Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təhsil müəssisələrində mühitin idarə olunması prosesinin təsvirini verin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə63/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   59   60   61   62   63   64   65   66   ...   69
Pedaqogika imtahan cavabları

68.Təhsil müəssisələrində mühitin idarə olunması prosesinin təsvirini verin. 
Uşaq hüquqlarının təmin edilməsi beynəlxalq aləmdə önəm daşıyan 
məsələlərdəndir. O, müvafiq sənədlərlə təsbit olunmuşdur. Onlardan ən vacibi 
BMT-nin 1989-cu ildə qəbul etdiyi “Uşaq hüquqları” Konvensiyasıdır. 
Konvensiyaya Azərbaycan Respublikası da qoşulmuşdur. Konvensiyaya əsasən 
“Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul 
edilmişdir. Hər iki sənəddə uşaq hüquqları ətraflı şəkildə təsvir olunmuş, təhsili, 
inkişafı, təhlükəsizliyi və sağlamlığı müxtəlif maddələrdə öz əksini tapmışdır. Bu 
səbəbdən təhsil müəssisəsinin rəhbəri valideyn və dövlət qarşısında məsuliyyət 
daşıyır. Məsələn, valideynlər uşaqlara zərər vurmamalı, onları zorakılıqdan 
qorumalı, təhsil və tərbiyəsinə dair vəzifələrini yerinə yetirməlidirlər. Valideynlər 
övladlarına zəruri diqqət və qayğı göstərmədikdə, müvafiq dövlət qurumları 
uşağın məsuliyyətini öz üzərinə götürürlər. Qanunda uşaqların təhsil almaq 
hüquqları da xüsusi maddə ilə təmsil olunur. Dövlətin təhsil sistemi uşağın 


şəxsiyyətinin inkişafına, zəruri bilik və bacarıqları tam həcmdə əldə etməsinə 
şərait yaratmalıdır. Beləliklə, uşaq hüquqları müvafiq qanunla təsbit edildiyi üçün 
təhsil müəssisələri təlim-tərbiyə prosesinin təşkilində həmin hüquqların 
qorunmasına lazımi diqqət göstərməlidirlər. Biz təhsil müəssisəsinin mühitini 
A.Maslounun tələbatlar iyerarxiyası üzərindən nəzərdən keçiririk. Həmin 
iyerarxiya uşaqların, şagirdlərin təlim-tərbiyə mühitinin qurulması baxımından 
da əhəmiyyət kəsb edir. Uşaqların hərtərəfli şəxsiyyət kimi formalaşması üçün 
onlar qida ilə təmin olunmalı, təhlükəsiz mühitdə yaşamalı, emosional baxımdan 
qorunmalıdırlar. 
69.Komandanın idarə olunması prosesinin sözlü eskizini çəkin. 
Lider və menecer müəssisənin fəaliyyəti ilə bağlı aydın təsəvvürə malik olmalı, 
hədəflər 
və 
onlara 
doğru 
irəliləmək 
üçün 
düzgün 
strategiya 
müəyyənləşdirməlidir. Müəssisənin rəhbəri səviyyəli təhsil xidmətləri 
göstərmək, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə idarəetmə və təşkilati 
bacarıqlarını daim inkişaf etdirməlidir. Hədəflərin reallaşması üçün heyətlə 
düzgün ünsiyyət qurmaq bacarığı da əsas şərtlərdəndir. Lakin daim artan vəzifə 
öhdəliklərini, valideyn, şagird və cəmiyyətin tələblərini ödəmək elə də asan iş 
olmadığı üçün müəssisə rəhbəri bazan gərginlik yaşayır, müxtəlif təzyiqlərə 
məruz qalır. Komanda fəaliyyətinin düzgün təşkili, qurulması və inkişafında 
fərdlərin rolu, məsuliyyəti, fikir və davranışları əsas və ilkin məqamlardandır. 
Bunu komandanın birgə fəaliyyətini təmin edən tapşırıqlar, həmçinin ideya 
mübadiləsi məqsədilə keçirilən görüşlər zamanı real mümkündür. Fəaliyyətdə 
pedaqoji kollektivin bütün üzvlərinin iştirakı təmin edilməli, hər kəsin rolu və 
məsuliyyəti dəqiq müəyyənləşdirilməli və paylaşılmalıdır. Təhsil müəssisəsinin 
fəaliyyətini səmərəli şəkildə tənzimləmək üçün rəhbər komandanı motivasiya 
etməli, dəstəkləməli, yeniliklərin həyata keçirilməsi üçün müvafiq şərait 
yaratmalı, təlim-tərbiyə prosesinin reallaşdırılmasına diqqət yetirməlidir. Burada 
xüsusi diqqət dövlətin təhsil siyasətinə, qəbul olunan hüquqi normativ sənədlərə, 
onların müzakirəsinə, kollektiv üzvləri arasında paylaşılmasına və tələblərin 
reallaşdırılmasına yetirilməlidir. Müasir təhsilin fəlsəfəsi təhsilalana və 
təhsilverənlərə qarşı ötən illərlə müqayisədə yeni və innovativ tələblər irəli sürür. 
Lider və ya menecer təhsil qanunvericiliyi, müasir təhsil, pedaqoji heyətə zəruri 
təlimlər haqqında təsəvvürə malik olmalıdır. Keyfiyyətli və əlçatan təhsillə bağlı 
dövlət siyasəti təhsil işçilərinin təkmilləşməsi və inkişafına dair müxtəlif imkanlar 
yaratmışdır. Pedaqoji fəaliyyətə yeni başlayan, təcrübəsiz müəllimlərin təlimlərə 


ehtiyacı ola bilər. Bunun üçün görüşlər keçirilməli, gənc müəllimlər müvafiq kurs 
və təlimlərə yönləndirilməlidirlər. Təhsil müəssisəsinin rəhbəri üçün sadalanan 
məsələləri vaxt çatışmazlığından diqqətdə saxlamaq asan məsələ deyil. Lakin 
buna baxmayaraq, o yeni fəaliyyətə başlayan müəllimin bilik və bacarıqlarında 
olan çatışmazlıqları, boşluqları üzə çıxarmaq məqsədilə “dəyirmi masa”lar, 
müzakirələr təşkil etməli, onların fəaliyyətinin müşahidəsini aparmalı və 
müsahibələr həyata keçirməlidir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin