Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Məsul tibb işçilərinə həvəsləndiricilər



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   ...   13   14   15   16   17   18   19   20   21

 
Məsul tibb işçilərinə həvəsləndiricilər  
a.)
 
DH-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  BSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb  işçilərinə 
həvəsləndiricilər  verilir.  Hər  tibb  işçisinə  hər    DH-vərəm  xəstəsi  üçün  aylıq  15  manat 
olmaqla vəsait onun bank hesabına köçürülür. 
b.)
 
DD-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlana kimi  QF-un 9-cu raund vərəm  layihəsi  çərçivəsində 
SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb  işçilərinə 
həvəsləndiricilər  verilir.  Hər  tibb  işçisinə  hər    DD-vərəm  xəstəsi  üçün  aylıq  30  manat 
olmaqla vəsait onun bank hesabına köçürülür. 
Həvəsləndiricilər  SX  İB-nin  əməkdaşı  tərəfindən  ayda  bir  dəfə  olmaqla  SX  İB 
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb 
işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir. 
 
c.)
 
Tibb işçisinə mükafat (Bonus) 
Mülki  sektorun  vərəm  əleyhi  müəssisələrində  İSD  ilə  müalicəsini  davam  etdirən 
vərəmli  xəstənin  müalicəsi  tamamlanana  kimi  QF-un  9-cu  Raund  vərəm  layihəsi 
çərçivəsində  SX  İB  tərəfindən  xəstənin  müalicəsinə  məsul  (DOT  müalicəsi  aparan)  tibb 
işçisinə  hər  DD-vərəm  xəstəsinin  uğurlu  müalicəsinin  sonunda  20  manat  məbləğində 
birdəfəlik mükafat ödənilir və tibb işçisinin bank hesabına köçürülür. 
 
Xəstələrin  müalicəsinə  məsul  tibb  işçilərinə  hər  DD-vərəm  xəstəsinin  uğurlu 
müalicəsinin sonunda ödənilən mükafat HKK-nın qərarına müvafiq olaraq “uğurlu müalicə” 
nəticəsilə  müalicəsi  dayandırılan  hər  xəstəyə  görə  HKK-nın  qərarını  təsdiqləyən  sənəd 
əsasında tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir. 
 
Nəğdsiz ödəmələr 
Layihə  fəaliyyətlərinin  icrası  zamanı  maliyyə  hərəkətlərinin  bank  köçürmə  yolu  ilə 
həyata  keçirilməsinə  çalışılır.  Xəstələrə  ödənilən  nəqliyyat  xərci  istisna  olmaqla  bürün 
ödəmələr  Bank  vasitəsilə  həyata  keçirilir.  Xəstələrin  gündəlik  olaraq  1  manat  verərək 
onların  tibb  məntəqəsinə  gəlməsinə  həvəsləndirilməsini,  (xəstə  gəlmədiyi  təqdirdə  bu 
vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-
in mülki sektorda müalicələrinin qısa (əsasən 1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum 
olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və 
bu  sənədlərin  hazırlanmasına  müəyyən  vaxt  tələb  olunmasını  və  bank  əməliyyatlarından 
istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
137 
 
 
Müalicə və laboratoriya xidmətləri 
Dərman təchizatı  
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə 
sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra 
vərəm  əleyhinə  dərmanların  1  aylıq  ehtiyatı  İMM  tərəfindən  SX  İB-nə  təhvil  verilir  (bu 
prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa 
çatana  kimi  davam  edir).  Dərmanlar,  iki  nüsxədə  hazırlanmış  tərəflərin  imzası  ilə 
təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir.  
İMM-dən DD-vərəmli xəstələr üçün təhvil götürülən vərəm əleyhi dərmanlar SX İB-
nin anbarında yerləşdirilir və daxil olan zaman onların miqdarı “Anbar qeydiyyat jurnalına” 
daxil edilir.  
Dərmanlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən  qəbul  edilir,  qeydiyyatı 
aparılır və hər DD-vərəm  xəstəsinin müalicə sxeminə uyğun olaraq  yığılaraq qablaşdırılır. 
Soyuq  şəraitdə  saxlanılması  vacib  olan  dərmanlar  (PASK  və  s.)  anbarın  soyuducusunda 
saxlanılır. 
Dərmanlar qablaşdırıldıqdan sonra,  iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm 
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə 
məsul  tibb  işçisinə  təhvil  verilir.  Akt  bir  tərəfdən  SX  İB-nin  direktoru  və  həkim 
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır. 
Əgər  xəstənin  dərmanları  hər  hansı  səbəbdən  (xəstə  yenidən  həbs  olunarsa, 
müalicədən  imtina  edərsə,  ölərsə  və  s.)  istifadə  olunmazsa,  həmin  dərman  preparatları 
aktlaşdırılaraq MVƏM-dən geri götürülür və İMM-yə akt vasitəsilə təhvil verilir. 
Xəstə müalicəsini davam etdirdiyi müddətdə 2-ci sıra vərəm əleyhi dərmanların səbəb 
olduğu əlavə təsirləri aradan qaldırmaq məqsədilə xəstənin həkimi tərəfindən təyin olunmuş 
tələbata uyğun olaraq dərman preparatlarının 3 (üç) aylıq  ehtiyatı iki nüsxədə  hazırlanmış, 
tərəflərin imzası ilə təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir. Xəstələrdə 
müşahidə olunan əlavə təsirlərə müvafiq olaraq DD-vərəm xəstəsinə lazım gələn əlavə təsir 
dərmanları SX İB tərəfindən akt əsasında mülki vərəm əleyhi müəssisələrə çatdırılır. 
 
Bəlğəm müayinəsi 
ABVX müalicəsini mülki sektorda davam etdirən zaman laborator müayinələr əsasən 
ƏN  PX  İMM-nin  laboratoriyasında  aparılır.  Xəstəyə  başçəkmə  səfəri  zamanı  məsul  tibb 
işçisi  tərəfindən  ən  azı  iki  bəlğəm  nümunəsi  (bir  nümunə  səhər,  ikincisi  isə  günorta 
saatlarında  SX  İB-nin  əməkdaşının  nəzarəti  altında)  götürülərək  SX  IB-nin  nəqliyyat 
vasitəsilə ƏN İMM-ə çatdırılır. 
Bəlğəm  nümunələri məsul  tibb işçisindən təhvil alınarkən onun kimə  məxsus  olduğu 
bəlğəm  konteynerinin  üzərində  (bəlğəm  götürülməzdən  əvvəl)  yazılmış  olmalıdır.  SX  İB-
nin  əməkdaşı  bəlğəm  nümunəsinin  qeydiyyatını  “Mikobakterioloji  müayinə  nəticələri” 
adlanan  bəlğəm  qeydiyyat  vərəqində  götürülmüş  bəlğəm  nümunələrinin  kimə  məxsus 
olduğunu (ad, soyad və ata adı), xəstənin müalicə qeydiyyat nömrəsi, müalicə ayı və s. qeyd 
edərək  təhvil  götürür.  Bəlğəm  nümunələrinin  götürülməsi  ÜST-nın  tövsiyyələrinə  uyğun 
olaraq aparılır. 
ABVX-nin  müalicəsi  başa  çatana  kimi  bəlğəm  nümunələri  DD-vərəmli  xəstədən  hər 
ay,  DH-vərəmli  xəstədən  isə  müalicənin  müvafiq  mərhələlərində  (intensiv  mərhələnin 
sonunda,  uzadılmış  mərhələnin  sonunda,  davamedici  mərhələnin  ortasında  və  müalicənin 
sonuncu  ayında)  mülki  tibb  müəssisələrində  tibb  işçisi  tərəfindən  götürülür.  SX  İB-nin 
əməkdaşı xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə səfər etməzdən bir gün əvvəl 
məsul  tibb  işçisinə  səfərin  tarixi  və  vaxtı  barəsində  məlumat  verir  və  xəstədən  bir  bəlğəm 
nümunəsinin  götürülməsini  xahiş  edir.  Səfər  zamanı  xəstə  ilə  görüşülən  vaxt  SX  İB-nin 
müşahidəsi altında xəstədən ikinci bəlğəm nümunəsi götürülür. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
138 
 
ABVX-dən götürülmüş bəlğəm nümunələri xüsusi konteynerlərdə mümkün qədər qısa 
müddətdə laboratoriyaya çatdırılır.  
ABVX-in  müalicə  başa  çatanadək  dövri  bakterioloji  müayinələrinin  (bəlğəminin 
yaxma,  əkmə  və  DHT)  nəticələri  müvafiq  göndərişlərə  qeyd  olunduqdan,  SX  İB-nin 
elektron məlumat bazasına və “Laborator nəticələrinin qeydiyyat jurnalına” daxil edildikdən 
sonra SX İB-nin əməkdaşı vasitəsilə xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə 
təqdim edilir. 
             Digər müayinələrin aparılması 
Müalicənin müvafiq dövrlərində xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və 
s.) müayinələr xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsi tərəfindən aparılır; 
 
Xəstənin müalicə nəticəsi 
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi 
və ya müalicənin dayandırılması İMM-nin  HKK qərarı ilə yerinə yetirilir. 
DD-vərəmli  xəstələrin  müalicəsi  HKK-nın  qərarı  ilə  dayandırılan  zaman,  HKK-nın 
sədri,  HKK-nın  katibi  və  SX  İB-nin  imzaları  ilə  təsdiqlənmiş  sənəd  xəstənin  müalicəsini 
davam etdirən MVTM-nə təqdim edilir 
DH-vərəmli xəstələr müalicəsinin dayandırılması MVTM-nin məsul həkimi tərəfindən 
müalicə nəticələri qeyd edilməklə xususi sənəd doldurulur, imzalanıb möhürlənir və SX-nin 
təsdiqi ilə ƏN İMM-nə təqdim edilir.  
Xəstələrin  müalicə  nəticələri  barədə  məlumatlar  yuxarıda  qeyd  olunan  sənədlər 
əsasında    ƏN  İMM-nin  müvafiq  qeydiyyat  sənəd  və  jurnallarında  qeyd  edilərək  elektron 
məlumat bazasına daxil edilir.  
1.1.
 
Dərman və ərzaq anbarının idarə olunması 
QF-un  9-cu  Raund  vərəm  layihəsinin  Sub  resipiyenti  SX  İB-nə  aid  dərman  və  ərzaq 
anbarı qəbul olunmuş standartlara uyğun olaraq idarə olunur.  
 
Dərman anbarı 
Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq 
QF  9-cu  Raund  Vərəm  Layihəsi  çərçivəsində  əldə  olunmuş  İSD  xəstə  azadlığa 
buraxıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. 
SX  İB-nin  anbarına  daxil  olan  dərmanlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən 
qəbul  edilir,  dərmanların  sayı  və  son  istifadə  tarixi  göstərilməklə  “Anbar  qeydiyyat 
jurnalına” daxil edilir. Dərmanlar səliqə ilə taxçalarda müvafiq yerlərdə yerləşdirilir. Soyuq 
şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda saxlanılır.  
Anbarın  daim  eyni  temperaturda    saxlanılması  üçün  kondisioner  davamlı  olaraq 
işləyir.  Anbarda  havanın  hərarətinə  və  rütubətliliyinə  nəzarət  etmək  üçün  xüsusi  cihaz 
quraşdırılıb  və  cihazın  göstəriciləri  xüsusi  tərtib  olunmuş  “temperatur  və  rütəbətliliyin 
qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir. 
 SX İB-nin anbara məsul əməkdaşı hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun 
olaraq xəstələrin dərmanlarını yığaraq qablaşdırır. 
Dərmanlar qablaşdırıldıqdan sonra,  iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm 
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə 
məsul  tibb  işçisinə  təhvil  verilir.  Akt  bir  tərəfdən  SX  İB-nin  direktoru  və  həkim 
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır. 
Anbara  qəbul  edilən  dərmanlar  “Anbar  qeydiyyat  jurnalına”  daxil  edildəkdən  sonra, 
elektron  məlumat  bazasına  daxil  edilir.  (baza  Excel  proqramlnda  hazırlandığı  üçün 
qoyulmuş  formula  vasitəsilə  avtomatik  olaraq  aylıq,  illik,  mədaxil,  məxaric  və  balans 
göstərilir) 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
139 
 
Ərzaq anbarı 
Azadlığa  buraxılan  vərəmli  xəstələr  üçün  QF  9-cu  Raund  Vərəm  Layihəsi 
çərçivəsində  əldə  olunmuş  əlavə  qida  məhsulları  xəstə  azadlığa  buraxıldıqdan  sonra,  iki 
nüsxədə  hazırlanmış  akt  əsasında  İMM-dən  SX  İB-nə  təhvil  verilir.  SX  İB-nin  anbarına 
daxil  olan  ərzaqlar,    SX  İB-nin  anbara  məsul  əməkdaşı  tərəfindən  qəbul  edilir,  ərzaqların 
sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir.  
Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir. 
Anbarda  havanın  hərarətinə  və  rütubətliliyinə  nəzarət  etmək  üçün  xususi  temperaturu  və 
rütubətliliyi  ölçən  cihaz  quraşdırılıb  və  cihazın  göstəriciləri  xüsusi  tərtib  olunmuş 
“temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir. 
SX İB-nin anbara məsul əməkdaşı hər DH-vərəmli və DD-vərəmli xəstə üçün 1 aylıq 
ərzaq  məhsullarını  yığaraq  ayrı-ayrı  paketlərdə  qablaşdırır.  Ərzaqlar  qablaşdırıldıqdan 
sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT 
məntəqədə) ABVX-nin  müalicəsinin davam  etdirilməsinə  məsul  tibb işçisinə təhvil verilir. 
Akt  SX  İB-nin  direktorunun  imzası  ilə  bir  tərəfdən  təhvil  verən  SX  İB-nin  həkim 
koordinatoru digər tərəfdən təhvil alan VƏTM-nin tibb işçisi tərəfindən imzalanır. 
Anbara  qəbul  edilən  ərzaqlar  “Anbar  qeydiyyat  jurnalına”  daxil  edildəkdən  sonra, 
elektron  məlumat  bazasına  daxil  edilir.  (baza  Excel  proqramlında  hazırlandığı  üçün 
qoyulmuş  formula  vasitəsilə  avtomatik  olaraq  aylıq,  illik,  mədaxil,  məxaric  və  balans 
göstərilir) 
Azadlığa  buraxılan  DD-vərəmli  xəstələr  onlar  üçün  (Beynəlxalq  mütəxəssislərin 
rəyinə  əsasən)  nəzərdə  tutulmuş  əlavə  ərzaq  məhsulları  (un,  qarabaşaq,  düyü,  şəkər  tozu, 
yağ, makaron məhsulları, qatılaşdırılmış süd, kakao, mərcimək) ilə də təmin edilirlər.  
 
Sub-resipientə aid nəqliyyat vasitəsinin istismarı 
 
 
Təyinatı üzrə istifadə 
QF 9-cu Raund Vərəm Layihəsinin Sub resipiyenti Sağlamlığa Xidmət  ictimai birliyi 
layihə çərçivəsində satın alınmış iki nəqliyyat vasitəsinə malikdir. (Niva Chevrolet və KİA 
Sportage)  Nəqliyyat  vasitəsinin  biri  Azərbaycan  rayonlarına  monitorinq/superviziya 
səfərləri,  təminat-təchizat,  müalicənin  izlənilməsinə    nəzarət  və  müayinələrin  daşınması 
üçün nəzərdə tutulub, digəri eyni məqsədlər və layihə rəhbərinin və əməkdaşlarının İMM-
yə və digər qurumlara daşınması üçün nəzərdə tutulmuşdur.  
 
 Yanacaq sərfiyyatının qeydiyyatı və hesabatı 
Nəqliyyat  vasitələrinin  istifadəsinə  nəzarət  etmək  məqsədilə  “Marşrut  qeydiyyat 
kitabçasından”  istifadə  olunur.  Kitabçada  tarix,  səfər  zamanı  qət  edilən  məsafə,  gedilən 
mənzil, istifadə olunan yanacaq və dövri yağ dəyişmə barədə gündəlik qeydlər aparılır. 
Hər  ayın  əvvəlində  ötən  ayın  yanacaq  sərfiyyatı,  sürülən  məsafə  (km),  yağ  dəyişmə, 
nəqliyyat vasitəsinin təmiri barəsində xüsusi hesabat forması doldurularaq ƏR-təqdim edilir. 
 
Təmir  
SR-in  sərəncamında  olan  nəqliyyat  vasitələrinin  təmiri  SR-in  büdcəsi  hesabına 
müvafiq müqavilə əsasında nəqliyyat vasitələrinin təmiri sexində həyata keçirilir.  
Nəqliyyat  vasitəsinin  yağ  dəyişmə  xidməti  təyin  olunmuş  km  göstəricisinə  müvafiq 
olaraq  yerinə  yetirilir  və  eyni  zamanda  avtomobilə  ümumi  texniki  baxış  keçirilərək  lazım 
olan  nasazlıqlar  təmir  olunmaqla/lazım  gələn  ehtiyyat  hissələri  dəyişdirilməklə  aradan 
qaldırılır. 
Göstərilən  xidmətlərə  görə  təyin  olunmuş  xidmət  haqqı  SX  İB  tərəfindən  İcraçının  
bank hesabına köçürülür. 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
140 
 
Inventarizasiya 
SX İB-nin satın alınmaqla, bağışlanmaqla yaxud ianə yolu ilə əldə etdiyi bütün mal və 
avadanlıqlar  əldə  olunma  tarixinə  uyğun  ardıcıllıqla  SX  İB-nin  “İnventar  qeydiyyat 
jurnalında” qeyd edilir. 
 Satın alınmaqla, bağışlanmaqla, yaxud ianə yolu ilə SX İB-nin əldə etdiyi bütün mal 
və avadanlıqlar kodlaşdırılır və kod nömrələri onların üzərinə yapışdırılır. 
Müəyyən olunmuş dövrü interval üzrə SR və ƏR tərəfindən onların inventarizasiyası 
aparılır.  
 
Elektron məlumat bazası, o cümlədən Coğrafi Məlumatlar Bazası (GİS) 
SX  İB,  GFATM  9-cu  raund  vərəm  layihəsi  çərçivəsində  SR  layihəsinə  aid  bütün 
məlumatların  daxil  edilməsi  və  onların  idarə  olunması  üçün    SX  İB  tərəfindən  yaradılmış 
GİS elektron məlumat bazasından istifadə olunur. Bu məlumat bazası ABVX-nə aid bütün 
məlumatların;  tibbi,  qeyri-tibbi  və  SX  İB  tərəfindən  təmin  olunan  sosial  dəstək  barədə 
məlumatların    daxil  edilməsi  və  bu  məlumatların  qrafiki,  coğrafi  və  cədvəl  şəklində 
görüntülərlə təqdim olunması üçün istifadə  edilir. Həmçinin,  bu məlumat  bazası  vasitəsilə 
layihənin  səmərəliliyinin  öyrənilməsi  və  onun  daha  da  təkmilləşdirilməsi  məqsədilə  lazımi 
araşdırmalar  apararılır  və  beynəlxalq  konfranslarda  təqdim  olunması  üçün  SR  layihəsinin 
uğur və nailiyyətləri barəsində məqalələr hazırlanması zamanı istifadə olunur. 
SX  İB,  ABVX-nin  müayinə  və  müalicəsinə  dair  məlumatların  əldə  olunması  üçün 
digər elektron məlumat  bazasından da istifadə edir. Belə ki,  BQXK-nin  dəstəyilə CDC-nin 
müəllifi  olduğu  EPİ  İNFO  proqramında  yaradılmış  ƏN  İMM-nə  məxsus    məlumat 
bazasından  istifadə  etməklə  ABVX-nin  müayinə  və  müalicəsinə  dair  lazım  gələn 
məlumatları  əldə  edir,  onlar  barəsində  oradakı  məlumatları  SX  İB-də  olan    məlumatlarla 
müqayisə  edir  və  ABVX-nin  məlumatlarını  ümumi  xəstələrlə  birlikdə    analiz  edir  və 
təhlillər aparır. 
SR tərəfindən bu məlumat bazasına heç bir məlumat daxil edilmir.  
 
Satınalmalar, o cümlədən texniki yardımın satınalınması 
ƏR ilə bağlanmış müqavilə çərçivəsində SR-in Layihəyə dəstəyin bir hissəsi kimi ƏR 
tərəfindən  verilən  qrant  vəsaiti  hesabına  aldığı  avadanlıq  və  təchizatlar  Layihəyə  dəstəyin 
həyata keçirilməsi üçün zəruri olan avadanlıq və materiallarla məhdudlaşır. SX İB bu kimi 
satın  alınmış  materialların  dəyərinin  Müqaviləyə  əsasən  ayrılan  vəsait  hesabına  ödəyir  və 
ƏR  tərəfindən  müəyyən  edilmiş  İllik  İş  Planına  əsasən  SX  İB  satınalma  işlərini  həyata 
keçirir. Alınan avadanlıq və materialların göstəricilərini, kəmiyyətini və çatdırılma tarixləri 
müqavilədə  göstərilir.  Belə  satınalınmalar  zamanı  ƏR  və  SR  arasında  bağlanmış 
müqavilənin  əlavəsində  nəzərdə  tutulmuş  proseduralar  əsasında  həyata  keçirir.  Məsləhətçi 
SR-lə  bağladığı  müqavilənin  icrası  zamanı  əldə  etdiyi  hər  hansı  bir  məlumatı  tam  məxfi 
saxlayır.  
SR Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumla əlaqədar olaraq  maraqların 
toqquşacağını güman edərsə Layihəyə dəstəklə sıx bağlı olan hər hansı bir Program üçün 
mal, cihaz və ya digər texniki dəstəkdən (SR - lə olan müqavilədə nəzərdə tutulmuş 
Layihəyə dəstəyi çıxmaq şərti ilə) Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumu 
məhrum etmək hüququna malikdir.  
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
141 
 
 
 
Hesabatlar 
Təfsilatlı hesabatlar 
Hər  ayın  əvvəlində  ötən  ay  üçün  SR  qismində  SX  İB  layihəyə  dəstəklə  bağlı  bütün 
əlavə  məsrəf  və  xərcləri  aydın  əks  etdirən  təfsilatlı  və  sistematik  hesabatlar  və  qeydlər 
aparır.  SX  İB  və  onun  işçi  heyəti  tərəfindən  yerinə  yetirilən  bütün  ödənişlər  və  xərclərin 
surəti  və  maliyyə  hesabatı  hər  ay  üçün  növbəti  ayın  10  –  a  qədər  ƏR  –  in  maliyyə 
mütəxəssisinə təqdim edilir. 
1.1.1.
 
SR-in rüblük hesabatı  
SR əsas etibarilə hər bir təqvim rübünə uyğun nailiyyətlər barədə hesabat və yoxlama 
və  qiymətləndirmə  hesabatları  hazırlayaraq  ƏR-ə  təqdim  edir.    Bu  cür  hesabatlar  müvafiq 
hesabat müddəti başa çatdıqdan sonra 15 (on beş) gün ərzində təqdim edilir. Bütün əlaqədar 
sənədlərin surətləri təqdim olunan hesabatlara əlavə edilir.  
1.1.2.
 
Təqdim Olunacaq İllik Maliyyə Hesabatları  
SR  ƏR  tərəfindən  ayrılmış  və  layihəyə  dəstək  üçün  götürülmüş  vəsaitin  istifadə 
şəklini  əks  etdirən  illik  hesabat  təqdim  edir.  Bank  hesabının  durumunu  əks  etdirən  belə 
hesabatlar  SR-in  bank  hesabının  bağlanmasından  və  müvafiq  hesabat  dövrü  üçün  maliyyə 
qeydlərinin götürülməsindən sonra otuz (30) gün ərzində təqdim edilir. Hesablamalar Avro 
ilə aparılır. Digər valyutalarla ifadə olunmuş məbləğləri Avro ilə qeyd etmək üçün Mərkəzi 
Bankın həmin günə mübadilə məzənnəsinə uyğun hesablanılır.  
 
1.1.3.
 
Maliyyə hesabatı aşağıdakıları əks etdirir: 

SR-in ƏR ilə bağladığı müqavilə çərçivəsində layihəyə dəstəyin həyata keçirilməsi 
ilə əlaqədar bilavasitə və ya dolayı yolla ƏR-dən aldığı vəsait; 

SR-in  tərtib  etdiyi  standart  hesabat  formalarında  əks  olunmuş  layihəyə  dəstəklə 
bağlı məsrəflər və artan öhdəliklər;  

Alınmış  vəsaitlərin,  məsrəflərin  və  hesab  qalığının  SR-in  hesabatının  tarixi  ilə 
müvafiqliyi. 

  
1.1.4.
 
Digər hesabatlar 
ABVX-in müalicəsinin mülki tibb müəssisələrində aparılmasını əks etdirən hesabatlar 
hazırlayır və aidiyəti qurumlara təqdim edir;  
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və müalicənin 
daha  səmərəli  təşkili  məqsədilə  müalicə  zamanı  müşahidə  olunmuş  bütün  çatışmazlıqları 
qeydə  alır  və  sənədləşdirir,  onları  ümumiləşdirərək  SN  MVNP-na  və  ƏN  TBİ-nə  təqdim 
edir. 
 
Əməkdaşlıq 
SX  İB  ABVX-nin  izlənilməsi  layihəsinin  həyata  keçirilməsində  ƏN  LİQ,  ƏN  TBİ, 
ƏN İMM, ƏN PX, SN, SN-nin MVPM, ETACXİ, MVƏM-lər ilə sıx əməkdaşlıq edir.  
Bundan başqa xəstələrin azadlığa buraxıldıqdan sonra müalicədən yayınmaları zamanı 
onların  axtarılıb  tapılması  istiqamətində  aparılan  fəaliyyətlər  çərçivəsində  yerli  polis 
bölmələri ilə də əməkdaşlıq edir. 
SX İB vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən QHT kimi ölkənin vərəm üzrə 
QHT  sektoruna  üzv  təşkilatlarla  (həmin  sektorun  sədri  kimi)  və  Ölkə  Əlaqələndirmə 
Komitəsi ilə əməkdaşlıq edir. 
ÜST-nin “Stop TB Partnerşip” qurumunun üzvü kimi daim əməkdaşlıq edir. 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
142 
 
Bacarıqların artırılması 
SX-İB  nin  əməkdaşları  təcrübə  və  bacarıqlarını  artırmaq  məqsədilə  başqa  ölkələrdə 
ABVX-nin  mülki  sektorda  müalicələrinin  izənilməsi  üzrə    layihələrə  səfər  edir,  bilik  və 
təcrübə mübadiləsi aparır. 
Beynəlxalq  konfranslarda  iştirak  edirək,  layihənin  uğur  və  nailliyətlərini  dünyanın 
başqa ölkələri ilə bölüşür. 
SX İB, VƏTM-nin (DOT müalicəsi aparan) ABVX-nə məsul tibb işçiləri üçün təlim 
təşkil edir və bu yönümdə onların bilik və bacarıqlarının artırılmasına çalışır. 
 
Planlaşdırılma 
1.1.5.
 
İllik İş Planı 

SX İB, ƏR-lə birgə layihəyə dəstəklə əlaqədar İllik İş Planını tərtib edib imzalayır. 
Iş planında dəyişiklik edilmədiyi halda köhnə İş Planının həyata keçirilməsi davam etdirilir. 

İllik  İş Planını  həyata keçirmək üçün tələb olunan bütün  məsrəflər ƏR tərəfindən 
tam  şəkildə  qəbul  edildikdən  sonra  onların  icrasına  başlanılır.  Tərəflərdən  hər  hansı  biri 
tərəfindən  təklif  edilmiş  bütün  digər  fəaliyyət  və  məsrəflər  Tərəflər  arasında  müzakirə 
olunur.   

SR həmçinin rüblük fəaliyyət planını ƏR-ə təqdim etməlidir.  
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin