Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Ünsiyyətin idarə olunması səbəbini müəyyənləşdirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə62/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   58   59   60   61   62   63   64   65   ...   69
Pedaqogika imtahan cavabları

66.Ünsiyyətin idarə olunması səbəbini müəyyənləşdirin. 
Ünsiyyət insanlararası əlaqələrin qurulmasına zəmin yaradır. Ünsiyyət vasitəsilə 
insan fikirlərini, hislərini ifadə edir, biliklərini ötürür, problemləri hǝll edir, 
qarşılıqlı münasibətlər qurur. Təhsil müəssisəsində uğurlu liderlik digər sahələrlə 
müqayisədə ünsiyyətdən daha çox asılıdır. Ünsiyyət bacarığı lideri peşəkar 
rəhbər kimi gücləndirir. Liderlik üslubundan asılı olmayaraq, səmərəli lider və 
menecer şəxsiyyətlərarası davranış və ünsiyyət bacarıqları nümayiş etdirməlidir. 
Güclü lider, adətən, başqalarını ruhlandırır, komanda üzvlərini və ya həmkarlarını 
öz potensiallarını reallaşdırmaqda dəstəkləyir. Lider komanda üzvlərinin ən yaxşı 
keyfiyyətlərini üzə çıxarmağı bacarır, təhsilalanların və onların valideynlərinin 
tələbatlarının ödənilməsi üçün ümumi məqsədlər müəyyənləşdirir, məqsədlərin 
reallaşdırılması məsələsinə həssaslıqla yanaşır. Menecer isə heyətin tələbatlarına 
müəssisə daxilində reaksiya verir, hər kəsin təcrübə və peşəkarlığından istifadə 
edərək müəssisənin inkişafı və dəstəyi üçün fəaliyyətini tənzimləyir. Bu, 
komanda üzvlərinə özlərini dəyərli hiss etmək və tutduqları vəzifəyə sayğı 
göstərməyə imkan yaradır. Lider və menecerlər təkcə valideynlər, şagird və 
komanda üzvləri qarşısında məsuliyyət daşımır, eyni zamanda, dövlətin təhsil 
standartlarının yerinə yetirilməsinə də cavabdehdirlər. Səmərəli ünsiyyət 
qurmaq bacarığı emosional intellekt və kompetensiyalar qazanmaq, fəaliyyət 
göstərmək üçün əsas vasitələrdəndir. 


67.Müəssisənin idarə olunması haqqında fikirlərinizi bildirin. 
Menecerin əsas rolu hədəflərin müəyyənləşdirilməsi, müəssisədaxili mühitin 
təşkili, innovativ prinsiplərin seçilməsi, reallaşdırılması, komandanı hədəflərə 
doğru aparmaqdan ibarətdir. Düzgün hədəf seçimi bacarığı müəssisənin 
inkişafında əsas amillərdəndir. Ünsiyyət və idarəetmə bacarıqları təhsil 
müəssisələrinin rəhbərləri üçün çox əhəmiyyətlidir. Anadangəlmə liderlik 
bacarıqlarına malik olmayanlar bu bacarıqlara tədricən yiyələnə, lazımi 
keyfiyyətləri özlərində formalaşdıra bilərlər. Səmərəli lider fəaliyyətini 
“komandaya rəhbərlik etmək”dən “komandanı idarə etməyə” dəyişməlidir. 
Səmərəli liderin fəaliyyəti aşağıda sadalanan məqamlar üzərində təşkil 
olunmalıdır: 
• Hədəflərin müəyyənləşdirilməsi;
• Komanda mədəniyyətinin formalaşdırılması; 
Məqsəd və vəzifələrin qoyuluşu
• Müəssisə və komandaya rəhbərlik etmək; 
• Komandanı daim inkişaf etdirmək; 
• Mütəmadi monitorinq aparmaq, nailiyyətlər haqqında məlumat vermək, 
fəaliyyətin hesabatını hazırlamaq, valideyn və yerli icma ilə səmərəli 
əlaqələr qurmaq. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin