Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Nümunəyə müşaiət edən sənədlər



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   13   14   15   16   17   18   19   20   21

4.2 Nümunəyə müşaiət edən sənədlər  

 
Nümunənin toplanılması forması nümunəni daşınma (nəql etmə) və sınaq zamanı 
müşaiət  etməlidir.  Müşahidə  olunan  bütün  anormallıqlar  formada  qeydə 
alınmalıdır (Əlavə 1-dəki nümunəyə bax). 

 
Nümunəni toplayan şəxs (şəxslər), nümunəsi götürülmüş dərman partiyasının hər 
biri  üçün  istehsalçının  dərman  partiyasının  təhlili  sertifikatının  nüsxəsini  əldə 
edəcək. O, nümunəni keyfiyyətə nəzarət laboatoriyasına qədər müşaiət etməlidir.  

 
Laboratoriyaya  göndərilən  nümunələr,  Əsas  Resipiyent  və  keyfiyyətə  nəzarət 
sınağı  laboratoriyası  arasında  bağlanmış  kontrakta  edilən  istinadla  brlikdə 
keyfiyyətə nəzarət sınağı üçün yazılı müraciətlə müşaiət olmalıdır.  
 
Addım 5. Keyfiyyətə nəzarət sınaqlarının nəticələri və hesabatlar  
5.1 Sınaq  
Anlayış/tərif:  
Götürülmüş nümunənin xarici görünüş, identifikasiya və təsiretmə qabiliyyəti (test üzrə 
sınaqdan  keçirilmiş),  təmizliyi  (müvafiq  maddələr  üzrə  sınaq),  həll  olunma  xüsusiyyətləri 
(həll  olunma  sınağı)  və  digər  xüsusiyyətlər  baxımından  müəyyən  edilmiş  spesifikasiyaların 
tələblərinə  uyğun  gəlib-gəlməməsinin  müəyyən  edilməsi  məqsədi  ilə  laboratoriyada 
aparılan əməliyyatlar.
  
Dərman  vasitələrinin  keyfiyyətinə  nəzarət  laboratoriyası  nəticələr  haqqında  hesabatı,  o 
cümlədən özünün yekun rəyini təqdim edəcək. Analitik sınaq hesabatının nümunəsi, Əlavə 
3-də göstərilib.
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
150 
 
Gəlişi  zamanı  karantina  alınmış  dərman  vasitələrindən  ibarət  yüklərin  tez  bir  zamanda 
çıxarılmasına  (bir  şərtlə  ki,  onlar  spesifikasiyaların  tələblərinə  cavab  versin)  və  xüsusilə 
təchizat  şəbəkəsində  olan  məhsullar  üçün  spesifikasiyada  qeyd  edilmiş  tələblərə  cavab 
verməyən  hər  hansı  nəticələrə  rast  gəlindikdə  dərhal  tədbirin  görülməsinə  imkan  yaratmaq 
üçün  keyfiyyətə  nəzarət  laboratoriyasına  göndərilmiş  məhsulların  sınağının  vəziyyətini 
izləmək çox vacibdir.  
Əsas Resipiyent/keyfiyyətin monitorinqi üzrə əlaqələndirici, gecikmələr yarandığı halda 
keyfiyyətə  nəzarət  laboratoriyasına  xatırlatmalar  etmək  üçün  sonrakı  nəzarət  sisteminin 
mövcud olmasını təmin etməlidir.  
Növbəti  nümunə  götürmə  siklinə  başlamazdən  öncə  Əsas  Resipiyent  /  əlaqələndirici 
əvvəlki  sikldə  göndərilmiş  bütün  nümunələr  üçün  sınaq  hesabatlarının  alındığını  təmin 
etməlidir.  
5.2 Spesifikasiyada qeyd edilmiş tələblərə cavab verməyən nəticələrin idarə olunması  
Nümunə spesifikasiyaların tələblərinə cavab vermirsə, keyfiyyətə nəzarət laboratoriyası, 
konkret  bu  vəziyyət  üçün  özünün  standart  fəaliyyət    proseduruna  uyğun  şəkildə  araşdırma 
aparmalıdır.  
Keyfiyyətə  nəzarət  laboratoriyası,  Spesifikasiyada  qeyd  edilmiş  tələblərə  cavab 
verməyən  nəticəni  təsdiq  edərsə,  Əsas  Resipiyent/keyfiyyətin  monitorinqi  üzrə 
əlaqələndirici  dərman  vasitələri  üzrə  milli  tənzimləyici  orqana  dərhal  məlumat  verməlidir. 
Ölkədə çatışmazlıqların arada qaldırılması tədbirlərinin görülməsinin təmin edilməsi dərman 
vasitələrinə dair milli tənzimləyici orqanın məsuliyyətinə aid ediləcək. Malın qaytarılmasına 
dair  tədbirlərin  görülməsinə  başlanıldıqda  əlaqələndirici,  növbəti  addım  atılana  qədər 
qaytarılan  dərman  vasitələrindən  ibarət  yükün  təhlükəsiz  şəkildə  saxlanılmasını  təmin 
etməlidir.  
Çatışmazlığın və ya uyğunsuzluğun istehsalçı/təchizatçı səviyyəsində səhv olması aşkar 
olunarsa,  Əsas  Resipiyent  alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq  tədbir görməlidir. 
Riayət 
etməmə 
halının  ciddiliyindən  asılı  olaraq  həmin  tədbirə  malların 
istehsalçının/təchizatçının hesabına dəyişdirilməsi və ya müqaviləyə xitam verilməsi və ya 
hər ikisi daxil edilə bilər. Bu barədə qərarı Əsas Resipiyent özü verəcək. 
5.3 Nəticələr barədə Qlobal Fonda məlumatların təqdim edilməsi 
Əsas  Resipiyentlər  keyfiyyətə  nəzarət  sınaqlarının  nəticələrini  Qlobal  Fonda 
təqdim etməlidir və həmin nəticələr Qlobal Fond tərəfindən ictimaiyyətə açıqlana 
bilər. 
 
Addım 6. Qeydlər/hesabatlar və sənədlər 
Əsas  Resipiyent/keyfiyyətin  monitorinqi  üzrə  əlaqələndirici,  keyfiyyətə  nəzarət 
fəaliyyətinə aid bütün işlərin gündəlik yenilənmiş qeydlərini aparmalıdır. 
6.1 Sınağı aparılan hər bir məhsul üçün qeydə alınacaq minimum məlumatlar:  

 
Məhsulun adı 

 
İstehsalçının adı  

 
Dərman partiyasının nömrəsi  

 
İstehsal tarixi  

 
Son istifadə tarixi  

 
Ölkəyə daxil olma tarixi (dərman vasitələrindən ibarət yüklər üçün - gəldikdə) 

 
Qlobal  Fondun  istinad  nömrəsi  (dərman  vasitələrindən  ibarət  yüklər  üçün  - 
gəldikdə)  

 
İnvoysun (hesab-fakturanın nömrəsi) (dərman vasitələrindən ibarət yüklər üçün - 
gəldikdə)  

 
Nümunə götürülmə yeri  

 
Tələb olunan saxlama şəraiti  

 
Nümunə götürülmə tarixi  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
151 
 

 
Yoxlamanı aparmış və nümunəni götürmüş şəxsin (şəxslərin) adı 

 
Keyfiyyətə nəzarət laboratoriyasına göndərilmə tarixi 

 
Keyfiyyətə nəzarət laboratoriyasının adı  

 
Nəticənin alınma tarixi  

 
Analitik sınaq hesabatının nəticəsi  

 
Spesifikasiyada qeyd edilmiş tələblərə cavab verməyən nəticələr aşkar olunduqda 
görülmüş tədbirlər  

 
Qeydlər  (nümunəsi  götürülmüş  məhsul  haqqında  istənilən  məlumat,  məsələn, 
qeyri-qənaətbəxş saxlanma şəraiti)  
Sınağa aid bütün qeydlər, məhsulun son istifadə tarixindən sonra bir ildən az olmayan 
müddət ərzində aparılmalıdır.  
Əsas  Resipiyentlər  Qlobal  Fondun  qrant  vəsaitləri  hesabına  alınmış  bütün  dərman 
vasitələrinin keyfiyyətinin monitorinqini, aşağıdakı cədvəldə verilmiş qaydaya uyğun olaraq 
ehtiyatların idarə edilməsi prosesləri vasitəsi ilə aparmalıdır.  
 
A / Təchizat  
 
MÜVAFİQ TƏLİMATLAR  
 
Fəaliyyət  
Məhsulun keyfiyyətinə dair məqsəd 
1. 
Təchizat 
prosesinin 
planlaşdırılmış  vaxtda  başlanılmasının 
təmin edilməsi 
Tender prosedurları, o cümlədən keyfiyyətə 
aid  prosedurlar  üçün  kifayət  vaxtın  ayrılması 
(məsələn,  mümkün  olduğu  halda  dərman 
vasitələrinin göndərilməsindən öncə keyfiyyətə 
nəzarət sınağı)  
2. 
Təchizat 
işinin 
ehtiyaca 
əsaslanmasını  və  müvafiq  qaydada 
proqnozlaşdırılmasını  təmin  etmək 
məqsədi 
ilə 
kəmiyyət 
təhlili 
və 
hesablamaları 
tapşırığının 
icrasına 
keyfiyyətə  monitorinq  qrupunun  cəlb 
edilməsi 
Müvafiq  miqdarda  dərman  vasitələrinin 
təchiz  edilməsinin  təmin  edilməsi  və  dərman 
vasitələrinin  istifadə  müddətinin  bitməsi  və  ya 
qeyri-qənaətbəxş  şəraitdə  saxlanılması  ilə 
nəticələnə 
bilən 
dərman 
vasitələrinin 
tükənməsinin  və  ya  anbarda  artıq  yığılaraq 
qalaqlanmasının qarşısının alınması  
3. Qlobal Fondun qrantları hesabına 
həyata  keçirilən  təchizat  işlərində 
Qlobal 
Fondun 
qayda 
və 
prosedurlarına, 

cümlədən 
KZ 
siyasətinə  riayət  olunmasının  təmin 
edilməsi 
Keyfiyyətli  dərman  vasitələrinin  alınması 
və  mümkün  olduqda  dərman  vasitələrinin 
göndərilməsindən  öncə  keyfiyyətə  nəzarət 
sınağının keçirilməsinin təmin edilməsi 
4. Dərman vasitələrindən ibarət 
yükün ölkədə qəbul olunmasına qədər 
təchizatçıların işinə nəzarətin həyata 
keçirilməsi 
Tranzit  (daşınma,  nəqletmə)  zamanı 
təhlükəsizlik  baxımından  baş  verə  biləcək 
yubanmaların  (gecikmələrin)  və  pozuntuların 
qarşısının  alınması  –  bu,  qeyri-qənaətbəxş 
saxlanma  şəraiti  və/və  ya  dərman  vasitələrinin 
zədələnməsi  və  ya  düzgün  davranılmaması  ilə 
nəticələnə bilər.  
5. Müvafiq sənədlərin doldurulması 
Məhsulların  və  bütün  aidiyyati  proseslərin 
izlənilməsinin təmin edilməsi 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
152 
 
Dərman vasitələri üçün keyfiyyətə zəmanət və keyfiyyətə nəzarətin Standart Fəaliyyət 
Proseduru 
1.
 
Siyasət və məqsəd 
Ölkə səviyyəsində aparılan keyfiyyətin monitorinqi və keyfiyyətə zəmanət fəaliyyətləri, 
dərman  vəsitələrinin  paylanılmasının  mühüm  hissəsidir.  Müvafiq  Keyfiyyətə  Zəmanət 
Siyasəti,  Qlobal  Fondun  resursları  hesabına  təchiz  olunan  hazır  dərman  vasitələri  üçün 
Qlobal  Fondun  keyfiyyətə  nəzarət  üzrə  tələblərinə  cavab  vermək  məqsədi  ilə  işlənib 
hazırlanıb. 
Bu SFP-da Keyfiyyətə  Zəmanət Siyasətinin tətbiq edilməsi üçün təlimat və tövsiyyələr 
verilib. 
2.
 
Məsuliyyət 
Səhiyyə  Nazirliyinin  Layihənin  Əlaqələndirmə  Qrupu  (SN/LƏQ),  Respublika  QİÇS-lə 
mübarizə  Mərkəzi  (RQMM),  Ədliyyə  Nazirliyinin  Layihənin  Əlaqələndirmə  Qrupu 
(ƏN/LƏQ), Ədliyyə Nazirliyinin Tibb baş idarəsi (ƏN TBİ), Ağciyər Xəstəlikləri İnstitutu 
(AXİ),  Vərəmlə  Mübarizə  üzrə  Milli  Proqram  Mərkəzi  (VMMPM),  NDRA/  Dərman 
Vasitələrinin  Analitik  Ekspertiza  Mərkəzi  (NDRA/DVAEM),  SFP-da  sadalanmış 
fəaliyyətlərin  həyata  keçirilməsinə  məsuliyyət  daşıyan  təşkilatlardır.  Hər  bir  təşkilat, 
iştirakçısı  olduğu  layihəyə  aid  olan  keyfiyyətin  monitorinqi  və  keyfiyyətə  zəmanət 
prosedurlarında iştirak etmək məqsədi ilə müvafiq şəxs təyin etməlidir (HİV/Vərəm). 
3.
 
Tədbirlər 
Keyfiyyətin  monitorinqi  və  keyfiyyətə  zəmanət  prosedurlarını  yerinə  yetirmək 
üçün aşağıdakı tədbirlərin görülməsi tələb olunur: 
 
1.
 
Nümunə  və  sınaq  proqramının  layihələndirilməsi  (işlənib  hazırlanması). 
İştirakçı  olan  bütün  təşkilatların  iştirakı  ilə  birgə  görüşün  (yığıncağın)  təşkil 
olunması və aşağıdakıların müəyyənləşdirilməsi: dərmanların saxlama yeri, sınaq 
üçün  təsadüfi  seçilmiş  nümunələrin  götürüləcəyi  laboratoriya  və  ya  hər  hansı 
digər  yer;  yoxlama  tarixi;  yerlərdə  aparılacaq  nümunə  götürülmə  prosesində 
iştirak  edəcək  şəxslərin  təyin  edilməsi.  Bu  məlumatlar  məxfi  hesab  olunur  və 
sahələrdə işləyən şəxslərlə bölüşülməməlidir. 
Məsul  təşkilat  (şəxs):  SN/LƏQ,  RQMM,  ƏN/LƏQ,  ƏN  TBİ,  ILD,  CNTP, 
NDRA/ DVAEM 
2.
 
Nümunələrin götürülməsi. Sınaq üçün nümunələri to 
3.
 
planacaq  dərman  vasitələri  ilə  sahədə  yoxlamanın  təşkili.  Toplanılmış  hər  bir 
nümunə haqqında məlumat, nümunəni götürülmə vaxtından laboratoriyada sınaq 
edilən  vaxta  qədər  müşaiət  edəcək  nümunənin  toplanılması  formasında  qeyd 
olunmalıdır.  Nümunənin  götürülməsi,  Keyfiyyətə  Zəmanət,  ADDIM  3. 
Nümunələrin  götürülməsi  bölməsində  sadalanmış  tövsiyyələrə  uyğun  şəkildə 
aparılmalıdır. 
Məsul  təşkilat  (şəxs):  SN/LƏQ,  RQMM,  ƏN/LƏQ,  ƏN  TBİ,  ILD,  CNTP, 
NDRA/ DVAEM 
4.
 
Daşınma.  Götürülmüş  nümunələr,  sınaq  üçün  keyfiyyətə 
nəzarət 
laboratoriyasına daşınmalıdır. Nümunənin götürülmə və nümunələrin keyfiyyətə 
nəzarət  laboratoriyasına  göndərilməsi  arasında  keçən  vaxtı  azaltmaq  üçün 
daşınmanın  mövcud  olan  ən  sürətli  vasiitəsindən  (əsasən  maşın  (nəqliyyat 
vasitəsi)  və  ya  təyyarə)  istifadə  olunmalıdır.  Daşınma,  Keyfiyyətə  Zəmanət. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
153 
 
ADDIM  4.  Daşınma  bölməsində  sadalanmış  tövsiyələrə  uyğun  şəkildə 
aparılmalıdır. 
Məsul təşkilat (şəxs): SN/LƏQ, ƏN/LƏQ, NDRA/DVAEM 
5.
 
Sınaq.  Çatdırılmış  nümunələr  təyin  edilmiş  keyfiyyətə  nəzarət  laboratoriyası 
tərəfindən  sınaqdan  keçirilməlidir.  Keyfiyyətə  nəzarət  laboratoriyası  nəticələr 
haqqında  hesabat  hazırlamalı,  o  cümlədən  özünün  yekun  nəticələrini  təqdim 
etməlidir. 
Nümunə  spesifikasiyaların  tələblərinə  cavab  vermədiyi  halda  keyfiyyətə 
nəzarət  laboratoriyası  bu  situasiya  üçün  özünün  standart  fəaliyyət  proseduruna 
uyğun olaraq araşdırma aparmalıdır. Uyğunsuzluq hesabatı bunu təsdiq edərsə, o 
zaman Əsas Resipiyent (SN) Dərman Vasitələri üzrə Milli Tənzimləyici Orqana 
bu barədə dərhal məlumat  verməli, sonuncu isə  nöqsanların  aradan qaldırılması 
üzrə  müvafiq  tədbirlər  görməlidir.  Uyğunsuzluğun  istehsalçı/təchizatçı 
səviyyəsində  olan  nöqsan  (səhv)  səbəbindən  meydana  gəldiyi  aşkar  olunarsa,  o 
zaman ƏR alqı-satqı müqaviləsinə uyğun olaraq müvafiq tədbirə əl atmalıdır. 
Məsul təşkilat (şəxs): NDRA/DVAEM 
6.
 
Hesabatlılıq.  Keyfiyyətə nəzarət  üzrə sınaqların nəticələri Keyfiyyətə  Zəmanət 
prosesində  iştirak  edən  bütün  təşkilatlar  arasında  bölüşülməli  və  Qlobal  Fonda 
təqdim olunmalıdır. 
Məsul təşkilat (şəxs): LƏQ/SN 
 
4.
 
Baxış (nəzərdən keçirmə) tarixi. 
Ən son tələblərə cavab verən səviyyədə saxlamaq üçün hər hansı bir dəyişikliyin 
tələb  olunub-olunmadığını  müəyyənləşdirmək  məqsədi  ilə  SFP  sonuncu  təsdiq 
tarixindən etibarən hər il nəzərdən keçirilməlidir.  
 
5.
 
Bölüşdürmə və əldə etmə 
 
Bölüşdürmə 
Əldə etmə 
Ad 
İmza 
Tarix 
İmza 
Tarix 
LƏQ/SN- 
 
 
 
 
RQMM 
 
 
 
 
TBİ ƏN 
 
 
 
 
ILD 
 
 
 
 
CNTP 
 
 
 
 
NDRA/DVAEM 
 
 
 
 
 
6.
 
Tarixçə  
Tarix 
Dəyişiklik üçün səbəb 
26.06.2013 
Yeni SFP 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
154 
 
Əlavə 17: Təlim mərkəzinin standart əməliyyatlar proseduru 
Təlim  mərkəzinə,  onun  işini  təşkil  və  əlaqələndirən,  maraqlarını  təmsil  edən  və 
fəaliyyətinə  görə  məsuliyyət  daşıyan  rəhbər  başçılıq  edir.  Təlim  mərkəzinin  rəhbəri 
vəzifəsinə  işə  götürmə  və  işdən  azad  etmə  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin 
Tibb Baş İdarəsinin rəisi tərəfindən müvafiq qaydada həyata keçirilir.  
I.Əsas anlayışlar və təriflər 
Təlim mərkəzinin işçiləri 
Təlim  mərkəzinin  işçiləri  -  Azərbaycan  Respublikası  ƏN  TBİ-nin  rəisinin  əmri  ilə 
bölmələrin işçi ştat vahidi hesabına təyin edilən şəxslərdir. Təlim mərkəzi 5 nəfərdən ibarət 
tərkibdə  təşkil  edilir:  rəhbər,  metodist,  müəllim,  assistent  və  sürücü.  Təlim  mərkəzinin 
işçiləri  onun  rəhbərinə  tabedirlər  və  öz  öhdəliklərinin  icrasını  vəzifə  təlimatlarına  əsasən 
həyata keçirirlər.  
Müəllimlər
 
Təlim mərkəzi tərəfindən ilkin mərhələdə keçirilən təlimlərin müəllimləri, PS-də vərəmə 
nəzarətdə  iştirak  edən  təcrübəli  işçilərdir.  Növbəti  mərhələdə  müəllim  qismində 
xüsusiləşmiş dövlət təhsil müəssisələrində və ölkənin qeyri dövlət strukturlarında, həmçinin 
beynəlxalq təşkilatlarda işləyən peşəkar mütəxəssislər cəlb edilə bilərlər. 
Seçimlər  və  dəvətlər  müqavilə  əsasında  müəllim  və  tərcüməçilərin  cəlbini  Təlim 
mərkəzinin rəhbəri təşkil edir. Habelə müəllimlərin işinin təşkili, həmçinin tədris kursunun 
hazırlanması  və  aparılması  üzrə  vəzifələrinin  yerinə  yetirmələrinə  nəzarəti  Təlim 
mərkəzinin rəhbəri həyata keçiri. 
Təlim  mərkəzinin  rəhbəri  tədris  kursu  yekunlaşdıqda  aparılan  tədris  kursu  barədə 
hesabatı  hazırlayır  və  müəllimlərin  fəaliyyətini  qiymətləndirir.  Müəllimlər  iştirak  etdikləri 
təlim  tədbirlərinin  hazırlanması,  aparılması,  qiymətləndirilməsinə  görə  məsuliyyəti  öz 
üzərlərinə götürürlər. Müəllimlər tədris proqramını, apardıqları tədris üçün müəyyən edilmiş 
məzmun və modul dizaynı standartına müvafiq tematik modulları işləyib hazırlayırlar.  
Tədris tədbiri və tədris kursu 
Struktur  və  davam  etməsindən  asılı  olaraq  bu  tədbir  Təlim  mərkəzi  tərəfindən 
qabaqcadan  planlaşdırılmış  praktiki  təlim  üzrə  bir  günlük  və  ya  bir-neçə  günlük  tədbirdir, 
misal üçün: təlimin müxtəlif forma və mövzularından ibarət seminar, treninq, dəirmi masa, 
mühazirə sessiyası, konfrans, forum və ya çox günlük kurslar və s. Təlim tədbirlərinin və ya 
təlim  kurslarının  Tədris  Proqramları  kursantların  və  təlimin  iştirakçılarının  tələblərinə 
əsasən müəllimlər tərəfindən vaxtında (təlim başlamamışdan əvvəl) hazırlanmalıdır. 
Təlimin iştirakçıları və Kursantlar: 
Təlim  mərkəzi  tərəfindən  aparılan  və  təşkil  edilən  bütün  növ  tədris  tədbirlərinin 
(seminar,  treninq,  mühazirə  sessiyası,  kurslar,  dəirmi  masa,  konfranslar,  forumlar) 
iştirakçılarıdır. Təlim mərkəzində vərəmə nəzarət məsələri üzrə nəzəri və praktiki təlimlərin 
iştirakçıları aşağıdakı şəxslər ola bilər: 
-
 
Tibb  əməkdaşları  (orta  tibb  personalı,  laborantlar,  həkimlər,  tibb  bölmələrinin 
rəhbərləri); 
-
 
Azərbaycan Respublikasının penitensiat sisteminin tibb əməkdaşı olmayan şəxslər; 
-
 
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri; 
-
 
İctimai  səhiyyə  mütəxəssisləri,  Tibb  Universitetinin  tələbələri,  tibb  kolleclərində, 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında təhsil alan şəxslər. 
  
Tərcüməçilər 
Tərcüməçilərin  müqavilə  əsasında  seçilməsi  və  dəvət  edilməsini  ƏN  TBİ  təşkil  edir. 
Tərcüməçilərin  işinin  təşkilini,  materialların,  sənədlərin,  çıxışların  tərcüməsi  üzrə  işin 
icrasına nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçirir. 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
155 
 
Tədris planı 
Tədris  tədbirlərinin  aparılmasını,  onların  aparılması  və  təşkilinə  görə  məsuliyyət 
müəyyən edən bütün maraqlı şəxsləri və prosessin iştirakçılarını əks etdirən razılaşdırılmış 
tədris tədbirlərinin qrafikidir. Sənəd məsul müəllimin mövzusu, konkret peşəkar fəaliyyətin 
şərtləri  və  tədris  prosessinin  mərhələləri  nəzərə  alınmaqla  əlavə  və  dəqiqləşdirmələrlə 
hazırlanır.  Zəruri  tədris  müddətinin  həcmi  göstərilməklə,  bütün  növ  tədris  kurslarını 
tərkibinə  daxil  edir.  Tədris  planı  Təlim  mərkəzinin  rəhbəri  tərəfindən  tədrisdə  tələblərə  və 
əldə olan resurslara müvafiq olaraq hazırlanır və Azərbaycan Respublikası ƏN TBİ-nin rəisi 
tərəfindən  təsdiq  edilir.  Tədris  planı  müəllimlərin  tədris  işinin  işgüzarlığının  hesablanması 
üçün əsasdır.  
Tədris proqramı 
Tədrisin  konkret  məzmununu  müəyyən  edən  sənəddir.  İş  proqramı  müəllim  tərəfindən 
aparılan  tədris  təlimi  və  ya  kursu  üzrə  hazırlanır  və  strukturuna  görə  fərqlənə  bilər,  lakin 
mütləq aşağıdakı məlumatları özündə əks etdirməlidir:   

 
Tədris tədbirinin və ya tədris kursunun tam adı: 

 
Kursun keçirilmə tarixi, saat sayı; 

 
Tədrisin təşkilatçısı və aparılma yeri; 

 
Məsul müəllim göstərilməklə müəllimlərin A.S.A və əlaqə məlumatı; 

 
Tədrisin iştirakçıları – ixtisas, iş yeri (müəssisənin profili), iştirakçıların sayı;  

 
 Tədris  tədbirinin/kursunun  qısa  təsviri,  bura  həmçinin  daxildir:  məqsəd,  vəzifə, 
məzmun və gözlənilən nəticələr; 

 
 Məşğələlərin cədvəli, tədrisin iştirakçılarına (tanışlıq, mühazirə, təqdimat, müzakirə, 
qrup  şəklində  iş,  təcrübi  məşğələlər,  klinik  və  təsadüfi  məsələlərin  həlli,  qarşılıqlı 
əlaqə,  qiymətləndirmənin  keçirilməsi,  sertifikatların  verilməsi.)  təqdim  edilən 
materialı daha  yaxşı  mənimsəməyə şərait  yaradan müxtəlif metodiki elementlərdən 
ibarətdir.  Məşğələlərin  cədvəlini  təşkil  edən  elementlər  tədris  tədbiri  üçün  ayrılan 
müddətdə  məntiqəuyğun  şəkildə  paylanır,  müəllimlərin  hər  elementə  görə 
məsuliyyəti müəyyən edilir. 
 
Modul 
Modul  (blok)  tədrisin  struktur  vahididir,  qəbul  edilmiş  tədris  standartı  və  mütəxəssisin 
təsnifat  xarakteristikası  əsasında  hazırlanır.  Tematik  modul  müəyyən  edilmiş  mövzu  üzrə 
zəruri məlumatlar və elmi-metodiki sənədlərin məcmusudur. Modulun məqsədi – oyrənilən 
mövzunun modelinin yaradılmasıdır.  
Tematik Modul aşağıdakı yüklülükdən ibarətdir:  

 
Tədrisin iştirakçılarına mövzunun mənimsəmələrində  metodiki və  praktiki  köməyin 
göstərilməsi; 

 
Müəllimlərə mövzu üzrə tədris prosessinin hazırlanması və keçirilməsində metodiki 
köməyin göstərilməsi; 

 
Tədris  prosessinin  təmin  edilməsinin  sonrakı  təkmilləşdirilməsi  üzrə  işin 
qiymətləndirmə və planlaşdırılmasının əsasıdır.  
Qeyd  etmək  lazımdır  ki,  tematik  modulun  formalaşması  bir  dəfəlik  tədbir  deyil, 
sübutedici  baza  və  təcrübi  sınaqların  göstəricilərinə  əsaslanan,  ən  yaxşı  milli  və  dünya 
təcrübəsi, tövsiyəsi barədə yığılan məlumatın uçotu barədə mütəmadi fəaliyyətdir. Müəllim 
kollektivindən  tematik  modulların,  onların  komponentlərinin  yaradılması,  qaydaya 
salınması, təkmilləşdirilməsi, daha dərindən anlaşılması və optimizasiya tələb edilir.  
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
156 
 
Tematik Modulun standartı 
Tematik Modula aşağıdakı materiallar daxildir: 

 
Giriş (tematik modulun məzmunundan ibarətdir)  

 
Bu tip Tədris Proqramı (bu mövzunun məzmunu təşkil edən bölmələr daxil olmaqla)  

 
Bu mövzu üzrə qısa mühazirə konspekti, təqdimatlar, materiallar və görülən işlər; 

 
Elmi-metodiki  materiallar  (qruplarda  işin  təsviri,  müzakirələrin  sualları,  məsələlər 
kitabçası, bu mövzuda olan dərsliklərin siyahısı və s.); 

 
Təlimin iştirakçılara təqdim ediləcək materiallar; 

 
Məlumat materialları (buklet, vərəqlər, broşürlər, lövhələr və s.); 

 
Təlim keçənlərin bilik səviyyəsinin nəzarət üçün test sualları və tövsiyələr;  

 
Tövsiyə  edilən  ədəbiyyatın  siyahısı  (dərsliklər,  metodiki  tövsiyələr  və  rəhbərlik, 
dərsliklər,  o  cümlədən  elektron)  və  Əmrlərə  həmçinin  internet  mənbələrinə  istinad 
edən normativ-hüquqi baza. 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin