Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Problemli təlimin sözlü eskizini çəkin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə7/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   10   ...   69
Pedaqogika imtahan cavabları

7. Problemli təlimin sözlü eskizini çəkin. 
Müasir təhsilin başlıca vəzifəsi mütəxəssisləri dünyanın yaradıcı yeniləşdirilmə 
metodologiyası ilə təchiz etməkdən ibarətdir. Problemli təlim yaradıcı proses 
kimi qeyri-standart elmi-təlim məsələlərinin qeyri-standart metodlarla yerinə 
yetirilməsini nəzərdə tutur. Əgər təkrar tapşırıqlar şagirdlərə biliklərin 
möhkəmləndirilməsi və bacarıqların formalaşması üçün təqdim edilirsə, 
problemli məsələlər hər zaman onların yeni həll yolunun axtarışıdır. Problemli 
təlimin məqsədi bilik və fərziyyələrin formalaşdırılması, onların hazırlanması və 
həll edilməsidir. Problemli təlimdə problem situasiyanın əhəmiyyəti 
ölçüyəgəlməzdir. 
O, 
məlumla 
məchul 
arasındakı 
məhdudiyyəti 
müəyyənləşdirməyə imkan verir və məsələnin həlli yolunun tapılmasına 
istiqamətlənir. İnsan problemlə üzləşərkən, ona nəyin məlum olduğunu daha 
dəqiq bilir və çevik qərar qəbul edir.
Problemli təlimin müvəffəqiyyətli olmasının dörd şərti fərqləndirilir: 
Problemin məzmununa maraq oyadan zəruri motivasiyanın olmaması 
Hər bir mərhələdə ortaya çıxan problemin həllinin mümkün olması 
Problemi həll edərkən öyrənənlərə əhəmiyyətli məlumatın verilməsi 
Müəllimin şagirdlə xeyirxah dialoji ünsiyyətinin zəruriliyi
Problemli təlimin başlıca psixoloji-pedaqoji vəzifələri aşağıdakılardır: 
Şagirdlərin təfəkkürünün və zəruri bacarıqlarının yaradıcı inkişafı; 
Fəal axtarış və problemin müstəqil həlli zamanı əldə olunan bilik və bacarıqların 
mənimsənilməsi; 
Yaradıcı şəxsiyyətin fəallaşdırılmasının tərbiyə edilməsi. 
Problemli təfəkkürün inkişafı. 
8. Modul təlimi haqqında fikirlərinizi bildirin. 
Modul təlimi pedaqoji texnologiya kimi XIX əsrdə tətbiq edilmişdir. İlk dəfə 1869-
cu ildə Harvard universitetində təhsil proqramı kimi istifadə edilmişdir. Həmin 


proqrama görə tədris fənlərinin seçimi öyrənənlərin ixtiyarına verilmişdir. Artıq 
XX əsrin əvvəlində ABŞ-da bütün ali məktəblərində yeni yanaşma uğurla tətbiq 
olunurdu. Belə ki, öyrənənlər lazımi akademik səviyyəni əldə etmək üçün 
istənilən təlim kursunu seçə bilərdilər. Təlim prosesinin təşkilinə dair yeni 
yanaşma öyrənəni təlimin mərkəzinə qoymuşdur. Təlim fəaliyyəti universitetlə 
məhdudlaşmayan, ömür boyu davam edən proses kimi nəzərdən keçirilirdi. Bu 
səbəbdən ali təhsilin əsas məqsədi müəyyən fəaliyyət növlərini həyata keçirmək 
üçün imkan verən hazır biliklərin ötürülməsi deyil, onların intellektual və yaradıcı 
bacarıqla Tinin inkişafı idi. Öyrənənlər həyatda özlərinə olan bilik və bacarıqları 
müəyyənləşdirməyə qadir olmalıdır. Hazırda tətbiq olunan modul təliminin 
formatı yarandığı gün dan bir o qədər də dəyişməmişdir. Müasir dövrdə də təlim 
materialının məzmununun mənimsədilməsi modullar çərçivəsində həyata 
keçirilir. Modul təlim materialının məntiqi cəhətdən tamamlanmış hissəsidir. O 
öyrənənlərin biliklərinin qavranılmasına və bacarıqlarına nəzarətlə müşayiət 
olunur. Modulun tərtibi fənn proqramı əsasında təşkil olunur. O, qarşılıqlı 
əlaqədə olan mövzulardan ibarətdir. Modulda təlim məqsədləri, vəzifələr
öyrənilmə səviyyələri dəqiq müəyyənləşdirilir, öyrənənin əldə edəcəyi təlim 
nəticələri, formalaşdırılacaq bacarıqlar qeyd olunur. Modulların sayı fənnin 
xüsusiyyətlərindən asılıdır. Modulun həcmi nə qədər böyük olarsa ona ayrılan 
balların sayı da o qədər çox olar.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin