarda  qıcolmalar,  əzələlərin 
hipertonusu, hamar əzələlərin spazmı, o cümlədən larinqospazm müşahidə olunur. 
Kəskin hipokalsemiya simptomları əmələ gəldikdə 10 dəqiqə ərzində vena daxili 2q kalsi 
qlukonat  (180  mq  elementar  kalsi  və  ya  20  ml  10%  kalsi  qlukonat  məhlulu)  yeridilməlidir, 
sonra  isə  4-6  saat  ərzində  vena  daxili  6q  kalsi  qlukonat  (500  ml  5%  dekstroza  məhlulunda) 
təyin  edilməlidir.  Tədricən  vena  daxili  üsuldan  peroral  üsula  keçmək  lazımdır.  Peroral 
preparatın ilkin dozası 1-2 q elementar kalsi gündə 3 dəfə təşkil edir. Uzun müddətli müalicə 
zamanı adətən doza 0,5-1,0 q per os gündə üç dəfə təşkil edir. 
Hipokalsemiyanın  müalicəsi  zamanı  parallel  olaraq  hipokalemiyanın  müalicəsi  də 
aparılmalıdır. 
Zərdab  kalsisinin  sıxlığını  qiymətləndirərkən  albuminin  səviyyəsinin  aşağı  olmasını  da 
nəzərə  almaq  lazımdır  (ionlaşdırılmış  kalsinin  tərkibinə  görə  korreksiyanın  aparılmasına 
ehtiyac  yoxdur).  Zərdab  albuminin  səviyyəsi  4,0  q/100  ml-dan  az  olsa,  zərdab  kalsiumun 
ümumi  səviyyəsini  ölçülmüş  həcmə  onun  sıxlığının  4,0q/100  ml-ə  qədər  çatışmayan  hər  1q 
albuminə  0,8mq/100ml  əlavə  edirlər.  Həqiqi  hipokalsemiyanı  aşağıdakı  düstur  əsasında 
müəyyən edirlər: 
Hipoalbuminemiya  zamanı  zərdab  kalsiumun  həqiqi  səviyyəsi  =  0,8  x  (4,  0  —  ölçülmüş 
albumin) + ölçülmüş zərdabın kalsisi təşkil edir. 
 
 
 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
86 
 
Kalsium həcminin ölçülməsi tezliyi və onun bərpası sxemi 
Plazmada 
kalsiumun 
miqdarı 
(ümumi 
səviyyə 
hipoalbuminemiyaya düzəlişlələ) 
Bərpa üçün tələb olunan kalsiumun 
miqdarı   
Nəzarət tezliyi 
8,5  mq/100  ml  və  çox  (4,2  mekv/l  -
dən çox) 
 
 
7,5 –  8,4 
500 mq gündə 3 dəfə 
hər ay 
7,0 –  7,4 
1000 mq gündə 3 dəfə 
1 – 2 həftə 
7,0 –  dan az 
dozanın  1000  mq  gündə  3  dəfəyə 
qədər azaldılması ilə v/d yeritmə 
1 – 4 gün 
 
Hipokalemiya və hipomaqneziemiya müalicəsində kalium qoruyan diuretiklərin istifadəsi: 

 
Bəzi diuretiklər kalium və maqneziumun böyrəklə bədəndən ifrazını azaldır: 
o
 
amilorid (5-10 mq gündə) 
o
 
spironolakton (25-50 mq gündə) 

 
Adətən  kalium  və  maqnezium  preparatlarının  qəbulunu  davam  etmək  lazımdır,  lakin 
aşağı dozada; 

 
Kaliumqoruyan  diuretiklərin  yanaşı  təsirləri:  sidiyə  getmənin  artması,  dehidratasiya, 
ginekomastiya (amilorid tərəfindən törədilmir), mədə-bağırsaq traktının qıcıqlanması 
 
Əlavə qeydlər: 

 
Elektrolit  tarazlığının  pozulmasına  təkan  verə  biləcək  qusmanın  və  ishalın  müalicəsi 
mütləqdir. 

 
Ayrı-ayrı  müşahidələr  göstərir  ki,  kapreomisin  eleltrolit  pozuntularına  digər  inyeksion 
vasitələrindən  daha  tez-tez  gətirir.  Buna  görə  də  kapreomisinin  amikasinə  və  ya 
kanamisinə  dəyişdirilməsi  nəzərdən  keçirilməlidir  (MBT-nin  onlara  qarşı  həssaslığını 
itirmədiyi halda). 

 
Elektrolitlərin  səviyyəsinə  nəzarət  və  onların  itkisinin  bərpa  edilməsi  inyeksion 
terapiyanın (intensiv fazasında) aparılan müddətdə davam etdirilməlidir. 

 
Elektrolit pozuntuları adətən onları törədən inyeksion dərman vasitələri dayandırıldıqda 
aradan  götürülür.  Dərmanın  qəbulunun  dayandırılmasından  sonra  elektrolit  pozuntusu 
qaldığı halda başqa səbəbləri axtarmaq lazımdır. 
Hipotireoz 
Qalxanvari  vəzin  hormonlarının  defisiti  yüngül  simptomlardan  (quru  öskürək,  yorğunluq 
hissi, yuxululuq) daha qabarıq (üşütmə, dərinin quruluğu, saçların sınması, qəbizlik, udqunma 
zamanı  diskomfort)  simptomlara  qədər  təzahür  edə  bilər,  bəzi  hallarda  isə  depressiya  və 
psixozlarla  müşahidə  oluna  bilər.  Müayinə  zamanı  qalxanvari  vəzin  böyüməsi  və  vətər 
reflekslərinin  ləngiməsi  müəyyən  edilir.  Ilkin  hipotireoz  diaqnozu  qan  zərdabında  tireotrop 
hormonunun  (hipofizin  qalxanvari  vəzin  hormonlarının  ifrazını  gücləndirən  hormonu) 
səviyyəsi 10,0 ME/ml-dən artıq olduqda təsdiqlənir. 
Tioamidlər  (etionamid,  protionamid  və  PAST)  qalxanvari  vəzdə  hormonların  sintezini 
zəiflədir. VƏD nəticəsində əksər hipotireoz halları iki dərman eyni zamanda təyin olunduqda 
əmələ  gəlir.  Hipotireozun  digər  səbəblərinə  yod  çatışmazlığı,  bəzi  digər  preparatların  qəbulu 
(məsələn  litiy,  amiodaron),  daha  əvvəl  yod  izotopları  ilə  aparılan  müalicə,  hamiləlik  zamanı 
qalxanvari vəzin disfunksiyası, Xoşimoto xəstəliyidir. 
Hipotireozun  digər  səbəblərinin  istisna  edilməsindən  sonra  levotiroksini  təyin  etmək 
lazımdır - minimal dozadan TTH-ın səviyyəsinin 10 mBV/ml səviyyəsinə çatana qədər. VƏD-
lərin  qəbulu  ilə  bağlı  olan  hipotireoz  yaxşı  nəzarət  olunur  və  tiamidlərdən  (Eth,  Pth)  və  ya 
PAST-dan  mütləq  imtinanı  tələb  etmir.  Qalxanvari  vəzin  disfunksiyası  vərəmin  müalicəsinin 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
87 
 
kursu başa çatan kimi aradan qalxır və hormon əvəzedici terapiyanı ümumi qayda ilə aparılmış 
müalicə bitdikdən bir neçə ay sonra dayanaşıdırmaq olar. 
Dispepsiya 
Mədə-bağırsaq  tərəfindən  VƏD-lərin  qəbul  edilməməsinin  klinik  təzahürləri  müxtəlifdir: 
ürəkbulanma  və  köpdən  başlayaraq  davamlı  abdominal  ağrılara  qədər.  Zəif  simptomlar,  o 
cümlədən, ürək bulanma, tez-tez olan yumşaq nəcis, adətən müalicə başlandıqdan ilk bir neçə 
ay  ərzində  müşahidə  olunur.  Əsasən  qastrit  qeyd  edilir,  xüsusilə  əvvəllər  vərəmdən  müalicə 
alanlarda.  Qastrit  simptomlarına  daxildir:  epiqastral  nahiyyədə  yanma  və  diskomfort  hissi, 
ağızda  turşuluq.  Simptomlar  səhərlər  və  qida  qəbulundan  əvvəl  kəskinləşir.  Mədə  xorası 
əlamətlərinə  yeməkdən  sonrakı  kəskin  ağrılar,  qanlı  qusma  və/və  ya  melena  daxildir.  Uzun-
müddətli  müalicə  zamanı  antibiotiklərin  mədə  mikroflorasına  olan  təsirinə  görə  yağların 
sovrulması və laktozanın qəbul edilməməsi əlamətləri əmələ gəlir. Hərdən kifayət qədər güclü 
olan MB spazmları selikli qişa altında klofamin kristallarının toplanmasından baş verə bilər. 
MB simptomatikası ən çox PAST (xəstələrin 1/4-də ürək bulanma, ½ - ishal), etionamid 
(protionamid),  klofaizimin,  izoniazid,  etambutol  və  pirazinamid  qəbulu  zamanı  olur.  Ağır 
ürəkbulanma  və  qusma  halları  hepatit  əlamətləri  də  ola  bilər.  Ishalın  infeksion  səbəblərinə 
şübhə  edildikdə  С.  difficile  və  həmin  ərazi  üçün  spesifik  patogen  mikroorqanizmlərə  görə 
müayinələr  tələb  olunur.  Qastritin  digər  səbəbkarları  Н.  pylori,  siqaret  və  alkoholdan  sui 
istifadə,  bəzi  dərmanların  qəbulu  (qeyri-steroid  iltihab  əleyhinə  dərmanlar,  aspirin, 
kortikosteroidlər)  da  ola  bilər.  MB  pozuntularının  erkən  simptomlarını  minimuma  endirmək 
olar. Dispepsiyanaşıın profilaktikası üçün etionamidin (və ya protionamidin) qəbulunu 250-500 
mq kiçik dozalardan başlayırlar və bir-iki həftə ərzində tam dozaya qədər artırırlar. Simptomlar 
qidanın tez-tez və dərmanların gecə vaxtı qəbul edilməsi ilə yüngülləşdirilə bilər. VƏD qəbulu 
əvvəl aşkarlanmış qastriti olan hər xəstədə, H
2
-blokatorları ilə müalicə başlamaq lazımdır. 
Qastritin  artıq  ilkin  simptomları  müşahidə  edildikdə  fəal  müalicə  olunmalıdır.  Müalicə 
kursunun  başlanmasından  bir  neçə  həftə  öncə  simptomların  yüngülləşməsinin  təmin  edilməsi 
vacibdir.  Qusma  əleyhinə  və  antasid  vasitələrindən  ehtiyac  olanda  istifadə  etmək  lazımıdr. 
Antasidləri vərəm preparatlarının qəbulundan üç saat əvvəl və ya sonra istifadə etmək lazımdır 
çünki  onlar  flüorxinolonların  sovurulmasını  pozur.  Xəstənin  vəziyyəti  bir  çox  halda  H
2
-
blokatorları və ya proton pompasının inhibitorları ilə müalicəsi nəticəsində əsaslı yaxşılaşır. 
Aradan  qalxmayan  MB  simptomları  olduqda  onların  digər  səbəbləri  barədə  də  düşünmək 
lazımdır.  H
2
-blokatorları  ilə  müalicə  fonunda  dispepsiya  əlamətlərinin  qalması  hallarında 
helicobacter  pylory-yə  görə  müayinə  və  adi  tənəffüs  (ureaza)  sınağını  aparmaq  lazımdır. 
Müsbət  nəticələr  zamanı  helikobakteriyyaya  qarşı  üç  komponentli  müalicənin  aparılması 
məqsədəuyğundur. 
Qusma  və  ishal  elektrolitlərin  küllü  miqdarda  itirilməsinə  gətirdiyinə  görə  bədənin 
dehidratasiyası və elektrolitlərin səviyyəsini öyrənmək və tələb olunduqda itkiləri bərpa etmək 
lazımdır. Yalnız ağır YT-lər zamanı VƏD-lərlə müalicə rejimini dəyişdirmək olar. Etionamidin 
və  ya  PAST-ın  müvəqqəti  dayandırılması  (və  ya  dozanın  azaldılması)  simptomların  aradan 
qaldırılmasının effektli yolu ola bilər. Kəskin qastrit və/və ya mədə xorasına şübhələr olduqda 
xəstəni  təcili  hospitalizasiya  etmək  və  endoskopik  müayinə  aparmaq  lazımdır.  Ağır  qusma 
hepatitin ilk təzahürü ola bilər, buna görə belə halda qara ciyər sınaqlarını aparmaq lazımdır. 
Uzun-müddətli ishal PAST-ın birbaşa təsirindən ola bilər, bundan başqa istənilən antibiotik 
spastik  ağrılar,  ishal  və  köp  ilə  müşahidə  olunan  bağırsaq  florasının  pozulmasına  səbəb  ola 
bilər.  Ishala  gətirən  VƏD-in  müalicədən  çıxarılması  mümkün  olmadığı  halda  loperamid 
(imodium) təyin etmək tövsiyə olunur: böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra 
2  mq  gündə  16  mq-a  qədər.  Müalicə  növlərinin  geniş  yayılmışlarından  biri  də  tərkibində 
bağırsaqda olan bakteriyaların canlı kulturası olan (məsələn, laktobakterilər, asidobakterilər və 
digər  oxşar  mikroorqanizmlər)  dərmanların  istifadəsidir.  Bu  preparatların  effektivliyi 
məhduddur.  Adsorbentlərdən  (kaolin,  kömür,  pektin,  polikarbofil)  istifadə  etmək  lazım  deyil 
çünki onlar VƏD-lərin sovurulmasını azaldır. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
88 
 
Qaraciyər zədələnmələri 
Ədəbiyyatın  sistematik  təhlili  VƏD  ilə  müalicə  zamanı  ilk  3-4  ay  ərzində  qaraciyər 
zədələnməsinin  2-28%  səviyyəsində  olduğunu  göstərir.  VƏD-lə  müalicə  zamanı  qaraciyərin 
zədəlnməsinin səviyyəsi müxtəlif ola bilər — transaminazanın fəallığının artması kimi yüngül 
formadan  tutmuş  qaraciyər  çatışmazlığına  qədər  ola  bilər.  Qaraciyərin  transplantasiyası 
imkanları  olmadığı  halda  qaraciyər  çatışmazlığı  ölümə  səbəb  ola  bilər.  Hepatitin  səciyyəvi 
xüsusiyyətlərinə  ürəkbulanma,  qusma,  dərinin,  selikli  qişaların  saralması,  göz  skleraların 
saralması,  sidiyin  tündləşməsi,  nəcisin  rəngsizləşməsi  və  iştahanın  azalması  aiddir.  Hepatit 
pirazinamid (xüsusilə etambutol ilə birgə qəbul edildikdə), izoniazid, rifampisin (az toksikdir, 
birgə  qəbul  zamanı  digər  dərmanların  toksikliyini  artırır),  etionamid  və  PAST  tərəfindən 
törədilə bilər. 
Vərəm  özü  də  hepatitin  səbəbi  ola  bilər,  məsələn,  miliar  formada.  Yaşlılarda,  qadınlarda, 
qidalanması və mənimsəmə prosesləri pozulmuş insanlarda, İİV-ə yoluxmuşlarda və əvvəldən 
qaraciyər xəstəliyi olmuş insanlarda qaraciyərin zədələnməsi riski daha yüksəkdir. 
VƏD-lə  müalicə  zamanı  qaraciyərin  müntəzəm  yoxlanılması  tələb  olunur.  Müalicənin  ilk 
aylarında  qan  zərdabında  cüzi  və  keçici  transaminaza  artımını  müşahidə  etmək  olar.  Kliniki 
əhəmiyyət  kəsb  edən  hepatitə  daimi  simptomatika  xasdır,  diaqnoz  isə  transaminazanın  və  ya 
bir-başa bilirubinin artması ilə təsdiqlənir. Transminazanın cuzi artması yolveriləndir. Adətən, 
müalicə  transaminzanın  səviyyəsinin  normadan  3-4  dəfəyə  qədər  artmayınca  dayandırılmır. 
Transaminazanın  səviyyəsi  normadan  5-10  dəfə  artıqda  VƏD  qəbulu  dərhal  dayandırılır  və 
xəstə tələb olunduqda xəstəxanaya  göndərilir. Transaminazanın  10 dəfədən çox artması nadir 
hallarda  baş  verir  (1/1000)  lakin,  ölüm  səviyyəsi  yüksəkdir  2-3%.  Qaraciyərin  kəskin 
çatışmazlığı  zamanı  isə  letallıq  səviyyəsi  90%-dən  çoxdur.  Klinik  təzahürlü  hepatit  diaqnozu 
təsdiq  edildikdən  sonra  VƏD  və  digər  hepatotoksik  dərmanların  qəbulu  dərhal  dayandırılır. 
Hepatitin əmələ gəlməsinin digər səbəbləri də öyrənilməlidir. 
Transaminazaların səviyyəsi normallaşdıqdan sonra VƏD terapiyası bərpa olunmalıdır, bu 
halda  hər  3-4  gündən  bir  yeni  dərman  əlavə  olunur  və  hər  yeni  preparatın  əlavəsindən  əvvəl 
transaminazanın  səviyyəsi  yoxlanılır.  Hepatitə  səbəb  olduğu  ehtimal  olunan  preparat 
dayandırıla  bilər.  Bu  halda  onu  daha  az  hepatotoksik  dərmanlarla  əvəz  etməyə  çalışmaq 
lazımdır. Müalicənin yenidən başlanması zamanı hepatitə səbəb olan preparatları ən son təyin 
etmək  lazımdır.  Hepatitə  səbəb  olan  preparat  konkret  xəstənin  müalicəsində  əhəmiyyət  kəsb 
etdiyi zaman onu aşağı dozalarda təyin etmək olar. 
Böyrəklərin zədələnməsi 
Böyrəklərin zədələnməsinin yüngül təzahürü VƏD-lərə spesifik deyil. Ağır zədələnmələrə 
xas olan simptomlara aiddir: oliquriya və ya anuriya, şişkinlik, anasarka, təngnəfəslik, və, eyni 
zamanda,  psixikanın  və  davranışın  dəyişməsi,  huşun  pozulması  (yuxululuq,  huşun  qarışıq 
olması)  və  ya  serozit.  Nefrotoksikliyin  müəyyən  edilməsinin  ən  yaxşı  üsulu  kreatininin  qan 
zərdabında  olan  səviyyəsinin  ilkin  səviyyə  ilə  müqayisəsidir.  Buna  görə  də  hər  ay  kreatinin 
analizin  təyin  edilməsi  tövsiyə olunur, xüsusilə VƏD-lərın  parenteral  yolla təyini zamanı (bu 
onların  simptomsuz  nefrotoksik  təsirini  müəyyən  etməyə  imkan  verir).  VƏD-lərdən  kəskin 
böyrək  çatışmazlığına  səbəb  ola  bilən  preparatlar  -  streptomisin,  amikasin,  kanamisin  və 
kapreomisindir. Böyrək çatışmazlığı (BÇ) digər dərman vasitələrdən də yarana bilər, məsələn, 
qeyri-steroid  iltihab  əleyhinə  dərman  vasitələri,  APF  inhibitorları,  sulfanilamidlər,  diuretiklər. 
Həmçinin  sepsis  və  vaskulitlər  kimi  yanaşı  gedən  xəstəliklərdə  BÇ-ə  səbəb  ola  bilər.  BÇ 
ehtimalı  yaşlılarda,  müalicənin  əvvəlində  artıq  böyrəkləri  zədələnmiş  və  digər  ağır  yanaşı 
xəstəlikləri olan xəstələrdə daha yüksəkdir.  
Nefrotoksik təsir riskini əlavə maye qəbulu və ya parenteral müalicə qəbul edən xəstələrdə 
nefrotoksik  təsirə  malik  dərmanların  qəbulunun  dayanaşıdırılması  ilə  əldə  etmək  olar. 
Müalicədən əvvəl BÇ müəyyən edilmiş bütün xəstələrdə kreatinin klirensi əsasında VƏD-lərin 
dozalarının  uyğunlaşdırılmasını  aparmaq  lazımdır.  Turşu-qələvi  və  elektrolit  balansının 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
89 
 
pozulmasının BÇ-nin ağır nəticələri olduğu üçün, kreatinin və/və ya sidik cövhəri səviyyəsinin 
artması  aşkarlandıqda  qanın  biokimyəvi  analizi  aparılmalıdır.  Kretinin  və/və  ya  sidik 
cövhərinin səviyyəsinin cuzi artması zamanı parenteral terapiyanı davam etdirmək olar. Toksik 
təsirin azaldılması üçün dozanı azaltmaq və preparatın daxil edilməsi intervalını artırmaq olar. 
BÇ-nin bəzi hallarında inyeksion dərman vasitəsinin həftədə üç dəfə verilməsinə keçmək olar. 
Ağır  BÇ  zamanı  parenteral  müalicəni  tam  dayandırmaq  və  mütəxəssis  nefroloq  cəlb 
edilməklə müalicənin  davam  etdiriməsi məsələsini həll etmək lazımdır. Belə hallarda  BÇ-nin 
digər səbəblərini də nəzərə almaq lazımdır. 
Rifampisin  qəbulu  zamanı  sidiyin  qırmızı  və  ya  qəhvəyi  rəng  alması  tez-tez  müşahidə 
olunur. Xəstələrə belə əlamətlərin ola biləcəyi haqqında əvvələdən məlumat vermək lazımdır. 
Belə hallarda dozaların uyğunlaşdırılması tələb olunmur

Sümük-əzələ sistemi tərəfindən simptomlar 
Vərəm xəstələrinin müalicənin ilk aylarında pirazinamidin, flüorxinolonların və tiamidlərin 
yanaşı  təsiri kimi  keçici  artralgiyalar, artritlər və  əzələ ağrıları müşahidə  olunur.  Z və CM-lə 
müalicə  zamanı  xəstələrin  ¼-də  artralgiya  və  mialgiya  ola  bilər.  Bu  əlamətlər  adətən  iltihab 
əleyhinə dərman vasitələri ilə azaldıla və sonralar tam aradan qaldırıla bilər . 
Müalicə  başlandıqdan  bir  necə  ay  sonra  bəzi  oynaqlarda  davamlı  oynaq  və  əzələ 
simptomları  əmələ  gəlir.  Podaqra  və  oynaqların  degenerativ  xəstəlikləri  eyni  simptomlara 
malik  ola  bilər.  Simptomlar  müşahidə  olunmadığı  zamanı  hiperurikemiya  müalicə  kursunun 
dəyişdirilməsi  üçün  əsas  deyil  və  VƏD  qəbulu  dayandırıldıqdan  sonra  aradan  qalxır.  Əsas 
müalicə  vasitəsi  iltihab  əleyhinə  dərmanların  qəbuludur  (indometasin  50  mq  gündə  3  dəfə, 
sonra 25 mq; və ya ibuprofen 400-800 mq gündə 3 dəfə; və ya naproksen 750 mq sonra 250 mq 
gündə 3 dəfə). Pirazinamid alan hiperurikemiya və podaqraya səciyyəvi olan artritli xəstələrdə 
allopurinolun istifadəsi az təsirli olduğu üçün tövsiyə olunmur. 
Sinir sisteminin zədələnməsi 
VƏD  müalicəsi  zamanı  sinir  sisteminin  zədələnməsi  tez-tez  baş  verir.  Onların  bir  qismi 
yüngül keçir, digəriləri isə (eşitmə zədələnmələri) tədricən əmələ gəlir və müalicə olunmur. 
Eşitmənin zədələnməsi 
Ototoksiklik VIII-ci kəllə-beyin sinir cütünün zədələnməsi ilə əlaqədardır, bu isə eşitmənin 
pozulmasına  və/və  ya  qulaqlarda  küyün  olmasına  səbəb  olur.  Yüksək  tezlikli  küy  adətən 
eşitmənin itirilməsi ilə nəticələnir. 
Bununla  yanaşı  vestibulyar  simptomlar  da  (nistaqm,  ataksiya,  tarazlığın  itirilməsi) 
müşahidə  oluna  bilər.  Belə  simptomlar  adətən  toplam  böyük  doza  aminoqlikozidlər  və/və  ya 
kapreomisin  alan  xəstələrdə  müşahidə  olunur;  klaritromisin  də  ototoksik  təsirə  malikdir. 
Furosemidin qəbulu, xüsusilə BÇ fonunda, dərmanların ototoksik təsirini gücləndirə bilər. 
Eşitmə  pozğunluğu  geridönməzdir.  Lakin  eşitmə  pozğunluğuna  səbəb  olan  dərmanın 
qəbulunun  dayandırılması  ilə  qarşısını  almaq  olar.  VM-nin  yüksək  davamlılığı  və/və  ya 
vəziyyəti ağır olan xəstələrdə, eşitmənin pozulmasına baxmayaraq inyeksion terapiyanın davam 
etdirilməsi əsas ola bilər. Belə hallarda aminoqlikozidləri kapremisinlə əvəz etmək olar (VM-
nın ona qarşı həssaslığı saxlanıldığı halda). Eləcə də, inyeksion preparatların həftədə üç dəfə və 
ya daha aşağı dozada verilməsini nəzərdən keçirmək olar. 
Periferik sinirlərin zədələnməsi 
Periferik  sinir  sisteminin  zədələnməsinə  bir  çox  VƏD  səbəb  olur,  o  cümlədən, 
aminoqlikozidlər,  izoniazid,  tiamidlər,  flüorxinolonlar,  kapreomisin,  sikloserin  və  etambutol. 
Şəkərli diabet, İİV, alkoholizm, hipotireoz, digər dərman vasitələrinin qəbulu (məsələn, difenin, 
amiadaron,  dapson,  bəzi  xərçəng  əleyhinə  dərmanlar),  həmçinin  B  qrup  vitaminlərin  və  fol 
turşusunun  çatışmazlığı  periferik  neyropatiyaların  səbəbi  ola  bilər.  Sinir  keçiriciliyinin 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
90 
 
müayinəsi diaqnostika standartı ilə müəyyən edilməsinə baxmayaraq, neyropatiya diaqnozunu 
klinik  göstəricilər  əsasında  da  qoymaq  olar.  Neyropatiyanın  simptomlarına  daxildir:  adətən 
aşağı  ətraflarda müşahidə olunan hissiyatın pozulması  (məsələn, keyimə, iynə batma,  yanma, 
ağrı  hissi,  isti-soyuq  hissinin  itirilməsi)  eləcə  də,  yerimənin  pozulması,  zəifləmə,  vətər 
reflekslərinin zəifləməsi və ya olmaması. Hərdən həssaslıq pozğunluqları yuxarı ətraflarda və 
bədənin digər hissələrində də müşahidə oluna bilər. 
Piridoksinin  profilaktik  təyinindən  başqa,  xəstələrdə  vitamın  çatışmazlığının  qarşısını 
almaq  məqsədilə  vitaminlərlə  zəngin  qidalanma  da  təmin  edilməlidir.  Perifierik  neyropatiya 
diaqnozu qoyulduqda onun mümkün olan digər səbəblərini yadda saxlamaq lazımdır.  
Neyropatiyanın 
simptomatik 
müalicəsinə 
daxildir: 
fizioterapiya 
və 
trisiklik 
antidepressantlar  (əks  göstəriş  olmadığı  halda).  Antidepressantların  qəbulu  kiçik  dozalardan 
başlayır,  məsələn,  25  mq  amitriptilin  yatmazdan  əvvəl,  müalicənin  nəticəsini  ən  azı  bir  həftə 
gözləmək  lazımdır.  Effekt  olmadığı  halda  dozanı  yatmazdan  əvvəl  75  mq-a  qədər  artırmaq 
lazımdır.  Trisiklik  antidepressantların  təsiri  olmadığı  halda  qabapentin  təsirli  ola  bilər  (400  – 
1200  mq  gündə  üç  dəfə).  VƏD-lərin  parenteral  qəbulu  zamanı  trisiklik  antidepressantların 
təyinindən əvvəl elektrolitlərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır. 
Qıcolmalar 
Qıcolmalar  baş  beyinin  patoloji  elektrik  aktivliyinin  təzahürüdür.  Diaqnoz  klinik 
göstəricilər  əsasında  elektroensefaloqram  aparılmadan  qoyulur.  Klinik  simptomlara  daxildir: 
aura,  huşun  itirilməsi,  əzələlərin  zəifliyi  və  ya  qeyri-iradi  qısalmaları,  sidiyin  və  nəcisin 
saxlanılmaması, tutmadan sonra huşun pozulması və ya yuxululuq. 
Diaqnoz qoyulduqdan sonra qıcolmaların səbəblərini müəyyən etmək lazımdır. Onlara aid 
ola bilər - sikloserinin, izoniazidin və flüorxinolonların qəbulu və infeksiya (o cümlədən, MSS-
ın  vərəm  zədələnməsi),  hipokalemiya,  elektrolit  tarazlığının  pozulması,  hipoksemiya,  alkohol 
abstinensiyası sindromu, digər dərmanların istifadəsi (məsələn, penisillin, trisiklik preparatlar), 
uremiya və qaraciyər funksiyasının pozulması. 
Müalicədən  əvvəl  epilepsiyaya  qarşı  dərman  vasitələrini  qəbul  edən  xəstələrdə  tutmaların 
profilaktikasına daxildir - piridoksinin təyini (150-200 mq/gündə) və, eləcə də, bütün müalicə 
kursu  boyu  qan  zərdabında  preparatın  konsentrasiyasına  nəzarət.  Bu  bəzi  tutmalar  əleyhinə 
dərmanların  VƏD-lərlə  (izoniazid,  sikloserin  və  flüorxinolonlar)  qarşılıqlı  təsir  yaratması  ilə 
bağlıdır. 
Qıcolma  tutmaları  olduğu  zaman  və  digər  səbəblər  istisna  edildikdə,  epilepsiyaya  qarşı 
terapiyanı  başlamaq lazımdır. Şübhə edilən VƏD müalicə rejiminin  əsas komponenti  deyilsə, 
onun  qəbulunun  dayandırılması  və  digər  preparatın  təyini  tələb  olunur.  Şübhə  edilən  VƏD 
qəbulunun dayandırılması qeyri mümkün olduğu halda, onun istifadəsini xəstənin epilepsiyaya 
qarşı  preparatların  qəbulu  fonunda  vəziyyəti  sabitləşdikdən  sonra  həmin  preparatın  qəbulunu 
bərpa etmək olar. 
Terapiyaya  adətən  daxildir:  qıcolmalara  qarşı  prepartların  biri,  məsələn,  benzobarbital 
(benzonal)  —  0,1-0,2  q  gündə  3  dəfə  yeməkdən  sonra;  bariant  —  valproy  turşusu,  yemək 
zamanı  və  ya  dərhal  sonra  0,3-0,6  q  gündə,  sonra  1-2  həftə  ərzində  dozanın  0,9  -  1,5  q-dək 
artırılması ilə. Qıcolmalara qarşı belə müalicə vərəmin müalicəsinin bütün kursu zamanı davam 
edilməlidir. Müalicə kursu başa çatdıqdan sonra epilepsiayaya qarşı terapiyanı dayanaşıdırmaq 
olar. 
Depressiya və digər psixi pozğunluqlar 
Depressiya  —  fərdin  normal  fizioloji  və  funksional  fəaliyyətini  məhdudlaşdıran  müxtəlif 
simptomlarla  səciyyələnir:  keyfsizlik,  sevimli  məşğuliyyətlərə  marağın  itməsi,  gücsüzlük, 
psixomotor reaksiyaların zəifləməsi (nitq, düşünmə, hərəkət), yuxunun və iştahanın pozulması, 
gunahkarlıq, əlacsızlıq və ümüdsizlik hissinin yaranması, fikrin cəmləşdirilməsi qabiliyyətinin 
itirilməsi. Psixotik simptomlar və özünə qəst fikirləri də mümkündür. Ədətən, iki və daha çox 
həftə qalan simptomlara diqqət yetirilir. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
91 
 
Sikloserin,  izoniazid,  etionamid və amoksisillin/klavunat turşusu  qəbulu  zamanı xəstələrin 
əhval ruhiyyəsi dəyişə bilər, lakin depressiya ilk növbədə sikloserinin qəbulu ilə əlaqələndirilir. 
Psixososial amillər (o cümlədən, yoxsulluq, sosial təcrid olunma, ailədə zorakılıq), hipotireoz, 
alkohol və narkotik asılılıq (o cümlədən benzodiazepinlərin qəbulu) da depressiyaya səbəb ola 
bilər.  Müalicə  kursundan  öncə  depressiv  vəziyyətlər  daha  çox  xronik  xəstələrdə  müşahidə 
olunur. Vərəm xəstələrinin sosial təcrid olunması, onlarda günahkarlıq və şəxsi əhəmiyyətsizlik 
hissi kəskinləşir. 
Depressiya  zamanı  xəstənin  müalicə  yollarının  müəyyən  edilməsi  zamanı  depressiyaya 
təkan  verən  digər,  o  cümlədən,  psixososial  amilləri  də  müayinə  etmək  lazımdır.  Ənənəvi 
psixoterapiya üsullarından istifadə etmək lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin 
intensiv müşahidəsi və xəstənin ailə üzvlərinin dəstəyi əsas rol oynayır. 
Yüngül  hallarda  antidepressantların  qəbulu  yetərli  ola  bilər,  məsələn,  MAO  inhibitorları 
(iproniazid,  nialamid,  fenelzin  və  s.)  və  ya  trisiklik  antidepressantlar  (amitriptilin,  fluoksetin, 
sertralin  və  s.).  Xəstədə  kəskin  aqressivliklə  və  ətrafdakıların  təhlükəsizliyinə  təhlükə 
yarandıqda,  suisid  meylləri  əmələ  gəldikdə,  xəstənin  müşahidəsinə  psixiatr  cəlb  olunmalı  və 
xəstənin  psixiatrik  stasionara  yerləşdirilməsi  məsələsi  nəzərdən  keçirilməlidir.  Davamlı 
depressiya səbəbindən VƏD-lərin qəbulunun dayandırılması nadir halda gündəmə gəlir. 
Başağrıları 
Lokal və yayılmış başağrıları VƏD-lə terapiyanın ilk ayları zamanı baş verir. Psixi və sosial 
problemlər  başağrılarının  əmələ  gəlməsinə  təkan  verir.  Tərkibində  sikloserin  olan  sxemlərin 
istifadəsi  zamanı,  terapiyanın  əvvəlində  əmələ  gələn  başağrısının,  yuxu  pozğunluqlarının 
qarşısının alınması üçün, ilkin olaraq aşağı dozalar (250-500 mq) təyin olunur, sonra tədricən 
bir-iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır. 
Adi başağrıları  qeyri-steroid iltihab əleyhinə dərman vasitələri  ilə müalicə olunur, onların 
qeyri effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə edilmiş dərman vasitələri 
kömək  edir  -  kodein  əlavələri  ilə  iltihab  əleyhinə  dərman  vasitələri.  Olduqca  nadir  hallarda 
başağrıları ilə meningit özünü biruzə verir və bu halda təxirəsalınmaz terapevtik tədbirlər tələb 
olunur. 
Psixoz 
Psixozlar psixi proseslərin pozulmasını və ya ətraf reallıqla əlaqənin itirilməsini əks etdirən 
simptomlarla təzahür edir. Eşitmə və görmə halyusinasiyaları, paranoya, katatoniya, sayıqlama 
və davranış pozuntuları psixozların əsas simptomlarındandır. Tibb işçiləri psixotik vəziyyətləri 
müəyyən etməyə qadir olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur. 
Sikloserindən başqa izoniazid, flüorxinolonlar və tiamidlər psixozlara səbəb ola bilər. Psixotik 
əlamətlərə sosial və psixoloji problemlər, hipotireoz eləcə də digər preparatların (benzodiazepin 
bəzi antidepressantlar) yanaşı təsiri, narkotiklərin istifadəsi və alkoholdan sui istifadə səbəb ola 
bilər. 
Piridoksinin  profilaktik  qəbulu  VƏD-lərin  yanaşı  təsirlərindən  olan  nevrotik  və  psixotik 
əlamətlər riskini azaldır. Sikloserin qəbul edənlər üçün piridoksinin adi dozası gündə 150 mq 
təşkil edir. 
Psixoz  diaqnozu  müəyyən  edildikdən  sonra  VƏD  təsirindən  başqa  ona  səbəb  olan  digər 
amilləri  də  aydınlaşdırmaq  lazımdır.  Psixiatrın  məsləhəti  və  gündəlik,  daimi  nəzarət,  suisid 
əhval-ruhiyyəsi  və  ətrafdakılara  qarşı  zorakılıq  meylləri  kimi  qabarıq  simptomları  olan 
xəstələrin isə xüsusi şöbəyə yerləşdirmə məsələsini həll etmək lazımdır. Psixozun müalicəsini 
ən  ilk  simptomlar  əmələ  gələndə  başlamaq  lazımdır  (məsələn,  ilkin  olaraq  v/d  1-5  mq 
halloperidol sonra daxili, yeməkdən yarım saat əvvəl, və ya parenteral. Ilkin gündəlik doza— 
0,5–5 mq 2-3 dəfəyə, sonra tələb olunan terapevtik təsirin əldə edilməsi üçün dozanın tədricən 
0,5–2 mq  artırılması  (rezistent  formalarda 2–4 mq  artırılması);  maksimal gündəlik doza  - 100 
mq,  orta  -  10–15  mq).  Neyroleptiklərin  istifadəsi  onların  YT-lərin  müalicəsi  ilə  müşayiət 
olmalıdır, əks təqdirdə neyroleptiklərin YT-ləri müalicəni xəstələr üçün dözülməz edir.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
92 
 
Ilkin  sabitləşmə  dövründə  sikloserin  qəbulu  dayanaşıdırılmalıdır  və  psixoz  əlamətləri 
itəndən sonra aşağı dozalarla bərpa edilməlidir. Bəzi xəstələr pis keçirdiklərinə görə sikloserini 
təkrar qəbul edə bilməyəcəklər və belə hallarda müalicə sxeminə digər VƏD-ləri daxil etmək 
lazımdır.  Simptomlar  kəsildikdən  sonra  psixozun  müalicəsini  dayandırmaq  olar.  Sikloserinin 
qəbulu  davam  etdiriləcəkdirsə,  bəzi  xəstələrə  vərəmin  müalicə  kursu  boyu  antipsixotik 
preparatların  verilməsi  tələb  olunacaq.  Belə  hallarda  psixozun  müalicəsini  yalnız  vərəmin 
müalicəsi başa çatdıqdan sonra dayandırıla bilər. 
 
Dəridə qaşınma 
VƏD-lə müalicə zamanı dəri qaşınmalarına kifayət qədər tez-tez rast gəlinir. Onlar əsasən 
təhlükəli deyil və yüngül keçirilir, lakin xəstəlik hərdən əziyyətli və hətta təhlükəli də ola bilər. 
Dəri qaşınmaları altında gizlənən digər fəsadları qaçırmamaq vacibdir – elektrolit tarazlığının 
pozulması  və  periferik  sinirlərin  zədələnməsi.  Dəri  qaşınması  kimi  YT-nin 
yüngünlləşdirilməsinin  əsas  yolu  ona  səbəb  olan  preparatın  dozasının  azaldılması  və  sonralar 
dozanın  tədricən  bərpa  edilməsidir.  Cədvəldə  1-ci  sıra  VƏD-lər  ilə  müalicə  zamanı  dəri 
reaksiyasına görə kəsilmiş terapiyanın bərpasına dair sxem verilmişdir. 
 
Ağır dəri reaksiyasına görə kəsilmiş kimya terapiyası kursunun bərpasına dair təqribi sxem. 
Gün 
Preparat 
Doza 

Н 
0.050 

Н 
0.300 

RН 
½ həb 

RН 
1 həb 

RН 
Tam doza 

RН+Z 
Gündəlik doza 5 + ½ həb 

RН+Z 
Gündəlik doza 5 + 1həb 

RН+Z 
Tam doza 

RН+Z+E 
Gündəlik doza 8 + ½ həb 
10 
RН+Z+E 
Gündəlik doza 8 + 1 həb 
11 
 
 
RН+Z+E 
Tam doza 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
93 
 
Əlavə  8:  VƏD-lərin  yan  təsirlərini  aradan  qaldırılması  zamanı  istifadə  edilən  preparatların 
siyahısı 
Dərmanın adı  
Forması  
Dozası 
Albumin 
Flakon 
20% - 50 ml 
Almaqel A 
Flakon 
170 ml 
Diklofenak 
Ampul 
3 ml 
Essensiale H 
Ampul 
5 ml 
Flukanazol 
Kapsul 
150 mq 
Heptral 
Ampul 
400 mq 
İmodium 
Tablet 
2 mq 
İndometasin  
Tablet 
25 mg 
İnfuzol 
Flakon 
500 ml 
Lesponefril 
Flakon 
100 mg 
Lineks 
Tablet 
  
Omeprazol 
Tablet 
20 mq 
Selemin Hepa 
Flakon 
500 ml 
Serukal 
Ampul 
0,5%-2,0 ml 
Silemaril 
Капсул 
140 mq 
Suprastin 
Tablet 
1mq 
Transamin 
Tablet 
5 mq 
Vitamin B kompleks 
Ampul 
2 ml 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
94 
 
Əlavə 9: Ağciyərlərdən kənar vərəmin müalicəsi  
AKV  termini  altında  vərəmin  ağciyər  parenximasından  kənarda  lokalizasiya  olunmuş 
müxtəlif  klinik  formaları  nəzərdə  tutulur.  Bu  formaları  birləşdirən  ümumi  xüsusiyyət  onların 
aşkarlanmasının,  diaqnostikasının  və  müalicəsinin  təşkilində  meydana  çıxan  çətinliklərlə 
bağlıdır. Bu çətinliklər aşağıda götərilən səbəblərlə bağlıdır: 
1) Ümumi təcrübə həkimlərinin və digər ixtisas həkimlərinin vərəmə görə kifayət dərəcədə 
sayıqlığının olmaması və bunun nəticəsi olaraq xəstəliyin gecikmiş mərhələdə aşkarlanması; 
2) Ağciyərdən kənar orqanlarda lokalizə olunmuş vərəm ocaqlarının çətin aşkarlanması və 
diaqnozun  dəqiqləşdirilməsi  üçün  yüksək  texnologiyalı  bahalı  müayinə  metodlarının  tələb 
olunması; 
3)  Zədələnmə  nahiyəsində  VM-nin  miqdarının  az  olması  (lakin  miqdarının  azlığına 
baxmayaraq bu VM bir çox hallarda ağciyərlərdə toplanan VM-yə nisbətən daha güclü dağıdıcı 
effektə malik olur); 
 
    
4)  Ağciyərdən  kənar  orqanlarının  müalicə  rejimləri  və  müalicənin  müddəti  haqqında 
əsaslandırılmış məlumatların olmaması. 
AKV  digər  xüsusiyyətlərindən  biri  də  onun  ağır  formalarının  (vərəm  meningiti) 
immunodefisit halları ilə sıx əlaqədar olmasıdır. Əslində vərəm infeksiyasının disseminasiyası 
orqanizmin müdafiə qüvvələrinin vərəm infeksiyasını lokallaşdıraraq, onun ilkin ocaqdan digər 
orqan və sistemlərə  yayılmasının qarşısını ala bilməməsi səbəbindən baş verir. Hazırda İİV-in 
yayılması  və  immunosupressiv  terapiyanın  geniş  tətbiqi  bu  2  ağır  xəstəliyin  -  vərəm  və 
immunodefisit hallarının yanaşı müşahidə olunmasının səviyyəsinin artması ilə nəticələnir. 
AKV vərəmlə  ümumi  xəstələnmənin  25 %-ni  təşkil edir.  İİV-ə  yoluxmuş vərəmli  xəstələr 
arasında AKV 50% təşkil edir. Azərbaycanda 2008-2010-cu illərdə ilkin xəstələr arasında AKV 
20.1% təşkil etmişdir. İlkin xəstələr arasında MSS-in vərəmi 1,5% təşkil etməsi təşviş doğuran 
haldır. 
 İnsan  orqanizmində  elə  bir  orqan  yoxdur  ki,  o  vərəmə  yoluxmasın,  lakin  AKV-nin  daha 
tez-tez təsadüf edilən formaları aşağıda göstərilənlərdir: 

 
Periferik limfa vəzilərinin vərəmi;  

 
Vərəm plevriti; 

 
Vərəm perikarditi; 

 
Sümük-oynaq sisteminin vərəmi;  

 
Mərkəzi sinir sisteminin vərəmi; 

 
Urogenital orqanların vərəmi; 

 
Abdominal vərəm (qarın boşluğu orqanlarının vərəmi); 

 
Dəri vərəmi; 

 
Göz vərəmi. 
Ağciyərdən  kənar  orqanların  vərəminin  aşkarlanmasının,  diaqnostikasının  və  müalicəsinin 
prinsipləri 
Müasir dövrdə AKV-nin aşkarlanması prosesində fəal aşkarlanmanın rolu və xüsusi çəkisi 
çox  aşağı  səviyyədədir.  Kütləvi  skrininqlər  bu  formaların  az  yayılması  ilə  əlaqədar  olaraq 
effektsizdir, buna görə də müraciətə görə aşkarlanma üstünlük təşkil edir.  
Bu səbəbdən bütün ixtisas həkimlərinin AKV-nin aşkarlanmasında rolu əvəzsizdir və bu 
onlardan ciddi diqqət və səriştə tələb edir. 
Aşkarlanma və müayinə prinsipləri 
Simptomlar:  AKV-nin  aşkarlanmasının  ilkin  mərhələsi  ümumi  və  yerli  simptomların 
qiymətləndirilməsi və xəstəlik tarixinin öyrənilməsi ilə başlayır və bu əlamətlərə əsasən vərəmə 
şübhə olub-olmaması aydınlaşdırılır. 
Ümumi simptomlara aid edilir : 
-
 
Hərarət; 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
95 
 
-
 
Ümumi zəiflik; 
-
 
Dəri örtüyünün avazıması; 
-
 
Arıqlama; 
-
 
Gecə tərləmələri. 
Yerli  simptomlar  prosesin  lokalizasiyasından  asılı  olaraq  müxtəlif  və  çox  saylıdır.  Yerli 
simptomlara  əsasən  prosesin  lokalizə  olunduğu  orqanda  ağrı  və  həmin  orqan  və  sistemlərin 
funksional pozğunluğunun olması aiddir. 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin