Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Diqqətin şagirdlərin öyrənmə prosesinə yönəldilməsi



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə69/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

Diqqətin şagirdlərin öyrənmə prosesinə yönəldilməsi 
Adətən, gənc müəllimin diqqət mərkəzində şagirdlərin nəyi və necə öyrənməsi 
deyil, müəllimin dərsi necə öyrətməsi olur. Bu, təəccüblü deyil. Çünki ənənəvi 
təlimin müəllimin qarşısında qoyduğu tələb belə idi. Müasir təlim modelləri və 
ya üsulları şagirdlərin öyrənməsi prosesini ön plana çəkir, pedaqoqu da həmin 
istiqamətə yönəldir. Məktəb illərini yada salsaq, ilk növbədə xatirəmizdə 
müəllimi dinləyən şagirdlərin qaldığını görərik. İstənilən fəaliyyətə şagirdlərin 
fərdi reaksiyası dərindən müşahidə olunmalı və tədris olunan fənn çərçivəsində 
onların bacarıq, maraq və təcrübələri ilə əlaqələndirilməlidir. Əldə olunan 
məlumat şagirdlərin nailiyyətləri və eyni zamanda, müəllimlərin onların müxtəlif 
ehtiyaclarını qarşılamaq üçün nə qərarlar verməsini təmin edir. Beləliklə, 
şagirdlərin nəyi və necə öyrənməsi diqqət mərkəzində dayanır.
Şagirdlərin ünsiyyəti və əməkdaşlığı. 
Dərs prosesində şagirdlər arasındakı ünsiyyətin, davranışın, o cümlədən 
verdikləri cavabların təhlilini etmək maraqlı və eyni zamanda, çox faydalıdır. 
Bunun üçün sinifdəki şagirdlərin siyahısını tutub, qarşılarında müvafiq qeydlər 
etmək (məsələn, şagirdlər sual verdikdə siyahıda qarşısına qırmızı işarə, suala 
cavab verdikdə, digər şagirdlərin dərsə qoşulmasını təmin edən təkliflər etdikdə 
isə qara işarə qoya bilərsiniz) zəruridir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin