Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   2   3   4   5   6   7   8   9   ...   69
Pedaqogika imtahan cavabları

Əməkdaşlıq texnologiyaları bərabərlik, müəllim və şagirdin subyekt-subyekt 
münasibətlərində partnyorluğu nəzərdə tutur. Onlar birgə məqsədlər, məzmun 
hazırlayırlar. Əməkdaşlıq şəraitində birgə yaradıcılıq üçün imkan tapır və bütün 
nailiyyətləri birgə qiymətləndirirlər. 


Azad tərbiyə texnologiyaları əsasən uşağa azad seçim, həyat fəaliyyətində daha 
geniş imkan verməyi nəzərdə tutur. Seçim zamanı subyekt mövqeyini 
reallaşdırmaq üçün uşağa daha əlverişli üsullardan istifadəyə zəmin yaradılır, o, 
öz iç dünyasının çağırışı ilə nəticəyə can atır.
 
2. Ənənəvi təlim texnologiyalarının əsas xüsusiyyətləri arasında məna 
əlaqələri yaradın 
“Ənənəvi təlim” termini təlimin sinif-dərs formasında qurulmasını nəzərdə tutur. 
Bu, XVII əsrdə Y.A.Komenski tərəfindən formalaşdırılmış didaktika prinsipində öz 
əksini tapmışdır. 
Ənənəvi sinif-dərs texnologiyalarının fərqli əlamətləri aşağıdakılardır: 
-Şagirdlər demək olar ki, eyni yaş və hazırlıq səviyyəsinə görə eyni sinfi təşkil edir 
və bütün məktəb təlimi dövründə həmin tərkib daimi olaraq qorunub saxlanılır; 
-Sinif vahid illik plan və proqram əsasında cədvələ uyğun çalışır. Bunun 
nəticəsində uşaqlar məktəbə gəlməli, eyni zamanda bu iş müəyyən edilmiş 
günün müəyyən saatlarına təsadüf etməlidir; 
-Məşğələlərin əsas vahidi dərsdir; dərs adətən bir tədris fənninə, mövzuya həsr 
olunur ki, bunun nəticəsində sinifdə şagirdlər eyni material üzərində işləyirlər; 
-Şagirdlərin işinə dərsdə müəllim rəhbərlik edir: o, onların tədris fənninə görə 
nəticələrini qiymətləndirir, hər bir şagirdin nailiyyətlərini ayrı-ayrılıqda 
qiymətləndirir və dərs ilinin axırında şagirdlərin növbəti sinfə keçirilməsi 
haqqında qərar qəbul edir; 
-Tədris kitabları əsasən ev işləri üçün tətbiq edilir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin