Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Sinfin səmərəli idarə edilməsi üçün gündəlik fəaliyyətin təşkilinin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə65/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   61   62   63   64   65   66   67   68   69
Pedaqogika imtahan cavabları

71.Sinfin səmərəli idarə edilməsi üçün gündəlik fəaliyyətin təşkilinin 
vacibliyini sübuta yetirin. 
Sinfin və dərsin idarə edilməsi üçün gündəlik fəaliyyətin düzgün və səmərəli 
təşkili, öyrənmə prosesinin strukturunun qurulması mühüm məsələlərdəndir. 
Bunları reallaşdırmaq üçün, müəllim, ilk növbədə, hamı tərəfindən anlaşılan, 
zaman keçdikcə hamı üçün vərdişə çevrilən qaydalar müəyyənləşdirməlidir. Belə 
normativlərin yaradılması dərsdə nizam-intizamı tənzimləyir, şagird davranışı ilə 
bağlı məsələlərə əlavə vaxt ayrılmasının qarşısını alır. Lakin qaydalar vakuum 
daxilində yaradılmır. Məktəbə qədəm qoyan şagirdlərin, ən azı, altı yaşı var və 
onlar müəllimdən sinif işi, danışıq, davranışla bağlı gündəlik qaydaları 
yaratmasını istəyirlər, çünki məktəbdə təhsil aldıqları müddət ərzində bu 
normativlərə riayət etməlidirlər. Əlbəttə, şagirdlər həmin davranış qaydalarına 
müqavimət göstərəcəklər. Hər bir halda müəllim səbr və israrla öyrənənlərin 
onlara əməl etməsinə çalışmalıdır. Təlim prosesinin səmərəli idarə olunması 
qaydaları dörd növə bölünür: 
• Fəaliyyətin düzgün təşkili; 
• Qarşılıqlı əlaqələrin düzgün idarə olunması, münasibət və davranışın 
gücləndirilməsi; 
• Şagird və müəllimlərin diqqətinin cəmləşdirilməsi; 
• Təlimdə inkişafın təmin olunması. 


 
72.Təlim prosesində gündəlik fəaliyyətin tənzimlənməsinin əhəmiyyətini 
əsaslandırın. 
Məktəbdə fəaliyyətə başladığı ilk gündən müəllimin əsas məqsədi şagirdləri təlim 
məqsədləri, tapşırıqların şərtləri, gözlənilən təlim nəticələri ilə tam aydın şəkildə 
təmin etmək, dərslərin asan və səmərəli təşkili üçün gündəlik qaydalar 
hazırlamaqdır. 
Qarşılıqlı əlaqələrin düzgün idarə olunması üçün qaydalar Ciddi, ədalətli
mehriban münasibətlərin qurulması müəllimin şagirdlərlə ünsiyyətinin uğurlu 
alınmasına zəmin yaradır. Şagirdlərin də müəllimdən öz gözləntiləri vardır. Onlar 
müəllimdən qaydaları tətbiq edərkən ədalətli və qətiyyətli davranmağı, yəni 
yaxşı nəticə göstərən şagirdin tərif və ya dərsin sonunda bir sözlə belə olsa, 
qiymətləndirilməsini gözləyirlər. Belə halda qaydalara məhəl qoymayanlar isə 
danlanmaq və məzəmmətlə üzləşməlidirlər. Normativlərə biganə yanaşan 
şagirdlərlə fərdi şəkildə söhbət aparmaq çox vaxt daha güclü təsir göstərir və 
problemin aradan qaldırılmasını labüdləşdirir. Bütöv sinif qarşısında 
qarşıdurmadan yayınmaq mütləqdir. Məktəbdə yeni fəaliyyətə başlayan müəllim 
üçün sinifdəki şagirdlər arasında olan münasibətləri anlamaq çətinlik törədə 
bilər. Şagirdlərin davranış normaları və sosial münasibətləri haqqında 
məlumatlar öyrənənləri və onların gözləntilərini daha asan anlamağa kömək 
göstərir. Məsələn, sinifdə müxtəlif tip-hiperaktiv, nadinc, diqqəti yayınan və 
digərləri ilə davranış problemləri yaşayan şagirdlər ola bilər. Müəllimin belə 
uşaqların təlim marağını artırmaq, mövcud problemləri aradan qaldırmaq üçün 
müəyyən strategiyaları olmalıdır. Bu məqsədlə gənc mütəxəssis məktəbdəki 
digər müəllimlərin təcrübəsindən bəhrələnə və yararlana bilər. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin